Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-302/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X26 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2002-ci il tarixdə Ağstafa rayonu, Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Köçvəlili kəndində qeydiyyatda olan, 01 fevral 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 fevral 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 05 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 fevral 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 29, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixə keçən gecə saat 01:30 radələrində Bakı şəhərində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədi ilə hərəkət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Teymur Yaqubov küçəsində yerləşən, Zərərçəkmiş şəxs1 icarə haqqında razılaşma ilə işlətdiyi mağazaya yaxınlaşıb, mağazanın işləmədiyi gecə saatlarında mühafizə olunmaması və ətrafda onu görə biləcək şəxslərin olmamasından istifadə edərək girişin qıfılını qabaqcadan hazırlayıb üstündə saxladığı dəmir armatur parçasından istifadə etməklə sındırıb, metal jalüzü yarımçıq qaldırandan sonra giriş qapısını açandan sonra qanunsuz olaraq mağazaya daxil olmuş və orada masanın altına yığılmış siqaretlərdən - bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 21,60 manat olan 8 qutu “Magna White” markalı siqareti; bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 27,00 manat olan 10 qutu “Magna Silver” markalı siqareti; bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 32,40 manat olan 12 qutu “X31” markalı siqareti; bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 27,00 manat olan 10 qutu “Viseroy Silver” markalı siqareti; bir qutusunun qiyməti 2,80 manat, ümumi qiyməti 25,20 manat olan 9 qutu “Want Nano” markalı siqareti; bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 32,40 manat olan 12 qutu “Magna Black” markalı siqareti; bir qutusunun qiyməti 2,80 manat, ümumi qiyməti 16,80 manat olan 6 qutu “X34” markalı siqareti; bir qutusunun qiyməti 4,20 manat, ümumi qiyməti 42,00 manat olan 10 qutu “Kent Nano№4” markalı siqareti; bir qutusunun qiyməti 2,90 manat, ümumi qiyməti 23,20 manat olan 8 qutu “Classik İmperial” markalı siqareti; bir qutusunun qiyməti 2,90 manat, ümumi qiyməti 29,00 manat olan 10 qutu “X15” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 35,20 manat olan 11 qutu “Winchester Silver” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 32,00 manat olan 10 qutu “X18” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 32,00 manat olan 10 qutu “X13” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 32,00 manat olan 10 qutu “X35” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 32,00 manat olan 10 qutu “X33” markalı siqareti; bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 27,00 manat olan 10 qutu “Keno Royal” markalı siqareti; bir qutusunun qiyməti 4,70 manat, ümumi qiyməti 47,00 manat olan 10 qutu “X27” markalı siqareti; bir qutusunun qiyməti 4,70 manat, ümumi qiyməti 28,80 manat olan 6 qutu “Sobranie White” markalı siqareti; bir qutusunun qiyməti 4,70 manat, ümumi qiyməti 47,00 manat olan 10 qutu “Sobranie Caster” markalı siqareti; bir qutusunun qiyməti 4,70 manat, ümumi qiyməti 18,80 manat olan 4 qutu göy qalın “Sobranie” markalı siqareti; bir qutusunun qiyməti 4,70 manat, ümumi qiyməti 28,80 manat olan 6 qutu “Sobranie Blue” markalı siqareti; bir qutusunun qiyməti 3,70 manat, ümumi qiyməti 37,00 manat olan 10 qutu “LD Club” markalı siqareti; bir qutusunun qiyməti 3,60 manat, ümumi qiyməti 14,40 manat olan 4 qutu “LD Compakt Caster” markalı siqareti; bir qutusunun qiyməti 3,60 manat, ümumi qiyməti 21,60 manat olan 6 qutu ağ “LD Compakt” markalı siqareti; bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 16,20 manat olan 6 qutu “Prima Deluxe” markalı siqareti; bir qutusunun qiyməti 3,00 manat, ümumi qiyməti 24,00 manat olan 8 qutu “West Silver” markalı siqareti; bir qutusunun qiyməti 4,20 manat, ümumi qiyməti 21,00 manat olan 5 qutu “Davidoff Silver” markalı siqareti; bir qutusunun qiyməti 4,20 manat, ümumi qiyməti 29,40 manat olan 7 qutu “Winstone Xstyle” markalı siqareti; bir qutusunun qiyməti 4,20 manat, ümumi qiyməti 16,80 manat olan 4 qutu “Winstone Silver” markalı siqareti; bir qutusunun qiyməti 4,20 manat, ümumi qiyməti 21,00 manat olan 5 qutu “Winstone Caster” markalı siqareti; bir qutusunun qiyməti 4,20 manat, ümumi qiyməti 42,00 manat olan 10 qutu “Kent Nano№1” markalı siqareti; bir qutusunun qiyməti 4,20 manat, ümumi qiyməti 16,80 manat olan 4 qutu “Kent Nano№8” markalı siqareti; bir qutusunun qiyməti 3,60 manat, ümumi qiyməti 36,00 manat olan 10 qutu “Davidoff Silver” markalı siqareti; bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 10,80 manat olan 4 qutu ağ “Keno Nano” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 32,00 manat olan 10 qutu “X29” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 19,20 manat olan 6 qutu “X20” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 32,00 manat olan 10 qutu “Rothmanse Mentol” markalı siqareti; bir qutusunun qiyməti 4,70 manat, ümumi qiyməti 37,60 manat olan 8 qutu “X21” markalı siqareti; bir qutusunun qiyməti 2,80 manat, ümumi qiyməti 28,00 manat olan 10 qutu “Want Line X Gold” markalı siqareti; bir qutusunun qiyməti 4,70 manat, ümumi qiyməti 47,00 manat olan 10 qutu qara nazik “Sobranie” markalı siqareti; bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 16,20 manat olan 6 qutu “Vegas Silver” markalı siqareti; bir qutusunun qiyməti 3,60 manat, ümumi qiyməti 18,00 manat olan 5 qutu “Kardinal Caster” markalı siqareti; bir qutusunun qiyməti 4,70 manat, ümumi qiyməti 28,20 manat olan 6 qutu ağ qalın “Sobranie” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 32,20 manat olan 10 qutu “X19” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 28,80 manat olan 9 qutu “Winchester Silver” markalı siqareti - Zərərçəkmiş şəxs1 məxsus ümumi qiyməti 1,265 (bir min iki yüz altmış beş) manat olan siqaretləri götürüb, gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, o, 04 fevral 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhərində təkrarən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədi ilə hərəkət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən, Zərərçəkmiş şəxs2 icarə haqqında razılaşma ilə işlətdiyi “Yuska Telekom” adlı mağazaya yaxınlaşıb, mağazanın işləmədiyi gecə saatlarında mühafizə olunmaması və ətrafda onu görə biləcək şəxslərin olmamasından istifadə edərək, giriş qapısını sındırmaqla qanunsuz olaraq mağazaya daxil olduqdan sonra oradan - qiyməti 17 manat olan 1 ədəd “İ 12” markalı, bir ədədinin qiyməti 30 manat, ümumi qiyməti 120 manat olan 4 ədəd “Hoco” markalı, qiyməti 40 manat olan bir ədəd “Hoco” markalı, bir ədədinin qiyməti 12 manat, ümumi qiyməti 36 manat olan 3 ədəd “Hoco” markalı, bir ədədinin qiyməti 6 manat, ümumi qiyməti 42 manat olan 7 ədəd “Hoco” markalı, bir ədədinin qiyməti 30 manat, ümumi qiyməti 90 manat olan 3 ədəd “Barafon” markalı, bir ədədinin qiyməti 25 manat, ümumi qiyməti 50 manat olan 2 ədəd “LY 80” markalı, bir ədədinin qiyməti 30 manat, ümumi qiyməti 90 manat olan 3 ədəd “Crystal” markalı, bir ədədinin qiyməti 35 manat, ümumi qiyməti 140 manat olan 4 ədəd “Crystal” markalı, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 30 manat olan 10 ədəd “S7” markalı mobil telefonlar üçün qulaqcıqları; qiyməti 45 manat olan 1 ədəd “Hoco” markalı, qiyməti 33 manat olan 1 ədəd “Hoco” markalı səs kolonkalarını; qiyməti 35 manat olan 1 ədəd “Hoco” markalı, qiyməti 45 manat olan 1 ədəd “İphone” markalı mobil telefonlar üçün enerji batareyalarını; bir ədədinin qiyməti 15 manat, ümumi qiyməti 75 manat olan 5 ədəd “Hoco” markalı cərəyan adapterlərini; qiyməti 300 manat olan 1 ədəd 64 GB yaddaşlı “Samsung A50” markalı, qiyməti 600 manat olan 1 ədəd 128 GB yaddaşlı “Samsunq A52” markalı mobil telefonları; bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 20 manat olan 2 ədəd 4 GB yaddaşlı, bir ədədinin qiyməti 15 manat, ümumi qiyməti 30 manat olan 2 ədəd əlavə yaddaş kartlarını; bir ədədinin qiyməti 20 manat, ümumi qiyməti 40 manat olan 2 ədəd “İphone” markalı, bir ədədinin qiyməti 14 manat, ümumi qiyməti 56 manat olan 4 ədəd “Celebrat” markalı, bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 20 manat olan 2 ədəd “Hoco” markalı, bir ədədinin qiyməti 8 manat, ümumi qiyməti 40 manat olan 5 ədəd “Aspor” markalı qulaqcıqları; bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 20 manat olan “Hoco” markalı, bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 40 manat olan “Barafone” markalı, bir ədədinin qiyməti 32 manat, ümumi qiyməti 96 manat olan 3 ədəd saat üçün cərəyan adapterini - Zərərçəkmiş şəxs2 məxsus ümumi qiyməti 2.150 (iki min yüz əlli) manat olan malları götürüb, gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, o, 05 fevral 2024-cü il tarixə keçən gecə saat 00:30 radələrində Bakı şəhərində təkrarən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədi ilə hərəkət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində yerləşən, Zərərçəkmiş şəxs3 icarə haqqında razılaşma ilə işlətdiyi “Fantastik Parfum” adlı ətriyyat mağazasına yaxınlaşıb, mağazanın işləmədiyi gecə saatlarında ətrafda onu görə biləcək şəxslərin olmamasından istifadə edərək, giriş qapısının qıfılını sındırıb açmaqla qanunsuz olaraq köşkə daxil olub orada bir çantada saxlanılan, Zərərçəkmiş şəxs3 hər növündən olanın qiyməti 25 manat, ümumi qiyməti 500 manat olan, 72 ədəd flakona bölünərək satış üçün hazırlanmış 20 adda - «Moleykul», «Aventus», «Saspiro Erbapura», «Saspiro Aksento», «Tiziyana Qumin», «Krike», «A Banderos», «Eklat Sport», «Tom Fort», «Qucci», «Hermess», «Şanel Eqois», «Şanel Sport», «Lakosta», «Evkada», «Meqamar», «212 Men», «Qredd Silver», «Jasmin» və «Montale» markalı ətirləri götürüb, gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, o, 05 fevral 2024-cü il tarixə keçən gecə saat 02 radələrində Bakı şəhərində təkrarən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədi ilə hərəkət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qum adası ərazisində yerləşən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus "xxxx" mağazasına yaxınlaşıb, mağazanın işləmədiyi gecə saatlarında ətrafda onu görə biləcək şəxslərin olmamasından istifadə edərək mağazadan 500 (beş yüz) manatlıq pul və ərzaq malları oğurlamaq məqsədi ilə, özündə olan dəmir alətlə mağazanın qapısının kilidini sındıraraq, qanunsuz olaraq mağazaya daxil olanda avtomatik mühafizə sisteminin siqnalizasiyasının səsli siqnalının işə düşməsini görüb, hərəkətlərindən xəbərdar olunacaqları və tutulub ifşa oluna biləcəyindən qorxaraq oradan uzaqlaşmış, bununla da biləvasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli, özünün iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamaqla oğurluğa cəhd etmişdir. Bundan başqa, o, 05 fevral 2024-cü il tarixə keçən gecə saat 02:50 radələrində Bakı şəhərində təkrarən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədi ilə hərəkət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən, Elgun Sardarovun (Zərərçəkmiş şəxs4) icarə haqqında razılaşma ilə işlətdiyi “Kiosk” adlı ticarət köşkünə yaxınlaşıb, köşkün işləmədiyi gecə saatlarında ətrafda onu görə biləcək şəxslərin olmamasından istifadə edərək, giriş qapısının qıfılını sındırıb açmaqla qanunsuz olaraq köşkə daxil olub orada Elgun Sardarova məxsus 1.000 (min) manat pulu kassadan götürüb, gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət işsiz qaldığına və dolanışıq üçün başqa gəliri olmadığına görə 2024-cü ilin yanvar-fevral aylarında oğurluqlar etmişdir. Belə ki, 31 yanvar 2024-cü il tarixdə saat 01 radələrində gecə vaxtı oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxıb Bakı şəhəri, Biləcəri qəsəbəsini gəzməyə başlamışdır. Həmin gecə saat 01:30 radələrində Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsində yerləşən marketin qarşısından keçəndə oradan oğurluq etməyi qərara almışdır. Marketin giriş qapısının üzərini bağlayan dəmir jalüzün üstündəki asma qıfılı əvvəlcədən özü ilə götürdüyü armatur parçası ilə qırıb, jalüzü qaldırmış və giriş qapısının açıq olduğunu görmüşdür. Açıq qapıdan marketə daxil olmuş və mobil telefonun fənəri ilə ətrafı işıqlandırıb marketi gözdən keçirtmişdir. Sonra isə satıcı masasına yaxınlaşmış və masanın alt hissəsində olan rəfin üzərində müxtəlif markalı siqaret qutularını görüb siqaretləri oğurlamaq qərarına gəlmişdir. Elə orada marketdən böyük bir sellofan torba tapıb siqaret qutularının çox hissəsini oğurlayıb göy rəngli torbaya yığmış, oğurladığının sayını bilməmiş, amma ittihamda göstərilən miqdara etirazı yoxdur. Sonra isə girdiyi qaydada da marketdən çıxmış və yaşadığı ünvana gedərək siqaret qutularını orada gizlətmişdir. Qıfılı sındırdığı armatur parçasını evə gedərkən zibil qutularından birinin yanına atmışdır. 31 yanvar 2024-cü il tarixdə siqaret qutularının hamısını götürüb Azadlıq metrosunun yanına apararaq tanımadığı şəxslərə ucuz qiymətə satmağa başlamış, alıcılar siqaretlərin oğurluq mal olduğunu bilməmişlər. Satdığı siqaretlərdən 94 manat pul əldə etmişdir. Həmin pula özünə bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli cins şalvar və bir ədəd qara rəngli boğazlı sviter almışdır. Siqaret qutularının bir hissəsini isə hələ satıb qurtara bilməmişdir ki, həmin vaxt bir nəfər polis əməkdaşı ona yaxınlaşıb siqaret qutularını nəyə görə ucuz qiymətə satdığını soruşmuşdur. O, polis əməkdaşının sualları qarşısında başqa çıxış yolu olmadığından siqaret qutularını oğurladığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşı onu oğurladığı siqaretlərlə birlikdə Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə aparmış, oradan isə siqaretlərin haradan oğurladığını dəqiqləşdirib 6-cı Polis Bölməsinə aparıb təhvil vermişlər. Oğurladığı siqaretlərdən satılmayıb qalan hissəsini polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə protokol tərtib olunmuş və protokolu oxuyub doğru olduğu üçün imza etmişdir. Binəqədi RPİ-nin İstintaq şöbəsində onun oğurluq etməsi barədə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi açılmış və 03 fevral 2024-cü il tarixdə ona CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilərək barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Binəqədi Rayon Polis İdarəsindən buraxılandan sonra yenə də oğurluq etməklə dolanışıq üçün qazanc əldə etmək qərarına gəlmiş və bu məqsədlə 04 fevral 2024-cü il tarixdə saat 22-23 radələrində Hövsan qəsəbəsi ərazisində xalasıgilə qonaq getmək istədiyi zaman Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən “Yuska Telekom” adlı mobil telefon mağazasının yanından keçərkən mağazanın işıqlarının yanmadığını görmüş və oğurluq etmək qərarına gəlmişdir. Həmin dükana yaxınlaşıb orada adam olmadığına və bağlı olduğuna əmin olduqdan sonra təpiklə dükanın qapısına vurub açmış, qapı açılmışdır. Dükana daxil olub orada olan masanın üzərindən iki ədəd mobil telefonları, vitrində olan müxtəlif mobil telefon aksesuarlarını oğurlayaraq belində olan çantaya yığmış və oradan çıxıb uzaqlaşmışdır. Həmin gecə Hövsan qəsəbəsi ərazisində gəzərkən, gecə yarını keçəndən sonra artıq 05 fevral 2024-cü il tarixdə saat 00:35 radələrində Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində yerləşən “Fantastik Parfum” mağazasında da işıqların yanmadığını gördüyü üçün həmin mağazaya yaxınlaşmışdır ki, orada kiminsə olubolmamasına baxsın. Həmin mağazada heç kimin olmadığına əmin olduqdan sonra yenə də təpiklə mağazanın qapısına vurmuş, qapı zərbədən açıldığından o, həmin parfümeriya mağazasına daxil ola bilmişdir. Mağazada olan masanın yanında yerdə bir ədəd qara çamadan olduğunu görmüş və həmin çamadanın içində ətirlər olmuş, çamadanı oğurlayıb oradan uzaqlaşmışdır. 05 fevral 2024-cü il tarixə keçən gecə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində olduğu zaman velosipedlə Hövsan qəsəbəsi, Qum adası deyilən ərazidən keçərkən orada «Oba» marketin olduğunu görüb həmin marketdən də gecə vaxtı oğurluq etmək qərarına gəlmişdir. Məqsədi olmuşdur ki, mağazaya girəndən sonra oradan təxminən 500 manat pul və ya 500 manat dəyərində olan siqaret və ya içkilər oğurlasın. Həmin gecə saat 02 radələrində oğurluq etmək fikrini qətiləşdirib Qum adası deyilən ərazidəki “OBA” marketə yaxınlaşmış, orada "xxxx"in qapısının üzərində olan qıfılı yerdən tapdığı bir dəmir parçası ilə vurub sındırmışdır ki, içəri girsin. Lakin həmin vaxt mağazanın siqnalzasiya sistemi işə düşdüyü üçün, mağazaya girməyi barədə harasa məlumat gedə biləcəyindən, kiminsə səsi eşidib gələcəyindən və tutula biləcəyindən qorxmuş və özündən asılı olmadan oğurluğu başa çatdıra bilməmiş və oradan qaçaraq velosipedini sürüb getmişdir. Sonra isə həmin gecə saat 03 radələrində O.Şabanov küçəsində yerləşən “Kiosk” adlı köşkünün yanından keçərkən həmin köşkün bağlı olduğunu görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə yerdə olan daş parçası ilə həmin köşkün qapısında olan qıfılı sındırmış və oraya daxil olmuşdur. Lakin həmin vaxt siqnalizasiya səsi gəldiyi üçün qorxduğundan köşkdən çıxaraq oradan uzaqlaşmış, heç bir şey oğurlamamışdır. Həmin gecə Hövsan qəsəbəsində velosipedilə hərəkət etdiyi zaman saat 04:30 radələrində onu Suraxanı rayon polis idarəsinin 30-cu PŞ-nin əməkdaşları görüb saxlamışlar və üzərində olan bel çantasına və çamadana baxış keçirəndə oğurladığı əşyaları aşkar etmişlər. Buna görə də polis əməkdaşları onu 30-cu PŞ-nə aparmışlar. Polisdə etdiyi oğurluq əməllərini etiraf etmiş və oğurladığı çemodanda olan parfümlər, mobil telefon cihazları və telefon aksessuarları protokol tərtib olunaraq götürülmüşdür. Oğurluq əməllərini tək törətmiş və kimsə onunla əlbir olmamışdır. Oğurluğu iş tapa bilmədiyinə görə, dolanışıq üçün, ehtiyacdan etmişdir. Törətdiyi cinayətlərə görə peşmandır. Təqsirləndirilən şəxs son sözündə oğurluq etdiyi vaxt atasının xəstə olduğunu və əməliyyat olunmalı olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək məhkəmədən barəsində yüngül, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, ona dəymiş zərərin ödənilməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, müdafiə tərəfi zərərçəkmiş şəxsin dəvət edilib dindirilməsini tələb etməmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsində yerləşən, X6 məxsus ümumi sahəsi 27,7 kvadrat metr olan mağazanı icarəyə götürüb işlədir. Həmin qeyri-yaşayış sahəsini ərzaq mağazası kimi istifadə edir, mağazada özü tək işləyir. 31 yanvar 2024-cü il tarixdə saat 24:00 radələrində işlədiyi mağazanın giriş qapısının üzərində olan dəmir jalüzün asma qıfılını bağlayıb işdən çıxıb evə getmişdir. Səhəri gün işə gələndə mağazasının giriş qapısının dəmir jalüzünün üstündəki asma qıfılın sındırıldığını və jalüzün yerdən təxminən bir metr yuxarı qaldırılıb açıldığını, giriş qapısının açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Mağazaya daxil olub içərini nəzərdən keçirdikdə rəflərdə olan malların səliqəli vəziyyətdə olduğunu, ərzaq və əşyaların dağınıq vəziyyətdə olmadıqlarını görmüşdür. Mağazadakı masaya yaxınlaşdıqda masanın alt hissəsindəki rəfin üzərində müxtəlif markalı siqaret qutularının yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə məlumat vermişdir. Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin əməkdaşları hadisə yerinə gəlib araşdırma aparmışlar. Araşdırma zaman ona məlum olmuşdur ki, işlədiyi mağazadan təxminən 1.000 manat dəyərində tütün məmulatları oğurlanmış və ona qeyd etdiyi məbləğdə ziyan dəymişdir. Oğurlanmış siqaretlərin ümumi qiymətinin təxminən 1000 manat olduğunu deyə bilir, amma oğurlanmış siqaretlərin adlarının və siyahısını malları dəqiq siyahıya alandan sonra rəsmi şəkildə istintaqa təqdim edə bilər. Mağazasından ancaq tütün məmulatlarına aid olan siqaretlərin oğurlandığını aşkar etmiş, başqa ərzaq və əşyalar oğurlanmamışdır. Oğurluqla bağlı şübhələndiyi şəxslər yoxdur. Polisə ilkin müraciətindən sonra köşkü yoxlamış və oğurlanmış siqaretlərin çeşidi, miqdar və qiyməti barədə ətraflı məlumatı cədvəl şəkildə istintaqa təqdim etmişdir. Beləliklə, 31 yanvar 2024-cü il tarixə keçən gecə köşkündən ümumi qiyməti 1.265 (bir min iki yüz altmış beş) manat olan aşağıdakı siqaretlər oğurlanmışdır: bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 21,60 manat olan 8 qutu “Magna White” markalı siqareti; bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 27,00 manat olan 10 qutu “Magna Silver” markalı siqareti; bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 32,40 manat olan 12 qutu “X31” markalı siqareti; bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 27,00 manat olan 10 qutu “Viseroy Silver” markalı siqareti; bir qutusunun qiyməti 2,80 manat, ümumi qiyməti 25,20 manat olan 9 qutu “Want Nano” markalı siqareti; bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 32,40 manat olan 12 qutu “Magna Black” markalı siqareti; bir qutusunun qiyməti 2,80 manat, ümumi qiyməti 16,80 manat olan 6 qutu “X34” markalı siqareti; bir qutusunun qiyməti 4,20 manat, ümumi qiyməti 42,00 manat olan 10 qutu “Kent Nano№4” markalı siqareti; bir qutusunun qiyməti 2,90 manat, ümumi qiyməti 23,20 manat olan 8 qutu “Classik İmperial” markalı siqareti; bir qutusunun qiyməti 2,90 manat, ümumi qiyməti 29,00 manat olan 10 qutu “X15” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 35,20 manat olan 11 qutu “Winchester Silver” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 32,00 manat olan 10 qutu “X18” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 32,00 manat olan 10 qutu “X13” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 32,00 manat olan 10 qutu “X35” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 32,00 manat olan 10 qutu “X33” markalı siqareti; bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 27,00 manat olan 10 qutu “Keno Royal” markalı siqareti; bir qutusunun qiyməti 4,70 manat, ümumi qiyməti 47,00 manat olan 10 qutu “X27” markalı siqareti; bir qutusunun qiyməti 4,70 manat, ümumi qiyməti 28,80 manat olan 6 qutu “Sobranie White” markalı siqareti; bir qutusunun qiyməti 4,70 manat, ümumi qiyməti 47,00 manat olan 10 qutu “Sobranie Caster” markalı siqareti; bir qutusunun qiyməti 4,70 manat, ümumi qiyməti 18,80 manat olan 4 qutu göy qalın “Sobranie” markalı siqareti; bir qutusunun qiyməti 4,70 manat, ümumi qiyməti 28,80 manat olan 6 qutu “Sobranie Blue” markalı siqareti; bir qutusunun qiyməti 3,70 manat, ümumi qiyməti 37,00 manat olan 10 qutu “LD Club” markalı siqareti; bir qutusunun qiyməti 3,60 manat, ümumi qiyməti 14,40 manat olan 4 qutu “LD Compakt Caster” markalı siqareti; bir qutusunun qiyməti 3,60 manat, ümumi qiyməti 21,60 manat olan 6 qutu ağ “LD Compakt” markalı siqareti; bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 16,20 manat olan 6 qutu “Prima Deluxe” markalı siqareti; bir qutusunun qiyməti 3,00 manat, ümumi qiyməti 24,00 manat olan 8 qutu “West Silver” markalı siqareti; bir qutusunun qiyməti 4,20 manat, ümumi qiyməti 21,00 manat olan 5 qutu “Davidoff Silver” markalı siqareti; bir qutusunun qiyməti 4,20 manat, ümumi qiyməti 29,40 manat olan 7 qutu “Winstone Xstyle” markalı siqareti; bir qutusunun qiyməti 4,20 manat, ümumi qiyməti 16,80 manat olan 4 qutu “Winstone Silver” markalı siqareti; bir qutusunun qiyməti 4,20 manat, ümumi qiyməti 21,00 manat olan 5 qutu “Winstone Caster” markalı siqareti; bir qutusunun qiyməti 4,20 manat, ümumi qiyməti 42,00 manat olan 10 qutu “Kent Nano№1” markalı siqareti; bir qutusunun qiyməti 4,20 manat, ümumi qiyməti 16,80 manat olan 4 qutu “Kent Nano№8” markalı siqareti; bir qutusunun qiyməti 3,60 manat, ümumi qiyməti 36,00 manat olan 10 qutu “Davidoff Silver” markalı siqareti; bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 10,80 manat olan 4 qutu ağ “Keno Nano” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 32,00 manat olan 10 qutu “X29” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 19,20 manat olan 6 qutu “X20” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 32,00 manat olan 10 qutu “Rothmanse Mentol” markalı siqareti; bir qutusunun qiyməti 4,70 manat, ümumi qiyməti 37,60 manat olan 8 qutu “X21” markalı siqareti; bir qutusunun qiyməti 2,80 manat, ümumi qiyməti 28,00 manat olan 10 qutu “Want Line X Gold” markalı siqareti; bir qutusunun qiyməti 4,70 manat, ümumi qiyməti 47,00 manat olan 10 qutu qara nazik “Sobranie” markalı siqareti; bir qutusunun qiyməti 2,70 manat, ümumi qiyməti 16,20 manat olan 6 qutu “Vegas Silver” markalı siqareti; bir qutusunun qiyməti 3,60 manat, ümumi qiyməti 18,00 manat olan 5 qutu “Kardinal Caster” markalı siqareti; bir qutusunun qiyməti 4,70 manat, ümumi qiyməti 28,20 manat olan 6 qutu ağ qalın “Sobranie” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 32,20 manat olan 10 qutu “X19” markalı siqareti; bir qutusunun qiyməti 3,20 manat, ümumi qiyməti 28,80 manat olan 9 qutu “Winchester Silver” markalı siqareti. Bir müddət sonra isə məlum olmuşdur ki, onun köşkündən oğurluq etmiş Təqsirləndirilən şəxs adlı şəxs Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və oğurladığı siqaretlərin az bir qismi ondan götürülmüşdür. O, Təqsirləndirilən şəxs adlı şəxsi tanımır, onunla əvvəllər rastlaşmamış və ünsiyyətdə olmamışdır. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, müdafiə tərəfi zərərçəkmiş şəxsin dəvət edilib dindirilməsini tələb etməmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Bir neçə ildir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən “Yuska Telekom” adlı dükanı icarəyə götürüb işlədir. Dükanda müxtəlif telefon aksesuarları və mobil telefonları satıb ailəsini dolandırır. Dükanı hər gün saat 11:30 radələrində açıb saat 21 radələrində bağlayır. Dükanda təhlükəsizlik kamerası və siqnalizasiya quraşdırılmayıb. 05 fevral 2024-cü il tarixdə təxminən saat 11 radələrində işlətdiyi “Yuska Telekom” adlı dükana gələrkən görmüşdür ki, həmin dükanın qapısı açıqdır. Dərhal dükana daxil olmuş və baxış keçirərkən məlum olmuşdur ki, naməlum şəxs dükanın giriş qapısının sındıraraq daxil olub oradan qiyməti 17 manat olan 1 ədəd “İ 12” markalı, bir ədədinin qiyməti 30 manat, ümumi qiyməti 120 manat olan 4 ədəd “Hoco” markalı, qiyməti 40 manat olan bir ədəd “Hoco” markalı, bir ədədinin qiyməti 12 manat, ümumi qiyməti 36 manat olan 3 ədəd “Hoco” markalı, bir ədədinin qiyməti 6 manat, ümumi qiyməti 42 manat olan 7 ədəd “Hoco” markalı, bir ədədinin qiyməti 30 manat, ümumi qiyməti 90 manat olan 3 ədəd “Barafon” markalı, bir ədədinin qiyməti 25 manat, ümumi qiyməti 50 manat olan 2 ədəd “LY 80” markalı, bir ədədinin qiyməti 30 manat, ümumi qiyməti 90 manat olan 3 ədəd “Crystal” markalı, bir ədədinin qiyməti 35 manat, ümumi qiyməti 140 manat olan 4 ədəd “Crystal” markalı, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 30 manat olan 10 ədəd “S7” markalı mobil telefonlar üçün qulaqcıqları; qiyməti 45 manat olan 1 ədəd “Hoco” markalı, qiyməti 33 manat olan 1 ədəd “Hoco” markalı səs kolonkalarını; qiyməti 35 manat olan 1 ədəd “Hoco” markalı, qiyməti 45 manat olan 1 ədəd “İphone” markalı mobil telefonlar üçün enerji batareyalarını; bir ədədinin qiyməti 15 manat, ümumi qiyməti 75 manat olan 5 ədəd “Hoco” markalı cərəyan adapterlərini; qiyməti 300 manat olan 1 ədəd 64 GB yaddaşlı “Samsung A50” markalı, qiyməti 600 manat olan 1 ədəd 128 GB yaddaşlı “Samsunq A52” markalı mobil telefonları; bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 20 manat olan 2 ədəd 4 GB yaddaşlı, bir ədədinin qiyməti 15 manat, ümumi qiyməti 30 manat olan 2 ədəd əlavə yaddaş kartlarını; bir ədədinin qiyməti 20 manat, ümumi qiyməti 40 manat olan 2 ədəd “İphone” markalı, bir ədədinin qiyməti 14 manat, ümumi qiyməti 56 manat olan 4 ədəd “Celebrat” markalı, bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 20 manat olan 2 ədəd “Hoco” markalı, bir ədədinin qiyməti 8 manat, ümumi qiyməti 40 manat olan 5 ədəd “Aspor” markalı qulaqcıqları; bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 20 manat olan “Hoco” markalı, bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 40 manat olan “Barafone” markalı, bir ədədinin qiyməti 32 manat, ümumi qiyməti 96 manat olan 3 ədəd saat üçün cərəyan adapterini oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 2.150 manat maddi ziyan dəymişdir. Həmçini dükanın qapısının sındırıldığı üçün həmin qapının qiyməti isə 350 manat təşkil edir. Bununla da, ona oğurluq nəticəsində ümumilikdə 2.500 manat maddi ziyan dəymişdir. Hadisədən sonra məlum olmuşdur ki, oğurluğu törətmiş Təqsirləndirilən şəxs adlı şəxs Suraxanı RPİ-nin polis əməkdaşları tərəfindən saxlanılmış və oğurlanmış malların bir hissəsi ondan götürülmüşdür. Polis İdarəsində Təqsirləndirilən şəxs götürülmüş mallara onun iştirakı ilə baxış keçiriləndə özünə məxsus olan malları həmin mallar arasında görüb tanımış və bu barədə qeydlərini bildirmişdir. Həmin malların əmtəəşünaslıq ekspertizası yolu ilə qiymətləndirilməsinə etirazı yoxdur, hər halda malların qiymətlərini hal-hazırda mövcud olan satış qiymətlərinə uyğun göstərmişdir. Götürülən malların ekspertizası keçiriləndən sonra onların ona qaytarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, müdafiə tərəfi zərərçəkmiş şəxsin dəvət edilib dindirilməsini tələb etməmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. İki ildir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində yerləşən “Fantastik Parfum” adlı dükanı icarəyə götürüb orada müxtəlif ətir yağlarını satıb ailəsini dolandırır. Dükanı hər gün saat 09 radələrində açıb saat 21 radələrində bağlayır. Həmin dükanda təhlükəsizlik kamerası və siqnalizasiya quraşdırılmayıb. 05 fevral 2024-cü il tarixdə saat təxminən 09 radələrində işlətdiyi “Fantastik Parfum” adlı dükana gələrkən görmüşdür ki, dükanın qapısı açıqdır, dərhal dükana daxil olmuş və baxış keçirərkən məlum olmuşdur ki, naməlum şəxs onun işlətdiyi dükanın giriş qapısını sındıraraq içəri daxil olub və oradan çamadanın içərisində olan ümumilikdə 500 manat dəyərində 72 ədəd müxtəlif ətir yağlarını oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Mağazasından oğurlanmış mallar barədə şikayətində və ilkin izahalarında ətirlərin 72 ədəd flakonda olduğunu göstərmişdir. İfadəsində göstərdiklərini təsdiq edir və oğurlanmış malların çeşidi, miqdarı və qiymətləri ilə bağlı ifadələrini dəqiqləşdirərək bildirir ki, işlətdiyi ətriyyat mağazasında satdığı ətirlərin hər növünü müəyyən həcmdə alıb sonra özü onu kiçik həcmli flakonlara bölüb satışa qoyur. Oğurluq zamanı mağazasından götürülmüş 72 flakonda 20 adda ətir markaları olmuşdur. Qiymətinə görə hər növdən 25 manatlıq ətir olmaqla 20 növdən olan ətirlərin ümumi qiyməti 500 manat təşkil edir, həmin məbləğdə ona ziyan vurulmuşdur. Oğurlanmış ətirlər növünə (markasına) görə aşağıdakılardır: «Moleykul», «Aventus», «Saspiro Erbapura», «Saspiro Aksento», «Tiziyana Qumin», «Krike», «A Banderos», «Eklat Sport», «Tom Fort», «Qucci», «Hermess», «Şanel Eqois», «Şanel Sport», «Lakosta», «Evkada», «Meqamar», «212 Men», «Qredd Silver», «Jasmin» və «Montale» markalı ətirlər. Oğurluq hadisəsindən sonra məlum olmuşdur ki, oğurluğu törətmiş Təqsirləndirilən şəxs adlı şəxs Suraxanı RPİ-nin polis əməkdaşları tərəfindən saxlanılmış və oğurlanmış malların bir hissəsi ondan götürülmüşdür. Həmin şəxsi tanımır. Polis İdarəsində Təqsirləndirilən şəxs götürülmüş mallara onun iştirakı ilə baxış keçiriləndə özünə məxsus olan ətriyyat mallarını həmin mallar arasında görüb tanımış və bu barədə qeydlərini bildirmişdir. Həmin malların əmtəəşünaslıq ekspertizası yolu ilə qiymətləndirilməsinə etirazı olmamışdır. Hər halda malların qiymətlərini hal-hazırda mövcud olan satış qiymətlərinə uyğun göstərmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, məhkəməyə teleqram göndərərək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, müdafiə tərəfi zərərçəkmiş şəxsin dəvət edilib dindirilməsini tələb etməmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. İki ilə yaxındır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Kiosk” adlı köşkü icarəyə götürüb orada müxtəlif tütün məmulatları və kofe satıb ailəsini dolandırır. Həmin köşkü hər gün saat 06 radələrində açıb, saat 22 radələrində bağlayır. Köşkdə təhlükəsizlik kamerası olmasa da, siqnalizasiya quraşdırılıb, əgər köşkə hər hansı bir qanunsuz daxil olma olsa, siqnalizasiya işə düşüb SMS vasitəsi ilə onun mobil telefonuna məlumat göndərilir. 05 fevral 2024-cü il tarixdə saat təxminən 02:50 radələrində o yaşadığı evdə olarkən onun mobil telefonuna işlətdiyi köşkdə siqnalizasiya qoşulduğu barədə məlumat gəlmiş və tanışı Mehman da zəng vuraraq köşkdən oğurluq olması barədə məlumat vermişdir. O dərhal işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Kiosk” adlı köşkə getmiş, oraya çatanda görmüşdür ki, köşkün qapısının qıfılı sındırılmışdır. Köşkə daxil olanda məlum olmuşdur ki, naməlum şəxs işlətdiyi köşkə daxil olub oradan kassada olan 1.000 manat nağd pulu oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. 2024-cü ilin fevral ayının 4-də xidməti vəzifəsinin icrası ilə əlaqədar 30-cu Polis Şöbəsinin əməliyyat qrupunun tərkibində xidmət aparmışdır. Həmin gecə, yəni 05 fevral 2024-cü il tarixə keçən gecə xidməti ərazidə bir neçə ticarət obyektindən oğurluqlar olmuşdur. Hadisələrlə bağlı məlumatlar və siqnalları üzrə əraziyə çıxıb müşahidələr apardıqları zaman saat 05 radələrində xx.xx.2002-ci il təvəllüdlü, Ağstafa rayon sakini olan, Bakı şəhərinin Sabunçu rayonunda qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs saxlanılmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs içi dolu olan bel çantası olmuş, ilkin sorğu-suala həvəssiz və qeyri-konkret cavab verməklə özünü şübhəli aparmağa başlamışdır. Təqsirləndirilən şəxs 30-cu Polis şöbəsinə gətirilmiş və gətirilməsi barədə məruzə edilərək üstündə olanlar yoxlanılaraq sənədləşdirilmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs çantasında 20 ədəd mobil telefon qulaqcığı, 2 ədəd pover bank, 5 ədəd telefon adapteri, 1 ədəd qızılı rəngli Samsung A6 markalı mobil telefon, 72 ədəd flakonda qramlıq ətirlər, eləcə də 111 manat pul vardır. Təqsirləndirilən şəxs polisə gətirilmiş şəxs kimi onların təklifi ilə həmin əşyaları özü təqdim edərək oğurluq etdiyini etiraf etmişdir. Bundan sonra araşdırmanı 30-cu Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Zaur Eyvazov aparmışdır. Bir müddət sonra isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin gecə rayon ərazisində Hövsan qəsəbəsində telefon mağazasından, ətriyyat mağazasından malları oğurlamış, başqa bir köşkdən pul oğurlamış, Qum adasında "xxxx"in qapısını sındırıb girəndən sonra siqnalizasiyanın işə düşdüyünü görüb oğurluğu başa vurmadan qaçmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild İ, i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən, Zərərçəkmiş şəxs4 işlətdiyi “Kiosk” ticarət köşkünün girişinin giriş qapısının açılması və köşkə qanunsuz daxil olmanı təsdiq edən hallar müəyyən edilmişdir. Hadisə yeri yolun kənarında yerləşir, ətrafında iaşə obyektləri vardır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild İ, i.v. 6-8); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən, Zərərçəkmiş şəxs2 işlətdiyi “YuskaTelekom” adlı mağazanın girişinin qıfılının sındırılması, giriş qapısının açılması və mağazaya qanunsuz daxil olmanı təsdiq edən hallar müəyyən edilmişdir. Dükanın ümumi sahəsi 13 kvadrat metrdir. Dükanın içərisində 4 ədəd vitrin, 6 ədəd polka, 2 masa vardır. Dükanın bir girişi var. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild İ, i.v. 11-15); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində yerləşən “Fantastik Parfum” adlı mağazanın girişinin qıfılının sındırılması, giriş qapısının açılması və mağazaya qanunsuz daxil olmanı təsdiq edən hallar müəyyən edilmişdir. Hadisə yeri əsas yolun kənarında yerləşir, ətrafında iaşə obyektləri vardır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild İ, i.v. 20-22); götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 30-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq PŞ-nə gətirilmiş, onun üzərinə baxış keçirilən zaman bir ədəd bel çantasından 20 ədəd mobil telefon qulaqcığı, 2 ədəd pover bank, 5 ədəd telefon adapteri, digər portmanatında 72 ədəd qramlıq ətirlər, 2 ədəd Samsung markalı (göy və tünd rəng) mobil telefon maddi sübut kimi götürülmüşdür (cild İ, i.v. 26); cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə xx.xx.2024-cü il tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v. 43); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 54); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X14 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 63); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 72); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild İ, i.v. 80-81); cinayət təqibi üzrə icraatın birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X7 ərizəsi əsasında toplanmış material Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və, 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmişdir (cild İ, i.v. 98-99); diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı məlum olmuşdur ki, naməlum şəxs Suraxanı rayonu, Qum adasında yerləşən "xxxx"in jalüzünü açaraq qapının kilidini əlində olan alətlə sındıraraq mağazaya daxil olmuş, bir neçə saniyədən sonra naməlum şəxs hadisə yerindən qaçmışdır. Diskdə başqa heç nə aşkar olunmamışdır (cild İ, i.v. 105); "xxxx" mağazası tərəfindən təqdim edilmiş bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur (cild İ, i.v. 108); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-43/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 fevral 2024-cü il tarixdən saat 20:30-dan hesablanması qərara alınmışdır (cild İ, i.v. 115-118); cinayət prosesi iştirakçısının vəsatətinə baxılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixə keçən gecə Elgun Sardarovun köşkündən pul oğurlamaması barədə gətirdiyi dəlillər əsassız olduğuna görə rədd edilmişdir (cild İ, i.v. 119); əşyalara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərinə baxış keçirilən zaman bir ədəd bel çantasından 20 ədəd mobil telefon qulaqcığı, 2 ədəd pover bank, 5 ədəd telefon adapteri, 1 ədəd qızılı rəngli Samsung A6 markalı mobil telefon, 72 ədəd flakonda qramlıq ətirlər müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 baxışda iştirak etdikdən sonra bildirmişdir ki, baxış keçirilənlər arasında 20 ədəd mobil telefon qulaqcığı, 2 ədəd pover bank, 5 ədəd telefon adapteri, 1 ədəd qızılı rəngli Samsung A6 markalı mobil telefon 05 fevral 2024-cü il tarixə keçən gecə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən “Yuska Telekom” adlı dükandan oğurlanmış ona məxsus telefon aksessuarları və mobil telefondur. Özünə məxsus mallardan başqa baxış keçirilənlər arasında olan ətriyyat mallarının, pulun və çantanın kimə məxsus olduğunu bilmir (cild İ, i.v. 125-126); əşyalara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərinə baxış keçirilən zaman üzərində müəyyən edilən əşyalara dair Zərərçəkmiş şəxs3 baxışda iştirak etdikdən sonra bildirmişdir ki, baxış keçirilənlər arasında 72 ədəd flakonda qramlıq ətirlər 05 fevral 2024-cü il tarixə keçən gecə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində yerləşən “Fantastik Parfum” adlı dükandan oğurlanmış ona məxsus ətirlərdir. Özünə məxsus mallardan başqa baxış keçirilənlər arasında olan telefon aksessuarları və mobil telefonun, pulun və çantanın kimə məxsus olduğunu bilmir (cild İ, i.v. 130-131); cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi onun Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və sonuncu nömrə ilə ibtidai istintaqı davam etdirilməsi qərara alınmışdır (cild İ, i.v. 132-133); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild İ, i.v. 137); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsində yerləşən təndirxana hadisə yeridir. Təndirxananın şüşəli qapısı, şüşəli pəncərəsi var. Təndirxanaya daxil olarkən sol hissədə masanın üzərinə müxtəlif sayda çörəklər qoyulmuşdur. Çörəklərin arxa hissəsində təndir yeri vardır. Hadisə yerinə gələn ekspert-kriminalist tərəfindən əl-barmaq izi və 01 ədəd DNT nümunəsi götürülmüşdür. Hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə olunmuşdur (cild İ, i.v. 144-146); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsində yerləşən market hadisə yeridir. Marketin ağ plastik qapısı, qapının qarşısında yuxarıdan endirilən jalüz vardır. Marketin çölündə giriş qapsının sol hissəsində soyuducu qoyulmuşdur. Marketin qarşısı dəmir barmaqlıqlarla bağlanır. Marketin işərisinə girdikdə müxtəlif ağartı məhsullarının qoyulub, sağ tərəfdə bir ədəd soyuducu vardır. Soyuducuların qarşısında müxtəlif un məmulatları qoyulmuşdur. Marketin sağ tərəfində müxtəlif spirtli içkilər qoyulub. Soyuducuların sağ tərəfində isə kassa aparatı yerləşir. Marketin sol tərəfində rəfdə konfetlər qoyulmuşdur. Hadisə yerinə gələn ekspert-kriminalist tərəfindən 05 ədəd əl-barmaq izləri götürülmüşdür. Hadisə yerinə baxış keçirilərkən iş üçün əhəmiyyətli heç bir əşya, predmet götürülməmişdir. Hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə olunmuşdur (cild İ, i.v. 147-149); maddi sübutlara baxış keçirmə və götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərinə baxış keçirilən zaman 07 ədəd Argo markalı, 04 ədəd İmperial classic, 01 ədəd Blue Magna, 02 ədəd boz Keno, 04 ədəd Neo, 02 ədəd West, 01 ədəd Viceroy, 04 ədəd Want, 01 ədəd boz Magna, 01 ədəd Prima, 05 ədəd Sobranie, 03 ədəd Kent markalı siqaret qutuları olan və 10 manat dəyərində qəpiklər olan üzərində united colors of benetton yazılmış boz rəngli bel çantası ondan götürülmüşdür. Bu barədə fotoşəkil çəkilərək və disk protokola əlavə olunmuşdur (cild İ, i.v. 158-160); materialın birləşdirilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, X4 və Zərərçəkmiş şəxs1 əizələri ilə əlaqədar toplanmış material istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir (cild İ, i.v. 161-162); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə xx.xx.2024-cü il tarixdə saat 23:20-də şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v. 181-182); ifadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsində yerləşən mağazadan Zərərçəkmiş şəxs1 məxsus əmlakı oğurladığı yeri göstərmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild İ, i.v. 195-198); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild İ, i.v. 201-202); həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbiri seçilməsi; onun saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (cild İ, i.v. 216-217); polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmışdır (cild İ, i.v. 218- 219); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 226); xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsində yerləşən 27.7 kv.m ümumi sahədən ibarət yarım zirzəmi Zərərçəkmiş şəxs1 3 il müddətinə icarəyə verilmişdir (cild İ, i.v. 234-235); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X1 Ayxan Elnur oğlundan götürülmüş, 31 yanvar 2024-cü il tarixə keçən gecə Biləcəri qəsəbəsində ona məxsus təndirxanadan oğurlanmış 10 manat pulu təhvil almışdır (cild İİ, i.v. 14); əşyalara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərinə baxış keçirilən zaman 07 ədəd Argo markalı, 04 ədəd İmperial classic, 01 ədəd Blue Magna, 02 ədəd boz Keno, 04 ədəd Neo, 02 ədəd West, 01 ədəd Viceroy, 04 ədəd Want, 01 ədəd boz Magna, 01 ədəd Prima, 05 ədəd Sobranie, 03 ədəd Kent markalı siqaret qutuları olan və 10 manat dəyərində qəpiklər, üzərində united colors of benetton yazılmış bel çantası ondan götürülmüşdür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 isitntaq zamanı həmin siqaretlərə baxış keçirilməsində iştirak edərək bildirmişdir ki, Argo, İmperial classic, Blue Magna, Keno, West, Viceroy, Want, Magna, Prima, Sobranie, Kent markalı siqaretlər 31 yanvar 2024-cü il tarixə keçən gecə Biləcəri qəsəbəsində onun mağazasından oğurlanmış mallardır, Neo markalı elektron siqaretlər, metal qəpiklərin və çantanın kimə məxsus olduğunu bilmir (cild İİ, i.v. 15-16); maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə götürülmüş siqaretlər, pul və çanta maddi sübut kimi tanınmışdır (cild İİ, i.v. 17); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs götürülmüş, 31 yanvar 2024-cü il tarixə keçən gecə Biləcəri qəsəbəsində ona məxsus mağazadan oğurlanmış 07 ədəd Argo, 04 ədəd İmperial classic, 01 ədəd Magna Blue, 02 ədəd Keno, 02 ədəd West, 01 ədəd Viceroy, 04 ədəd Want, 01 ədəd Magna, 01 ədəd Prima, 05 ədəd Sobranie, 03 ədəd Kent markalı siqaretləri təhvil almışdır (cild İİ, i.v. 18); hüquqi şəxsi zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs kimi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İİ, i.v. 23); zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X16 zərərçəkmiş şəxs qismində tanınmış hüquqi şəxs olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi qismində tanınmışdır (cild İİ, i.v. 24); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə, ünvan 1 ünvanının yanında yerləşən vət. Zərərçəkmiş şəxs2 məxsus telefon mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 02 ədəd yapışqan lent kəsikləri üzərində olan 02 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq izi (DİN KTİ-nin ADİS-in məlumat bankına Suraxanı RPİ-dən daxil olan) xx.xx.2002-ci ildə Ağstafa rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük (02 dəfə) (Aliminium qapıdan götürülmüş) barmağının əksi ilə eynilik müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində yerləşən vət. Zərərçəkmiş şəxs3 məxsus ətir mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 ədəd yapışqan lent kəsikləri üzərində olan 02 ədəd əl-barmaq izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərdən 01 ədədi (İAMAS məlumat bankında olan) xx.xx.1996-cı ildə Biləsuvar rayonunda anadan olmuş Zərərçəkmiş şəxs3 sağ əlinin şəhadət (Plastik qapıdan götürülmüş) barmağının əksi ilə, 01 ədədi (DİN KTİ-nin ADİS-in məlumat bankına Suraxanı RPİ-dən daxil olan) xx.xx.2002ci ildə Ağstafa rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük (Plastik qapının çöl hissəsindən götürülmüş) barmağının əksi eynilik müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən vət. Zərərçəkmiş şəxs4 məxsus köşkdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 05 ədəd yapışqan lent kəsikləri üzərində olan 01 ədəd əl-barmaq və 02 ədəd ovuc izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi (DİN KTİ-nin ADİS-in məlumat bankına Suraxanı RPİ-dən daxil olan) xx.xx.2002-ci ildə Ağstafa rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük (Lamıçkadan götürülmüş) barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Qum ədasında yerləşən vət. X7 işlədiyi “Oba” marketdə baş vermiş oğurluğa cəhd faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 02 ədəd yapışqan lent kəsikləri üzərində olan 01 ədəd əl-barmaq izi şəxsiyətin eyniləşdinlməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əlbarmaq izi (DİN KTİ-nin ADİS-in məlumat bankına Suraxanı RPİ-dən daxil olan) xx.xx.2002-ci ildə Ağstafa rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük (Aliminium qapıdan götürülmüş) barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Rəyə əlbarmaq izləri və cədvəllər əlavə edilmişdir (cild İİ, i.v. 30-47); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild İİ, i.v. 61); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/1200 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 15 adda siqaretlərin 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 45,20 manat müəyyən olunmuşdur (cild İİ, i.v. 62-65); X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 63 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Zərərçəkmiş şəxs2 dükanından oğurlanmış əşyaların 2024-cü ilin fevral ayına olan ümumilikdə orta bazar qiyməti 2130,00 manat, Zərərçəkmiş şəxs3 mağazasından oğurlanmış ətirlərin ümumilikdə orta bazar qiyməti isə 500,00 manat məbləğində müəyyən edilir (cild İİ, i.v. 66-71); maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdə götürülmüş 20 ədəd mobil telefon qulaqcığı, 2 ədəd pover bank, 5 ədəd telefon adapteri, 1 ədəd qızılı rəngli Samsung A6 markalı mobil telefon, 72 ədəd flakonda qramlıq ətirlər, bir ədəd bel çantası maddi sübut kimi tanınmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi alınandan sonra 20 ədəd mobil telefon qulaqcığı, 2 ədəd pover bank, 5 ədəd telefon adapteri, 1 ədəd qızılı rəngli Samsung A6 markalı mobil telefon Zərərçəkmiş şəxs2, 72 ədəd flakonda qramlıq ətirlər Zərərçəkmiş şəxs3 qaytarılması, çantanın Suraxanı RPİ-də saxlanılması qərara alınmışdır (cild İİ, i.v. 72); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs götürülmüş, 05 fevral 2024-cü il tarixə keçən gecə Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən “Yuska Telekom” adlı mağazadan oğurlanmış ona məxsus 20 ədəd mobil telefon qulaqcığı, 2 ədəd pover bank, 5 ədəd telefon adapteri, 1 ədəd qızılı rəngli Samsung A6 markalı mobil telefonu təhvil almışdır (cild İİ, i.v. 74); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs götürülmüş, 05 fevral 2024-cü il tarixə keçən gecə Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində yerləşən “Fantastik Parfum” adlı mağazadan oğurlanmış ona məxsus 72 ədəd flakonda ətirləri təhvil almışdır (cild İİ, i.v. 75); sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin istintaqı zamanı toplanmış sübutların təhlili göstərir ki, həmin sübutların cinayət işi başlananadək ilkin araşdırma materialları, şübhəli şəxsin, təqsirləndirilən şəxsin ifadələri, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış, götürmə, ifadələrin yerində yoxlanılması istintaq hərəkətlərinin protokolları, məhkəmə eksertizasının rəyləri və digər prosessual sənədlər işin faktiki hallarını təsdiq edən sübutlar kimi qiymətləndirilməsi; Təqsirləndirilən şəxs əməli Azərbaşcan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü və 29, 177.2.2, 177.2.3-cü maddələri ilə tövsif edilməklə onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi və yeni ittiham elan edilməsi barədə qərar qəbul edilməsi; toplanmış sübutların məcmusu təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü və 29, 177.2.2, 177.2.3-cü maddələri ilə ittiham olunması və təqsirinin sübuta yetirilməsi üçün kifayət qədər hesab edilməsi; Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 mart 2024-cü il tarixli 9/1200 №-li, 25 aprel 2024-cü il tarixli 63 nömrəli, məhkəmə-daktiloskopik ekspertizasının 22 aprel 2024-cü il tarixli 24/850 №-li rəyləti sübut növü kimi qiymətləndirilməsi; zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 əmlakının oğurlanması nəticəsində vurulmuş ziyanın məbləği 1.265 (bir min iki yüz altmış beş) manat qəbul edilməsi; Zərərçəkmiş şəxs2 əmlakının oğurlanması nəticəsində vurulmuş ziyanın məbləği 2.150 (iki min yüz əlli) manat qəbul edilməsi; "xxxx" mağazası tərəfindən təqdim edilmiş videotəsvirlərin olduğu DVD diski sübut əhəmiyyətli məlumatların elektron daıyıcısı kimi maddi sübut kimi tanınaraq cinayət işində saxlanılması; Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixə keçən gecə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsində yerləşən, X5 təndirxanasından 10 manat pulun oğurlanması faktına görə cinayət təqibindən imtina edilməsi; Təqsirləndirilən şəxs ilkin ittiham elan ediləndən sonra başqa cinayətlər törətməməsi, habelə ittiham olunduğu cinayətlərin törədilməsi zamanı zərərçəkmiş şəxs Elgun Sardarovun köşkündən 1.000 manat pulu oğurlamamasına dair gətirdiyi dəlillər əsassız kimi rədd edilməsi; Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixə keçən gecə "xxxx" mağazasından oğurluğu başa çatdıra bilməməsinin cinayət məsuliyyətini istisna edən hal olmadığının nəzərə alınması; cinayət işinin materiallarında Zərərçəkmiş şəxs4 göstərilən şəxsin anket məlumatları Sardarov Elgun kimi kimi oxunması qərara alınmışdır (cild İİ, i.v. 86-100); təqsirləndirilən şəxs qismində cəlb etmə və yeni ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan edilmişdir (cild İİ, i.v. 102-105); cinayət prosesi iştirakçısının vəsatətinə baxılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixə keçən gecə Elgun Sardarovun köşkündən pul oğurlamaması barədə gətirdiyi dəlillər əsassız kimi rədd edilmişdir (cild İİ, i.v. 116-117); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-126/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.2, 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün olmaqla, 25 may 2024-cü il tarixədək uzadılmışdır; Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona məxsus mağazadan etdiyi oğurluq nəticəsində dəymiş 1000 (min) manat ziyan tam olaraq ödənmişdir. Bununla bağlı hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur; Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur; Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur; Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur; İş materiallarından görünür ki, X25 Tibb Mərkəzində müayinə olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidin ifadələrinin, ekspert rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 29, 177.2.2, 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 29-cu maddəsinə görə Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.1-ci maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır; 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut olan disk iş materiallarında saxlanılmalı; ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 50 (əlli) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3cü və 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdən 03 fevral 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 05 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-302/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-302/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver