Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-31/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, şləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki həmin ünvanda yaşayan, 21 oktyabr 2022-ci il tarixdə barəsində 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, 19 dekabr 2022-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ayadək uzadılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 485,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 19 oktyabr 2022-ci il tarixdə saat 19:10-da Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, ev 2 ünvanının yaxınlığında saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlindəki qara rəngli sellofanın içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 485,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittihamla əlaqədar özünü təqsirli bilməyərək, göstərmişdir ki, polis əməkdaşları ilə heç bir qərəzliyi olmadığı halda oktyabrın 19-u günorta saatlarında onu evdən paltarsız aparıblar və ifadəsinə işgəncə verməklə qol çəkdirdilər. Üzərində xəsarətləri, ayağı, kürəyi gömgöy olduğunu bildirmişdir, həmin xəsarətləri Şüvəlanda (red. Bakı şəhər Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası) götürüblər. İttihamda göstərilənlərin hamısını yalan olduğunu, qonşuların da gördüyünü, ifadəni məcburiyyət qarşısında verdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir kt, əvvəllər toyda bayramda istifadə etsə də, sadəcə marixuana istifadə etmiş, o da əvvəlki məhkumluğundan əvvəl olmuşdur. Axırıncı dəfə 1 il 6 ay bundan qabaq çəkmişdir. Həmçinin bildirmişdir ki, onu evdən gətirəndə, ona torbanı veriblər ki, bu onundur. Onu tutanda gətirib deyiblər ki, ilin axırıdır, tutulmalısan. 1 il 6 ay bundan qabaq axırıncı dəfə çəkmişdir. Ekspert rəyi oxumuş, ekspert sual verib, cavab vermişdir. Ekspertizada ancaq sual-cavab ediblər, analiz olmayıb. Soruşublar çəkmisən, ya yox. Müdafiəçisi olsa belə, onunla tək görüşmədiyindən bunları danışmamışdır. Lakin sanksiyanın baxılmasına dair məhkəmə iclasında bu barədə bildirmişdir. Xəsarətlərlə bağlı müraciət etdikdən sonra prokurorlqda araşdırma başlanmış, üzərində müayinə aparılmış, prokurorluq əməkdaşı da yanına gəlmiş, xəsarətlərin olduğunu görmüşdür. Polis bölməsində onu döyən şəxslər Babək, Eldəniz, Asif idi və bir nəfərdə də üzdən tanıdığı var idi. Onu yumruq, təpik, dubinka ilə döyüblər. Şahid1 ifadəsinə münasibətdə bldirmişdir ki, həmin şahid saxlanlımasında, aparılmasında iştirak etməmiş, onu yalnız polis bölməsində görmüşdür. Şahid2 ifadəsinə münasibətdə həmin şəxsin saxlanılmasında iştirak etməməsini, ümumiyyətlə hər iki şahidi yalnız çəkilişdə gördüyünü, həmin şəxslər tərəfindən işgəncə vermədiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən toplanmış və həmin orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması ilə əlaqədar irəli sürülmüş ittihamın əsası olan və istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. Belə ki, ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili işləyir və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. 19 oktyabr 2022-ci il tarixdə Kamil adlı şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 32-ci PB-nin sahə inspektoru, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 19 radələrində ünvan 4 ünvanının qarşısında xarici əlamətlərindən Kamil adlı şəxsə bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə 32-ci PB-nə gəlmişdir. 32-ci Polis Bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmişvə sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən 02 ədəd mobil telefonu və əlində olan qara rəngli sellofanın içərisindən qurudulmuş bitki yarpaqlarını çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bitki yarpaqlarının içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bitki yarpaqlarının qurudulmuş marixuana olduğunu və həmin narkotik maddənin onun özünə məxsus olmasını, həmin narkotik maddəni Nəsimi rayonunda yerləşən 20 yanvar metrostansiyasınm yaxınlığında tanımadığı İİR-nın vətəndaşı olan şəxsdən öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bitki kütləsi və iki ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında ifadəsini təsdiq edərək, həmçinin bildirmişdir ki, 19 oktyabr 2022ci il əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı ona məxsus olduğunu Şahid2lə birgə əməliyyat qrupu yaradıldığını bildirmişdir. Həmçinin bildirmişdir ki, məlumat satışla bağlı deyildi, yaşadığı evin qarşısında tək olaraq saxlanıldı. Şəxs danışımaqda və istifadəsində şübhəli idi. Bölmə rəisinə raportla müraciət elədilər. Xarici əlamətlərindən yaxınlaşaraq, özlərin təqdim elədilər. Polis Bölməsinə dəvət elədilər. Polis Bölməsində vəkillə birlikdə çəkilişlə üzərinə baxış keçirilən zaman üzərində qanunsuz vasitə olubolmadığı soruşuldu və könüllü təqdim etməsi bildirildi oda bu zaman əynindəki qara şalvarın sol yan cibindən iki ədəd telefon təqdim etdi və əlində olan qara salafanı təqdim etdi. İçərisində dedi ki, marixuanadır və şəxsi istifadəsi üçündür. 20 yanvar metrosunun yanında tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxsin tutulma vaxtı ilə əlaqədar suala gah oktyabr ayı, gah da sentyabr ayını göstərmiş, tam yadında qalmadığını bildirmişdir. İbtidai istintaq zamanı Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2, şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd olunanları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı tərtib edilmiş və məhkəməyə təqdim edilmiş materiallar: İttiham aktında qeyd olunur ki, cinayət işinin başlanılmasına səbəb 19 oktyabr 2022-ci il tarixdə saat 19:10-da Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, ev 2 ünvanının yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilməsi və üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əlindəki qara rəngli sellofanın içərisindən 01 ədəd bükümdə 485,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktı, əsas isə həmin fakt əsasında toplanmış təhqiqat materialları olmuşdur. Şübhəli şəxsi tutulması haqqında protokoluna əsasən Suraxanı RPİ-nin 32-ci PB-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Ayaz Meydanov tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur. Həmin protokolun tərtib edilməsi 20:00-da baş vermişdir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 7660 saylı 16 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 7/1197 saylı 20 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...1)... Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki qara rəngli polietilen torbanın içərisində 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi - 485,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 19 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən 02 ədəd mobil telefon və əlində olan qara rəngli sellofanın içərisindən qurudulmuş bitki yarpaqları aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Protokola əsasən həmin istintaq hərəkətinin başlanması 19 oktyabr 2022-ci il tarixdə saat 20:30-da başlanmış, 20:40-dək aparılmışdır. Protokola əlavə edilmiş videogörüntünü daşıyan diskdə olan videogörüntünün vaxtı 7 dəqiqə 38 saniyədir. Cinayət işinin materiallarına əlavə edilmiş qəbz X5 Təqsirləndirilən şəxs məxsus olan və üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş bir ədəd “Samsunq” markalı və 01 ədəd “Nokia+” markalı mobil telefonları Suraxanı RPİ-in İŞin baş müstəntiqi, polis mayoru Fərid Alıyevdən təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış sübutlar: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli xüsusi məlumata görə xx.xx.2022-ci il tarixdə təxminən saaat 14:10 radələrində Suraxanı RPİ-in MSY-in əməkdaşları tərəfindən gətirilib təhvil verilən, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, azərbaycanlı orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-in əməkdaşları tərəfindən həbs edilmiş, AR CM-in 234.2-ci maddəsinə əsasən həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 14:30 radələrində Tibb-sanitar hissəsində müayinə olunan zaman sol bazunun ön səthində bənövşəyi rəngli qançır, belin oma nahiyəsində 2 ədəd qərtməkli yara, sağ sağrı nahiyəsində bənövşəyi rəngli qançır aşkar edilmişdir. Bununla əlaqədar akt tərtib olunaraq izahatı alınmışdır. Bu barədə həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs yazılı izahatında bildirmişdir ki, həmin xəsarətləri həbs olunan zaman almışdır. Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı 26 dekabr 2022-ci il tarixdə verdiyi izahatında Təqsirləndirilən şəxs göstərmişdir ki, 19 oktyabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı ünvan 6 ünvanında evdə olarkən Suraxanıi RPİ-in 32-ci PB-in əməkdaşları onun evinə daxil olub polis bölməsinə aparmışlar. O, saxlanılarkən üzərində və evində narkotik vasitə olmamışdır. Onu saxlayaraq polis bölməsinə apardılar. Polis Bölməsində onu döyərək işgəncə verdilər və onun üzərinə marixuana qoyaraq ona aid olduğunu bildirməyini dedilər. O razılaşmadıqda, onu döyərək işgəncə verdilər, işgəncələrə dözməyərək onlara razılaşdı, lakin onu aldatdılar ki CM-in 234.1-ci maddəsi ilə cəlb ediləcəkdir. Üzərinə narkotik qoyaraq üzərindən çıxmış kimi göstərdilər. İşgəncələrə dözməyərək onlarla razılaşdı, narkotik vasitənin onun olduğunu bildirmişdir. Sonra öyrənmişdir ki, CM-in 234.2-ci madddəsi ilə cəlb edilmişdir. O həmin sənədlərə imza atmamışdır. Hazırda bədən üzərində xəsarət və onnu izlər qalmamışdır Onu döyən polis əməkdaşları mülki geyimdə idilər. Adları Eldəniz, Babək, asif adlı polis əməliyyatçıları idi. Polis əməliyyatçısı onu döyərək işgəncə verdilər. Onar onu rezin dəyənəklə, əl və ayaqları ilə döyürdülər. Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı araşdırma zamanı aparılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi Publik Hüquqi şəxsin 26 yanvar 2023-cü il tarixli canlı şəxsin ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində sol bazunun sarımtıl-bənövşəyi rəngli qançırı, belin arxa nahiyyəsinin sıyrıqları və sağ sağrı nahiyəsinin bənövşəyi rəngli qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti məhkumun tibbi kitabçasının açılması tarixindən (xx.xx.2022-ci il) 3-7 sutka əvvələ uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vumayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Həmin araşdırma zamanı izahatı alınmış X21 öz izahatında bildirmişdir ki, 2013-cı ildən DİO-da, hazırki vəzifədə isə 2014-ci ildən isə Suraxanı RPİ-nin 32-ci PB-də kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəldən tanımamış və aralarına heç bir ziddiyyət olmamışdır. 19 oktyabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında 32-ci PB-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs əməliyyat tədbiri quraraq ünvan 8 ünvanın qarşısında saxlayaraq Suraxanı RPİ-nin 32-ci PB-nə gətirmişdir. O həmin tədbirdə iştirak etməmiş, lakin həmin bölmədə işlədiyi üçün tədbirdən məlumatı olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təsir göstərilməsinə və döyülməsinə şahid olmamışdır. Təqsirləndirilən şəxs izahatında polis əməkdaşlarının yaşadığı evə daxil olaraq onu polis bölməsinə apardıqlarını, saxlanılarkən üzərində və evində narkotik vasitə olmadığını, Suraxanı RPİ-də döyüldüyündən məcburi şəkildə üzərində narkotik vasitə olmasını etiraf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs göstərdikləri tamamilə yalandır, onun tərəfindən döyülməmiş və hər hansı işgəncə tətbiq edilməmişdir. Bildiyi qədər Təqsirləndirilən şəxs Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, ev 2 saylı ünvanın qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs bədən səthində olan xəsarət olması barədə məlumatı yoxdur, həmin şəxsi görməmişdir. Həmin araşdırma zamanı izahatı alınmış X22 öz istifadəsində bildirmişdir ki, 2008cı ildən DİO-da, 2018-ci ildən isə Suraxanı RPİ-nin 32-ci PB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Vəzifəsi cinayətkarlığa qarşı mübarizə, baş verə biləcək cinayət hadisələrinin vaxtında qarşısının alınaraq bu istiqamətdə zəruri və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ziddiyyət olmamışdır. Bildiyi qədərilə sonuncu 19 oktyabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında 32-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 8 ünvanın qarşısında saxlanılmış və Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmişdir. Həmin tədbirdə iştirak etməmiş, lakin həmin bölmədə işlədiyi üçün tədbirdən məlumatı olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərdikləri tamamilə yalandır, o tərəfindən döyülməmiş və hər hansı işgəncə tətbiq edilməmişdir. Bildiyi qədər Təqsirləndirilən şəxs Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, ev 2 saylı ünvanı qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təsir göstərilməsinə və döyülməsinə şahid olmamışdır. Təqsirləndirilən şəxs bədən səthində olan xəsarət olması barədə məlumatı yoxdur, həmin şəxsi görməmişdir. Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı izahatı alınmış Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən polis baş leytenantı Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçilik və ədavəti olmamışdır, 19 oktyabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs əməliyyat tədbiri quraraq ünvan 11 ünvanın qarşısında saxlamış, Suraxanı RPİ-nin 32-ci PB-nə gətirmişlər, orada dövlət hesabına müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təsir göstərilməmiş və döyülməmişdir. O, Təqsirləndirilən şəxs dediklərinin yalan olduğunu, narkotik vasitənin bölməyə gətirilən zaman sonuncunun üzərində olduğunu, bölmədə çəkiliş zamanı üzərində aşkar olunduğunu, sonuncunun yaşadığı evə qanunsuz daxil olmadıqlarını, Təqsirləndirilən şəxs Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, ev 2 saylı ünvanın qarşısında saxlanıldığını, sonuncunun bədən səthində olan xəsarətlərin saxlanılmazdan qabaq olduğunu, polis əməkdaşları tərəfindən yetirilmədiyini bildirmişdir. İzahatı alınmış Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən polis leytenantı Şahid2 öz izahatında Təqsirləndirilən şəxs ona polis bölməsində göstərildiyi fiziki təzyiqlə və yetrildiyi xəsarətlərl əlaqədar bildirmişdir ki, Təqsirləndirilən şəxs dediklərinin yalan olduğunu, narkotik vasitənin bölməyə gətirilən zaman sonuncunun üzərində olduğunu, bölmədə çəkiliş zamanı üzərində aşkar olunduğunu, sonuncunun yaşadığı evə qanunsuz daxil olmadıqlarını, Təqsirləndirilən şəxs Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, ev 2 saylı ünvanın qarşısında saxlanıldığını, sonuncunun bədən səthində olan xəsarətlərin saxlanılmazdan qabaq olduğunu, polis əməkdaşları tərəfindən yetirilmədiyini bildirmişdir. Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun müstəntiqi X29 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Suraxanı RPİ-in 32-ci PB-in əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verilməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı alınmış əlavə şahidlərin ifadələri: Məhkəmə iclasının 16 iyun 2023-cü il tarixli protokoluna əsasən şahid X16 ifadəsində göstərmişdir ki, 2 nəfər şəxsin 3-cü blokun qarşısında Kamili alt paltarında gümüşü rəngli maşına basaraq apardıqlarını görmüşdür, O, marketdən gələn zaman, dəqiq vaxtı və tarixi xatırlamadığı zamanda, səhərlə-günortanın arasında həmin hadisəyə şahid olmuşdur. Eyni tarixli məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Kamilin işləməməsinə görə Polis Bölməsinə şikayət etmişdir. Yoldaşı da şəkər və təzyiq xəstəsidir, gözü görmür, yeriyə bilmir, Kamilə evə tez gəlməsi barədə bildirirdi. Polis “Babək müəllim” özü də bu barədə deyə bilər. O, belə olacağını bilməmiş, o, polislərə Kamili tənbeh etmələri barədə xahiş etmiş, lakin bu qədər üzərinə yıxacaqlarını bilməmişdir. Sadəcə olaraq Kamilin yaşına görə, evə gec gəlməsinə görə və evlənməməsinə görə özü polisə şikayət etmişdir. Kamili alt paltarda 19 oktyabr tarixində, səhər 10-11 radələrində gələrək apardıqlarını, 3 nəfər – Babək, Araz və Eldəniz adlı polis əməkdaşlarının birbaşa evin qapısını açaraq, Kamili yerindən apardılar, onlara paltarlarını geyinməsinə icazə verməsi barədə bildirsə də, onu paltarsız aparmışlar. Sonra polisdən zəng edərək, paltarlarını gətirilməsi barədə bildirdilər. O da qardaşının oğluna zəng etmiş və paltarlarını aparması üçün ona vermişdir. Tutulan zaman da üzərində heç nə olmamışdır, sadəcə olaraq o, Kamilin evə gec gəlməsinə görə və yoldaşının xəstə olmasına və evlənməməsinə görə şikayət etmişdir. Elə həmin günü yəni 19 oktyabr səhər radələrində şikayət etmiş, sadəcə olaraq oğluna 20 gün və yaxud daha az müddətə tutaraq buraxılacağını ümid etsə də, belə olacağını təsəvvür etməmişdir. Şikayət etdiyi gün polislərin ona evə getməsi barədə bildirdikdən 25-30 dəqiqə sonra gələrək Kamili paltarsız şəkildə ağ metallik rəngli maşına mindirərək aparmışlar. Həmin adların çəkdikləri polis əməkdaşlarının da 32-ci Polis Bölməsinin əməkdaşı olmuşlar. Kamilin ümumiyyətlə pis vərdişləri olmasını hiss etməmiş, içki belə içdiyini hiss etməmişdir. Sadəcə olaraq yola gəlməsi üçün şikayət etmişdir. Gecə radələrində evə gəldiyindən qapını da açmırdı, lakin açmadığı zaman da qonşuları narahat etdiyindən axırda açmalı olurdu. Əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qonşusudur, 2-ci blok, 2-ci mərtəbədə, Kamil isə 3-cü blok 4-cü mərtəbədə yaşayırlar. Tarixini və saatını xatırlamadığı vaxtda səhər radələrində 2 nəfər şəxsin sifətini tam olaraq görməsə də, bədən quruluşundan Kamili alt paltarında və ayaqqabısız olaraq metal maşına mindirdiyini görmüş, həyətə düşən zaman Kamilin anasının ona Kamili aparmaları barədə bildirmişdir. Məhkəmə iclasının 03 avqust 2023-cü il tarixli protokoluna əsasən əlavə şahid qismində dindirilmiş X21 izahatında Təqsirləndirilən şəxs ərazinin sakini kimi tanıdığını, tutulması barədə yadına gəlmədiyini, onun tərəfindən tutulmadığını, onu sadəcə olaraq ərazinin sakini olaraq tanıdığını bildirmişdir. Narkotik istifadəçi kimi məlumatı olmayıb. Ümumiyyətlə bu şəxsin tutulmasından xəbərim olmuyub. Məhkəmə iclasına çarpaz dindirmə zamanı şahid X7 izahatında X12 onların evlərinə gəldiyini, Eldənizin polis paltarında olmuş, digərləri Babək müəllim və Araz müəllim idi, 32-ci PB-nin əməkdaşları idi. Həmin an onu görmüş, amma tanımamışdır. 3 nəfər idilər, formada olduğundan aydınlaşdıra bilməmişdir. Adın da dəqiq bilməmiş, sonra oğlu görəndə dedi ki, bunlar idi. Amma Babək müəllim dəqiq orda idi. Həmin an evdə idi, yoldaşı da evdə idi. Qapını açıq qoymuş, evə girən kimi Kamilin qolun bağlamışlar və onu alt paltarında apardılar. Qonşular da görmüşdür. O, Babək müəllimlə danışmış, bunları görməmiş, lakin aparan zaman digər polisləri görmüşdür. Məhkəmə iclasının 11 avqust 2023-cü il tarixli protokoluna əsasən əlavə şahid qismində dindirilmiş X22 göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıdığını, belə ki, onu bölmədə gördüyünü, tutulmasında iştirak etməmişdir. Təqsirləndirlən şəxsin anasını da tanıdığını, belə ki, tez-tez bölməyə gələrək oğlunun narkotik vasitələrindən istifadə etdiyini, onların həyatı üçün təhlükə yaratdığını, hətta polislərə bu barədə “nə gözləyirsiz gərək məni öldürsün” kimi bildirdiyini, bundan sonra da əməliyyat tədbiri keçirildiyini və həmin şəxsin tutulduğunu, lakin həmin şəxsin tutulmasında iştirak etmədiyini və onu döymədiyini bildirmişdir. Məhkəmə iclasının 17 avqust 2023-cü il tarixli protokoluna əsasən əlavə şahid dindirilmiş X33 göstərmişdir ki, təqsirləndirlən şəxsi tanımadığını, belə ki, 19 oktyabr tarixindən uzun müddət keçdiyini və ondan sonra əməliyyat tədbirlərinin daha da çox olduğunu və buna görə də bu şəxs barədə də yadında heçnə qalmadığını, lakin bölmədə işlədiyi üçün və 9 əməliyyatçının da bir-birləri ilə danışıqlar apardığı üçün bu barədə eşitmiş olduğunu, belə ki, həmin şəxsin anasının tez-tez bölməyə gələrək oğlunun narkotik çəkməsi ilə bağlı şikayət etdiyini, eşitmiş, lakin həmin şəxsin onun qəbulunda olmadığını bildirmişdir. Həmin şəxsin tutulmasında və saxlanılmasında iştirak etməmişdir. Əlavə şahid qismində dindirilmiş X30 verdiyi ifadəsində gösrəmişdir ki, ayın tarixin unutduğunu, axşam vaxtları olduğunu, 20:00 və yaxud 21:00 radələrində bibisi ona zəng edərək, həmin hadisə ilə bağlı bildirdikdən sonra, paltarın aparmaq lazım olduğunu, bundan sonra oda paltarları aparmaq üçün ora getmiş, içəri girərkən Kamil onun səsini eşitdikən sonra onu çağırmış və oda yaxınlaşmaq istədikdə sadəcə qol hissəsini görmüş, üzünü görə bilmədən polislərin ona onun yanına girə bilməyəciyini bildirdiyini, onlara paltar gətirməsi barədə bildirmiş, onlar da onun iştirakı ilə həmin paltarlara baxış keçirilmiş, ona ayaqqabı, şalvar, kofta və idman paltarı apamışdır. Bununla bağlı kameraya düşmüşdür. Məhkəmə iclasında dindirilmiş ekspert Şahid3 ifadəsində göstərmişdir ki, həkimpsixoloqdur. Təqsirləndirilən şəxs ekspertizanın tədqiqatı üçün həddindən artıq gec, o cümlədən saxlanıldığından artıq 2 ay sonra təqdim edildiyindən və bununla əlaqədar nə qanunda, nə də sidiyində hər hansı narkotik vasitələrin, o cümlədən marixuana narkotik vasitəsinin izləri qalmadığından, insanın tükü üzərinə olan analizlərin və buna dair reaktivlərin bahalı olduğundan və hal-hazırda bu cür analizlərin keçirilmədiyindən, Təqsirləndirilən şəxs üzərində hər hansı fiziki müayinə aparılmamış, analizlər götürülməmiş, söhbət aparlmış, söhbət nəticəsində Təqsirləndirilən şəxs ona marixuananın qəbul etdiyini şifahi olaraq bildirmiş və o bunu öz rəyində bildirmişdir. Məhkəmə iclasında ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X34 ifadəsində göstərmişdir ki, o "xxxx" MMC-də X27 ilə iş şöbəsinin rəhbəridir. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, mobil telefonlar 2/3/4/5 G formatında fəaliyyət göstərə bilir. 2G daha böyük diapozonda fəaliyyətdə göstərir. 2G formatında relyefə, ərazinin yerləşməsi və abunəçilərin sayından asılı olaraq müəyyən məhdudlaşdırmalar olur. Lakin açıq ərazilərdə 32 km-ə qədər şanlar fəaliyyət göstərir. 3/4/5G formatında isə Bakı şəhəri üzrə əhalinin say çoxluğu, relyef və digər amillərə görə diapozon nisbətən aşağı düşür. Lakin, 5-10% mümkündür ki, həmin vaxtı abunəçi sayı çox olduğu üçün və ya digər səbəbdən anten dairəsi müvafiq şandan deyil, 1 km-dək digər məsafədəki fərqli ərazidəki şandan istifadə etsin. Bundan başqa, bəzi hallarda mümkündür ki, nömrələrin anten məlumatlarının xüsusilə zəng və smslər vasitəsilə götürülməsi daha məqsədəuyğundur. Çünki, internet istifadəsi zamanı konkret məlumatlar fərqli göstərə bilər. Bu fərqliliklər ola bilər ki, internetdən istifadə bir ərazidən başlayıbsa, həmin internet sessiyası bitdikdə şəxs başqa ərazidə olsa belə şan sessiyanın başladığı yeri göstərəcək. Həmçinin, ittiham tərəfinin anten məlumatlarındakı ani dəyişikliklərin səbəbi ilə bağlı sualına cavab olaraq göstərmişdir ki, texniki səbəblərdən mobil telefonlarda internet istifadələri zamanı internet sessiyası başlandıqdan bitənədək fərqli anten məlumatları göstərə bilər. Bu zaman anten məlumatlarında müvafiq sətirin qabağında “usagejnt” və “usage_stop” kimi ifadələr qeyd edilir. Anten məlumatları ilə bağlı dəqiq ünvanların əldə edilməsində yalnız MOC, MTC, SMSMT, SMSMO qeyd olunan sətirlərə diqqət edilməlidir. Bundan əlavə, ittiham tərəfinin “anten məlumatlarında konkret bir ünvanın qeyd edilməsi şəxsin həmin ünvanda mütləq olması deməkdirmi?" sualına cavab olaraq bildirmişdir ki, konkret əhatə dairəsində həmin an üçün istifadəçilərin sayından, siqnala əngəl törədən maneələrdən və digər texniki səbəblərdən asılı olaraq yaxınlıqdakı digər ərazinin anten dairəsinə düşməsi ehtimalı mövcuddur. Məhkəmə istintaqı zamanı qəbul edilmiş qərarlar: Suraxanı Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 1(010)-236/2023 saylı qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilməklə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs oğlunun istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** telefon nömrələrinin 19 oktyabr 2022-ci il tarixdə, saat 11:00-dan 19:00-dək əhatə edən və təqsirləndirilən şəxsin anası X8 ilə polis əməkdaşları arasında olan danışıqların ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələr ilə 19 oktyabr 2022-ci il tarixdə, saat 10:00-dan 12:00-dək əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, sms məlumatları qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin hal-hazırada anten əhatə dairəsi barədə məlumatların Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə təqdim edilməsi “Azercell”, "xxxx" və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə həvalə edilməsi qərar alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 1(010)-236/2023 saylı qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilməklə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şahidlər şahidlər Şahid1 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin və Şahid2 istifadəsində olmuş 070- ***-**-** telefon nömrəsinin və təqsirləndirilən şəxsin anası X3 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin 19 oktyabr 2022-ci il tarixi (24 saat) ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, sms məlumatları qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin hal-hazırada anten əhatə dairəsi barədə məlumatların Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə təqdim edilməsi "xxxx" və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə həvalə edilməsi qərar alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 1(010)-236/2023 saylı qərarı ilə müdafiəçinin vəsatəti təmin edilməklə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin və ona alternativ olan ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclası zalından dərhal həbsdən azad edilməsi, qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qərarları əsasında alınmış cavablar: Daxil olmuş anten məlumatlarının tədqiq edilməsinin nəticəsində məhkəmənin sorğusuna əsasən alınmış "xxxx" MMC-in 08 sentyabr 2023-cü il tarixli, AZF/LGL-2947/23 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi xx.xx.2022-ci il tarixdə, saat 13:27-də ünvan 13 ünvanında olduğunu göstərir. Məhkəmənin sorgusuna əsasən "xxxx" MMC-in xx.xx.2023-cü il tarixli, BKC/LGL- 5599/2023 saylı məktubuna əsasənə əlavə şahid Babək Bayramovun istifadəsində olan ***-***-**-** möbil nömrəsindən X4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, 19 oktyabr 2022-ci il tarixdə saat 18:29-da 45 saniyə ərzində telefon danışığı aparılmışdır. Həmin zəngin anten dairəsi ünvan 14 ünvanını göstərir. Həmin məktuba əsasən əlavə şahid X4 istifadəsində olan ***-***-**-** mobil nömrəsininin anten dairəsi 19 oktyabr 2022-ci il tarixdə saat 12:27-də Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 33/Suraxanı, saat 13:32-də isə ünvan 14 ünvanı göstərir. Şahid2 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə dair anten dairəsi, Təqsirləndirilən şəxs saxlanıldığı saatda, yəni 19:11-də ünvan 15 ünvanında 1800 saniyə ərzində telefon danışığı aparır. Həmçinin 18.11-dən 19.41-ə qədər müvafiq olaraq saat 18.11-də 1800 saniyə, saat 18:41-də 1800 saniyə, saat 19:11-də 1800 saniyə ərzində telefon danışıqları aparılmışdır. Anten dairələri müvafiq olaraq ünvan 15 ünvanı göstərir. Hüquqi məsələlər və məhkəmənin təhlili: Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 485,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Cinayət işinin materialları ilkin tədqiq edlərkən ittihamda göstərilən halların həqiqiliyinə dair məhkəmədə ciddi şübhələr yaranaraq bütün toplanmış sübutların təhlili və yenidən hərtərəfli, ətraflı, tam və obyekvti araşdırılmasının aparılmasına əsas olmuşdur. Buna səbəb Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən, üzərində olan narkotik vasitənin ona məxsus olduğunu, sonradan isə istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi, heç bir təqsirinin olmadığını, polis əməkdaşları tərəfindən onun evdən götürüldüyünü, tutulma vaxtı düzgün göstərilmədiyini, onun şübhəli şəxs qismində saxlanılma vaxtı xx.xx.2022-cü il tarixdə, saat 19:10 göstərilməsinə baxmayaraq, onun saat 10-11 radələrində evindən apardıqlarını, narkotik vasitənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu, onların tərəfindən döyüldüyünü, narkoloji ekspertizanın aparılmadığını, ekspertin onunla yalnız söhbət etməsini, bütün qeyd edilən halları da barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair tədimata baxılmasına dair 19 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında, həmçinin hazırki cinayət işi üzrə məhkəmənin ilk baxış iclasında, və məhkəmə istintaqının bütün proseslərində bildirilməsi olmuşdur. İlk olaraq qeyd olunmalıdır ki, “Məhkəmənin hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun Qərarına əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.Bundan əlavə ifadənin dəyişməsinin səbəblərini aydınlaşdırılmalı və onlara işdə toplanmış digə sübutlarla müqayisəli surətdə qiymət verilməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunnu motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrini digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin ifadəsinin həqiqiliyini yoxlamaq məqsədilə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, bu hal ilkin olaraq cinayət işi üzrə tərtib edilmiş sənədlər arasında ciddi uyğunsuzluğun mövcudluğu ilə müəyyən edilir. Həmin uyğunsuzluğun müəyyən edilməsi üçün məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılaraq ilk olaraq şahidlərin, əlavə şahidlərin ifadələri alınmış və məhkəmə sorğuları göndərilmişdir. Bundan əlavə məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların həqiqiliyinə qiymət verməkdən ötrü müdafiə tərəfinin vəsatəti əsasında polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılmasının vaxtı və yeri barədə məlumatın yoxlanılmasına dair əlavə şahidləri dindirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahidlər qismində dindirilmiş Təqsirləndirilən şəxs qonşuları X16, X2 Kamil Əvəz oğlunun səhər saatlarında 2 nəfər şəxs tərəfindən Kamili alt paltarında gümüşü rəngli maşına basaraq apardıqlarını gördüklərini bildirmişlər. Ondan əlavə, əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası X1 barəsində 19 oktyabr 2022-ci il tarixdə səhər saatlarında şikayət etdiyini və ondan sonra, Kamili alt paltarda 19 oktyabr tarixində, səhər 10-11 radələrində gələrək apardıqlarını, 3 nəfər – Babək, Araz və Eldəniz adlı polis əməkdaşlarının birbaşa evin qapısını açaraq, həmin qapının özü tərəfindən açıq qoyduğunu, Kamili yerindən apardıqlarını, onlara paltarlarını geyinməsinə icazə verməsi barədə xahiş etsə belə, onu paltarsız apardıqlarını bildirmişdir. Bundan əlavə Əlavə şahid qismində dindirilmiş X30 axşam vaxtları olduğunu 20:00 və yaxud 21:00 radələrində bibisi ona zəng edərək, Təqsirləndirilən şəxs tutulduğunu bildirdikdən sonra, paltarın aparmaq lazım olduğunu, bundan sonra o da paltarları aparmaq üçün Polis Bölməsinə getdiyini bildirmişdir. Üzünü görə bilmədən polislərin ona onun yanına girə bilməyəciyini bildirmişlər, onlara paltar gətirməsi barədə bildirmiş, onlar da onun iştirakı ilə həmin paltarlara baxış keçirilmiş, parltarı götürmüşlər. Təqsirləndirilən şəxs ayaqqabı, şalvar, kofta və idman paltarı apamışdır Təqsirləndirilən şəxs və əlavə şahid X4 ifadələrini yoxlanılması üçün həmçinin əlavə şahid qismində polis əməkdaşları X21, X22 və X33 da məhkəmə iclasında tərəflərin iştirakı ilə dindirilmiş, onlardan biri X22 təqsirləndirlən şəxsin anasını da tanıdığını, belə ki, teztez bölməyə gələrək oğlunun narkotik vasitələrindən istifadə etdiyini, onların həyatı üçün təhlükə yaratdığını, hətta polislərə bu barədə “nə gözləyirsiz gərək məni öldürsün” kimi bildirdiyini, bundan sonra da əməliyyat tədbiri keçirildiyini və həmin şəxsin tutulduğunu, lakin həmin şəxsin tutulmasında iştirak etmədiyini və onu döymədiyini bildirmişdir. X33 bölmədə işlədiyi üçün və əməliyyatçının da bir-birləri ilə danışıqlar apardığı üçün bu barədə eşitmiş olduğunu, belə ki, həmin şəxsin anasının tez-tez bölməyə gələrək oğlunun narkotik çəkməsi ilə bağlı şikayət etdiyini, eşitmiş, lakin həmin şəxsin onun qəbulunda olmadığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs tutulma vaxtı ilə iddia olunan ziddiyyətin yoxlanılması üçün məhkəmə müdafiəçi tərəfindən verilmiş vəsatəti təmin etməklə, Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** telefon nömrələrinin 19 oktyabr 2022-ci il tarixdə, saat 11:00-dan 19:00-dək əhatə edən dövrü üçün, iş üzrə şahid qismində tanınmış polis əməkdaşları Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid1 istifadəsində olmuş 055- ***-**-** telefon nömrəsinin və Şahid2 istifadəsində olmuş 070- ***-**-** telefon nömrəsinin və təqsirləndirilən şəxsin anası X4 istifadəsində olmuş ***- ***-**-** mobil nömrəsinin 19 oktyabr 2022-ci il tarixi (24 saat) ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, sms məlumatları qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin hal-hazırada anten əhatə dairəsi barədə məlumatların əldə edilməsi üçün müvafq qərarlar qəbul edərək icra olunması üçün "xxxx" və "xxxx"MMC-yə göndərmişdir. Daxil olmuş anten məlumatlarının tədqiq edilməsinin nəticəsində müəyyəntedilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi xx.xx.2022-ci il tarixdə, saat 13:27-də ünvan 13 ünvanında olduğunu göstərir. Təqsirləndirilən şəxs anası Babayeva Gülabətin qızının istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi 19 oktyabr 2022-ci il tarixin artıq saat 12:27-də Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 33/Suraxanı, saat 13:32-də isə ünvan 14 ünvanı göstərir. Bundan əlavə, əlavə şahid Babək Bayramovun istifadəsində olan ***-***-**-** möbil nömrəsindən X4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, 19 oktyabr 2022-ci il tarixdə saat 18:29-da 45 saniyə ərzində telefon danışığı aparılmışdır. Həmin zəngin anten dairəsi ünvan 14 ünvanını göstərir. Qeyd olunmalıdır ki, əlavə şahid qismində dindirilmiş "xxxx" MMC-in nümayəndəsi X18 ifadəsindən görünür ki, konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, cihazın keyfiyyət göstəricilərindən, siqnala əngəl törədən hər hansı bir maneə (döncə, dağ, bina v s) təsirlərdən mobil telefonun yaxınlıqdakı digər şanlardan istifadəsi mümkündür. Lakin, nəzərə alınmalıdır ki, belə bir halın baş verməsi ehtimal xarakterlidir. Yəni, mobil telefonun yaxınlıqdakı digər şanlar qoşulması "xxxx" MMC tərəfindən istisna edilmir. Həmçinin, məhkəmə, "xxxx" MMC-in 08 sentyabr 2023-cü il tarixli, AZF/LGL- 2947/23 nömrəli məktubu ilə müəyyən etdiyi kimi anten məlumatları ilə bağlı dəqiq ünvanların əldə edilməsində yalnız “SMSMT” qeyd olunan sətirləri əsas götürür. "xxxx" MMC-in xx.xx.2023-cü il tarixli, BKC/LGL-5599/2023 saylı məktubuna müəyyən etdiyi kimi anten məlumatları ilə bağlı dəqiq ünvanların əldə edilməsində yalnız “MOC, MTC, SMSMT, SMSMO” qeyd olunan sətirləri əsas götürür. Bundan əlavə, qeyd olunmaldırı ki, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin ünvanı cinayət işin bütün prosessual sənədlərində və xüsusitlə ittiham aktında ünvan 14 ünvanı kimi göstərilir. Qeyd edilməlidir ki, həmin ərazi Bakı şəhərində ünvanlaşmanın kifayət qədər sıx olduğu ərazidir. Belə olan halda, anten məlumatlarının ətrafdakı digər çoxlu saydakı yaşayış və qeyri-yaşayış binalarının deyil, hansısa ehtimal xarakterli texniki səbəbdən yanlışlıqla məhz ünvan 19 ünvanının göstərməsi inandırıcı və ağlabatan deyildir. Məhkəmə, "xxxx" MMC-in 08 sentyabr 2023-cü il tarixli, AZF/LGL-2947/23 saylı məktubuna əlavə edilmiş 1 ədəd CD diskdə əks olunan Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi üzrə 19-21 oktyabr 2022-ci il tarixləri əhadə edən anten məlumatlarını, Bakcell” MMC-in xx.xx.2023-cü il tarixli, BKC/LGL-5599/2023 saylı məktubuna əlavə edilmiş 1 ədəd CD diskdə əks olunan Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi üzrə 19 oktyabr 2022-ci il tarixi əhadə edən anten məlumatlarını sübut kimi mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, qeyd edilən anten məlumatların sübutetmə predmetinə daxil olan hallara aiddir, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi üsuluna dair şübhələr mövcud deyil, sübut kimi qəbulediləndir. Bundan başqa, məhkəmə, ittihama əsasən təqsirləndirilən şəxs X23 ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilməsində iştirak etmiş polis əməkdaşları olan X19, Şahid2 ifadələrini tədqiq edərək qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının həm sərbəst ifadələrində, həm də onlara ünvanlanan suallara verdikləri cavablar zamanı kifayət qədər uyğunsuzluq, ziddiyyətlər müəyyən edilmişdir. Xüsusilə, “hadisə nə vaxt baş verib?” sualı üzrə şahidlərin verdikləri cavablar ümumiyyətlə, verilmiş ittihamla uyğunsuzluq təşkil edir. Belə ki, həmin suala şahidlərdən Şahid1 əvvəl hadisənin tarixi 19 oktyabr 2022-ci il tarixi göstərsə belə, sonradan “hadisə sentyabrda baş vermişdir”. Təqsirləndirilən şəxs saxlanılma saatlarını ümumiyyətlə şahidlərdən heç biri bildirməmişdir. Bundan əlavə məhkəmə müdafiəçinin vəsatətinə əsasən Şahid2 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsi üzrə 19 oktyabr 2022-ci il tarixi (24 saat) ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, məlumatların əldə edilməsi üçün müvafq qərarlar qəbul edilərək icra olunması üçün "xxxx" və"xxxx" MMC-yə göndərmişdir. Daxil olmuş anten məlumatlarının tədqiq edilməsinin nəticəsində Şahid2 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə dair anten dairəsi, Təqsirləndirilən şəxs saxlanıldığı saatda, yəni 19:11-də ünvan 15 ünvanında 1800 saniyə ərzində telefon danışığı aparır. Həmçinin 18:11-dən 19:41-ə qədər müvafiq olaraq 18:11-də 1800 saniyə, 18:41-də 1800 saniyə, 19:11-də 1800 saniyə ərzində telefon danışıqları aparılmışdır. Anten dairələri müvafiq olaraq ünvan 15 ünvanı göstərir. Bu hal isə özlüyündə Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə saat 19:10 radələrində saxlanılmasına dair ittihamda göstərilən hallarla ziddiyyət təşkil edir və Şahid2 ifadəsinin həqiqiliyinə olan şübhələr yaradır. Ümumiyyətlə, qeyd edilməlidir ki, verilmiş ittihama görə Təqsirləndirilən şəxs yaxınlaşaraq onu polis bölməsinə aparılmasında və üzərinə şəxsi axtarış və baxış keçirilməsində iştirak etmiş bütün polis əməkdaşları sərbəst ifadələrində iş üzrə qısa və ümumi xarakterli məlumat verməklə kifayətlənmiş, məhkəmə iclasında ittiham və müdafiə tərəfinin suallarına isə tutulma vaxtının yadında olmaması səbəbindən cavab verməkdən yayınmışlar. Hətta, məhkəmə iclasında dindirilmiş şahidlər sübutetmə predmetinə daxil olan əsas hallarla bağlı məhkəməyə dəqiq və mötəbər məlumatlar verə bilməmişlər. Belə olan halda, təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti ilə bağlı yuxarıda təhlil edilən sübutlar da nəzərə alındıqda şahid qismində dindirilmiş polis əməkdaşlarının cinayət işinin sübutetmə predmetinə daxil olan halları ilə (xüsusilə təqsirləndirilən şəxsin saxlanılma vaxtı və yeri ilə) bağlı verdikləri ifadələrin verilmiş ittihamla ziddiyyət təşkil etməsi, ümumiyyətlə, bir çox halda iş üzrə əhəmiyyət kəsb edən hallarla ittiham və müdafiə tərəfinin suallarına cavab verə bilməmələri ittihamda göstərilən halların həqiqətdə baş vermədiyi qənaətinə gəlməyə, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2022-ci il tarixdə saat 19:10-da radələrində ünvan 1 ünvanında olmasını, onun məhz həmin polis əməkdaşları tərəfindən həmin şəraitdə saxlanıldığı xüsusatlarını təkzib etməyə imkan verir. Başqa sözlə, şahid ifadələrindəki qeyri-müəyyənliklər, ziddiyyətlər, onların suallara cavab verməkdən yayınmaları onların həqiqətən təqsirləndiriləni göstərilən şəraitdə və vaxtda saxladıqları inamını doğurmur və təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların həqiqiliyi qənaətinə gəlməyə imkan verir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə saat 19:10 radələrində Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilməsi kimi ittiham verilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin, əlavə şahid qismində dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi X34, Bakcell” MMC-in xx.xx.2023-cü il tarixli, BKC/LGL-5599/2023 saylı məktubu Təqsirləndirilən şəxs isdifadəsində olan mobil telefon nömrəsinin anten dairəsi üzrə məlumatları əks etdirən 1 ədəd CD disk, “"xxxx" MMC-in 08 sentyabr 2023-cü il tarixli, AZF/LGL-2947/23 nömrəli məktubu Təqsirləndirilən şəxs isdifadəsində olan mobil telefon nömrəsinin anten dairəsi üzrə məlumatları əks etdirən 1 ədəd CD disk, cinayət işinin 11-cı vərəqələrində olan “şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarış” aparılmaqla “AZ48719” nömrəli operator tərəfindən X24 şəxsiyyətinə dair məlumatları əks etdirən DİN-nin portalıdan edilmiş çıxarışlarla həmin xüsusat təkzib olunmuşdur. Şübhəli şəxsi tutulması haqqında protokoluna əsasən Suraxanı RPİ-nin 32-ci PB-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Ayaz Meydanov tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur. Həmin protokolun tərtib edilməsi 20:00-da baş vermişdir. 19 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişProtokola əsasən həmin istintaq hərəkətinin başlanması 19 oktyabr 2022-ci il tarixdə saat 20:30-da başlanmış, 20:40-dək aparılmışdır. Protokola əlavə edilmiş videogörüntünü daşıyan diskdə olan videogörüntünün vaxtı 7 dəqiqə 38 saniyədir. Halbuki, "xxxx" MMC-in 08 sentyabr 2023-cü il tarixli, AZF/LGL-2947/23 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi xx.xx.2022-ci il tarixdə, saat 13:27-də ünvan 13 ünvanında olduğunu, "xxxx" MMC-in xx.xx.2023-cü il tarixli, BKC/LGL-5599/2023 saylı məktubuna əsasənə əlavə şahid Babək Bayramovun istifadəsində olan ***-***-**-** möbil nömrəsindən X4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, 19 oktyabr 2022-ci il tarixdə saat 18:29-da 45 saniyə ərzində telefon danışığı aparılmışdır. Həmin zəngin anten dairəsi ünvan 14 ünvanı (Bakı şəhəri Suraxanı Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasının antenna dairəsini əhatəsində olmuşdur. Yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs ifdaəsində göstərilən xüsusatının döğruluğunu təsdiq edir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 11-12 aralığında Təqsirləndirilən şəxs tutularaq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparılmış, faktiki olaraq 19 aprel 2022-ci il saat 13:27dən etibarən həmin bölmədə qanunsuz olaraq saxlanılmış (nəzərə almaq lazımdır ki, saat 13:27 təqsirləndirilənin Polis Bölməsində saxlanılmasının anten əsasında müəyyən edilə bilən başlanğıcını ifadə edir, şübhəsiz o, bundan əvvəl artıq polisin faktiki nəzarətində idi, anası X4 anten məlumatı isə ümumiyyətlə 19 oktyabr 2022-ci il tarixin artıq saat 12:27-də Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 33/Suraxanı, saat 13:32-də isə ünvan 14 ünvanı göstərir) həmin tarixdə saat 20:00-da müdafiəçinin iştirakı ilə barəsində “Tutma protokolu” tərtib edilmiş, saat 20:30-da üzərinə şəxsi axtarış və götürmə aparılmış, lakin qeyd edilən pozuntular sitə ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı hər hanası mötəbər sübutlarla təkzib edilməmiş, və yaxud ibtidai istintaqı zamanı və yaxud məhkəmə istintaq zamanı ağlabatan formada izah olunmamışdır. Odur ki, sözügedən faktlarla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında xeyli vaxtın (daha dəqiq 7 saatdan az olmayaraq) keçməsi və şübhəli şəxs qismində tutulan zaman üzərində dərhal narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyanın olub-olmaması halının yoxlanılmaması həmin narkotik vasitənin onun cibinə “qoyulmasının” mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaradır, çünki həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Həmçinin, Şahid2 oğlu ilə təqsirləndirilən şəxs arasında çarpaz dindirmə zamanı Təqsirləndirilən şəxs da bildirmişdir ki, “məni evdən gətiriblər, sonra torbanı veriblər ki, bu sənindir”, “məni tutulanda gətirib deyiblər ki, ilin axırıdı, tutulmalısan”, videoçəkilişdən qabaq sellofan bükümü ona verilib bu sözlərdən sonra saxlamalı olduğunu , və iş üzrə şahid qismində qeyd edilmiş şəxslərin (polis əməkdaşlarının) yalnız videoçəkilişdə gördüyü, saxlanılmasında iştirak etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndini şərh edən Avropa Məhkəməsi bildirir ki, “dərhal anlayışı” həftəsonu, istirahət günlərində və ya gecə yarısı, yaxud da bayram günlərində səlahiyyətli orqanlar tərəfindən iş üzrə araşdırmanın lazımı cəldliklə və müttəhimin hüquqları təmin edilməklə keçirilməsini nəzərdə tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011 -ci il tarixli, 2 saylı Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM- nin 153-cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən isə tutulma vaxtı barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesab edilmişdir. Şübhəli şəxsin tutulması prosessual məcburiyyət tədbririnin cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilməsi və rəsmiləşdirilməsi, bununla bağlı bütün prosessual sənədlərin, o cümlədən şübhəli şəxsin tutulması haqqında protokolun, şübhəli şəxsin tutulması haqqında qərarın, şübhəli şəxsin qismində dindirilməsi haqqında protokolun və digər prosessual sənədlərin mötəbər olması, o cümlədən həqiqətə uyğun, düzgün və cinayət prosessual qanunu baxımından qanuni və əsaslı tərtib edilməsi – ibtidai istintaqın təməlinin ən əhəmiyyətli sütunlarından biridir. Şübhəli şəxsin tutulması cinayət prosessual qanunvericiliyinin müdddəalarına uyğun olaraq həyata keçirilməsini, o cümlədən rəsmiləşdirilməsinin əhəmiyyəti təkcə ibtidai istintaqının qanuni və əsaslı keçirilmiş hesab edilməsi üçün mühum əhəmiyyət daşımır, həmçinin də ən əsas, ayrılmaz, konstitusion insan və və vətəndaşı hüquqlarına - azadlıq hüququna riayət edilməsi ilə əlaqədardır. Belə ki, həmin hüquq istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də digər milli və beynəlxalq normativ aktları ilə absolyut hesab olunur və həmin hüquqa dair məhdudiyyət qanunvericı tərəfindər yalnız müstəsna hallarda, onlardan biri də Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi ilə bağlı əsaslı şübhələrin movcud olması ilə bağlı tutulma qismində nəzərdə tutulmuşdur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, şübhəli şəxs qismində tutularkən şəxsin azadlığı faktiki olaraq məhdulaşdırıldığından həmin prosessual məcburiyyət tədbirinin rəsmiləşdirilməsi anın (vaxtın) dəqiq göstərilməməsi – gizlədərək, saxtalaşdırılması – şəxsin azadlıq hüququnun kobudcasına pozulmasına və digər ağır nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.6-cı maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə, baxılan işdə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ibtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs üstündən “tapılmış” narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması, tutularkən üzərində heç bir narkotik vasitənin olmaması, sonradan prosessual qanunvericilik pozulmaqla üstündə axtarışın aparılması, bu zaman prosessual hüquqlarının pozulması və onların ittihamı üçün sübutlar bazasının məhz bu yolla, yəni qanunsuz yolla əldə edilməsi ilə əlaqələndirildiyindən, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin də bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan və işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” və “Zayidov Azərbaycana qarşı” işləri arasında bənzərlik olduğundan həmin presedentin hazırki işə tətbiq edilməsini zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. “Layıcov Azərbaycana qarşı iş”. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, Layıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının" mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Anoloji mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin digər qərarlarında da formalaşdırılmışdır. Məhkəmə, həmçinin onu qeyd edir ki, Avropa Məhkəməsinin formalaşdırdığı mövqeyə görə Avropa Konvensiyasının 6-cı maddəsi təkcə işin məhkəmə mərhələsinə deyil, məhkəməyəqədərki mərhələyə də tətbiq edilir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq edilməlidir (Salduz Türkiyəyə qarşı iş) Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə deyil, 7 saatdan da artıq müddət keçdikdən sonra polis idarəsində xidməti otaqda keçirilmiş, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamış, şübhəli şəxs qismində tutulmasının vaxtı barədə qeydiyyat jurnalının polis əməkdaşları tərəfindən təqdim olunmamış, və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə haqqında protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə üçün anlaşılan deyildir ki, qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında ittiham olunan təqsirləndirilən şəxs üzərində şəxsi axtarış nəyə görə tutulduğu yerdə və ya ən azından Polis Bölməsinə gətirildikdən dərhal sonra deyil, uzun müddət sonra həyata keçirilmişdir. Şəxsi axtarışı şəxsin tutulmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur və ittiham tərəfindən belə dəlillər məhkəməyə təqdim edilməmişdir. Şübhəsiz ki, belə hallara tutulan şəxslərin ağır xəstəliyi, axtarışın həyata keçirilməsinə digər şəxslər tərəfindən yaradılacaq maneələr, texnogen qəzalar, sosial kataklizmlər (müharibə vəziyyəti, fövqəladə vəziyyət və s. bu kimi hallar), təbii kataklizimlər (zəlzələ, sel, daşqınlar) və s. aiddir Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırılması ilə onun üzərinə həyata keçirilən şəxsi axtarış arasında uzun müddət (7 saatdan artıq bir müddət, nəzərə alınmalıdır ki, bu müddət təqsirləndirilən şəxsin polis bölməsində saxlanılmasının müəyyən edilə bilən dövrünü ifadə edir, şübhəsiz o, saxlanılaraq polis bölməsinə gətirilməsi vaxtı da diqqətə alınmaqla bundan da artıq müddət polisin faktiki nəzarətində idi) müddət keçmiş, yəni Təqsirləndirilən şəxs Elxan oğlunun saxlanılması ilə onun şəxsi axtarışı arasında uzun vaxt boşluğu olmuşdur. Ona görə də saxlanılmaqla şəxsi axtarış arasında olan bu vaxt boşluğu sübutların (narkotik vasitələrin) təqsirləndirilən şəxsin “üstünə qoyulması”nın mümkünlüyü ilə bağlı qanuni və əsaslı narahatlıqlar ortaya qoyur. Belə ki, həmin vaxt ərzində Təqsirləndirilən şəxs müdafiəçisiz və prosessual hüquqlarının həyata keçirilməsinə şarait yaradılmadan tamamilə polisin nəzarətində olmuşlar. Bundan əlavə, şəxsi axtarış və götürmə hərəkətinin ciddi prosessual pozuntular ilə aparıldığı müəyyən edilmişdir ki, bu hal həm də onun nəticələrini, yəni şəxsi axtarış və götürmə aparılması barədə protokolu və diskə baxış keçirilməsi haqqında protokolu etibarsız hesab edir. Şəxsi axtarış və götürmə zamanı yol verilmiş ilkin prosessual pozuntu budur ki, cinayət təqibi orqanının şübhəli şəxs barəsində üzərinə şəxsi axtarış və götürmə aparmasına və bunun nəticələri barədə protokol tərtib etməsinə baxmayaraq, axtarış və götürmə barədə qərar şübhəli şəxsə, onun müdafiəçisinə elan etməmiş, ən əsası prosessual qanunvericiliyin imperativ tələbi kimi qərarın surətini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. 243.4-cü maddəsinə əsasən bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir; 245.2-ci maddəsinə əsasən axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir; 246.2.1-ci maddəsinə əsasən şübhəli şəxs tutulduqda və polis və ya digər hüquqmühafizə orqanına gətirildikdə məhkəmənin qərarı alınmadan şəxsi axtarış və götürmə aparıla bilər; 177.5-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri təxirə salına bilməyən hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə aparılmışdırsa, müstəntiq bu Məcəllənin 443.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. 443.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməlidir. Lakin, cinayət təqibini həyata keçirən orqan cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmaqla müvafiq əsaslandırılmış qərar qəbul etmədən, şübhəli şəxsi və onun müdafiəçisini həmin qərarla tanış etmədən və qərarın surətini müvafiq subyektlərə göndərmədən şəxs barəsində heç bir hüquqi əsası olmayan istintaq hərəkəti keçirmiş, bununla da, öz “sübut”-larının yararsızlığını bir qədər də artırmışdır. Hər hansı şəxs barəsində aparılan istintaq hərəkətinin ilkin qanunilik şərti və hüquqi əsası bu barədə prosessual qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş müvafiq qərarın mövcudluğudur. Bundan əlavə, məhkəmə istintaqı zamanı həm şəxsi axtarış və götürmə aparılması barədə protokola, həm də aparılmış videoçəkilişin görüntülərini əks etdirən 01 ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Pİ-nin 32-ci PB-in baş təhqiqatçısı polis kapitanı Ayaz Meydanov şübhəli şəxsin təqdim etdiyi bir ədəd bükümü götürdükdən sonra müvafiq şərait olmasına baxmayaraq həmin bükümün çəkisini müəyyən etmir. Narkotik vasitənin çəkisi protokolda da öz əksini tapmamışdır. Halbuki, Cinayət-Prosessual Məcəllənin 245.8-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbi götürülmüş predmetin çəkisinin müvafiq istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsini, həmçinin axtarış və götürmə videoçəkilişlə aparıldığı halda həmin çəkinin qeydə alınması yolu ilə obyektivliyi təmin etməklə əldə edilmiş sübutların hər cür şübhədən kənar qalmasını təmin etməyə yönəlmişdir. Lakin, istintaq orqanı tərəfindən qeyd edilən prosessual normanın tələblərinin pozulması, hazırki ittihamın əsası olan və kifayət qədər şübhəli olan “maddi sübut”-un mötəbərliyini bir qədər də şübhə altına almışdır. Məhkəmə, iş üzrə dindirilmiş şahid ifadələri ilə verilmiş ittiham arasındakı ziddiyyətləri, şahid ifadələrindəki qeyri-müəyyənlikləri, iş üzrə sübutetmə predmetinə daxil olan hallara dair ciddi natamamlıqları təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti ilə əlaqələndirərək həmin ifadələrin mötəbər sübut kimi qəbul edilə bilməməsinin əsaslarını müəyyən etmişdir. Təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti artıq həqiqi sübutlarla müəyyən edildiyi üçün və həmin şahid ifadələri həmin mötəbər sübutlarla təkzib edildiyi üçün artıq həmin ifadələrin həqiqiliyi “ipso facto” (təbiəti etibarilə) qəbuledilməzdir. Bu səbəbdən, həmin ifadələrin mötəbərliyi və həqiqiliyi ilə bağlı əlavə qiymətləndirməyə ehtiyac yoxdur. Bununla belə, məhkəmə, həmin ifadələrinin sübut kimi qəbuledilən olmadığını, mötəbərliyinə və işin həqiqi hallarını əks etdirməsinə dair ciddi şübhələrin olduğunu göstərilənlərdən əlavə olaraq aşağıdakılarla əsaslandırır: Yuxarıda qeyd olunan hallara əsasən polis əməkdaşları Şahid1, Şahid2 ifadələrinin mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. X6rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları təqsirləndirilən şəxsin ittihamda təsvir edilmiş şəraitdə saxlanılması, Polis Bölməsinə gətirilməsi, “baxış keçirilməsi” və digər istintaq hərəkətlərinin aparılmasına dair şahidlər kimi ifadə vermişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə hesab edir ki, adları çəkilən polis əməkdaşları ibtidai istintaqı aparan orqanda, yəni Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin tabeliyində müxtəlif vəzifələrdə çalışırlar, onların verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə polis əməkdaşları Şahid1, Şahid2 ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, məhkəmənin mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Qurban Qarayevə qarşı Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. İttiham tərəfinin təqsirləndirilən şəxsə qarşı ittihamın irəli sürülməsində və müdafiə edilməsində əsaslandığı digər sübut növü isə təqsirləndirilən şəxsin istintaq zamanı verdiyini iddia etdikləri etirafedici ifadələridir. Məhkəmənin sorğusuna əsasən, Bakı şəhəri Suraxanı Rayon Prokuroluğu tərəfindən təqdim edilmiş 464-C-22 saylı materialdan görünür ki, Təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə qalması faktı ilə əlaqədar araşdırılması zamanı dindirilmiş əməliyyat müvəkilləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs qarşı heç bir zorakılığın olmadığını bildirmişlər. Halbuki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması üzrə araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 26 yanvar 2023-cü tarixli 13 saylı canlı şəxsin ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində sol bazunun sarımtıl-bənövşəyi rəngli qançırı, belin arxa nahiyyəsinin sıyrıqları və sağ sağrı nahiyyəsinin bənövşəyi rəngli qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti məhkumun tibbi kitabçasının açılması tarixindən (xx.xx.2022-ci il) 3-7 sutka əvvələ uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli xüsusi məlumata görə xx.xx.2022-ci il tarixdə təxminən saaat 14:10 radələrində Suraxanı RPİ-in MSY-in əməkdaşları tərəfindən gətirilib təhvil verilən, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, azərbaycanlı orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-in əməkdaşları tərəfindən həbs edilmiş, AR CM-in 234.2-ci maddəsinə əsasən həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 14:30 radələrində Tibb-sanitar hissəsində müayinə olunan zaman sol bazunun ön səthində bənövşəyi rəngli qançır, belin oma nahiyəsində 2 ədəd qərtməkli yara, sağ sağrı nahiyəsində bənövşəyi rəngli qançır aşkar edilmişdir. Bununla əlaqədar akt tərtib olunaraq izahatı alınmışdır. Bu barədə həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs yazılı izahatında bildirmişdir ki, həmin xəsarətləri həbs olunan zaman almışdır. Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun müstəntiqi X29 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Suraxanı RPİ-in 32-ci PB-in əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verilməsi faktı öz təsdiqini tapmaması barədə qənaətə gəlinmiş və cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hesab edir k, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan xəsarətlər polis bölməsində yetirilib, polis idarəsinə gətirilməmişdən qabaq olsaydı belə, ən azından bu barədə onun üzərində xəsarətlərin olması barədə polis idarəsində akt tərtib oluna bilərdi, lakin belə bir akt tərtib edilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşları məhkəmənin sualına cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsində ona qarşı hər hansı xəsarət yetirilməmiş, yetirilmiş xəsarətlərin polis bölməsinə gətirilməzdən yaranmışdır. Lakin buna dair hər hansı akt polis əməkdaşları tərəfindən təqdim edilməmiş, cinayət işin materiallarında mövcudluğu müəyyən edilməmişdir. Bundan əlavə ekspertizanın rəyində xəsarətlərin yetirilməsi vaxtını törənmə müddəti məhkumun tibbi kitabçasının açılması tarixindən (xx.xx.2022-ci il) 3-7 sutka əvvələ uyğun gəlməsi kimi göstərilir, bu da ona dəlalət edir ki, həmin xəsarətləri Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduqdan sonra almışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsin axtarış keçirilən zamanı çəkilmiş 19 oktyabr 2022-ci il tarixli videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən iki ədəd mobil telefonu və əlində olan qara rəngli sellofanın içərisindən qurudulmuş bitki yarpaqlarını çıxarıb təqdim eməsi, onun təqdim etdiyi bitki yarpaqlarının nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin bitki yarpaqlarının qurudulmuş marixuana olduğunu, (həmin narkotik maddəni İİR-nın vətəndaşından onlayn qaydada Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında alıb əldə etməsini bildirməsi, aşkar edilmiş həmin bir ədəd büküm və iki ədəd mobil telefonun götürülərək qablaşdırılıb) üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki. Təqsirləndirilən şəxs həmin bükülünün rahat şəkildə polis idarəsinə qədər gəzdirilməsi də inandırıcı deyildir. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətinin dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbmi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlama yerlərində işgəncə qurban xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırki işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keirilmiş tibi müayinə məzkəm-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Cinayət işinin rədd edilməsi haqqında qərarından göründüyü kimi qərar yalnız təsviri hissədən ibarət olmuş, müstəntiq digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, əldə etdiyi ekspert rəyinin məzmununu yalnız təsvir etməklə kifayətlənmiş, rəyə və Təqsirləndirilən şəxs xəsarətlərin olmasını təsdiq edən digər sənədlərə ümumiyyətlə münasibət bildirməmişdir. Suraxanı Rayon Prokurorluğun müstəntiqi Elvin Quliyev tərəfindən qəbul edilmiş 26 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın Təqsirləndirilən şəxs çatdırılmasını təsdiq edən hər hansı bir sənəd iş materiallarında aşkar edilməmişdir. Bununla da Təqsirləndirilən şəxs həmin qərarın dəlillərindən və araşdırmanın nəticəsindən xəbərsiz olduğundan onun yuxarı prokurora və ya məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ məhdulaşdırılmışdır. Belə olan halda, belə araşdırma nəticəsində qəbul edilmiş cinayət işnin başlanmasını rədd edilməsi haqqında 26 yanvar 2023-cü il tarixli qərarını əsas götürməklə hazırda məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırılmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin və aparılan məhkəmə-hüquq islahatlarının məqsədlərini şübhə altına almış olar. Göstərilən hallar, həm ibtidai istintaqı aparan müstəntiq, həm də ibtidais itsintaqa prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon Prokuroluğu tərəfindən formal sənədlərin tərtib edilməsinə, nə də cinayət işi üzrə nə də təqsirləndirilən şəxsin məruz qaldığı fiziki təsir-təzyiqlə bağlı araşdırmanın faktik olaraq aparılmamasına dəlalət edir. Beləliklə, məhkəmə cinayət işinin rədd edilməsinə dair materialı tədqiq edərək, təqsirləndirilən şəxsin ifadəsindəki xüsusatları araşdıraraq, həm materiala məhkəmə nəzarəti qaydasında baxılan məhkəmə iclasında, həm də ki hazırki məhkəmə baxışı zamanı müəyyən edilmiş halları nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsdə olan xəsarətlərin araşdırılması ilə əlaqədar məhkəmə tərəfindən verilmiş məlumata, təqsirləndirilən şəxsin 3 saylı İstintaq Təcridxanasına daxil olarkən ondan olan xəsarətlərin qeydə alınmasına və bu barədə xüsusi məlumat verilməsinə, bununla bağlı təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs şikayəti olduğuna, həmin araşdırma zamanı təqsirləndirilən şəxs prokurorluğun müstəntiqi Elvin Quliyev tərəfindən dindirilərkən polis bölməsində döyüldüyünü göstərməsinə, xəsarətlərlə bağlı tibbi rəyin olduğuna, təqsirləndirilən şəxsin onu döydüyünü iddia etdiyi polis əməkdaşının ziddiyyətli və işin həqiqi halları ilə uzlaşmayan ifadələr verməsinə baxmayaraq prokurorluq orqanı tərəfindən heç bir əsaslandırma aparılmadan, təqsirləndirilən şəxsin döyülməsi faktı ümumiyyətlə araşdırılmadan həmin faktla bağlı cinayət işinin başlanması rədd edilmişdir ki, bu da istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərlə bağlı araşdırma aparılmamasının və məhkəmənin məlumatına səthi və laqeyd münasibətin göstəricisidir. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən işgəncə qadağası beynəlxalq hüquqda jus cogens (imperativ norma) statusu əldə etmişdir (Mahiyyət etibarı ilə işgəncə aktı təşkil edən cinayətlə bağlı cinayət təqibi, məhkumluq və cəzalandırma üçün iddia müddətinin tətbiqi ilə bağlı məsləhət rəyi [BP], §§ 61-62, 2022). Pis rəftarın konkret formasının işgəncə kimi təsnif edilib-edilməməsi barədə qərar qəbul edərkən Məhkəmə (Avropa İnsani Hüquqları Məhkəməsi) 3-cü maddədə əks olunan, həmin anlayışla qeyri-insani və ya ləyaqəti alçaldan rəftar arasındakı fərqi nəzərə almalıdır. Konvensiya bu fərq vasitəsilə çox ağır və qəddar iztirablara səbəb olan qəsdən törədilmiş qeyri-insani rəftarı xüsusilə vurğulamaq niyyətində idi; eyni təsnifat Birləşmiş Millətlər Təşkilatının “İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiyası”nın 1ci maddəsində də öz əksini tapıb (X6rşı, 1978, § 167, Selmouni Fransaya qarşı [BP], 1999-cu il, § 96 və İlaşcu və başqaları Moldova və Rusiyaya qarşı [BP], 2004, § 426). Rəftarın şiddətindən əlavə, işgəncə anlayışı “İşgəncələrə və digər qəddar, qeyriinsani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiya”da qəbul edildiyi kimi qəsd elementini də nəzərdə tutur. Bu da, inter alia, məlumat və ya etiraf əldə etmək, cəzalandırmaq və ya qorxutmaq məqsədi ilə qəsdən şiddətli ağrı və ya əzab verməyi ehtiva edir (Selmouni Fransaya qarşı [BP], 1999, § 97; Salman Türkiyəyə qarşı [BP], 2000, § 114; X39rşı, 2014, § 508 və Petrosyan Azərbaycana qarşı, 2021, § 68). Nəzərə alsaq ki, Konvensiya müasir dövrün şəraiti nəzərə alınmaqla şərh edilməli olan canlı alətdir, əvvəllər “işgəncə” yerinə “qeyri-insani və ləyaqəti alçaldan rəftar” kimi təsnif edilmiş bəzi əməllər gələcəkdə başqa cür təsnif edilə bilər. Məhkəmə hesab edir ki, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində getdikcə yüksələn standartlar müvafiq olaraq, demokratik cəmiyyətlərin fundamental dəyərlərinin pozulmasının qiymətləndirməsində, labüd olaraq, daha böyük qətiyyət tələb edir (Selmouni Fransaya qarşı [BP], 1999, § 101). Bununla əlaqədar, Avropa İnsan Hüquqları Məhkəməsi vurğulayıb ki, işgəncə qadağası beynəlxalq hüquqda jus cogens (imperativ norma) statusu əldə etmişdir Məhkəmə 3-cü maddənin təfsirində rəhbər tutmalıdır ki, insanların müdafiəsi aləti kimi Konvensiyanın obyekti və məqsədi oradakı təminatların konkret və effektiv olması istiqamətində müddəaların şərhini və tətbiqini tələb edir. Təminat verilən hüquq və azadlıqların istənilən təfsiri demokratik cəmiyyətin ideya və dəyərlərini qorumaq və təşviq etmək məqsədi daşıyan alət kimi Konvensiyanın ümumi ruhuna uyğun olmalıdır (X10rşı, 1989, § 87). Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin fundamental dəyərlərindən birini təsbit edir. Həqiqətən də, işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qadağan edilməsi insan ləyaqətinə hörmətlə sıx bağlı olan sivilizasiyanın dəyəridir (Bouyid Belçikaya qarşı [BP], 2015, § 81). Sözügedən qadağa mütləq xarakter daşıyır, 15-ci maddənin 2-ci bəndinə əsasən, müvafiq şəxsin davranışından asılı olmayaraq hətta millətin həyatına təhlükə yaradan fövqəladə vəziyyət və ya terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə və ya miqrantların və sığınacaq axtaran şəxslərin axını kimi ən çətin şəraitlərdə belə ondan kənara çıxmağa yol verilmir (A. və başqaları Birləşmiş Krallığa qarşı [BP], 2009, § 126; Mokanu və başqaları Rumıniyaya qarşı [BP], 2014, § 315; El-Masri keçmiş Yuqoslaviya Makedoniya Respublikasına qarşı [BP], 2012, § 195 və Z.A. və başqaları Rusiyaya qarşı [BP], 2009, §§ 187-188) və ya onun törətdiyi iddia edilən cinayətin xarakteri (X20rşı [BP], 2006, § 116 və Qafgen Almaniyaya qarşı [BP], 2010, § 87). 3-cü maddə əsasən qadağan olunmuş rəftar formalarının dövlət agentləri və ya dövlət orqanları tərəfindən qəsdən törədildiyi hallarda tətbiq edilir. Bu, ümumi mənada, dövlətlərin öz yurisdiksiyasında olan şəxslərə ciddi zərər vurmaqdan çəkinməsi üçün neqativ öhdəliyin qoyulması kimi təsvir edilə bilər (Hristozov və başqaları Bolqarıstana qarşı, 2012, § 111). Konvensiyanın 3-cü maddəsində göstərilən qadağa bütün pis rəftar hallarını əhatə etmir (Savran Danimarkaya qarşı [BP], 2021, § 122). Məhkəmənin məhkəmə təcrübəsinə görə pis rəftar 3-cü maddənin əhatə dairəsinə düşmək üçün minimum şiddət həddinə çatmalıdır. Bu həddin qiymətləndirilməsi nisbidir və bu, rəftarın müddəti, onun fiziki və ya psixi təsiri, bəzi hallarda qurbanın cinsi, yaşı və ya sağlamlıq vəziyyəti kimi işin bütün xüsusiyyətlərindən asılıdır (Muršić Xorvatiyaya qarşı [BP], 2016, § 97). 6. Minimum şiddət həddinə çatıb-çatmamağı müəyyən edərkən Məhkəmə digər amilləri, xüsusən də aşağıdakıları nəzərə ala bilər: a) rəftarın məqsədi və onun arxasında dayanan niyyət və ya motiv (lakin qurbanı alçaltmaq və ya təhqir etmək niyyətinin olmaması Konvensiyanın 3-cü maddəsinin pozuntusunun aşkar edilməsini birmənalı olaraq istisna etmir); b) pis rəftarın tətbiq olunduğu kontekst, məsələn artan gərginlik və emosionallıq şəraiti və c) qurbanın həssas vəziyyətdə olubolmaması (Xlaifiya və başqaları İtaliyaya qarşı [BP], 2016, § 160). Məhkəmə şəxsin, xüsusilə də fərdi şəxslər tərəfindən minimum şiddət səviyyəsinə çatan pis rəftara məruz qalıb-qalmadığını qiymətləndirərkən, əhəmiyyətli təsiri ola biləcək hər bir amili nəzərə alır. Bütün bu amillər qurbanın məruz qaldığı rəftarın qəsdən törədilmiş əməlin nəticəsi olduğunu güman etməyə imkan verir. Bu səbəbdən təsadüf və ya ehtiyatsızlıqdan törədilmiş bədbəxt hadisə nəticəsində şəxsdə yaranan bədən xəsarəti və fiziki və ya psixi iztirablar, 3-cü maddə kontekstində şəxsin “məruz qaldığı” “rəftar”ın nəticəsi hesab edilə bilməz (Nicolae Virgiliu Tănase Rumıniyaya qarşı [BP], 2019, §§ 121 və 123). 8. Bununla belə, şəxs azadlıqdan məhrum edildikdə və ya ümumi olaraq, hüquqmühafizə orqanı əməkdaşları ilə üzləşdikdə, hüquq-mühafizə orqanı əməkdaşlarının həmin şəxsə qarşı insan ləyaqətini alçaldan istənilən hərəkəti Konvensiyanın 3-cü maddəsinin pozuntusunu təşkil edir (Bouyid Belçikaya qarşı [BP], 2015, §§ 100-101). Avropa İnsan Hüquqları Məhkəməsi xüsusən vurğulayır ki, sırf bu hallarda rəftarın “işgəncə” olduğu qənaətinə gəlib: ▪ ərizəçi polis nəzarətində olarkən dövlət agentləri onu etiraf almaq üçün tamamilə soyunduraraq, qolları arxada bağlanmış vəziyyətdə havada asılı saxlayıb (“Fələstin asqısı”) (Aksoy Türkiyəyə qarşı, 1996, § 64); ▪ ərizəçi həbsdə olarkən zorlanıb və bir sıra digər fiziki və psixoloji pis rəftara məruz qalıb (Aydın Türkiyəyə qarşı, 1997, §§ 83-87, həmçinin bax Maslova və Nalbandov Rusiyaya qarşı, 2008, § 108, burada ərizəçi dəfələrlə zorlanıb, habelə dindirmə zamanı bir sıra fiziki zorakılıq Konvensiyanın 3-cü maddəsi üzrə Təlimat – İşgəncənin qadağan edilməsi Avropa İnsan Hüquqları Məhkəməsi 8/43 Son yenilənmə: xx.xx.2023 aktlarına məruz qalıb, Zontul Yunanıstana qarşı, 2012, § 92,); ▪ ərizəçilər həbsdə olarkən etiraf almaq üçün bir neçə gün yuxudan məhrum edilib, “Fələstin asqısı” və “falakka”ya məruz qalıblar, üstlərinə su püskürdülüb və döyülüblər (Batı və başqaları Türkiyəyə qarşı, 2004, § 110 və §§ 122-124); ▪ aclıq edən ərizəçi tibbi zərurət olmadan əl qandallarından istifadə edilərək “ağız genəldən” və qida borusuna daxil edilmiş xüsusi rezin boru vasitəsilə, müqavimət göstərdiyi halda güc tətbiq etməklə zorla qidalandırılıb (Nevmerjitski Ukraynaya qarşı, 2005, § 98); ▪ ərizəçi məlumat əldə etmək və ya cəzalandırılmaq, yaxud da qorxudulmaq üçün zəmində saxlandığı müddətdə “fövqəladə verilmə” (ingiliscə bax: ‘extraordinary rendering’ - “şəxslərin normal hüquqi sistemdən kənar saxlanılması və dindirilməsi məqsədilə bir yurisdiksiyadan və ya dövlətdən işgəncə və ya qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın törədilməsinə dair real təhlükə olan digər ölkə və ya yurisdiksiyaya məhkəmədən kənar qaydada köçürülməsi”) çərçivəsində hər hansı tibbi göstəriş olmadan əlləri qandallanmaq, başına torba keçirilmək, zorla soyundurulmaq, məcburi süpozitor qəbul etdirilmək kimi kompleks və əvvəlcədən düşünülmüş tədbirlərə məruz qalıb (El-Masri keçmiş Yuqoslaviya Makedoniya Respublikasına qarşı, [BP], 2012, § 205) ▪ polis əməkdaşları tərəfindən şiddətli döyülmələr ərizəçilərin qohumunun ölümü ilə nəticələnib (Satıbalova və başqaları Rusiyaya qarşı, 2020, § 76; həmçinin bax: Lutsenko və Verbiski Ukraynaya qarşı, 2021, §§ 79-80, burada cənab Verbiski Maydan etirazları kontekstində polis tərəfindən işə götürülən qeyri-dövlət agentləri tərəfindən döyülərək öldürülüb). Məhkəmə baxışı zamanı elan olunan etirafedici ifadələrinə münasibət bildirən Təqsirləndirilən şəxs onun 19 oktyabr 2022-ci il tarixdə saat səhər 11-12 radələrində evindən aparlıdığını, saxlanıldıqdan sonra şəxsən heç bir ifadə vermədiyini, həmin gün bölmədə saxlanıldıqdan sonra ona polis əməkdaşları tərəfindən döyuldüyünə görə təqdim olunan bütün sənədlərə imza etdiyini, ifadələrini də müstəntiqin özü yazdığını, ona ifadələrinə və başqa sənədlərə imza etdirdiyini bildirmişdir Lakin ifadəsində guya narkotik vasitənin ondan aşkar olunduğu göstərilmişdir. Amma o, nə şifahi və nə də yazılı olaraq belə bir ifadə verməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilən ittihamla bağlı ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadələri mötəbər sayılmalı və qəbul ediməlidir. Onun ibtidai araşdırmada bu xüsusda şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri isə həqiqi iradə ifadəsini əks etdirməmişdir. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdi saat 13:27-dən, yəni 7 saatdan artıq bir müddətdə polisin tam nəzarətinə keçərək tutulması və idarədə müəyyən müddət saxlanması rəsmiləşdirilməmiş, hüquq və vəzifələri izah edilməmiş, o, həmin vaxt müdafiəçi ilə təmin olunmamış, sonrakı hərəkətlər zamanı da onun bir sıra hüquqları kobud şəkildə pozulmuşdur, hər cür prosessual təminatdan kənar “özbaşına” saxlanılmışdır. Ona qarşı ittihamın əsasını qanunsuz yolla əldə edilmiş maddi sübut qurudulmuş marixuana təşkil etmişdir. Eyni zamanda iş materiallarından o da görünür ki, tutulma və axtarış zamanı təqsirləndirilən şəxsə müdafiəçi ilə görüşmək, konfidensial ünsiyyət saxlamaq, öz müdafiəsini hazırlamaq imkanı verilməmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmasından sonra polis əməkdaşları tərəfindən işgəncə verilmiş, buna dözməyib şəxsi axtarış və götürmə aparılarkən və ondan qabaq və sonra dindirilən zaman təzyiq altında özünə qarşı ifadələr vermiş və ifadələri əks edən prosessual protokollara imza atmışdır.Təqsirləndirilən şəxsin uzun müddət ərzində müdafiəçisiz tam şəkildə polisin nəzarəti altında olduğu, hüquqlarının izah edilmədiyi və polisin təsiri altında özü üçün əlverişsiz vəziyyətdə müəyyən qorxu və təşviş keçirdiyi halda, nəhayət, döyülmüş və xəsarətləri almış halda həmin şəraitdə verdiyi ifadələri həqiqi iradə ifadəsinin nəticəsi (bəyanı) kimi qəbul oluna bilməz. Digər tərəfdən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilən ittiham üzrə ibtidai araşdırmada verdiyi ifadələri məhkəmə iclasında tədqiq olunmuş və qiymətləndirilmiş hər hansı mötəbər sübutla və ya sübutların məcmusu ilə təsdiqini tapmamışdır. Əksinə onların məhkəmə iclasında verdiyi ifadələri işin real faktiki halları ilə tam təsdiqini tapır. İşin halları və onların hüquqi qiymətləndirməsi isə o nəticəyə bir daha gəlməyə əsas verir ki, ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxsə qarşı ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla, ittihamın əsasını təşkil edən sübutlar qanunsuz yolla əldə edilmişdir, mötəbər deyildir və ittihamın təsdiqi üçün qəbul edilə bilməz. Məhkəmə iclasında verdiyi ifadələrində isə Təqsirləndirilən şəxs ilk andan və davamlı olaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilən ittiham üzrə özünü təqsirli bilməmiş və onun cinayət məsuliyyətinə cəlb edilməsi polisin onun üstünə narkotik vasitə qoyması ilə əlaqələndirmişdir. Məhkəmə istintaqı və qiymətləndirilməsi ilə də Təqsirləndirilən şəxs məhkəmədə bildirdiklərinin həqiqəti əks etdirdiyi, yəni ona qarşı ittihamın əsasını təsdiq edən maddi sübutun qanunsuz yolla əldə edildiyi və həmin sübutların və bunların əsasında yaranmış digər sübutların mötəbər olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs ona verilən ittihamda öz təqsirini etiraf etməmiş və onun ibtidai araşdırmada CM-nin 234.1-ci maddəsi üzrə ittihamla bağlı verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübutlar kimi qəbul edir. Həm də Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, yuxarıda sadalananları və daxili inamını əsas tutaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin istintaq zamanı etirafedici ifadələrini, o cümlədən üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılarkən sorğu zamanı etirafedici izahatını müxtəlif təsir, təzyiq, hədə və təhdid altında imzalaması inandırıcıdır. Cinayət-prosessual qanunvericilik zorakılıq, aldatma, işgəncə ilə yanaşı həm də hədə-qorxu ilə alınmış əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol vermir (CPM-nin 125.2.2-ci maddəsi). Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsn ilkin izahatından, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, hər üç halda təqsirləndirilən şəxsin həm təhqiqatçıya, həm də müstəntiqə müxtəlif vaxtlarda verdiyi izahat və ifadələr tamamilə eyni olmuşdur. Bu isə öz növbəsində məhkəmədə bir daha əsaslı şübhələr yaradır ki, Təqsirləndirilən şəxs etirafedici ifadələri ilə bağlı verdiyi izahlar ağlabatandır, bu izahat və ifadələr təqsirləndirilən şəxsin sərbəst şəkildə ifadəsi olmamaqla yanaşı təhqiqatçı və müstəntiq tərəfindən əvvəlcədən yazılmış mətnin köçürülməsi üsulu ilə qeydə alınmışdır. Şübhəli şəxs qismində dindirilməsinə dair protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərək, onun özünün sərbəst şəkildə yazıb oxuya bilməsinə baxmayaraq onun ifadəsi öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmış və Təqsirləndirilən şəxs imza etdirilmişdir. Sonradan material istntaq aidiyyəti üzə göndərildikdən sonra 20 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində dindirilərək, və onun təhqiqat zamanı yazılmış etirafedici məzmunda ifadəsi eynilə sözbəsöz təkrarlanaraq, daha doğrusu “Şübhəli şəxs qismində dindirilməsi haqqında” protokolundan “təqsirləndirilən şəxs qismində dinirilməsi” haqqında protokoluna köçürülərək yenidən şəxsin öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmış şəkildə ona imza etdirilmişdir. Artıq təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxılarkən məhkəmə iclasında Təqsirləndirilən şəxs təqdimata münasibət bildrməklə, əslində üzərində hər hansı narkotik olmadığını, tərəfindən narkotik vasitədən çoxdan istifadə edilməməsini, polis əməkdaşları tərəfindən onu evdən apardıqlarını, döydüklərini bildirmiş, həmin ifadələrin ona fiziki işgəncə, o cümlədən döyülmə nəticəsində xəsarətlər yetirməklə, fiziki təzyiq altına verilməsi və fiziki təzyiq altında imzalanması haqqında, təqdimata baxıldıqdan sonra Təqsirləndirilən şəxs bütün prosessual sənədlərə qol çəkməkdən imtina etmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq ittiham aktında Təqsirləndirilən şəxs özünün Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə istinad etmiş, onun istintaqın sonrakı gedişatında, xüsusən də Suraxanı Rayon Prokuroluğu tərəfindən aparılan Təqsirləndirilən şəxs yetirilmiş xəsarətlərin araşdırılması zamanı verdiyi ifadələrinə diqqət yetirməməklə, ümumiyyətlə qiymət verməmiş və hansı səbəbdən onun sırf ilkin ifadəsinə istinad etdiyini əsaslandırmamışdır. Həmin hallar - təqsirləndirilən şəxsdə olan xəsarətlərin olması barədə məhkəmə iclasında təqsirləndirilən şəxsin verdiyi ifadəsi məhkəmə nəzarəti qaydasında materiala baxan məhkəmə tərəfindən təqsirləndirilən şəxsdə aşkar olunan xəsarətlərlə bağlı araşdırma aparılmasının təmin edlməsi məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məlumat göndərilmişdir. Məhkəmədə aşkar olunan hallardan sonra və döyülmə faktı ilə araşdırılması üçün prokurorluğa məlumat verildikdən sonra Təqsirləndirilən şəxs prokurorluq tərəfindən araşdırma zamanı 26 dekabr 2022-ci il tarixdə yenidən dindirilir və o, öz ifadəsində bildirir ki, uzun müddət ki, 19 oktyabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı ünvan 1 ünvanında evdə olarkən Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları evinə daxil olaraq onu polis bölməsinə aparmışdır. Saxlanılarkən üzərində və evində narkotik vasitə olmamışdır. Polis bölməsində olan zaman polis əməkdaşları onu döyərək işgəncə vermiş və üzərinə narkotik vasitə qoymuşlar. Polis əməkdaşları ondan narkotik vasitənin ona aid olduğunu bildirməyi tələb etmiş, o, işgəncələrə dözməyərək bununla razılaşmışdır. Polis əməkdaşları onu aldadaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağını bildirsələr də, sonradan həmin məcəllənin 234.2- ci maddəsi il məsuliyyətə cəlb edilmişdir. Buna görə sənədlərə imza atmamışdır. Hazırda bədən səthində xəsarət və xəsarət izlərinin olmadığını bildirmişdir. O, həmçinin onu döyən polis əməkdaşlarının mülki geyimdə olduqlarını, adlarının Eldəniz, Asif və Babək olduğunu, onu rezin dəyənəklə, əl və ayaqları ilə döydüklərini bildirmişdir. Cinayət işin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxıldığı zamanı verilmiş ifadəsindən sonra müstəntiq həmin ifadəsini nəzərə almadan iş üzrə təqsirləndirilən şəxsi yenidən dindirərkən, əvvəlki ifadəsini yenidən sözbəsöz təkrarlayaraq, protokolda əks etdirir və araşdırma zamanı dindirilmiş şahidlər polis əməkdaşları Şahid1, Şahid2, X21, X22 ilə üzləşdirmə aparmamış, həmin ifadəsini yoxlamamışdır. Şərh olunanlara əsasən Təqsirləndirilən şəxs polisdə verdiyi izahat və ifadələrində üzərində narkotik vasitənin olmasını etiraf etməsi, həmin izahat və ifadələrdə qeyd olunan halların təqsirləndirilən şəxsin sərbəst ifadəsinin olmasına məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə sadalanan həmin ifadələrin hər birinin digəri uyğun olmamaqla ziddiyyət təşkil etdiyini, müstəntiq tərəfindən həmin ifadələrdəki xüsusatların dəqiqləşdirilməsi üçün təqsirləndirilən şəxsə heç bir sualın verilməməsi, məhkəməyə təqdim edilmiş prosessual sənədlərin formal tərtib olunmasını nəzərə alaraq təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətə məhkəmə nəzarəti qaydasında baxılan zaman verilmiş ifadəsini, Suraxanı Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı verilmiş ifadəsini və məhkəmə istintaqı zamanı verilmiş ifadəni inandırcı və real hesab edir. Eyni ilə polis əməkdaşları Şahid1, Şahid2t da ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də tamamilə eyni olmuşdur. Bu da bir daha müstəntiq tərəfindən bu ifadələrin də köçürmə üsulu ilə yazılmasının aşkar göstəricisidir. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000- ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur, (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bi üstü hüquq malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Məhkəmə, növbəti olaraq, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 7/1197 saylı 20 oktyabr 2022-ci il tarixli rəyinə və ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 7660 saylı 16 dekabr 2022-ci il tarixli rəyinin sübutedici qüvvəsinə münasibətdə qeyd edir ki, həmin rəylər də mənbə olaraq Təqsirləndirilən şəxs qanunsuz yolla əldə edilmiş və mötəbər sayılmayan maddi sübuta - narkotik vasitəyə söykənmişdir. Təbii ki, ittihamın əsasını təşkil edən maddi sübutlar mötəbər sübut sayılmadığı halda, bu sübutlardan törəyən sözügedən ekspert rəyləri və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Belə olan halda, qeyri-mötəbər, həqiqiliyi digər sübutlarla təsdiq edilməyən, əksinə təkzib olunan sübutlar (sənədlər) əsasında aparılan ekspertizanın nəticəsi də mötəbər hesab edilə bilməz. Digər tərəfdən, ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəy təqsirləndirilən şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr əldə etməsi və saxlamasını sübut etmir. Hətta həmin rəyə inanılaraq, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması qəbul edilsə belə, bu, təqsirləndirilən şəxsin müvafiq olaraq qurudulmuş marixuana olan narkotik vasitəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşınması və saxlamasının sübutu anlamına gəlmir. Belə ki, həmin narkotik vasitələr satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında da istehlak edilə, həmçinin hazırlana, əldə edilə, saxlanıla, daşına və ya göndərilə bilərdi ki, bu əmələ görə də cinayət məsuliyyəti yox, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati məsuliyyət nəzərdə tutulur. Həmçinin həmin rəydə hansı tədqiqat metodlarına və anamnez məlumatlarına əsaslanaraq, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi göstərilmir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında dindirilmiş ekspert Şahid3 ifadəsində göstərmişdir ki, ixtisasça həkim-narkoloq deyil, həkim nevropatoloqdur, Təqsirləndirilən şəxs ekspertizanın tədqiqatı üçün həddindən artıq gec, o cümlədən saxlanıldığından artıq 2 ay sonra təqdim edildiyindən, analiz götürülməsinin mənası olmamış, nə qanında, nə də sidiyində hər hansı narkotik vasitələrin, o cümlədən marixuana narkotik vasitəsinin izləri qalmadığından, Təqsirləndirilən şəxslə yalnız söhbət aparılıb, sözlərinə görə marixuana və opioidlərdən istifadə etmiş, ekspert rəyinin əsası kimi özünün etirafı əsas götürülmüşdür. Digər növ ekspertizalar uzun müddətdə sonra naroktik vasitələrinin istifadə edilməsini təsliq edilməsinə dair analizlər - insanın tükü üzərinə olan analizlərin və buna dair reaktivlərin bahalı olduğundan və hal-hazırda bu cür analizlərin ölkə üzrə keçirilmədiyindən, Təqsirləndirilən şəxs üzərində hər hansı fiziki müayinə aparılmamış, analizlər götürülməmiş, söhbət aparlmış, söhbət nəticəsində Təqsirləndirilən şəxs ona marixuananın qəbul etdiyini şifahi olaraq bildirmiş və o, bunu öz rəyində bildirmişdir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində Məhkəmə ekspertizası aparılarkən insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl olunmalıdır. 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. 4-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır. 6-cı maddəsinə əsasən ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. 7-cı maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır.Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Narkoloji ekspertizasını aparan ekspertin məhkəmə iclasında verdiyi ifadəsinə əsaslanaraq, məhkəmə o qənaəti gəlir ki, hazırki cinayət iş üzrə Təqsirləndirilən şəxs oğuna münasibətdə onun narkotik vasitələrinin istifadəçisi olub-olmaması, hansı nakroik vasitələrinin istifadəçi olub-olmaması, narkomaniyə xəstəliyindən əziyyət çəkilibçəkilməməsinə dair ümumiyyətlə elmi- ekspert tədqiqatı aparılmamış, hər hansı müayinə aparılmamış, ekspertin hər hansı xüsusi biliyinə, həmin eksperizalar üçün nəzərdə tutulmuş hər hansı elmi metodlarına əsaslanmamış, kobud prosessul pozuntuya yol verərilməklə bir nəticəyə gəlinmişdir. Qeyd edilənlər əsasında məhkəmə, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 7/1197 saylı 20 oktyabr 2022-ci il tarixli rəyinə və ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 7660 saylı 16 dekabr 2022-ci il tarixli rəyini təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul etmir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1 -ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalarhüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını və daxili inamını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxslərin hüquq və azadlıqlarını pozmayan, onların təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxslərin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də ittiham tərəfindən aradan qaldırıla bilməyən həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Məhkəmə, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır, təqsirli bilinməsi üçün mümkünlük, mötəbərlik və mənsubiyyət kateqoriyaların o yuxarı hədd dərəcəsinə gəlməlidir ki, bu barədə olan həqiqət obyektiv və absolyut olsun. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunmasıanlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2- ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3- cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin X32 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı", “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır.Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün hallar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin Qərarda göstərilir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməni, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsini CPM- nin 33.4cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki. iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1- ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1 ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublkası Konstitusiyasının (bundan sonra Konstitusiya) 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya, həqiqətin müəyyən edilməsi vəzifəsini məhkəmə icraatının üzərinə qoymuşdur. Məhkəmə icraatı hakim tərəfindən təmin edildiyindən, bu vəzifə hakimlərin üzərinə qoyulmuş bir vəzifədir. Yəni məhkəmə icraatı zamanı hakim həqiqətin müəyyən edilməsinə nail olmalıdır. Həqiqətin müəyyən edilməsi isə yalnız sübutlar vasitəsi ilə və onların qanunun tələblərini və vicdanını rəhbər tutan hakim tərəfindən qiymətləndirilməsi yolu ilə mümkündür. Həyata keçirilmiş məhkəmə istintaqının nəticələrinə, yuxarıda şərh edilən işin faktiki hallarına əsaslanan, hazırki iş üzrə həqiqəti müəyyən edərək ədaləti bərqərar edən məhkəmə, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə dair yekun qəti nəticəyə gəlir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X35 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilməli və təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməli, ibtidai istinaqı aparan müstəntiq, təhqiqatçı və əməliyyatçılar barəsində xüsusi qərar çıxarılmalı və bununla bağlı müvafiq tədbirlərin görülməsi ilə əlaqədar məlumat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə olan marixuananın aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra çəkisi 484,8 qram olan narkotik vasitə qurudulmuş marixuananın kim tərəfindən, haradan, nə məqsədlə əldə edilməsi faktı müəyyən olunmamış qalır. Məhkəmə hesab edir ki, göstərilən faktın araşdırılması və ona hüquqi qiymət verilməsi üçün Bakı şəhər Suraxanı rayon prokurorluğuna məlumat göndərilməlidir. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan marixuananın qanuni dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra bu narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 484,8 qram olan narkotik vasitə qurudulmuş marixuana isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Suraxanı RPİ-də saxlanılmalıdır. İş üzrə maddi sübut - 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 56, 59 və 60-cı maddələrinə əsasən, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui- istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və ona mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci-keçirilmiş ekspertizanın dəyərini təşkil edən 78 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlıgı" qətimkan tədbiri ləğv edilsin. İbtidai istinaqı aparan müstəntiq, təhqiqatçı və əməliyyatçılar barəsində xüsusi qərar çıxarılsın və bununla bağlı müvafiq tədbirlərin görülməsi ilə əlaqədar məlumat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan qurudulmuş marixuananın qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması ücün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 484,8 qram narkotik vasitə olan qurudulmuş marixuana araşdırma sona çatanadək Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd “DVD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş 78 manat ekspertiza xərci Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-31/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-31/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver