Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-29/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxs X6 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, (boşanmış) 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Siyəzən rayonu, Su Kəməri qəsəbəsi, ev 1 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 25 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 4(010)-627/2022 saylı qərarı ilə barəsində 09 dekabr 2022-ci il tarixədək ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, 02 mart 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 1(010)- 246/2025 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 19 dekabr 2024-cü il tarixdə tutularaq, 20 dekabr 2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmə, yəni özgənin əmlakını gizli olaraq talama ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 15 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək olan müddət ərzində X4 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MÍDA” yaşayış kompleksi, ev 4, 137-ci giriş, 6-cı mərtəbəsində yerləşən mənzilə özündə olan alətlə giriş-çıxış qapısını açıb qanunsuz daxil olaraq oradan 01 ədəd 1200 manat dəyərində “Zimmer” markalı kombini, hər birinin dəyəri 12 manat olmaqla ümumi dəyəri 444 manat olan 37 ədəd seksiyadan ibarət su radiatorlarını, dəyəri 150 manat olan 01 ədəd qaz peçini, dəyəri 120 manat olan 01 ədəd raspiratoru, hər birinin dəyəri 4 manat olmaqla, ümumilikdə 16 manat olan 04 ədəd su kranını, dəyəri 60 manat olan 01 ədəd hamam duşunu, hər birinin dəyəri 5 manat olmaqla, ümumi dəyərləri 40 manat olan 08 ədəd elektrik yuvalarını, hər birinin dəyəri 6 manat olmaqla, ümumi dəyərləri 90 manat olmaqla, led işıqlarını, dəyəri 6 manat olan 01 ədəd elektrik paylayıcısını (udlinitel) gizli olaraq talayıb zərərçəkmiş şəxs Farid İsgəndərova 2126 manat zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən 20 fevral 2022-ci il tarixdən 25 fevral 2022ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA” yaşayış kompleksi, ev 4, 137-ci giriş, 3-cü mərtəbəsində yerləşən 3 saylı mənzilə özündə olan alətlə giriş-çıxış qapısını açıb qanunsuz daxil olaraq oradan 01 ədəd 1200 manat dəyərində “Zimmer” markalı kombini, hər birinin dəyəri 12 manat olmaqla, ümumi dəyəri 444 manat olan 37 ədəd seksiyadan ibarət radiatoru, dəyəri 150 manat olan 01 ədəd qaz peçini, dəyəri 120 manat olan 01 ədəd raspiratoru, hər birinin dəyəri 14 manat olmaqla, ümumilikdə 28 manat olan 02 ədəd su kranını, dəyəri 60 manat olan 01 ədəd hamam duşunu, hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 40 manat olan 08 ədəd elektrik yuvasını, dəyəri 6 manat olmaqla, 01 ədəd led işığını, bir kvadrat metrinin dəyəri 10 manat olmaqla, ümumi dəyəri 500 manat olan 50 kv metr laminatları hər birinin dəyəri 12 manat olmaqla, ümumilikdə 48 manat olan 04 ədəd əl tutacağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 2596 manat zərər vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. ünvan 2 ünvanda ata və anası yaşayır. Özü də təxminən bir il bundan əvvəl valideyinləri, arvadı və bir azyaşlı uşağı ilə həmin ünvanda yaşamışdır. Ancaq sonrakı müddətdə arvadından boşandıqdan sonra, arvadı 7 yaşlı oğlu İbrahimi də görürüb ata evinə getmişdir. Bundan sonra Bakı şəhərinə gəlib, tikintilərdə günəmuzd fəhləlik etməyə başlamışdır. Hazırda daimi yaşayış yeri yoxdur. Ancaq Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında, adını bilmədiyi küçədəki həyət evində günü 4 manata kirayədə qalırdı. Bundan əvvəl isə, yəni 2021-ci ilin axırlarından 2022-ci ilin may ayınadək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA” yaşayış kompleksi ev 137-ci giriş, 3-cü mərtəbəsində bir otaqlı mənzildə kirayədə yaşamışdır. Mənzilin sahibinin adını xatırlamasa da, polis əməkdaşı olduğunu bildirmişdir. Aylıq 180 manat kirayə haqqı ödəmişdir. 2022-ci ilin fevral ayında işsiz olduğundan və iki ayın kirayə haqqını ödəyə bilmədiyindən, yaşadığı evin mənzillərindən oğurluq etmək qərarına gəlmişdir. Yaşadığı binanın bir çox mənzillərində yaşayış olmamışdır. O, yaşadığı podyezdə olan mənzilləri yoxlamağa başladıqda, 6-cı mərtəbədə bir mənzildə yaşayış olmadığını başa düşmüşdür. Mənzilin dəmir qapısını yoxladıqda iki yerdən kiliti olduğunu görmüşdür. Ona görə də, 2022-ci ilin fevral ayının ortalarında, təxminən 15 fevral - 20 fevral arası 6-cı mərtəbədə yerləşən həmin mənzilin dəmir qapısında olan kiliti özü ilə gətirdiyi vintaçanla yoxladıqda, qapının bir kilitinin bağlı olduğunu görmüşdür. Həmin kiliti açıb günorta vaxtı mənzilə daxil olmuşdur. Mənzil 2 və ya 3 otaqdan ibarət olmuşdur. Mənzildə yaşayış və mebel, yataq predmetləri olmasa da, istilik sistemi quraşdırılmışdır. Mətbəxdə aspirator, qaz pillitəsi və sair avadanlıqlar qoyulmuşdu. O, özü ilə gətirdiyi alətlərlə elektrik sisteminə qoyulmuş iki ədəd 12 seksiyadan ibarət, 2 ədəd 9 seksiyadan ibarət, bir ədəd 6 seksiyadan ibarət su radiatorlarını açmışdır. Sonra isə evin eyvanında quraşdırılmış bir ədəd kombini də çıxarmışdır. Bundan sonra mətbəxdə quraşdırılmış bir ədəd hava təmizləndiricini (aspirator) də çıxarmışdır. Daha sonra mənzildə olan elektik yuvalarına bağlanmış 8 ədəd elektrik yuvasını, 4 ədəd su kranını, bir ədəd elektrik paylayıcısını, qaz pillitəsini və tavana bağlanmış 15 ədəd led işığını çıxarmışdır. Mənzilin giriş qapısını açarkən kilitini xarab etdiyindən və buna görə də, qapı bağlanmadığından evin otaq qapısından kiliti çıxarıb giriş qapısına salmış və açarı ilə bağlamışdır. Açarı sonradan tullamışdır. Həmin mənzildən oğurladığı malları satmaq üçün 8-ci km bazarına aparmaq istəmişdir. Buna görə də, mənzildən çıxıb, evin yaxınlığında dayanmış dövlət qeydiyyat nişanına fikir vermədiyi, köhnə “VAZ 21011” markalı yük daşıyan taksini görüb, taksi sürücüsünə evində olan kombi və digər əşyaları təmir etdirmək üçün 8-ci km bazarına aparmaq istədiyini bildirmişdir. Taksi sürücüsü də ondan yol haqqı olaraq 11 manat pul istəmiş, o, da razı olmuşdur. Bundan sonra mənzildən oğurladığı həmin malları yük taksisinə yükləyib, 8-ci km bazarına aparmışdır. Avtomobili bazarı girişində saxlatdıqdan sonra girişdə olan işlənmiş radiatorlar, kombilər olan dükana yaxınlaşıb, həmin dükanda işləyən adını bilmədiyi cavan oğlana özünə məxsus olan istifadə olunmuş həmin malları satmaq istədiyini bildirmişdir. Soruşduqda həmin malların yerinə yenilərini aldığını və mənzildə quraşdırdığını bildirmişdir. Aralarındakı razılaşmaya görə, istilik radiatorlarını bir seksiyasını 3 manata, kombini 180 manata, aspiratoru 25 manata, qaz peçini isə 25 manata həmin şəxsə satmışdır. Ancaq həmin şəxs ona led işıqları və elektrik yuvaları lazım olmadığını bildirdiyindən, oğurladığı led işıqlarının birini təxminən 2-3 manata, elektrik yuvalarının hər birini təxminən 2 manata başqa birisinə satmışdır. Həmin şəxsə malları satmamışdan əvvəl, ondan şəxsiyyət vəsiqəsini istəmiş, o, da ona özünə məxsus şəxsiyyət vəsiqəsini vermişdir. Həmin şəxs də onun şəxsiyyət vəsiqəsinin surətini çıxararaq özündə saxlamışdır. Malları ondan alan şəxs, ümumilikdə ona təxminən 400 manata yaxın pul vermişdir. Həmin puldan onu gözləyən taksinin pulunu ödəmiş, qalan pulun 360 manatı ilə yaşadığı evin iki aylıq kirayəsini ödəmişdir. Həmin oğurluqdan təxminən bir həftə sonra həmin evin qaldığı podyezin 3-cü, yəni özü qaldığı mənzilin böyründə olan mənzilin dəmir qapısını özündə olan vintaçan açarla açıb içəri daxil olmuşdur. Həmin mənzildə də yaşayış olmasa da, elektrik sistemi quraşdırılmışdır. O, həmin iki otaqlı mənzildən bir ədəd kombini, iki ədəd 12 seksiyadan, bir ədəd 6 seksiyadan ibarət elektrik radiatorunu, qaz peçini, aspiratoru, elektrik yuvalarını, hamamın duşunu özü ilə gətirdiyi alətlərlə açaraq çıxarmışdır. Sonra isə mənzilin döşəməsinə salınmış laminatların demək olar ki, hamısını söküb çıxarmışdır. Sonra 8-ci km bazarına aparmaq üçün maşın axtaranda həmin “VAZ 21011” markalı qırmızı rəngli taksinin dayandığını görüb, onunla həmin malları yenə də 8ci km bazarına aparıb, kombini, radiatorları, qaz peçini, duşu, raspiratoru və əvvəlki mənzildən oğurladığı əşyaları satdığı kişiyə, ümumilikdə təxminən 400 manata satmışdır. Elektrik yuvalarını, qapı əlcəklərini, laminatları isə başqa bir şəxsə satmışdır. O, əvvəlki ifadələrində hər iki mənzildən oğurladığı əşyaları eyni şəxsə satdığını göstərmiş, lakin sonradan xatırlamışdır ki, kombiləri, radiatorları, duşu və aspiratorları satdığı şəxs ona elektrik yuvaları, led işıqları və laminat lazım olmadığını bildirdiyindən o, həmin əşyaları almaq istəyən başqa şəxsə satmışdır. Ancaq həmin şəxsin 8-ci km bazarında işləyibişləmədiyini bilmir. Həmin şəxs onun həmin əşyaları satmaq istədiyini görüb, özü ona yaxınlaşmış və almaq istədiyini bildirdiyindən həmin əşyaları ona satmışdır. Həmin oğurluqları tək olaraq etmiş və ona kimsə kömək etməmişdir. Oğurladığı əşyaları satarkən mal alan şəxsə həmin malların özünə məxsus olduğunu, təmir üçün apardığını bildirmişdir. Öz ifadəsində qeyd etdiyi oğurluq hadisələrindən başqa hər hansı oğurluq hadisəsi törətməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, əməlindən peşmandır və özünü tam təqsirli bilir. Cinayəti tək törətmiş, kimsə ona köməklik etməmişdir. Cinayətləri törətməsinə səbəb işləməməsi, pulunun olmaması, buna görə də kirayə pulunu və uşağı üçün alimenti ödəyə bilməməsi olmuşdur. Həmin binada kirayədə yaşadığı üçün mənzillərin boş olmasından xəbərdar olmuşdur. Sonda isə zərərçəkmiş şəxslərlə barışmasını, şikayət və tələbin olmamasını, dəymiş ziyanın tam olaraq ödənilməsini, əməlindən peşman olmasını və 1 azyaşlı övladına aliment ödəməsini nəzərə alaraq yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. ünvan 4 giriş 137, 6-cı mərtəbə, 3-cü mənzildə iki otaqdan ibarət mənzili vardır. Mütəmadi olaraq həmin mənzilə gedib baxmışdır. 2022-ci ilin fevral ayının əvvəllərində həmin mənzilə getmiş, qapının giriş qapısını açmaq üçün özündə olan açarı açarlığa daxil edib qapını açmaq istədikdə qapı açılmamışdır. Həmin qapı iki yerdən kilitlənir, ancaq həmişə bir kilitini bağlamışdır. Ona görə də açarı səhv gətirdiyini düşünərək, mənzilə daxil olmadan çıxıb getmişdir. Axırıncı dəfə 27 fevral 2022-ci il tarixdə, yenidən mənzilə gəlib, giriş qapısını açmaq istədikdə qapını yenə də aça bilməmişdir. Ona görə də tanışlarından elektrik dreli götürərək gedib, mənzilin giriş-çıxış qapısını açmışdır. Mənzilə daxil olmuş, bu zaman qonaq otağında quraşdırılmış 16 seksiyadan ibarət, yataq otağında quraşdırılmış 12 seksiyadan ibarət, mətbəxdə quraşdırılmış 09 seksiyadan ibarət mənzildə olan su radiatorlarının, eyvanda quraşdırılmış kombinin, otaqlarda olan 08 ədəd elektrik yuvalarının, tavana vurulmuş 15 ədəd led işıqlarının, 04 ədəd su kranının, 01 ədəd aspiratorun, 01 ədəd duşun və 01 ədəd qaz sobasının yerlərindən çıxarılaraq, eləcə də 01 ədəd elektrik paylayıcısının (udlinitel) oğurlandığını aşkar etmişdir. Həmin əşyalar yerlərinə montaj edilsələr də, istifadədə olmamışdır. Yəni demək olar ki, təzə olmuşlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış kompleksi ünvanında yerləşən ev xalası oğluna məxsus olmuşdur. Həmin evdə yaşayış olmamışdır. Ona, təxminən 2126 manat məbləğində ziyan dəymiş, hazırda təqsirləndirilən şəxslə aralarında razılıq olmuş, belə ki, vurulmuş ziyan ödəniləcəkdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X6 12 fevral 2025-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, cinayət işi üzrə ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır. Bununla belə, ünvan 4 giriş 137, 3-cü mərtəbə 3-cü mənzildə iki otaqdan ibarət mənzili vardır. Həmin mənzili 2020-ci ildə kreditlə tam təmirli şəkildə almışdır. Həmin mənzildə yaşamır. 20 sentyabr 2022-ci il tarixdə, həmin mənzilə gedib, girişi qapısını açmaq istədikdə qapı açılmamışdır. Qapıya nəzər saldıqda qapının çərçivəsi ilə tağı arasının əzik olduğunu görmüşdür. Ona görə də usta çağırıb, qapını açdırıb içəri daxil olmuş, mənzilə daxil olduqda qonaq otağında quraşdırılmış 16 seksiyadan ibarət, yataq otağında quraşdırılmış 12 seksiyadan ibarət, mətbəxdə quraşdırılmış 09 seksiyadan ibarət olan su radiatorlarının, eyvanda quraşdırılmış kombinin, otaqlarda olan 08 ədəd elektrik yuvasının, hamama vurulmuş bir ədəd led işığının, 04 ədəd su kranının, bir ədəd aspiratorun, bir ədəd duşun və bir ədəd qaz sobasının, otaqlarda olan əl tutacaqlarının yerlərindən çıxarılaraq, eləcə də iki otağın və dəhlizin döşəməsinə düzülmüş laminatların sökülərək oğurlandığını aşkar etmişdir. Həmin əşyalar yerlərinə montaj edilsələr də, istifadədə olmamışlar. Yəni demək olar ki, təzə idilər. Ona, ümumilikdə təxminən 2596 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında verilən suala cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs2 12 fevral 2025-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, cinayət işi üzrə ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Şahid məhkəmə iclasında iştirak etməmiş, 06 mart 2025-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramda məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarında elektrik və qaz alətləri təmirçisi işləyir. Bunun üçün həmin bazarda bir dükanı icarəyə götürmüşdür. Həmin dükanda təmir üçün gətirilən qaz alətlərini təmir edir. Eləcə də, istifadədə olmuş qaz və elektrik aqreqatlarını alıb, təmir edərək, satır. 2022-ci ilin təxminən fevral ayının ortalarında bir nəfər cavan oğlan onun işlədiyi dükana gələrək özünə məxsus istifadədə olmuş qaz və elektrik aqreqatlarını satmaq istədiyini bildirmişdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsdən həmin aqreqatları satmasının səbəbini soruşduqda, Təqsirləndirilən şəxs həmin aqreqatları təzələri ilə əvəzlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənəd istədikdə sonuncu ona özünün şəxsiyyət vəsiqəsini vermişdir. Baxdıqda şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Bundan sonra həmin şəxsin gətirdiyi çoxsayda su radiatorlarını, eləcə də, bir ədəd kombini, bir ədəd raspiratoru, bir ədəd qaz pilətəsini, ondan aralarında razılaşdıqları, lakin xatırlamadığı qiymətə almışdır. Bundan bir neçə gün sonra, həmin şəxs bir daha onun işlədiyi dükana gələrək özü ilə gətirdiyi bir neçə ədəd su radiatorlarını, bir ədəd kombini, qaz pillitəsini göstərərək, özünə məxsus olduğunu, yeniləri ilə əvəzlədiyindən satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşdıqları pulu verib onun gətirdiyi malları almışdır. Həmin malları təmir etdikdən sonra tanımadığı şəxslərə satmışdır. Bəzilərini isə ehtiyat hissəsi kimi istifadə edərək, təmirə gətirilən aqreqatların üzərinə qoymuşdur. Hazırda həmin mallardan dükanında qalmamışdır. Təqsirləndirilən şəxs satmağa gətirdiyi həmin malların oğurluq olduğunu ona bildirməmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini istədikdə və onun yanında şəxsiyyət vəsiqəsinin surətini götürdükdə o, özünü normal aparmış, buna görə də, Təqsirləndirilən şəxs şübhələnməmişdir. Təqsirləndirilən şəxs ona iki dəfə mal gətirmişdir. Təqsirləndirilən şəxs onun yanına tək gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: ********* nömrəli cinayət işi 10 iyun 2022-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X7 tərəfindən HK-1/438 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (iş.v. 1) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin rəisinə ünvanlanmış 27 fevral 2022-ci il tarixli raportdan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida y/k, bina 4, giriş 137, mərtəbə 6, mənzil 2-də yaşayan Zərərçəkmiş şəxs1, evinin kilitinin açılması yolu ilə daxil olunması, daxil oluma nəticəsində 03 ədəd istilik sistemi, 16 ədəd led işıq, hamam aksesuarı, mətbəx aksesuarları və su qızdırıcısının oğurlanması barədə məlumat vermişdir. (iş.v.4) 27 fevral 2022-ci il tarixli şifahi ərizə protokolundan görünür ki, X6 bildirmişdir ki, 27 fevral 2022-ci il tarixdə, təxminən saat 15 radələrində ona məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida y/k, bina 4, giriş 137, mərtəbə 6, mənzil 2-də yerləşən evinə gəldikdə son 1 ay ərzində evdə olmadığı müddətdə naməlum şəxslərin seyf qapıdan evə daxil olaraq evdən 04 ədəd istilik radiatorunu, 01 ədəd kombi, 01 ədəd qaz pilitəsini, 01 ədəd aspiratoru, 15 ədəd spot işıqları 08 ədəd elektrik yuvasını, 04 ədəd kranı və elektrik paylayıcını gizli yolla talayaraq oğurladığını aşkar etmişdir. Hadisə nəticəsində ona 2500 manat maddi ziyan dəymişdir. Oğurluq etmiş şəxslərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. (iş.v. 5) 27 fevral 2022-ci il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X6 27 fevral 2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə müraciət edərək bildirmişdir ki, həmin tarixdə, təxminən saat 15 radələrində ona məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida y/k, bina 4, giriş 137, mərtəbə 6, mənzil 2-də yerləşən evinə gəldikdə son 1 ay ərzində evdə olmadığı müddətdə naməlum şəxslərin qapıdan evə daxil olaraq evdən 04 ədəd radiatoru, 01 ədəd su qızdırıcını, 01 ədəd az pilitəsini, 01 ədəd aspiratoru və müxtəlif elektrik və santexnika əşyalarının oğurlandığını aşkar etmişdir. Daxil olmuş müraciət əsasında hadisə yerinə baxış keçirilmişdir. Baxış keçirilən ünvan ünvan 7 Mənzilin giriş qapısı seyf qapıdır. Qapıdan evə daxil olduqda, sol tərəfdə sanitar qovşağı, giriş qapısı ilə üz-üzə yataq otağı, yataq otağının sağ yanında qonaq otağı, girişdən sağ tərəfdə isə mətbəx, mətbəxdə isə eyvan yerləşir. Baxış keçirilən zaman vanna otağından qızdırıcı radiatorun, qonaq otağında radiatorlar və işıq spotlarının, mətbəxdən qaz pilitəsi, aspirator və kranın, eyvandan isə kombinin oğurlandığı qeyd edilmişdir. (iş.v. 6-8) 11 iyun 2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, X6 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 17) Zərərçəkmiş şəxs2 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış 03 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, 20 sentyabr 2022-ci il tarixdə, ona məxsus ünvan 9 ünvanında yerləşən yaşayış olmayan mənzilinə gəldikdə, son 1 il ərzində orada olmadığı müddətdə, naməlum şəxslər mənzilin kilitini sındırma yolu ilə daxil olaraq mənzildən 01 ədəd kombi aparatını, 04 ədəd radiatoru, otaq qapılarının tutacaq açarlarını, mənzildə olan bütün elektrik yuvalarını, vanna otağında olan su kranlarını və mənzilin bir hissəsinin döşəmə laminatlarını sökərək oğurladıqlarını aşkar etmişdir. Hadisə nəticəsində ona, ümumilikdə, 1500 manat dəyərində maddi ziyan dəymişdir. Oğurluq edən şəxslərin müəyyən edilərək barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. (iş.v.95) 05 oktyabr 2022-ci il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048-49, ev 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 03 oktyabr 2022-ci il tarixdə, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə, özünə məxsus olan ünvan 10 ünvanına gəldikdə, son 1 il ərzində orada olmadığı müddətdə, naməlum şəxslərin mənzilə daxil olaraq oradan 01 ədəd kombi aparatını, 04 ədəd istilik radiatorunu, otaq qapılarının kilitini, elektrik yuvaları və vanna otağından su kranlarını oğurladıqlarını aşkar etmişdir. Baxış keçirilən Zərərçəkmiş şəxs2 məxsus yuxarıda qeyd olunan ünvan 2 otaqdan ibarətdir. Baxış zamanı mənzildə olan laminat döşəmənin sökülməsi və qeyd olunan avadanlıq və əşyaların yerində olmadığı müəyyən edilmişdir. Baxış zamanı mənzildən əl barmaq izləri aşkar edilmişdir. (iş.v.97- 100) 25 oktyabr 2022-ci il tarixli, “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, ifadəsində göstərilən xüsusatları hadisə yerində göstərsin. Bundan sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən Suraxanı RPİ-dən xidməti avtomobilə əyləşərək onunla birlikdə, Bakı şəhəri Suraxanı rayonu, Hövsan bəsi, MİDA yaşayış kompleksi, ev 4, 137 girişin qarşısına gətirilərək, 2021-ci ilin axırlarından 2022-ci ilin may ayınadək həmin girişin 3-cü mərtəbəsində olan mənzildə kirayədə yaşadığını bildirmişdir. Bundan sonra, liftlə 3-cü mərtəbəyə qalxmışlar. Təqsirləndirilən şəxs həmin mərtəbədə olan 3-cü mənzili göstərərək 2022-ci ilin fevral ayının ikinci yarısında həmin mənzilə daxil olaraq oğurluq etdiyini bildirmişdir. Bundan sonra, həmin mənzildən çıxan Zərərçəkmiş şəxs2 mənzilin ona məxsus olduğunu, həqiqətən də mənzildən oğurluq olduğunu bildirmiş, mənzilə daxil olduqdan sonra mənzilin iki otaqdan, mətbəxt, dəhliz, eyvan və sanitar qovşağından ibarət olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin mənzilin evyanından xəttə qoşulmuş bir ədəd “Zimmer” markalı kombi aparatını, otaqlarda olan su-istilik radiatorlarını, mətbəxdə quraşdırılmış aspiratoru və qaz pilitəsini, qapıların əl tutacaqlarını, hamam duşunu, su kranlarını, bir ədəd led işığını, elektrik yuvalarını, döşəməyə düzülmüş laminatları yerlərindən sökərək və çıxararaq 8-ci km bazarında satdığını bildirmişdir. İfadənin yerində yoxlanmasının davamı olaraq Təqsirləndirilən şəxs oğurluq etdiyi digər mənzili göstərməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs iştirakçıları həmin girişin 6cı mərtəbəsində olan mənzillərdən birinin qarşısına gətirərək, 2022-ci ilin fevral ayının birinci yarısında, yəni bir az əvvəl göstərdiyi oğurluğu törətməmişdən bir neçə gün əvvəl həmin mənzildən oğurluq etdiyini bildirdi. Bundan sonra, həmin mənzildən çıxan X6 mənzilin ona məxsus olduğunu, həqiqətən də 2022-ci ilin əvvəllərində mənzildən oğurluq olduğunu bildirmiş, mənzilə daxil olduqdan sonra mənzilin iki otaqdan, mətbəx, dəhliz, eyvan və sanitar qovşağından ibarət olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin mənzilin evyanından xəttə qoşulmuş bir ədəd “Zimmer” markalı kombi aparatını, otaqlarda olan su-istilik radiatorlarını, mətbəxdə quraşdırılmış aspiratoru və qaz pilitəsini, qapıların əl tutacaqlarını, hamam duşunu və su kranlarını, çox sayda led işıqlarını, elektrik yuvalarını yerlərindən sökərək və çıxararaq 8-ci km bazarında satdığını bildirmişdir. İfadənin yerində yoxlanmasının davamı olaraq Təqsirləndirilən şəxs oğurladığı həmin əşyaları satdığı yeri göstərməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs xidməti avtomobilin sürücüsünə yolu tərif edərək, Bakı şəhəri, Nizami rayonu 8-ci km bazarı adlanan bazara gətirərək, “Xalqlar Dostluğu" metrostansiyası tərəfdən bazara qalxan pilləkənlər tərəfdə sol tərəfdə olan qaz cihazları təmiri yerini göstərərək 2022-ci ilin fevral ayında ünvan 4 137 girişin 3-cü və 6-cı mərtəbələrindəki mənzildən oğurladığı malların bir hissəsini, yəni iki ədəd kombini, iki ədəd aspiratoru, çox sayda istilik-su radiatorlarını, iki ədəd qaz sobasını həmin yerdə işləyən adının Şahid olduğunu bildiyi şəxsə satdığını, laminat, elektrik yuvalarını isə tanımadığı başqa şəxsə satdığını bildirmişdir. Həmin yerdə işləyən Şahid həqiqətən də şəxsiyyət vəsiqəsini təqdim edərək əşyaların özünə məxsus olduğunu, daha keyfiyyətliləri ilə əvəz etdiyindən satmaq istədiyini bildirən Təqsirləndirilən şəxs qeyd edilən əşyaları aldığını, ancaq həmin əşyaların oğurluq olmasını bilmədiyini bildirmişdir. (iş.v.39-41) 26 oktyabr 2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 108) Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən DİN BCAİ-yə ünvanlanmış 13 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Suraxanı RPİ-nin 06 oktyabr 2022-ci il tarixli, 096-23709-1222 nömrəli məktubu vasitəsi ilə, 03 oktyabr 2022-ci il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış sahəsi, ev 137, mənzil 3-də yerləşən, Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 11 oktyabr 2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİnin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-nin məlumat bankına Siyəzən RPŞ-dən daxil olmuş) xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc əksi ilə eynilik müəyyən etmişdir. (iş.v. 103-105) 26 oktyabr 2022-ci il tarixli, “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş və həmin maddələr ilə ibtidai istintaq davam etdirilmişdir. (iş.v. 115-116) Məhkəmə trasoloji ekspertizasının 16 dekabr 2022-ci il tarixli, 3/1713 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi müqayisəli tədqiqat üçün yararlıdır. Cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sağ əlinin ovucunun hipotenar hissəsindən toxunma nəticəsində qalmışdır. Həmin izdə fərdi əlamətlər (çapıq, yarıq, kəsik və s.) aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş 2 saylı daktilolentin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdılar. (iş.v. 176-181) 03 mart 2023-cü il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrii ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin qüvvədə olması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 180.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Şahid barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 194.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar öz qüvvəsində saxlanılmış, zərərçəkmiş şəxsə dəymiş ziyan ümumilikdə 2596 manat hesab edilmiş, bir ədəd 1200 manat dəyərində “Zimmer” markalı kombi, hər birinin dəyəri 12 manat olmaqla, ümumi dəyəri 444 manat olan 37 ədəd seksiyadan ibarət radiator, dəyəri 150 manat olan bir ədəd qaz peçi, dəyəri 120 manat olan bir ədəd raspirator, hər birinin dəyəri 14 manat olmaqla, ümumilikdə 28 manat olan 2 ədəd su kranı, dəyəri 60 manat olan bir ədəd hamam duşu, hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 40 manat olan 8 ədəd elektrik yuvası, dəyəri 6 manat olmaqla bir ədəd led işığı, bir kvadrat metrinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 500 manat olan 50 kvadrat metr laminatların hər birinin dəyəri 12 manat olmaqla, ümumilikdə 48 manat olan 4 ədəd əl tutacaqları istintaq müddətində aşkar edilərək götürülməsi mümkün olmadığından dəymiş ziyan ödənilməmiş hesab edilmişdir. X2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar öz qüvvəsində saxlanılmış, zərərçəkmiş şəxsə dəymiş ziyan ümumilikdə, 2126 manat hesab edilmiş, bir ədəd 1200 manat dəyərində “Zimmer” markalı kombi, hər birinin dəyəri 12 manat olmaqla ümumi dəyəri 444 manat olan 37 ədəd seksiyadan ibarət su radiatoru, dəyəri 150 manat olan bir ədəd qaz peçi, dəyəri 120 manat olan bir ədəd raspirator, hər birinin dəyəri 4 manat olmaqla, ümumilikdə 16 manat olan su kranı, dəyəri 60 manat olan bir ədəd hamam duşu, hər birinin dəyəri 5 manat olmaqla, ümumi dəyəri 40 manat olan 8 ədəd elektrik yuvaları, hər birinin dəyəri 6 manat olmaqla, ümumi dəyəri 90 manat olmaqla led işıqları, dəyəri 6 manat olan bir ədəd elektrik paylayıcısı (udlinitel) istintaq müddətində aşkar edilərək götürülməsi mümkün olmadığından dəymiş ziyan ödənilməmiş hesab edilmişdir. Zərərçəkmiş şəxs X6 12 fevral 2025-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, cinayət işi üzrə ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 12 fevral 2025-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, cinayət işi üzrə ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuş, saat 17:15 dəqiqədən hüquqları məhdudlaşdırılmış hesab edilmişdir. 27 oktyabr 2022-ci il tarixdə, saat 11:10-da Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona yenidən həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət əsasında Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən Suraxanı Rayon Məhkəməsinə təqdimat verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 4(010)-627/2022 saylı qərarı ilə barəsində 09 dekabr 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. 05 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmış, 02 mart 2024-cü il tarixdə isə icraat təzələnmişdir. Həmin tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə növündə qətimkan” tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 1(010)-246/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmək üçün məhkəmənin çağırışlarına gəlmədiyindən barəsində əvvəlcə məcburi gətirmə qərarı qəbul edilmiş, alınmış cavaba əsasən 16 sentyabr 2024-cü il tarixli qərarla barəsində olan qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə dəyişdirilməklə, axtarış elan edilmiş, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 19 dekabr 2024-cü il tarixdə tutularaq 20 dekabr 2024-cü il tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. (iş.v. 56, 118-119, 134-135, 139-149, 169-170, 173, 183, 189-190) . Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəyini, sorğulara alınmış cavabları, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. X9 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair 25 yanvar 2021-ci il tarixli Plenum Qərarına əsasən Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-nin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. CM-nin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Maddənin mahiyyətindən göründüyü kimi, təkrar cinayətlər eyni və həmcins cinayətlərə bölünür. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, məhkəmə ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmaması barədə ərizələr təqdim etməsi, 1 azyaşlı övladına aliment ödəməsi, əvvəllər məhkumluğunun olmaması CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən bir neçə halı, ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, ev dustaqlığında saxlanıldığı və həbsdə saxlanıldığı müddətlər Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbsdən azad edilməli, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 61,29 manat (altmış bir manat iyirmi doqquz qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi2 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat məbləğində əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, ev dustaqlığında saxlanıldığı 01 ay 12 gün müddət və həbsdə saxlanıldığı 02 ay 21 gün müddət, cəmi 04 ay 05 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 il 07 ay 25 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 61,29 manat (altmış bir manat iyirmi doqquz qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın, maddi sübutun və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Müdafiəçi2 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-29/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-29/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver