Məhkəmə qərarları › İş №1(010)-3/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-3/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-3/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Xüsusi ittihamçı X3 X8 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X2 Azad Ayaz oğlu barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasına dəvət olunması barədə dəfələrlə barəsində şikayət verilmiş şəxs X7 məhkəmə çağırışları göndərilməsinə baxmayaraq sonuncu könüllü olaraq məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla əlaqədar Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 26 avqust 2015-ci il tarixli, 1(010)-165/2015 nömrəli qərarı ilə barəsində axtarış elan edilmiş, xüsusi ittiham qaydasında şikayət üzrə icraat barəsində şikayət verilmiş şəxs tapılanadək dayandırılmışdır. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-3/2023 saylı, 18 avqust 2023-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət üzrə icraat materialı təzələnmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 X8 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışa əsasən xüsusi ittihamçı X5 09 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs mərhum X1 qeydiyyat ünvanına məhkəmə bildirişi göndərilsə də, sonuncunun birlikdə yaşadığı ailə üzvləri və ya qohumları tərəfindən xüsusi ittihamçının hüquqi varisi qismində tanınmalarına dair hər hansı ərizə daxil olmamışdır. Bundan başqa iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, xüsusi ittihamçı X3 qohumluq əlaqəsində olduğu şəxslər aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin yaxın qohumunun onun hüquqi varisi qismində tanınması haqqında qərarı həmin qohumun xahişi olduqda, cinayət prosesini həyata keçirən orqan qəbul edir. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda zərər çəkmiş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, zərər çəkmiş şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, digər hüquqlardan istifadə edir və digər vəzifələr daşıyır. Zərər çəkmiş şəxsin hüquqi varisi zərər çəkmiş şəxs kimi eyni əsaslar üzrə xüsusi ittihamçı hüquqlarından istifadə edə və onun vəzifələrini daşıya bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39-cu, 43-cü və 106-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 X8 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə icraata xitam verilsin. Qərardan onun elan olunduğu gündən 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar