Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-30/2020 28.01.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin hakimi Əliyev Kəramət Fətəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi x5, dövlət ittihamçısı-Bakı şəhər Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İİ dərəcə hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, inzibati bina, ev 71-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X. Bayramov küçəsi ev 41-də yaşayan, 03.07.2019-cu ildən 05.07.2019-cu ilədək şübhəli şəxs kimi saxlanmaqla, 05.07.2019-cu il tarixdən haqqında “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham olunmasına dair işə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, vahid niyyətlə 15 dekabr 2018-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus olub, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin hasarından həyətə düşərək, saxlanc yerinə qanunsuz daxil olub oradan 200 manat dəyərində bir ədəd, üzərində “Tula” sözü yazılmış, xarici görünüşünə görə az istifadə edilmiş, təxminən 05 litr su tutan sarı rəngli odunla qaynadılan samovarı, 500 manat dəyərində bir ədəd təxminən 100 il əvvəl istehsal edilmiş, XİX əsrə aid Rusiya istehsalı olan, qapağının üzərində “x1” markalanma sözü yazılmış, üzərinə 8 ədəd dairəvi formada medal həkk olunmuş, xarici görünüşünə görə uzun müddət istifadə olunmuş, təxminən 07 litr su tutan sarı rəngli odunla qaynadılan samovarı, bundan iki gün sonra - 17 dekabr 2019-ci il tarixdə saat 01 radələrində yenidən Zərərçəkmiş şəxs məxsus olub, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin hasarından həyətə düşərək, saxlanc yerinə qanunsuz daxil olub oradan 350 manat dəyərində bir ədəd, əvvəllər istifadə olunmuş “Shunfeng 26” adlı velosipedi gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1050 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəylər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş Arzunun oğlu Kənanı təxminən bir il əvvəldən tanımış, normal münasibətləri olmuş, bir neçə dəfə həyətlərində olanda samovarlar və velosipedin olmasını görmüşdür. Təxminən 2018-ci ilin noyabr ayının sonlarında qərara gəlmişdir ki, həmin evə daxil olaraq orada olan iki ədəd samovarı və bir ədəd velosipedi oğurlayaraq satıb pul əldə etsin. Buna görə də 15 dekabr 2018-ci il tarixdə gecə saat 01 radələrində həmin evin qarşısından keçərkən işıqlarının yanmadığın görmüş, evdə heç kimin olmadığın düşünərək oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə evin hasarına qalxaraq həyətə düşmüş, həyətdə olan qapısı açıq iki otaqlı, köhnə əşyalar yığılmış yerdən iki ədəd samovarı götürmüş, həmin otağa bitişik digər qapısı açıq olan otağa daxil olaraq bir ədəd velosipedi götürmüş, lakin apara bilməsinin çətin olmasını görüb, sonradan gəlib aparmağı düşünərək velosipedi yerinə qoymuş, samovarları götürərək hasardan aşıb birlikdə yaşadığı Tərxangilin evinə gəlmişdir. Tərxan samovarları haradan əldə etdiyini soruşduqda, Kənangilin həyətindən oğurladığını bildirmişdir. İki gün sonra yenidən saat 01 radələrində hasardan aşmaqla Kənangilin həyətinə düşərək qapısı açıq olan otaqdan bir ədəd, yaşıl rəngli velosipedi götürərək Tərxangilə gedib, yaşayış olmayan otağa qoymuş, bu barədə Tərxana bir söz deməmişdir. Tarixini dəqiq xatırlamasa da 2019-cu il yanvar ayının əvvəllərində samovarları götürərək tanımadığı taksi maşınında “kubinka” adlanan istiqamətdə getmiş, yolda dostu Ramizə zəng edərək harada olmasını soruşmuş, anası pul göndərdiyini, lakin sənədi olmadığından həmi pulu birlikdə, onun sənədi ilə götürməli olmalarını bildirmişdir. Ramizə pul borclu olduğundan razılığa gələrək “İçəri şəhər” metrosunun yanında görüşmüş, taksi ilə birlikdə “kubinka” adlanan ərazidə samovar alqı-satışı və təmiri ilə məşğul olan mağazaya gedib hər iki samovarı satmaq istədiklərini bildirmişlər. Samovarlara 300 manat pul versələr də razılaşmayaraq “İçəri şəhərdə” olan mağazalara getmişlər, Lakin onlar daha az pul verdiklərindən razılaşmayaraq samovarları ilkin getdikləri mağazaya satmaq qərarına gəlmişlər. Həmin müddətdə Ramiz dostu olan Əliabbasla telefonda danışmış, onu da “İçəri şəhər” metrosunun yanından götürərək “kubinka” adlanan əraziyə, ilkin getdikləri mağazaya gedib samovarları 300 manata satmışlar. Həmin vaxt şəxsiyyət vəsiqəsi olmadığından samovarları Ramizin şəxsiyyət vəsiqəsi ilə satmışlar. Ramizə həmin samovarların oğurluq olmasını bildirməmiş, nənəsinə məxsus olduğunu, ehtiyacları olduğundan satdıqlarını demişdir. Samovarların satışından əldə olunan 300 manatın 100 manatını borcuna görə Ramizə vermiş, qalanını ehtiyacları üçün xərcləmişdir. Bundan bir neçə gün sonra oğurladığı velosipedi satmaq üçün apararkən Tərxan görüb haradan əldə etdiyini soruşmuş, Kənangilin həyətindən oğurlamasını bildirmişdir. Velosipedi həmin gün eyni məhəllədə yaşadıqları, mağaza işlədən Elşən adlı şəxsə 50 manata satmış, Elşən həmin puldan 20 manatını ona olan borcuna silmiş, 30 manat isə vermiş, həmin pulu Tərxanla birlikdə xərcləmişdir. Velosipedi satarkən Elşən velosipedin kimə məxsus olduğunu soruşmuş, o da bir nəfər tanışının ona olan borcunun əvəzində verdiyini demişdir. Oğurluq cinayətlərini tək törətmiş, oğurluq etdikdən sonra bu barədə Tərxana bildirmiş, etdiyi cinayətə görə peşman olmuşdur. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, anası ilə birlikdə yaşayır, anası İrandan mal gətirib satdığına görə çox vaxt evdə olmur. Tək qalmaması üçün anası evdə olmadığı müddətdə dostu Tərxangildə qalmışdır. Oğurluq etdiyi müddətdə də anası evdə olmadığına görə Tərxangildə qalmış və oğurladığı malları onlara aparmışdır. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Məmmədov Kənan Rövşən oğlu doğma oğludur, onunla birlikdə Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, dalan 1, ev 8 ünvanda yaşayır. Yaşadıqları ev həyət evi olmaqla hasara alınmış, evin həyətyanı sahəsində bir-birinə bitişik iki ədəd yardımçı otaqlar vardır ki, həmin otaqlara az istifadə olunan əşyaları yığmışlar. Oğlu Kənan da aldığı velosipedi həmin otağa bitişik digər otaqda saxlamışdır. 02.07.2019-cu ildə günorta vaxtı oğlu Kənana bildirmişdir ki, samovarları otaqdan çıxarsın, təmizləyəcəkdir. Kənan otağa daxil olmuş və qayıdaraq bildirmişdir ki, samovarlar yoxdur. Özü həmin otağa daxil olmuş və görmüşdür ki, həqiqətən 2 ədəd samovar qoyduğu yerdə yoxdur. Həmin otağa bitişik digər otağa keçmiş, oğluna aldığı yaşıl rəngli Çin dövlətinin istehsalı olan velosipedin də yerində olmadığın görmüşdür. Evlərindən oğurluq edilməsini bilib telefonla 102 xidmətinə zəng edərək məlumat vermiş, polis əməkdaşları gələrək hadisə yerinə baxmış və sənədləşdirmişlər. Bundan sonra məhəllədə ərzaq mağazası işlədən Elşən velosipedi gətirib verərək İlkin tərəfindən ona verildiyini bildirmiş, sonradan oğurluğun İlkin tərəfindən törədildiyini bilmişlər. Oğurlanmış iki ədəd samovar da qaytarılmışdı. Oğurluq hadisəsinin hansı tarixdə törədilməsini bilməmiş, oğurlanmış əşyalar qaytarıldığına görə İlkindən şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, zərərçəkmiş Arzu və onun oğlu Kənanı uşaq vaxtlarından tanımış, təqsirləndirilən İlkini isə təxminən on il olar ki, tanımış, normal münasibətləri olmuşdur. İlkin dostu olduğundan, anası mal gətirmək üçün harasa getdikdə tək qalmaması üçün onlarda yaşamağı xahiş etmiş, o və anası razılıq verdiyindən İlkin anası olmadığı vaxtlarda onlarda yaşamağa başlamışdır. Tarixini dəqiq xatırlamasa da 2018-ci il sonlarında İlkin gecə evə gələrkən özü ilə iki ədəd sarı metaldan olan samovar gətirmişdir. Ondan samovarları haradan əldə etdiyini soruşmuş, o da Kənangilin həyətində olan otaqdan götürdüyünü bildirmişdir. İlkinə iradını bildirərək, səhv etdiyini desə də, hadisə barədə heç kimə bildirməmişdir. Bir neçə gündən sonra samovarların yerində olmadığını görüb İlkindən soruşduqda, satdığın bildirmiş, ona siqaret və su verərək samovarların satışından əldə etdiyi pulla aldığını bildirmişdir. Bundan sonra 2018-ci il dekabr ayının əvvəllərində istifadə etmədikləri otaqda bir ədəd velosiped görüb İlkindən velosipedin kimə məxsus olmasını soruşmuş, o da Kənangilin həyətlərindən oğurladığını bildirmişdir. Bundan sonra velosipedi nə etməsini bilməmiş, lakin sonradan bilmişdir ki, velosipedi məhəllələrində ərzaq dükanı işlədən Elşənə satmışdır. İlkinin oğurluq edəcəyindən əvvəldən xəbəri olmamış, o oğurluq etdikdən sonra bu barədə ona bildirmişdir. Oğurluq etdiyinə görə İlkinə iradını bildirsə də, dostu olduğundan, onlarda qaldığından bu barədə polisə məlumat verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 32-də yerləşən “Zahid&Co” adlı antik restovrasiya mərkəzi kimi fəaliyyət göstərən mağazada qalayçı işləyir, mis materialdan olan samovarların alğı-satqısı və təmiri ilə məşğul olur. 02.01.2019-cu ildə günorta saatlarında atası ilə mağazada olarkən 3 nəfər yaxınlaşaraq 5 və 7 litr tutumları olan samovarları satmaq istədiklərini bildirmişlər. Samovarlara baxmış, kimə məxsus olmasını soruşmuş, Ramiz adlı şəxs samovarların ona məxsus olmasını demişdir. Hər iki samovara baxmış və 250 manat pul verəcəyini bildirmiş, razılaşmayaraq getmişlər. Bir neçə saatdan sonra onlar yenidən mağazaya yaxınlaşaraq samovarları ehtiyacları olduğuna görə 300 manata satdıqlarını bildirib alıb-almayacağını soruşmuşlar. O da razılaşaraq hər iki samovara 300 manat verərək almışdır. Samovarları alarkən onlardan sənəd tələb etmiş, Ramiz şəxsiyyət vəsiqəsini təqdim etdiyindən, kserosurətini çıxartmış, üzərində Ramiz öz xətti ilə samovarları 300 manatı satdığını qeyd edərək imzalamışdır. Vaxtı olmadığından samovarları təmizləyə bilməmiş, sonradan polis əməkdaşları gələrək samovarların oğurluq olmasını bildirib götürmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən İlkini, zərərçəkmiş Arzunun oğlu Kənanı və Tərxanı məhəllə uşaqları kimi tanımış, normal münasibətləri olmuşdur. Bir ildən artıq müddətdir ki, məhəllədə mağaza icarəyə götürərək ərzaq mallarının satışı ilə məşğul olur. Dəqiq tarixini xatırlamasa da 2019-cu ilin yanvar ayında İlkin velosipedlə mağazaya gəlmiş, velosipedi haradan aldığını soruşmuş, o da tanışının borc əvəzi olaraq verdiyini və satmaq istədiyini demişdir. Velosipedə baxdıqda təkərlərinin cırılmış olmasını, tormoz sisteminin işləmədiyini görmüş, 50 manat verə biləcəyini, ondan da 30 manatını nağdı verəcəyini, 20 manatı isə ona olan borcuna çıxacağını demiş, İlkin də razılaşdığından velosipedi satmışdır. Bundan bir neçə gün sonra Tərxan qonşuluqda olan Kənanın velosipedinin oğurlanmasını bildirdiyindən İlkinin ona verdiyi velosipedin həmin velosiped olmasını düşünmüş və velosipedi aparıb Kənana qaytarmış, o da həmin velosipedin ona məxsus olmasını bildirmişdir. Velosipedin İlkin tərəfindən oğurlanmasını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təxminən bir il olar ki, tanımış, normal münasibətləri olmuşdur. İlkinin ona 200 manat borcu yaranmışdır ki, həmin pulun 100 manatını borc almış, 100 manatı isə telefonunun şüşəsini qırdığına görə yaranmışdır. 2018-ci ilin dekabr ayının sonlarında İlkinlə əlaqə saxlayaraq borcunu qaytarmasını bildirmiş, o da yaxın vaxtlarda qaytaracağını demişdir. 02.01.2019-cu ildə İlkin əlaqə saxlayaraq bildirmişdi ki, anası pul göndərib, şəxsiyyət vəsiqəsi yoxdur, gəlsin onun şəxsiyyət vəsiqəsi ilə pulu alsınlar. Razılıqlarına əsasən “İçəri şəhər” metrosunun yanına gəlib İlkinlə görüşmüş, tanımadığı taksi maşını ilə “kubinka” deyilən əraziyə getmişlər. İlkin taksidən iki ədəd samovar çıxarmış, həmin samovarların kimə məxsus olmasını soruşduqda nənəsinin olmasını bildirmişdir. Orada qalayçılıqla məşğul olan emalatxanaya daxil olub samovarları satmaq istədiklərini bildirmişlər. Emalatxanada işləyən oğlan iki samovara görə 250 manat verəcəyini bildirmiş, lakin İlkin razılaşmadığından “İçəri şəhərdə” olan başqa emalatxanalara getmişlər. Digər emalatxanalarda qiyməti aşağı bildirdiklərindən yenidən əvvəl getdikləri emalatxanaya qayıtmağı qərarlaşdırmışlar. Həmin vaxt Ramiz dostu Aliabbasla telefonla danışarkən harada olmasını soruşmuş, o da şəhərdə olmasını bildirdiyindən razılaşaraq onu da “İçəri şəhər” metrostansiyasının yanından götürüb birlikdə əvvəl getdikləri qalayçı emalatxanasına getmişlər. İlkin danışaraq iki ədəd samovarı 300 manata satmağa razılaşmışlar. Şəxsiyyət vəsiqəsinin surətini çıxardaraq həmin oğlana təqdim etmiş, kserosurətin üzərində “qədimi samovar, sovet samovarı satdım 300 AZN. 02.01.2019” sözləri yazdıraraq imzalatmış, bundan sonra 300 manatı alaraq İlkinə vermiş, İlkin də həmin puldan borcuna görə 100 manat ona vermişdir. Samovarları satarkən Əliabbas onları bayırda gözləmişdir. İlkindən bir də samovarların kimə məxsus olmasını soruşmuş, o da nənəsinin həyətindən oğurlamasını bildirmişdir. Bu hərəkətinə görə İlkinə iradını bildirsə də, o əhəmiyyət verməmiş, bundan sonra Əliabbasla birlikdə İlkindən ayrılaraq Əmircan qəsəbəsinə gəlmişlər. İlkinin verdiyi 100 manatı anasının dərmanlarına xərcləmişdir. Sonradan bilmişdir ki, həmin samovarları İlkin Kənangilin həyətində olan evdən oğurlamış, polisdə olduğu müddətdə isə bilmişdir ki, İlkin oradan bir ədəd də velosiped oğurlayıbdır. Məhkəmədə dindirilmiş Şahid3 da ifadəsində Şahid2 göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermiş, əlavə olaraq bildirmişdir samovarların oğurluq olmasından məlumatı olmamış, həmçinin İlkinin borcu olduğundan bir gündən sonra ona 50 manat pul vermişdir. Məhkəmədə tədqiq olunan Suraxanı rayon Pİ-in 31-ci PŞ-nin məsul növbətçi əvəzinin 02.07.2019-cu il tarixli raportunda göstərilmişdir ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi dalan 1, ev 8-də yaşayan Zərərçəkmiş şəxs 102 xidmətinə zəng edərək bildirmişdir ki, naməlum şəxslər hasardan keçərək həyətdən iki ədəd samovar və bir ədəd velosiped oğurlamışlar. Zərərçəkmiş şəxs 02.07.2019-cu il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nə yazdığı ərizəsində göstərmişdir ki, həyətlərində yerləşən, ev əşyaları yığdıqları otağa 6 ay olar nəzarət etməmiş, bu gün baxarkən iki ədəd misdən olan hər birinin dəyəri 500 manat olan od samovarlarının və bir ədəd 500 manat dəyərində Çin istehsalı olan “Shunfeng” markalı velosipedin oğurlanmasını görmüşdür. Məhkəmədə tədqiq olunan “Baxış keçirilməsi haqqında” 02.07.2019-cu il tarixli protokol və foto şəkillərdən aydın olur ki, cinayət hadisəsi ünvan 1 ünvanda baş vermişdir. Həmin ünvan hasara alınmış, həyətə daxil olmaq üçün dəmir darvazası vardır. Həyətə daxil olduqda hasara bitişik, içərisində müxtəlif köhnə əşyalar yığılan iki ədəd saxlanc yerinin olması müəyyən olunmuş və aydın olmuşdur ki, iki ədəd samovar və bir ədəd velosiped həmin saxlanc yeri olan otaqlardan oğurlanmışdır. Baxışda iş üçün əhəmiyyət kəsb edən əşya və predmet götürülməmişdir. Məhkəmədə tədqiq olunan “İfadənin yerində yoxlanması haqqında” protokol və foto şəkillərdən aydın olur ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini hadisə yerində də bir daha etiraf edərək Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, dalan 1, ev 8 ünvana necə daxil olduğunu, samovarlar və velosipedi haradan götürdüyünü, samovarları “kubinka” adlanan ərazidə hansı emalatxanaya satdığını əyani olaraq göstərmiş, foto şəkli çəkilmişdir. Məhkəmədə tədqiq olunan “Götürmə barədə” 03.07.2019-cu il tarixli protokol və foto şəkillərdən aydın olur ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi, ünvan 2 ünvanda yerləşən “Zahid & Co” adlı antik restavrasiya mərkəzi olan mağazaya satdıqları iki ədəd samovar götürülmüşdür. Məhkəmədə tədqiq olunan “Əmtəəşünaslıq ekspertizasının” 30.08.2019-cu il tarixli 18195 saylı və 25.09.2019-cu il tarixli 24294 saylı rəylərində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş bir ədəd üzərində “Tula” sözü yazılmış, xarici görünüşünə görə istismar edilmiş sarı rəngli, təxminən 5 litr su tutumlu, odunla işləyən, az istifadə olunmuş samovarın 15.12.2018-ci il tarixdə respublika daxili orta bazar pərakəndə satış qiymətləri təxminən 200 manat müəyyən olunur. Təqdim edilmiş bir ədəd qapağının üzərində “Товарищество Голомасашемаринных в г Туль» markalanma sözü yazılmış, səkkiz ədəd samovarın qapağında həkk edilmiş dairəvi formada medalları olan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş sarı rəngli, təxminən 7 litr su tutumlu, təxminən 100 il əvvəl istehsal olunmuş tədqiq edilən odun samovar ehtimal olan tarixi bədii muzey əhəmiyyəti kəsb etdiyindən və əntiq əşyalara aid olduğundan tədqiqat və qiymətləndirilmə aparılmadı. Aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarında, təzə və köhnə velosiped satışı şəbəkələrində mövcud olan qiymətlərə əsasən ekspertizaya təqdim edilən istifadə olunmuş “Shunfeng” adlı 26 velosipedin işlənmiş vəziyyətdə, 17 dekabr 2018-ci il tarixə, köhnəlməsi nəzərə alınmaqla respublika daxili orta bazar satış qiyməti təxminən 350 manat müəyyən edilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Milli İncəsənət Muzeyinin 09.10.2019-cu il tarixli 439 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən ekspert komissiyasına təqdim edilən samovar XİX əsrə aid olub Rusiya istehsalıdır. Üzərində “Товарищество Голомасашемариных Тулa” şəhəri sözləri və səkkiz ədəd (fas və anfas) dairəvi formada medallar həkk edilmiş estetik görünüşü qənaətbəxş olmadığı, lakin tarixi, bədii, muzey əhəmiyyəti mədəni irs siyahısına aid olduğu üçün 500 manat civarında qiymətləndirilir. Saxlanma vəziyyəti qənaətbəxşdir. Tarixi, bədii və muzey əhəmiyyəti kəsb edir. Cinayət işində olan “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” olan 03.12.2019-cu il tarixli qərardan aydın olur ki, ibtidai istintaq orqanı tərəfindən törədilmiş cinayət hadisəsi üzrə bir ədəd “Shunfeng 26” adlı velosiped, bir ədəd 5 litr və bir ədəd 7 litr tutumlu-cəmi iki ədəd samovar maddi sübut kimi tanınmış, saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işində olan qəbzdən aydın olur ki, Suraxanı rayon x4 Şöbəsinin müstəntiqi tərəfindən 30.11.2019-cu il tarixdə iki ədəd samovar Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının verdiyi 12.07.2019-cu il tarixli 5061 saylı və Bakı şəhəri 2 saylı x2 22.07.2019-cu il tarixli 1/870 saylı məktublarından aydın olur ki, Təqsirləndirilən şəxs xəstəxanalara müraciət etməmiş və müalicədə olmamışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-ən alınmış tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Suraxanı rayon İHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 24.01.2020-ci il tarixli 285 saylı arayışından və “Qəb-10” saylı xasiyyətnaməsindən aydın olur ki, Məmmədov x3 rayonu, Əmircan qəsəbəsi, Xanoğlan Bayramov küçəsi ev 41-də yaşayır, subaydır, bu müddət ərzində onun haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən mənə dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayətim yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinin ancaq anasından ibarət olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 manat Təqsirləndirilən şəxs alınaraq Dövlət Xəzinədarlıq Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41NABZ********************, SWİFT BİK:STREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, HesabN: AZ43CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirdiyinə görə 66 manat dövlət hesabından tutularaq Bakı şəhəri 9 saylı vəkil bürosunun (VÖEN: ********** h./h ******************** Bank ABB Suraxanı filialı SWİF GODE İBAZAAZ2X, müxbir hesab: **********031, kod 805692, VOEN **********) hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03.07.2019-cu il tarixdən 05.07.2019-cu il tarixədək 02 gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, müəyyən məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının icrası müddəti, məhkumun yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrası Suraxanı rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlansın. Cinayət işi üzrə maddi sübut hesab edilmiş iki ədəd samovar və bir ədəd “Shunfeng 26” adlı velosipedin istintaq müddətində zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 manat Təqsirləndirilən şəxs alınaraq Dövlət Xəzinədarlıq Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab N: AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirdiyinə görə 66 manat dövlət hesabından tutularaq Bakı şəhəri 9 saylı vəkil bürosunun (VÖEN: ********** h./h ******************** Bank ABB Suraxanı filialı SWİF GODE İBAZAAZ2X, müxbir hesab: **********031, kod 805692, VOEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən hakim: Kəramət Əliyev.
Məhkəmə qərarları › İş №1(010)-30/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-30/2020
28.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver