Məhkəmə qərarları › İş №1(010)-29/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-29/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-29/2021 08.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1993-cü ildə Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Qaraxanbəyli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxx 2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən “Püstə” kafesinin yaxınlığında yerləşən binanın qarşısında, tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində, yəni borc məsələsinə görə yaranmış mübahisə zamanı başı və əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə qəsdən vuraraq sonuncuya burun sümüyünün yerdəyişməyən sınığı, burun kökünün şüşkinliyi, sol qaşın qançırı, oynaqda hərəkət məhdudlaşması ilə müşayət olunan sol əlin 4-cü barmağının şişkinliyi ilə nəticələnən, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsində yerləşən “Püstə” kafesinin yaxınlığında yerləşən binada usta kimi işləmişdir. xx xxxxx 2020-ci il tarixdə işlədiyi binanın qarşısında, təxminən bir ildir tanıdığı Eldardan borca 100 manat almış və sonuncuya işini bitirib pulu qaytaracağını demişdir. xx xxxxx 2020-ci il tarixdə evdə olan zaman Eldar ona zəng edib gəlib-gəlməyəcəyini soruşub pulunun qaytarılmasını istədiyini dedikdə ona, hal-hazırda pulunun olmadığını, əlində olan materialları satdıqdan sonra pulu qaytaracağını bildirmişdir. Bundan sonra işə getmiş, binanın qarşısında Eldarla görüşmüşdür. Həmin vaxt Eldara bir daha hal-hazırda pulunun olmadığını, materialları satıb pulunu verəcəyini demişdir. Bu zaman Eldar onun ünvanına nalayiq ifadələr işlətdiyindən aralarında mübahisələri yaranmışdır. Mübahisə zamanı Eldar onu yumruqla vurmaq istəmiş, bundan əsəbləşib özü yumruqla Eldarı vurmuş, əsəbi soyumadığından Eldarın sifətinə kəllə zərbəsi də endirməklə sonuncunun burun nahiyəsinə xəsarət yetirmişdir. Ətrafda olan insanlar onları araladıqdan sonra o, Taleh adlı tanışının idarə etdiyi, qeydiyyat nömrə nişanını xatırlamadığı “Tofaş” markalı avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Bundan təqribən 20 dəqiqə sonra Eldar zəng edib “Suraxanı dairəsi” adlanan yerə gəlməsini ondan tələb etmiş, lakin o, Eldarın çağırdığı yerə getməmək qərarına gəlib yaşadığı evə getmişdir. Sonradan isə Eldarın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib ondan şikayət etdiyi ona məlum olmuşdur. Buna görə də polis əməkdaşları tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət olunmuş, xx xxxxx 2020-ci il tarixdə isə həmin polis bölməsinə gedərək izahat vermişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə vurulmuş zərəri aradan qaldıraraq, zərəçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx xxxxx 2020-ci il tarixdə əvvəlcədən tanıdığı Ədalət adlı şəxsə, bir günə qaytarmaq şərti ilə 500 manat borca pul vermişdir. Lakin, həmin vaxtdan 03 gün keçməsinə baxmayaraq Ədalət pulu qaytarmamışdır. xx xxxxx 2020-ci il tarixdə, təxminən saat 19 radələrində Ədalətə borca verdiyi 500 manat pulu istəmək üçün onun işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsində yerləşən “Püstə” kafesinin yaxınlığında olan tikinti işləri gedən binanın qarşısına getmiş, orada Ədaləti görüb ona “mənim pulumu bəs bir günə verirdin, artıq üç gün keçib, mənim pulumu ver” demişdir. Ədalət birbaşa ona demişdir ki, “vermirəm, nə bilirsən elə” və bu sözdən sonra yaxasından tutaraq başı ilə burun nahiyəsinə vurmuşdur. Özünü müdafiə etməyə çalışmış, həmin vaxt Ədalətin yanında olan tanıdığı bir neçə şəxsin də onu vurduğunu düşünür, lakin onu Ədalətdən başqa kimlərin vurduğunu dəqiq bilmir. Ədalətin yanında olan markasını xatırlamadığı avtomobili olan adını bilmədiyi şəxs idarə etdiyi avtomobilin sağ yan şüşəsinin üstündə olan vintaçanı götürüb onun üzərinə gəlmiş, sonuncunu dostu Nicat tutaraq saxlamışdır. Bu qeyd etdiyini dostu Nicat da təsdiq edə bilər. Həmin şəxsin əlində vintaçan olmasını dəqiq görmüşdür. Bundan sonra o, hadisə barədə polisə məlumat vermiş, Ədalət və digər şəxslər onun polisə məlumat verdiyini görüb dərhal oradan uzaqlaşmışlar. Bundan sonra Ədalət ona zəng edib “polisə niyə məlumat vermisən, sözün var Suraxanı dairəsinə gəl” demişdir. Həmin yerə getmək istəsə də, hadisə yerinə gələn polis əməkdaşları qeyd edilən yerə getməsinə icazə verməyərək onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olan zaman sifət nahiyəsi qan içərisində olduğundan şəxsi istəyi ilə xəstəxanaya müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə, saat 19 radələrində tanışı Eldar yaşadığı evin yaxınlığında ona yaxınlaşaraq, Ədalətə borca verdiyi 500 manat pulu almağa getdiyini demişdir. Onda olan məlumata görə Ədalətin Eldara 100 manat borcu olmuşdur. O, Eldarla birlikdə getmiş, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsində yerləşən “Püstə” kafesinin yaxınlığında, tikinti işləri gedən binanın qarşısında Ədalətlə görüşmüşlər. X4 söhbət etməyə başlamış, o isə təxminən 2-3 metr aralıda dayanıb siqaret çəkmişdir. Söhbət əsnasında Eldarın Ədalətə “sənə 100 manat borca pul vermişəm, qaytar” dediyini, Ədalətin isə Eldara “hazırda imkanım yoxdu, pulum olan kimi sənin 100 manat pulunu verəcəm” dediyini eşitmişdir. Bundan sonra Eldarla Ədalətin bir birlərinin yaxasından tutaraq, mübahisə etməyə başladıqlarını görüb araya girib onları ayırmağa çalışmışdır. Həmin vaxt Eldarın sifət nahiyəsinin qan içərisində olduğunu, qan çox axmasın deyə sonuncunun dəsmalla burnunu bağladığını görmüşdür. Bundan sonra həmin tikinti işləri gedən binada işləyən təxminən 10-12 nəfər fəhlə də mübahisə yerinə gəlib Eldarla Ədaləti ayırmağa başlamışlar. Sonradan tanıdığı Taleh adlı şəxs, qeydiyyat nömrə nişanını xatırlamadığı “Tofaş” markalı avtomobillə hadisə yerinə gəlmiş, avtomobildən düşərkən Talehin əlində vintaçan olmuşdur. O, qışqıraraq Talehə “Ədaləti əyləşdir maşına, buradan uzaqlaşın” demişdir. Ədaləti avtomobilə əyləşdirdikdən sonra Taleh maşını idarə edib oradan uzaqlaşmışdır. Sonra isə Eldar zəng edib hadisə barədə polisə məlumat vermişdir. Şahid3 həmçinin bildirdi ki, hadisənin baş verdiyi zaman Eldarı Ədalətdən başqa heç kim vurmamış, hadisə yerində olan digər şəxslər yalnız Eldarla Ədaləti ayırmışlar. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx xxxxx 2020-ci il tarixdə, təxminən saat 15 radələrində tanışı Ədalətlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsində yerləşən “Püstə” kafesinin yaxınlığında tikinti işləri gedən binada usta kimi işlədiyi zaman əvvəllər tanımadığı, adlarını sonradan bildiyi Eldar və Nicat adlı şəxslər işlədikləri yerə gəlmişlər. Onun yanında Eldar Ədalətdən soruşmuşdur ki, “xüsusi texnika ilə işləməli olduğun halda sən niyə bütün işləri əl ilə görürsən?” Ədalət isə pulu olmadığına görə xüsusi texnika çağıra bilmədiyini demişdir. Bu zaman Eldar Ədalətə təklif etmişdir ki, “sənə borca 100 manat verim, sonra qaytararsan”. Ədalət Eldarın təklifi ilə razılaşaraq, yaxın zamanda tikinti materiallarını sataraq, borcunu ödəyəcəyini demişdir. Bundan sonra Eldar onun gözü qarşısında Ədalətə 100 manat vermişdir. 3 gündən sonra yəni, xx xxxxx 2020-ci il tarixdə, saat 19 radələrində Eldar Nicatla yenidən onun Ədalətlə birlikdə usta kimi işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsində yerləşən “Püstə" kafesinin yaxınlığında tikinti işləri gedən binanın yaxınlığına gəlmişdir. Həmin vaxt o, tanışı Ədil və Taleh sonuncuya məxsus “Tofaş” markalı avtomobildə əyləşmişlər. Bu zaman təxminən 100-130 metr aralıdan səs-küy eşitmiş və Taleh dərhal idarə etdiyi avtomobili səs-küy olan yerə sürmüş və Eldarla Ədalətin sözlə mübahisə etdiklərini görmüşlər. İlkin olaraq Ədalətin təkləndiyini düşünüb hər üçü yəni, o, Ədil və Teleh sonuncunun idarə etdiyi avtomobildən düşmüşlər, lakin həmin vaxt Ədalət onlara “siz qıraqda dayanın, sizlik deyil’’ demişdir. Bu sözdən sonra Eldar nalayiq ifadələrlə Ədaləti təhqir etdiyinə görə Ədalət Eldarı vurmuşdur. X3 ayırıb, sonuncunu Talehə məxsus “Tofaş“ markalı avtomobilə əyləşdirib həmin yerdən uzaqlaşmışlar. Bakı şəhəri, Suraxanı qəsəbəsindən yenicə çıxdıqda Eldar Ədalətə zəng edərək “Suraxanı dairəsi” adlanan yerə gəlməsini tələb etmiş, lakin, onlar Eldarın dediyi yerə getməmək qərarına gəlib, yaşadıqları Qobu qəsəbəsinə getmişlər. Şahid2 və Şahid4 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, onlar Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 344 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində burun sümüyünün yerdəyişməyən sınığı, burun kökünün şişkinliyi, sol qaşın qançırı, oynaqda hərəkət məhdudlaşması ilə müşayət olunan sol əlin İV barmağının şişkinliyi kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edillən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, şəxsin özünün göstərdiyi və tibbi sənəddə qeyd edilən, yəni xx xxxxx 2020-ci il tarixdə alınmaları münukündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən “Püstə” kafesinin yaxınlığında yerləşən binanın qarşısında baş vermişdir. Baxış zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsla mübahisə etdikləri yeri yeri göstərərək, sonuncunun və digər şəxlərin həmin yerdə döyüb ona xəsarət yetirdiklərini bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən “Püstə” kafesinin yaxınlığında yerləşən binanın qarşısın göstərib xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs, onun ünvanına nalayiq ifadələr işlətməsindən, habelə həmin səbəbdən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla onu vurmaq istəməsindən əsəbləşib Zərərçəkmiş şəxs yumruqla, daha sonra isə başı ilə burun nahiyəsindən vuraraq ona xəsarət yetirdiyini bildirərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini əyani şəkildə təsdiq etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən “Püstə” kafesinin yaxınlığında yerləşən binanın qarşısında Zərərçəkmiş şəxs ondan (Təqsirləndirilən şəxs) başqa heç kimin vurmadığını, heç kimin Zərərçəkmiş şəxs üzərinə vintaçanla getmədiyini, Zərərçəkmiş şəxs yalan danışdığını onun üzünə demiş, sonuncu isə öz növbəsində Təqsirləndirilən şəxs dediklərini təkzib etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid4 arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Şahid4 hadisənin baş verdiyi zaman Zərərçəkmiş şəxs üzərinə vintaçanla getmədiyini, sadəcə sonuncu ilə Təqsirləndirilən şəxs dalaşdıqlarını görüb araya girib onları ayırdığını, sonuncunu avtomobilinə əyləşdirib hadisə yerindən uzaqlaşdırdığını Zərərçəkmiş şəxs üzünə demiş, sonuncu isə öz növbəsində Şahid4 dediklərini təkzib edərək, Şahid4 hadisə zamanı əlində vintaçanla üzərinə gəldiyini, sonuncunu dostu Şahid3 tutub saxladığını bildirmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid4 ilə Şahid3 arasında aparılmış üzləşdirmədindirmə istintaq hərəkətləri zamanı Şahid4 hadisənin baş verdiyi zaman Zərərçəkmiş şəxs üzərinə vintaçanla getmədiyini, sadəcə sonuncu ilə Təqsirləndirilən şəxs dalaşdıqlarını görüb araya girib onları ayırdığını, sonuncunu avtomobilinə əyləşdirib hadisə yerindən uzaqlaşdırdığını Şahid3 üzünə demiş, sonuncu isə öz növbəsində Şahid4 hadis yerinə gələrkən əlində vintaçan olduğunu, həmin vaxt qışqıraraq “Ədaləti əyləşdir maşına, burdan uzaqlaşın” dediyini Şahid4 üzünə deyərək, onun göstərdiklərini qismən təsdiq etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, Şahid2 və Şahid1 ilə Zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı şahidlər Şahid2 və Şahid1 hadisənin baş verdiyi zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs başqa heç kimin vurmadığını, heç kimin Zərərçəkmiş şəxs üzərinə vintaçanla getmədiyini onun üzünə demişlər, sonuncu isə öz növbəsində Şahid2 və Şahid1 dediklərini təkzib etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1 maddəsi ilə, Şahid4, Şahid2 və Şahid1 barəsində isə cinayət təqibi üzrə icraata xitam verilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materillarından olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi V.M.Babayevin xx xxxx 2020-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs qəsdən istintaqdan gizləndiyi və üzrlü səbəb olmadan istintaqın çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, istintaq hərəkətlərinin aparılması məqsədilə Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edildib tutularaq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi və cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin xx xxxx 2020-ci il tarixli məktubundan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Y.Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmiş, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 01 gün müddət nəzərə alınaraq, Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzası yüngülləşdirilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 1.000 (min) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq, 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə cəza müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN- ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar