Məhkəmə qərarları › İş №1(010)-304/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-304/2021

23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-304/2021 23.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, saat 10:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxx 2001-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natmam orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Hənifə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində ünvansız evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 dekabr 2020-ci il tarixdə, saat 01 radələrində ünvan 2 ünvanda yerləşən ətrafı daş hasarla əhatə olunaraq mühafizəsi təmin edilmiş Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətinə, hasarın üstündən keçməklə qanunsuz daxil olaraq mənzildə təmir işləri görülməsi səbəbi ilə divardan açılaraq yerə qoyulmuş bir ədəd “Elite” markalı “EASYM- 12HR” modelli, 12000 btu gücə malik kondisionerin mühərrik olan hissəsini gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 150 manat maddi ziyan vurmaqla oğruluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 fevral 2021-ci il tarixdə, saat 10 radələrində ünvan 3 ünvanda yerləşən ətrafı daş hasarla əhatə olunaraq mühafizəsi təmin edilmiş Zərərçəkmiş şəxs2 məxsus həyətə, hasarın üstündən keçməklə qanunsuz daxil olaraq həyətdə yerləşən saxlanc yeri hesab olunan taxta və dəmir lövhələrdən inşa edilmiş yardımçı tikilidən sonuncuya məxsus 35 metr uzunluğunda bir metri 01 manat 20 qəpik olmaqla ümumi dəyəri 42 manat olan ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən, 02 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 12.3 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.2 mm olan, 25 metr uzunluğunda bir metri 01 manat 20 qəpik olmaqla ümumi dəyəri 30 manat olan ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 10.50 mm olan, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.5 mm olan, 25 metr uzunluğunda bir metri 50 qəpik olmaqla ümumi dəyəri 12 manat 50 manat olan üzərində “SİMTEL KABLO TS 60502-12x2.5 mm2 2015” yazı olan, ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən 02 ədəd damardan və çoxsaylı qırmızımtılsarı rəngli simlərdən ibarət, damarlarının hər birinin diametri təxminən 3.53 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.2 mm olan, 20 metr uzunluğundan bir metri 01 manat 60 qəpik olmaqla ümumi dəyəri 32 manat olan üzərində “GOKNUR KABLO” yazı olan, ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən, 04 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 12.76 mm, damarların hər birinin diametri təxminən 4.20 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.2 mm olan, 40 metr uzunluğunda bir metri 01 manat 20 qəpik olmaqla ümumi dəyəri 48 manat olan ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən, 04 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət ümumi diametri təxminən 10.70 mm, damarların hər birinin diametri təxminən 3.50 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.2 mm olan elektrik naqillərini və 100 metr uzunluğunda bir metri 30 qəpik olmaqla ümumi dəyəri 30 manat olan qara rəngli rezinəoxşar izoliyasiya təbəqəsindən, gümüşü rəngli ekran təbəqəsindən, ağ rəngli qeyri metal təbəqədən və bir ədəd qırmızımtıl-sarı rəngli simdən ibarət, ümumi diametri təxminən 6.30 mm, qırmızımtıl-sarı rəngli simin diametri təxminən 0.98 mm olan televizor kabelini gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 194 manat 50 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədilə 25 aprel 2021-ci il tarixdə axşam saatlarında ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə bitişik mişar daşından inşa olunmuş saxlanc yeri hesab olunan yardımçı tikiliyə qanunsuz daxil olaraq həmin yerdə tikinti və məişət əşyalarının saxlanılması üçün nəzərdə tutulan taxta rəfin üzərindən sonuncuya məxsus 135 manat dəyərində 100 metr uzunluğunda Türkiyə Respublikası istehsalı olan “Horoz Kablo, 2G4mm2” markalı iki damarlı mis əsaslı ərintidən hazırlanmış elektrik kabelini və 01 ədəd 20 manat dəyərində olan istifadə edilmiş diametri 34 sm, hündürlüyü 40 sm olan iki dəstəkli gümüş rəngli alüminium materialdan hazırlanmış qapaqsız mətbəx qazanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 155 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə əvvəlcə özünü qismən təqsirli bilərək göstərdi ki, 28 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi ilə piyada hərəkətdə olarkən daş hasardan həyətə aşaraq oradakı dolabdan, içərisində elektrik naqilləri olan torbaları oğurlamışdır. Bundan başqa, 24 aprel 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində hazırda xatırlamadığı küçə ilə gedərkən qarşısına çıxan qapısı örtülü olsa da, üzərində qıfılı olmayan qarajdan bir ədəd alüminium qazanı və mis naqili oğurlamışdır. Lakin digər epizod üzrə, yəni 24 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən oğurluq etməkdə özünü təqsirli bilmir. Belə ki o, Zərərçəkmiş şəxs1 tanımır, sonuncuya məxsus qeyd etdiyi fərdi yaşayış evində ümumiyyətlə olmamış və oradan oğurluq etməmişdir. Polis bölməsində ona qarşı fiziki güc tətbiq edildiyi üçün ibtidai istintaq zamanı həmin epizodda özünü təqsirli bilmişdir. Bu barədə şikayət etmədiyi üçün döyülməsi barədə prokurorluqda araşdırılma aparılmamışdır. Sonradan Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, oğurluq etmək məqsədi ilə 2020-ci ilin dekabr ayının 24-nə keçən gecə, saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşadığı nömrəsiz ünvandan çıxmış, həmin vaxt Bakı şəhəri, Suraxanı qəsəbəsində yerləşən evlərdən birinin işıqlarının yanmadığını və ətrafda heç kimin olmadığını görüb həmin evə yaxınlaşmışdır. Giriş qapısı bağlı olduğundan hasardan aşaraq həyətə daxil olmuşdur. Ətrafa baxdıqda bir ədəd “Elit” markalı kondisionerin mühərrik olan hissəsini görüb onu oğurlamaq qərarına gəlmişdir. Küçədə heç kimin olmadığına əmin olduqdan sonra həmin əşyanı həyətin giriş qapısını açaraq küçəyə çıxartdıqdan sonra qapını bağlayıb hasardan aşaraq küçəyə keçmişdir. Oğurladığı əşyanı sonradan Bakı şəhəri Suraxanı qəsəbəsində metal qəbulu məntəqəsinə satmaq üçün yaşadığı evə aparmışdır. Lakin ilk dəfə oğurluq etdiyindən, həmçinin alıcını, oğurladığı kondisioner mühərrikinin yararsız olduğuna inandıra bilməyəcəyindən və tutulacağından ehtiyat edərək onu yaşadığı evdə saxlamışdır. Bir müddət sonra sözügedən mühərriki hissələrə ayırıb satmaq üçün üst hissəsini söksə də, lakin digər hissələrini sökə bilmədiyindən onu satmaq fikrindən daşınmışdır. Bundan başqa, 28 fevral 2021-ci il tarixdə, saat 10 radələrində küçədən dəmir yığıb satmaq ücün Bakı şəhəri, Suraxanı rayonu ərazisində kirayədə yaşadığı evdən çıxaraq Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsinə getmiş, həmin küçə ilə gəzərkən hasardan aşaraq tanımadığı şəxsin həyətinə keçmiş, heç kimin olmadığına əmin olduqdan sonra tikinti alətlərinin yığıldığı taxtadan hazırlanmış dolabın qapısını açaraq, içərisində elektrik naqilləri olan torbaları götürüb onları hasardan küçəyə tullamış, daha sonra özü hasardan aşaraq küçəyə keçmişdir. Oğurladığı həmin naqilləri satmağa apararkən küçədə polis əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparılmışdır. Bölmədə o, elektrik naqillərini oğurladığını etiraf edərək onları polis əməkdaşlarına təqdim etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan sonra da maddi vəziyyəti çətin olduğundan və pula ehtiyacı olduğundan yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 24 aprel 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində xatırlamadığı küçə ilə gəzərkən yolun kənarında, qapısı örtülü olan, lakin üzərində qıfıl olmayan qaraja daxil olub oradakı rəflərin üzərindən bir ədəd aliminum qazanı və mis naqili götürüb oradan uzaqlaşmışdır. Oğurladığı həmin əşyaları yaşadığı mənzilə aparmış, iki gündən sonra, yəni 26 aprel 2021-ci il tarixdə həmin elektrik naqilini və aliminum qazanı satmağa apararkən bu dəfə də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona, oğurluq hadisəsində şübhəli olduğunu bildirdikdə o, oğurluq etdiyini etiraf etmiş və polis əməkdaşları onu, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparmışlar. Polis bölməsində izahat verdikdən sonra oğurladığı elektrik naqilini və bir ədəd aluminium qazanı polis əməkdaşına təqdim etmişdir. Bundan sonra özünün də iştirakı ilə polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçiriİmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki o, əvvəlcə ona elan olunmuş ittihamı dərk etməsə də, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan sonra o, təqsirini tam olaraq anlamış və törətdiyi cinayət əməlinin mahiyyətini dərk etmişdir. Buna görə də o, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirdi və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 vurulmuş maddi zərəri ödəyərək sonuncularla razılıq əldə etdiyini, Zərərçəkmiş şəxs1 isə ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alınaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 09 dekabr 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 24 dekabr 2020-ci il tarixdə, saat təxminən 14:00 radələrində 10 yaşlı oğlu Elçin zəng edərək yaşadığı evin həyətyanı sahəsində olan əvvəlcədən quraşdırılması ücün saxladığı kondisionerin mühərrik hissəsinin yerində olmadığını bildirmişdir. 25 dekabr 2020-ci il tarixdə, saat təxminən 00:30 radələrində işdən yaşadığı ünvan 7 ünvanına qayıtdığı zaman, təmir işləri getdiyi müddətdə sökülüb evin həyətyanı sahəsində saxladığı kondisionerin mühərrik hissəsinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Kondisionerin mühərrik hissəsinin oğurlanması nəticəsində mənə 600 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ilk dəfədir görür və Həsən onun evindən oğurluq etməmişdir. Çünki o, evindən oğurluq edən şəxsi üzdən tanıyır. Belə ki, bölmədə olanda oğurluq edən şəxsin şəklini göstərmişlər və o, həmin şəxsi üzdən tanımışdır. Həmin şəxslə sonradan küçədə söhbət edən zaman sonuncu ona oğurladığı kondisioner matorunu Günəşli qəsəbəsində satdığını bildirmişdir. Belə olan halda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. 09 dekabr 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 28 fevral 2021-ci il tarixdə, saat 10 radələrində yaşadığı ünvan 8 ünvanında yerləşən evin həyətində olan tikinti materiallarının saxlanlıması üçün nəzərdə tutulan taxta dolabın içərisinə baxdıqda oranın dağınıq vəziyyətdə olduğunu və dolabda əvvəlcədən saxladığı torbanın içərisində olan 06 növ elektrik naqilinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Belə ki, onun həyətində olan dolabda saxladığı torbanın içərisində 35 metr uzunluğunda 12 mm diametrində iki damardan ibarət mis elektrik naqili, 20 metr uzunluğunda 04 ədəd damardan ibarət “Goknur kablo” markalı mis elektrik naqili, 25 metr uzunluğunda dimametri təxminən 10 mm olan mis elektrik naqili, 40 metr uzunluğunda 04 ədəd damardan ibarət diametri 10 mm olan mis elektrik naqili, 25 metr uzunluğunda 02 ədəd damardan ibarət “Simtel Kablo” markalı mis elektrik naqili və 100 metr uzunluğunda televizor kabeli oğurlanmışdır ki, bunun da nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. O, hadisə baş verən gün əsəbi və həyəcanlı olduğundan oğurlanan elektrik kabellərindən başqa digər əyşaların oğurlanmasını qeyd etsə də, sonradan həyətə və tikinti materiallarının saxlanılması üçün nəzərdə tutulan dolabın içərisinə baxdıqda ifadəsində göstərdiyi elektrik və televizor kabellərindən başqa heç bir əşyanın oğurlanmadığını müəyyən etmişdir. O, əlavə olaraq verdiyi ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs qeyd olunan müxtəlif ölçülü elektrik və televizor kabellərini oğurlaması nəticəsində ilkin ifadəsində ona 500 manat maddi ziyan dəydiyini bildirsə də, iş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə ümumilikdə dəymiş ziyanının 194 manat 50 qəpik müəyyən edilməsinə heç bir etirazı yoxdur. Sonda Zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 25 aprel 2021-ci il tarixdə səhər saatlarında yaşadığı ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik qaraja daxil olduqda orda əvvəlcədən saxladığı 100 metr uzunluğunda elektrik naqilinin və bir ədəd aliminiun qazanın naməlum şəxs(lər) tərəfindən oğurlandığını aşkar etmişdir. Belə ki, o, qeyd etdiyi əşyaları 24 aprel 2021-ci il tarixdə günorta vaxtlarında həmin qaraja qoymuşdur. Qeyd olunan əşyaların qarajdan əvvəlcə ailə üzvlərindən kiminsə götürə biləcəyini ehtimal etdiyi üçün bu barədə sonunculardan soruşub dədiqləşdirdikdən sonra həmin əşyaların oğurlandığına əmin olmuş və 26 aprel 2021-ci il tarixdə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə müraciət etmişdir. O, əlavə olaraq verdiyi ifadəsində göstərmişdir ki, əvvəl verdiyi ifadəsində iş üzrə Təqsirləndirilən şəxs qeyd olunan əşyaları oğurlanması nəticəsində ona ümumilikdə 200 manat maddi ziyan dəydiyini qeyd etsə də, iş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə ümumilikdə dəymiş ziyanının 150 manat müəyyən edilməsinə heç bir etirazı yoxdur. Zərərçəkmiş şəxs3 istifadəsində olan mobil telefon vasitəsi ilə əlaqə saxlanıldığı zaman o, cinayət nəticəsində vurulmuş maddi ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan baxış keçirilməsi barədə 26 aprel 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə bitişik mişar daşından inşa olunmuş saxlanc yeri hesab olunan yardımçı tikili, qarajdan oğurluq edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs3 qarajdan ona məxsus elektrik naqilinin və bir ədəd aliminiun qazanın oğurlandığını bildirmişdir. İş materiallarında olan təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında 26 aprel 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqa təqdim etdiyi ünvan 4 ünvanda yerləşən qarajdan oğurladığı elektrik naqil və bir ədəd aliminiun qazan istintaq zərurəti ilə əlaqədar mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 26 aprel 2021-ci il tarixli protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs3 ifadəsində oğurlandığını bildirdiyi elektrik naqilini və bir ədəd aliminiun qazanı tanıması təklif olunmuş, Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilmiş elektrik naqilini və bir ədəd aliminiun qazanı nəzərdən keçirib həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 26 aprel 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yerləşən qarajı göstərərək, 25 aprel 2021-ci il tarixdə, axşam saatlarında həmin qarajın qıfılı olmayan qapısını açıb içəri daxil olduğunu və oradakı tikinti və məişət əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş taxta rəfdə saxlanılan bir ədəd aliminium materialdan hazırlanmış qazanı və mis materialdan olan elektrik naqilini oğurladığını bildirmişdir. İş materiallarında olan könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında 01 mart 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqa təqdim etdiyi ünvan 3 ünvanında həyətyanı sahədə yerləşən taxta dolabdan oğurladığı elektrik naqilləri istintaq zərurəti ilə əlaqədar mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 01 mart 2021-ci il tarixli protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs2 ifadəsində oğurlandığını bildirdiyi elektrik naqillərini tanıması təklif olunmuş, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş elektrik naqillərini nəzərdən keçirib həmin naqillərin ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 01 mart 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, 226 nömrəli fərdi yaşayış evinin həyətində yerləşən tikinti materiallarının saxlanılması üçün nəzərdə tutulan dolabı göstərərək, 28 aprel 2021-ci il tarixdə, saat 10 radələrində həmin yaşayış evinin həyətinə hasardan keçməklə həmin dolabda saxlanılan içərisində elektrik naqilləri olan bir ədəd kisəni oğurladığını bildirmişdir. İş materiallarında olan məhkəmə-iqtisad ekspertizasının 15 mart 2021-ci il tarixli, 6/862-9/1110 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş nümunələr əsasında aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən 6 ədəd kabelin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilmişdir: -ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən, 02 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 12.3 mm, qızmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.2 mm olan kabelin 01 metri – 01 manat 20 qəpik; -ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 10.50 mm olan, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.5 mm olan kabelin 01 metri – 01 manat 20 qəpik; -üzərində “SİMTEL KABLO TS 60502-12x2.5 mm2 2015” yazı olan, ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən 02 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, damarlarının hər birinin diametri təxminən 3.53 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,2 mm olan kabelin 01 metri – 50 qəpik; -üzərində “GOKNUR KABLO” yazı olan, ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən, 04 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 12.76 mm, damarların hər birinin diametri təxminən 4.20 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.2 mm olan kabelin 01 metri – 01 manat 60 qəpik; -ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən, 04 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət ümumi diametri təxminən 10.70 mm, damarların hər birinin diametri təxminən 3.50 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.2 mm olan kabelin 01 metri – 01 manat 20 qəpik; -qara rəngli rezinəoxşar izoliyasiya təbəqəsindən, gümüşü rəngli ekran təbəqəsindən, ağ rəngli qeyri metal təbəqədən və bir ədəd qırmızımtıl-sarı rəngli simdən ibarət, ümumi diametri təxminən 6.30 mm, qırmızımtıl-sarı rəngli simin diametri təxminən 0.98 mm olan kabelin 01 metri - 30 qəpik. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 iyun 2021-ci il tarixli 9/2907 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və inşaat materialları satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş əvvəllər istismarda olmuş tədqiqat obyektlərinin 28 fevral 2021-ci il tarixə köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiymətləri ekspert tərəfidən təxminən aşağıdakı kimi müəyyən olunmuşdur: -100 metr üzərində “Horoz Kablo, 2G4mm2” markalanma yazıları olan 02 damarlı mis əsaslı ərintidən hazırlanmış elektrik kabeli – 135 manat; -bir ədəd istifadə edilmiş diametri 34 sm, hündürlüyü 40 sm olan iki dəstəkli gümüş rəngli aliminium materialdan hazırlanmış qapaqsız mətbəx qazanı – 20 manat. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 25 dekabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətindən oğurluq edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 19 iyun 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 43 nömrəli fərdi yaşayış evinin həyətinin giriş qapısını göstərərək, həmin evin həyətinə hasardan keçməklə daxil olduğunu və həyətdə olan bir ədəd “Elite” markalı kondisionerin motor hissəsini oğurladığını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 19 iyun 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşadığı nömrəsiz evdə saxladığı, sökülmüş vəziyyətdə olan bir ədəd “Elite” markalı kondisionerin motor hissəsini təqdim edərək, onu 24 dekabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 43 nömrəli fərdi yaşayış evinin həyətindən oğurladığını və həmin vaxtadək yaşadığı evdə saxladığını bildirmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 19 iyun 2021-ci il tarixli protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs1 ifadəsində oğurlandığını bildirdiyi əşyanı tanıması təklif olunmuş, Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş “Elite” markalı kondisionerin motor hissəsini nəzərdən keçirib həmin əşyanın ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 iyul 2021-ci il tarixli 9/4904 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Elite” markalı, “EASYM-12HR” modelli, 12000 btu gücə malik kondisionerin mühərrik hissəsinin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 150 manat müəyyən olunur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Həmçinin məhkəmə hesab edir ki, ittiham aktında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətindən oğurladığı “Elite” markalı, “EASYM-12HR” modelli, 12000 btu gücə malik kondisionerin mühərrik hissəsinin dəyərinin 600 manat olması göstərildiyi halda, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 iyul 2021-ci il tarixli 9/4904 nömrəli rəyində həmin kondisionerin mühərrik hissəsi 150 manat məbləğində dəyərləndirildiyinə görə, həmin kondisionerin mühərrik hissəsinin qiymətinin 600 manat olması isə iş üzrə heç bir sübutla öz təsdiqini tapmadığı üçün, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda Zərərçəkmiş şəxs1 məxsus “Elite” markalı, “EASYM-12HR” modelli, 12000 btu gücə malik kondisionerin mühərrik hissəsinin dəyəri 150 manat məbləğində müəyyən edilməli və Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurulmuş zərərin məbləği 150 manatadək azaldılmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət nəticəsində zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 vurulmuş zərəri aradan qaldıraraq sonuncularla razılıq əldə etməsini, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 isə ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında 01 mart 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 03 mart 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 01 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilərək qərarın surəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, 28 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi onun həmin maddə ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinə birləşdirilərək ********* nömrə altında istintaq edilmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26 aprel 2021-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti həmin Məhkəmənin 23 iyul 2021-ci il tarixli qərarı ilə 01 ay həddində, yəni 26 avqust 2021ci il tarixədək, 23 avqust 2021-ci il tarixli qərarı ilə 01 ay həddində, yəni 26 sentyabr 2021ci il tarixədək və 23 sentyabr 2021-ci il tarixli qərarı ilə 15 gün, yəni 11 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 01 mart 2021-ci il tarixdən 03 mart 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, habelə məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 26 aprel 2021-ci il tarixdən 23 dekabr 2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün, ümumilikdə isə tutulduğu və həbsdə saxlanıldığı 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Elite” markalı “EASYM- 12HR” modelli 12000 btu gücə malik kondisionerin mühərrik hissəsinin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1, 35 metr uzunluğunda ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən, 02 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 12.3 mm, qızmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.2 mm olan, 25 metr uzunluğunda ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 10.50 mm olan, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.5 mm olan, 25 metr uzunluğunda üzərində “SİMTEL KABLO TS 60502-12x2.5 mm2 2015” yazı olan, ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən 02 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, damarlarının hər birinin diametri təxminən 3.53 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.2 mm olan, 20 metr uzunluğunda üzərində “GOKNUR KABLO” yazı olan, ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən, 04 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 12.76 mm, damarların hər birinin diametri təxminən 4.20 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.2 mm olan, 40 metr uzunluğunda ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən, 04 ədəd damardan və çoxsaylı qırmızımtılsarı rəngli simlərdən ibarət ümumi diametri təxminən 10.70 mm, damarların hər birinin diametri təxminən 3.50 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.2 mm olan elektrik naqillərinin, 100 metr uzunluğunda qara rəngli rezinəoxşar izoliyasiya təbəqəsindən, gümüşü rəngli ekran təbəqəsindən, ağ rəngli qeyri metal təbəqədən və bir ədəd qırmızımtıl-sarı rəngli simdən ibarət, ümumi diametri təxminən 6.30 mm, qırmızımtıl-sarı rəngli simin diametri təxminən 0.98 mm olan televizor kabelinin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2, 100 metr uzunluğunda Türkiyə Respublikası istehsalı olan “Horoz Kablo, 2G4mm2” markalı iki damarlı mis əsaslı ərintidən hazırlanmış elektrik kabelinin və bir ədəd istifadə edilmiş diametri 34 sm, hündürlüyü 40 sm olan iki dəstəkli gümüş rəngli alüminium materialdan hazırlanmış qapaqsız mətbəx qazanının zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-iqtisad və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 215 (iki yüz on beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə məhkəmənin hazırlıq iclasında, habelə 21 oktyabr 2021-ci il və 09 dekabr 2021-ci il tarixlərdə məhkəmə baxış iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Habelə sonrakı məhkəmə iclaslarında Təqsirləndirilən şəxs, öz vəsaiti hesabına müqavilə bağladığı vəkili Müdafiəçi1 tərəfindən hüquqi yardım göstərildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsaitin ödənilməsinə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 01 mart 2021-ci il tarixdən 03 mart 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, habelə məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 26 aprel 2021-ci il tarixdən 23 dekabr 2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün, ümumilikdə isə tutulduğu və həbsdə saxlanıldığı 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 08 (səkkiz) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Balakən rayon İcra və Probasya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. İş üzrə məhkəmə-iqtisad və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 215 (iki yüz on beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Elite” markalı “EASYM-12HR” modelli 12000 btu gücə malik kondisionerin mühərrik hissəsinin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1, 35 metr uzunluğunda ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən, 02 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 12.3 mm, qızmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.2 mm olan, 25 metr uzunluğunda ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən və çoxsaylı qırmızımtılsarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 10.50 mm olan, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.5 mm olan, 25 metr uzunluğunda üzərində “SİMTEL KABLO TS 60502-12x2.5 mm2 2015” yazı olan, ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən 02 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, damarlarının hər birinin diametri təxminən 3.53 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.2 mm olan, 20 metr uzunluğunda üzərində “GOKNUR KABLO” yazı olan, ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən, 04 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 12.76 mm, damarların hər birinin diametri təxminən 4.20 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.2 mm olan, 40 metr uzunluğunda ağ rəngli, rezinəoxşar izoliyasiya təbəqəsindən, 04 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət ümumi diametri təxminən 10.70 mm, damarların hər birinin diametri təxminən 3.50 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.2 mm olan elektrik naqillərinin, 100 metr uzunluğunda qara rəngli rezinəoxşar izoliyasiya təbəqəsindən, gümüşü rəngli ekran təbəqəsindən, ağ rəngli qeyri metal təbəqədən və bir ədəd qırmızımtıl-sarı rəngli simdən ibarət, ümumi diametri təxminən 6.30 mm, qırmızımtılsarı rəngli simin diametri təxminən 0.98 mm olan televizor kabelinin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2, 100 metr uzunluğunda Türkiyə Respublikası istehsalı olan “Horoz Kablo, 2G4mm2” markalı iki damarlı mis əsaslı ərintidən hazırlanmış elektrik kabelinin və bir ədəd istifadə edilmiş diametri 34 sm, hündürlüyü 40 sm olan iki dəstəkli gümüş rəngli alüminium materialdan hazırlanmış qapaqsız mətbəx qazanının zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs, 12 oktyabr 2021-ci il tarixdə məhkəmənin hazırlıq iclasında, habelə 21 oktyabr 2021-ci il və 09 dekabr 2021-ci il tarixlərdə məhkəmə baxış iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN- ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar