Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-308/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, məhkəmə iclas katibi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşayan, 23 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 dekabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə hazırlıq iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə yerləşən “İrşad market” adlı ərzaq mağazasına qapını sındırmaqla qanunsuz daxil olub oradan içərisində 4.951 (dörd min doqquz yüz əlli bir) manat məbləğində pul vəsaiti olan Zərərçəkmiş şəxs MMC-yə məxsus ödəmə terminalını gizli olaraq talayıb zərəçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 4.951 (dörd min doqquz yüz əlli bir) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə, saat 18:50-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, saat 18:50-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, ona 25 dekabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rasim Salahov tərəfindən həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru Rasim Salahov tərəfindən 18 mart 2025-ci il tarixdə ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Suraxanı Rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən eyni tarixdə təsdiq olunaraq cinayət işi Suraxanı rayon Məhkəməsinə göndərilmiş və cinayət işi məhkəməyə 10 aprel 2025-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı 01 may 2025-ci il tarixdə yazılı vəsatət verərək bildirmişdir ki, ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə başlanılmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə tərtib edilmiş ittiham aktı Suraxanı rayon prokuroru tərəfindən təsdiq edilərək, iş baxılması üçün Bakı şəhəri Suraxanı rayon məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmənin hazırlıq iclası keçirilmiş və xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. Verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə yerləşən “İrşad market” adlı ərzaq mağazasına qapını sındırmaqla qanunsuz daxil olub oradan içərisində 4951 (dörd min doqquz yüz əlli bir) manat məbləğində pul vəsaiti olan Zərərçəkmiş şəxs MMC-yə məxsus ödəmə terminalını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 4951 (dörd min doqquz yüz əlli bir) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin hazırlıq iclasınadək cinayət işi tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Suraxanı RPİ-nin 30-cu PŞ-də aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs izahatında, həmçinin iş üzrə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bildirmişdir ki, 22 dekabr 2024-cü il tarixdə gecə saat 03 radələrində yaşadığı Suraxanı rayonu, Südçülük sovxozu adlanan ərazidə yerləşən “İrşad market”in qarşısından keçərkən oğurluq etmək qərarına gəlmiş, yerdə basdırılmış dəmir armaturu çıxardaraq mağazanın qapısını aralayıb içəri daxil olmuş, mağazanın içərəsində olan ödəmə terminalını sürüyərək marketin sağ tərəfində olan boşluğa tərəf gətirmiş, dəmir armaturla terminalın kassa hissəsini açmış və kassanı götürərək oradan uzaqlaşmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulması haqqında qərar və həmin tarixli protokoldan da görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan oğurluq hadisəsini 22 dekabr 2024-cü il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda və tərtib edilmiş ittiham aktında cinayətin törədildiyi vaxt göstərilməmişdir. Azərbaycan Respublikası CPMin 223.3.2-ci maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. CPM-in 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. CPM-in 289.4-cü maddəsinə əsasən, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikası CPM-in 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan cinayət əməlinin istintaq orqanı tərəfindən əldə edilmiş sübutlarla 22 dekabr 2024-cü il tarixdə törədilməsinin müəyyən edilməsinə baxmayaraq, müstəntiq tərəfindən təqsirləndirilən şəxsə elan edilmiş ittihamda və iş üzrə tərtib edilmiş ittiham aktında cinayətin törədildiyi vaxt göstərilməmişdir. Bu da, cinayət işi üzrə ittiham aktının cinayətprosessual qanunvericiliyin tələblərinə uyğun olmamasına gətirib çıxarmışdır. Odur ki, CPM-in 303.3.6-cı maddəsinin tələbləri pozulduğu üçün cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməli və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Həmçinin, CPM-in 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməklə həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi dövlət ittihamçısının verdiyi vəsatətin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxmışlar. Məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında ilkin dinləmələr aparılmaqla baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Beləliklə, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs baş vermiş oğurluq hadisəsi ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində aparılan araşdırma zamanı ilkin olaraq izahatında, sonradan şübhəli şəxsin dindirilməsi protokolunda və təqsirləndirilən şəxsin dindirilməsi protokolunda “xx.xx.2024-cü il tarixdə gecə saat 03 radələrində yaşadığı Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yol ilə hərəkət etmişdir. Borcları çox olduğu üçün düşünmüşdür. Bu zaman Binə qəsəbəsi Südçülük Sovxozu adlanan ərazidə İrşad marketin qarşısından keçəndə oğurluq etmək qərarına gəlmişdir. Yerdə basdırılmış dəmir armaturu çıxardaraq mağazaya yaxınlaşmışdır. Mağazanın qapısını əlində olan dəmir armaturla aralamış və qapı açılmışdır. Orada olan kassaya baxmış və kassa bağlı olduğu üçün oğurluq edə bilməmişdir. Mağazadan çıxmaq istədiyi zaman qapının arxa tərəfində olan ödəmə aparatının ekranının işığını görmüşdür. Bu məqsədlə ödəmə aparatını oğurlamaq qərarına gəlmişdir. Mağazada səs küyün olmasından ehtiyyat edərək ödəmə aparatını oradan çıxartmaq və başqa yerdə içindəki pulları götürmək qərarına gəlmişdir. Yolun kənarında atılmış köhnə təkərli arabanı gətirərək ödəmə aparatını onun üzərinə qoymuş və sürüb aparmaq istəmişdir. Lakin, arabanın təkəri sınıq olduğundan sürüb apara bilməmişdir. Bu məqsədlə ödəmə aparatını tək sürüyərək marketin sağ tərəfində olan boşluq hissəyə aparmışdır. Ödəmə aparatının pul daxil olan yerinə əlində olan armaturu salmış və bərk güc vermişdir. Bu zaman ödəmə aparatının kassa hissəsi açılmışdır. Ödəmə aparatının kassa hissəsini götürərək oradan uzaqlaşmışdır...” qeyd etmişdir. Lakin ********* nömrəli cinayət işi üzrə Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X5 tərəfindən tərtib edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 25 dekabr 2024-cü il tarixli qərarda və ittiham aktında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət hadisəsinin tarixi və vaxtı konkret olaraq göstərilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktının tərtib etmiş şəxs Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X5 tərəfindən CPM-nin 303.3.6-cı maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 85-ci maddəsinə əsasən müstəntiqin vəzifələridir: 85.2.12. Bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək; CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında baxılan məsələlər sırasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmamasına da baxılır. CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də 300.1.5-ci maddədə qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardır. CPM-nin 301.1-ci maddəsinə əsasən məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə aşağıdakı hallarda təyin edilir: 301.1.1. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda; 301.1.2. ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə; 301.1.3. məhkəməyədək icraat bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda. Belə olan halda, cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materiallarına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Hazırkı cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular vardır və bu səbəbdən, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar digər pozuntularla yanaşı aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması. 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində həmçinin aşağıdakılar göstərilir: 289.3.1. cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; 289.3.3. təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar. 289.4. İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. 223.2-ci maddəsinə əsasən bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Odur ki, dövlət ittihamçısının yazılı vəsatəti təmin edilərək cinayət işinin baxılmasına xitam verilməli və o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. CPM-nin 307-ci maddəsinin tələbləri nəzərə alınaraq baş müstəntiq X2 barəsində xüsusi qərar çıxarılmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, o cümlədən aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs barəsində 25 dekabr 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Beləliklə, məhkəmə ilkin dinləmələr aparmaqla yuxarıda qeyd edilən halları və cinayət işi materiallarını ətraflı tədqiq edərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303.3.6cı maddəsinə əsasən xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X5 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göründüyü kimi CPM-nin 300.1.5-ci maddəsində qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardan şikayət və ya protest verilməsi qanunda nəzərdə tutulmamışdır. CPM-nin 303.5-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda o, prokurorluğa daxil olduğu vaxtdan istintaq müddəti əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işindən müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 4 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 299-300, 303, 306-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303.3.6-cı maddəsinə əsasən xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X5 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 4 (dörd) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 44 (qırx dörd) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-308/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-308/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver