Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-30/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızının, təqsirləndirilən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızının müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bağırova (Qurbanova) Gülsura Məmməd qızının, xx xxxxxx 1986-cı il tarixdə Sabirabad rayonunun Yolçubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonunun Yolçubəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli kəndi, nömrəsiz evdə yaşamış, 06 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 sentyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 1(010)-234/2023 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həmin məhkəmənin 10 avqust 2023-cü il tarixli, 1(010)- 234/2023 nömrəli qərarı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, “ev dustaqlığı” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bağırova (Qurbanova) Gülsura Məmməd qızı satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,702 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroni əldə edib saxlamaqla daşımış və 06 sentyabr 2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-ninn əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 17:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən “Araz market” ərzaq mağazasının yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılıb üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd ədəd bükümdə təmiz çəkisi 0,702 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Bağırova (Qurbanova) Gülsura Məmməd qızı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki “kola” kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir. 04 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində üzdən tanıdığı şəxsə yaxınlaşaraq 20 manat ödəməklə şəffaf sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroin almışdır. Heroini münasib vaxta istifadə etməsi üçün əynində olan cins şalvarının cibinə qoymuşdur. 06 sentyabr 2022-ci il tarixdə 17 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən “Araz market” mağazasının yaxınlığında olarkən ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildiklərində o, üzərində narkotik vasitə saxladığından həyəcanlanmaya başlamışdır. Bundan sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etmə və daşımağında şübhəli olduğunu deyərək onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparmışlar. 30-cu PŞ-də xidməti otaqların birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin olunmuş vəkil ona təqdim olunmuşdur. O, təyin edilmiş vəkilə etirazı olmadığını bildirdikdən və üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etmədiyinə dair ərizə verdikdən sonra video çəkilişlə və onu saxlayan polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əvvəlcə təhqiqatçı üzərində hər hansı bir qanunsuz olaraq əldə etməklə saxladığı narkotik vasitə və ya digər əşya olduğu halda onu çıxarıb təqdim əsini təklif etmişdir. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümün içərisində olan kütlənin nə olması barədə soruşulduqa da, həmin kütlənin “kola” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsbəsində üzdən tanıdığı şəxsdən 20 manat ödəməklə şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş heroin təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri onun, eləcə də polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş narkotik vasitədən kimsəyə satmamış, əvəzli-əvəzsiz verməmişdir. Məhkəmə iclasında Bağırova (Qurbanova) Gülsura Məmməd qızı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, narkotik vasitələrindən tez-tez olmayaraq istifadə etdiyini, adətən hədiyyə kimi ona narkotik vasitələrini verdiyini, alanda isə 10 və yaxud 20 manat miqdarında həmin narkotik vasitəsini aldığını, birbaşa olaraq həmin narkotik vasitəsini almadığını, tanışlarının vasitəsi ilə aldığını, sonuncu dəfə tutulduğu zaman öz rəfiqəsinə görə tutulmuş olduğunu, belə ki, rəfiqəsinin münasibətdə olduğu oğlanın qardaşı onları polisə təhvil vermiş olduğunu, polis bölməsində ona təzyiq etdiklərinə görə məcbur olaraq həmin narkotik vasitəsini boynuna almalı olduğunu, həmin zaman üzərində heç bir narkotik vasitəsi olmadığını, tutulduğu zaman da himayəsində olan azyaşlı uşağının rəfiqəsinə verdiyini bildirmiş, sonda o, himayəsində azyaşlı uşağın olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq, ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis leytenantı xüsusi rütbəsi daşıyır. X1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 06 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:00 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, “Araz” ərzaq mağazasının yaxınlığında əlamətlərindən X3 bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də X4 olduğunu müəyyən etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılmasında və daşımasında şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını, ona görə də onlarla birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə getməli olduğunu bildirmişlər. 30-cu PŞ-nə getdikdən sonra xidməti otaqların birində Gülsura Bağırova (Qurbanova) Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçı, polis mayoru X5 tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra onların iştirakı ilə videoçəkilişlə Gülsura Bağırovanın (Qurbanovanın) üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Gülsura (Qurbanova) Bağırovaya üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Gülsura Bağırova (Qurbanova) əynində olan qara rəngli cins şalvarın sol yan cibindən içərisində qəhvəyi rəngli kütlə olduğu görünən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb, həmin bükümdə olan kütlənin “kola” adı ilə tanınan narkotik vasitə heroin olduğunu, iki gün əvvəl Bakı şəhəri, Suraxanı Zığ qəsəbəsində üzdən tanıdığı, ancaq adını və ünvanını bilmədiyi şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Gülsura Bağırovanın (Qurbanovanın) üzərindən aşkar edilmiş içərisindəki kütlənin narkotik vasitə olduğu güman edilən həmin bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Gülsura Bağırova (Qurbanova) saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin 21-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 06 sentyabr 2022-ci il tarixli protokolundan görünür ki, Bağırova (Qurbanova) Gülsura Məmməd qızı 06 sentyabr 2022-ci il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 73-74-cü vərəqində olan 08 sentyabr 2022-cü il tarixli təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə qərardan görünür ki, Bağırova (Qurbanova) Gülsura Məmməd qızı barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızı barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və o, müvəqqəti saxlama yerindən azad olunması, qərarın sürəti icra olunması üçün Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 76-77-ci vərəqlərində olan 08 sentyabr 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Bağırova (Qurbanova) Gülsura Məmməd qızı barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 32-33-cü vərəqlərində olan 06 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, Bağırova (Qurbanova) Gülsura Məmməd qızının üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış içirilmiş, əvvəlcə ondan üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Gülsura Bağırova (Qurbanova) əynində olan qara rəngli cins İvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmiş və ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, necə əldə etməsi barədə soruşulduqda, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün saxlanıldığı vaxtdan iki gün əvvəl 20 manata aldığını, istifadəçisi üçün üzərində saxlamaqla daşıdığını bildirmiş, həmin büküm bir ədəd zərfdə qoyularaq üzəri imzalarla təsdiq olunmuş və Azərbaycan Respublikası DİN-nin zərflər üçün 194 saylı möhürü ilə möhürlənmişdir. Cinayət işinin 40-44-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/4831 saylı 07 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “X4 üzərindən 01 ədəd büküm...” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,702 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heorindir. Cinayət işinin 100-101-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/4831 saylı 07 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “X4 üzərindən 01 ədəd büküm...” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,702 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heorindir. Cinayət işinin 81-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, əvvəlcə ondan üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bağırova (Qurbanova)Gülsura Məmməd qızı əynində elan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmiş və ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, necə əldə etməsi barədə soruşulduqda o, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün saxlanıldığı vaxtdan iki gün əvvəl 20 manata aldığını, istifadəçisi üçün üzərində saxlamaqla daşıdığını bildirmiş, həmin büküm bir ədəd zərfdə qoyularaq üzəri imzalarla təsdiq olunmuş və Azərbaycan Respublikası DİN-nin zərflər üçün 194 saylı möhürü ilə möhürlənmişdir. Cinayət işinin 90-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, X4 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızı barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Bağırova (Qurbanova) Gülsura Məmməd qızı 04 iyul 2023-cü il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qərarı ilə Müdafiəçi vəsatəti təmin edilmiş, Bağırova (Qurbanova) Gülsura Məmməd qızı barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızı barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 06 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Bağırova (Qurbanova) Gülsura Məmməd qızı 30 oktyabr 2023-cü il tarixdə Suraxanı RPİnin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən Təqsirləndirilən şəxs nikahının pozulması haqqında hər hansı məlumat aşkar olunmamışdır. Məhkəmə iclasında Bağırova (Qurbanova) Gülsura Məmməd qızının üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd ədəd bükümdə təmiz çəkisi 0,702 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızı tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızının üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,702 qram heroin təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Bağırova (Qurbanova) Gülsura Məmməd qızının cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızının əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızının ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü qismən təqsirli bilməsini müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə təqsirləndirilən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızı barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızının cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızının ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində azyaşlı uşağının olduğunu cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızının əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, Bağırova (Qurbanova) Gülsura Məmməd qızına cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Bağırova (Qurbanova) Gülsura Məmməd qızına Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Bağırova (Qurbanova) Gülsura Məmməd qızına azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bağırova (Qurbanova) Gülsura Məmməd qızının şübhəli şəxs qismində saxlanıldığı 06 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək 02 (iki) gün müddət, 04 iyul 2023-cü il tarixindən 10 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 06 (altı) gün müddət, 10 avqust 2023-cü il tarixindən 10 oktyabr 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 02 (iki) ay müddət, ümumilikdə 03 (üç) ay 08 (səkkiz) gün müddət cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli faktiki tutulduğu vaxtdan, yəni 30 oktyabr 2023-cü ildən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan təqsirləndirilən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızının üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Bağırova (Qurbanova) Gülsura Məmməd qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Bağırova (Qurbanova) Gülsura Məmməd qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızına məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Bağırova (Qurbanova) Gülsura Məmməd qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Bağırova (Qurbanova) Gülsura Məmməd qızının şübhəli şəxs qismində saxlanıldığı 06 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək 02 (iki) gün müddət, 04 iyul 2023-cü il tarixindən 10 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 06 (altı) gün müddət, 10 avqust 2023-cü il tarixindən 10 oktyabr 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 02 (iki) ay müddət, ümumilikdə 03 (üç) ay 08 (səkkiz) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 06 (altı) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Bağırova (Qurbanova) Gülsura Məmməd qızına ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli faktiki tutulduğu vaxtdan, yəni 30 oktyabr 2023-cü ildən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bağırova (Qurbanova) Gülsura Məmməd qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,652 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Bağırova (Qurbanova) Gülsura Məmməd qızının üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 88 (səksən səkkiz) manat Bağırova (Qurbanova) Gülsura Məmməd qızından tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs Bağırova (Qurbanova) Gülsura Məmməd qızının hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-30/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-30/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver