Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-308/2021 22.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1988-cı ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonunun Hacıqərvənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bayramov X6 rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 02 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, cəzasını çəkdiyi dövrdə satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,268 qram ağ rəngli maddə, psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlayaraq daşımış, 28 may 2021-ci il tarixdə, saat 14.40-da Suraxanı RPİ-in 32-ci PB-in əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinib, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış massivi 2704 ünvanın qarşısında saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə videoçəklişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,268 qram ağ rəngli maddə, psixotrop maddə sayılan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 27 may 2021-ci il tarixdə səhər saatlarında Yasamal rayonunda yerləşən “Qismət” şadlıq sarayının yaxınlığı ilə gedən zaman, yerdə siqaretin gümüşü kağızına bükülmüş büküm diqqətini cəlb etmiş və onu götürərək, açıb içinə baxdıqda, içindəkinin şüşə adlanan metamfetamin olduğunu görüb, əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur ki, münasib zaman olduqda istifadə etsin. 28 may 2021-ci il tarixdə, saat 14.40 radələrində o, ünvan 5 ünvanın qarşısında olan zaman, mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərib, özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik vasitənin əldə edilməsi, saxlanması və istifadəsində şübhəli olduğunu deyərək, Suraxanı RPİ-in 32-ci PB-nə dəvət etmişlər. O, da razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-in 32-ci PB-nə gəlmişdir. Xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, onu təqdim etməyi təklif olunmuşdur. O, da etiraz etməmiş və əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində psixotrop maddə olan şüşə olduğunu, həmin bükümü bir gün əvvəl Yasamal rayonunda, Qismət şadlıq sarayının yanında yerdən tapdığını bildirmişdir. Bundan sonra həmin bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri o, və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. O, narkotik maddələrdən istifadə etsə də, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. O, öz istifadəsi üçün narkotik maddə əldə etmişdir. O, psixotrop vasitə metamfetamini mütəmadi olaraq Suraxanı rayonunun Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manat müqabilində əldə edərək, istifadə etmişdir. Saxlanılarkən və üzərində axtarış keçirilərkən, ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, Suraxanı RPİ-nin 32-ci PB-də baş əməliyyat müvəkkili işləyir. 28 may 2021-ci il tarixdə “Fuad” adlı şəxsin narkotiik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə 32-ci PB-nin rəhbərliyinə məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmşdır. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin gün saat 14:40 radəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 2704 ünvanında xarici əlamətlərindən “Fuad” adlı şəxsə oxşayan şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və sonunjudan şəxsiyyəti barədə məlumat verməsini istəmişlər. Həmin şəxsa də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonunjuya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış həyata keçirilməli olduğunu bildirmiş və onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razılaşaraq, onlarla birlikdə 32-ci PB-nin inzibati binasına gəlmiş, 32-ci PB-də ayrılmış otaqda sonunjuya hüquq və vəzifələri izah edilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra isə müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və ya əldə edilməsi qadağan olunmuş hər hansı bir əşya varsa, onu təqdim etməsi təklif edilmiş, bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş və üzərində başqa heç bir qanunsuz əşya və ya maddə olmadığını bildirmişdir. Ondan həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı yolla əldə etməsi barədə soruşulmuş, suala javab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bir ədəd bükümün içərisində şüşə kimi tanıdığı narkotik maddə vardır və onu 27 may 2021 -ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Qismət” adlı restoranın yaxınlığında yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşımışdır. X1 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra isə həmin bir ədəd büküm açıldıqda, içərisində ağ rəngli spesifik iyi olan maddə olması müəyyən edilmişdir. Həmin büküm götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri bütün iştirakçılar tərəfindən imza edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 şahid X8 ilə analoci ifadə verərək, sonunjunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarından görünür ki, 28 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 29 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar təqdimat verilməsi ilə bağlı Bakı şəhəri Suraxanı rayon prokurorluğuna vəsatətlə müraciət edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı rayon prokuroru tərəfinən vəsatət təmin olunmamışdır. İş materiallarından görünür ki, 29 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Bayramov X6 rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 01 il 02 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Tərtər rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli qərarına əsasən barəsində JM-nin 52-1.5-ji maddəsi tətbiq edilərək, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 04 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 1(007)-261/2021 saylı 19.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilərək, jinayət işi üzrə ijraata xitam verilmiş və o, hamin maddə ilə jinayət məsuliyyətindən azad olunmuşdur. İş materiallarında olan Bakı Şəhər Nizami rayon Məhkəməsinin 1(007)-261/2021 saylı 13.12.2021-ci il tarixli məktubundan görünür ki, X7 barəsində olan 1(007)-261/2021 saylı 19.11.2021-ci il tarixli qərar 10.12.2021-ci il tarixdə qüvvəyə minmişdir. İş materiallarından görünür ki, 15 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanmış, barəsində 29 may 2021-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş və haqqında 17.06.2021-ci il tarixdə Tərtər Şəhər Məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzasının seçilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 28 may 2021 -ci il tarixli 6/2128 nömrəli rəydən müəyyən olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində: "Şübhəli şəxs 1. (imza) Təqsirləndirilən şəxs..” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,268 qram ağ rəngli maddə, psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasımın Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən "Azərbaycan Respublikasımın ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr "in İ siyahısına daxildir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator Məcburi- Narkoloji tibbi yoxlama komissiyasının verdiyi 01 iyun 2021-ci il tarixli 1667 nömrəli rəyindən müəyyən olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı metanfetamin olan psixotrop maddənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə eyni zamanda, onun əvvəllər də Jinayət Məjəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş jinayət əməllərini törətməsini, məhkəmə hökmü ilə müəyyən edilmiş vəzifələrin mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırmasını onun şəxsiyyətini səjiyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİnin Növbətçi hissəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,218 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 91,76 manat (doxsan bir manat yetmiş altı qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.05.2021-ci il tarixdən 29.05.2021-ci il tarixədək tutuldugu 01 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni 22 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,218 qram qalmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-308/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-308/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver