Məhkəmə qərarları › İş №1(010)-302/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-302/2022

16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-302/2022 16.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1980-cı ildə Gürcüstan Respublikasında anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 6, ev 6 B-də qeydiyyatda olan və yaşayan, barəsində 25 may 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan 12 iyun 2020-ci il tarixdən başlayaraq 26 may 2007-ci il tarixdə anadan olmuş X4 və 12 noyabr 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 170,00 manat, ümumilikdə cəmi 340,00 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(010)-2879/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 3(010)-345/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etməməsi üçün ona 17 sentyabr 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 01 noyabr 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 3540,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, qeyri-rəsmi olaraq Bakı şəhəri, Səbail rayonunun ərazisində yerləşən “Daşınmaz Əmlak üzrə Agentlikdə” vasitəçi kimi fəaliyyət göstərərək aylıq gəliri orta hesabla 500,00 manat müqabilində təşkil edir. 2006-cı ilin iyul ayının 6-da Əfəndiyeva (Əliyeva) Xatirə Şahnəzər qızı ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və onların nikahları 2010-cu il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində 26 may 2007-ci il tarixdə Vüqar adlı bir oğlan və 12 noyabr 2009-cu il tarixdə Şəbinə adlı bir qız övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2020-ci ilin yay aylarında ayrılmaq qərarına gəlmişlər. Həmin ərəfələrdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ondan boşanmağa görə və uşaqların saxlanılmasından ötrü aliment pulunun alınmasından üçün aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 12 iyun 2020-ci il tarixdən başlayaraq 26 may 2007-ci il təvəllüdlü oğlu Vüqar Əfəndiyevin və 12 noyabr 2009-cu il təvəllüdlü qızı Şəbinə Əfəndiyevanın yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində hər bir uşağa görə hər ay 170,00 manat, ümumilikdə cəmi 340,00 manat məbləğində ali mentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 17 avqust 2020-ci il tarixli, 2(010)-2879/2020 saylı qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmiş və həmin qurumdan icra məmuru tərəfindən qeyd edilən məbləğdə alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. Qeyd edilən rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi onun tərəfindən icra olunmadığından icra məmuru tərəfindən inzibati məsuliyyətə cəlb olunmağı haqqında protokol tərtib edilərək baxılmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və həmin rayon məhkəməsinin 26 may 2021-ci il tarixli, 3(010)- 345/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. O, alimentə görə 01 noyabr 2021-ci il tarixədək borclu olduğu 3540, 00 manat məbləğində puldan 170,00 manat ödəniş etdiyini və 3370,00 manat borcu qaldığını, aliment borcunu tam olaraq ödəməməsinə səbəb keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs uşaqları ilə ona görüşə icazə vermədiyi üçün ödəniş etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2006-cı ilin iyul ayının 6-da Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və onların nikahları 2010-cu il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində 26 may 2007-ci il tarixdə Vüqar adlı bir oğlan və 12 noyabr 2009-cu il tarixdə Şəbinə adlı bir qız övladları dünyaya gəlmişdir. 2019-cu ilin yay aylarında keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında olan nikah münasibətləri qeyri-rəsmi olaraq pozularaq ayrılmışlar. Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs övladlarının saxlanmasından ötrü ona maddi cəhətdən köməklik göstərmədiyinə görə və övladlarını tək başına saxlaya bilmədiyi üçün məcburiyyət qarşısında qalaraq 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs boşanmağa görə və aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 12 iyun 2020-cı il tarixdən başlayaraq 26 may 2007-ci il təvəllüdlü X4 və 12 noyabr 2009cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər bir uşağa görə hər ay 170,00 manat, ümumilikdə cəmi 340,00 manat sabit pul məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair 17 avqust 2020-ci il tarixli, 2(010)-2879/2020 saylı qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon İca Şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə borcluya rəsmi qaydada bildiriş təqdim edilmişdir. İcra məmuru tərəfindən rəsmi bildiriş təqdim edilməsinə baxmayaraq keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığından icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında protokol tərtib etmiş və baxılmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmiş və qeyd edilən rayon məhkəməsinin 26 may 2021-ci il tarixli, 3(010)-345/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. Lakin qeyd olunanlara baxmayaraq Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. O, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs uzun illərdir ki, yaşadığı Bakı şəhərində fərdi olaraq ev alqı- satqısı işləri ilə məşğul olaraq qazanc əldə etdiyini, rəsmi nikahlarından dünyaya gəlmiş doğma övladlarının saxlanılması üçün alimentə görə borclu olduğu məbləği tam olaraq ödəməyə maddi imkanın olduğunu baxmayaraq 1800,00 manat məbləğində ödəniş etdiyini və 01 noyabr 2021-ci il tarixədək 3540,00 manat məbləğində borcu qaldığını bildirərək qeyd edilən məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 17 avqust 2020-ci il tarixli, 2(010)- 2879/2020 nömrəli icra sənədinə əsasən birgə nikahdan anadan olmuş 26 may 2007-ci il təvəllüdlü X5 və 12 noyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 12 iyun 2020-ci tarixdən hesablanaraq hər iki uşağa görə hər ay cəmi 340,00 manat aliment borclu Təqsirləndirilən şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunan icra sənədi 12 oktyabr 2020-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə daxil olmuş, qanuna müvafiq qaydada icraya yönəldilmiş və müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında qərar və bildiriş borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icra hərəkətlərinin aparılması üçün icra şöbəsinə rəsmi qaydada çağırılsa da o, gəlməmişdir. 26 may 2021-ci il tarixində borclunun izahatı alınmış, ona hüquq və vəzifələri izah edilmiş, lakin borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbinə tabe olmamasına və tələbi icra etməməsinə görə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Borclu ona xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin məlum qətnaməsini icra etməmişdir. 07 iyul 2021-ci il tarixdən etibarən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs tərəfindən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(010)-2879/2020 nömrəli icra sənədinə əsasən cəmi 1800,00 manat məbləğində ödəniş olunmuş və 01 noyabr 2021-ci il tarixə kimi 3540,00 manat aliment borcu yaranmışdır. İş üzrə tələbkar Zərərçəkmiş şəxs şöbəyə ərizə ilə müraciət edərək, borclu Təqsirləndirilən şəxs ona alimentə görə borcunun olmasını, qərəzli mövqe nümayiş etdirdiyini bildirərək borclunun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün 01 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı Şəhəri Suraxanı Rayon icra Şöbəsinin böyük icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin 66-cı vərəqində olan cinayət işi üzrə Təqsirləndirilən şəxs qeyri-rəsmi olaraq Bakı şəhəri, Səbail rayonunun ərazisində yerləşən “Daşınmaz Əmlak üzrə Agentlikdə” vasitəçi kimi fəaliyyət göstərərək aylıq gəliri orta hesabla 500,00 manat müqabilində təşkil etdiyi halda icra tələbini tam şəkildə ödəməyə maddi imkanının olmasına baxmayaraq cinayət işi üzrə Zərərçəkmiş şəxs Şahnəzər qızına məhkəmə qətnaməsi üzrə borclu olduğu 3540,00 manat puldan 170,00 manat məbləğində ödəniş etmişdir. Cinayət işini 84-86-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİl-dən daxil olmuş 11 aprel 2022- ci il tarixli, 012-5244-1222 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Cinayət işinin 103-104-cü vərəqində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 may 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 14 iyul 2022-ci il tarixli qəbzə əsasən, aliment ödənişi olaraq 1700 manat Zərərçəkmiş şəxs ödənilmişdir. Məhkəmə iclasında təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli qəbzə əsasən, aliment ödənişi olaraq 1600 manat Zərərçəkmiş şəxs ödənilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs cinayət predmeti olan 3500 manat məbləğinə borcun ödənildiyinə görə cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə və digər sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 306.1 -ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqında müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(010)-2879/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsini tam icra etmiş və həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə yaranmış borcunu zərərçəkmiş şəxsə tam ödəmişdir. Bu, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəməyə ünvanlanmış ərizələrində də öz əksini tapmışdır. Buna əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokuro43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(010)-2879/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsini tam icra etməsini, həmçinin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin həmin qətnaməyə əsasən yaranmış borcunun ödənilməsinə dair məhkəməyə ünvanlanmış ərizələrini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli, onun CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 40.3, 43.1.2-cü maddələrinə əsasən xitam verilməli və təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 ( bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 39, 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə həmin maddənin qeyd hissəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar