Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-290/2024 01.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, tərcüməçi X1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1004/2022 nömrəli iş üzrə 20 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 02 aymüddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sabunçu Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 ay 13 gün hissədən vaxtından əvvəl şərti azad edilmiş və 28 mart 2023-cü ildə qeydiyyatdan çıxarılmış, hazırkı iş üzrə 02 – 04 oktyabr 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 04 may 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə 23 iyul 2024-cü il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 0,664 qram narkotik vasitə heroini 02 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Dəmir yolu stansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 02 oktyabr 2023cü il tarixdə saat 14:45 radələrində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,664 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik maddənin kakos növündən istifadə etmişdir. Əldə etdiyi bir ədəd şəffaf sellofan bükümdə olan narkotik narkotik maddəni Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsində yerləşən Dəmiryolu stansiyasının yaxınlığında yaşayan adını Rauf kimi tanıdığı şəxsdən bir ədəd bükümü 20 manata əldə etmişdir. Əldə etdiyi narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmişdir. 02 oktyabr 2023-cü il tarixdə təxminən saat 12:00 radələrində əldə etdiyi narkotik maddəni Bakı şəhəri, Suraxanı qəsəbəsində yerləşən Dəmiryolu stansiyasının yanında Rauf adlı şəxsdən eldə etmiş və həmin narkotik maddəni istifadə etmək üçün üzərində saxlamışdır. Həmin tarixdə saat 14:45 radələrində yaşadığı ünvan 4 ünvanının qarşısında olan zamanı ona mülki geyimli şəxlər yaxınlaşmış və onu Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Suraxanı Rayon Polis İdarəsində üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Üzərinə təhqiqatçının otağında baxış keçirilən zamanı onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli narkotik vasitəni könüllü olaraq çıxarıb təqdim etmişdir. Onun yanında qablaşdırılaraq möhürlənmiş, əldə etdiyi narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsində yerləşən Dəmiryolu stansiyasının yanında adını Rauf kimi tanıdığı şəxsdən əldə etdiyini, Rauf adlı şəxsin mobil telefon nömrəsini bilmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi narkotik maddədən başqa hər hansı yerdə narkotik maddə saxlamamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik maddəni öz şəxsi istehlakı üçün əldə etmişdir. Ona qarşı heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlər Şahid1 və Şahid2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin cinayət axtarış üzrə əməliyyat- müvəkkili vəzifəsində işləyir. 12 oktyabr 2023-cü il tarixdə “Reqina” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin saxlanılması, istifadə etməsi barədə işlədiyi bölməyə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla idarə rəisinə məruzə etmiş, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin kiçik əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. “Reqina” adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin rəisinə raportla məruzə etmişdir. Suraxanı Rayon Polis İdarəsinin rəisi tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmiş, “Reqina” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına, istifadə etməsinə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərar rəis tərəfindən təsdiq edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmiş, bundan sonra “Reqina” adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. 12 oktyabr 2023-cü il tarixdə saat 14:20 radələrində o, və kiçik əməliyyat müvəkkili Şahid2 “Reqina” adlı şəxsin olması ehtimal olunan ünvan 1 ünvanın yaxınlığına gəlmişlər. Bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Həmin şəxsə yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirərərək xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Saat 14:45 dəqiqədə ona narkotik maddələrin əldə olunması və gəzdirilməsində şübhəli olduğunu bildirərək Suraxanı RPİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlarla razılaşaraq Suraxanı RPİ-nin inzibati binasına gəlmişdir. Onlar raportla idarə rəhbərinə məruzə edərək bu barədə məlumat vermişlər. Onun, Şahid2, tərcüməçinin, təhqiqatçı Ayaz Meydanovun iştirakı ilə videoçəkilişlə Reqina Qayfatulovnanın üzərində şəxsi axtarış keçirilməsinə başlandı. X6 Qayfatulovnaya üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmiş, Reqina Qayfatulovna əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq stolun üstünə qoymuşdur. Ayaz Meydanov həmin bükümü açmış, içərəsində qəhvəyi rəngli maddə olduğu məlum olmuşdur. Ayaz Meydanov həmin bükümdə olan maddə barədə soruşduqda həmin bükümdə kakos kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni Dəmiryolu stansiyasının yaxınlığında Rauf adlı şəxsdən aldığını bildirmişdir. Götürülmüş 01 ədəd büküm 01 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, üstü möhürlənmiş, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Reqina Qayfatulovna saxlanılarkən, polis idarəsinə gətirilərkən və polis idarəsində olarkən ona qarşı heç bir fiziki və ya psixi zor tətbiq olunmamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, şəxsi axtarışda Suraxanı Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı Ayaz Meydanov, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1, Suraxanı Rayon Polis İdarəsinin cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili Şahid2, tərcüməçi Camal Bədəlov, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirak edir. Ayaz Meydanov Təqsirləndirilən şəxs ona izah olunmuş 90-cı maddənin müddəalarının aydın olub-olmaması barədə soruşur. Ayaz Meydanov şəxsi axtarış iştirak edən şəxslərin özlərini təqdim etmələrini tələb edir. Şəxsi axtarışda iştirak edənlər özlərini təqdim edirlər. Ayaz Meydanov Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq stolun üstünə qoyur. Ayaz Meydanov həmin bükümü açır. Bükümün içərisində qəhvəyi rəngli maddə olduğu müəyyən olunur. Ayaz Meydanov Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik maddə kakos olduğunu, Bakı şəhəri, Suraxanı rayonunda yerləşən Dəmiryolu stansiyasının yaxınlığında Rauf adlı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirir. Ayaz Meydanov Təqsirləndirilən şəxs əynindəki şalvarın ciblərini və ayaqqabısını çıxarmasını tələb edir. Təqsirləndirilən şəxs əynindəki şalvarının ciblərini və ayaqqabsını çıxarır. Hər hansı əşya və ya predmet aşkar edilərək götürülmür. Ayaz Meydanov Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümü 01 ədəd boş zərfə qoyaraq qablaşdırır. Zərfin üzəri möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5163 N°li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs... sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,664 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,664 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq- 0,614 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1024 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə iltizam qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,664 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,614 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1004/2022 nömrəli iş üzrə 20 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 02 aymüddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 ay 13 gün hissədən vaxtından əvvəl şərti azad edilmiş və 28 mart 2023-cü ildə qeydiyyatdan çıxarılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin əlamətləri olmadığından, ona görə də barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması” barədə protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2009-cu il təvəllüdlü X2 adlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 02 – 04 oktyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 23 iyul 2024-cü ildən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,614 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 – 04 oktyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 23 iyul 2024-cü ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,614 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-290/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-290/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver