Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-297/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, 22 – 24 aprel 2021-ci il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-176/2021 nömrəli iş üzrə 24 aprel 2021-ci il tarixli qərarı ilə barəsində 22 iyul 2021-ci il tarixinədək «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş, 12 avqust 2021-ci ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 aprel 2021-ci ildə satış məqsədi olmadan qanunsuz olaraq Baki şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən 10 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində saxlayaraq daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi i1ə bağlı daxil o1muş əməliyyat məlumatı əsasında Suraxani RPİ-nin NMB-nin və Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keciri1ən əməliyyat tədbirləri nəticəsində 22 aprel 2021-ci ildə saat 16:40-da ünvan 4 ünvanının qarşısında saxlanılıb Suraxani RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman, qara rəngli rng1i şalvarının sağ cibindən bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,522 qram təşkil edən ağ rəngli kristal şəkilli kütlə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, əvvəllər «şüşə» kimi tanıdığı metamfetamini çəkmək yolu ilə qəbul edib. 22 aprel 2021-ci ildə günorta saatlarında Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 10 manat müqabilində öz istifadəsi üçün bir büküm “şüşə” almışdır. Saat 16:40-da Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, dalan 2, ev 3 ünvanının qarşısında dayandığı zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitələrinin gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirərək Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Razılaşıb onlarla birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə getmişdir. Polis bölməsində hüquqları və vəzifələri izah olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına ayrılmış müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, həmin təklifə əsasən əynindəki qara rəngli cins şalvarının sağ cibindən bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümün içərisində nə olması, onu nə vaxt kimdən əldə etməsi soruşulmuş, cavabında bildirmişdir ki, bükümün içərisindəki maddə “şüşə”dir və onu bir neçə saat əvvəl Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıb. Sonra həmin büküm götürülərək zərfə qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra üzərində axtarış davam etdirilmiş, lakin hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 Abidin oğlu bildirmişdir ki, Suraxanı RPİ-nin NMB-də əməliyyat-müvəkkili vəzifəsində işləyir. 22 aprel 2021-ci ildə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. NMB-nin əməliyyat müvəkkili X2 həmin məlumatın yoxlanması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə Suraxanı rayon Polis İdarəsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarə rəisi tərəfindən təsdiq olunmuşdur. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri X2, üzvləri isə Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və o, təyin olunmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməsinə başlanmışdır. Həmin gün o, qrupun üzvləri ilə birlikdə Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsinə getmişlər. Həmin küçədə dalan 2, ev 3 ünvanının qarşısında saat 16:40-da Sərdar adlı şəxsi əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqələri göstərib özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Sərdara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmiş, sonuncu da heç bir etiraz etməyərək razılaşmışdır. Sərdarla birlikdə polis bölməsinə gəlmiş və Roman Həsənov bu barədə dərhal raport yazıb idarə rəisinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra vəkil dəvət edilmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ cibindən bir ədəd kağıza bükülmüş, içərisində ağ rəngli kristal şəkilli maddəni çıxarıb təqdim etmişdir. Sərdara həmin bükümdə nə olması və haradan əldə etməsi barədə sual verilmişdir. Sərdar həmin bükümdə «şüşə» kimi tanıdığı metamfetamin olduğunu, onu həmin gün adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş başqa hər hansı əşya aşkar edilməmişdir. Aşkar edilmiş həmin maddələr kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən polis əməkdaşları, Sərdarın özü, vəkil və o, imza etmişlər. Bundan sonra bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş və düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 Abidin oğlunun bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 23 aprel 2021-cı il tarixli 6/1609 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 45möhür əksi və “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,522 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir». 16 avqust 2021-cı il tarixli 2885 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmaq, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,472 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 aprel – 22 iyul 2021-ci il tarixləri üzrə tutulduğu və «ev dustaqlığı»nda saxlanıldığı 03 (üç) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmaq, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,472 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-297/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-297/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver