Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-301/2023 15.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1991-ci ildə Ağcabədi rayonu, Rəncbərlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Rəncbərlər kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 06 – 08 dekabr 2022-ci il tarixləri üzrə tutulmuş, 08 dekabr 2022-ci ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 01 ədəd keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda 1956-cı ildə istehsal olunmuş 104614 №-li, 5,6 mm kalibrli, «TOZ-8» modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu silahı əldə edib, daşımaqla idarə etdiyi «Shacman» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində daşımaqla saxlamış və 06 dekabr 2022-ci il tarixdə saat 17:00-da Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal rayonunun kənarında yerləşən “Terminal” kafesinin həyətində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30cu polis şöbəsinin inzibati binasına gətirilərək, orada video çəkiliş vasitəsilə idarə etdiyi “Shacman” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış zamanı həmin avtomobilin kabina hissəsindən 01 ədəd keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda 1956-cı ildə istehsal olunmuş 104614 №-li, 5,6 mm kalibrli, «TOZ-8» modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu silah aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir müddətdir ki, «Shacman» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını etibarnamə ilə idarə edir. Qaradağ rayonunda yerləşən daş karxanasından daş alaraq yaşadığı Ağcabədi rayonu, Rəcbəlilər kəndində sataraq ailəsini dolandırır. Bir gün yük avtomaşınına daş yükləyib hərəkət edərkən yolun kənarında parçaya bükülmüş nəyinsə olduğunu görmüşdür. O, avtomobili saxlayıb həmin bükümə yaxınlaşmış və baxdıqda içərisində qundağı qəhvəyi rəngli silaha oxşar predmet görmüş və həmin predmeti avtomaşınına qoymuşdur. 04 dekabr 2022-ci il tarixdə idarə etdiyi «Shacman» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaradağ rayonunda yerləşən daş karxanasından daş yükləyib Ağcabədi rayonuna yola düşmüşdür. Həmin gün saat 17:00 radələrində “Sənqəçal” terminalında yerləşən kafenin həyətində polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun qanunsuz olaraq odlu silah əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirərək Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirmişlər. 30-cu polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmiş, hüquq və vəzifələri izah olunmuş, hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, da əynində olan göy rəngli cins şalvarının sol cibindən bir ədəd “Kent 4” markalı siqaret qutusunu içindəki bir ədəd siqaret dənəsi ilə birlikdə və bir ədəd qırmızı rəngli yandırıcını çıxararaq təqdim etmişdir. Həmin əşyalara baxış keçirdikdən sonra ona geri qaytarılmışdır. Daha sonra sorğu-sual zamanı idarə etdiyi yük avtomobilində silah olduğunu və onu təqdim edə biləcəyini qeyd etmişdir. Ondan idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş, o da etirazının olmadığını bildirib ərizəni imzalamışdır. Bundan sonra video çəkiliş aparılmaqla idarə etdiyi «Shacman» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı ona idarə etdiyi avtomobildə qanunsuz hər hansı bir əşya və ya maddə varsa çıxarıb təqdim etməyi təklif olunmuşdur. O, da idarə etdiyi yük avtomobilinin sürücü tərəfdən sol qapısını açaraq sürücü oturacağının arxasında saxladığı bir ədəd əskiyə sarılmış silahı çıxararaq təqdim etmişdir. Həmin silaha baxış keçirilərək, silah götürülmüş və qablaşdırılmışdır. Həmin silahı haradan və hansı məqsədlə, nə vaxt əldə etməyi barədə soruşulmuş, o da həmin silahı yolun kənarından tapdığını bildirmişdir. Daha sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30cu polis şöbəsinin cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, Ağcabədi rayonu, Rəncbərlər kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və saxlaması barədə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs Haqvedi oğlunun cinayət başında ifşa etmək məqsədi ilə 06 dekabr 2022-ci il tarixdə ondan və Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 dekabr 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal rayonunun kənarında yerləşən “Terminal” kafesinin həyətində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini bildirmişlər. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs birlikdə idarə etdiyi «Shacman» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə gəlmiş və şöbənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs ərizə verərək üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan göy rəngli cins şalvarının sol cibindən 1 ədəd içərisində siqaret və bir ədəd qırmızı yandırıcı olan «Kent 4» markalı siqaret qutusunu təqdim edib idarə etdiyi «Shacman» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində bir ədəd odlu silah tüfəng olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Shacman» markalı **-UA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin kabina hissəsindən 01 ədəd parçaya bükülmüş odlu silah tüfəngə bənzər predmeti təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs «Shacman» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən aşkar olunmuş odlu silah tüfəngə oxşar predmeti 4 gün əvvəl tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd odlu silah tüfəngə bənzər predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən qablaşdırılıb Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhür ilə möhürlənərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi «Shacman» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar idarəsinin xx.xx.2022-ci il tarixli 22/733R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd 104614 №-li silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1956-cı ildə istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli ov tüfəngidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi barədə əlavə məlumat veriləcəkdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Shacman” markalı ** UA *** dövlət qeydiyyat nişanlı yük avtomobilində aşkar olunaraq götürülmüş 01 ədəd keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1956-cı ildə istehsal olunmuş 104614 nömrəli, 5,6 mm kalibrli, TOZ-8 modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu silah sübut kimi Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağı vardır: 03 sentyabr 2015-ci il təvəllüdlü X2 və 22 dekabr 2016-cı il təvəllüdlü X1. İş materiallarında olan vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2713 nömrəli sərəncamı ilə “Zəngilanın azad olunmasına görə”; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2715 nömrəli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin arayışından görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, İİ-ci Qarabağ Müharibəsinin iştirakçısı olmasını və medallarla təltif olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 06 dekabr – 08 dekabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin sübutların saxlanc yerində saxlanılan 01 ədəd keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1956-cı ildə istehsal olunmuş 104614 nömrəli, 5,6 mm kalibrli, TOZ-8 modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu silah Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 dekabr – 08 dekabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin sübutların saxlanc yerində saxlanılan 01 ədəd keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1956-cı ildə istehsal olunmuş 104614 nömrəli, 5,6 mm kalibrli, TOZ-8 modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu silah Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 16 (on altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 96 (doxsan altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-301/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-301/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver