Məhkəmə qərarları › İş №1(010)-290/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-290/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-290/2021 16.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X6 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X4, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X2 iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 09 mart 2021-ci il tarixdə 03 ay müddətinə “həbs” qismində qətimkan tədbiri seçilmiş, 02 iyun 2021-ci il tarixdə həbsdə saxlanılma müddəti 02 ay, yəni 6 avqust 2021-ci il tarixədək uzadılmış, 04 iyun 2021-ci il tarixdə “həbs” qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 7 avqust 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Şəki rayonunun Baş Layısqı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 03 mart 2021-ci il tarixdə, saat 21 radələrində və 04 mart 2021-ci il tarixdə, saat 10 radələrində ünvan 3 ünvanda xx xxxxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs on dörd yaşına çatmayan şəxs olduğunu bilə-bilə, sonuncunun könüllü razılığı ilə sifət, dodaq, boyun və sinə nahiyələrindən öpüb, əlləri ilə bədəninin müxtəlif nahiyələrini sığallayaraq cinsi ehtirasını təmin etməklə, Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, özünə məxsus Mersedes Benz E class markalı ** CK *** nömrəli avtomobili ilə uzun müddətdir ki, taksi fəaliyyəti ilə məşğul olur. 01 fevral 2021-ci il tarixdə o, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində özünə məxsus avtomobillə hərəkət etdiyi zaman, Suraxanı dairəsi adlanan yerin yaxınlığında yerləşən dayanacaqda bir nəfər, əvvəllər tanımadığı qızın oturduğunu görmüşdür. Həmin vaxtı o, idarə etdiyi avtomobili yolun kənarında saxlamış və avtomobildən düşüb həmin qıza yaxınlaşmışdır. Aralarında olan söhbət zamanı həmin qızın adının Aleksandra olduğunu, Suraxanı qəsəbəsi ərazisində yaşayan əmisinin evinə getmək istədiyini, lakin ünvanı tapa bilmədiyini öyrənmişdir. Daha sonra söhbət zamanı Aleksandra Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşadığını, anasından incidiyi üçün yaşadığı evi tərk etdiyini bildimişdir. Həmin vaxtı o, Aleksandraya havanın soyuq olduğunu, ona görə də özünə məxsus avtomobildə oturmasını təklif etmişdir. Aleksandra da onun təklifi ilə razılaşmış və avtomobilin qabaq sağ oturacağında, onun yanında oturmuşdur. Bundan sonra avtomobilin mühərrikini işə salaraq, Suraxanı rayonu ərazisində yerləşən “Tosoil” yanacaqdoldurma məntəqəsinə getmiş, avtomobilə yanacaq doldurduqdan sonra Aleksandra ac olduğunu bildirmişdir. Ona görə də, avtomobili ərzaq mağazasının qarşısında saxlayıb, sonunjuya yemək üçün şirniyyat almışdır. Bundan sonra Aleksandra anası Veronikanın mobil telefon nömrəsini ona vermişdir. O, həmin nömrəyə zəng edərək, Aleksandranın anasına - X1 onun yanında olduğunu və Aleksandra ilə onu Suraxanı dairəsinin yaxınlığında gözlədiyini bildirmişdir. Bir qədər sonra Aleksandranın anası Veronika avtomobillə həmin yerə gəlmiş və qızı Aleksandranı həmin avtomobillə aparmışdır. Bundan sonra Aleksandra ilə mobil telefon nömrələrini biribirinə verdiklərinə görə danışıb əlaqə saxlamışlar. Belə ki, hər gün Aleksandra öz istifadəsində olan nömrə ilə onun mobil telefonuna mesaj yazmışdır. Bu danışıqlardan Aleksandranın anası Veronikanın da xəbəri olmuş, hətta sonunju mobil telefonla qızının adından ona ismarıj göndərərək, Aleksandra ilə ailə qurmaq niyyətində olub-olmadığı ilə maraqlanmış, daha sonra isə öz adından onunla danışmışdır. 03 mart 2021-ci il tarixdə, saat 20 radələrində tanımadığı nömrədən ona zəng gəlmişdir. O, telefona cavab verdikdə, danışanın Aleksandra olduğunu bilmiş, sonunju ona evdən qaçdığını və onu görmək istədiyini demişdir. Həmin vaxt Aleksandra ona taksi sürücüsünün mobil telefonu ilə zəng etmişdir. Ona görə də, o, həmin şəxsdən Aleksandranı Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsinə gətirməsini xahiş etmişdir. Bir qədər sonra Aleksandra Mercedes markalı avtomobillə Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsinə gəlmişdir. O, Aleksandranı qarşılamış və onu gətirən avtomobilin sürücüsünə 5 manat pul vermişdir. Bundan sonra Aleksandra onun avtomobilinin qabaq sağ oturacağında əyləşmişdir. Aralarında olan söhbət zamanı Aleksandra anası Veronikadan incidiyini, ona görə də yaşadıqları evdən qaçdığını bildirmişdir. Bundan sonra o, Aleksandranı Bakı şəhəri, Suraxanı rayonu ərazisinə, tanışı Yusif adlı şəxsin evinə aparmışdır. Çünki, Yusifin evinin açarları onda olmuşdur. Lakin, Yusifin bundan xəbəri olmamışdır, sonunju Gənjə şəhərində olmuşdur. O, Aleksandra ilə birlikdə həmin evə gəlmiş, evə daxil olduqdan sonra divanda oturub söhbət etmişlər. Həmin vaxt Aleksandranın anası Veronika ona zəng edərək, qızının yenidən evdən getdiyini, bu barədə xəbərinin olub-olmadığını soruşmuşdur. O, isə Veronikaya Aleksandranın harada olmasını bilmədiyini demişdir. Bir qədər sonra o, Aleksandraya yaxınlaşaraq, sonuncunun könüllü razılığı ilə dodağından, sifətindən, sinəsindən və boğazından öpməyə başlamışdır. Aleksandra xəstə olduğunu dedikdə, o, Aleksandraya onu masaj etməyi təklif etmişdir. Aleksandra da onunla razılaşaraq, divanda üzü üstə uzanmışdır. Bundan sonra o, Aleksandranın kürəyini əli ilə sığallamış və əynində olan paltarlarını soyunmuşdur. Daha sonra divanda, Aleksandranın yanında uzanmış və sonuncu ilə öpüşmüş, jinjiyyət orqanını onun bədəninə jürtmüş, bir qədər sonra ehtirası artmış və Aleksandranın qarın nahiyyəsinə boşalmışdır, spermanı isə evdə olan əl dəsmalı ilə silmişdir. Bundan sonra Alaksandranı evdə qoyaraq, səhər qayıdacağını deyib çıxıb getmişdir. Səhərisi günü, yəni 04 mart 2021-ci il tarixdə, saat 08 radələrində yemək üçün sosiska, kola, yumurta, çörək, çay və günəbaxan tumu alıb Asleksandranın olduğu evə getmiş, birlikdə oturub yemək yemişlər. Bundan sonra yenidən Aleksandraya yaxınlaşaraq, onun sifət, dodaq və boyun nahiyələrindən öpməyə başlamışdır. Həmin vaxt Aleksandra ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəmiş, lakin Aleksandra buna razı olmamış və o, da Aleksandraya təyziq göstərməmişdir. Lakin, həmin vaxtı özü də əynində olan paltarlarını soyunmuş, Aleksandranın da əynində olan paltarları soyundurmuş, onu qucaqlamış və sonuncunun könüllü razılığı ilə Aleksandraya qarşı seksual xarakterli hərəkətlər etmiş, bundan sonra evdə olan dəsmalla Aleksandranın üzərində olan spermanı silmişdir. Aleksandra xəstə olduğunu, ona görə də alt paltarında qan ləkələri olduğunu demişdir. Ona görə də, o, Aleksandra üçün alt paltarı alıb gətirmişdir. Aleksandra alt paltarını dəyişərək, köhnə alt paltarını evdə olan selofana atmışdır. Yəni, o, növbəti dəfə də Aleksandraya qarşı seksual xarakterli hərəkətlər etmişdir. O, Aleksandra ilə təbii və qeyri-təbii cinsi əlaqəyə girməmişdir. O, Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər edən zaman, sonunjunun 14 yaşa çatmamış şəxs olduğunu bilmişdir. O, və ailə üzvləri onun törətmiş olduğu jinayət əməlinə görə dəfələrlə Aleksandradan və sonunujun anası Veronikadan üzr istəmiş, sonunjularla dəfələrlə barışığa jəhd edərək, jinayət əməli nətijəsində vurmuş olduğu mənəvi ziyanı ödəmək niyyətində olduqlarını bildirmişlər. Törətdiyi əməldən peşmandır. Məhkəmənin əvvəlki ijlaslarında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayında qonşuluğunda yaşayan qız naməlum qadına aid olan lüt şəkli onun mobil telefonuna göndərərək, həmin şəkli “İnstagram” sosial şəbəkəsində paylaşıldığını və şəklin ona məxsus olduğunu bildirmişdir. O, həmin şəkli anası Veronikaya göstərərək, qonşuluqda yaşayan qızın dediklərini anasına bidirmişdir. Anası hadisədən xəbədar olduqdan sonra narahat olmamasını, şəklin ona aid olmadığını bildirmişdir. Anasının ona təskinlik verməsinə baxmayaraq, o, bu hadisədən əsəbləşmişdir. Buna görə də 01.02.2021-ci il tarixdə anasının evdə olmamasından istifadə edərək, evdə kağız parçasına rus dilində “mən daha dözə bilmirəm, məni axtarmayın” əlyazma yazaraq, evdən çıxıb getmişdir. Məqsədi Zığ qəsəbəsində yaşayan xalasının evinə getmək idi. Lakin, o, Zığ qəsəbəsinə getsə də, xalasının evini tapa bilməmişdir. Zığ qəsəbəsində olan “Oba” marketin yaxınlığında dayanmış və ağlamağa başlamışdır. Daha sonra avtobusla Hövsan qəsəbəsinə gəlmişdir. Bundan sonra o, taksi ilə Suraxanı qəsəbəsinə getmişdir. Hava qaranlıq olmasına baxmayaraq, ətrafda mağazalar açıq olmuşdur. O, Suraxanı dairəsində yerləşən dayanacaqda oturmuşdur. Gecə saatlarında sonradan adını Elbrus kimi bildiyi hazırki iş üzrə təqsirləndirilən şəxs ona yaxınlaşaraq, nə üçün dayanacaqda tək oturduğunu soruşmuşdur. O, isə olan hadisələri Elbrusa danışmış, Suraxanı qəsəbəsində yaşayan tanışlarının evini tapa bilmədiyi üçün dayanacaqda oturduğunu demişdir. Elbrus ona qızınmaq üçün özünə məxsus avtomobilə oturmasını təklif etmişdir. O, da Elbrusla razılaşaraq, avtomobilə oturmuşdur. Bundan sonra Elbrus avtomobili yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə sürmüş, orada yanacaq doldurduqdan sonra ərzaq dükanına gedərək, oradan telefonuna kontur yükləmişdir. Bundan sonra Elbrus onun istəyi ilə anası Veronikaya zəng etmişdir. Təxminən gecə saat 2 radələrində anası Suraxanı dairəsi yaxınlığına gəlmiş, onu oradan götürərək, evə aparmışdır. Buna baxmayaraq o, Elbrusun mobil nömrəsini götürmüşdür. Evə qayıtdıqdan sonra mütəmadi olaraq Elbrusla əlaqə saxlamış və bir-birilərinə ismarıc yazmışlar. Bundan anasının da xəbəri olmuşdur. 03.03.2021-ci il tarixdə, təxminən saat 20 radələrində o, yaşadığı evdə olduğu zaman bir daha telefonda Elbrusla əlaqə saxlamışdır. Artıq Elbrusu tanıdığı vaxtdan sonra dərslərinə vaxt ayıra bilməmişdir. Buna görə də anası Veronika onun telefondan çox istifadə etməsi ilə bağlı ona acıqlanmışdır. Daha sonra isə mobil telefonunu əlindən alaraq, bir daha ona telefon verməyəcəyini demişdir. Bir qədər sonra isə anası dərman almaq məqsədilə evdən çıxmışdır. Anasının evdən çıxdığını gördükdə, o, da evi tərk etmişdir. Evdən çıxdıqdan sonra o, Hövsan qəsəbəsi ərazisində yerləşən “Günel” ticarət mərkəzinin yanına getmişdir. Orada bir qədər dayandıqdan sonra tanımadığı bir nəfərdən ona məxsus telefonla zəng etməsini xahiş etmişdir. Həmin şəxs zəng etməsi üçün telefonunu ona vermişdir. O, telefonu aldıqdan sonra Elbrusa zəng etmiş və evdən çıxdığını demişdir. Elbrus isə ondan “Dədə-Qorqud” qəsəbəsinə gəlməsini istəmişdir. Bundan sonra Elbrusun danışdığı taksi sürücüsü onu “Dədə- Qorqud” qəsəbəsinə aparmışdır. Orada yolun kənarında dayandıqdan sonra Elbrus özünə məxsus avtomobil ilə gələrək, onu oradan götürmüşdür. Elbrusun avtomobilinə oturduqdan sonra, sonuncu ondan hara getmək istədiyini soruşmuşdur. O, isə gedəcək yer ilə bağlı hər hansı fikrinin olmadığını dedikdə, Elbrus tanışının Suraxanı rayonu ərazisində evi olduğunu, lakin hazırda həmin evin boş olduğunu deyərək, onu həmin evə aparmışdır. Onlar evə çatdıqda, evdə heç kim olmamışdır. Evə çatdıqdan sonra Elbrus ondan ac olub-olmadığını soruşmuşdur. O, isə heç nə istəmədiyini demişdir. Bundan sonra Elbrusla divanda oturmuşlar. Elbrus birinci həyat yoldaşından boşandığını, ondan xoşu gəldiyini və sevdiyini demişdir. Daha sonra ona yaxınlaşaraq, onu öpməyə başlamışdır. Daha sonra isə əlini ayaqlarına apararaq, ayaqlarını sığallamışdır. O, isə buna etiraz edərək, əlini geri çəkmişdir. Bir neçə dəfə Elbrus onun əynində olan şalvarını çıxartmağa cəhd etsə də o, Elbrusa icazə verməmişdir. Daha sonra Elbrus onun əynində olan köynəyini çıxartmışdır. Köynəyini çıxartdıqdan sonra onun sinəsindən və bədəninin müxtəlif hissələrindən öpmüşdür. Elbrus onu öpdüyü zaman özü də əynində olan köynəyini çıxartmışdır. Daha sonra ondan uzanmasını və onu masaj edəcəyini demişdir. O, üzü üstə uzanmışdır. Elbrus əli ilə onun kürəyini sığallamağa və öpməyə başlamışdır. Həmin vaxt isə Elbrus əynində olan şalvarını çıxartmışdır. Elbrus bundan sonra onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. Lakin, o, xəstə olduğu üçün buna etiraz etmişdir. Bu vaxt o, üzü üstə olduğu zaman Elbrus onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəmişdir. Lakin, o, Elbrusdan bunu etməməsini istəmişdir. Bundan sonra Elbrus qeyritəbii yolla cinsi əlaqəyə girməmişdir. Onlar paltarlarını geyinmişlər. Elbrus ondan narahat olmamasını demiş, o, heç yerə getmək istəmədiyi üçün onu evdə qoyaraq, evdən çıxaraq gələcəyini deyib getmişdir. Elbrus ona qarşı bu kimi hərəkətləri etdiyi zaman anası Veronika Elbrusun mobil telefonuna zəng etmişdir. Elbrus telefona cavab verərək, ondan xəbərsiz olduğunu demişdir. Bundan sonra anasından zəng gəlməmişdir. Elbrus evdən çıxıb getdikdən sonra, o, divanda yatmışdır. Növbəti gün, təxminən saat 08 radələrində Elbrus evə gəlmişdir. Elbrus evə gəldiyi zaman ona yemək üçün kofe, şor, sosiska, çörək, kola və günəbaxan tumu almışdır. Onlar birlikdə Elbrusun alıb gətirdiyi yeməklərdən yemişlər. Yemək yedikdən sonra Elbrus onunla söhbət etdiyi zaman, anası Veronikanın onun itkin düşməsi ilə bağlı polisə şikayət etdiyini, hazırda polis tərəfindən onun axtarıldığını deyərək, onu gizlətmək üçün Xırdalan şəhərinə aparacağını və daimi olaraq onu orada saxlayacağını, onu sevdiyini, onunla ailə quracağını və bir yerdə yaşayacaqlarını demişdir. Bundan sonra Elbrus bir daha ona yaxınlaşaraq, onu dodağından öpməyə başlamış, gecə saatlarında olduğu kimi bir daha onun paltarlarını çıxartmışdır. Elbrus onun sinəsindən, boğazından öpməyə başlamış, bu zaman özü də paltarlarını çıxartmışdır. Bir qədər sonra Elbrus tamamilə lüt vəziyyətdə olmuşdur. Elbrus cinsiyyət orqanını onun bədəninə sürtməyə başlamışdır. Bir qədər sonra Elbrusun cinsiyyət orqanından onun qarnının üzərinə ağ rəngli maye tökülmüşdür. Həmin gün o, xəstələndiyi üçün, Elbrus evdən çıxıb gedərək, ona qadınların istifadə etdiyi paketdən alıb gətirmişdir. O, paketdən istifadə etdikdən sonra da Elbrus ona yaxınlaşaraq, onu öpməyə başlamışdır. Bu dəfə də onlar tamamilə soyunmuşlar. Elbrus onun arxa hissəsinə öz cinsiyyət orqanını sürtərək, bu dəfə də cinsiyyət orqanından gələn maye onun arxasına tökülmüşdür. Maye hər dəfə töküldükdə, Elburun evdə olan dəsmalla onun bədənini silmişdir. Təxminən saat 18 radələrində Elbrus evdən çıxıb getmişdir. Getdiyi zaman ona gecə saatlarında qayıdacağını desə də, bir qədər sonra polis əməkdaşları gələrək, onu tapmışlar. O, Elbrusla tanış olduğu ilk gündən Elbrusa 14 yaşının tamam olmaması barədə bildirmişdir. Elbrus ona qarşı seksual xarakterli hərəkətlər etdiyi zaman, o, əvvəl istəməmiş, ancaq sonradan Elbrusun etdiklərinə etiraz etməmiş, Elbrusdan sadəcə cinsi əlaqəyə girməmələrini xahiş etmişdir. Elbrus da onunla təbii və qeyri-təbii cinsi əlaqəyə girməmişdir. Elbrus onu opüb və öz cinsiyyət orqanını bədəninin müxtəlif hissələrinə sürtmüş və cinsiyyət orqanından da gələn ağ mayeni bədəninin müxtəlif yerlərinə tökmüşdür. O, evdən incidiyi üçün qaçmış və evə getmək istəməmişdir. Evə getmək istəmədiyi üçün də Elbrusu əvvəlcədən danışıb yazışdıqlarına görə Elbrusun apardığı yerə gedib orada qalmışdır. Elbrus onu zorla hansısa bir evdə saxlamamışdır. O, evdən küsdüyü üçün evə getmək istəmədiyini Elbrusa demişdir. Elbrus ondan törətdiyi əmələ görə üzr istəsə, o, sonunjunu bağışlamamışdır. Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Azərbayjan Respublikası Cinayət Prosesual Məjəlləsinin 101.10-ju maddəsinə əsasən zərər çəkmiş şəxsin qanuni nümayəndəsi şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun qızıdır. 01.02.2021-ci il tarixdə o, evdə olmadığı müddətdə Aleksandra evdən çıxıb getmişdir. Gecə saatlarında özünü Elbrus kimi təqdim edən hazırki iş üzrə təqsirləndirilən şəxs ona zəng vuraraq, qızı Aleksandranın onun yanında olduğunu və onun dalınja gəlməsini bildirmiş, o, da Suraxanı dairəsi yaxınlığına gələrək, qızını oradan götürərək, evə aparmışdır. Sonrakı günlərdə qızı Aleksandranın Elbrusla mütəmadi olaraq telefon əlaqəsi saxladığını bilmişdir. Onlar bir-birinə ismarıc yazmışlar. Elbrus Aleksandraya göndərdiyi ismarıclarda yazırdı ki, onu sevir, onunla ailə qurajaqdır. O, qızının adından Elbrusa ismarıj yazaraq, onu sevdiyi halda, valideynləri ilə danışmağını təklif etmiş, həmin vaxt qızı onun yanında olmuşdur. Daha sonra o, Elbrusla telefon əlaqəsi saxlayaraq, qızının azyaşlı olduğunu sonunjunun diqqətinə çatdırmış, Elbrus da qızının böyüməsini gözləyəjəyini bildirmişdir. 03 mart 2021-ci il tarixdə, saat 20 radələrində o, yaşadığı evdə olduğu zaman, qızı Aleksandranın mobil telefonla oynadığını, dərsləri ilə məşğul olmadığını gördükdə, sonunjuya acıqlanaraq, telefonu əlindən almışdır. Bir qədər sonra isə böyük qızı Leylaya dərman almaq məqsədilə evdən çıxaraq, aptekə getmişdir. Aptekə çatdığı zaman qızı Leyla zəng edərək, bacısı Aleksandranın evdən çıxıb getdiyini bildirmişdir. Bundan sonra o, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Aleksandranı axtarmağa başlamışdır. Lakin, onu tapa bilmədiyi üçün polisə şikayət etməli olmuşdur. Sonradan qızı Aleksandra polis əməkdaşları tərəfindən tapılmış və aralarında olan söhbət zamanı Aleksandra ona 03 mart 2021-ci il tarixdə axşam saatlarında Elbrusun onu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsindəki dəqiq ünvanını bilmədiyi evə aparıb, orada ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Qızı Aleksandra 14 yaşına çatmamış şəxs olmuşdur və həm də qızı Aleksandradan eşitmişdir ki, Elbrusun qızının 14 yaşının tamam olmamasından məlumatı olmuşdur. Təqsirləndirilən şəxsin özü və sonunjunun ailə üzvləri təqsirləndirilən şəxsin törətmiş olduğu jinayət əməlinə görə Aleksandradan və ondan üzr istəmiş, dəfələrlə onlarla barışığa jəhd edərək, jinayət əməli nətijəsində vurmuş olduğu mənəvi ziyanı ödəmək niyyətində olduqlarını bildirmişlər, lakin o, qızının şərəfinin hər şeydən üstün tutduğunu bildirərək, bununla razılaşmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Salman oğlu ifadəsində göstərmişdir ki, o, təxminən 7-8 il bundan əvvəl ünvan 7 ünvanda yerləşən mənzili almış və həmin vaxtdan hal-hazıradək həmin mənzil onun mülkiyyətində olmuşdur. O, qeyd etdiyi ünvanda yaşasa da, hərdən bir neçə gün müddətinə qeydiyyatda olduğu Gəncə şəhərində yerləşən, özünə məxsus evə getmiş və yenidən Bakı şəhərinə qayıtmışdır. O, Təqsirləndirilən şəxs təxminən 5-6 il olar ki, tanımışdır. Belə ki, həmin vaxtlarda Elbrus özünə məxsus, markasını və nömrəsini xatırlamadığı avtomobillə vətəndaşlara taksi xidməti göstərmiş, o, da Elbrusun həmin avtomobili ilə bir neçə dəfə müxtəlif ünvanlara sərnişin kimi getdikdən sonra, aralarında yaxşı münasibət yaranmışdır. Bundan sonra onlar bir-birinin yaşadığı evə gedib-gəlməyə başlamışlar. Münasibətləri yaxşı olduğuna görə o, Gəncə şəhərinə gedən vaxtlarda, yaşadığı evin açarlarını Elbrusa vermişdir ki, evdə olan, özünə məxsus gülləri suvarsın. Sonradan Bakı şəhərinə qayıtdıqda isə evinin açarlarını Elbrusdan geri almışdır. Şəkər xəstəsi olduğuna görə 13 fevral 2021-ci il tarixdə o, müalicə olunmaq məqsədi ilə Gəncə şəhərinə getmək qərarına gəlmiş və ona görə də həmin günü yaşadığı evin açarlarını Elbrusa vermiş, evdə olan gülləri suvarmasını ondan xahiş etmişdir. Elbrus da hər dəfə olduğu kimi buna etiraz etməmiş və o, evinin açarlarını ona verdikdən sonra Gəncə şəhərinə yola düşmüşdür. 2021-ci ilin mart ayının əvvəllərində eşitmişdir ki, ünvan 9 ünvana polis əməkdaşları gəlmişlər. Bundan sonra Elbrusun anasından eşitmişdir ki, Elbrus tanımadığı azyaşlı qızı ona məxsus evə gətirmiş, sonra isə həmin qızın valideynlərini axtarmağa getmişdir. Bundan sonra Bakı şəhərinə qayıtmış və ona məlum olmuşdur ki, Elbrus qeyd etdiyi ünvanda yerləşən evinə tanımadığı azyaşlı qızla gəlmiş, onlar arasında təxminən bildiyi yaxın münasibət olmuşdur. Bu barədə onun əvvəldən məlumatı olmamışdır. Elbrusun əvvəllər onun yaşadığı evə azyaşlı qızla gəlməsi kimi hadisələr baş verməmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 06 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 06 mart 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 06 avqust 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 06 avqust 2021-ci il tarixədək ev dustqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir İş materiallarından müəyyən olunur ki, 07 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X13” Publik hüquqi şəxsin verdiyi 15.03.2021-ci il tarixli, 127 saylı rəyindən görünür ki, 2007-ci il təvəllüdlü X3 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. A.C.Dünyamlızadədə arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizası uzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi Şəxsin verdiyi 21.05.2021-ci il tarixli, 1082 saylı rəyindən görünür ki, X16 oglu hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs Nizamı oğlunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. X12 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkət əri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X7 məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13 Publik hüquqi şəxsin verdiyi 26.05.2021-ci il tarixli, 294/2021-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu 0 alfa, beta /l/-dir (təqdim olunan sənədin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş tuman və dəsmal üzərində olan sperma ləkələrində tək-tək spermotozoidlər aşkar edildi. Bu ləkələrdə qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. “H” antigeni 0 alfa, beta /İ/ qrupunun əsasını təşkil edir. Bu sperma ləkələri 0 alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən AB0 sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” Publik hüquqi şəxsin verdiyi 06.07.2021-ci il tarixli, 361 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzi”-nin verdiyi 20.08.2021-ci il tarixli, 11/308 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs yaşına, əqli və psixi inkişafına, fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 2 azyaşlı uşağı – 17 iyul 2016-cı il təvəllüdlü Nuray adlı qızı, 16 iyun 2012-ci il təvəllüdlü Fərid adlı oğlu vardır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X11 ağır formalı bronxial astma xəstəliyindən əziyyət çəkir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməllərinə görə, qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloği keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən törədiyi cinayət əməlində cəzasını ağırlaşdıran halların olmamasını qeyd etməklə, onun ilk dəfə olaraq jinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini və törətdiyi əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi sanksiyası həddində cəza təyin edilməlidir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini tam təmin edir. Bu zaman məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs törətmiş olduğu jinayət əməlinə görə dəfələrlə zərərçəkmiş şəxsdən və sonunujun qanuni nümayəndəsindən üzr istəmiş, sonunjularla dəfələrlə barışığa jəhd edərək, jinayət əməli nətijəsində vurmuş olduğu mənəvi ziyanı ödəmək niyyətində olduğunu bildirmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə dəfələrlə zərərçəkmiş şəxslə barışıq əldə etməyə jəhd göstərməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1 -ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyə edilmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2-ji və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, «CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır». «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkann şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların məjmusunu və onun məsuliyyətini ağırlaşdıran halların olmadığını əsas götürərək, məhkəmə təqsirləndirilən şəxsin barəsində onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsinin sanksiyasında yeganə jəza növü kimi müəyyən edilmiş azadlıqdan məhrum etmə jəzasının aşağı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan – 16 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş, əmlak müsadirəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381,384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdən 04 iyun 2021-ci il tarixədək həbsdə olduğu, 04 iyun 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixədək ev dustaqlığında olduğu 05 ay müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş, əmlak müsadirəsi yoxdur. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar