Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-305/2021 01.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Məlikməmməd oğlunun, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 29 iyun – 01 01 iyul 2021-ci il tarixləri üzrə tutulmuş, 01 iyul 2021-ci ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 iyun 2021-ci ildə saat 01 radələrində ünvan 2 ünvanında yerləşən, Zərərçəkmiş şəxs Məlikməmməd oğluna məxsus olan evin həyətyanı sahəsinə daş hasardan tullanıb, daha sonra evin plastik pəncərəsinin açıq olmasından istifadə edib içərisinə qanunsuz daxil olaraq qonaq otağındakı şkafdan 160 manat nağd pulu, mətbəxdən 40 manat dəyərində “Tefal” markalı çaydanı, 65 manat dəyərində qadın üçün dəri çantanı, 20 manat dəyərində bir ədəd “Blackbird” markalı, “BCG-9665” modelli qəhvə üyüdən aparatı, 50 manat dəyərində bir ədəd mikseri, 20 manat dəyərində bir ədəd şəmsiyyəni, evin divarında olan 110 manat dəyərində bir ədəd “Termolux” markalı, 24 litr həcmli su qızdırıcını, 30 manat dəyərində bir ədəd hidroforu, 60 manat dəyərində bir ədəd su motorunu gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 555 manat miqdarında ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, əvvəllər ailəli olub, lakin boşanıb. İki nəfər yetkinlik yaşına çatmamış uşağı hazırda anasının yanında qalır. Uşaqlarına görə aliment borcu var. İş tapa bilmədiyinə görə alimenti ödəyə bilmir. Ona görə də oğurluq edib aliment borcunu ödəmək istəmiş, bu məqsədlə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs Məlikməmməd oğlunun evindən oğurluq etmək qərarına gəlmişdir. Qeyd edir ki, Zərərçəkmiş şəxs başqa evi var və qonşuluqda yerləşən evində çox vaxt qalmır. 28 iyun 2021-ci ildə saat 01 radələrində ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs Məlikməmməd oğluna məxsus evdən oğurluq etmək üçün daş hasardan tullanaraq evin plastik pəncərəsinin açıq olmasından istifadə edib, evin içərisinə daxil olmuş və oradan ittiham aktının nəticəvi hissəsində göstərilən pulu və əşyaları oğurlayıb gəldiyi yolla çıxıb evi tərk etmişdir. Qeyd edir ki, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam olaraq ödəyib və sonuncu ilə barışıq əldə edibdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Məlikməmməd oğlu bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən həyət evini təxminən 6-7 ay bundan əvvəl alıb. Həmin evdə daimi yaşamasa da, mütəmadi olaraq ora gedib nəzarət edir. Evi birmərtəbəli, bir qonaq otağı və bir mətbəxdən ibarətdir. Evinin mətbəxində mətbəx əşyaları var. 27 iyun 2021-ci ildə saat 19 radələrində ünvan 3 ünvanında yerləşən evindən çıxıb daimi yaşadığı ünvana getmişdir. 28 iyun 2021-ci ildə evinə nəzarət etmək üçün yenidən gəldikdə görmüşdür ki, qonaq otağında şkafın içərisinə daha əvvəl qoyduğu 160 manat miqdarında nağd pul yerində yoxdur. Daha sonra evə baxdıqda ittiham aktının nəticəvi hissəsində göstərilən əşyaların oğurlandığını aşkar etmiş, bununla əlaqədar DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilib. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş materialları ilə də təsdiq edilir. 09 sentyabr 2021-ci il tarixli 9/5903 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 65,0 manat müəyyən edilir. O cümlədən bir ədəd “Blackbird” markalı, “BCG-9665” model kofe üyüdən aparat- 10,0 manat; 01 ədəd “Termolux” markalı, 24 litr su qızdırıcı -30,0 manat; 01 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, 490403 seriyalı hidrofon -25,0 manat”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Blackbird” markalı, “BCG-9665” modelli qəhvə üyüdən aparat, bir ədəd “Termolux” markalı, 24 litr həcmli su qızdırıcı və bir ədəd “hidrofor” Zərərçəkmiş şəxs Məlikməmməd oğluna təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 iyun – 01 iyul 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Blackbird” markalı, “BCG-9665” modelli qəhvə üyüdən aparat, bir ədəd “Termolux” markalı, 24 litr həcmli su qızdırıcı və bir ədəd “hidrofor” Zərərçəkmiş şəxs Məlikməmməd oğluna təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-305/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-305/2021
01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver