Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-294/2021 29.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X2, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 dekabr 2021-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, M.Quliyev küçəsindəki 18 saylı binanın 3-cü mərtəbəsində, 57 saylı mənzilin qarşısında binanın mərtəbələr arası pilləkəninin üzərində inşa edilərək qapısı qıfılla bağlanmaqla mühafizəsi təmin edilmiş, Zərərçəkmiş şəxs məxsus saxlanc yeri kimi istifadə olunan dolabın qapısının üzərində olan qıfılı zərbə ilə vuraraq açmış və həmin dolabda saxlanılan, mis materialdan hazırlanmış 3000 manat dəyərində olan təxminən 196 il əvvəl istehsal olunmuş, qapağının və gövdəsinin üzərində «X13 X12 Veliçestva Naslednikov İ.Q.X10 Bataşov v q Tula, 1825, 1873, 1889, 1893, 1895, 1909, 1918» markalanması və gövdəsinə on dörd ədəd dairəvi formada medallar həkk edilmiş bir ədəd mis materialdan hazırlanmış samovarı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, ittiham olunduğu oğurluq hadisəsini törətməmişdir. Belə ki, o, jinayətin predmeti olan samovarı 15 dekabr 2020-ci il tarixdə, səhər saat 10-11 radələrində yaşadığı ərazidə gəzərkən, hazırda vəfat etmiş və əvvəllər Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşamış Miri adı ilə tanıdığı, dəqiq adını və ünvanını bilmədiyi narkotik vasitələrin istifadəçisi olan şəxsdən almışdır. Həmin vaxt Miri əlində olan bir ədəd mis samovarın satdığını ona bildirmişdir. Miri narkoman olduğundan, narkotik vasitələri əldə etmək məqsədilə evində olan əşyalarını mütəmadi olaraq satmışdır. Mirinin həmin samovarın özünə məxsus olduğunu deməsi onda samovarın həqiqətən də Mirinin özünə məxsus olmasına inam yaratmış və o, samovarı Miridən alaraq, daha baha qiymətə satıb, qazanc əldə edəcəyini düşündüyü üçün, sonunju ilə razılaşaraq, həmin mis samovarı 10 manata almışdır. O, samovarı Miridən alarkən, əvvəllər onun yaşadığı ərazidə yaşamış və sonradan köçmüş X8 da onun yanında olmuş, Miri ilk olaraq samovarı Adilə təklif etmiş, lakin sonunju bundan imtina etdiyindən, samovarı ona təklif etmişdir. Adil də başqa jinayət işi üzrə təqsirləndirilən şəxs qismində məhkəmənin inzibati binasına etap olunmuş, məhkəmənin inzibati binasının müvəqqəti saxlama yerində onun kamerası ilə qonşuluqda yerləşmiş, bu səbəbdən onlar ünsiyyət etmək imkanına malik olmuş və o, Adili iş üzrə şahid qismində məhkəmə ijlasına çağırajağını bildirmiş, sonunju da bununla razılaşmışdır. O, Adili məktəbdən tanıyır, sonunju onunla birlikdə 76 saylı məktəbdə oxumuşdur. O, samovarı Miridən alarkən, Adil bunun bilavasitə şahidi olmuşdur. O, samovarı Miridən aldıqdan sonra, həmin gün təxminən nahar saatlarında Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan öz evində turşu satışı ilə məşğul olan qadına yaxınlaşıb, samovarı ona göstərib, onun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Aralarında olan söhbət zamanı o, həmin şəxslə razılaşmış və samovarı ona 28 manata satmışdır. Samovarın satışından əldə etdiyi pulu yeməyə və siqaretə xərcləmişdir. Bundan sonra polis əməkdaşları onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etdikdə, o da orada izahat verərkən, həm qorxduğu, həm də həyəcanlı olduğu üçün hadisəni özünün törətdiyini göstərmişdir. Halbuki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə onun pula ehtiyacı olmuş, ona görə də oğurluq etmək qərarına gəlmişdir. 15 dekabr 2020-ci il tarixdə, saat 10 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, M.Quliyev küçəsindəki beş mərtəbəli binanın qarşısına gələrək, binanın blokuna daxil olmuş və yuxarı qalxmağa başlamışdır. Binanın üçüncü mərtəbəsi ilə dördüncü mərtəbəsinin arşında pilləkənin üzərində divarın qarşısında qapısı bir ədəd asma qıfılla bağlanmış taxta dolabın olduğunu görmüş, yaxınlıqda və ətrafda heç kim olmadığından, dolabın qapısına vurulmuş qıfılı açmaq üçün qıfıla təpiklə möhkəm zərbə vurmuş, qıfıl açıldıqdan sonra dolabın qapısını açaraq, dolabda olan bir ədəd yeddi litirlik mis samovarı oğurlamış və oradan uzaqlaşmışdır. Həmin gün samovarı Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan və evində turşu satmaqla məşğul olan adını bilmədiyi yaşlı qadının evinə aparmış, samovarı ona göstərib, özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə 28 manata satmaq istədiyini bildirmiş, razılaşaraq samovarı sonunjuya satdıqdan sonra əldə etdiyi pulu şəxsi etiyacları üçün xərcləmişdir. Polis əməkdaşları onu Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etdikdə, törətdiyi oğurluğu etiraf etmişdir. O, həmin samovarı oğurladığı zaman onun hansısa xüsusi tarixi əşya olması barədə məlumatı olmamış, bunu dərk etməmişdir. Bu səbəbdən də, o, həmin samovarı tanımadığı şəxsə 28 manata satmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 4 ünvanın qarşısında saxlanc yeri kimi istifadə etmək üçün atası Şahid tərəfindən dolab düzəltdirmiş, dolabın qapısını qıfılla bağlamış və həmin dolabda istifadə etmədikləri məişət əşyalarını saxlamışdır. 17 dekabr 2020-ci il tarixdə, saat 12 radələrində saxlanc yeri kimi istifadə etdiyi dolaba baxdıqda, dolabın qapısına vurduğu qıfılın açıq olduğunu, dolabın içərisinə baxdıqda, orada olan və ona məxsus olan misdən hazırlanmış antikvar sənət əsəri olan, üzərində medallar həkk olunmuş samovarın dolabda olmadığını görmüşdür. Bu barədə o, ailə üzvlərindən soruşmuş, samovarın ailə üzvləri tərəfindən götürülmədiyini öyrəndikdən sonra samovarın oğurlandığını başa düşmüş və DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Samovar təmiz mis materialdan hazırlanmış və antikvar sənət əsəri olmaqla, samovarın 3000 manat qiyməti olmuşdur. Samovar artıq ona qaytarıldığından, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs məxsus olan, çox qədimi antik sənət əsəri sayılan və üzərində medallar həkk olunmuş samovarı o, 1987-ci ildə Ermənistanın Mehri rayonundan almış, sonradan oğluna bağışlamışdır. Samovar əvvəl evdə saxlanılmış, sonradan ev təmir olunanda, dolaba qoyulmuşdur. Oğurlananadək, o, dolabda samovarı həmişə görmüşdür. 15 dekabrdan, yəni oğurluq hadisə baş verəndən 1 ay əvvəl o, bağa alət aparmaq üçün dolabı açdıqda, samovarı orada görmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatəti ilə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, onun barəsində hazırda Suraxanı rayon məhkəməsində Azərbayjan Respublikasının JM-nin 234.1-ci maddəsi ilə və CM-nin 177.2.1, 177.2.3, 221.2.1 və 221.3-cü maddələri ilə iki iş üzrə məhkəmə araşdırması aparılır. Bu səbəbdən, o, məhkəmənin inzibati binasına etap olunmuş, məhkəmənin inzibati binasının müvəqqəti saxlama yerində o, Təqsirləndirilən şəxs də məhkəməyə gətirildiyi müəyyən etmişdir. Təqsirləndirilən şəxs kamerası oun kamerası ilə qonşuluqda yerləşmiş, bu səbəbdən onlar ünsiyyət etmək imkanına malik olmuş və Sergey onu şahid qismində məhkəmə ijlasına çağırajağını bildirmiş, o, da bununla razılaşmışdır. Belə ki, o, Sergeyi məktəbdən tanıyır, sonunju 76 saylı məktəbdə ondan bir sinif aşağı sinifdə oxumuşdur. O, əvvəllər Hövsan qəsəbəsində yaşamış, evləndikdən və övladı olandan sonra, 2020-ji ilin yay aylarında oradan daimi olaraq Bakı şəhərinin Xətai rayonuna, NZS qəsəbəsinə köçmüşdür. O, daimi olaraq Xətai rayonunun ərazisinə köçməsinə baxmayaraq, Hövsan qəsəbəsində yaşayan qananasıgilə gəlib-getmişdir. Qaynanası Hövsan qəsəbəsində 7 gözəl adlanan ərazidə yaşayır və oradan Sergeyin evinə 1 dayanacaq məsafə olar. Qaynanasının evinə 2021-ji ilin yanvar və fevral aylarında getmişdir. O, Sergeyi NZS qəsəbəsinə köçməmişdən qabaq, yəni 2020-ci ilin yay ayında görmüşdür. 2021-ji ilin yanvar və fevral aylarında qaynanasının evinə getdikdə, bir dəfə məhəllədə olduğu zaman dəmir işi ilə məşğul olan bir şəxs məhəlləyə gəlmiş və samovar satdığını bildirmişdir. O, samovarı almağa maddi imkanının olmadığını bildirmişdir. Samovar satan ondan 100-150 m uzaqlaşmış, bu zaman o, Sergeyin də məhəlləyə gəldiyi görmüş və sonunju ilə salamlaşmışdır. O, Sergeyə məhəllədə dəmir işi ilə məşğul olan kişinin samovar satdığını bildirmiş, Sergey də bu şəxsi çağıraraq, samovarı ondan hansısa pul məbləği müqabilində almışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materialına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya Xidmətinin 01.09.2021-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs 27.11.2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsində qeydiyya alınmışdır. İş materiallarından görünür ki, Suraxanı rayon Məhkəməsinin 3(010)-502/2020 saylı 21.05.2020-ci il tarixli inzibati qərar ilə Təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 2 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarından görünür ki, 15 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. 17 iyun 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində əvvəli 15 iyun 2021-ci il tarixdən hesablanmaqla 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 9 iyul 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay həddində, yəni 13 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Azərbayjan Respublikası Cəzaların İcrası Məjəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. İş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/5094 saylı 20 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiq edilən samovarın qapağının və gövdəsinin üzərində «X13 X12 Veliçestva Naslednikov İ.Q.X10 Bataşov v q Tula, 1825, 1873, 1889, 1893, 1895, 1909, 1918» markalanması və on ədəd samovarın gövdəsinə həkk edilmiş dairəvi formada medalların olduğundan, təxminən 196 il əvvəl istehsal olunmuş həmin tədqiq edilən samovar tarixi bədii muzey əhəmiyyəti kəsb etdiyindən və əntiq əşyalara aid olduğundan, Mərkəzdə bu kateqoriyalı tədqiqat obyektləri üzrə tədqiqat və qiymətləndirmə aparılmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən, ona verilən ittiham üzrə cinayət əməlini törətmədiyini bildirsə də, məhkəmə onun bu ifadələrinə tənqidi yanaşır. Belə ki, ibtidai istintaq zamanı bir neçə dəfə dindirilən təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilmiş, ifadələrində, həmçinin, müdafiəçinin iştirakı ilə onun ifadəsinin yerində yoxlanılması zamanı ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişdir. Həmin ifadələr həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Təqsirləndirilən şəxs jinayətin predmeti olmuş samovarı oğurlamadığını, Hövsan qəsəbəsində yaşayaraq narkotik istifadəçi olmuş və hazırda vəfat etmiş Miri adlı şəxsdən aldığını göstərsə də, jinayət işi üzrə verilmiş əməliyyat tapşırığına əsasən hazırda ölmüş Miri adlı hər hansı bir şəxsin olması, həmin şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, M.Quliyev küçəsi, 18 saylı binada oğurluq hadisəsi törətməsi müəyyən edilməmişdir. Məhkəmə, müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 hazırki iş üzrə təqsirləndirilən şəxsin müdafiəsinə yönəlmiş ifadəsinə tənqidi yanaşaraq, mövqeyini onunla əsaslandırır ki, əvvəla, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi son ifadələrində samovarın Miri adlı şəxsdən aldığını göstərərkən, yanında hər hansı bir digər şəxsin, o, jümlədən X6 da olduğunu göstərməmişdir. Məhkəmə tərəfindən bunun səbəbi soruşulduqda, təqsirləndirilən şəxs tərəfindən buna dair hər hansı bir əsaslı javab verilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs və şahid X8 məhkəmə ijlasında dindirilərkən, məhkəmə onların əvvəldən bir-birilərini tanıdıqlarını, Suraxanı rayon məhkəmənin inzibati binasına etap olunduqda, məhkəmənin inzibati binasının müvəqqəti saxlama yerində saxlanıldıqlarını, onların kameraları qonşuluqda yerləşdiyini, bu səbəbdən onların ünsiyyət etmək imkanına malik olduqlarını və Təqsirləndirilən şəxs X1 şahid qismində məhkəmə ijlasına çağırajağını, sonunjunun da bununla razılaşdığını müəyyən etmişdir. Belə olan halda məhkəmə, iş üzrə şahid X6 məhkəmədə verdiyi ifadəsinin əvvəldən tanıdığı təqsirləndirilən şəxslə qarşılıqlı sövdələşməsinin nətijəsi olmasını istisna etmir və bu səbəbdən onu mötəbər sübut kimi qəbul etmir. Məhkəmə onu da nəzərə alır ki, şahid X6 məhkəmədə verdiyi ifadəsi işin faktiki halları ilə də uzlaşmır. Belə ki, məhkəmə ijlasında ifadə vermiş şahid A.Əbülfətov təqsirləndirilən şəxsin yaşadığı ərazidən köçüb getdiyini, müxtəlif vaxtlarda təqsirləndirilən şəxsin yaşadığı ərazidə yaşayan qaynanasıgilə getdiyini, qaynanasının evinə 2021-ji ilin yanvar və fevral aylarında getdiyini və elə bu vaxt məhəllədə dəmir satışı ilə məşğul olan şəxsin samovarı Təqsirləndirilən şəxs satdığını gördüyünü bildirmişdir. Halbuki, jinayət əməlinin predmeti olmuş samovar 15 dekabr 2020-ci il tarixdə artıq oğurlanmış, 17 dekabr 2020-ci il tarixdə onun oğurlandığı artıq müəyyən edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 ifadəsinə əsasən isə 2020-ji ilin dekabr ayının ortalarında ona satılmış və sonunju tərəfindən istintaqa təqdim edilmişdir. Göstərilənlərə məjmu halında qiymət verərərək, məhkəmə təqsirləndirilən şəxsin və müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə dindindirilmiş şahidin ifadələrini təqsirləndirilən şəxsin müdafəisi məqsədilə uydurulmuş dəlillər kimi qiymətləndirərək, rədd edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, zərərçəkmiş şəxsin ondan şikayətinin və tələbinin olmamasının cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, eyni zamanda, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, jəzasının çəkdiyi müddət ərzində analoci jinayət hadisəsini törətməsini onun şəxsiyyətini səjiyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Xətai rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 (yeddi) ay 11 (on bir) gün hissəsi (təqsirləndirilən şəxs 27.11.2019-ju il tarixdədə probasiya idarəsində qeydiyyata alınmış və bu vaxtdan onun jəzasının axımı başlanmış, 21.05.2020-ji il tarixdə barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, 15.06.2021-ji il tarixdə tutulmuş və barəsində həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir) JM-nin 68.1.1-1-ji maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdaqdan məhrumetmə jəzasının bir gününə bərabər tutulmaqla hesablanmalı, alınan 3 (üç) ay 20 (iyirmi) gün AR JM-nin 67.1-ji maddəsinə əsasən hökmlərin məjmusu üzrə qismən toplanmaqla ona qəti jəza təyin edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut olan samovarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Xətai rayon Məhkəməsinin 1(011)-331/2019 saylı, 03.10.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 (yeddi) ay 11 (on bir) gün hissəsi Azərbayjan Respublikası JMnin 68.1.1-1-ji maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdaqdan məhrumetmə jəzasının bir gününə bərabər tutulmaqla, jəmi 3 (üç) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrumetmə jəzası Azərbayjan Respublikası JM-nin 67.1-ji maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs jəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs jəzasının əvvəli 15 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan samovarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-294/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-294/2021
29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver