Məhkəmə qərarları › İş №1(010)-304/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-304/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-304/2025 16.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi – “Verdiktum” Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1994-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ətçilər kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, 16 – 17 yanvar 2025-ci il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə saat 21:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Kia Optima» minik markalı, **-SB-*** dövlət qeydiyyatı nişanlı avtomobili ilə “Koroğlu” metrostasiyası istiqamətindən X8 Hava Limanı istiqamətində saatda 90-100 km sürətlə soldan birinci hərəkət zolağında hərəkət etdirərkən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən evin yaxınlığında, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar, buna əməl etməyərək, ehtiyatsızlıqdan yol hərəkəti qaydalarını pozub idarəetməni itirərək 180 dərəcə döndükdən sonra yolun hərəkət hissəsinin sağında yerləşən maneyəyə dəymiş, nəticədə xx xxxxxx 1981-ci il təvəllüdlü həmin avtomobilin sərnişini Zərərçəkmiş şəxs sağ ll-lll-İV bel fəqərələrinin yan çıxıntılarının sınıqları, sol bazunun qançırı, sol dirsək oynağı nahiyəsinin sıyrığı ilə nəticələnən, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətlərinin almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuş, bundan sonra isə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələbini pozmuş, yəni nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərərçəkmiş şəxsə ilk tibbi yardım göstərməməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” çağırmalı və ya zərərçəkmiş şəxsi səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, onu özü xəstəxanaya aparıb yenidən hadisə yerinə qayıtmalı, hadisə barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməli olduğunu bildiyi halda, buna riayət etməmiş, yol-nəqliyyat hadisəsini törətdikdən sonra həmin hadisə yerindən qaçmışdır. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublika Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, lakin Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 avqust 2024-cü il tarixdə saat təxminən 21:00 radələrində özünə məxsus olan “Kia Optima” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Koroğlu metrostansiyasının qarşısından 4 nəfər Buzovnaya getmək istəyən sərnişini götürərək H.Əliyev prospekti ilə yola düşmüşdür. Yolda hərəkətdə olan zaman, hərəkət istiqamətinin önündə hərəkət edən “Hyundai” minik markalı avtomobil anidən əyləci sıxmış və o idarə etməni itirərək rulu sağa döndərdib əyləci sıxmış, avtomobili sürüşərək yerində fırlanmış və sağ tərəfdə olan səkiyə dəyərək dayanmışdır. O, avtomobildən düşüb kənarda dayanmışdır. Bir nəfər uşaqlı xanım xəsarət aldığını bildirmişdir. Xanım özünü pis hiss etdiyinə görə sərnişinlərdən biri X11 Stansiyasına zəng etmişdir. Az sonra qəza yerinə TTY stansiyasının əməkdaşları gəlmişlər. Təcili tibbi yardı zərərçəkmiş şəxsi müayinə edib getmişlər. Həmin vaxtı o, hadisə yerindən qaçmamış və özüdə də hadisə yerində olmuşdur. Zərərçəkmiş şəxsə özü barəsində məlumat verərək zərərçəkmiş şəxsə su vermiş və səhhəti ilə maraqlanmışdır. Sonradan zərərçəkmiş şəxs taksı çağıraraq hadisə yerindən çıxıb getmişdir. O, isə hamı çıxıb gedəndən sonra avtomobili evakuator maşınına qoyaraq getmişdir. Hadisə yerində 3-4 saat olmuşdur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair yüngül cəza təyin edilməsini, lakin Azərbaycan Respublikası CMin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair isə bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir: “xx.xx.2024-cü il tarixdə saat təxminən 21:00 radələrində özünə məxsus olan “KİA OPTİMA” markalı, **-SB-*** d.q.n avtomobili ilə Koroğlu metrostansiyasının qarşısından 4 nəfər Buzovnaya getmək istəyən sərnişini götürərək H.Əliyev prospekti ilə yola düşmüşdür. Yolda hərəkətdə olan zaman, hərəkət istiqamətinin önündə hərəkət edən “Hyundai” markalı avtomobil anidən əyləci sıxmış və o idarə etməni itirərək rulu sağa döndərdib əyləci sıxmışdır, avtomobili sürüşərək yerində fırlanmış və sağ tərəfdə olan səkiyə dəyərək dayanmışdır. O avtobobildən düşüb kənarda dayanmışdır. Bir nəfər uşaqlı xanım xəsarət aldığını bildirmişdir. Xanım özünü pis hiss etdiyinə görə sərnişinlərdən biri X11 stansiyasına zəng etmişdilər. Az sonra qəza yerinə TTY stansiyasının əməkdaşları gəlmişdilər. Təcili tibbi yardıma xanım yıxıldığını bildirmişdir. TTS xanımı müayinə edib getmişdilər. Sonra o polisə məlumat vermədən, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil yolun kənarında olan dəmir maneəyə dəydiyindən iki təkərinin havası çıxdığı üçün avtomobilini evaukatora yükləyib hadisə yerindən çıxıb getmişdir. Həmin evakuatorun dövlət nömrə nişanına baxmamış, evakutorun sürücüsünü tanımamış, anket məlumatlarını bilməmişdir. Hadisə baş verən zaman hava tutqun, yol asfalt örtüklü olmuşdur. Bu cür hadisələr zamanı polisə məlumat verməli olduğunu bilməmiş və ona görə polisə məlumat verməmişdir. Həmin yol-nəqliyyat hadisəsindən 3-4 gün sonra avtomobili təmir etmədən elə həmin vəziyyətdə əvvəl tanımadığı şəxsə satmışdır. Ona görə, həmin avtomobilin harda olmasını bilmir”. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Firudinovna ifadəsində göstərmişdir ki, albalıqda yaşayır və işə taksi ilə gedib gəlir. Hadisə günü taksiyə oturmuş, maşın müştəri ilə tam dolandan sonra yola düşmüşlər. O, uşağı ilə birlikdə sürücünün arxasında oturmuşlar. Komsomol dairəsinə çatanda maşın artıq yol sol hissəsində olaraq 90-100 sürətlə gedirdilər. İlk olaraq təqsirləndirilən şəxs pəncərələri açaraq musiqinin səsini yüksəltmişdir. O, təqsirləndirilən şəxsə musiqinin səsini azaltmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona tərəf dönüb aşağıdan yuxarı baxaraq musiqini söndürmüşdür. Sonra təqsirləndirilən şəxs yenidən musiqinin səsini artırmış, o, iradını bildirəndə maşının əyləcinə basmışdır. O, artıq qəzanın qaçılmaz olduğunu bilmişdir. Qarşıda maşın olmuş, təqsirləndirilən şəxs əyləcə basaraq maşın fırlanmış və onun tərəfindən dəmirə dəymişdir. Maşın tüstüləməyə başlamış və o qışqırmağa başlamışdır ki, digər maşınlar saxlayıb onlara kömək etsinlər. Özünü idarə edə bilməmiş, başı və qolu maşının qapısına dəymiş, sıxılıb qalmışdır. Maşından çıxaraq onu yerə otuzduraraq uşağı qucağından almışlar. Ətrafda olanlara demişdir ki, ağrıyır, təcili yardım çağısınlar. Təqsirləndirilən şəxs orada ona yaxınlaşmamış, Kamranın həmin an harada olduğunu bilməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs Firudinovna bildirmişdir ki, maşının sürəti təxmin edir ki, 90-100 olardı. Maşında qarşıda bir nəfər cavan oğlan, arxada iki nəfər qız əyləşmişdir. Təcili yardım sonda gəlmişdir. Təcili yardımı yanındakı qızlar çağırmışlar. Təqsirləndirlən şəxsin ad soyadını polisə gələndə öyrənmişdir. Gecə ağrımış, valideynlərinə bildirmiş, onu xəstəxanaya aparmışlar, orada qəzaya düşdüyünü bildirmiş, polis əməkdaşı ona zəng vurmuş və onu şöbəyə dəvət etmişlər, orada sürücü barəsində məlumat almışdır. Evakuator gələndə təcili yardım da gəlmişdir. Yanında əyləşən qızlardan xahiş etmişdir ki, maşının şəkillərini çəksinlər, sonra polisə şəkilləri təqdim etmiş və tapmışlar. Digər sərnişinləri tanımır. Təcili yardım maşınında olan orada tibb işçilər olmuşlar. Qarşıda oturan oğlan ona kömək etmişdir. O, həkim olduğu üçün bilmişdir ki, sınıq və ya çıxıq olanda ağrıkəsici vurularsa nəticəsi pis olur, ona görə də təcili tibbi yardıma demişdir ki, onu xəstəxanaya rentgen olunmaq üçün aparsınlar, demişlər ki, ağrıkəsici vursunlar, o, razılaşmamış və özü gedəcəyini bildirmiş, maşında qarşıda əyləşən oğlanla eyni istiqamətdə yolları olduğu üçün bir getmişlər. Hadisə vaxtı DYPŞ-nin əməkdaşlarını görməmişdir. 102-yə məlumat verməmiş, fikriləşmişdir ki, heç bir şey yoxdur, ötüşüb gedər. Səhər duranda görmüşdür ki, yeriyə bilmir, xəstəxanaya gedəndə bilmişdir ki, xəsarəti var. Təqsirləndirlən şəxs ona müalicə xərcləri təklif etməmiş, əksinə onu günahkar çıxarmışdır. Bir dəfə təqsirləndirilən şəxsin əmisi gəlmiş, 2000 manat təklif etmiş, o, qəbul etməmiş, çünki o, avqust ayından işləməmiş, aprel ayında işə düzəlmiş, 2 ay yataqda olmuş, oktyabr ayında onu bu hadisəyə görə işdən uzaqlaşdırmışlar. Qarşı tərəfdən 8000 manat pul istəmişdir. Hadisə vaxtı "xxxx" MMC-də dermatoloq işləmiş, 700 manat əmək haqqı almışdır. Maddi tələbi yoxdur, cəza verilməsini xahiş edir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs Firudinovna ifadəsində göstərmişdir: “o azyaşlı övladını «Dəniz Mall»a aparmışdır. xx.xx.2024-cü il tarixdə axşam yaşadığı ünvana qayıdan zaman «Koroğlu» metrosu yaxınlığında bir nəfərin Buzovna zavod istiqamətində getdiyini və 2 manatdan sərnişin axtardığını eşitmişdir. O da həmin avtomobildə arxa oturacaqda sürücünün arxasında azyaşlı övladı ilə birlikdə oturmuşdur. O övladını qucağında otuzdurmuşdur. Ön oturacaqda bir nəfər oğlan arxa oturacaqda isə ondan başqa iki nəfər xanım əyləşmişdir. Təxminən 21:15 radələrində onlar ordan yola çıxmışdırlar. Onlar ordan Buzovna istiqamətinə gedən zaman sürücü pəncərəni aşağı salaraq yüksək səslə musiqiyə qulaq asmağa başlmışdır. O ona musiqinin səsini aşağı etməsi üçün müraciət etmişdir. Sürücü musiqinin səsini aşağı etmişdir, lakin sonradan yenidən musiqinin səsini artırmışdır. O ona irad bildirdikdə o yenidən mahnının səsini artırmışdır. Maşını sürətlə idarə etməyə başlamışdır. O maşını sürətlə idarə edildiyini hiss etmişdir. Həmin vaxtı hava qaranlıq olmuşdur, lakin işıqlandırılırdı. Hava açıq və yol səthi quru idi. Təxminən 2-3 dəqiqə sonra sürücü idarəetməni itirmişdir. Maşın sol zolaqla hərəkət edirdi. Sürücü idarəetməni itirən zaman maşın 180 dərəcə firlanaraq sağ zolaqdakı yerləşən maneəyə dəymişdir. Maşının sürücü və onun oturduğu tərəfi maneəyə dəymişdir. Bu zaman o kürəyində şiddətli ağrı hiss etmişdir. Ərtafa baxan zaman maşında tüstu çıxdığını görmüş sürücü birinci olaraq maşından düşüb uzaqlaşmışdır. Sonra digər avtomobillər maşını saxlayıb onlara kömək etməyə başlamışdır. Onun ağrısı şiddətli olduğu üçün azyaşlı övladını digər xanıma saxlamağı üçün vermişdir. O hadisə nəticəsində xəsarət aldığı üçün sərnişindən tibbi yardım çağırmağını istəmişdir. Ona təcili tibbi yardım ağrıkəsici vurmaq istəmişdir, lakin problemi olduğu üçün ağrı kəsici istəməmişdir. Ona qıraqdan təziq olduğu üçün qorxdu, yaxşı olduğunu bildirmişdir. Sürücü öncədən tibbi yardım çağırmamağı üçün ona təziq göstərmişdir. Qorxduğu üçün tibbi yardıma yıxıldığını bildirmişdir. Təcili tibbi yardım getdikdən sonra sürücü evakuator çağırıb hadisə yerindən çıxıb getmişdir. O həmin vaxt orada olan xanımdan sürücünün avtomobilinin şəklini çəkməyini istəmişdir. Həmin xanım onun telefonu ilə avtomobilin nömrəsini çəkmişdir. O taksi ilə yaşadığı ünvana gəlmiş, axşam ağrıdan səhərə kimi yata bilməmişdir. Məcbur olduğu üçün ağrıkəsici içmişdir. Səhər ağrı azalmadığı üçün valideyinlərinə birlikdə xəstəxanya müraciət etmişdir. Xəstəxanada olan zaman qabırğasında sınıq olduğunu bildirmişdir. O 4 həftə mülicə almışdır. Həmin şəxs onunla maraqlanmamışdır və həmin şəxsin kim olduğu barədə məlumatı olmamışdır. Həmin hadisə zamanı heç kim ona sürücü barədə məlumat verməmişdir. Sürücü də şəxsiyyəti barədə məlumat verməmişdir. Həmin avtomobilin şəkili onda oluğu üçün təhqiqatçıya təqdim etdikə həmin şəxsin şəxsiyyəti məlum olmamışdır. Təhqiqat dövründə də o həmin şəxsi görməmişdir. Sürücü Təqsirləndirilən şəxs tərəfindən onun müalicəsi üçün çəkdiyi xərclər ödəməmiş, ona görə sürücü barəsində şikayətçidir”. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, yol nəqliyyat zamanı hadisə yerinə çıxmışdır. Hadisədən 2 gün sonra növbətçi hissəyə xəstəxanadan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat gəlmişdir. Növbətçi hissədən Zərərçəkmiş şəxs Firudinovnanın nömresini bildirmişlər. Zərərçəkmiş şəxsə zəng vurmuş və Zərərçəkmiş şəxs Firudinovna demişdir ki, xəstəxanadan çıxır. Zərərçəkmiş şəxs bildirmişdir ki, Heydər Əliyev prospektində Mərdəkana gedən zaman sürücü idarə etməni itirmiş və maşın fırlanıb dəymişdir maneyə. Zərərçəkmiş şəxs arxada oturduğunu və xəsarət aldığını demişdir. O, hadisə yerinə həmin gün cıxmamışdır. Hadisə ilə bağlı göndəriş yazmış və ekspertizya göndərmişdir. Zərərçəkmiş şəxs Firudinovna demişdir ki, Təqsirləndirilən şəxs hadisə yerindən yayınmış və onunla maraqlanmamış, təcili tibbi yardımı özü cağırmış, Kamran maşını evakuatora qoymuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid bildirmişdir ki, əlavə şahid kimi heç kimi dindirə bilməmişdir. Kamran ona izahatında dedmişdir ki, hadisə yerində digər şəxslər olmuş, amma onların kim olduğunu bilməmişdir. İbtidai istintaq zamanı Şahid ifadəsində göstərmişdir: “Suraxanı RPİ-nin TŞ-də təhqiqatçı vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə xidməti otaqda olan zaman Zərərçəkmiş şəxs Firuddinovanın yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə məlumat almışdır. Zərərçəkmiş şəxs ilə hadisə barədə söhbət edən zaman o hadisə baş verən zaman qorxduğu üçün polisə məlumat vermədiyini və sonradan halı pisləşdiyi üçün xəstəxanaya müraciət edən zaman bu barədə bildirdiyini demişdir. O hadisəni törədən şəxsin şəxsiyyəti və ya anket məlumatlarını bilmədiyini və hadisəni törədən şəxsin polisə məlumat vermədən nəqliyyat vasitəsi ilə birlikdə hadisə yerindən yayındığını bildirmişdir. Zərərçəkmiş şəxs bunu görən zaman mobil telefonu həmin vaxtı yanında olan xanıma verib həmin avtomobilin şəklini çəkməsini xahiş etmişdir. Həmin şəkilləri izahatı alınan zaman təqdim etmişdir. Avtomobilin dövlət qeydiyyat nişanının köməyi ilə şəxsin şəxsiyyəti müəyyən edilərərk izahatı alınmışdır”. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, həyətdə oturmuşdur. Səsdən çıxıb görmüşdür ki, maşın divara dəymişdir. Nərgiz xanım maşından düşmüş, ona su vermişdir. Təcili tibbi yardım maşını gelmiş, amma Nərgiz xanımı qəbul etməmiş, çünki heç bir xəsarəti yox idi. Nərgiz xanımı həyətə çağırmışdır. Təqsirləndirilən şəxs da hadisə yerində olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X4 bildirmişdir ki, Kamran axıra kimi hadisə yerində olmuşdur. Nərgiz xanım taksiyə minərək getmişdir. Kamran orada olmuşdur. Polis yox idi hadisə yerində. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, hadisə günü evdə olmuş və həyətə çıxmışdır. Bir xanım, bir uşaq və birdə qabağda bir sərnişin oturmuşlar. Təcili tibbi yardım gəlmiş, Nərgiz xanıma baxmış və bildirmişdir ki, onun xəsarəti yoxdur, buna görə də onu aparmamışdır. Həmin şəxslərə yardım gostərmiş, su vermişdir. Nərgiz xanım xəsarət almamışdır. Sonra taksi cağırmış və getmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X6 bildirmişdir ki, Kamran axıra kimi hadisə yerində olmuşdur. Kamran təcili tibbi yardımı maşını gedəndən sonra, axırda getmişdir. Nərgiz xanım taksi ilə getmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs AE seriyall 425012 nömrəli “B, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 19 avqust 2024-cü il tarixli 657 saylı rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Firudinovnanın məhkəmətibbi ekspertizasına, adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanlara əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq nəticəyə gəlmək olar ki, vət. Zərərçəkmiş şəxs bədən səthində sağ İİ-İİİ-İV bel fəqərələrinin yan çıxıntılarının sınıqları, sol bazunun qançırı, sol dirsək oynağı nahiyəsinin sıyrığı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 17 avqust 2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 17 dekabr 2024-cü il tarixli, 3-16-16/2-8/2778 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Kia Optima markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 yanvar 2025-ci ildə axtarış elan edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin 16 yanvar 2025-ci il tarixli məktubundan və “axtarışda olan şəxsin tutulması” barədə protokolundan görünür ki, Əsədov X5 rayonu qəsəbəsində 16 yanvar 2025-ci il tarixdə saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan qərardan görünür ki, 17 yanvar 2025-ci ildə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş 22 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan AE 425012 nömrəli sübürücül vəsiqəsi 12 may 2016-cı ildən 15 may 2026-cı ilədək qüvvədədir. Azərbaycan Respublikası DİN BDYPİ-nin X1 Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırlmasına dair heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2017-ci il təvəllüdlü X3 və 11 fevral 2022-ci il təvəllüdlü X7 adlı uşaqları var. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi” haqqında 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. İlk növbədə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma aparır və məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, ailəli olmaqla himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşaqlarının olmasını, ailəni yeganə dolandıran şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs 16 – 17 yanvar 2024-cü il tarixləri üzrə (saatlar nəzərə alınmaqla) tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əvvəla, məhkəmə qeyd edir ki, yol nəqliyyat hadisəsi yerinə baxış, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin istintaqı zamanı sübut mənbəyi ola biləcək maddi obyektlərin, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi üçün zəruri əhəmiyyət kəsb edən istintaq hərəkətidir. Qanunvericilik sübutların sübut mənbələri ilə müəyyən edilməsini qeyd edərkən həmin sübutların rəsmiləşdirilməsini də nəzərdə tutur. Hər hansı mənbədən alınan faktik məlumatlar qanunla müəyyən edilmiş qaydada rəsmiyyətə salındıqdan sonra iş üzrə sübut əhəmiyyəti kəsb edə bilər. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə, saat 21:00-da «Kia Optima» minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 3 ünvanı istiqamətində törətdiyi yol nəqliyyat hadisəsindən sonra hadisə yerindən qaçması sübuta yetirilmir. Belə ki, məhkəmə, bununla bağlı mövqeyini belə əsaslandırır: məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs hadisə baş verdikdən sonra hadisə yerindən qaçmadığını və özüdə də hadisə yerində olduğunu, zərərçəkmiş şəxsə özü barəsində məlumat verərək zərərçəkmiş şəxsə su verdiyini və səhhəti ilə maraqlandığını, sonradan zərərçəkmiş şəxs taksı çağıraraq hadisə yerindən çıxıb getdiyini, o, isə hamı çıxıb gedəndən sonra avtomobili evakuator maşınına qoyaraq getdiyini, hadisə yerində 3-4 saat olduğunu qeyd etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs Firudinovna ibtidai istintaq zamanı izahatında, dindirilmə haqqında protokolunda və üzləşdirmə protokolunda “mənə qıraqdan təziq olduğu üçün qorxub yaxşı olduğumu bildirdim, qorxduğum üçün tibbi yardıma yıxıldığımı bildirdim” qeyd etmişdir. Bundan başqa müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində Zərərçəkmiş şəxs Firudinovnanın heç bir xəsarəti olmadığına görə təcili tibbi yardımı onu qəbul etmədiyini, Təqsirləndirilən şəxs hadisə yerində gördüyünü, axıra kimi hadisə yerində olduğunu bildirmişdir. Müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 isə ifadəsində Zərərçəkmiş şəxs Firudinovnanın heç bir xəsarəti olmadığını və buna görə də təcili tibbi yardımı onu qəbul etmədiyini, Təqsirləndirilən şəxs axıra kimi hadisə yerində olduğunu bildirmişdir. Beləliklə də görünür ki, məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi yerindən qaçması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur, əksinə məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri ilə təkzib olunur. Beləliklə, məhkəmə istintaqında əldə edilmiş və araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə hüquqi qiymət verib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 264-cü ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyi nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Beləliklə də, məhkəmə araşdırması zamanı işin faktiki halları və sübutların məcmusu ilə Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə, saat 21:00-da «Kia Optima» minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 3 ünvanı istiqamətində törətdiyi yol nəqliyyat hadisəsindən sonra hadisə yerində qalaraq zərərçəkmiş şəxsə özü barəsində məlumat verdiyi, zərərçəkmiş şəxsə su verərək səhhəti ilə maraqlandığı öz təsdiqini tapmışdır. Həmçinin, qeyd olunmalıdır ki, həm ibtidai istintaq materiallarından, həm də məhkəmə materiallarından görünür ki, Zərərçəkmiş şəxs Firudinovna baş vermiş yolnəqliyyat hadisəsindən sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım xidməti əməkdaşlarına da xəsarətinin olmadığını, özünü yaxşı hiss etdiyini bildirərək, xəstəxanaya getməmiş, hadisədən iki gün sonra ağrıları olduğu üçün xəstəxanaya müraciət etmişdir. Bu da hadisə yerində olan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin heç bir xəsarət almaması və ortalıqda hər hansı bir cinayət hadisəsinin mövcud olmaması təəssüratı yaratmışdır. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin səhhəti ilə maraqlanmış, özünü ona təqdim etmiş, zərərçəkmiş şəxs hadisə yerindən getdikdən bir neçə saat sonra, o, evakuator vasitəsilə idarə etdiyi avtomobili oradan aparmışdır. Yəni, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi yerindən qaçmaq kimi bir niyyəti olmamışdır. Qeyd edilməlidir ki, sübutetmə predmeti ilə sübutetmə həddi bir-birilə sıx surətdə bağlıdır. Əgər sübuetmə predmeti tədqiqat obyektidirsə, sübutetmə həddi sübutemə predmetinə daxil olan halların tam əminliklə müəyyən edilməsi üçün zəruri olan sübut materiallarının məcmusudur. Lakin, hazırki halda proses iştirakçılarının ifadələri, ekspertiza rəyləri sübutetmə predmetinə daxil olan bütün halları müəyyən etmədiyindən, verilmiş ittiham üzrə sübutetmə həddi tamamlanmır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli 4 saylı qərarında göstərilmişdir ki, yol-nəqliyyat hadisəsi daha ağır nəticələrə səbəb olduqda isə ictimai münasibətlər artıq cinayət qanununun müddəaları ilə tənzimlənir. Belə ki, CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaranır. Bununla yanaşı, həmin Məcəllənin 264-cü maddəsi bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasını cinayət əməli kimi müəyyən edir. CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yolnəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yolnəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. CM-in 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsini hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına” dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarında ortaya qoyulan mövqedən aydın olur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirkar olan sürücü məsuliyyətdən kənarda qalmaq məqsədi ilə hadisə yerindən yayındıqda CM-in 264-cü maddəsi üzrə məsuliyyət mövcud olur. Yayınma belə məqsəd olmadan digər zərurətlə bağlı olduqda isə bu maddə üzrə məsuliyyət istisna edilir. Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin dispozisiyasından göründüyü kimi, nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxs yol nəqliyyat hadisəsi yerindən qaçdığı halda, həmin maddənin tərkib hissəsi yaranır. Qeyd edilən cinayət əməlinin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olan ictimai münasibətlərdir. Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti CM-in 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması, zərərçəkmiş şəxsin ölümü, yaxud iki və ya daha çox şəxsin ölümü baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasında ifadə olunur. Cinayət qanunvericiliyin tələblərinə əsasən qeyd edilən cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilir. Azərbaycan Respublikası CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət dedikdə, qanunla qadağan edilən, ictimai təhlükəli, təqsirli, cəzalanmalı olan əməl başa düşülür. Göründüyü kimi, əməlin cinayət sayılması üçün mühüm şərtlərdən biri də əməlin təqsirli olaraq törədilməsidir. Digər sözlə şəxsin törətdiyi əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti müəyyən edildikdə o, təqsirli hesab edilərək cinayət məsuliyyətinə cəlb edilə bilər. Azərbaycan Respublikası CM-nin 24.1-ci maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Göründüyü kimi, təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti başa düşülür. Yəni cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayət törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törətməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs yol-nəqliyyat hadisəsini törətdiyini və hadisə yerindən qaçdığını dərk etməlidir. Sürücü yol-nəqliyyat hadisəsinin baş verdiyini və belə hadisənin Azərbaycan Respublikası CM-in 263 və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olduğunu dərk etməmişdirsə, həmin şəxs Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Beləliklə məhkəmə, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı toplanmış sübutları əhatəli şəkildə tədqiq edərək qanunvericiliyin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs məsuliyyətdən kənarda qalmaq məqsədi ilə hadisə yerindən yayınmamış, əksinə özüdə də hadisə yerində olaraq zərərçəkmiş şəxsə özü barəsində məlumat vermiş, zərərçəkmiş şəxsə su verərək səhhəti ilə maraqlanmışdır. Bundan əlavə, məhkəmə xüsusilə qeyd edir ki, cinayət-prosessual qanunvericilik növündən və xarakterindən asılı olmayaraq bütün cinayət işləri üzrə mütləq sübuta yetirilməli olan halların dairəsini müəyyən edir (CPM-in 139-cu mad.). Cinayət hadisəsinin baş vermə faktı və hallarının (cinayətin törədilmə vaxtı, yeri, üsulu və digər halların) iş üzrə toplanmış mötəbər, şəxsin təqsirliliyi barədə qəti nəticəyə gəlməyə imkan verən sübutlarla müəyyən edilməsi cinayət-prosessual qanunvericiliyin imperativ tələbidir. Məhkəmə, iş üzrə əhəmiyyətli olan digər bir məqamı vurğulayaraq qeyd edir ki, təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 №-li Qərarı). Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün hallar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməni, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsini CPM-nin 33.4cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər; 28.1 və 28.5-ci maddələrinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin həmin maddə üzrə cinayət əməlində təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 16 – 17 yanvar 2024-cü il tarixləri üzrə (saatlar nəzərə alınmaqla) tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar