Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-29/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X3, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X3, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 05 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,312 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 sentyabr 2022- ci il tarixdə saat 18:25 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsindəki «Tosoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına aparılaraq orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan tünd göy rəngli cins gödəkçəsinin sol döş cibindənhəmin 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,312 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittihamda qeyd edilən yerdə olmadığını, ümumiyyətlə üstündə narkotik vasitəsi olmadığını, məcbur olaraq boynuna qoyduqlarını, fiziki təzyiq olmasa da, psixi təzyiqlərin olduğunu, ona narkotiki qəbul etmədiyi təqdirdə, daha çox narkotik vasitəsi olacağını bildirdiklərini, son dəfə narkotikdən iyul ayı istifadə etdiyini, avqust ayında istifadə etmədiyini, onu səhər saat 09:00 və yaxud 10:00 radələrində Bülbülə qəsəbəsində Al marketin qarşısında 5 nəfər şəxs tərəfindən saxlanıldığını, onu Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində saxladıqdan sonra, Suraxanı Rayon 32-ci Polis Bölməsinə apardıqlarını, ilk cinayət işi ilə bağlı təqsiri olsa da bu cinayətlə bağlı heç bir təqsiri olmadığını bildirmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə «Ramiz» adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayıb daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı barədə dərhal Polis bölməsinin rəhbərliyinə məruzə etmişdir. PB-nin rəisinin əmri ilə onun rəhbərliyi ilə kiçik əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat məlumatında göstərilən «Ramiz» adlı şəxsin ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edərək «Ramiz» adlı şəxsin ifşa olunması üçün əməliyyt-axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2022-ci il tarixdə saat 18:25 radələrində əməliyyat məlumatında göstərilən «Ramiz» adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsindəki «Tosoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında olduğunu müəyyən edib orada onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu bildirib Ramiz İsmayılovu Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PŞ-nə dəvət etmişlər. Polis bölməsinin inzibati binasında, xidməti otaqda əməliyyat məlumatında göstərilən «Ramiz» adlı şəxsin xx.xx.1998-ci il təvəllüdlü, ünvan 4 ünvanda yaşayan X7 olduğu müəyyən edilmiş, ona şübhəli şəxsin hüquq vəzifələri izah olunmuş, hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Ramiz İsmayılova videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilib videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasına başlamazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə, əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Ramiz İsmayılov əynindəki tünd göy rəngli cins gödəkçəçinin sol döş cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim edərək təqdim etdiyi 01 (bir) ədəd sellofan kəsiyi bükümünün arasında narkotik vasitə heroin olduğunu bildirmiş, heroini xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu, Köhnə Suraxanı deyilən yerdə tanımadığı şəxsdən 15 manata alaraq öz şəxsi istifadəsi üçün üzərndə saxlayıb gəzdirdiyini bildirmişdir. Ramiz İsmayılovun üzərində şəxsi axtarış davam etdirilsə də onun üzərindən özünün təqdim etdiyi 01 (bir) ədəd bükümdən başqa heç bir əşya aşkar edilməmişdir. Ramiz İsmayılovun təqdim etdiyi bir ədəd büküm bir ədəd zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib olunduqdan sonra protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 göstərmiş olduğu xüsusatları öz ifadəsində təsdiq etmişdir. Cinayət işinin 27-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, X7 06 sentyabr 2022-ci il tarixdə, saat 18:25-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 70-71-ci vərəqlərində olan 08 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə qərardan görünür ki, o X7 barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi, qərarın sürəti X7 həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və X8 azad olunması və qərarın surəti icra olunması üçün Suraxanı RPİ-nin İŞ-nə və Suraxanı RPİ-nin MSY-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 72-73-cü vərəqində olan 08 sentyabr 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, X7 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 32-33-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, X3 üzərində videoçəkliş aparılmaqla axtarış keçirilən zaman Ramiz İsmayılov əynindəki tünd göy rəngli cins gödəkçəsinin sol döş cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxararaq təqdim etmiş, təqdim olunan bükümdə narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmiş və götürülərək zərfə qoyularaq zərf möhürlənmişdir. Ramiz İsmayılov təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu, heroin Suraxanı rayonu, Köhnə Suraxanı deyilən ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Cinayət işinin 40-43-cü vərəqələrində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci tarixli, 6/4849 nömrəli ekspert rəyində göstərilmişdir kı, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN «Zərflər üçün N2 196» möhür əksi, «Saxlanılan şəxs...X3 üzərindən....» və s,. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkiləri 1,312 qram maddə kütləsi kusiar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Heroininin təmiz çəkisi 1,312 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,262 qramdır. Cinayət işinin 107-108-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X12- Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2022-ci il tarixli 5154 nömrəli rəyində göstərilmişdir ki, «müayinə zamanı X4 opioidlərin və kannabinoidlərin birgə qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 51-ci vərəqində olan “DVD diskə baxış keçirilməsi haqqında” 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı X7 bildirdi ki, üzərində şəxsi axtarış aparılan şəxs o özüdür. Baxış zamanı müəyyən olundu ki, polis əməkdaşlarının iştirakları ilə X3 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. X10 üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir yasmitə, əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Ramiz İsmayılov əynindəki tünd göy rəngli cins gödəkçəsinin sol döş cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim edir. Ramiz İsmayılov təqdim etdiyi 01 (bir) ədəd sellofan kəsiyi bükümü açıldıqda bükümlərin içərisində heroinə oxşar kütlə olduğu məlum olur. Ramiz İsmayılov bükümlərin arasında kokos kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Ramiz İsmayılovun üzərində şəxsi axtarış davam etdirilir, amma onun üzərindən özünün təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümdən başqa heç bir əşya və ya vasitə aşkar olunmur. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq zamanı alınmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, X7 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-424/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə və ona, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, X3 məhkəməyədək icraat zamanı 18 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, X6 təyin edilən 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla və X6 çəkilməsi üçün qəti olaraq, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilməsi hökm edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 1(010)-424/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmış, cəzasının əvvəli: xx.xx.2023-cü il, cəzanın sonu isə xx.xx.2024-cü il tarixə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs cəzasından 03 ay 14 gün çəkmiş və onun 08 ay 12 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə iclasında oğlunun üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynində olan tünd göy rəngli cins gödəkçəsinin sol döş cibindənhəmin 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,312 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldüyü müəyyən olundu. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Mhkəməsinin 27 mart 2023-cü il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat dayandırılması, X7 barəsində axtarış elan edilməklə, barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X7 xx.xx.2023-cü il tarixində Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 03 saylı istintaq təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə X7 barəsində həbs qətimkan tədbiri dəyişdirilməklə, ev dustaqlığı növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2717 nömrəli Sərəncamı ilə № İ-4387 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsinə əsasən X7 “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə № İ-38797 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsinə əsasən X7 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsi tərəfindən verilmiş SX № ******* saylı hərbi biletdən görünür ki, X1 və Tərtər rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X7 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X3 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,312 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar X7 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs X3 ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X7 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs X3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X3 gənc olduğunu, “Vətən müharibəsi” iştirakçısı olmasını və dövlət tərəfindən bununla əlaqədar “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X3 əməlində ağırlaşdıran hal kimi müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 424/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə 01 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, X3 məhkəməyədək icraat zamanı 18 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, X6 təyin edilən 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla və X6 çəkilməsi üçün qəti olaraq, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4, 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən X3 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-424/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum edildiyi, habelə hazırki iş üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş az ağır cinayət hesab olunur və həmin hökmlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Buna görə də məhkəmə X3 əvvəllər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-424/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum edildiyi, həmin hökm ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyini nəzərə alaraq hesab edir ki, qeyd edilən cinayət əməlləri və azadlığın məhdudlaşdırılması növündə cəzaya görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə ki, iş materiallarında olan Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 1(010)- 424/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmış, cəzasının əvvəli: xx.xx.2023-cü il, cəzanın sonu isə xx.xx.2024-cü il tarixə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs cəzasından 03 ay 14 gün çəkmiş və onun 08 ay 12 gün çəkilməmiş cəzası qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-424/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və X6 çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, X6 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri X6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Suraxanı Rayon Məhkəməsinin 1(010)-424/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzası 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Suraxanı Rayon Məhkəməsinin 1(010)-424/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, çəkilməsi üçün qəti olaraq, azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, Suraxanı Rayon Məhkəməsinin 1(010)-424/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkmiş olduğu 03 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 01 ay 22 gün azadlıqdan məhrum etmə müddəti ona təyin olunmuş cəza müddətinə hesablanmaqla, üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 06 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022ci il tarixədək tutulduğu 02 gün müddət təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Suraxanı Rayon Məhkəməsinin 1(010)-424/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə məhkəməyədək icraat zamanı 18 iyun 2022-ci il tarixindən 20 iyun 2022-ci il tarixədək tutulduğu 2 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasında çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəza çəkməsinin əvvəli, faktiki olaraq tutulduğu vaxtdan, yəni 17 may 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan təqsirləndirilən şəxs X3 üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X7 oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, X6 Suraxanı Rayon Məhkəməsinin 1(010)-424/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzası 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. X6 Suraxanı Rayon Məhkəməsinin 1(010)-424/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, X6 çəkilməsi üçün qəti olaraq, 10 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. X3 Suraxanı Rayon Məhkəməsinin 1(010)-424/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkmiş olduğu 03 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 01 ay 22 gün azadlıqdan məhrum etmə müddəti ona təyin olunmuş 10 ay azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablansın, üzərində 08 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 06 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 gün müddət təyin olunmuş 08 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 08 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Suraxanı Rayon Məhkəməsinin 1(010)-424/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə məhkəməyədək icraat zamanı 18 iyun 2022-ci il tarixindən 20 iyun 2022-ci il tarixədək tutulduğu 2 gün müddət ona təyin olunmuş 08 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzasında çıxılaraq üzərində qəti olaraq 08 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli faktiki tutulduğu vaxtdan, yəni 17 may 2023-cü ildən hesablansın. X3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,262 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan X3 üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 110 (bir yüz on) manat X2 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-29/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-29/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver