Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-289/2021 07.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, N.Nərimanov küçəsi, 92 saylı evdə qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 15.06.2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,209 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlayaraq daşımış və Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16.06.2021-ci il tarixdə, saat 14:10-də Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, N.Nərimanov küçəsi, 92 saylı evin qarşısında saxlanılaraq, Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilib, üzərinə keçirilən baxış zamanı əynində olan boz rəngli şalvarın sol qabaq cibindən gümüşü kağıza bükülmüş həmin 1 (bir) ədəd bükümdə 0,209 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, üç ilə yaxındır ki, heroin kimi tanıdığı narkotik maddədən istifadə etmişdir. O, narkotik maddə olan heroini Suraxanı rayonunun Yeni Suraxanı və Əmircan qəsəbələrində tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün müxtəlif vaxtlarda almışdır. Sonuncu dəfə o, 15.06.2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 (on) manat nəğd pula 1 (bir) büküm siqaretin qızılı kağızına bükülmüş heroin kimi tanıdığı narkotik maddəni almışdır. Həmin narkotik maddəni daha sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. 16.06.2021-ci il tarixdə, saat 14:10 radələrində o, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, N.Nərimanov küçəsi, 92 saylı evin qarşısında olan zaman, iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb və özlərini təqdim edib, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olduğu üçün həyəcanlanmış və polis əməkdaşları ondan şübhələnərək, sorğu-sual etməyə başlamışlar. Həmin vaxt o, özünü polis əməkdaşlarına təqdim etmiş, bununla yanaşı olaraq özünü şübhəli aparmağının səbəbinin üzərində özünə məxsus saxlamaqla daşıdığı narkotik maddə narkotik vasitənin olduğu ilə izah etmişdir. Bundan sonra polis əməkdaşları onu Bakı şəhəri Suraxanı RPİnin 31-ci PB-nin inzibati binasına dəvət edib gətirmişlər. 31-ci PB-də onun şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş, daha sonra isə polis əməkdaşları 31-ci PB-nin xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, üzərində saxlamaqla daşıdığı, özünə məxsus, içərisində heroin kimi tanıdığı narkotik maddə olan 1 (bir) ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmış və içərisində heroin kimi tanıdığı narkotik maddəni aşkar etmişlər. Sorğu zamanı o, bildirmişdir ki, aşkar edilmiş maddə heroin kimi tanıdığı narkotik maddədir, aşkar edilmiş narkotik maddəni 15.06.2021-ci il tarixdə Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manat nəğd pul ödəyərək öz şəxsi istifadəsi üçün almış, daha sonra isə istifadə etmək üçün sol qabaq cibində saxlamaqla daşımışdır. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək, iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib, protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya və ona nümayiş etdirilmişdir. Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya zorakılıq olmadığını göstərmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o 2013-ci il tarixdən X6, 2018-ci il tarixdən isə Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Cinayət işinin mahiyyəti üzrə göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Nərimanov küçəsi, 92 saylı evdə qeydiyyatda olan və yaşayan “Rəşad” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, narkotik vasitələrdən istifadə etməsi barədə agentur əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması “Rəşad” adlı şəxsin şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Şahid1 tərəfindən əməliyyat qrupunun təşkil olunmasına və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin rəisi, polis polkovniki Ülvi Məmmədovun adına 16.06.2021-ci il tarixdə raport yazılmışdır. Bundan sonra əməliyyat qrupunun təşkil edilməsi və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə qərar qəbul edilmişdir. Beləliklə də, 16 iyun 2021-ci il tarixdə saat 14:10-də o, Şahid1 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının bir daha yoxlanılması məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, N.Nərimanov küçəsi, 92 saylı evin qarşısında “Rəşad" adlı şəxsin ətrafında əməliyyat tədbiri keçirmişlər. Tədbir nəticəsində “Rəşad” adlı şəxsin əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq, üzərində olan polis xidməti vəsiqələrini təqdim edib, ondan şəxsiyyəti barədə məlumat verməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs xahiş etmişlər ki, özünü şübhəli aparması ilə bağlı onlar ilə bərəbar olaraq Suraxanı RPİ-nin 31ci PB-nə getsin. Rəşad onlara heç bir etiraz etmədən, onlarla bərabər 31-ci PB-nə getməyinə razlıq vermişdir. Bundan sonra Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında polis polkovniki Ülvi Məmmədovun adına raport tərtib edilmişdir ki, bölməyə dəvət edilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş verilsin. Nəticə etibari ilə həmin raportun araşdırılması Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 həvalə edilmişdir. Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasının xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması barədə protokol tərtib edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz olan əşya varsa, onları təqdim edilsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının qabaq sol cibindən 01 (bir) ədəd gümüşü rəngli bükülünü çıxarıb, masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi gödəkçənin boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf rəngli bükülünü göstərərək, həmin bükülüdəkinin heroin olan narkotik vasitə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 (bir) ədəd bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual ediləndə, həmin şəxs qeyd edilən narkotik vasitəyə bənzər maddəni 15 iyun 2021-ci il tarixdə Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin tam olaraq şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 10 (on) manat pula aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli, 01 (bir) ədəd sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirdilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 01 (bir) ədəd şəffaf rəngli, sellofan bükülü zərfə qoyularaq, zərfin ağzı Suraxanı RPİ- nin 31-cİ PB-nin zərflər üçün nəzərdə tutulmuş möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib, protokol tərtib edilməsi üçün dayandırılmışdır. Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində tərəfindən zəruri əməliyyat axtarış tədbirlər davam etdirildiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə analoci ifadə vermişdir. İş materiallarından görünür ki, 16.06.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, saxlanılması məqsədi ilə Bakı şəhəri Suraxanı RPİ-nin MSY-nə göndərilmişdir. İş materiallarından görünür ki, 18.06.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi polis baş leytenantı X8 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarından görünür ki, 18.06.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-278-2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16.06.2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.11.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1-ji və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26.11.2018-ci il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 02 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizası üzrə 17.06.2021-ci il tarixli 6/2446 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "... Şühbəli şəxs : Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,209 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” -in siyahısına (Siyahı) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 X7narkoloji X2 29.07.2021-ci il tarixli 2543 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asıllıq sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafediji ifadəsi, məhkəmə və ibtidai istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs orlu barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, təqsirləndirilən şəxsin törətdiyi jinayət əməlini etiraf etməsini, törətdiyi jinayət əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə, məhkumluq ödənilmiş hesab edilir. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, cəzanı yüngülləşdirən hal əsas götürülməklə, həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası aşağı həddə təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi recimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan – 16 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,159 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81 manat 82 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 16.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Suraxanı RPİ-də saxlanılan 0,159 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 81 manat 82 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-289/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-289/2021
07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver