Məhkəmə qərarları › İş №1(010)-294/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-294/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-294/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, hazırkı iş üzrə 18 mart 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 sentyabr 2024-cü il tarixdə saat 09:00 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evinin qarşısına gəlmiş və atası Şahid2 ilə mübahisə edərək nalayiq ifadə işlətməsi səbəbdən aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs əllə sifət, baş və bədən nahiyyələrindən vurub ona burunun yumşaq toxumalarının qançırı ilə müşayiət olunan burun sümüyünün qapalı yerdəyişməyən xətti sınığı; sol gözdə görmə itiliyinin müvəqqəti zəifləməsi ilə müşayiət olunan sol göz yuvasıətrafı nahiyyənin hematoması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgah nahiyyəsinin və sol almacıq nahiyyənin yumşaq toxumalarının hematoması, sol üst dodağın qançırı, döş qəfəsinin sol aşağı bayır səthinin qançırı, hər iki dirsək oynağı nahiyyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səsəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə vaxtı Bayram maşının qarşısını kəsmiş, o, maşında əyləşmişdir, nəlayiq ifadələr işlətdikdən sonra onları ölümlə hədələyib maşına tərəf getmişdir. O, da özünü müdafiə etmək üçün Bayramın arxasınca gedib boğazından tutmuş, maşından yerə dartmış və 5 dəqiqə saxlamışdır. Səs- küyə Cavanşir gəlmiş, sonra isə polislər hadisə yerinə gəlmişlər. Məhkəmə iclasında verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, o, Bayramı vurmamış, boğazından tutub maşından yerə salmış, ola bilər ki, xəsarəti həmin vaxt almışdır. 5 dəqiqə Bayramı saxlamış, atası bu zaman 102 xidmətinə zəng vurmuş, səsə Cavanşir sonra isə polislər gəlmişdir. Orada başqa heç km olmamış, o, qadın qışqırığı eşitməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2011-ci ildən tanıyır, onlar qonşdur. Atası evlərini təmir etdirən zaman Bayramı prorab kimi tanımış və həmin vaxtdan Bayram atası ilə dostluq etmişdir. Təxminən 2019-cu ya 2020-ci ildə atası İqbal Suraxanı rayonu, Mədən küçəsində 3 sotda yerləşən torpaq sahəsində ev tikdirməyə başlamış, həmin torpaq sahəsi atasının adında olmuşdur. Bayram həmin evin tikintisində ustaları tapıb gətirir, atası Bayrama ustaları gətirib işlətdiyinə görə ustaların pullarını verirdi. Bayramın özünə də hər 2-3 gündən bir 200 manat pul verirdi. Bayram atasına səs yazıları ataraq hədə qorxular gələrək atasından pul tələb edirdi. Atasının Bayramla heç bir şərikliyi və ona heç bir borcu olmadığı halda o atasından pul tələb edirdi. xx.xx.2024-cü il tarixdə səhər Bayram onların evinin qarşısında atasının avtomobilinin qarşısını özünün Ford markalı avtomobili ilə kəsərək onun ailə üzvlərini təhqir edərək atasına demişdir ki, «otur mənim avtomobilimə gedək söhbət eliyək». Atası etiraz edən zaman o, demişdir ki, söyüş söymə evdə qadınlar var. Həmin vaxt Bayram onun sifət nahiyəsindən bir dəfə yumruqla vurmuş, o da onu əllə vurub itələmiş və Bayram yerə yıxılmışdır. Bayram həmin vaxt demişdir ki, ata bala ikinizi də gülləliyəcəm və avtomobilinə gedib nəyisə götürmək istəyəndə onlar onu dartıb avtomobilindən düşürmüş, bu zaman atası Bayramın avtomobilinə baxmış və qol qoyulan yerdən 1 ədəd mətbəx bıçağı götürüb öz avtomobilinə qoymuşdur ki, birdən Bayram bıçağı götürüb onlara xəsarət yetirər. Atası dərhal 102 xidmətinə bu barədə öz mobil nömrəsindən zəng edib hadisə barədə məlumat vermiş və polislər gəlmiş onları bölməyə aparmışlar. Həmçinin göstərmişdir ki, Bayram əvvəlcə onu vurmuş sonra o, Bayramı əlləri üz nahiyyəsindən yavaş vurub itələmiş, o yerə yıxılıb xəsarət almışdır. Həmin vaxtı atası Bayramı vurmamış və ona yaxın gəlməmişdir. Bayram atasının guya onu vurmasını yalan göstərmişdir. Həmin vaxtı orada kimsə olmayıb, qonşu Şahid1 ora sonradan gəlmiş və heç bir dava dalaş və mübahisə olmasını görməmişdir. Bayram atası ilə mübahisə edib söyüş söyərkən orada heç kimsə olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs atası İqbal ilə tikinti tikmişlər. İqbalın torpaq sahəsi olmuş, orada apartament tipli ev tikmişlər. Dostluqları möhkəm, ailəvi İqballa çox yaxın olmuşlar, get-gəlirləri olmuşdur. Yoldaşı rəhmətə getmişdir. İqbal ilə bina tikmişlər, qadınlar arasında söz-söhbət olmuşdur. İqbalın yoldaşı qızının videolarını onu istəyən oğlana göstərmiş, o, çox baş qoşmamışdır.. Günün birində gəlib ona demişdir ki, qızının ağzını yumaq olacaq, yoxsa o yumsun. Qolundan tutaraq demişdir ki, rədd olsun. Aralarında belə mübahisə olmuşdur. Binanın tikintisi başa çatmış, aboy işləri qalmışdır. İqbal ona bildirmişdir ki, binanı satır. Əvvəlcədən razılaşmışlar ki, binaya şərikdilər. İqbala demişdir ki, binanı satmasın, aralarında söz-söhbət olmasın. İqbal demişdir ki, satacaqdır. O, təklif etmişdir ki, ona satsın. İqbal ona bildirmişdir ki, Rüstəm adlı şəxslə üç yüz min manata razılaşmışdır. O, etiraz etmişdir ki, 16 mənzillk evi səkkiz yüz min manata satıb ona üç yüz min deyir. Alqı-satqı müqaviləsində üç yüz min olacaq, bildirmişdir ki, alqısatqıda onu inandırmaq və rüsumu az ödəmək üçün elə göstərir. Ondan nə qədər istədiyini soruşmuş, demişdir iki yüz əlli min, onun əlli min borcu var idi, həmçinin işçilərin pulunu da vermək lazım idi. Belə mübahisələri olmuşdur. Gecə toydan gəlmiş, bacısı oğlu onu düşürtmüşdür. Anbara baxmağa getmişdir. Anbara girəndə görmüşdür ki, Rəşad və İqbal oradadırlar. Səbəbini soruşanda İqbal bildirmişdir ki, anbarda malı var ya yox baxmağa gəlmişdir. O, iradını bildirmidir ki, niyə gizlicə gəlib anbara baxır, xəbər etsə idi birlikdə baxa bilərdilər. Mübahisə başlamış, ona bildirmişdir ki, pulunu verməyəcək. 01 sentyabr 2024-cü il tarixdə səhər görüşmüşlər, maşını saxlayıb pulu istəmiş, Rəşad onu yumruqla vurmağa başlamış, İqbalda arxadan boğazından tutmuşdur. Ata-bala onu döymüşlər. Maşına tərəf qaçıb telefonunu götürmək istəyəndə bunlar onu çəkib üz üstə yerə yıxmışlar, bir də döymüşlər. Hadisə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən 14 ünvanında olmuşdur. Qonşu Cavanşir səsə çıxmış, Cavanşiri köməyə çağırmış, çağrışa İqbalın dostu təhqiqatçı Məmməd gəlmişdir. Sonra ekspertə getmiş, onu müstəntiq çağırmış, bilmişdir ki, İqbalgil haqlı çıxmaq üçün gedib ondan şikayət etmişlər. Polisə getdikdən sonra onu MSY-nə salmışlar. X8 MSY-də olanda gəlib ona qol çəkdirmək istəmiş, guya kim İqbalgilin ittihamı ilə razıdır. O, oxuyandan sonra qol çəkməmişdir. Məhkəmə iclasında verilmiş suallara Zərərçəkmiş şəxs cavab olaraq bildirmişdir ki, tikinti ilə bağlı İqbalnan münasibət olmuş, oğlu atasına tikintidə kömək etmişdir. Hadisə 01 sentyabr səhər 08.30-da baş vermişdir. Səhər qarşısına çıxmış və demişdir ki, pulu versin, Rəşad həyətdən çıxıb birbaşa üstünə gəlmişdir. Birinci zərbəni Rəşad üz-göz nahiyəsinə yumruqla vurmuş, İqbal da onun arxasına keçib boğazından tutmuş, onu üzü üstə yerə salıb yerdə vurmağa başlamışlar, Cavanşir gələndən sonra maşına getmişdir ki, telefonu götürüb 102-y zəng vursun, onu yerə salıb bir də vurmuşlar,102 xidmətinə zəng vurmuş, bir dəqiqə sonra təhqiqatçı Məmməd gəlmişdir. Hadisənin olduğu yer küçədir, hərəkətli yer deyil, qonşuların hadisəni görməsini bilmir, çünki o halda deyildi, evi təmizləyən Nüşabə və İlahə hadisəni görüblər, qadınlar o, evə girəndə görmüşdür ki, həyətdə oturub ağlayırlar. Cavanşir gəlib onları ayırmışdır. Pul məsələsi ilə bağlı onu döyəndən sonra özlərin haqlı çıxarmaq üçün xx.xx.2024-cü il tarixdə gedib şikayət etmişlər, həmin iş Ağır Cinayətlər Məhkəməsindədir. Müstəntiqə İqbal və Rəşadın onu birlikdə döydüklərini bildirmiş, müstəntiq bildirmişdir ki, İqbalı bura qatmayaq Rəşad etiraf etmişdir ki, onu döymüşdür. O, ora borcu istəməyə görə gəlmişdir. İlk olaraq qarşısına Rəşad çıxmışdır. 5000 manat pulu Suraxanı RPİ-nin qarşısında vermişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş şahid Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, onun Qaraçuxur qəsəbəsində yerləşən evinin yaxınlığında Şahid2 ailəsi ilə yaşayır. O, İqbal ilə 15 ildən artıqdır ki, tanışdır, onların arasında yaxşı münasibətlər olmuş, hətta onlar uzaqdan qohumlarının uşaqları ailə qurduqları üçün qohum da olmuşdlar. O, tikinti işləri üzrə ustalıq edir, buna görə də Şahid2 evində və tikdirdiyi binada tikinti işləri görmüş və prorablıq etmişdir. Şahid2 təxminən 2019-cu ildə Qaraçuxurda yaşayış binası tikərkən onu orada usta və prorab kimi işləməyə dəvət etmişdir. 2022-ci ildə binanı demək olar ki, tam tikmiş, ancaq oboy işləri qalmışdır. Lakin bundan sonra İqbal işi dayandırmış və binanı satmışdır. O, həmin tikintidə gördüyü işlərin pulunu sonradan hissə-hissə cəmi 30 min manat İqbaldan almış, İqbal 20 min manat da verəcəyi qaldığı, lakin vermədiyi üçün onunla söhbət etmək üçün yaşadığı Mədən küçəsi 14A ünvanda yerləşən evinin qarşısına gəlmiş, orada avtomobilini saxlamışdır. Bundan sonra evdən İqbal və oğlu Rəşad çıxmışdır. İqbal ondan avtomobilini onun qapısından çəkməyini tələb etmiş, o İqbaldan pulunu iştəmiş, o vermədiyi üçün oğlu ilə onun üstünə gəlib dalaşmağa başlamışlar. Rəşad onun başını qolu ilə tutub onun sifət nahiyyəsindən yumruqla var gücü ilə burun üz və göz nahiyyəsindən vurmağa başlamış, onun burnu, gözü həmin vaxt qanları və zədə almışdır. Rəşad ondan cavan və uca olduğu üçün boynunu qolu ilə sıxıb üz nahiyyəsindən dəfələrlə yumruğu ilə zərbə vurmuş, həmin vaxt İqbal da onun bədən nahiyyəsindən yumruqla vurmuş, bundan sonra ora qonşu Şahid1 gəlmiş və onları aralamışdır. Sonra ora polis əmədaşları gəlmiş bundan sonra İqbal gedib onun avtomobilindən məişətdə istifadə etdiyi mətbəx bıçağını götürmüş, sonradan bıçağı polisə təqdim etmişdir. O, avtomobilinə tərəf gedərkən atomobilindən mobil telefonunu götürüb polisə bu barədə məlumat vermək istəmiş, avtomobildən bıçaq götürmək məqsədi olmamışdır. İqbal avtomobilindən bıçağı götürəndən sonra o, telefonu götürüb polisə bu barədə məlumat vermişdir. O, Rəşad onu itələməsi və yerə yıxılarkən xəsarəti almamış, Rəşad onun boynunu əli ilə sıxıb bir əli ilə başından, dodaq, burun, üz nahiyyəsindən dəfələrlə vuraraq ona xəsarət yetirmişdir. O, burnu, gözündən həmin vaxtı xəsarət almış, Rəşadın atası da həmin vaxt onu bədən nahiyyəsindən dəfələrlə vurmuşdur. Təqsirləndirilən şəxs guya ki, onu itələyərkən yerə yıxılaraq xəsarət almasını doğru göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ildən torpaq sahəsi almış, Bayram da orada prorab kimi ustaları gətirib işlətmişdir. Binanı tikib, satıb pul qazanacaqdır. Bayramın oğurluqlarını görüb binanı dəyər-dəyməzə satmağa başlamışdır. Bayram onu şantaj etməyə başlamış, dəfələrlə onu çağırmışdır ki, tək-bətək dava etsin. 2024-cü ilin avqust ayının axırında səhər sübhdən ailəsi ilə birlikdə istirahətə gedirmişlər. Bayramın pəncərəsi onların həyətinə baxır. O, istirahət mərkəzinə çatanda zəng gəlmiş, cavab verəndə görmüşdür ki, Bayramdır. Bayram başlamışdır onu təhqir etməyə nömrəsini blok etmişdir. Başqa bir nömrədən yenə zəng gəlmiş, cavab verəndə görmüşdür ki, Bayramdır. Bayram ona bildirmişdir ki, telefonunu açsın, sms göndərmiş, diqqətlə oxusun. Sms oxumuş, orada yenə onu təhqir və şantaj edtmişdir. Bayrama cavab olaraq yazmışdır ki, “səhər işə gedəndə sənin qapından keçirəm,sözün var qarşıma çıxıb deyərsən”. Səhər tezdən işə gedəndə görmüşdür ki, Bayram qapının ağzını maşınla kəsdirmişdir. O, çıxa bilməmiş, nəsil var yox söyüşü söyərək onu təklikdə söhbət etmək üçün maşına çağırmış, o, Bayramdan yol verməsini istəmişdir. Bayram yenə onu təhqir etməkdə davam etmişdir. Oğlu Rəşad yanında olmuş, Rəşad Bayrama danışığına fikir verməyi barədə xəbərdarlıq etmişdir. Bayrama yaxınlaşanda sonuncu Rəşadın üzündən vurmuş, Rəşad da onu itələmiş, Bayram yıxılmış və onları güllələyəcəyi ilə hədələmişdir. Bayram maşına cummuşdur. Rəşad da Bayramın arxasınca getmiş, Bayram maşının qoltuqaltından nə isə götürmək istəmişdir. O, da onların yanına getmiş, o, bilmişdir ki, Bayramın silahı var həmişə bu barədə danışmışdır. Qaçmışdır ki, oğluna kömək etsin, fikriləşmişdir birdən Bayram maşından silah götürər, oğlu bunu maşından dartıb çıxartmış, o, da kömək etmişdir. Bu zaman Bayram yerə yıxılmış, yerə yıxılandan sonra maşında bardaçoku açmış, görmüşdür ki, çörək bıçağı var, bıçağı kağıza bükərəm bayıra çıxıb 102 xidmətinə məlumat vermişdir. Sonra 32-ci polis bölməsinə zəng vurmuş, orada dostu işləyir ona bildirmişdir ki, polis göndərsin. Oğlu Bayramı ayaqları arasında tutmuş, Bayram yerə uzanmış, burnu qanamış, hay-küyə qonşu Cavanşir çıxmış, Cavanşir hadisəni görməmiş, sadəcə Bayramın yerə uzandığını görmüşdür. Cavanşir gələndən sonra Rəşadı qırağa çəkmış, Bayram 102 xidmətinə yığmış, polislər gəlib çatmış, bölməyə getmişlər, təcili yardım da gəlib baxmış, Bayrama bildirmişdir ki, heç nəyi yoxdur. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, o, maşından düşüb çatana qədər Rəşad Bayramı itələmiş, onlar hər ikisi maşında olmuşlar. O, maşından düşəndə Rəşad Bayramın boynundan tutub maşından dartmışdır. O, kömək etmiş, Bayramı maşından çəkib çıxartmış, bu zaman Bayramın qolu yerə dəyib sıyrılmışdır. Hadisə 1 dəqiqənin içərisində olmuş, onun onları ayırmağa vaxtı olmamışdır. Zərərçəkmiş şəxsin xəsarətlərindən xəbəri var, rəylə tanış olmuşdur. Oğlunun Bayramı vurmağını görməmişdir. Hadisə yerində heç kim yox idi, Cavanşir sonda gəlib çıxmışdır. Cavanşir gələndə Bayram yerdə idi, Rəşad da onun yanında idi, Bayramı yerdən qalxmağa qoymurdu, Bayram onları güllələməklə qorxudurdu, onlar bilirdilər ki, onun silahı var. Hadisə yerində başqa heç kim olmamışdır. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. 2011-ci ildə evini təmir etdirən zaman Bayramı prarab kimi tanımışdır. 2020-ci ildə o Suraxanı rayonu, Mədən küçəsində 3 sotda yerləşən, öz adına olan torpaq sahəsində satmaq məqsədi ilə 4 mərtəbəli ev tikdirməyə başlamışdır. Bayram onun işlərini görməkdə köməklik etmişdir, tikintidən tikinti materiallarını oğurlayıb aparması, Bayramın əliəyri olmasını görüb onu tikintidən uzaqlaşdırmışdır. Bundan sonra 2022-ci ilin may ayında müştəri tapıb evi ziyanına satmışdır. Bayram onun evi satmağından və pulu olmasından xəbər tutub guya ki, evdə gördüyü işlərə görə ona əlavə 50.000 manat pul verəcəyini demişdir. O, Bayrama borcu olmadığını, bütün işlərin pulunu verdiyini, heç bir ustaya, fəhləyə borcu olmadığını deməyinə baxmayaraq ondan pul tələb etməyə başlamışdır. O, Bayramın şər niyyətli olması, dediyindən əl çəkməməsi və qohumları və yaxınları, ailələri barədə onun guya əxlaqsız söhbətlər danışmağını yayaraq onu biabır edəcəyindən qorxaraq hər dəfə 10 min manat olmaqla 3 dəfəyə ondan 30.000 manat nəğd pul almışdır. Hər dəfə də pulu alarkən ondan daha pul tələb etməyəcəyini demiş, buna baxmayaraq bir müddət keçdikdən sonra ondan yenidən pul tələb etmiş və daha 2 dəfə hər dəfə 10 000 manat pul almışdır. xx.xx.2024-cü il tarixdə Bayram evinin qarşısında onun avtomobilinin qarşısını Ford markalı avtomobili ilə kəsərək onun ailə üzüvlərini söyüşlə təhqir eədərək ona otur mənim avtomobilimə gedək söhbət eliyək demişdir. O, etiraz edən zaman onunla birlikdə olan oğlu Rəşad demişdir ki, söyüş söymə evdə qadınlar var. Həmin vaxt Bayram Rəşadın sifət nahiyəsindən bir dəfə yumruqla vurmuş, Rəşad da onu itələmiş, Bayram da yerə yıxılmışdır. Bayram həmin vaxt demişdir ki, ata bala ikinizi də gülləliyəcəm və avtomobilində nəyi isə axtarmağa başlamışdır. O, avtomobildən bıçaq çıxardan zaman həmin bıçağı götürüb öz avtomobilinə qoymuş, həmin bıçağı təqdim etmiş, o dərhal 102 xidmətinə bu barədə öz mobil nömrədən zəng edib hadisə barədə məlumat vermişdir. O, xx.xx.2024-cü il tarixdə Bayramı vurmadığını, həmin tarixdə evinin qarşısında Bayram söyüş söyərkən onunla oğlu Rəşad mübahisə etmiş, Bayram onu vurmuş, o Bayramı üzündən əllə vurub itələyib o yerə yıxılıb xəsarət almışdır, həmin vaxt ora qonşu Cavanşir çıxmışdır, bu vaxt artıq heç bir dava dalaş olmamışdır. Həmin vaxt o, Bayramı vurmamış və ona xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, səhər görmüşdür ki, bayırda səs-küy gəlir. Çıxıb eyvana görmüşdür ki, dava dalaşdır, çıxıb aralaşdırmışdır. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, eyvana çıxıb görmüşdür ki, davadır. Görmüşdür ki, Bayram İqbal və Rəşad var Bayram yerə yıxılıb Rəşad da onun üzərindədir, Bayramın üzü qan idi. Rəşadın Bayramı vurduğunu görməmişdir. Sonra gedib aralaşdırmış, Bayram maşına əyləşmiş, maşından düşürtmüş bayırda yenə tutaşmışlar, vurmaq olmamış, girib aralaşdırmışdır. Ondan başqa qonşulardan heç kim yox idi. Zərərçəkmiş şəxs maşından telefon götürürdü. Eşikdən qadın səsi gəlmişdir. Zərərçəkmiş şəxs öz qapının ağzında yerdə halsız vəziyyətdə idi. O, çıxanda artıq Bayramın ağzı qan idi. Vurulma anını görməmişdir. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 20 ildən çox zamandır ki, ev təmiri ilə məşğuldur. O, Zərərçəkmiş şəxs təxmini 10 il olar ki, tanıyır, Şahid2 Bayrama görə tanımış, onların yaxşı münasibətləri olmuş, İqbal və Bayram onunla qonşudurlar. 01 sentyabr 2024-cü il tarixdə təxmini 09 radələrində evdən səs-küçəyə çıxmış, Bayramın yerdə uzandığını, İqbalın oğlu Rəşadın ayaq üstə, İqbalın isə kənarda dayanmasını görmüşdür. O, Bayramı yerdən ayağa qaldırmış, Bayramla Rəşadı ayırmış, sonra ora polislər gəlmiş və polis bölməsinə getmişlər. Həmin vaxt onların aralarında pula görə mübahisə olduğunu öyrənmişdir. O, Rəşadın və İqbalın Bayrama xəsarət yetirdiyini görməmiş, yalnız onları ayırmışdır. Onların əlində və üzərində hər hansı kəsici alət görməmişdir. Orada başqa heç kim olmamışdır. Şahid2lə Zərərçəkmiş şəxs arasında hər hansı şərikliyi və İqbalın ona borcu olmadığını, İqbaldan heç bir şəriklik sözü eşitmədiyini göstərmişdir. O, Şahid2lə Zərərçəkmiş şəxs arasında hər hansı şəriklik və İqbalın ona borcu olduğunu eşitməmişdiyini göstərmişdir. O, Bayramı prarab kimi tanımış, Bayram demişdir ki, həmin binanın elektrik işini o görmüşdür. Məhkəmənin 11 iyun 2025-ci il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs şifahi vəsatətlə müraciət edərək evini yığışdıran qadınlar, yəni X2 və X2 bu hadisəni gördüklərini, sadəcə qorxduqlarından bayıra çıxa bilmədiklərini bildirərək, həmin şəxslərin şahid qismində dindirilmələrini xahiş etmişdir. Zərərçəkmiş şəxsin şifahi vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Bayram müəllimin evini təmizləməyə getmişdir. Saat 9-un yarısı olmuş, 3-cü mərtəbədə olarkən pəncərədən baxıb görmüşdür ki, Bayram müəllimi döyürlər, iki nəfər Bayram müəllimi döymüşlər. Məhkəmə iclasında verilmiş suallara şahid X2 cavab olaraq bildirmişdir ki, döyən şəxslər ikisi də zaldadır, həmin şəxsləri görməmişdir. Qışqırıb köməyə çağırmışlar, aşağı düşmüşlər, polis gəlmiş, onlar yaxınlaşmış, bir nəfər kömək də gəlmişdir. Hadisə vaxtı işlətdiyi nömrə yanmışdır. Səhər 9-a işləmiş Bayram onları evdən götürür təmizliyə gedirlər. O, Əhmədli qəsəbəsində qalır. Bayram onları 9a işləmiş götürmüş, digər qadını götürmüş, o Günəşlidə qalır. ***-***-**-** nömrə işlədir, təzə almış, hadisə günü olan nömrəsi yanmış, dəqiq bilmir.İki nəfər Bayramı döymüşlər. Maşın darvaza tərəfdə idi, darvaza açıq deyildi, 3-cü mərtəbədən hadisə görünürdü. Səs-küy eşitmişlər. Hadisə günü orada olmuşdur. Əvvəlki nömrəsini bilmir. Döyüləndən sonra görmüşdür ki, Bayram qan içindədir. Yumruq və təpiklə vurublar gəlib gördülər ki, Bayram yıxılıb. Zərərçəkmiş şəxsin şifahi vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Bayram müəllim ev işi görmək üçün müraciət etmiş, saat 9-a işləmiş, səs-küy gəlmiş yuxardan baxmışlar ki, zaldakı 2 nəfər Bayramı çırpır. Bayram müəllim maşına minmək istəmişdir ki, kimisə köməyə çağırsın, bunlar onu çırpırdılar. Məhkəmə iclasında verilmiş suallara şahid X3 cavab olaraq bildirmişdir ki, həmin tarixdə işlətdiyi nömrə işləmir. ***-***-**-** nömrə işlədirdi, hadisə günü üstündə deyildi, telefon yanmış, üstündə yox idi. Dövlət ittihamçısı zərərçəkmiş şəxsdən onunla şahidlər X2 və X2 arasında olan telefon zənglərinin tarixçəsi barədə məlumatların məhkəməyə təqdim edilməsini təklif etmişdir. Zərərçəkmiş şəxs isə növbəti məhkəmə iclasında bildirmişdir ki, özünə məxsus telefon zənglərinin tarixçəsinin təqdim edilməsi ilə bağlı "xxxx" MMC-yə müraciət etmiş, lakin hadisə günündən 6 ay müddət keçdiyinə görə "xxxx" MMC tərəfindən tarixçənin verilməsi mümkün olmamışdır. Məhkəmə zərərçəkmiş şəxsin şifahi vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X1 verdikləri ifadələrinə tənqidi yanaşaraq belə qənaətə gəlir ki, şahidlər zərərəçəkmiş şəxs tərəfindən yönləndirilərək məhkəmədə səmimi ifadə verməmişlər. Belə ki, iş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən verilmiş canlı şəxsin xx.xx.2024-cü il tarixli, 719 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, adına tərtib olunmuş tibbi sənədlərə əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara əsasən nəticəyə gəlir: Zərərçəkmiş şəxs burunun yumşaq toxumasının qançırı ilə müşayiət olunan burun sümüyünün qapalı yerdəyişməyən xətti sınığı; sol gözdə görmə itiliyinin müvəqqəti zəifləməsi ilə müşayiət olunan sol göz yuvası ətraf nahiyənin hematoması, başın sol gicgah nahiyəsinin, sol almacıq nahiyənin yumşaq toxumalarının hematoması, sol üst dodağın qançırı, döş qəfəsinin sol aşağı bayır səthinin qançırı, hər iki dirsək oynağı nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və özünün dediyi şəraitdə törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü-özünə yetirməsi nəticəsində, eləcə də yıxılma zamanı alınması inkar olunur. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən verilmiş canlı şəxsin xx.xx.2024-cü il tarixli, 719 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsaslnaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara əsasən nəticəyə gəlir: Təqsirləndirilən şəxs sol yanağın sıyrığı, alt dodağın qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 01 sentyabr 2024-cü il tarixdə və özünün dediyi şəraitdə törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirməsi, eləcədə yıxılma nəticəsində əmələ gəlməsi inkar olunur. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən verilmiş canlı şəxsin xx.xx.2025-ci il tarixli, 01-718 nömrəli əlavə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş 718 saylı məhkəmə-tibbi ekspertizası rəyinə əsaslanaraq və ekspertiza qarşısında qoyumuş əlavə suallara cavab olaraq nəticəyə gəlir: Zərərçəkmiş şəxs burunun yumşaq toxumasının qançırı ilə müşayiət olunan burun sümüyünün qapalı yerdəyişməyən xətti sınığı; sol gözdə görmə itiliyinin müvəqqəti zəifləməsi ilə müşayiət olunan sol göz yuvasıətrafı nahiyənin hematoması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgah nahiyəsinin və sol almacıq nahiyənin yumşaq toxumalarının hematoması, sol üst dodağın qançırı, döş qəfəsinin sol aşağı bayır səthinin qançırı, hər iki dirsək oynağı nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə və şəraitdə törənə bilərdi, dərəcəsinə görə burunun yumşaq toxumasının qançırı ilə müşayiət olunan burun sümüyünün qapalı yerdəyişməyən xətti sınığı; sol gözdə görmə itiliyinin müvəqqəti zəifləməsi ilə müşayiət olunan sol göz yuvasıətrafı nahiyənin hematoması; baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgah nahiyəsinin və sol almacıq nahiyənin yumşaq toxumalarının hematoması hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, sol üst dodağın qançırı, döş qəfəsininsol aşağı bayır səthinin qançırı, hər iki dirsək oynağı nahiyəsinin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X6 qərarı ilə Təqsirləndirilən şəxs barəsində 18 mart 2025-ci ildə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 sentyabr 2024-cü ildə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPMin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 16 (on altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 176 (yüz yetmiş altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar