Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-295/2023 14.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Rəfail oğlunun və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 19 iyun 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 24 – 26 yanvar 2023-cü il tarixləri üzrə tutulmuş, 26 yanvar 2023-cü ildə barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 22 iyun 2023-cü ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Rəfail oğlunun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Rəfail oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs əvvəllər işlədiyi Azərbaycan Respublikası Daxili İşlər Orqanları sırasına bərpa edilməsinə köməklik etmək bəhanəsi ilə 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, O.Şabanov küçəsində yerləşən “Tumurcuq” kafesində Zərərçəkmiş şəxs 5000 manat nağd pul vəsaitini alaraq ələ keçirmiş və nəticədə, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Rəfail oğlu Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Rəfail oğlu ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 6 aydır ki, Zərərçəkmiş şəxs ilə ortaq tanışı olan Şahid vasitəsilə tanış olmuş və aralarında münasibət yaranmışdır. Zərərçəkmiş şəxs köhnə polis əməkdaşı olmuş, lakin xidmətdə göstərdiyi nöqsanlara görə xidmətdən xaric edilmişdir. Belə ki, Şahid 2022-ci ilin mart ayında dəqiq xatırlamadığı zaman onunla əlaqə saxlayaraq bir nəfər tanışının keçmiş polis əməkdaşı olduğunu və xidmətdən xaric edildiyini, hazırda polisə yenidən bərpa olunmaq istədiyini bildirmiş və ondan bu işdə ona köməklik edə bilibbilməyəcəyi barədə soruşmuşdur. O da köməklik edə biləcəyini demişdir. Bundan sonra onlar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən H.Əliyev parkındakı kafedə görüşmüşlər. Orada Şahid bir nəfər yanında olan şəxsi Zərərçəkmiş şəxs kimi təqdim etmiş və Zərərçəkmiş şəxs polisə bərpa olunmaq istədiyini demişdir. O da bu işdə ona köməklik edə biləcəyinə söz vermiş, bu işin həlli üçün nəyə gücü çatacağını soruşmuşdur. Zərərçəkmiş şəxs da 5000 manata gücü çatacağını, artıq pulu olmadığını bildirmişdir. Bundan sonra o, 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Əliyev parkının içərisindəki “Tumurcuq” adlı kafedə görüşmüş və orada Zərərçəkmiş şəxs Şahid yanında ona 5000 manat pulu tam halda vermişdir. O, həmin pulu sayıb götürmüş və ən geci iki aya kimi bu işi həll edəcəyini, Zərərçəkmiş şəxs X5 sıralarına bərpa edəcəyini və bununla bağlı əmr olacağını, əgər işi həll edə bilməsə pulu geri qaytaracağına söz vermişdir. Lakin o, bu işin həll üçün heç bir iş görməmiş və aldığı 5000 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs ona zəng edib işin nə yerdə qaldığını soruşduqda isə narahat olmamasını, yaxın günlərdə əmrinin olacağını və işə bərpa olunacağına dair yalandan məlumat vermişdir. Həqiqətdə isə bu işlə bağlı heç bir iş görməmiş və aldığı pulu qaytarmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, onun tərəfindən dəymiş ziyan ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2000-ci ildən 2020-ci ilədək olan müddət ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləmiş və sonuncu dəfə Suraxanı Rayon Polis İdarəsinin PPXB-də manqa komandiri vəzifəsində xidmət etmişdir. Lakin 2020-ci ilin mart ayında işdə yol verdiyi nöqsanlara görə X7 xaric olunmuşdur. Həmin vaxtdan dövlət tərəfindən təyin olunmuş təqaüd almışdır. O, iş tapa bilmədiyi üçün yenidən X9 işə qəbul olmaq istəmişdir. Bu barədə tanışı Şahid yanında söhbət etmiş, Şahid ona bu barədə əvvəllər polis işləmiş və hazırda təqaüddə olan Təqsirləndirilən şəxs ona bu işdə köməklik edə biləcəyini demişdir. O, isə həmin adamla görüşmək istədiyini demiş və Şahid da onunla Təqsirləndirilən şəxs Hövsan qəsəbəsində yerləşən H.Əliyev parkında kafedə görüşdürmüşdür. Həmin vaxt o, Təqsirləndirilən şəxs ilə söhbət etmiş və Təqsirləndirilən şəxs iki ay müddətində onu X9 bərpa etdirəcəyinə dair vədlər vermişdir. Şahid Təqsirləndirilən şəxs ilə köhnə iş yoldaşı olduğundan və bu işi həll edə biləcəyini dediyi üçün, həm də Təqsirləndirilən şəxs ona müxtəlif vədlər verməsi səbəbindən onun dediklərinə inanmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs bu işi həll etmək üçün nəyə gücü çatacağını soruşmuş, o da 5000 manata gücü çatdığını, bundan artıq pulu olmadığını bildirmişdir. Bundan sonra o, 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Əliyev parkının içində yerləşən “Tumurcuq” adlı kafedə 5000 manatı tam halda tanışı və Təqsirləndirilən şəxs köhnə iş yoldaşı Şahid yanında Vüqara vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bir daha ən geci iki aya kimi onu X9 işə bərpa etdirəcəyini, bərpa etdirməyəcəyi halda isə pulunu tam şəkildə geri qaytaracağını demişdir. Bundan iki ay keçdikdən sonra Təqsirləndirilən şəxs bir xəbər çıxmadığı üçün onunla əlaqə saxlamış və işin nə yerdə olduğunu, iki ayın tamam olduğunu bildirmişdir. Vüqar isə yaxın günlərdə işin həll olunacağını demişdir. Həmin vaxtdan hal-hazıradək dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb işinin nə yerdə olmasını, alınmırsa pulunu qaytarmasını desə də, o, hər dəfə ona müxtəlif bəhanələr gətirərək verdiyi vədlərə əməl etməmiş və ondan aldığı 5000 manat pulu qaytarmamışdır. Bir müddət sonra o, artıq Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldığını başa düşmüş və bundan sonra bu barədə polisə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 5000 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Rəfail oğlu ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 1997-ci ildən 2015-ci ilədək olan müddət ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləmiş və sonuncu dəfə Suraxanı Rayon Polis İdarəsinin Mühafizə İdarəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs ilə də həmin iş yerində iş yoldaşı kimi tanış olmuş və aralarında normal münasibət olmuşdur. Zərərçəkmiş şəxs da X8 işlədiyi üçün və onunla yaxınlıqda qaldığı üçün tanımış, onunla da arasında yaxşı münasibət vardır. Təxminən 2022-ci ilin may ayının 30-da Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən H.Əliyev parkında olan zaman Zərərçəkmiş şəxs görmüş, həmin vaxt Zərərçəkmiş şəxs ona X9 bərpa olmaq istədiyini və bu işi həll etmək üçün adam axtardığını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona X9 kim bərpa olmaq istəsə, bu işi həll edə biləcəyini deməsi yadına düşmüşdür. O, bu barədə Zərərçəkmiş şəxs demiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə görüşmək istədiyini bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs zəng edib bu barədə demiş və həmin gün Hövsan qəsəbəsində olan H.Əliyev parkında yerləşən “Tumurcuq” adlı kafedə görüşmüşlər. Zərərçəkmiş şəxs özü Təqsirləndirilən şəxs ilə söhbət etmiş, Təqsirləndirilən şəxs onun işini iki aya kimi həll edə biləcəyini demişdir. Həmin işin müqabilində isə 5000 manat pulu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verəcəyi barədə söz vermişdir. 31 may 2022-ci il tarixdə isə yenə həmin kafedə üçü görüşmüşlər və onun yanında Zərərçəkmiş şəxs 5000 manat pulu sayıb Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs da həmin pulu sayıb götürərək bir daha iki aya kimi Zərərçəkmiş şəxs X9 bərpa olunacağına söz vermişdir. Lakin həmin vaxtdan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işini həll etməmiş və aldığı pulu qaytarmayaraq Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Rəfail oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı onu tamamlayan və bir birinə uyğun gələn zərərçəkmiş şəxsin, şahidin ifadələri və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs Rəfail oğlunun hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Rəfail oğlu Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilsin və onun CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Rəfail oğlu barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilsin və o, hazırkı qərar elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs Rəfail oğlunun hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-295/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-295/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver