Məhkəmə qərarları › İş №1(010)-293/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-293/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-293/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olaraq yaşayan, barəsində 22.06.2021-ci il tarixdə ev dustaqlığı qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə səhər saatlarında satış məqsədi olmadan, qanunsuz olaraq, yaşadığı ünvan 2 ünvanda qardaşı X2 şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd siqaretin qara rəngli kağızı bükümündə təmiz çəkisi 0,227 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 10 (on) manata şəxsi istifadəsi üçün əldə edib, əynindəki boz rəngli cins şalvarının sol yan cibində saxlamaqla daşımış, 19 iyun 2021-ci il tarixdə, saat 13 radələrində ünvan 3 ünvanın qarşısında Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 5 ünvanda yerləşən Suraxanı rayonu 30-cu PŞ-nin inzibati binasına gətirilərək, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən həmin 01 ədəd siqaretin qara rəngli kağızı bükümündə təmiz çəkisi 0,227 qram olan, qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində ilk olaraq göstərmişdir ki, məhkəmənin qərarı ilə onun barəsində 22.06.2021-ci il tarixdə ev dustaqlığı qismində qətimkan tədbiri seçilmiş, ev dustaqlığının tətbiqi dövründə üzərinə yaşayış yerini müəyyən vaxt çərçivəsində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və digər vəzifələr qoyulmuş, hal-hazırda da qeyd olunan məhdudiyyətlər onun üzərindədir və o, elektron nəzarət vasitəsini üzərində gəzdirərək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət edir. O, təqribən 1 (bir) il olar ki, narkotik vasitə hesab edilən heroinin çəkmək yolu ilə istifadə etmişdir. Narkotik vasitə olan heroini həmişə qardaşı X2 öz şəxsi istifadəsi üçün almışdır. Sonuncu dəfə 19 iyun 2021-ci il tarixdə, səhər saatlarında yaşadığı evdə qardaşı Ehtibardan 10 manata 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş narkotik vasitə hesab edilən heroini almış, həmin gün onun bir qismini istifadə etmiş, qalıq hissəsini sonra istifadə etməyi üçün əynində olan boz rəngli cins şalvarının sol yan cibində saxlamaqla daşımış, 19 iyun 2021ci il tarixdə, təxminən saat 13:00-da Hövsan qəsəbəsi, Çöllük küçəsi, ev 3 ünvanın qarşısında olarkən, iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirərək, onu Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparıb təhvil vermişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra, polis əməkdaşları tərəfindən videoçəkiliş aparmaqla üzərinə baxış keçirməsinin zəruri olmasını bildirmişlər və o, buna etiraz etməmiş, daha sonra ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmiş, o, əynində olan boz rəngli cins şalvarının sol yan cibində saxladığı siqaretin qara rəngli kağızına bükülmüş bir büküm heroini çıxarıb təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi bükümü açaraq baxış keçirmiş və bükümün içərisində narkotik vasitə hesab edilən heroin aşkar edilmiş, sorğu zamanı o, bükümdə olan narkotik vasitənin heroin olmasını və həmin bir büküm heroini 19 iyun 2021-ci il tarixdə səhər saatlarında qardaşı Ehtibardan 10 manata öz şəxsi istifadəsi üçün alaraq, şalvarının sol yan cibində saxlamaqla daşımasını bildirmiş, bundan sonra aşkar edilərək götürülmüş bir büküm heroin zərfə qoyularaq möhürlənmiş, bu barədə müvafiq qaydada protokol tərtib edilmiş, keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır.Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-də CA üzrə əməliyyat müvəkilli vəzifəsində işləyir, polis mayoru xüsusi rütbəsindədir. Suraxanı RPİnin 30-cu PŞ-nə əməliyyat yolu ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi, ev 3-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib qanunsuz olaraq narkotik vasitələrin saxlanması, istifadə edilməsi və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılmasından ötrü raportla Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəhbərliyinə məruzə olunduqdan və müvafiq sənədləşmə işləri aparıldıqdan sonra tərəfindən əməliyyat tədbirləri həyata keçirilərək, 19.06.2021-ci il tarixdə, saat 13 radələrində ünvan 2-ün qarşısında Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin əldə olunaraq saxlanmasında, gəzdirilməsində və daşımasında şübhəli olduğu üçün saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olması ehtimalı nəzərə alınaraq, barəsində müvafiq tədbir görülməsi üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəhbərliyinə müraciət etdikdən sonra, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmaqla, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edildikdən sonra video çəklişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməyə başlanmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olduğu halda, onların təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra sonunju əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızı bükümünü təqdim etmiş, həmin bükümdə nə olduğu soruşulduqda, sonunju təqdim etdiyi 01 ədəd siqaretin qara rəngli kağızı bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və həmin heroini 19.06.2021-ci il tarixdə yaşadığı evdə qardaşı Ehtibardan 10 manata almasını, narkotik vasitənin bir qismini istifadə etməsini, bir qismin isə istifadə etmək üçün üzərində saxlamaqla daşımasını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Füzuli oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verərək eyni xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 19 iyun 2021-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarından görünür ki, 22 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş və həmin gün ona qeyd edilən maddə ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 22 iyun 2021-ci il tarixli Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və 22 iyun 2021-ci il tarixdən hesablanmaqla, barəsində 2 ay 28 gün müddətinə ev dustaqlığı qismində qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 21 iyun 2021-ci il tarixli 6/2508 nömrəli rəydən müəyyən olunur ki, “tədqiqata təqdim edilmiş üzərində “ şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddi sübut” yazısı olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,227 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış natrkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahisina daxildir». İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X5-Narkoloji tibbi yoxlama komisiyyasının məhkəmə narkoloji ekspertizası üzrə verdiyi 04.08.2021-ci il tarixli 2655 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu nakromaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin 1(010)-38/2021 saylı 11.03.2021-ci il tarixli hökmü ilə 177.2.1, 177.2.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı rayon Məhkəməsinin 1(010)-38/2021 saylı 11.03.2021-ci il tarixli hökmü və onun icrası barədə 01.04.2021-ci il tarixli göstərişi 09.04.2021-ci il tarixdə Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından və faktiki hallardan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2021-cı il tarixdə şübhəli şəxs kimi tutulmuş, 22 iyun 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və 22 iyun 2021-ci il tarixdən hesablanmaqla, barəsində 2 ay 28 gün müddətinə ev dustaqlığı qismində qətimkan tədbiri seçilmiş, ev dustaqlığının tətbiqi dövründə üzərinə yaşayış yerini müəyyən vaxt çərçivəsində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və digər vəzifələr qoyulmuş, hal-hazırda da qeyd olunan məhdudiyyətlər onun üzərindədir və o, elektron nəzarət vasitəsini üzərində gəzdirərək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət edir. Azərbayjan Respublikası Jəzaların İjrası Məjəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məjəllənin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Azərbaycan Respublikası Cinayət Prosessual Məjəlləsinin 154.4-cü maddəsindən ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbirinə alternativ qətimkan tədbiri olmasına dair müddəa çıxarılmışdır. Beləliklə, qanunvericilikdə imperativ qaydada məhkuma anjaq inzibati tənbeh kimi verilmiş, yaxud qətimkan tədbiri kimi seçilmiş həbsin müddətlərinin həmin cəzanın icrası müddətinə hesablanmadığı göstərilmişdir. Həbs qətimkan tədbirinə alternativ qətimkan tədbiri olmayan ev dustaqlığı və ya hər hansı digər qətimkan tədbirlərinin cəzanın icrası müddəninə hesablanmadığı qanunvericiliklə müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)- 38/2021 saylı, 11 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün hissəsi (təqsirləndirilən şəxs 09 aprel 2021-ci il tarixdədə probasiya idarəsində qeydiyyata alınmış və bu vaxtdan onun cəzasının axımı başlanmış, 19 iyun 2021-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulmuş və bu müddət cəzanın icrası müddətinə hesablanmır, 22 iyun 2021-ci il tarixdən hazırki vaxtadək, yəni 10 noyabr 2021-ci il tarixədək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və bu müddət cəzanın icrası müddətinə hesablanır) CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdaqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanmalı, alınan 11 (on bir) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası AR CM-nin 67.1-ci maddəsinə əsasən yeni təyin olunmuş cəzaya qismən birləşdirilərək, ona qəti cəza təyin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş bir ədəd bükümdə, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,187 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə heroin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsəsinin 1(010)-38/2021 saylı 11.03.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 10 ay 28 gün hissəsi Azərbayjan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdaqdan məhrumetmə jəzasının bir gününə bərabər tutulmaqla, 11 (on bir) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbayjan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni təyin olunmuş cəzaya qismən birləşdirilərək, üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,187 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar