Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-3/2025 08.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru X7, Zərərçəkmiş şəxs2 hüquqi varisi X3, Təqsirləndirilən şəxs müdafiəçisi – Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 ilə sonuncuya məxsus olan “Mersedes Benz C240” markalı **-TU-*** qeydiyyat nişanlı avtomobili ünvan 2 ünvanda 11000 manata alacağına razılığa gələrək, 2014-cü ilin may ayından 2014-cü ilin avqust ayınadək hissə-hissə 5000 manat məbləğində Zərərçəkmiş şəxs1 vermiş, pulun digər hissəsini yəni 6000 manatı isə verəcəyini vəd edərək, 14 yanvar 2016-cı il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında yerləşən 24 saylı notariat kontorunda adına baş etibarnamə aldıqdan sonra həmin avtomobili 09 iyul 2016-cı il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 satıb vədinə əməl etməyib, aldatma və etibardan-sui istifadə etməklə Zərərçəkmiş şəxs1 6000 manat məbləğində yəni, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını etibardan suiistifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, 09 iyul 2016-cı il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 tərəfindən verilən baş etibarnaməyə əsasən özünün sərəncamında olan “Mersedes Benz 240" markalı ** TU *** qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs2 ilə 2100 ABŞ dollarına satmağa razılığa gələrək, ünvan 4 ünvanda Zərərçəkmiş şəxs2 həmin tarixdəki məzənnəyə görə 3245 manat 76 qəpik təşkil edən 2100 ABŞ dollar məbləğdə pulu ələ keçirmiş, həmin avtomobili X1 vədinə əməl etməyərək aldatma və etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Suraxanı Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edildiyindən və o, hal-hazırda axtarışda olduğundan, ölkə hüdudlarından kənar olduğundan, cinayət prosesində şəxsin iştirakının təmin edilməsi mümkün olmadığından müdafiə tərəfinin vəsatəti əsasında hazırki cinayət işinə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı Azərbaycan Respublikasının CMnin 178.2.2 və 178.2.4-cü maddələri özünü təqsirli bilərək dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, 2014-cü il tarixdə o, avtomobil almaq istədiyindən 2014-cü il tarixdə “turbo.az” saytından Mersedes Benz markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxıb bəyənmiş, bundan avtomobilin sahibi Rəşad adlı şəxsə zəng edib maşına baxmaq istədiyini demişdir. İlk əvvəl o, maşının sahibi Rəşadla metronun 20 yanvar metrostansiyasının yaxınlığında görüşmüş, maşın onun xoşuna gəlmişdir. O, bundan sonra Rəşadla Qaraçuxur qəsəbəsində Şərq yaşayış sahəsi döngə 16, ev 72A saylı ünvanda yerləşən ofisdə görüşmüşdür. Onlar arasında razılaşma olmuşdur ki, ilkin olaraq ona 3500 manat pul verəcək, ayda 500 manat pul ödəməli imiş. Rəşad maşını 11000 manata satmışdır. Bu barədə icarə ilə satmaq barədə yazılı kağız vardır. O, 3 ay müddətində ona ayda 500 manata pul verirmiş. Pul verməyi barədə hətta kağıza yazmışdır. O, Rəşaddan maşını aldıqdan sonra Rəşad onun və qardaşının adına sürmək üçün etibarnamə vermişdir. Qardaşının adına ona görə almışdır ki, o, Bakıda olmayan zaman o həmin avtomobili idarə etsin. O, maşını Rəşaddan alandan sonra idarə edərkən heç bir problem yaranmırmış. Lakin 3 aydan sonra maşını idarə edərkən yol polisi onu saxlamışdır. Yol polisi ona demişdir ki, maşının həbsi var, bu barədə Rəşad ona deməmiş, o, özü də heç o barədə maraqlanmamışdır. Ona sonra məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 probleminə görə o, aldığı avtomobilə həbs qoyulmuşdur. O, bunu bildikdən sonra Rəşada zəng eləmiş o ona qısa müddət ərzində bu məsələni həll edəcəyini demişdir. Bu söhbət təxminən 10- 12 davam etmişdir. Lakin hələ də Rəşad maşını həbsdən çıxara bilməmiş və onun avtomobili sərbəst şəkildə idarə etmək imkanı olmamışdır. O da tez- tez Rəşada zəng edib onun pula ehtiyacı olub-olmaması barədə soruşurmuş. Lakin o pula ehtiyacının olmadığını ona deyirmiş. Artıq o, maşını idarə edə bilmədiyindən satmaq istədiyini Rəşada demişdir. Həmçinin ona bildirmişdir ki, “maşını satıb sənin də pulunu verərəm, o da onunla razılaşmışdır. O da həmin zaman onların yaxınlığında ofisi olan Sarvan adlı şəxslə münasibəti olmuşdur. Ona söhbət əsnasında maşını satmaq istədiyini demişdir. xx.xx.2016-cı il tarixdə Sarvan qardaşı Nəsibə zəng edərək onun maşın salmaq istədiyini bildirmişdir. Nəsib gəlib maşına baxdıqdan sonra o, onunla 3500 manata razılaşmışdır. O, Nəsibin adına etibarnamə vermişdir. Bundan bir neçə gün sonra Rəşad ona zəng edərək maşının həbsdən çıxmadığını demişdir. O da öz növbəsində Nəsiblə Şirvana bu barədə məlumat vermişdir. O ona maşını qaytarmaq istədiyini, problemli maşın lazım olmadığını bildirmişdir. O ona demişdir ki, “ya maşının həbsdən çıxarmağı ilə bağlı kağız ver ya da pulumu ver”. O, Rəşada zəng edib nə vaxt maşını həbsdən çıxarmalı olduğunu bildirmişdir. O çıxara bilmədiyini bildirmişdir. O, bundan sonra yenidən Nəsibdən öz adına etibarnamə alıb onun pulunu qaytarmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 2014-cü ildə ona məxsus ”Mercedes Benz C 240” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomaşını satmaq qərarına gəlmişdir. Maşının satılması üçün “Turbo.az” saytında elan yerləşdirmişdir. May ayında onun telefonuna zəng vuran sonradan adlarının Təqsirləndirilən şəxs və Mehdiyev Satif qardaşları olduğunu öyrəndiyi səxslər ona bildirmişlər ki, maşını almaq istəyirlər. O, onlarla həmin gün “20 Yanvar” metro stansiyasının yaxınlığında görüşmüşdür. Sadiq maşına baxmış bəyənmişdir. Onlar razılaşmışdır ki, səhərisi gün o, onların yaşadıqları Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki evlərinə getmiş və orada alqı-satqılarını etmişdir. Səhərisi gün o, qeyd edilən ünvana yəni həmin qardaşların Qaraçuxur qəsəbəsindəki ünvanlarına gəlmişdir. Onlar yenidən maşına baxmışlar. O, onlara bildirmişdir ki, maşını nağd olaraq 11.000 manata satır. Onlar isə nağd pullarının az olduğunu bildirərək ondan xahiş etmişlər ki, maşını 3.500 manat ilkin ödənişlə hər ay 500 manat ödəmək şərti ilə onlara satsın. O, çox tərəddüddən sonra razılaşmışdır. Lakin razılaşmaya görə o, onlarla alqı-satqı müqaviləsi deyil, nəqliyyat vasitəsini idarə etmə hüququ verən etibarnamə ilə maşını verməyi qərarlaşdırmışdır. Belə də etmişdir. Həmin gün o, Günəşlidə yerləşən notariat kontorunda Təqsirləndirilən şəxs və Mehdiyev Satif qardaşlarının hər birinə ”Mercedes Benz C 240” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək hüququ verən etibarnamə vermiş və 3500 manatı onlardan almışdır. Lakin həmin şəxslər sonradan pulun qalan hissəsini ödəməkdən imtina elmişlər. O, ilk 3 ay hər ay 500 manat olmaqla ümumilikdə onlardan 1500 manat ala bilmişdir. Belə ki sonuncu dəfə o, onlardan pulu 2014-cü ilin avqust ayında almışdır. Sonradan onlar pulun ödənməsindən imtina etməyə başlamışlar. Bu məqsədlə onlara etdiyi telefon zənglərinə cavab vermirmişlər. Cavab verəndə isə onu söyüb-təhqir edirmişlər. Hətta o həddə çatmışdır ki, onlar onu hədələyirmişlər ki “ayağın Qaraçuxura dəysə səni məhv edəcəyik”. Bir müddət sonra yəni 2016-cı ilin əvvəllərində qardaşlar ona demişlər ki "gedək baş etibarnamə ver”. Onlar onu aldadaraq 14 yanvar 2016-cı il tarixində onun Təqsirləndirilən şəxs baş etibarnamə verməyinə nail olmuşlar. Lakin onun pulunun qalan hissəsini yenə də ona verməmişlər. Sonradan dəfələrlə həmin şəxslərlə əlaqə saxlamağına baxmayaraq onlar pulu ona ödəməmişlər. O, məcbur qalıb polis və digər qurumlara şikayət etməli olmuşdur. Əlavə olaraq ifadəsi alınmış Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, Satif ilə alqısatqı etməmiş, yalnız maşın satarkən Satif orada olmuşdur. O, avtomobili satarkən həbsdə olmayıb, sonradan maşına həbs qoyulduğunu qeyd etmişdir. Məhkəmə iclasında müdafiəçi tərəfindən təqdim edilmiş Bakı şəhəri 34 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 8i-4393 nömrəli, xx.xx.2024-cü il tarixli ərizədə Zərərçəkmiş şəxs1 mülkiyyətində olmuş **-TU-*** qeydiyyat nişanlı Mercedes C240 markalı nəqliyyat vasitəsilə bağlı hüquq mühafizə orqanlarına etdiyi şikayətə dair bildirir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti, tələbi yoxdur və olmayacaqdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, qardaşı X12 qəsəbəsində ev alqı-satqısı ilə məşğul olan ofisi vardır. 09 iyul 2016-ci il tarixdə qardaşı Sarvan ona zəng edərək tanışı Təqsirləndirilən şəxs özünə məxsus «Mercedes Benz C 240» markalı ** FG *** dövlət nömrə nişanlı avtomobilini satmaq istədiyini bildirmiş və təklif etmişdir ki, o da ucuz qiymətə avtomobil almaq istədiyi üçün həmin avtomobilə baxsın. Ona görə də o, qardaşı Sarvan Qurbanovun işlətdiyi ofisə getmiş, orada Təqsirləndirilən şəxs almaq istədiyi «Mercedes Benz C240» markalı ** FG *** dövlət nömrə nişanlı avtomobilə baxmış, həmin avtomobilin 2000-ci il buraxılışlı və əzilmiş olduğunu gördüyü üçün, avtomobili 2.100 (iki min yüz) ABŞ dolları məbləğdə pul müqabilində almağa razılaşmışdır. Həmin gün qardaşı X12 qəsəbəsində yerləşən işlətdiyi ofisdə o, «Mercedes Benz C 240» markalı ** FG *** dövlət nömrə nişanlı avtomobili almaq üçün Təqsirləndirilən şəxs 2.100 (iki min yüz) ABŞ dolları məbləğdə pul vermişdir. Avtomobilin borcu və ya radarları barədə soruşmuşdur, lakin Sadiq onu aldadaraq avtomobilin heç bir radarı və ya borcu olmadığını demişdir. O, ona demişdir ki, həmin günü şənbə günü olduğuna görə, notariuslar işləmir, həftənin birinci günü notariusa gedərlər, orada aldığı avtomobili onun mülkiyyətinə verilməsinə dair alqı-satqı müqaviləsi bağlamışlar. O, onunla razılaşmışdır. Lakin ertəsi gün, yəni bazar günü Sadiq ona zəng edərək avtomobili hələlik idarə etməməyini, avtomobilin üzərində məhkəmə tərəfindən həbs qoyulduğunu və birinci gün həbsi götürdükdən sonra ikinci gün notariusa getməklərini təklif etmişdir. Ona görə, o, onu qardaşı Sarvanın ofisinə çağırmışdır və nəyə görə həbsdə olan avtomobili ona satdığını soruşmuşdur. Sadiq ona demişdir ki, onun həmin gün pula ehtiyacı var imiş, ona görə də, avtomobilin həbsdə olması barədə ona heç nə deməmişdir, çünki o, bu barədə bilsəydi, ondan avtomobili almazdı. Buna görə də, o, ondan avtomobili götürüb pulunu qaytarmasını tələb etmişdir. Sadiq onunla razılaşmış, 15 iyul 2016-cı il tarixdə qardaşı X12 qəsəbəsində ev alqı-satqısı ilə məşğul olan ofisində Təqsirləndirilən şəxslə görüşmüşlər, orada o, “Mercedes Benz C 240” markalı ** FG *** dövlət nömrə nişanlı avtomobilin açarını onun özünə qaytarmış və Sadiq ona demişdir ki, avtomobili «ölüxanaya» qoyaraq pulu alacaqdır, onun pulunu qaytaracaqdır. Bundan sonra o, bir daha Təqsirləndirilən şəxs görməmişdir. Bir ay sonra isə, X38 İdarəsinə gedərək həmin avtomobil barədə maraqlanmışdır və orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin avtomobili həbsdən çıxartmış və avtomobilin ** FG *** dövlət nömrə nişanını ** TU *** dövlət nömrəsi ilə əvəz edərək 15 iyul 2016-cı il tarixdən 2-3 gün sonra başqa bir şəxsə satmışdır. Ona görə də, o, bir neçə dəfə Təqsirləndirilən şəxs pulunu qaytarmasını tələb etməyinə baxmayaraq, o, əvvəlcə vaxtı uzatsa da, sonradan ona pulu qaytarmaqdan imtina etmişdir və ona görə də, o, məcbur olub onun barəsində polisə şikayət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 hüquqi varisi X5 bildirdi ki, qardaşı Zərərçəkmiş şəxs2 vəfat etmiş, bununla bağlı ölüm haqqında şəzadətnaməni təqdim etmiş, atası anası vəfat edib, həyat yoldaşı isə yoxdur, subay olaraq rəhmətə getmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona məhkəmə iclasında 2100 ABŞ dolları ziyanı tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı iddiası və şikayəti yoxdur, bu barədə məhkəməyə şifahi və yazılı olaraq ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş X20 bildirmişdir ki, qardaşı X17 təxminən 7 il bundan əvvəl ölmüşdür. Niyazinin həyat yoldaşı X24, iki övladı Satif, Sadiq və dörd nəvəsi ilə birlikdə Qaraçuxur qəsəbəsində kirayə yaşayırmışlar. Niyazi rəhmətə getdikdən sonra onlarla münasibəti soyuqlaşmışdır. Ara bir görüşürmüşlər. Onların nə ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. Bilirmiş ki, Sadiq yaşadığı evin yaxınlığında alqı-satqı ofisində işləyir, Satif isə avtobus sürürmüş. Sonradan eşitmişdir ki, banka kredit ödəyə bilmədiyi üçün həmin avtobus onun əlindən götürülüb. Səadət evdar qadındır. Sadiq və Satifin Rəşad adlı şəxsdən Mersedes markalı avtomobil alması barədə xəbəri olmuşdur. Sonradan qardaşların sözlərindən bilmişdir ki, onlar həmin avtomobili başqa bir adama satıblar. Rəşada borcları qaldığından sonuncu polisə şikayət vermişdir. Sonrakı söhbətlərdən heç bir məlumatı olmadığını bildirmişdir. O, bir dəfə qeyd etdiyi alqı-satqı ofisində həmin Zərərçəkmiş şəxs1 görmüşdür. Həmin görüşdə Sadiq və Satif söz vermişlər ki, qısa müddət ərzində borclu qaldıqda pulu Rəşada qaytaracaq. Başqa hadisələrin şahidi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş X26 bildirmişdir ki, bacısı X13 həyat yoldaşı artıq 7 il olar ki, ölmüşdür. Həmin vaxtdan Səadət ailə üzvləri - oğulları Sadiq və Satif Mehdiyev qardaşları, iki gəlini və 4 nəvəsi ilə birlikdə son zamanlar yaşadıqları Qaraçuxur qəsəbəsi, boya zavodunun yaxınlığında yerləşən həyət evini satıb kirayə yaşayırmışlar. Onların kirayə yaşadığı ünvanı bilmirlər. Onlarla ancaq telefon vasitəsi ilə əlaqə saxlayırmışlar. Ara bir görüşürmüşlər. Onların nə ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. Bilirmiş ki, Sadiq yaşadığı evin yaxınlığında alqı-satqı ofisində işləyir, Satif isə avtobus sürürmüş. Sonradan eşimişdir ki, banka kredit ödəyə bilmədiyi üçün həmin avtobus onun əlindən alınmışdır. Səadət evdar qadındır. Sadiq və Satifin Rəşad adlı şəxsdən Mersedes markalı avtomobil alması barədə məlumatı olmuş, sonradan qardaşların sözlərindən bilmişdir ki, onlar həmin avtomobili başqa bir adama satıblar. Rəşada borcları qaldığından sonuncu polisə şikayət vermişdir. Sonrakı söhbətlərdən heç bir məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş X18 bildirmişdir ki. Təqsirləndirilən şəxs onun qardaşıdır. Onlar əvvəllər onunla birlikdə bir yerdə marşrut avtobusunda işləmişlər. Sonradan onlar ailə qurduqdan sonra hərəsi ayrı-ayrı yerlərdə işləməyə başlamışlar. 2014-cü il tarixdən qardaşı ev alqı satqısı ilə məşğul olurmuş. Onun ofisi Qaraçuxur qəsəbəsində yerləşən qəbiristanlığın yanında imiş. Mahiyyəti üzrə bildirmək istəyir ki, Zərərçəkmiş şəxs1ı o, qardaşı Sadiqin vasitəsilə tanımışdır. Belə ki, Rəşad adlı şəxs 2014-cü il tarixdə özünə məxsus olan Mersedes Benz markalı avtomobili turbo.az saytına yerləşdirərək satırmış. Qardaşı Sadiq də həmin vaxt maşın almaq istəyirmiş. Elanı qardaşı gördükdən sonra ona internet saytında avtomobili göstərmişdir. Orada yazılmışdır ki, avtomobil satdığını barter etdiyini icarə ilə verdiyi haqqında məlumat vermişdir. Qardaşı maşını bəyəndikdən sonra 20 yanvar metro stansiyasının yaxınlığında gedib maşın baxmış, onlar arasında razılaşma olmuşdur. Həmin günün səhərisi Qaraçuxurda yerləşən ofisin qarşısına Rəşad avtomobilini gətirmişdir. Qardaşı və həmin avtomobili baxıb bəyənmişlər. Qardaşı da Rəşadın satdığı qiymət qədər pul imiş. Suna görə də Rəşadla qardaşı arasında razılaşma olmuşdur ki, qardaşı Sadiq Rəşada 3500 -manat ilkin olaraq pul verməli aylıq olaraq 500 manat ödəməli imiş. Həmin vaxtı qardaşı ona demişdir ki, “sən də şəxsiyyət vəsiqəni ver sənin adına da sürmək üçün etibarnamə alım.” Rəşad özü demişdir ki, pulu tam şəkildə qutardıqdan sonra Sadiqin adına baş etibarnamə verəcəkdir. Həmin gün Rəşad onun və qardaşının adına etibarnamə vermişdir. Bundan sonra qardaşı Rəşada ayda 500 manat pul verirmiş. 3 aydan sonra qardaşının maddi vəziyyəti pisləşdiyi üçün, pul lazım olduğundan Rəşada demişdir ki, pulu verməkdə çətinlik çəkir. Rəşad da bir müddət qardaşına möhlət vermişdir. Bundan sonra qardaşının ümumiyyətlə pulu vermədiyi üçün maşını satmaq istəməsini Rəşada demişdir. Rəşad da onunla razılaşmışdır. Rəşad demişdir ki, “Sadiq sən maşını sat mən öz pulumu götürüm, sonra da sən kimə maşın satırsan onun adına baş etibarnamə verərəm". Bundan sonra qardaşı maşını satmaq istədiyi zaman müəyyən olunmuşdur ki, maşına həbs qoyulmuşdur. Sonra Rəşad onu həbsdən çıxardacağını bildirmişdir. Təxminən 1 il yarım sonra Rəşad qardaşının adına baş etibarnamə vermişdir. Sadiq də sonradan pula görə Rəşaddan vaxt istəmişdir. Rəşad da buna razı olmamışdır. Bundan sonra Rəşad onlar barəsində polisə şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş bildirmişdir X6.o, xx.xx.2016-cı il tarixdə təsadüfən Xalqlar metrosu stansiyasının yaxınlığından keçərkən üzərində “satılır” sözü yazılan Mersedes Benz ** TU *** dövlət qeydiyyat nişanlı avtomobili görüb, almaq istəmiş, maşının sahibi Təqsirləndirilən şəxs adlı şəxslə razılaşdıqdan sonra həmin avtomobili ondan təxmini olaraq 4000 manata almışdır. Həmin avtomobili alan zaman avtomobilin heç bir problem olmaması ilə maraqlandıqda o ona maşının heç bir problem olmaması barədə kağız vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı dələduzluq əməli törətməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş X21 bildirmişdir ki, o, 2016-cı il 11 sentyabr tarixində avtomobil almaq məqsədilə Gəncə şəhərində yerləşən bazarına getmişdir. Maşın bazarında öz maddi vəziyyətinə görə avtomobil axtarırmış. Belə ki, adını unutduğu, əvvəllər tanımadığı şəxsin satdığı Mersedes Benz ** KC *** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmişdir. Həmin şəxs 8000 manata satırmış. O, həmin şəxslə maşını 7600 manata razılaşıb, almışdır. Həmin gün o onun adına baş etibarnamə vermişdir. Yaşadığı Yevlax şəhərinə gəldikdən təxminən 4-5 gün sonra həmin avtomobili oğlu X11 adına keçirtmişdir. Hal-hazırda avtomobili o, idarə edir. O, həmin avtomobili alarkən heç bir problem olmamış, 7600 manat pulunu verib, almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş X22 bildirmişdir ki, o, 2016- cı il 11 sentyabr tarixində atası X21 avtomobil almaq məqsədilə Gəncə şəhərində yerləşən maşın bazarına getmişdir. Maşın bazarında öz maddi vəziyyətinə görə avtomobil axtarırmışr. Belə ki, o, onunla birlikdə getməmişdir. Atası həmin tarixdə sonradan ona məlum olmuşdur ki, Mersedes Benz markalı ** KC *** dövlət qeydiyyat avtomobil bəyənib, həmin şəxslə avtomobili 7600 manata razılaşıb, almışdır. Yaşadığı Yevlax şəhərinə gəldikdən təxminən 4-5 gün sonra həmin avtomobili onun adına keçirtmişdir. Halhazırda avtomobili atası idarə edir. Atası həmin avtomobili alarkən heç bir problemi olmamış, 7600 manat pulunu verib, almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 fevral 2017-ci il tarixdə Suraxanı RPi-nin İŞ-nin müstəntiqi polis kapitanı Elşən Rzayev tərəfindən Zərərçəkmiş şəxs1 müraciəti əsasında faktla bağlı "8.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin başlanılmasına əsas və səbəb Zərərçəkmiş şəxs1 “Mersedes Senz C240” markalı 90TU879 qeydiyyat nişanlı avtomobili Sadiq və Satif Mehdiyev qardaşlarına 11000 manata satmağa razılığa gəldiyini, pulun 5000 manatını onlardan aldığını, qalan 6000 manatını ala bilmədiyini, həmin şəxslərin onu aldadaraq baş etibarnamə almaq yolu ilə nəqliyyat vasitəsini özgənin əmlakını ələ keçirməklə dələduzluq etməsi faktı və həmin fakt əsasında toplanmış material olmuşdur. xx.xx.2017-ci il tarixdə ********* saylı cinayət işi müstəntiq Elşən Rzayev tərəfindən Azərbaycan Respublikasının CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2017ci il tarixdə cinayət işi yenidən təzələnərək icraata qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə yenidən cinayət işi Azərbaycan Respublikasının CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2017-ci il tarixdə cinayət işi yenidən təzələnərək icraata qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə cinayət işi Azərbaycan Respublikasının CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2017-ci il tarixdə Suraxanı rayon prokuroru baş ədliyyə müşaviri Rəhim Əliyev tərəfindən cinayət işi üzrə icraatın dayandırlıması haqqında qərar ləğv edilmişdir. xx.xx.2017-ci il tarixdə cinayət işi yenidən müstəntiq Elşən Rzayev Azərbaycan Respublikasının CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 ərizəsi ilə əlaqədar toplanmış HK-1-558 saylı material müstəntiq Elşən Rzayev tərəfindən ********* saylı cinayət işinə birləşdirilmişdir. xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs müstəntiq Elşən Rzayev tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə ittiham elan etmək mümkün olmadığından barəsində axtarış elan olunmuşdur. xx.xx.2017-ci il tarixdə barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaq şöbəsinə təhvil verilmişdir. İttiham elan edilməli olan şəxs qismində müstəntiq tərəfindən tutulmuşdur. xx.xx.2017-ci il tarixdə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 1178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəhim Əliyevə vəsatətlə müraciət edilmiş, vəsatət prokuror tərəfindən rədd edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs barəsində müstəntiq tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 26 iyun 2017-ci il tarixdə Təqsirləndirilən şəxs müstəntiq tərəfindən yenidən təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə 3000 manat cərimə edilmişdir. xx.xx.2014-cü il tarixdə cəriməni tam ödəmişdir. Cinayət işin materiallarına əlavə edilmiş iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş iddia ərizəsinə əsasən mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ilə müraciət edərək, mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyana görə 2100 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Cinayət işin materiallarına əlavə edilmiş iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş iddia ərizəsinə əsasən mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyana görə 6000 (altı min) manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qərarın qəbul edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs tutularaq Azərbayan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmiş, qərarın icrası Suraxanı Rayon Polis İdarəsinə tapışırılması, cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Suraxanı Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edildiyindən və o, hal-hazırda axtarışda olduğundan, ölkə hüdudlarından kənar olduğundan, cinayət prosesində şəxsə iştirakının təmin edilməsi mümkün olmadığından müdafiə tərəfinin vəsatəti əsasında hazırki cinayət işinə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 34 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 8i-4393 nömrəli, xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədə Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, mülkiyyətində olmuş **-TU-*** qeydiyyat nişanlı Mercedes C240 markalı nəqliyyat vasitəsilə bağlı hüquq mühafizə orqanlarına etdiyi şikayətə dair bildirir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti, tələbi yoxdur və olmayacaq. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdə dəqiqləşdirilməmiş ürək çatmamazlığından vəfat etmişdir. Suraxanı Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs2 qardaşı X5 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 hüquqi varisi X5 tərəfindən təqdim edilmiş ərizəsinə əsasən qardaşı Zərərçəkmiş şəxs2 vurulmuş 2100 ABŞ dolları məbləgində ziyanı hüquqi varis qismində qəbul etmiş, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ- İİİ seriyalı 101608 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, doğum haqqında şəhadətnamənin ata qrafasında Təqsirləndirilən şəxs qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ- İİİ seriyalı 101609 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, doğum haqqında şəhadətnamənin ata qrafasında Təqsirləndirilən şəxs qeyd edilmişdir. “Elektron Məhkəmə” sistemindən edilmiş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-ci il təvəllüdlü X15 və xx.xx.2012-ci il təvəllüdlü X19 adlı 2 azyaşlı uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi ilə əlaqədar verilmiş etirafedici ifadəsi, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi X4 dəymiş zərərin tam olaraq ödənilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 2 azyaşlı uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində axtarış seçilmiş “həbs qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ilə müraciət edərək, mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyana görə 2100 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyana görə 6000 (altı min) manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qərarın qəbul edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən yekun məhkəmə aktı tərəflərin yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 2100 (iki min bir yüz) ABŞ dolları məbləğində maddi ziyan vurmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs 2100 ABŞ dolları məbləğində vurulmuş ziyanın məbləğinə dair iddia tələbini tam qəbul edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən 2100 ABŞ dolları məbləğində ziyan zərərçəkmiş şəxsin hüquqi varisi X4 ödənilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizəsində təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət, tələbi və iddiası olmaması göstərilmişdir. Məhkəmə həmin halı mübahisələndirilməyən hallara aid edir. Bunda əlavə işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 6000 (altı min) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs 6000 manat məbləğində vurulmuş ziyanın məbləğinə dair iddia tələbini tam qəbul edir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən 6000 manat məbləğində ziyan Zərərçəkmiş şəxs1 tam ödənilmişdir, bu fakt Zərərçəkmiş şəxs1 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizə ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq olunmuş ərizədə Zərərçəkmiş şəxs1 tərəfindən təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət, tələbi və iddiası olmaması göstərilmişdir. Məhkəmə həmin halı mübahisələndirilməyən hallara aid edir. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş faktiki halları nəzərə almaqla, Zərərçəkmiş şəxs2 vurulmuş maddi zərər zərərçəkmiş şəxsin hüquqi varisi X4 tam ödənildiyindən, bu barədə zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən məhkəmə iclasında ərizə təqdim olunduğundan və ərizədə zərərçəkmiş şəxsin hüquqi varisi X3 təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət, tələbi və iddiası olmaması göstərildiyindən mülki iddia üzrə icraata xitam verilməlidir. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş faktiki halları nəzərə almaqla, Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərər tam ödənildiyindən, bu barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim olunduğundan və ərizədə zərərçəkmiş şəxs –mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət, tələbi və iddiası olmaması göstərildiyindən mülki iddia üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ həbs” qətimkan tədbiri ləğv edilsin və o hissədə qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iddiası üzrə icraata xitam verilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iddiası üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-3/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-3/2025
08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver