Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-293/2023 12.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1970-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 23 – 25 sentyabr 2022-ci il tarixləri üzrə tutulmuş, 25 sentyabr 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə növündə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz əldə etdiyi toxumlardan 2022-ci ilin avqust ayının axırlarında ünvan 2 evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 8 ədəd çətənə bitkilərini əkib-becərərək aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 23 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində işlədiyi ünvan 2 evin həyətyanı sahəsinə sonuncunun iştirakı ilə baxış keçirilən zaman həmin sahədən 5 ədəd dibçəkdə və 3 ədəd torpaqda olmaqla, cəmi 8 ədəd əkilibbecərilməsi qadağan olunmuş xeyli miqdarda, yəni ümumi sayı 8 ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 35,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin təxminən iyun ayından Bakı şəhəri, Suraxanı rayonu, Hövsan kəndində yerləşən nömrəsiz evdə yaşayan, əslən Türkiyə vətəndaşı olan, adını bilmədiyi şəxsin evində gözətçi, həmçinin bağban kimi işləmişdir. 2022-ci ilin avqust ayının axırlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində əvvəllər tanımadığı, təxminən 40-45 yaşlı kişi cinsindən olan şəxsdən çətənə bitkisinin toxumlarını almış və özünün istifadə etməyi üçün işlədiyi evin həyətyanı sahəsində 08 (səkkiz) ədəd dibçəklərə əkmişdir. Həmin gündən başlayaraq əkdiyi çətənə toxumlarına su vermiş, alaqlarını təmizləmiş, böyüdüb yetişdirdikdən sonra istifadə etsin. 23 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində ünvan 2 evin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələr qəbul etdiyindən məlumatlarının olduğunu bildirərək, onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. Etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 30-cu polis şöbəsinə getmişdir. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə üzərində qanunla qadağan olunmuş əşya, narkotik vasitə, psixotrop maddə və sair nəsə varsa təqdim etmək təklif olunmuşdur. Həmin vaxtı polis əməkdaşlarına üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir maddə yaxud predmet olmadığını bildirmişdir. Üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və hər hansısa qeyri-qanuni əşya yaxud predmet aşkar olunmamışdır. Sorğu zamanı işlədiyi evin həyətyanı sahəsində özünün istifadə etməyi üçün çətənə bitkisinin toxumlarını əkib-becərdiyini etiraf etmişdir. Bundan sonra bütün iştirakçılarla birlikdə işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan kəndində yerləşən nömrəsiz evə getmiş və polis əməkdaşları, evin həyətyanı sahəsinə baxış keçirilməsinin zəruru olduğunu bildirmişlər. Etiraz etməmiş və ərizə ilə müraciət edərək işlədiyi evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bir daha təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən evin həyətyanı sahəsinə video çəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı tərəfindən əkilmiş və qulluq göstərilmiş cəmi 08 ədəd, o cümlədən 05 ədəd dibçəklərdə və 03 ədəd torpağa əkilmiş halda çətənə bitkiləri aşkar edilmiş, dibçəklərdən və torpaqdan çıxarılmaqla sellofan torbaya qoyularaq qabşaldırılmış, bu barədə protokol tərtib edilmiş, iştirakçılarla birlikdə tərtib edilmiş protokola və qablaşdırmanın üzərinə imza etmişdir. O, bildirmişdir ki, işlədiyi evin həyətyanı sahəsindən aşkar edilmiş 08 ədəd çətənə bitkisinin kollarını özünün istifadə etməsi üçün əkmiş, qulluq etmişdir. İşlədiyi evin həyətyanı sahəsindən aşkar olunmuş çətənə bitkilərini satmaq, kiməsə pay vermək niyyəti olmamışdır. Polis əməkdaşları onu saxlayan, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə getməyə dəvət edən zaman və polis şöbəsində olan müddətdə ona qarşı hər hansısa bir fiziki və ya psixoloji güc və ya vasitə tətbiq etməmişlər. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhəri, Suraxanı rayonu ərazisində Bərdə rayonunda anadan olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 23 sentyabr 2022-ci il tarixdə ondan və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində ünvan 2 evin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və birlikdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gəlməyə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə 30-cu polis şöbəsinə gəlmiş və şöbənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya, sənəd və maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hovsan kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik vasitə hesab edilən çətənə bitkilərinin olduğunu, həmin ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı iştirak edən şəxslər və Suraxanı rayonu Yaşıllaşdırma İdarəsinin sahə rəisi, aqronom Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə getmişlər. Qeyd edilən ünvana video çəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanılmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qeyd edilən ünvanda əkib becərdiyi çətənə kollarını könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs işlədiyi evin həyətyanı sahəsində əkib-becərdiyi 05 ədəd dibçəkdə, 03 ədəd torpağa əkdiyi, yəni ümumilikdə 08 ədəd narkotik xassəli çətənə koluna oxşar bitkiləri göstərərək həmin bitkiləri özünün istifadə etməsi üçün əkib, onlara qulluq etdiyini bildirmişdir. 8 ədəd çətənə bitkisinə oxşar bitkilər dibçəklərdən, həmçinin torpaqdan çıxarılaraq selofan torbaya qoyulmaqla qablaşdırılmış və DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30cu polis şöbəsinin cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, X1 Suraxanı rayon yaşıllıq sahəsinin rəisi vəzifəsində işləyir. 23 sentyabr 2022-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları ona Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs işlədiyi ünvana baxış keçirilməli olduğunu və həmin baxış zamanı mütəxəssis kimi iştirak etmək lazım olduğunu bildirdikdə etiraz etməmişdir. Bundan sonra həmin günü Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxışda iştirak etmişdir. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən ünvana video çəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanılmışdır. Həmin vaxtı qeyd edilən ünvanda işləyən Təqsirləndirilən şəxs həmin ünvanda əkibbecərdiyi çətənə kollarını könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün işlədiyi həyətyanı sahədə yetişdirdiyi 08 ədəd yaş halda narkotik xassəli çətənə koluna oxşar bitkiləri göstərərək, həmin bitkiləri özünün istifadə etməsi üçün əkib-becərdiyini, həmin bitkilərə qulluq etdiyini bildirmişdir. Polis əməkdaşı ona həmin ünvanda aşkar olunmuş narkotik xassəli çətənə koluna oxşar bitkilərə baxıb onların nə olduğu barədə məlumat verməyini istəmişlər. Həmin birkilərə baxış keçirən zaman yarpaqlarına, gövdəsinə, zoğuna və yarpaqlarının iyinə görə narkotik xassəli çətənə bitkisi olduğunu və həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, kultivasiya edildiyini bildirmişdir. Həmin bitkilərin sayı ümumilikdə 08 ədəddir. Sonra həmin bitkilər selofan torbaya qoyulmaqla qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə şübhəli şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bakı şəhəri, Suraxanlı RPİ-nin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və polis baş serjantı Şahid2, Suraxanı rayonu, Yaşıllaşdırma İdarəsinin sahə rəisi, aqronom Şahid3 iştirakları ilə baxış keçirildi. Həyətyanı sahəyə baxış keçirilən zaman orada 05 ədəd dibçəkdə və 03 ədəd torpağa əkilmiş halda çətənəyə bənzər bitkilər aşkar edilmişdir. Həmin bitkilər dibçəklərdən və torpaqdan çıxarılmaqla sellofan torbaya qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. İştirakçılar tərəfindən tərtib edilmiş protokola və qablaşdırmanın üzərinə imza edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2022ci il tarixli, 7/1093 N°li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Ş/Y Təqsirləndirilən şəxs işlədiyi həyətyanı torpaq sahəsində aşakr edilmiş ...” sözləri yazılmış şəffaf sellofanda ümumi sayı 08 (səkkiz) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 35,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qydada quyuluq edilmişdir. Qeyd: çətənə (kannabis) bitkilərinin ümumi təmiz çəkisi-35,0 qram, tədqiqata sərf edildi: 0,16 qram, qalıq-34,84 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7648 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Əraz narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə iltizam qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 35,0 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 34,84 qram narkotik tərkibli çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİnin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs , Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 23 – 25 sentyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.30-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə növündə iltizam qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 34,84 qram təşkil edən, narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 – 25 sentyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.30-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə növündə iltizam qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 34,84 qram təşkil edən, narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məblərin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-293/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-293/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver