Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-299/2025 07.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X9 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X18 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 və hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs, Müdafiəçi, Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1992-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, (FİN: xxxxxxx) subay, ali təhsilli, məhkum olunmamış, işləməyən, Lənkəran rayonu, Lənkəran şəhəri, H.Z.Tağıyev 20 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 14 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 fevral 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 02 dekabr 2025-ci il tarixdə tutulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəmə ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə1 ilə bağlanmış 03 aprel 2023-cü il tarixli əmək müqaviləsi ilə MMC-yə məxsus ünvan 2 ünvanda (keçmiş 12-13-cü məhəllə) yerləşən “Evol” mebel mağazasında “mağaza meneceri” vəzifəsində işlədiyi dövrdə, eyni tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona etibar edilmiş nağd pul, əmlak, maddi və digər sərvətlərə ziyan vurmamalı olduğu halda, ona etibar edilmiş özgə əmlakını talama məqsədi ilə öz qulluq mövqeyindən qulluq mənafeyinə zidd istifadə edərək işlədiyi 15 iyul 2023-cü il tarixdən 03 noyabr 2023-cü il tarixədək olan müddət ərzində malların satışından əldə edilmiş X19 qəbul etdiyi 150,00 (yüz əlli) manat pul vəsaitini, X12 qəbul etdiyi 460,00 (dörd yüz altmış) manat pul vəsaitini, X11 qəbul etdiyi 1000,00 (min) manat pul vəsaitini, X20 qəbul etdiyi 1320,00 (min üç yüz iyirmi) manat pul vəsaitini, X13 qəbul etdiyi 1655,00 (min altı yüz əlli beş) manat pul vəsaitini mağazanın kassasına mədaxil etməməklə, 03 noyabr 2023-cü il tarixli akta əsasən anbarında 243,00 (iki yüz qırx üç) manat, kassa hesabında isə 1483,00 (min dörd yüz səksən üç) manat çatışmazlıq aşkar edilməklə özgəyə, yəni Zərərçəkmiş şəxs MMC-yə məxsus ümumilikdə 6311,00 (altı min üç yüz on bir) manat pul vəsaitini öz qulluq mövqeyindən qulluq mənafeyinə zidd istifadə etməklə, xeyli miqdarda ziyan vuraraq mənimsəmə yolu ilə talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə özünü tam təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC ilə bağlanmış 03 aprel 2023-cü il tarixli əmək müqaviləsinə əsasən həmin MMC-də mağaza müdiri kimi işə başlamışdır. Eyni tarixdə, onunla tam maddi məsuliyyət haqqında müqavilə də bağlanmış və MMC-nin Hövsan qəsəbəsində yerləşən mebel mağazasına mağaza rəhbəri kimi işə qəbul edilmişdir. 03 noyabr 2023-cü il tarixdə isə mağaza bağlandığından işdən çıxmışdır. Mağaza bağlanan zaman işlədiyi müddətin sayımı aparılmışdır. Sayım zamanı anbarda 243 manat dəyərində 01 ədəd çarpayı, kassada isə 1483 manat pul əskikliyi aşkar edilmişdir. Həmin şirkətdəki əmək haqqı 1500 manat olmuş, əmək haqqı işdən çıxmazdan əvvəl verilmədiyi üçün də kassadakı əskiklik əmək haqqının 1483 manat olan hissəsinə yönəldilmişdir. X6 dəyəri 2320 manat olan mebel məhsullarından ödənilmiş 1320 manat pul vəsatini, X3 dəyəri 4816 manat olan mebel məhsullarından ödənilmiş 460 manat pul vəsaitini, X4 dəyəri 1815 manat olan mebel məhsullarından ödənilmiş 1655 manat pul vəsaitini, X7 dəyəri 4780 manat olan mebel məhsullarından ödənilmiş 3650 manat pul vəsaitindən 150 manat pul vəsaitini, X1 dəyəri 4150 manat olan mebel məhsullarından ödənilmiş 1150 manat pul vəsaitindən 1000 manat pul vəsaitini qəbul edib mağazanın kassasına köçürməmiş, atası onkoloji xəstə olduğu üçün həmin pul məbləğlərini götürüb atasının xəstəliyinə istifadə etmişdir. Belə ki, həmin pul məbləğlərini ay sonunda geri qaytaracaqdı, lakin mağaza bağlandığı üçün qaytara bilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Hövsan qəsəbəsində yerləşən mağazada o, və xadimə işləyirdi, əvvəllər bir xanım əməkdaş da var idi. Lakin xanım əməkdaş, sonradan işdən çıxmışdır. Mağazada satış zamanı ödənişlər nağd və kartla edilmiş, kreditlə alış da mövcud olmuşdur. Qeyd etdiyi müştərilərdən ödənişləri hansı formada qəbul etməsini dəqiq xatırlamır, 460 manat pul vəsaitini onun kartına göndərmişdilər, digərləri isə nağd formada olmuşdur. Həmin müştərilər tələb etmədiklərindən qəbz təqdim etməmişdir. Həmin pul vəsaitlərini atasının xəstəliyi üçün götürmüş və ona xərcləmişdir. Lakin xəstəxanalar qəbz təqdim etmədiyi üçün bununla bağlı heç bir sübutu yoxdur. İşlədiyi dövrdə əlbəəl şəkildə 1000 manat məbləğində əmək haqqı alırdı və əlavə olaraq faizlər də verilirdi. MMC-nin baş mühasibi kartını verməmişdi, bu barədə bir dəfə MMC-nin təsisçisinə də məlumat vermişdir. Mühasib onun və bir sıra digər şəxslərin kartı vasitəsi ilə MMC-yə məxsus pul məbləğlərini mənimsəmişdir. Hazırda həmin şəxslə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə şahid qismində iştirak edir. Bu səbəbdən də MMC-nin bir sıra filialları bağlanmışdır. Sonuncu məhkəmə iclasında isə bildirmişdir ki, zərərçəkmiş hüquqi şəxsə vurduğu bütün zərəri ödəmiş, həmçinin cinayət nəticəsində vurduğu zərərin 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş və ona qarşı verilmiş mülki iddianı da qəbul edərək tam məbləğdə ödəmişdir. Sonda isə əməlindən peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı və mülki iddianı tam ödəməsini, vurduğu zərərin 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və ona qarşı heç bir şikayət və tələbin olmamasını, əvvəllər cinayət məsuliyyətindən azad etmə halının olmamasını nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin həm təsisçisi, həm də direktorudur. “Rifah Qrup" MMC mebel və məişət əşyalarının satışı ilə məşğul olur. MMC-də işləmiş Təqsirləndirilən şəxs ilə 03 aprel 2023-cü il tarixdə əmək və tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin ilk öncə Evol-Hökməli mağazasının mağaza meneceri vəzifəsinə işə qəbul edilmişdir. Mehdi 15 iyul 2023-cü il tarixədək Evol-Hökməli mağazasında işləmiş, həmin tarixdən Zərərçəkmiş şəxs MMC-nin Hövsan qəsəbəsi ərazisində yerləşən Evol-Hövsan mağazasında mağaza müdiri kimi işə başlamışdır. Daha sonra şirkət müflisləşməyə başlamış və bir sıra filiallar bağlanmışdır. Belə ki, şirkətin baş mühasibi bir sıra işçilərin maaş kartından istifadə edərək, şirkətin əmlakını mənimsəmişdir. Hazırda onunla bağlı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Bağlanan filiallarından biri də Hövsan qəsəbəsində yerləşən mağaza idi. Mağazalar bağlanan zaman şirkətdə yoxlamalar aparılmağa başlanmışdır. Aparılan yoxlamalar gedişində Təqsirləndirilən şəxs müdir kimi işlədiyi Evol-Hövsan mağazasında oktyabr ayının əvvəlindən 03 noyabr 2023cü il tarixədək aparılan yoxlama zamanı Təqsirləndirilən şəxs müştərilərə satılmış mebellərdən əldə edilmiş pul vəsaitlərini kassaya yerləşdirməməsi, öz şəxsi mənafelərinə xərcləməsi müəyyən edilmişdir. Belə ki, Mehdi X5, ümumi dəyəri 4100 manat olan mebel və məişət əşyalarını nisyə formada satmışdır. Müştəri 4100 manat dəyərində olan əşyalara 50 manat ilkin ödəniş edərək geri qalan pulu aylıq ödənişlərə böldürmüş və aylıq 410 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs Nərgiz Bayramovaya satılmış mebel və məişət əşyalarının satışı müqabilində əldə edilmiş 50 manat ilkin ödənişi və 410 manat aylıq ödənişi, ümumilikdə 460 manat pulu şirkətin kassasına köçürməyərək mənimsəmişdir. Bundan başqa, Mehdi X8 08 oktyabr 2023-cü il tarixdə, ümumi dəyəri 2320 manat olan yataq dəstini nisyə formada satmışdır. Müştəri 2320 manat dəyərində olan əşyalara 1320 manat ilkin ödəniş edərək geri qalan pulu aylıq ödənişlərə böldürmüşdür. Təqsirləndirilən şəxs Müslüm Əliyevə satılmış yataq dəstinin satışı müqabilində əldə edilmiş 1320 manat ilkin ödənişi şirkətin kassasına köçürməyərək mənimsəmişdir. Bundan başqa o, X21 ümumi dəyəri 2615 manat olan mebel və məişət əşyalarını 800 manat endirim edərək 1815 manata satmışdır. Müştəri həmin məbləğin 160 manatını borclu qalmışdır. Satılan malların müqabilində 1655 manatını pul vəsaitini Təqsirləndirilən şəxs ödəsə də, sonuncu satılmış mebel və məişət əşyalarının müqabilində əldə edilmiş 1655 manat ödənişi şirkətin kassasına köçürməyərək mənimsəmişdir. Bundan başqa, X25 ümumi dəyəri 6380 manat olan mebel və məişət əşyaları satmışdır. 6380 manat olan mebel və məişət əşyalarına 1600 manat endirim edilərək 4780 manata nisyə formada satılmışdır. Satılan malların müqabilində Təqsirləndirilən şəxs ümumilikdə 3650 manat pul vəsaiti ödəsə də, sonuncu satılmış mebel və məişət əşyalarının müqabilində əldə edilmiş ödənişin 150 manatını şirkətin kassasına köçürməyərək mənimsəmişdir. Bundan başqa, audit rəyində öz əksini tapmasa da, daha sonra müəyyən olunan X14 27 oktyabr 2023-cü il tarixdə, nisyə formada ümumi dəyəri 4150 manat olan mebel satmışdır. Müştəri 4150 manat dəyərində olan əşyalara 1150 manat ilkin ödənişi Təqsirləndirilən şəxs ödəniş etsə də, Mehdi kassaya 150 manat ödəniş edib geri qalan 1000 manatı mənimsəmişdir. Müştəri tərəfindən təqdim edilmiş qəbz araşdırmaya təqdim edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tərəfindən müştərilərdən alınıb sistemə daxil edilmiş 1483 manat pul vəsaitinin kassada əskik olması müəyyən edilmişdir. Həmin vəsait Təqsirləndirilən şəxs əmək haqqından tutulmuşdur. Bundan başqa, anbarda bir ədəd 243 manat dəyərində çarpayı da əskik gəlmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə təxminən 500 manat əmək haqqı verilirdi, bundan başqa əlavələr də olurdu. Evol-Hövsan mağazası 2023-cü ildə bağlanmışdır. Mehdi təxminən 3-4 ay həmin mağazanın müdiri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs tərəfinən vurulmuş bütün zərər və mülki iddia tam şəkildə ödənildiyindən ona qarşı heç bir şikayət və ya tələbləri yoxdur. Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə1 tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 24 dekabr 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə dəymiş zərər tam olaraq ödənilmişdir. Hazırki qeyd edilən iş üzrə ona qarşı şirkətin hər hansı şikayəti və ya tələbi yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Şahid məhkəməyə ünvanladığı teleqramda üzrlü səbəbdən məhkəmə iclas zalında iştirak edə bilməyəcəyini bildirmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-də baş mühasib vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC mebel və məişət əşyalarının satışı ilə məşğul olur. MMC-də işləmiş Təqsirləndirilən şəxs ilə 03 aprel 2023cü il tarixdə, əmək və tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin ilk öncə Evol-Hökməli mağazasının mağaza meneceri vəzifəsinə qəbul edilmişdir. Mehdi 15 iyul 2023-cü il tarixədək Evol- Hökməli mağazasında işləmiş, həmin tarixdən Zərərçəkmiş şəxs MMC-nin Hövsan qəsəbəsi ərazisində yerləşən Evol-Hövsan mağazasında mağaza müdiri kimi işə başlamışdır. Şirkətdə aparılan yoxlamaların gedişində Təqsirləndirilən şəxs müdir kimi işlədiyi Evol-Hövsan mağazasında yoxlama aparılmış, oktyabr ayının əvvəlindən 03 noyabr 2023-cü il tarixədək aparılan yoxlama zamanı Təqsirləndirilən şəxs müştərilərə satılmış mebellərdən əldə edilmiş pul vəsaitlərini kassaya yerləşdirməməsi, öz şəxsi mənafelərinə xərcləməsi müəyyən edilmişdir. Həmçinin bildirmişdir ki, ünvan 2 ünvanda (keçmiş 12-13-cü məhəllə) yerləşən “Evol” mebel mağazasının kassası elə mağazanın özündə yerləşmiş və Təqsirləndirilən şəxs da mağaza meneceri kimi həmin kassaya maddi məsul şəxs olmuşdur. Satılan malların müqabilində qəbul edilmiş pul vəsaiti mağazadakı kassaya yerləşdirilib, sistemə mədaxil kimi işlənməli olmuşdur. Daha sonra hər hansı xərclər olduqda (məsələn mağazanın icarə haqqı, işçilərin əmək haqqı, bank hesabına köçürmələr) mağazanın kassası hesabına qarşılanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 29 noyabr 2025-ci il tarixdə Suraxanı Rayon Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Murad Əlişanov tərəfindən Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə1 müraciəti əsasında 6311 manat pul vəsaitinin mənimsənilməsi faktına görə başlanmışdır. (iş.v. 1) «Rifah Qrup” MMC-nin direktoru Nümayəndə1 tərəfindən 13 mart 2024-cü il tarixdə Yasamal Rayon Prokurorluğuna daxil olmuş ərizədən görünür ki, "xxxx" MMC-yə məxsus "Hövsan" mağazasının meneceri vəzifəsinə işə qəbul olunmuş Təqsirləndirilən şəxs 7393 (yeddi min üç yüz doxsan üç) manat pulu mənimsəmişdir. Bunu təsdiq edən audit aktını və rəyini ərizəyə əlavə etmişdir. (iş.v. 5) Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor Ş.M.Bəşirov tərəfindən «Rifah Qrup” MMC-nin təsisçisinə ünvanlanmış 01 nömrəli auditor rəyindən görünür ki, cəmiyyətin Hövsan mağazasının meneceri Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə mal-pul dövriyyəsinin auditi aparılmışdır. Auditin nəticəsi üzrə, cəmiyyətin Hövsan mağazasının meneceri Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayına olan tarixə öhdəsində 7.393.00 (yeddi min üç yüz doxsan üç) manat məbləğində ehtimal olunan çatışmazlıqla əlaqədar qanunvericiliyin tələblərinə uyğun addımlar atılması təklif edilmişdir. (iş.v. 6-7) 16 yanvar 2024-cü il tarixli audit prosedurlarının aparılmasına dair aktdan görünür ki, 03 aprel 2023-cü il tarixli "Əmək müqaviləsinə” əsasən Təqsirləndirilən şəxs cəmiyyətin Hövsan mağazasının meneceri vəzifəsinə işə qəbul olunmuşdur. Qəbul edilmiş ümumi qaydalara əsasən Təqsirləndirilən şəxs cəmiyyətdən satış üçün öhdəsinə qəbul etdiyi malları satış nöqtələrinə çatdırmalı və satılmış malların pulunu cəmiyyətin hesabına ödəməli idi. Araşdırma ilə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs vəzifə səlahiyyətini aşmaqla ayrı-ayrı vətəndaşlara verilmiş malların pullarını satış nöqtələrindən alsa da, cəmiyyətin hesabına ödənilməsini bu günə kimi təmin etməmişdir. (iş.v. 8) İş mateiallarına əlavə edilmiş əmək müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə1 ilə Təqsirləndirilən şəxs arasında müddətli əmək müqavilə bağlanmış və o, 03 aprel 2023-cü il tarixdən mağaza meneceri vəzifəsinə işə qəbul olunmuşdur. 03 aprel 2023-cü il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə1 ilə Təqsirləndirilən şəxs arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. (iş.v. 26-28) Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə1 ünvanlanmış 03 aprel 2023-cü il tarixli ərizədə o, mağaza müdiri vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. (iş.v. 28) Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə1 ünvanlanmış 03 noyabr 2023-cü il tarixli ərizədə, həmin tarixdən tutduğu vəzifədən azad edilməsini və bağlanmış əmək müqaviləsinin öz istəyi ilə ləğv edilməsini xahiş etmişdir. (iş.v. 29) Zərərçəkmiş şəxs MMC-nin Hövsan qəsəbəsindəki mağazasının cavabdeh şəxsi Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş 03 noyabr 2023-cü il tarixli aktdan görünür ki, həmin mağazanın kassa və anbar qalığı yoxlanılmışdır. Kassa hesabatında əskik gələn 1483 manat pil vəsaiti Təqsirləndirilən şəxs əmək haqqına yönəldilmişdir. Anbar qalığındakı 243 manat dəyərindəki çarpayı isə əskik gəlmişdir. Kassa əməliyyatındakı digər məbləğlər, 900 manat və 1250 manat həmin gün ərzində müştəri ilə dəqiqləşdirilib silinəcəkdir. (iş.v. 30) 18 dekabr 2023-cü il tarixdə X22, X27 və X23 ilə Zərərçəkmiş şəxs MMC-nin yığım mütəxəssisi, həmçinin mühasibi Şahid iştirakı ilə üzləşmə aktları tərtib edilmişdir. Həmin aktlardan görünür ki, X21 ümumi dəyəri 2615 manat olan mebel və məişət əşyaları satılmışdır. Müştərinin həmin məbləğdən 160 manatı borclu qalmışdır. X27 aldığı yataq dəstindən 1320 manat ilkin ödənişi Təqsirləndirilən şəxs etmiş, lakin sonuncu sistemə vurmamışdır. 08 oktyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, dəyəri 2320 manat olan mal MMC tərəfindən alıcıya nisyə şəkildə satılmış və alıcı Müslüm Əliyev həmin əşyaya 1320 manat ilkin ödəniş etmişdir. Həmin müqaviləyə eyni tarixli əlavədən görünür ki, qalan 1000 manat məbləğ ödənilməsi üçün 12 aya bölünmüşdür. X10 mebeldən aldığı aldığı məhsullardan ilkin ödəniş olaraq 50 manat pul vermişdir. Sonra, avqust ayında yenidən 410 manat ödəniş etmiş, lakin qəbz verilməmiş, sistemə də vurulmamışdır. Belə ki, 18 dekabr 2023-cü il tarixdə, müştərinin 4100 manat borcu vardır. 01 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsindən və qəbzdən görünür ki, Mehdi X2 27 oktyabr 2023-cü il tarixdə, nisyə formada mebel satmışdır. Müştəri əşyalara 1150 manat ilkin ödənişi Təqsirləndirilən şəxs etsə də, Təqsirləndirilən şəxs kassaya 150 manat ödəniş edib geri qalan 1000 manatı mənimsəmişdir. (iş.v. 31-44) "xxxx" MMC tərəfindən Suraxanı Rayon Prokurorluğuna Suraxanı Rayon Məhkəməsinin 02 avqust 2025-ci il tarixli, 5(010)-600/2024 saylı qərarının icrası ilə əlaqədar ünvanlanmış Təqsirləndirilən şəxs məxsus 523915******9557 nömrəli plastik kart hesabından çıxarışdan görünür ki, 27 oktyabr 2023-cü il tarixdə, onun hesabına 1150 manat məbləğində pul köçürülmüşdür. (iş.v. 68-69) Məhkəmə mühasibat ekspertizasının 22 oktyabr 2024-cü il tarixli, 9/6756 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan 03 noyabr 2023-cü il tarixli Akta əsasən Zərərçəkmiş şəxs MMC-yə məxsus Evol-Hövsan mebel dükanının anbarında 243,00 manat, kassa üzrə isə 1.483,00 manat məbləğində pul vəsaiti çatışmazığı müəyyən edilir. Həmçinin iş materiallarında olan üzləşmə aktlarına əsasən X12 qəbul etdiyi 460,00 manat pul vəsaitini, X20 qəbul etdiyi 1.320,00 manat pul vəsaitini, X13 qəbul etdiyi 1.655,00 manat pul vəsaitini, X19 qəbul etdiyi 150,00 manat pul vəsaitini, X11 qəbul etdiyi 1.000,00 manat pul vəsaitini şirkətin kassasına ödəməməsi nəticəsində 6.311,00 manat məbləğində çatmazlığın yaranması müəyyən edilir. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin Hövsan mağazasının meneceri işlədiyi müddətdə 6.311,00 manat məbləğində yaranmış çatışmazlıqdan 1.483,00 manatı ödəniş kimi əmək haqqına yönəldilməklə Təqsirləndirilən şəxs hesabı üzrə 4.828,00 manat məbləğində pul vəsaiti qalmışdır. (iş.v. 73-76) Zərərçəkmiş şəxs MMC-nin təsisçisi və direktoru Nümayəndə1 tərəfindən 04 fevral 2025-ci il tarixdə, Suraxanı Rayon prokuroruna ünvanlanmış ərizədən görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində tanınmasını xahiş etmişdir. (iş.v. 97) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 25 noyabr 2020-ci il tarixli çıxarışından görünür ki, Zərərçəkmiş şəxs MMC-nin (VÖEN: **********) qeydiyyata alındığı tarix 24 noyabr 2020-ci ildir. Təsisçisi Nümayəndə1dur.(iş.v. 98) 04 fevral 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə1 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. (iş.v.107) 15 fevral 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayətin törədildiyi yerin ünvan 5 ünvanda yerləşən “Evol” mebel mağazasının Hövsan filialının olması nəzərə alınmışdır. (iş.v. 137-145) Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Ə.Əhmədov tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, Lənkəran şəhəri H.Z.Tağıyev küçəsi ev 20-də qeydiyyatda olan, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, hərbi mükəlləfiyyətli, bitərəf, subay Təqsirləndirilən şəxs məhəllədə yaşadığı dövrdə məhəllə sakinləri və qonşularla yaxşı və səmimi münasibətdə olmuşdur. Məhəllədə keçirilən ictimai tədbirlərdə həmişə yaxından iştirak etmiş, ağsaqqal və ağbirçəklərə yaxından köməklik etmiş və onların dərin hörmətini qazanmışdır. Heç vaxt məhkumluğu olmamışdır. Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsinin fəaliyyətə başladığı 2013-cü ilin yanvar ayının əvvəlindən bu günə qədər barəsində qonşulardan, ictimai yerlərdən və inzibati orqanlardan heç bir şikayət və ərizə daxil olmamışdır. (iş.v. 165) Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Ş.İsmayılov tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 6 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. X17 (xx.xx.1962) və anası X26 (xx.xx.1966). (iş.v 166) İş materallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X17 26 iyul 2025-ci il tarixdə, ağciyərin yenitörəməsi xəstəliyindən ölmüşdür. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin bank hesabına 17 may 2025-ci il tarixdə, 2000 manat və 01 iyun 2025-ci il tarixdə 1000 manat pul ödənilmişdir. Mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 19 may 2025-ci il tarixli pul tələbinə dair mülki iddia ərizəsindən görünür ki, ********* № li cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəməkdə təqsirli bilinir. Verilmiş ittiham aktına əsasən, təqsirləndirilən şəxs Rifah Qrup MMC-nin direktoru Nümayəndə1 ilə bağlanmış 03 aprel 2023-cü il tarixli əmək müqaviləsi ilə MMC-yə məxsus ünvan 2 ünvanda (keçmiş 12-13-cü məhəllə) yerləşən “Evol" mebel mağazasında "mağaza meneceri” vəzifəsində işlədiyi dövrdə, eyni tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona etibar edilmiş nağd pul, əmlak, maddi və digər sərvətlərə ziyan vurmamalı olduğu halda, ona etibar edilmiş özgə əmlakını talama məqsədi ilə öz qulluq mövqeyindən qulluq mənafeyinə zidd istifadə edərək işlədiyi 15 iyul 2023-cü il tarixdən 03 noyabr 2023-cü il tarixədək müddət ərzində malların satışından əldə edilmiş X19 qəbul etdiyi 150,00 (yüz əlli) manat pul vəsaitini, X12 qəbul etdiyi 460,00 (dörd yüz altmış) manat pul vəsaitini, X11 qəbul etdiyi 1000,00 (min) manat pul vəsaitini, X20 qəbul etdiyi 1320,00 (min üç yüz iyirmi) manat pul vəsaitini, X13 qəbul etdiyi 1655,00 (min altı yüz əlli beş) manat pul vəsaitini mağazanın kassasına mədaxil etməməklə, 03 noyabr 2023-cü il tarixli akta əsasən anbarında 243,00 (iki yüz qırx üç) manat, kassa hesabında isə 1483,00 (min dörd yüz səksən üç) manat çatmazlıq aşkar edilməklə özgəyə, yəni Zərərçəkmiş şəxs MMC-yə məxsus ümumilikdə 6311,00 (altı min üç yüz on bir) manat pul vəsaitini öz qulluq mövqeyindən qulluq mənafeyinə zidd istifadə etməklə, xeyli miqdarda ziyan vuraraq mənimsəmə yolu ilə talamışdır. Odur ki, Təqsirləndirilən şəxs 6311,00 (altı min üç yüz on bir) manat mülki iddiaçı Zərərçəkmiş şəxsnə ödənilməlidir. Mötəbər sübutlar, təqsirləndirilən şəxsin ilkin ifadəsi, o cümlədən şahidlərin ifadələri, məhkəmə mühasibatlıq ekspertizasının rəyi, müvafiq bank çıxarışları, baxış keçirilməsi haqqında protokollar və digər mötəbər istintaq materialları göstərilənləri təsdiq edir. Bu səbəbdən, zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən şirkətə vurulmuş ziyanın hesablanmasına dair auditin aparılması üçün Zərərçəkmiş şəxs MMC-nın hesabından 16 yanvar 2024-cü il tarixində 1000 manat xərc çəkilmişdir. Odur ki, vurulmuş maddi ziyanın hesablanmasında şirkətin audit ödənişləri nəzərə alınmalı, Təqsirləndirilən şəxs əlavə olaraq 1000 manat tutulmalıdır. Qeyd edilən ödəniş tapşırığı qoşmaya əlavə edilmişdir. Digər tərəfdən zərərçəkmiş şəxsin məhkəmə orqanında hüquqlarının müdafiə edilməsi üçün hüquqi yardım göstərilmişdir. 15 aprel 2025-ci il tarixli, ödəniş tapşırığından aydındır ki, mülki iddiaçı Zərərçəkmiş şəxs hüquqi yardıma görə 500 manat xərc çəkmişdir. Hesab etmişdir ki, həmin ödəniş mülki cavabdeh Təqsirləndirilən şəxs tutulmalı və mülki iddiaçı Zərərçəkmiş şəxsnə ödənilməlidir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi yuxarıda sadalanmış mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Odur ki, təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsi barədə hökm çıxarılarkən vurduğu maddi ziyana görə, 6311 (altı min üç yüz on bir) manat, audit rəyi üçün ödənilmiş 1000 (min) manat və hüquqi yardıma görə çəkilən 500 (bes yüz) manat xərcin, cəmi 7811 (yeddi min səkkiz yüz on bir) manatın, o cümlədən ödənilmiş 98 (doxsan səkkiz) manat, 11 (on bir) qəpik dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı Zərərçəkmiş şəxsnə ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iddia ərizəsi ilə bağlı audit rəyi üçün ödənilmiş 1000 (min) manat və hüquqi yardıma görə çəkilən 500 (bes yüz) manat xərci, o cümlədən ödənilmiş 98 (doxsan səkkiz) manat, 11 (on bir) qəpik dövlət rüsumunu təsdiq edən sənədlər də ərizəyə əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 tərəfindən Təqsirləndirilən şəxs tərəfindən ünvanlanmış pul tələbinə dair mülki iddiaya 16 iyul 2025-ci il tarixli dəqiqləşdirmə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə Zərərçəkmiş şəxs MMC-yə hissə-hissə olmaqla, ümumilikdə, 4828 (dörd min səkkiz yüz iyirmi səkkiz) manat ödəniş etmişdir. Odur ki, iddia tələbinin həcmini azaldaraq Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsi barədə hökm çıxarılarkən vurduğu maddi ziyana görə, ümumilikdə, 2983 (iki min doqquz yüz səksən üç) manat, o cümlədən ödənilmiş 98 (doxsan səkkiz) manat, 11 (on bir) qəpik dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı “Rifah Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 tərəfindən Suraxanı Rayon Məhkəməsinə təqdim edilmiş 24 dekabr 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən mülki iddia ilə bağlı 600 manat həmin tarixdə ödənilmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 24 dekabr 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə 4828 manat ödəniş olunmuş, qalan 1483 manatı da ödənilmiş hesab edir. Lakin mülki iddianı müdafiə edir. Audit rəyi üçün, həmçinin vəkil xərci və dövlət rüsumunun da ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 24 dekabr 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə dəymiş zərər tam olaraq ödənilmişdir. Hazırki qeyd edilən iş üzrə ona qarşı şirkətin hər hansı şikayəti və ya tələbi yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx"a məxsus 07 yanvar 2026-cı il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs, dövlət büdcəsinə hazırkı cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsə vurduğu ümumilikdə 6311,00 (altı min üç yüz on bir) manat zərərin 25 (iyirmi beş) faizi miqdarında, 1,58 (bir manat əlli səkkiz qəpik) manat komissiya məbləği olmaqla, cəmi 1579,58 (min beş yüz yeq\tmiş doqquz manat əlli səkkkiz qəpik) manat məbləğində pul vəsaiti ödənişini etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi faktı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış istintaq və məhkəmə hərəkəti protokolları və digər sübutlarla da kifayət qədər təsdiq olunur. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs14 fevral 2025-ci il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. 15 fevral 2025-ci il tarixdə, saat 14:40-da Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Həmin tarixli qərarla barəsində müstəntiq tərəfindən “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında qərəzli olaraq iştirak etmədiyindən Suraxanı Rayon Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, ünvan 8 ünvanlanmış məktubdan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 02 dekabr 2025-ci il tarixdə tutulmuş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılır. (iş.v. 120, 146-147, 158-159) Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Həmçinin onun əvvəllər cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı hal müəyyən edilməmişdir. Elektron məhkəmə informasiya sistemindən edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı çıxarışdan görünür ki, o, əvvəllər məhkum olunmamış şəxsdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Hüquq nəzəriyyəsinə görə mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəmə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Mcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı, həmçinin vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödənişi və mülki iddianı tam məbləğdə ödəmişdir. CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə, hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkəti protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Hazırkı cinayət işinin faktiki halları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs iş üzrə özünü tam təqsirli bilmiş, əməlindən peşiman olmuş, zərərçəkmiş hüquqi şəxsə cinayət nəticəsində vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, zərərçəkmiş şəxslə barışıq əldə edilmiş və cinayət əməli ilə zərərçəkmiş şəxsə vurduğu ziyanın 25 faizi miqdarında, yəni 1,58 (bir manat əlli səkkiz qəpik) manat komissiya məbləği olmaqla, cəmi 1579,58 (min beş yüz yetmiş doqquz manat əlli səkkkiz qəpik) manat məbləğində pul vəsaiti ödənişini etmişdir. Zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışmasına dair ərizələrinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır. CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. CPM-nin 185-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Nəzərə almaq lazımdır ki, cinayət prosesində mülki iddianın verilməsi cinayətin törədilməsi nəticəsində və yaxud onunla əlaqədar pozulmuş mülki hüquqların bərpası üçün nəzərdə tutulmuş, təqsirləndirilən şəxsin və yaxud onun əməlinə görə cavabdehlik daşıyan digər şəxslərin mülki-hüquqi məsuliyyətinin realizə edilməsi vasitəsidir. Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 24 dekabr 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə dəymiş zərər tam olaraq ödənilmişdir. Hazırki qeyd edilən iş üzrə ona qarşı şirkətin hər hansı şikayəti və ya tələbi yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iş üzrə verilmiş mülki iddianın tam ödənilməsi nəzərə alınmalı, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilməli və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, iş üzrə verilmiş mülki iddianın tam ödənilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 30 iş saatı üçün 330 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 40, 43, 321, 344- 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə verilmiş mülki iddianın tam ödənilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə xüsusi müsadirənin və maddi sübutun olmaması nəzərə alınsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 30 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 330 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-299/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-299/2025
07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver