Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-290/2022 04.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, 25 avqust 1985-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində biri azyaşlı ikisi isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun İsmayılbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində kirayədə yaşamış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 4(010)-251/2022 nömrəli qərarı ilə əvvəli 25 aprel 2022-ci il tarixdən hesablanmaqla barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 17 iyun 2022-ci il tarixli, 4(010)-370/2022 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətinə, yəni 15 iyul 2022-ci il tarixədək uzadılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 noyabr 2020-ci il tarixdə, saat 06 radələrində mühafizəçi işlədiyi Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda fəaliyyət göstərən “Ballı” ərzaq məhsulları satılan marketin içərisində olan ofis otağında yerləşən kompyuter stolunun siyirtməsində saxlanılan 25.307 manat nəğd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, hadisədən təxminən bir həftə əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində fəaliyyət göstərən “Ballı” marketə mühafizəçi kimi işə düzəlmiş, iş rejimi üç gündən bir axşam, digər iki günü isə gündüz növbəsində mühafizəçi kimi işləmək olmuşdur. Həmin ərəfələrdə maddi sıxıntıları olmuş, işə düzəlsə də, maddi problemlərini həll edə bilməyəcəyinə əmin olub həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Mağazada işləməyə başladığı gündən yığılan pulların ofis otağında saxlandığından məlumatı olmuşdur. Buna görə də, 11 noyabr 2020-ci il tarixdə gecə mağaza bağlandıqdan, digər mühafizəçilər və işçilərin hamısı getdikdən sonra 12 noyabr 2020-ci il tarixə keçən gün, səhər saat 06 radələrində mağazanın kamera sistemini söndürüb pulların saxlanıldığı ikinci mərtəbədəki ofis otağına daxil olub orada olan kompyuter stolunun siyirməsində saxlanılan pulları götürüb marketi tərk etmişdir. O, marketi tərk edib çıxdıqdan sonra oğurladığı pulları saymış və 25.307 manat məbləğində olduğunu müəyyən etmişdir. Oğurladığı pulların bir qismi ilə borclarını qaytarmış, qalan qismini isə öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Tutulacağından qorxduğu üçün oğurluq etdikdən sonra heç kimlə ələqə saxlamayaraq gizlənməyə başlamışdır. 25 aprel 2022-ci il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerinə təhvil verilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, maddi imkanı olmadığına görə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilmədiyini bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 15 saylı binanın yanında yerləşən “Ballı” marketin müdiri işləyir. 12 noyabr 2020-ci il tarixdə, təxminən saat 11 radələrində iş yerinə gəldikdən sonra marketin içərisində olan mühasibatlıq otağına keçmiş və bir gün əvvəl kompüter stolunun siyirtməsinə qoyulmuş 25.307 manat məbləğində pulun yerində olmadığını müəyyən etmişdir. Otağı axtarsa da pulu tapa bilməmişdir. İşçilərdən marketdə axşam mühafizəçi olan Təqsirləndirilən şəxs soruşmuş, səhər növbəsində mühafizəçi olan Şahin, səhər saat 09:00-da işə gələrkən Təqsirləndirilən şəxs marketdə görmədiyini demişdir. Marketdə olan müşahidə kameralarına baxdıqda Təqsirləndirilən şəxs səhərə yaxın müşahidə kameralarını söndürdüyünü gördükdə mühasibatlıq otağında sxlanılan 25.307 manat pulun məhz Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. Təqsirləndirilən şəxs özü tapıb pulu almaq üçün bir neçə saat ərzində hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verməmiş, lakin hadisədən xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng çatmamışdır. Təqsirləndirilən şəxs tapa bilmədiyindən, ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə müraciət edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 25.307 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs barəsində ağır həddə cəza təyin edilməsini xahiş etmişdir. Şahid X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2020-ci ilin avqust ayında “Ballı” marketin Hövsan qəsəbəsində yerləşən filialına mühafizəçi kimi işə düzəlmiş və həmin vaxtdan hal-hazıradək orada mühafizəçi işləyir. Həmin mağazada üç mühafizəçi olmuş və mağazanın günlük mühafizəsi üç nəfərdən ibarət olmuşdur. Yəni 03 gündən bir axşam növbəsinə düşmüş və axşam növbəsinə düşdüyü zaman gecə saat 24 radələrində mağaza bağlandıqdan sonra mühafizəçi mağazanı bağlayıb içəridə qalmış və səhər növbəyə gələn mühafizəçiyə mağazanı təhvil verdikdən sonar istirahətə getmişdir. Təqsirləndirilən şəxs hadisədən təxminən bir həftə əvvəl işlədiyi “Ballı” marketə mühafizəçi kimi işə düzəlmişdir. Təqsirləndirilən şəxs ilə aralarında iş yoldaşı kimi münasibətləri olsa da, şəxsi münasibətləri olmamışdır. 11 noyabr 2020-ci il tarixdə axşam növbəsində Təqsirləndirilən şəxs olmuş və o, işini yekunlaşdırdıqdan sonra axşam təxminən saat 24 radələrində mağazanı Təqsirləndirilən şəxs təhvil verib getmişdir. Səhəri gün tezdən yaşadığı evdə yatdığı zaman işdən ona zəng gəlmiş və Təqsirləndirilən şəxs mağazada olmadığı və mağazanın ofisindən 25.307 manat nağd pulun oğurladığı bildirilmişdir. Dərhal mağazaya gəlmiş və bu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs axşam növbəsini təhvil aldıqdan sonra səhər tezdən mağazanın kameralarını söndürərək mağazanın ikinci mərtəbəsində yerləşən ofisindən 25.307 manat pulu oğurlayıb mağazanı tərk etmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 12 noyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı binanın yaxınlığında fəaliyyət göstərən “Ballı” marketdə oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxışda iştirak edən marketin müdiri Zərərçəkmiş şəxs bildirmişdir ki, marketin ikinci mərtəbəsindəki ofis otağında yerləşən kompyuter stolunun siyirtməsində saxlanılan 25.307 manat nəğd pul oğurlanmışdır. Hadisə yerinə baxış zamanı qapı və pəncə üzərində heç bir zədə izi aşkar edilməmiş, marketin ikinci mərtəbəsindəki, mühafizəçilər üçün nəzərdə tutulmuş otaqda quraşdırılmış müşahidə kameralarının görüntüləri yaddaş kartına köçürülərək götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsi haqqında 27 aprel 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş yaddaş kartındakı video görüntüdən görünür ki, xarici görnüşündən Təqsirləndirilən şəxs bənzəyən şəxs müşahidə kameralarının görüntüsünə baxmaq üçün nəzərdə tutulan otaqdadır və arada bir otaqdan çıxıb təkrar otağa girir, tez-tez təhlükəsizlik kamerasına baxır və sonda nəyisə söndürür. Cinayət işinin ibtidai istintaqı zamanı yaddaş kartına baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntülərdə olan şəxsin özü olduğunu təsdiq edərək, həmin gün marketdən oğurluq etdiyi gün olduğunu, marketdə heç kimin olmadığına tam əmin olduqdan sonra təhlükəsizlik kameralarının hamısını söndürdüyünü, bundan sonra ofis otağında olan kompyuter masasının siyirtməsindən 25.307 manat məbləğində pulu oğurlayıb marketi tərk etdiyini bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 27 aprel 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs mühafizəçi işlədiyi ünvan 1 ünvanda fəaliyyət göstərən “Ballı” marketin ofis otağındakı kompyuter stolunun siyirtməsini göstərərək, 12 noyabr 2020-ci il tarixdə, saat 06 radələrində 25.307 manat nəğd pulu həmin yerdən oğurladığını bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində biri azyaşlı ikisi isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materialarından grünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 4(010)-251/2022 nömrəli qərarı ilə əvvəli 25 aprel 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 17 iyun 2022-ci il tarixli, 4(010)-370/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətinə, yəni 15 iyul 2022-ci il tarixədək uzadılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 25 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd yaddaş kartı (flash kart) Azərbaycan Respublikası CPM-nin 132.1.6cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cinayət işinə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs 25.307 manat maddi ziyan vurulmuş və həmin maddi ziyan hal-hazıradək ödənilməmiş, habelə cinayət mühakimə icraatı zamanı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə mülki iddia verilməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında, Təqsirləndirilən şəxs rəsmi qeydə alındığı yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququnun olduğu Zərərçəkmiş şəxs izah edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd yaddaş kartı (flash kart) cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında, Təqsirləndirilən şəxs rəsmi qeydə alındığı yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququnun olduğu Zərərçəkmiş şəxs izah edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-290/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-290/2022
04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver