Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-307/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, 07 – 08 dekabr 2022-ci il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 1(010)-70/2023 nömrəli iş üzrə 06 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 18 yanvar 2023-cü ildən etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs salış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,856 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxlamaqla daşımış və 07 dekabr 2022-ci il tarixdə saat 02:10 radələrində Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 4 ünvanın qarşısında saxlanalaraq Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin inzibati binasına gətirilmiş, video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,856 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 07 dekabr 2022 ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata 01 büküm heroin almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. 07 dekabr 2022-ci il tarixdə təxminən saat 02:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60, 5 saylı evin qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişər və onun şəxsiyyəti barədə maraqlanmışlar. O, da özünü Təqsirləndirilən şəxs kimi təqdim elmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə dəvət etmişər. O da razılaşaraq polis əməkdaşları ilə birlikdə 32-ci polis bölməsinə gəlmişdir. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra hüquqlarını müdafiə eliməsi üçün vəkil ləyin edilmiş, vəkil gəldikdən sonra hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmiş, sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd «İphone 5 S» markalı mobil telefonu, sağ yan cibindən isə 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim elmişdir. Büküm açılmış və içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməyi barədə soruşulmuşdur. O da həmin bir ədəd bükümün içərisində heroin olduğunu, həmin bükümü öz istifadəsi üçün 07 dekabr 2022-ci il tarixdə gecə saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün alıb əldə edildiyini və üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş həmin büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənib protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin polis sahə inspektoru vəzifəsində işləyir. 07 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 07 dekabr 2022-ci il tarixdə 02:10 radələrində ünvan 4 evin qarşısında “Tərlan” adlı şəxsə bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs Heseynəli oğlu kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığım deyib Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə dəvət elmişlər. Təqsirləndirilən şəxs da razı olaraq birlikdə 32-ci polis bölməsinə gəlmişdir. 32-ci polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “İphone 5 S» markalı mobil telefon, sağ yan cibindən isə 01 ədəd şəffaf sellofana bükülmüş şəkildə kustar üsulla hazırlanmış maddəni təqdim etmiş, bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə kimi tanıdığı heroin vardır və ona məxsusdur, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə gecə saatlarında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat ödəməklə öz şəxsi istifadəsi üçün almış və sonra istifadə etməsi üçün üzərində saxlamışdır. Aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntüdən müəyyən olunur ki, Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis kapitanı X4 xidməti otağında masa arxasında ayaq üzərində dayanmış vəziyyətdə özünü təqdim etdikdən sonra otaqda olan ayaq üstə dayanmış Suraxanı RPİnin 32-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və həmin PB-nin sahə inspektoru polis baş leytenantı Şahid1 təqdim edir. Saxlanılan əynində boz rəngli cins şalvar olan Təqsirləndirilən şəxs ayaq üstə dayanmış vəziyyətdədirlər. X3 şəxsi axtarış və götürmə aparılmasını və Samsung modelli mobil telefonla video çəkiliş aparıldığını bildirir. Saxlanılan şübhəli şəxsə özünü təqdim etməsini və anket məlumatlarını soruşaraq saxlanılan şəxsə hüquq vəzifələrini elan etdikdən sonra üzərində hər hansı bir qanunsuz əşyanın olub olmadığını və könüllü olaraq təqdim etməyini təklif edir. Bu zaman özünün Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd İphone 5S markalı mobil telefon, sağ yan cibindən isə 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq təqdim etdi. Daha sonra təhqiqatçı R.Həsənzadə bir ədəd sellofan bükümünü özü açır və kamera yaxınlaşdığı zaman bükümdə açıq vəziyyətdə qəhvəyi rəngli maddənin olduğu görünür. Təhqiqatçı Təqsirləndirilən şəxs bir ədəd sellofan bükümdə olan maddənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs otaqda olan iştirakçıların yanında suala cavab olaraq həmin bükümünün içərisində narkotik vasitə heroinin olduğunu və həmin vasitəni o saxlanılmamışdan bir neçə saat əvvəl tanımadığı şəxsdən 20 manata aldığını söyləyir. Bundan sonra əməliyyatmüvəkkili bir daha əmin olmaq üçün ayağa qalxaraq ayaq üstə dayanmış Təqsirləndirilən şəxs üzərinə əlləri ilə yoxlayaraq axtarış keçirir, lakin axtarış zamanı hər hansı bir əşya aşkar olunmur. Təhqiqatçı R.Həsənzadə narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülməsi faktı ilə əlaqədar şəxsi axtarış və götürmə aparılması haqqında protokola hər hansı bir əlavə və düzəlişin olub olmamasını soruşur. Təqsirləndirilən şəxs isə xeyr deyə cavab verir. Təhqiqatçı narkotik vasitəni iştirakçıların yanında zərfə qoyaraq qablaşdırır və üzərinə möhür yapışdırır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6921 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №196” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,856 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci 28 iyun il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,856 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,806 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 907 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 08.012.22-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, 0,856 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,806 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” X8 17 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 1(010)-70/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, həyat yoldaşının onkoloji xəstəlikdən vəfat etməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 07 – 08 dekabr 2022-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Suraxanı Rayon Məhkəməsinin 1(010)-70/2023 nömrəli iş üzrə 06 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq ona qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 18 yanvar 2023-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,806 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 14 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 07 – 08 dekabr 2022-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-70/2023 nömrəli iş üzrə 06 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 18 yanvar 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,806 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 14 (on dörd) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 84 (səksən dörd) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-307/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-307/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver