Məhkəmə qərarları › İş №1(010)-30/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-30/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-30/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məsləhətçi Əlizadə Yasin Lətif oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs oğlunun, xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20A nömrəli evin 33 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu, cavabdeh kimi ondan 20.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manatla) məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(010)-1902/2015 nömrəli qətnaməsi üzrə xx xxxx 2015-ci il tarixdə verilmiş icra sənədini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 3(010)-969/2019 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 800 manat məbləğində cərimə olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla, rəsmi qaydada xəbərdarlıq edilərək ona 10 gün vaxt verilməsinə baxmayaraq, cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2020-ci il tarixədək şəxsi maraqları naminə 20.000 ABŞ dolları məbləğində borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunu tələbkar Zərərçəkmiş şəxs ödəməməklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(010)-1902/2015 nömrəli qətnaməsinə əsasən 20.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunu Zərərçəkmiş şəxs xeyrinə ödəməli olsa da icra məmurunun qanuni tələblərinə məhəl qoymadığından Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində cərimə olunmuşdur. Lakin bundan sonra da daimi iş yeri olmadığından icra məmurunun qanuni tələblərinə əməl edə bilməmiş və 2020-ci ilin yanvar ayının 15-nə kimi 20.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində əsas borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunu Zərərçəkmiş şəxs ödəyə bilməmişdir. Hal-hazırda o, zərərçəkmiş şəxsə 2.000 manat ödəmiş qalan məbləği isə hissə-hissə olmaqla ödəyəcəyi barədə razılıq əldə etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx xxxx 2011-ci il tarixdə Təqsirləndirilən şəxs oğluna 24.000 ABŞ dolları məbləğində borc pul vermiş və bu barədə aralarında Bakı şəhəri 14 saylı notariat kontorunda borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Təqsirləndirilən şəxs həmin pulu xx xxxx 2012-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Lakin Təqsirləndirilən şəxs qeyd olunan müddət ərzində pulu qaytarmaqdan yayındığına görə 14 saylı notariat kontoru onun ərizəsinə əsasən icra qeydini icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. İcra qeydi icra şöbəsinə daxil olanadək borclu Təqsirləndirilən şəxs borcundan 4.000 ABŞ dolları məbləğində pulu ona qaytarmışdır. Bundan sonra uzun zaman keçməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs borclu olduğu 20.000 ABŞ dolları məbləğində pulu qaytarmaqdan yayındığına görə icra məmuru tərəfindən inzibati xəta protokolu tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkmə prosesi zamanı Təqsirləndirilən şəxs borcunu qısa müddət ərzində qaytaracağını bildirdiyinə görə aralarında razılıq əldə olunmuş, lakin bundan sonra uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs borclu qaldığı 20.000 ABŞ dolları məbləğində pulu qaytarmadığına görə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxx 2015-ci il tarixli, 2(010)-1902/2015 nömrəli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs oğlundan 20.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manatla) məbləğində əsas borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx xxxx 2015-ci il tarixdə icraya yönəldilsə də borclu Təqsirləndirilən şəxs həmin borcundan ödəniş etməişdir. Buna görə də Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 3(010)- 969/2019 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 800 manat məbləğində cərimə olunmuşdur. Buna baxmayaraq Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən qərəzli olaraq yayınmışdır. Hazırda Təqsirləndirilən şəxs ona 2.000 manat ödəniş etmiş, qalan borcun isə hissə-hissə ödənilməsi barədə öz aralarında razılığa gəlmişlər. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olmadığını və sonuncunun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid2 göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli, 2(010)-1902/2015 nömrəli icra sənədinə əsasən Təqsirləndirilən şəxs oğlundan 20.000 ABŞ dolları məbləğində kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsait alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Həmin icra sənədi 14 2015-ci il tarixdə şöbənin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir. İcra sənədinin könüllü icrası üçün borcluya verilmiş müddət başa çatdığından, yəni tələb könüllü müddətdə təmin edilmədiyindən borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin onda tələbin yönəldilə əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu qeydiyyatda olduğu ünvanda yaşamadığından xx xxx 2015-ci il tarixdə barəsində axtarış qərarı rəsmiləşdirilərək icra olunması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilmişdir. xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən borclu barəsində 8388/2015 nömrəli axtarış işi açılmışdır. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs verdiyi məlumatdan müəyyən olunmuşdur ki, borclu Təqsirləndirilən şəxs Türkiyə Respublikasında yaşayır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya məxsus +**********86 nömrə ilə əlaqə saxlanılıb onun Azərbaycan Respublikasına nə vaxt qayıdacağı, borcunu nə vaxt ödəyəcəyi soruşulduqda o, təyin olunmuş borcu ödəməyə maddi vəsaitinin olmadığını və ölkəyə nə vaxt qayıdacağı barədə dəqiq məlumatının olmadığını bildirmişdir. xx xxxxxxx 2015-ci il tarixdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasma dair təqdimatla Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin xx xxxxxx 2015-ci il tarixli, 8(010)- 2507/2015 saylı qərardadına əsasən Təqsirləndirilən şəxs oğlunun ölkədən getmək hüququ icra sənədi icra edilənədək məhdudlaşdırılmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə borclu icra şöbəsinə gəlmiş, ondan borcun hansı səbəbdən ödənilmədiyi barədə izahatı alınmışdır. Borclu izahatında heç bir yerdə işləmədiyini əsas gətirərək borcu ödəmədiyini bildirmiş və bu səbəbdən də xx xxxxxxxx 2019-cu il tarixdə borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli 3(010)-969/2019 saylı qərarına əsasən Təqsirləndirilən şəxs oğlu 800 manat məbləğində cərimə edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə borclu icra şöbəsinə dəvət olunmuş, ona icra sənədini icra etmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq olunmuş, lakin borclu Təqsirləndirilən şəxs oğlu müxtəlif bəhanələrlə məhkəmə qərarını icra etməkdən qərəzli olaraq yayınmışdır. İcra sənədinin icrasını təmin etmək məqəsdi ilə borclu Təqsirləndirilən şəxs oğlunun işlə təmin edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Məşqulluq Mərkəzinə müraciət olunmuş, xx xxxxxx 2019-cu il tarixdə mərkəzdən daxil olmuş **********0 nömrəli arayışda borclu ilə dəfələrlə əlaqə saxlanılıb mərkəzə dəvət olunmasına baxmayaraq onun mərkəzə gəlmədiyi qeyd edilmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs xx xxxxxxx 2019-cu il tarixdə müraciət edərək məhkəmə qərarını qərəzli icra etməyən borclu Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri tədbirlər görülməsini xahiş etmişdir. İcraat dövründə Təqsirləndirilən şəxs oğlunun verdiyi izahatlarından göründüyü kimi o, borcunu ödəməkdən boyun qaçırmış və qərarın icrasından yayınması ilə bağlı qanunla buna əsas verən üzrlü səbəblər göstərməmişdir. Bununla da borclu Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(010)-1902/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə xx xxxx 2015-ci il tarixdə verilmiş icra sənədinə əsasən 20.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manatla) məbləğində əsas borcıı və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitini təqdimat verilən günə kimi, yəni xx xxxxxx 2020-ci il tarixə kimi ödəməmiş və ödəməkdən imtina etmişdir. Şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid1 məhkəmədə şahid R.A.Maqsudovun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(010)-1902/2015 nömrəli qətnaməsindən və həmin qətnaməyə dair icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlundan 20.000 ABŞ dolları məbləğində kredit borcu və dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(010)-1902/2015 nömrəli qətnaməsinə dair icra sənədi xx xxxx 2015-ci il tarixdə verilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxx 2015-ci il tarixli qərarın surətindən görünür ki, xx xxxx 2015-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə daxil olmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(010)- 1902/2015 nömrəli icra vərəqəsi icraata götürülərək icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin xx xxxx 2015-ci il tarixli, xx/xx-9590- 14 nömrəli, xx xxxx 2017-ci il tarixli, 9590/17-18-1 və xx xxxxxxx 2019-cu il tarixli, 74593/19-18-11 nömrəli sorğularına xx xxxxxx 2015-ci il tarixli, xx xxxx 2017-ci il tarixli və xx xxxxxxx 2019-cu il tarixli cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan “xxxx” açıq səhmdar cəmiyyətinin Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin xx xxxx 2018-ci il tarixli, xx/xx-9590-14 nömrəli və xx xxxx 2017-ci il tarixli, 9590/17-18-11 nömrəli sorğularına xx xxxxxx 2015-ci il tarixli və xx xxxx 2017-ci il tarixli cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs adına heç bir bank hesabı yoxdur. İş materiallarında olan “xxxx” açıq səhmdar cəmiyyətinin Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli, 74593/19-18-11 nömrəli sorğusuna xx xxxxxxx 2019-cu il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixə qalığı 0.00 ABŞ dolları olan kart hesabı aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin xx xxxx 2015-ci il tarixli, xx/xx-9590-14 nömrəli və xx xxxx 2017-ci il tarixli, 9590/17-18-11 nömrəli sorğularına xx xxxxxxx 2015-ci il tarixli və xx xxxxxxxx 2017-ci il tarixli cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid2 xx xxxxxx 2015-ci il tarixli qərarından və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin xx xxxxxxxx 2015-ci il tarixli məktubundan görünür ki, icra tədbirləri nəticəsində faktiki yaşayış yerini müəyyən etmək mümkün olmadığından Təqsirləndirilən şəxs oğlunun barəsində axtarış elan edilmiş, qərarın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilmiş və xx xxxxxx 2015-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 8288/15 nömrəli axtarış işi açılmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 8(010)-2507/2015 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs oğlunun ölkədən getmək hüququ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2015ci il tarixli, 2(010)-1902/2015 nömrəli qətnaməsinə dair icra sənədi icra edilənədək məhdudlaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(010)-1902/2015 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 800 manat cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(010)-1902/2015 nömrəli icra sənədi üzrə borcunu ödəmək üçün Təqsirləndirilən şəxs bir daha 10 gün müddətinə vaxt verilmiş, borcunu ödəməkdən boyun qaçıracağı təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmiş, həmin xəbərdarlıq məktubunu Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə şəxsən imza etməklə qəbul etmişdir. İş materialalrında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli, 74593/19-18-11 nömrəli sorğusuna xx xxxxxx 2019-cu il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına elektron informasiya sistemində qüvvədə olan X6 mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “X6” altsistemində Təqsirləndirilən şəxs hal-hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli elektron arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu, X3 xx xxxx 2020-ci il tarixdə müddətli həqiqi xidmətə göndərilmişdir. İş materiallarında olan çağırış vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu, X5 xx xxxxxxx 2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. İş materiallarına əlavə edilmiş “president.az” saytından çıxarışlardan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 və xx xxxxxx 2020-ci il tarixli sərəncamları ilə X3 “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarında olan cinayət məsuliyyətinə cəlb olunma haqqında xx xxxxxx 2020ci il tarixli təqdimatdan görünür ki, barəsində cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimat verilənədək Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(010)-1902/2015 nömrəli icra sənədi üzrə borcu 20.000 ABŞ dolları təşkil etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(010)-1902/2015 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 800 manat məbləğində cərimə olunmasına, habelə borcunu ödəmək üçün təkrar olaraq ona 10 gün vaxt verilməsinə, həmin müddət ərzində icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçıracağı halda Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq icra sənədini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən həmin şöbənin rəhbərliyi vasitəsilə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə 2.000 manat məbləğində ödəniş etməsini, Təqsirləndirilən şəxs oğulları, X1 və X2 İİ Qarabağ müharibəsi (“Vətən müharibəsi”) iştirakçısı olmalarını, X1 “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.3 və 52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün onun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə cəzanı çəkdiyi müddəti ərzində Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(010)-1902/2015 nömrəli qətnaməsi üzrə borcunu tam ödəmək əlavə vəzifəsi qoyulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 24 (iyirmi dörd) iş saatı üçün 144 (yüz qırx dörd) manat, məhkəmədə göstərilmiş göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına müvafiq olaraq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğlunun üzərinə cəzanı çəkdiyi müddəti ərzində Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(010)-1902/2015 nömrəli qətnaməsi üzrə borcunu tam ödəmək əlavə vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlu üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 24 (iyirmi dörd) iş saatı üçün 144 (yüz qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, AZ41AİİB******************** (VÖEN**********)) hesablaşma hesabı üzərindən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili X4, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar