Məhkəmə qərarları › İş №1(010)-300/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-300/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-300/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 01 – 03 iyun 2021-ci il tarixləri üzrə tutulmuş, 03 iyun 2021-ci ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Cəfərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Cəfərov Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,272 qram təşkil edən narkotik vasitə heroin əldə edib, əynindəki şalvarın arxa sağ cibində saxlamaqla daşımış və 01 iyun 2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 11 saylı evin qarşısında saxlanılıb Suraxanı RPİnin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan qara rəngli şalvarın arxa sağ cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 0,272 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Cəfərov Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən beş ildir ki, narkotik vasitə heroindən istifadə edir. 31 may 2021-ci ildə axşam saatlarında Bakı şəhəri ,Suraxanı rayonu, Bülbülə qəsəbəsində Aslan adlı şəxsdən şəxsi istifadəsi üçün beş manat dəyərində bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroin alaraq münasib vaxtda istifadə etməsi üçün üzərində saxlamışdır. 01 iyun 2021-ci ildə saat 13 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında olarkən ona mülki geyimdə olan şəxslər yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu Bakı şəhəri Suraxanı RPİ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Suraxanı RPİ-nə getmiş, orada xidməti otaqların birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Sonra videoçəkilişlə polis əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış keçirildi. Təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqda, əynində olan qara rəngli şalvarın arxa sağ cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş narkotik vasitəni çıxırıb təqdim etmişdir. Təqdim etdiyi bükümə baxış keçirilərək kağızın içərisindəkinin nə olduğu soruşulduqda, bildirmişdir ki, bu narkotik vasitə olan heroindir. Bundan sonra üzərinə polis əməkdaşı tərəfindən axtarış keçirilmiş və hər hansı başqa qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar olunan narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 01 iyun 2021-ci il tarixdə Cəfərov Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu, bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan, Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin rəisi X2 və NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradıldı, həmin gün saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 11 saylı evin qarşısında xarici əlamətlərindən Cəfərov Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etdilər və narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Təqsirləndirilən şəxs Cəfərovu Bakı şəhəri Suraxanı RPİ-nə dəvət etdilər. O, da razı olaraq onlarla birlikdə Polis İdarəsinə gəldi. Polis İdarəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs Cəfərovun üzərində şəxsi axtarış həyata keçirildi. İlk öncə Təqsirləndirilən şəxs Cəfərova üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə onu könüllü olaraq təqdim etməsi təklif olundu, o, əynində olan qara rəngli şalvarının arxa sağ cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs Cəfərovdan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda o, təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini 31 may 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində Aslan adı ilə tanıdığı şəxsdən beş manata alaraq özü istifadə etməsi üçün üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs Cəfərovdan aşkar edilən bir ədəd büküm götürülərək qablaşdırıldı, sonra onun üzərində şəxsi axtarış davam etdirildi, lakin qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Bu barədə protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalandı. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 01 iyun 2021-cı il tarixli 6/2202 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Cəfərov Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,272 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir”. 03 iyul 2021-ci il tarixli 2149 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Cəfərov Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan aşlılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxs Cəfərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Cəfərov Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən Cəfərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Cəfərov Təqsirləndirilən şəxs öz cinayətini etiraf etdiyini və peşman olduğunu, üç nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Cəfərov Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Cəfərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Cəfərov Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Cəfərov Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,222 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Cəfərov Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Cəfərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəfərov Təqsirləndirilən şəxs 01 – 03 iyun 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəfərov Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəfərov Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Cəfərov Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Cəfərov Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,222 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Cəfərov Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar