Məhkəmə qərarları › İş №1(010)-297/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-297/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-297/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1991-ci ildə Füzuli rayonu, Arazdilağarda kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Azəriqaz” İstehsalat Birliyində mühəndis vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 25 yanvar 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə saat 08:30 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA” yaşayış kompleksi, 6-cı binanın 12-ci girişinin qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı əl və ayaqları ilə sonuncunu vuraraq ona sol gözaltı, sol almacıq və sol əng nahiyəsini əhatə edən yumşaq toxumanın hematoması ilə müşayiət olunan sol əng sümüyünün qapalı sınığı, görmə itiliyinin zəifləməsi ilə müşayiət olunan sol göz almasının qansızması və sol göz yuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması, burunun yumşaq toxumasının hematoması, başın aşağı ənsə nahiyəsinin sıyrığı və sağ gicgah-alın nahiyəsinin qançırı, sol çənə şaxəsini əhatə edən yumşaq toxumanın qançırı və sıyrığı, üst və alt dodağın iç səthinin selikli qişasının qansızması və səthi əzilmiş yaraları, boyunun sıyrıqları, bel-oma nahiyəsinin və xaya kisəsinin sol yan səthinin qançırları ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs təxminən bir ilə yaxındır ki, tanıyır. Eldar onunla qonşuluqda eyni binada yaşamış və onunla aralarında münasibət vardır. Eldar kompyuter sahəsini yaxşı bildiyi üçün bir neçə dəfə onun kompyuterini təmir etmiş və o da bir neçə dəfə Eldarı qonşu kimi 28 may metrostansiyasının yaxınlığına işə aparmışdır. 04 sentyabr 2022-ci il tarixdə axşam saatlarında məhəllədə olan zaman Zərərçəkmiş şəxs yanında açıq geyimdə tanımadığı bir qızla məhəlləyə daxil olub evinə getməsini görmüşdür. Bundan əvvəl bir neçə dəfə də ayrı-ayrı qızlarla Zərərçəkmiş şəxs evinə getməsini gördüyü üçün həmin vaxt təklikdə Zərərçəkmiş şəxs qızın kim olmasını soruşmuşdur. Həmin gün axşam Zərərçəkmiş şəxs ona zəng edərək nalayiq ifadələr işlətmiş və səhərisi gün onunla söhbət etmək istədiyini bildirmişdir. O da razılaşmış və telefonda dediyi nalayiq ifadələri üzünə qarşı bildirməsini qeyd etmişdir. 05 noyabr 2022-ci il tarixdə “Neftçilər” metrostansiyasının yaxınlığında olan zaman Zərərçəkmiş şəxs yenə ona zəng etmiş və məhəllədə 12-ci girişin qarşısında onu gözlədiyini, gəlib onunla görüşməyi bildirmişdir. O da 15-20 dəqiqəyə kimi gələcəyini demişdir. Bundan iki-üç dəqiqə sonra həyat yoldaşı Leyla ona zəng edərək kiminsə evin çöl qapısını kobud şəkildə təpiklə vurub döydüyünü və qapını açmağı tələb etdiyini, yoldaşının isə bərk qorxduğu üçün qapını açmadığını, bu zaman çöldəki şəxsin yüksək səslə qışqıraraq onun ünvanına qarşı nalayiq ifadələr işlətdiyini və gəlib onunla görüşməyi bildirmişdir. O, bu hadisədən bərk əsəbiləşmiş və gəlib məhəlləyə çatdıqda Zərərçəkmiş şəxs zəng etmişdir. Lakin Zərərçəkmiş şəxs onun zənglərinə cavab verməmişdir. O, təkrar onun əlaqə nömrəsinə zəng etdikdə isə telefonunu söndürdüyünü və zəng çatmadığını görmüşdür. 06 sentyabr 2022-ci il tarixdə saat 08:30 radələrində yaşadığı evdən çıxıb işə gedən zaman Zərərçəkmiş şəxs blokun qarşısında görmüş və ona yaxınlaşmışdır. O, Eldardan niyə ailəsini narahat etdiyini soruşmuş, bu zaman Eldar qolundakı saatı və əynindəki nazik gödəkçəni çıxarıb onun üstünə gəlmişdir. Onun Eldarla dalaşmaq niyyəti olmamış və sadəcə niyə yoldaşını narahat etdiyini soruşmaq və cavab almaq istəmişdir. Lakin Eldar onun üstünə gəlib onun sol qolundan tutaraq qolunu sındırmaq istəmiş və onu yerə yıxmışdır. Bu zaman o, Zərərçəkmiş şəxs qarşılıq vermiş və özünü müdafiə etmək üçün onu yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs da onu yumruqla vurmağa başlamışdır. Onlar bir neçə dəqiqə dalaşdıqdan sonra onu özündən kənara itələyib dayanmasını demiş, lakin Eldar yenə onun üstünə gəlib onunla dalaşmaq istəmişdir. O, Eldardan ayrılıb geriyə dönmüş və evinə doğru gedərkən Eldar arxadan gəlib başının ənsə nahiyəsinə bir neçə dəfə yumruqla vurmuşdur. O, yenidən dalaşmayaq deyə ona ikinci dəfə qarşılıq verməmiş və evinə getmişdir. Həmin vaxt Eldarın onu vurması nəticəsində sifətindən, burnundan və başının ənsə nahiyəsindən, həm də bədəninin müxtəlif yerlərindən xəsarət almışdır. O, evə qalxdıqdan sonra burnunun qanını kəsməyə çalışmış və gözünün alt hissəsinə buz qoymuşdur. Bir az sonra Suraxanı RPİ-nin 30-cu polis şöbəsindən ona zəng edərək 30-cu polis şöbəsinə çağırmışlar. O da evdən çıxıb polisə getmişdir.Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, hər gün səhər tezdən saat 07:20 radələrində yaşadığı evdən çıxıb sərnişin avtobusu ilə 28 may metrostansiyasının yaxınlığında yerləşən işə getmişdir. Bəzən isə tələsdiyi üçün 1 manatlıq taksilərlə işə getmişdir. Təqsirləndirilən şəxs 1 manatlıq taksi sürücüsü kimi hadisədən təxminən 1 ay əvvəl tanımış, lakin aralarında heç bir münasibət olmamışdır. 02 sentyabr 2022-ci il tarixdə təxminən saat 07:30 radələrində yaşadığı evdən çıxmış, avtobus dayanacağında avtobus gözləyən zaman Ülfət idarə etdiyi “Toyota“ minik markalı avtomobili ilə gəlib onun yanında dayanmış, 1 manata şəhərə sərnişin apardığını demişdir. O, da razılaşmış və həmin avtomobilə əyləşmişdir. Daha sonra Təqsirləndirilən şəxs tanımadığı başqa 3 nəfər sərnişin də götürmüş və onlar şəhər istiqamətində hərəkətə başlamışlar. 28 may metrostansiyasının yaxınlığında yerləşən “Səməd Vurğun” parkının qarşısında yerləşən dayanacağa çatdıqda Ülfətdən avtomobili saxlamasını xahiş etmişdir. Ülfət avtomobili qeyd etdiyi dayanacaqda saxlamış və o, avtomobildən düşüb ona 1 manat pul uzatmışdır. Bu zaman Ülfət uzatdığı 1 manat pulu alıb daha 1 manat da verməli olduğunu demişdir. O isə qabaqcadan 1 manata razılaşdıqlarını demişdir. Buna baxmayaraq, Ülfət təkidlə ona daha 1 manat da verməli olduğunu bildirmiş, o razılaşmadıqda isə ondan əlaqə nömrəsini istəmiş, ondan həmin pulu alacağını qeyd etmişdir. O, bu baş verənlərə o qədər də ciddi yanaşmadığı üçün söhbət uzanmasın deyə öz əlaqə nömrəsini Ülfətə vermiş və oradan uzaqlaşmışdır. Həmin gün axşam Təqsirləndirilən şəxs ona zəng edərək söhbəti olduğunu və aşağı düşməyini demişdir. O, nə ilə bağlı olduğunu soruşduqda onun pulunu verməyini bildirmişdir. O, yenə də razılaşmamış və onlar telefonda sözlə mübahisə etmişlər. Həmin vaxt Ülfət ondan 1 manat əvəzinə 10 manat alacağını bildirərək onu küçə söyüşləri ilə təhqir etmişdir. O, isə Təqsirləndirilən şəxs üzünə telefonu qoymuşdur. 05 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs yenə də ona zəng edərək küçə söyüşləri ilə onu təhqir edib 10 manat pul alacağını demişdir. O, yenə Ülfətə adboy verib nömrəsini bloka atmışdır ki, onunla əlaqə saxlaya bilməsin və söhbət yenidən qızışmasın. Lakin Ülfət bu dəfə də ona sms mətnləri yazmağa başlayaraq hədə-qorxu gəlməyə başlamışdır. 06 sentyabr 2022-ci il tarixdə təxminən saat 07:30 radələrində yaşadığı evdən çıxıb blokdan çölə addımlayarkən yaşadığı blokun qarşısında qəflətən arxadan Ülfət onu geriyə dartıb boğazından tutaraq boğmağa başlamış və onu yerə yıxıb küçə söyüşləri ilə söyərək təhqir etmiş, əlləri və ayaqları ilə onun sifətindən və bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. O, yerdə olduğu üçün özünü müdafiə edə bilməmiş və yalnız əlləri ilə üzünü qorumağa çalışmışdır. Ülfət bir neçə dəqiqə onu söyərək təhqir edib əlləri və ayaqları ilə döydükdən sonra mobil telefonunu çıxarıb kamerası ilə onu videoya çəkmiş və pulunu verməyəcəyi halda onu biabır edəcəyini demişdir. Daha sonra Ülfət çıxıb getmişdir. Bundan sonra o, ayağa qalxmış və dərhal DİN- nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Ərazi üzrə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gedərək hadisə barədə məlumat vermişdir. Həmçinin bildirir ki, təqsirləndirilən şəxslə barışıb. Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur. Ona dəymiş maddi və mənəvi zərər ödənilmişdir. Mülki iddiadan imtina edir və geri qaytarılmasını xahiş edir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı 06 sentyabr 2023-cü il tarixli 1076 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs sol gözaltı, sol almacıq və sol əng nahiyəsini əhatə edən yumşaq toxumanın hematoması ilə müşayiət olunan sol əng sümüyünün qapalı sınığı; görmə itiliyinin zəifləməsi ilə müşayiət olunan sol göz almasının qansızması və sol göz yuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması; burunun yumşaq toxumasının hematoması; başın aşağı ənsə nahiyəsinin sıyrığı və sağ gicgah-alın nahiyəsinin qançırı; sol çənə şaxəsini əhatə edən yumşaq toxumanın qançırı və sıyrığı; üst və alt dodağın iç səthinin selikli qişasının qansızması və səthi əzilmiş yaraları; boyunun sıyrıqları, bel-oma nahiyəsinin və xaya kisəsinin sol yan səthinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində, eləcə də, yıxılma zamanı alınmaları inkar olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, heç bir iddia və tələbi olmadığını, ona dəymiş maddi və mənəvi zərərin ödənildiyini bildirmiş, mülki iddiasından imtina etdiyini bildirərək geri qaytarılmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim edib. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar