Məhkəmə qərarları › İş №1(010)-29/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-29/2022

07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-29/2022 07.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1980-ci il tarixlə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olaraq yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 iyul 2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Y. Günəşli qəsəbəsində 1 ədəd şəffaf rəngli sellofan bükümündə təmiz çəkisi 0,531 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istifadəsi üçün alıb əldə edərək üzərində saxlamaqla daşımış, həmin gün saat 10:30 radələrində ünvan 2 ünvanın qarşısında Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış sahəsi, 25 ünvanda yerləşən Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 33- cü polis bölməsinə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin 1 ədəd şəffaf rəngli sellofan bükümündə təmiz çəkisi 0,531 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 15 iyul 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 (on) manata öz şəxsi istifadəsi üçün 01 ədəd sellofan bükümündə narkotik vasitə heroin alaraq üzərində saxlamaqla daşımışdır. Həmin tarixdə, təxminən saat 10:30 radələrində o, yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 23 ünvanın qarşısında mülki geyimdə olan polis əməkdaşları tərəfindən şübhəli olduğundan saxlanılaraq, Suraxanı RPİ-nin 33cü PB-nə gətirilmişdir. Polis bölməsində dəvət edilmiş vəkilin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona hüquq, həmçinin vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, təqdim edilməsi təklif olunmuşdur. O, bu təklifə əsasən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən əldə edib üzərində saxlamaqla daşıdığı sellofanda olan bir büküm narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı bükümün içərisində narkotik vasitə hesab edilən heroin olduğunu, heroini 15 iyul 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata alıb əldə etdiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi bir ədəd büküm polis əməkdaşı tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf iştirakçılar tərəfindən, həmçinin özü tərəfindən də imzalanmışdır. Baxış zamanı ona qarşı heç bir təzyiq olunmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 15 iyul 2021-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nə əməliyyat məlumatı daxil olmuş, məlumatda ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və özündə saxlayaraq daşıması ilə məşğul olması bildirilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, həmçinin Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə, həmin tarixdə ondan və Suraxanı RPİ-nin 33-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 15 iyul 2021-ci il tarixdə tərəflərindən tədbirlərin keçirilməsi zamanı, saat 10:30-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 23 ünvanın qarşısında saxlanılaraq, Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan, onun hüquqlarının müdafiə edilməsi üçün PB-nə müdafiəçi dəvət olunmuş və onun iştirakı ilə sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Sonra Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə onun üzərində tərəflərindən şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı «İphone 8» markalı mobil telefondan istifadə olunmaqla videoçəkilişin həyata keçirilməsi barədə xəbərdarlıq edilmişlər, iştirakçılar tərəfindən videoçəkilişin həyata keçirilməsi tlə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyalar və sənədlər varsa, onları təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümündə olan narkotik vasitə hesab edilən heroini çıxarıb təqdim edərək, həmin heroini 15 iyul 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində öz şəxsi istifadəsi üçün 10 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitə heroin zərfə qablaşdırılaraq, möhür ilə möhürlənmişdir. Sonra bu barədə müvafiq qaydada protokol tərtib edilmişdir.Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin kiçik əməliyyat müvəkkili Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsinə analoji ifadə vermişdir. İş materiallarında olan 15 iyul 2021-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarından görünür ki, 17 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş və həmin gün ona qeyd edilən maddə ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 17 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməsi məsələsinə baxılması üçün Suraxanı rayon məhkəməsinə təqdimat verilmişdir. Həmin tarixdə Suraxanı rayon məhkəməsi tərəfindən verilmiş təqdimat təmin edilməyərək, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və qeyri qətimkan tədbiri seçilmədən, sonuncu dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Bu səbəbdən də 17 iyul 2021-ci il tarixdə qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Suraxanı rayon Məhkəməsinin 1(010)-317/2021 saylı 26.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 12.11.2021-ci il tarixli iclasa məcburi gətirilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, Suraxanı rayon Məhkəməsinin 1(010)-317/2021 saylı 12.11.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. 14.12.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN Suraxanı RPİ-nin 33-cü PBsi tərəfindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 11.12.2021-ci il tarixdə 33-cü PB-nin əməkdaşları tərəfindən tutularaq saxlanması üçün Suraxanı MSY-nə təhvil verilmişdir. İş üzrə təyin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 16.07.2021-ci il tarixli 6/2886 №-li rəyində göstərilmişdir ki, «Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd zərfin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,531 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir». «Tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,481 qram». İş üzrə təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin məhkəmə-narkoloji ekspertizasında keçirilmiş, ekspertizasının 03 sentyabr 2021-ci il tarixli, 3238 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabiodların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayınaraq qaçıb gizlənməsi onun şəxsiyyətini səciyələndirən hal kimi nəzərə alınır. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11.12.2021-ji il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloci dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra bir ədəd bükümdə təmiz çəkisi 0,481 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 15.07.2021-ci il tarixdən 17.07.2021-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,481 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar