Məhkəmə qərarları › İş №1(010)-306/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-306/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-306/2023 12.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, 05 – 07 oktyabr 2022-ci il tarixləri və 29 – 31 oktyabr 2022-ci il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmiş, hazırda başqa cinayət işi ilə əlaqədar Suraxanı Rayon Məhkəməsinin 4(010)-157/2023 nömrəli iş üzrə 05 aprel 2023-cü il tarixli qərarı ilə həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyətilə 29 iyul 2022-ci il tarixdə saat 13:00 radələrində fəhlə işlədiyi Zərərçəkmiş şəxs məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən cəmi 1.400 manat olmaqla 840 manat dəyərində bir ədəd notbuk, ümumi dəyəri 20 manat olmaqla müxtəlif ölçüdə üç ədəd zubil, 160 manat dəyərində bir ədəd drel, 250 manat dəyərində bir ədəd laqonda, ümumi dəyəri 30 manat olmaqla iki ədəd çəkic, 30 manat dəyərində bir ədəd kafel kəsən aparat, 20 manat dəyərində bir ədəd qaz açarı, ümumi dəyəri 10 manat olmaqla 3 kq çəkidə mismar, dəyəri 20 manat olan bir ədəd balta və 20 manat nağd pulu gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs 1.400 (min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,067 qram narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 05 oktyabr 2022-ci il tarixdə saat 14:10-da Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,067 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 10 manat ödəməklə 01 ədəd şəffaf rəngli selofana bükülmüş narkotik vasitə almışdır. O, aldığı narkotik vasitənin bir hissəsini istifadə etmiş və bir qədərində daha sonra istifadə etməyi üçün üzərində saxlamaqla daşımışdır. ünvan 4 ünvanın yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Həmin vaxt o, özünü itirmiş və həyacanlı olduğunu biruzə vermişdir. Bundan şübhələnən polis əməkdaşları onunla sorğu-sual etdilər. O, da polis əməkdaşlarına özünü şübhəli aparmağının və həyacanlı olduğunun səbəbini üzərində özünə məxsus öz şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə olması ilə izah etmişdir. Həmin narkotik vasitəni polis əməkdaşlarına təhvil verə biləcəyini bildirmişdir. Buna görə də polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə getməyə heç bir etiraz etməmiş və polis bölməsinə aparılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, da əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşıdığı içərisində narkotik vasitə olan 01 ədəd bükümü təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 171 saylı möhürlə möhürlənmiş, bu barədətərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan başqa yaşadığı evin yaxınlığında yerləşən Fəxrəddin adlı şəxsə məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində fəhləlik etməyə başlamışdır. Hər gün o, səhər saat 09:00 radələrində evdən çıxıb işləmək üçün evinə gedirdi. Evin açarı ona verilmişdir. Axşam təxminən saat 17:00 radələrində isə onlar evlərinə gəlirdirlər. O, həmin evdə fəhləlik etməyə başladığı gün həmin evdə noutbuk və bəzi təmir-tikinti əşyaları gördüyü vaxt onları oğurlamaq qərarına gəlmişdir. Bundan sonra 26 oktyabr 2022-ci il tarixdə səhər tezdən saat 09:00 radələrində ev yiyəsi yoldaşı ilə işə getdidən sonra həmin evdə tək qalmışdır. Bir neçə saat işldikdən sonra günorta təxminən saat 13:00 radələrində evdə heç kimin olmamasından istifadə edərək həmin evdə stolun üstündə olan noutbuku, həmin otağa bitişik olan digər otaqda bir ədəd drel, bir ədəd laqonda, bir ədəd kafel kəsən aparat, iki ədəd çəkic, bir ədəd qaz açarı, dəqiq çəkisini bilmədiyi miqdarda mismar, digər kiçik təmir alətlərini götürüb sellofana yığmışdır. Bu zaman noutbuk olan otaqda masanın üzərində 20 manat pulu görüb onu da götürmüş və oğurladığı digər əşyalarla birlikdə həmin evdən çıxıb uzaqlaşmışdır. O, oradan birbaşa Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı” deyilən yerə getmiş və orada oğurladığı əşyalardan iki ədəd çəkic, bir ədəd qaz açarı, dəqiq çəkisini bilmədiyi miqdarda mismar, və başqa kiçik təmir alətlərini tanımadığı şəxsə cəmi 20 manata satmışdır. Bundan sonra oradan birbaşa “Neftçilər” metrostansiyasının yaxınlığına gəlmiş və orada oğurladığı noutbuku satmağı təklif etsə də, heç kim ondan noutbuku almamışdır. Daha sonra o, 28 may metrostansiyasının yaxınlığına getmiş və orada yerləşən mağazalardan birində həmin noutbuku 110 manata satmışdır. Həmin vaxt o, özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra noutbuku satmışdır. Beləliklə də, oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Oğurladığı bir ədəd drel, bir ədəd laqonda və bir ədəd kafel kəsən aparatı isə sonra satmağı planlaşdırdığı üçün yaşadığı evə aparıb gizlətmişdir. Sonra polis əməkdaşları tərəfindən saxlanılmış və etdiyi oğurluq əməlini səmimi olaraq etiraf etməklə oğurladığı əşyalardan bir hissəsinin evində olduğunu demişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evə baxış keçirmişlər və həmin evdən oğurladığı əşyalardan olan bir ədəd drel, bir ədəd laqonda və bir ədəd kafel kəsən aparatı polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 oktyabr 2022-ci il tarixdə saat 07:00 radələrində yaşadığı evi tərk edərək işə getmişdir. Həmin gün axşam saat 19:00 radələrində evə qayıtdıqdan sonra evin giriş qapısının açıq olduğunu görmüşdür. Bilmişdir ki, qapını açıq qoyub. Hadisədən 2 gün sonra qonşudan müvəqqəti aldığı HP markalı noutbukun stolun üzərində olmaması diqqətini çəkmişdir. Sonra anlamışdır ki, noutbuk 2 gündür yoxdur və o, buna fikir verməmişdir. Evi axtarandan sonra noutbuku tapa bilmədiyi üçün oğurluq olduğunu anlamış və evə ümumi baxış keçirdikdə evin arxa otağında olan 1 ədəd laqonda, 1 ədəd direl, 1 ədəd qaz açarı, 1 ədəd balta, 2-3 ədəd çəkic, 20 metr uzunluğunda elektrik naqilləri, 3 ədəd zubilin oğurlandığını bilmişdir. Daha sonra DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bildirmişdir ki, hadisədən təxminən 2-3 gün əvvəl Camal adlı şəxs həyətyanı sahələrini təmizləmək üçün fəhlə kimi həyətlərində işləyib. Təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumatda «Camal» adlı şəxsin qanunsız olaraq narkotik vasitələrin əldə edilməsi, saxlaması və qanunsuz dövriyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması və əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə Şahid1 Rahin oğlu tərəfindən bölmənin rəhbərliyinə raportla müraciət olunmuş və bölmənin əməkdaşından ibarət əməliyyat qrupu yaradılmışdır. 05 oktyabr 2022-ci il tarixdə saat 14:10 radələrində o və bölmənin digər əməkdaşı Şahid1 Rahin oğlu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli bilinən xüsusi əlamətləri və geyimi «Camal» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxs ünvan 2 ünvanın qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirilmiş, orada məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra xidməti iş otaqların birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə ararılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, qanunla dövriyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümdə olan kütlə narkotik vasitə heroinidir. Heroini 04 oktyabr 2022-ci il tarixdə Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul ödəməklə almış və öz istifadəsi üçün üzərində saxlamaqla daşımışdır. Narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında intizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 yanvar 2023-cü il tarixli, 9/489 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına tqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 70,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (01 ədəd “İnterskol” markalı kiçik ölçülü drel 1 ədəd 20 manat dəyərində; 01 ədəd üzərində markalanma göstəriciləri olmayan, orta ölçülü laqonda 1 ədəd 25 manat dəyərində; 01 ədəd kafel kəsən aparat 1 ədəd 25 manat dəyərində; cəmi 70 manat). İş materiallarında olan ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, o, 01 ədəd laqondanı, 01 ədəd dreli, 01 ədəd kafel kəsən aparatı təhvil almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etməsi, həmin bükümün içərisində narkotik vasitə “kakos” kimi bildiyi heroin olduğunu, həmin maddəni 04 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirməsi,həmin bükümün qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olundu. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06 oktyabr 2022-ci il tarixli, 6/5721 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Dİn Zərflər üçün №171” dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuş maddi sübut...şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, iştirak etdi-iki imza; qablaşdırdı:Elməddin Əhmədov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi-1,067 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 1,067 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,017 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 103 nömrəli rəyindən göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, 1,067 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 1,017 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında intizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 180.1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 4(010)-157/2023 nömrəli iş üzrə 05 aprel 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 03 aprel 2023-cü ildən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan AZE seriyalı 19027249 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Quliyeva Höküməxanımın birgə nikahından 07 avqust 2015-ci ildə Qulizadə Tubu adlı uşaqları doğulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini tədqiq edərək, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 12 aprel 2023-cü ildən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi ilə əlaqədar Suraxanı Rayon Məhkəməsinin 4(010)-157/2023 nömrəli iş üzrə 05 aprel 2023-cü il tarixli qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçildiyi nəzərə alınmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,017 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 142 (yüz qırx iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 05 – 07 oktyabr 2022-ci il tarixləri və 29 – 31 oktyabr 2022-ci il tarixləri üzrə tutulduğu 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 12 aprel 2023-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi ilə əlaqədar Suraxanı Rayon Məhkəməsinin 4(010)-157/2023 nömrəli iş üzrə 05 aprel 2023-cü il tarixli qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçildiyi nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,017 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 142 (yüz qırx iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 8 (səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 48 (qırx səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar