Məhkəmə qərarları › İş №1(010)-31/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-31/2025

27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-31/2025 27.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X15 üzrə şöbəsinin prokuroru X13, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Surdo tərcüməçi X8, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxxxx 1980-ci ildə Saatlı rayonu, Potubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN:xxxxxxx), evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Sabirabad Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 1(056)-111/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək əvvəli 02 dekabr 2024-cü il tarixdən hesablanmaqla, qəti olaraq 02 il 09 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, nömrəsiz evdə yaşayan, (***-***-**-**) mobil nömrəsini istifadə edən, 30 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 iyul 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, 02 iyul 2023-cü və 11 iyul 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulmuş, hazırda Sabirabad Rayon Məhkəməsinin hökmü ilə cəzaçəkən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda özgənin əmlakını gizli olaraq talayıb yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrarən oğurluq etməsi ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgə əmlakını gizli olaraq talama qərarına gəlib, bu məqsədlə 2023-cü ilin may ayının əvvəllərində, saat 01-02 radələrində Zərərçəkmiş şəxs4 Teymur oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ərazisində yerləşən yaşayış sahəsi hesab edilən bağ evinə qanunsuz daxil olaraq oradan bir ədəd 500 manat dəyərində 42 düym «SHİVAKİ» markalı televizor və bir ədəd 500 manat dəyərində «PANASONİK» markalı musiqi mərkəzini gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 1000 (bir min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, təkrarən 2023-cü il may ayının ortalarında gecə saat 01-02 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ərazisində yerləşən yaşayış sahəsi hesab edilən bağ evinə qanunsuz daxil olaraq oradan 200 manat dəyərində bir ədəd preparator, cəmi 300 manat dəyərində elektrik dəmirkəsəni (laqonda) gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 500 (beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs9 Əlşah qızına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Quşçuluq sovxozunda yerləşən yarımtikili evinə qanunsuz daxil olaraq oradan bir ədəd 200 manat dəyərində mətbəxin plastik qapısı, 200 manat dəyərində olan bir ədəd su qızdırıcısı və 80 manat dəyərində olan bir ədəd hamam əl-üz yuyanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 480 (dörd yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin iyun ayının 7-nə keçən gecə, saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ərazisində yerləşən yaşayış sahəsi hesab edilən bağ evinə qanunsuz daxil olaraq oradan bir ədəd 700 manat dəyərində 3x4 metr ölçüdə qədim toxunma xalça, bir ədəd 60 kvadrat metrlik «Beko» markalı kondinsionerin 50 manat dəyərində 3 metr uzunluğunda 12-lik mis borusu, bir ədəd 100 manat dəyərində qədim böyük aliminium qazan, bir ədəd 150 manat dəyərində işlək vəziyətdə olan elektrik dəmir kəsəni (laqonda) gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 900 (doqquz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin iyun ayının 7-nə keçən gecə saat 01-02 radələrində Zərərçəkmiş şəxs11 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ərazisində yerləşən yaşayış sahəsi hesab edilən bağ evinə qanunsuz daxil olaraq bağ evində usta kimi işlədib saxladığı alətləri 250 manat dəyərində bir ədəd böyük laqonda, 50 manat dəyərində bir ədəd kiçik laqonda, 40 manat dəyərində bir ədəd direl, 150 manat dəyərində bir ədəd lazer aparatı, 150 manat dəyərində bir ədəd perforator, 60 manat dəyərində bir ədəd elektrokompressor, 150 manat dəyərində bir ədəd bucaqlı kəsici alət, 50 manat dəyərində bir ədəd taxta kəsən (lobzik) aləti, 190 manat dəyərində bir ədəd taxta kəsən makina, 10 manat dəyərində bir ədəd lambir deşən alət, 10 manat dəyərində bir qutu istehsalat əlcəyi, 15 manat dəyərində bir ədəd istehsalat metrəsi, 105 manat dəyərində bir ədəd hidrofonla birlikdə su nasosunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 1230 (min iki yüz otuz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin iyun ayının ortalarında saat 01-02 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ərazisində yerləşən yaşayış sahəsi hesab edilən bağ evinə qanunsuz olaraq daxil olub ona məxsus 3600 (üç min altı yüz) manat dəyərində «DAHUA» markalı beş ədəd müşahidə kamerasını yaddaş qurğusu ilə birlikdə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin iyun ayının sonlarında saat 01-02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ərazisində yerləşən yaşayış sahəsi hesab edilən bağ evinə qanunsuz daxil olaraq oradan bir ədəd 110 manat dəyərində tar, bir ədəd 80 manat dəyərində gitara, bir ədəd 90 manat dəyərində samovar, iki ədəd 100 manat dəyərində 0,75 qram «Smirnov» arağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 380 (üç yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü il iyun ayının sonlarında saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ərazisində yerləşən yaşayış sahəsi hesab edilən bağ evinə qanunsuz daxil olaraq bir ədəd 500 manat dəyərində 5 İitrlik qədim bronz samovarı, cəmi 150 manat dəyərində iki ədəd çex istehsalı olan xrustal meyvə qablarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 650 (altı yüz əlli) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin iyun ayının 20-dən 25-i tarixədək olan müddət ərzində, saat 01-02 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ərazisində yerləşən yaşayış sahəsi hesab edilən bağ evinə qanunsuz daxil olaraq oradan cəmi 600 manat dəyərində üç ədəd «Markus» markalı su nasosu, 150 manat dəyərində bir ədəd elektrik samovarı, cəmi 250 manat dəyərində qaz tükündən üç ədəd balınc və iki ədəd yun döşəyini gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 1000 (bir min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü il iyun ayının sonlarında, saat 01-02 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ərazisində yerləşən yaşayış sahəsi hesab edilən bağ evinə qanunsuz olaraq 500 manat dəyərində bir ədəd bucaqlı kəsici alət, bir ədəd 450 manat dəyərində «TOTAL» markalı batareyalı böyük direl, bir ədəd 250 manat dəyərində «TOTAL» markalı batareyalı kiçik direl, bir ədəd 450 manat dəyərində elektriklə işləyən beton deşən direl və 400 manat dəyərində beş ədəd müşahidə kamerasını yaddaş qurğusu ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 1970 (min doqquz yüz yetmiş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin iyul ayının əvvəllərində, saat 01-02 radələrində Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ərazisində yerləşən yaşayış sahəsi hesab edilən bağ evinə qanunsuz daxil olaraq oradan bir ədəd 150 manat dəyərində «Sony» markalı televizoru və bir ədəd 100 manat dəyərində od samovarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 250 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Saatlı rayonu, Potubəyli kəndində qeydiyyatda olsa da, üç il olar ki, ünvan 3 küçəsi, nömrəsiz ev ünvanında kirayədə yaşamışdır. Arvadı və azyaşlı uşaqları ilə birlikdə, öz atasının Suraxanı rayonu, Hövsan qəsəbəsindəki evində yaşayır. **-UM-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz» markalı avtomobili olmuş və həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Qazancı tələbatını ödəmədiyindən və borcları çoxaldığına görə, həmçinin Hövsan qəsəbəsi, Bağ evləri yaşayış massivində olan evlərin böyük hissəsində yaşayış olmadığını, həmin evlərin sahiblərinin başqa yerdə yaşadıqlarını və bağ evlərinə ara-sıra gəlib getdiklərini bildiyi üçün gündəlik tələbatını ödəmək və borclarını qaytarmaq üçün Hövsan qəsəbəsi, Bağ evləri yaşayış massivindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 2023-cü ilin may ayının ortalarına yaxın oğurluq etmək məqsədi ilə idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz» markalı avtomobillə Hövsan qəsəbəsi, Bağ evləri massivinə gəlmiş, saat 01-02 radələrində bir evin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını bilərək avtomobilini həmin evin yaxınlığında saxlayıb düşmüş, ətrafda heç kimi olmadığına, onu heç kimin görmədiyinə tam əmin olandan sonra, evin hasarının kənarı ilə çəkilmiş qaz turbasının üstünə çıxıb hasardan aşıb evin həyətinə düşmüşdür. Həyətdə olan iki mərtəbəli evin pəncərəsinə vurulmuş dəmir barmaqlıqları özündə olan dəmir parçası ilə sındırıb pəncərədən evə daxil olub evi axtarmağa başlamışdır. Evdən bir ədəd «Shivaki» markalı televizoru və bir ədəd «Panasonic» markalı musiqi mərkəzini götürüb evə daxil olduğu pəncərədən həyətə çıxıb oradan da hasardan aşıb küçəyə düşmüş və oğurladığı əşyaları idarə etdiyi avtomobilinə qoyub evinə aparmışdır. Bundan sonra isə 2023-cü ilin may ayının ortalarında oğurluq etmək məqsədi ilə idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz» markalı avtomobili ilə yenə də Hövsan qəsəbəsi, Bağ evləri massivinə gəlmiş, oğurluq etmək üçün münasib ev axtarmış, saat 01-02 radələrində bir evin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını bilərək avtomobilini həmin evin yaxınlığında saxlayıb düşmüş, ətrafda heç kimi olmadığına, onu heç kimin görmədiyinə tam əmin olandan sonra hasardan aşaraq həyətə düşmüşdür. Həyətdə təzə tikilmiş və təmir tikinti işləri gedən bir mərtəbəli evə daxil olaraq evi axtarıb oradan bir ədəd prefarator və bir ədəd laqondanı götürüb evdən çıxmış, hasardan aşaraq küçəyə çıxıb laqonda və prefaratoru avtomobilinə qoyub kirayədə qaldığı evə aparmışdır. 2023-cü ilin iyun ayının ilk günlərində saat 01-02 radələrində yenə də Hövsan qəsəbəsi, Bağ evləri massivinə gəlmiş, bir evin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını bilərək avtomobilini həmin evin yaxınlığında saxlayıb düşmüş, ətrafda heç kimi olmadığına, onu heç kimin görmədiyinə tam əmin olandan sonra oğurluq etmək üçün hasardan aşaraq bir həyət girmiş, həyətdə olan bir mərtəbəli yaşayış evinin pəncərəsini özündə olan dəmir alətlə sındırıb evə daxil olub evi axtarmağa başlamışdır. Evə baxdıqdan sonra evinin mətbəxinin plastik qapısını, bir ədəd su qızdırıcısını və hamam otağında olan əl-üz yuyanı söküb oğurlamış və idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qoyub kirayədə qaldığı evə aparmışdır. 2023-cü ilin iyun ayının 7-nə keçən gecə elə həmin gün oğurluq etdiyi evlə qonşu olan evin hasarından keçib həyətə düşmüş, həyətdə olan bir mərtəbəli evin ətrafına baxıb pəncərəyə vurulmuş dəmir barmaqlıqları özündə olan dəmir parçası ilə sındıraraq pəncərdən evə daxil olmuşdur. Bir ədəd kondisioner borusunu, bir ədəd laqonda aparatını, bir ədəd xalçanı və bir ədəd qazanı götürüb evdən çıxmış, hasardan aşıb küçəyə düşüb evdən oğurladığı əşyaları avtomobilinə yığıb kirayədə qaldığı evə aparmışdır. Bundan sonra həmin gecə avtomobilini idarə edərək oğurluq etdiyi ünvana qayıtmış və oğurluq etdiyi evin yanındakı həyət evinin qapısı qıfılla bağlı olduğuna görə özündə olan mantrovka ilə qıfılı sındırıb içəri girmiş, təzə tikilmiş iki mərtəbəli evə yaxınlaşdıqda evin giriş qapısının da qıfılla bağlı olduğunu görüb zirzəminin açıq qapısından zirzəmiyə daxil olub oradan pilləkənlə evin birinci mərtəbəsinə qalxaraq evi axtarmağa başlamışdır. Həmin evdən bir ədəd böyük laqondanı, bir ədəd kiçik laqondanı, bir ədəd direli, bir ədəd lazer aparatını, bir ədəd perforatoru, bir ədəd elektorkompressoru, bir ədəd bucaq kəsici aləti, bir ədəd taxta kəsən lobziki, bir ədəd taxta kəsən makinanı, bir ədəd lambir deşən aləti, bir qutu əlcəyi, bir ədəd metrəni, həyətdən isə bir ədəd hidrofonla birlikdə su nasosunu götürüb evdən çıxıb oğurladığı əşyaları avtomobilinə yığaraq kirayədə yaşadığı evə aparmışdır. Bundan sonra 2023-cü ilin iyun ayının ortalarında oğurluq etmək qərarına gəlib yenə də idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz» markalı avtomobili ilə Hövsan qəsəbəsi, Bağ evləri massivinə gəlmiş və oğurluq etmək üçün münasib ev axtarmışdır. Saat 01-02 radələrinə bir evin qarşısından keçəndə evdə işıqların yanmadığını görüb evdə heç kimin olmadığını bilmiş, avtomobilini orada saxlayıb düşüb ətrafa baxıb onu heç kimin görmədiyinə tam əmin olandan sonra, hasardan aşıb evin həyətinə düşmüşdür. Evə daxil olub axtarmağa başlamış, evin divarına müşahidə kamerası quraşdırıldığını gördükdə isə müşahidə kamerasını yerindən söküb götürmüş, sonra isə evi axtarmağa başlayaraq mətbəxdə müşahidə kamerasının yaddaş blokunu görüb evdən çıxıb kirayədə yaşadığı evə gəlib oğurladığı müşahidə kamerasını və yaddaş blokunu sonra aparıb satmaq üçün evdə gizlətmişdir. 2023-cü ilin iyun ayının sonlarında da oğurluq etmək qərarına gəlib idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz» markalı avtomobili ilə yenə də Hövsan qəsəbəsi, Bağ evləri massivinə gələrək oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Saat 01 radələrində evin işıqlarının yanmadığını görüb evdə yaşayış olmadığını bilmiş, ətrafda heç kimin olmadığına tam əmin olub hasardan aşaraq həyətə keçmişdir. Evin qapısının qıfılını sındıraraq açıb evə daxil olub otaqları axtarmağa başlamışdır. Həmin evdə olan bir ədəd tar, bir ədəd gitara, bir ədəd samovar, iki ədəd 0,75 İitrlik «Smirnov» arağını oğurlayıb evdən çıxmış, oğurladığı əşyaları idarə etdiyi avtomobilə yığıb kirayədə yaşadığı evinə aparmışdır. Bu oğurluqdan sonra da 2023-cü il iyun ayının sonlarında saat 02 radələrində yenə də oğurluq etmək qərarına gəlib idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz» markalı avtomobili ilə yenə də Hövsan qəsəbəsi Bağ evləri massivinə gəlib oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Bir evin işıqlarının yanmadığını görəndə evdə heç kimin olmadığını bilmiş, avtomobilini saxlayıb düşərək ətrafa baxıb heç kimi olmadığına, onu heç kimin görmədiyinə tam əmin olandan sonra hasardan aşıb həyətə düşmüşdür. Həyətdə olan iki mətəbəli evin dəmir qapısını özündə olan dəmir parçası ilə sındırıb evə daxil olmuş, birinci mərtəbəsində zal, mətbəx, sanitar qovşağı, qaraj, ikinci mərtəbəsində isə zal və iki yataq otağı, məişət əşyaları, mebel və sair əşyalar olan evi axtarıb oradan bir ədəd samovarı, iki ədəd xrustal vazanı götürüb evdən çıxıb hasardan aşaraq küçəyə çıxıb oğurladığı əşyaları avtomobilinə yığıb kirayədə qaldığı evə aparmışdır. Bundan sonra, 2023-cü ilin iyun ayının axırlarında oğurluq etmək məqsədi ilə kirayədə qaldığı evdən çıxıb idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz» markalı avtomobili ilə yenə də Hövsan qəsəbəsi, Bağ evləri massivinə gedərək oğurluq etmək üçün münasib ev axtardıqda saat 01-02 radələrində bir evin işıqlarının yanmadığını görəndə evdə heç kimin olmadığına əmin olmuş, avtomobilini evin yaxınlığında saxlayaraq ətrafda heç kimin olmadığına tam əmin olaraq küçə tərəfdən hasarın kənarı ilə çəkilmiş qaz turbasının üstünə çıxıb hasardan aşıb həyətə düşmüşdür. Həyətdəki bir mərtəbəli evin həyətə baxan pəncərəsinin dəmir barmaqlıqlarını özündə olan dəmir parçası ilə sındırıb pəncərəni açmış, pəncərədən evə daxil olub evi axtarmağa başlamışdır. Həmin evdən üç ədəd su nasosunu, bir ədəd elektrik samovarını, üç ədəd balıncı və iki ədəd döşəyi götürüb evdən çıxaraq oğurladığı əşyaları avtomobilinə qoyub kirayədə qaldığı evə aparmışdır. 2023-cü ilin iyun ayının axırlarında kirayədə qaldığı evdən çıxıb idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz» markalı avtomobil ilə yenə də oğurluq etmək üçün Hövsan qəsəbəsi, Bağ evləri massivinə gəlmiş, oğurluq etmək üçün münasib ev axtardıqda saat 01-02 radələrində bir evin işıqlarının yanmadığını görüb avtomobilini saxlayıb düşərək ətrafda heç kimin olmadığına tam əmin olandan sonra həyət qapısının kilidini özündə olan dəmir parçası ilə sındırıb həyətə daxil olmuş, qapını içəri tərəfdən örtüb həyətdə olan qarajın qapısını özündə olan dəmir parçası ilə sındırıb açaraq qaraja daxil olub axtarmış, orada bir ədəd bucaqlı kəsici alətin, bir ədəd batareyalı böyük direlin, bir ədəd batareyalı kiçik direlin, bir ədəd beton deşən direlin, beş ədəd müşahidə kamerasının yaddaş qurğusu ilə birlikdə olduğunu gördükdə həmin əşyaları götürüb evə daxil olmadan qarajdan çıxmışdır. Oğurladığı əşyaları qapıdan çölə yığıb çıxarıb avtomobilinə yığdıqdan sonra, içəri tərəfdən qapının arxasına taxta parçaları qoyub hasardan aşıb küçəyə çıxmış, oğurladığı əşyaları kirayədə qaldığı evə aparmışdır. 2023-cü ilin iyul ayının əvvəllərində oğurluq etmək məqsədi ilə kirayədə qaldığı evdən çıxıb idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz» markalı avtomobili ilə yenə də oğurluq eğmək üçün Hövsan qəsəbəsi, Bağ evləri massivinə gələrək oğurluq etmək üçün münasib ev axtarmağa başlamış, saat 01-02 radələrində bir evdə işıq yanmadığını görəndə evdə heç kimin olmadığını bilib ətrafa baxıb heç kimin olmadığına tam əmin olandan sonra, hasardan aşaraq evin həyətinə düşmüşdür. Evin plastik pəncərəsinin qarşısına vurulmuş dəmir barmaqlıqları özündə olan dəmir alətlə sındırıb evin mətbəxinə daxil olmuş, evi axtarmağa başlamış, həmin evdən bir ədəd «Sony» markalı televizoru oğurlamışdır. Oğurladığı televizoru avtomobilinə qoyub kirayədə qaldığı evə aparmışdır. Oğurladığı əşyaların bir hissəsini aparıb Sabunçu rayonundakı «Rus bazarı» deyilən bazarda tanımadığı şəxslərə öz malları kimi təqdlim edib pulu olmadığı üçün satdığını deyib ucuz qiymətə sataraq əldə etdiyi pulları tələbatı üçün xərcləmişdir. Əşyaların bir hissəsini isə kirayədə yaşadığı ünvan 3 küçəsi, nömrəsiz evdə gizlətmişdir. Polislər onu tutandan sonra yaşadığı həmin evə öz iştirakı ilə baxış keçirərkən oğurlayaraq gizlətdiyi əşyalardan bir ədəd tar, bir ədəd gitara, bir ədəd elektrik bucaq kəsən alət, bir ədəd sarı rəngli barabanı olan tikinti metrəsi, bir top bağlamada tikinti əlcəkləri, iki ədəd xrustal qab, bir ədəd «Sony» markalı televizor, beş ədəd üzərində «Ahua» yazısı olan ağ korpuslu müşahidə kameraları, iki ədəd «Soundking» yazısı olan kalonka, bir ədəd «Markus» markalı su nasosu və iki ədəd elektrik dəmirkəsən (laqonda) polis əməkdaşları tərəfindən götürülmüşdür. Evində olan əşyaların arasında olan bir ədəd mantirovka və bir ədəd kəsər isə oğurluq törədərkən istifadə etdiyi alətlər olmuşdur. Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə Sabirabad RPŞ-nin müvəqqəti saxlama yerində özünə qəsdən xəsarət yetirmiş, ona “dodaq və ağız boşluğunun açıq yarası, dilin distal ucunun kəsilməsi” diaqnozu qoyulmuşdur. Buna görə də, 08 may 2024-cü il tarixdə məhkəməyə ünvanladığı şəxsən yazdığı ərizədə, danışa bilməməsi səbəbindən, X9 ona surdo tərcüməçi qismində təyin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı isə surdo tərcüməçi vasitəsi ilə dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü ittihamda qeyd olunan 11 oğurluq epizodunun yalnız 4-ü üzrə təqsirli bilir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində olan həyət evlərinin bir çoxunda yaşayış olmadığını müşahidə etmiş və 2023-cü ilin may-iyun ayları ərzində maddi vəziyyətinin yaxşı olmaması səbəbi ilə həmin ünvanda yaşayış olmayan evlərdən oğurluq etmək qərarına gəlmişdir. Daha sonra bir neçə evə daxil olmuş, 01 ədəd “Shivaki” markalı televizoru, 01 ədəd “Panasonic” markalı musiqi mərkəzini, 01 ədəd prefaratoru və 01 ədəd laqondanı oğurlamışdır. Daha sonra 2023-cü ilin iyun ayında yenidən eyni ünvanda yaşayış olmayan evdən oğurluq etmiş və 01 ədəd tar, 05 ədəd müşahidə kamerası və yaddaş qurğularını oğurlamışdır. 2023-cü ilin iyun ayının axırında yenidən oğurluq etmək qərarına gəlmiş və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivinə gəlmiş, lakin oğurluq əməli başa çatmamış polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxsə verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq etmək üçün evlərə gedən zaman yanında mobil telefon olmamışdır, o, həmin evlərdən oğurladığı əşyaları taksi ilə aparmışdır. İttihamda qeyd olunduğu kimi öz avtomobili ilə hadisə yerlərinə getməmişdir. Sonda isə əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül həddə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbsi, ev 12, mənzil 28 ünvada yaşayır, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində bağ evi vardır. Bağ evinin və həyətinin qapısı vardır, qapılar kilitlə bağlanır. Axrıncı dəfə 15 iyun 2023-cü il tarixdə bağ evində olmuş, sonradan isə bağ evinə getməmişdir. 18 iyun 2023-cü il tarixdə, bibisi oğlu Nurlan Səfərovdan bağ evinə gedib baxmasını xahiş etmiş, Nurlan Səfərov bağ evinə baxandan sonra, evin divarına bərkidilmiş 3500 manat dəyərində beş ədəd «DAHUA» markalı müşahidə kamerasının yaddaş qurğusu ilə birlikdə oğurlandığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, 05 ədəd kamera ona geri qaytarılsa da, digər 05 ədəd yaddaş qurğusu geri qaytarılmamışdır. Barışıq yoxdur, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayır və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində bağ evi vardır. Ara-sıra bağ evinə gələrək nəzarət edir. Axırıncı dəfə bağ evinə 16 iyun 2023-cü il tarixdə getmiş, 25 iyun 2023-cü il tarixdə bağ evinə getdikdə özündə olan açarla qapının kilitini açmaq istədikdə qapı açılmamış, hasardan aşaraq həyətə düşdükdə qapının arxa tərəfdən qıfılla bağlandığını, sonra isə evinin pəncərəsinin dəmir barmaqlıqlarının kəsildiyini görmüşdür. Evə daxil olub baxış keçirdikdə isə üç ədəd 600 manat dəyərində «Markus» markalı su nasosu, bir ədəd 120 manat dəyərində elektrik samovarı, 230 manat dəyərində üç ədəd qaz tükündən balınc və iki ədəd yun döşəklərinin oğurlandığını bilmişdir. Oğurluq nəticəsində ona cəmi 950 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, həyətdə və evdə kamera olmamışdır. Əşyalarının heç biri geri qaytarılmamışdır, şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda yaşayır, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində bağ evi vardır. 09 iyul 2023-cü il tarixdə bağ evinə baxmağa gələrkən evinin plastik pəncərəsinə vurulmuş dəmir barmaqlıqların sındırıldığını görüb DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Evinə daxil olduqda isə evindən bir ədəd 250 manat dəyərində «Sony» markalı televizorun və 100 manat dəyərində samovarın oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 250 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, evində videomüşahidə kamerası olmamışdır. Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən evində heç kim yaşamır. Evindən bir ədəd televizor və bir ədəd samovar oğurlanmışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbsi, Bağlar massivində bağ evi vardır. Bağ evi iki mərtəbəli olub, evin birinci mərtəbəsində zal, mətbəx, sanitar qovşağı, qaraj, ikinci mərtəbəsində isə zal və iki yataq otağı vardır. Ev məişət əşyaları, mebel və sair zəruri olan əşyalarla təhciz edilmişdir, evdə şəxsi əşyaları da olmuşdur. 29 iyun 2023-cü il tarixdə, saat 14:30 radələrində bağ evinə gəlmiş, mənzilinin dəmir qapısının sındırıldığını görmüşdür. Evə daxil olduqda, evində olan bir ədəd 450 manat dəyərində 5 litrlik qədim bronz samovar və iki ədəd 140 manat dəyərində çex istehsalı xrustal meyvə qabının oğurlandığını aşkar etmiş, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gedərək evindən oğurluq olması barədə ərizə vermişdir. Oğurluq nəticəsində, ona ümumilikdə 590 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, evində videomüşahidə kamerası olmamışdır. Oğurluq əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini polis əməkdaşları bildirmişlər. Ona dəymiş ziyan ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış 08 iyul 2024-cü il tarixli yazılı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməsə də, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Rüstəmov küçəsi, ev 15, mənzil 34 ünvada qeydiyyatdadır və həmin ünvanda yaşayır, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində bağ evi vardır. Bağ evi bir mərtəbəli olub iki yataq otağı, mətbəx və sanitar qovşağından ibarətdir. Ev məişət əşyaları, mebel və sair avadanlıqlarla təchiz olunmuş, evdə məişət əşyaları, şəxsi və sair əşyaları olmuşdur. 03 iyun 2023-cü il tarixdə, evinə baş çəkib getmiş, 07 iyun 2023-cü il tarixdə isə bağ evinə gəldikdə evin pəncərəsinə vurulmuş dəmir barmaqlıqların sındırıldığını görmüş, evə baxdıqda bir ədəd 700 manat dəyərində 3x4 m ölçüdə qədim toxunma xalça, bir ədəd 60 kv.m-lik «Beko» markalı kondisionerin, 50 manat dəyərində 3 metr uzunluğunda 12-lik mis boru, bir ədəd 100 manat dəyərində qədim böyük aliminium qazan və bir ədəd 150 manat dəyərində işlək vəziyyətdə olan elektrik dəmir kəsənin (laqonda) oğurlandığını müəyyən etmişdir. Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gələrək evindən oğurluq olması barədə ərizə vermişdir. Evindən oğurluq 03 iyun 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək olan müddətdə olmuşdur. Oğurluq nəticəsində, ona ümumilikdə 760 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, evində videomüşahidə kamerası yoxdur. Polis əməkdaşları bildirmişlər ki, oğurluq əməli Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə ünvanlanmış 22 may 2024-cü il tarixli yazılı ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanda yaşayır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbsi, Bağlar massivində bağ evi vardır, bağ evi iki mərtəbəlidir. 2023-cü ilin iyun-sentyabr ayında bağ evində yaşasalar da, sonradan həmin evdə yaşayış olmamışdır. 10 may 2023-cü il tarixdə, saat 21:30 radələrində bağ evinə gəldikdə evdə olan bir ədəd 500 manat dəyərində 42 düym «SHİVAKİ» markalı televizorun və bir ədəd 500 manat dəyərində «PANASONİC» markalı musiqi mərkəzinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 1000 (min) manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 tərəfindən 12 mart 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış yazılı ərizədən görünür ki, ona dəymiş ziyan qismən ödənilmişdir. Hazırda şikayətçi deyildir. Əşyaların tam qaytarılmamasına baxmayaraq təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə ünvanlanmış 26 fevral 2025-ci il tarixli yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir. Ona dəymiş ziyanın bir qismi qaytarılmışdır. Geridə qalan videoqeydiyyat, 02 ədəd direl, deşici perforator (dəlici çəkic) və s. isə qalmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İşi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməməsinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 30/42, mənzil 1-də yaşayır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində bağ evi vardır, bağ evinə ara-sıra gedərək nəzarət etmişdir. 18 iyun 2023-cü il tarixdə bağ evinə getmiş, sonradan isə bağ evində olmamışdır. 28 iyun 2023-cü il tarixdə bağ evinə getmiş, özündə olan açarla həyətin giriş qapısının kilidini açmaq istədikdə kilid açılmamış, hasardan aşaraq həyətə daxil olduqdan sonra, həyət qapısının içəri tərəfdən kiminsə tərəfindən bağlanıldığını, qapının arxasına isə taxta və dəmir parçalarının qoyulduğunu görmüşdür. Evə kənar şəxsin daxil olduğunu başa düşmüş, evə baxdıqda heç bir əşyasının oğurlanmadığını bilib, həyətdəki qaraja daxil olmuş, qarajda olan bir ədəd 500 manat dəyərində bucaqlı kəsici alətin, bir ədəd 400 manat dəyərində «TOTAL» markalı batareyalı böyük direlin, bir ədəd 250 manat dəyərində «TOTAL» markalı batareyalı kiçik direlin, bir ədəd 420 manat dəyərində beton deşən direlin, beş ədəd 400 manat dəyərində müşahidə kamerasının yaddaş qurğusu ilə birlikdə oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona cəmi 1970 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs11 tərəfindən 12 mart 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir. Ona dəymiş ziyan ödənilməmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs11 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən, Elnarə adlı qadına məxsus bağ evində təmir-tikinti işləri ilə məşğul olur. Evin və həyətinin giriş qapısı vardır və hər iki qapı asma qıfılla bağlanılır. Evin zirzəmisinin girişidə və zirzəmi ilə mənzil arasında qapı olmadığından zirzəmidən evə pilləkənlə sərbəst daxil olmaq olur. 06 iyun 2023-cü il tarixdə, saat 18:00 radələrində bağ evində işlərini yekunlaşdırmış və öz yaşadığı evinə getmişdir. 07 iyun 2023-cü il tarixdə, saat 09:30 radələrində təmir işlərini davam etdirmək üçün evə gəlmiş, ev sahibinə deyil, ona məxsus olan bir ədəd 230 manat dəyərində böyük laqondanın, bir ədəd 50 manat dəyərində kiçik laqondanın, bir ədəd 40 manat dəyərində direlin, bir ədəd 140 manat dəyərində lazer aparatının, bir ədəd 150 manat dəyərində perforatorun, bir ədəd 50 manat dəyərində elektro kompressorun, bir ədəd 150 manat dəyərində bucaqlı kəsici alətin, bir ədəd 40 manat dəyərində taxta kəsənin (lobzik), bir ədəd 190 manat dəyərində taxta kəsən makinanın, bir ədəd 10 manat dəyərində lambir deşən alətin, bir qutu 10 manat dəyərində istehsalat əlcəyinin, bir ədəd 10 manat dəyərində istehsalat metrəsinin və bir ədəd 100 manat dəyərində hidrofonla birlikdə su nasosunun oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona, ümumilikdə 1170 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs9 tərəfindən 08 iyul 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcək, bunun nəzərə alınmasını, iclasların onsuz keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs9 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Quşçuluq sovxozu ərazisində 16000 manata hasarı olmayan yarımtikli ev almış, evin kənarına hasar çəkdirmiş və evi təmir etdirməyə başlamışdır. Evdə təmir işləri getdiyindən “MİDA” sosial evlərində kirayədə yaşamışdır. 08 iyun 2023-cü il tarixdə evə nəzarət etmək üçün gedərkən evin həyət qapısının kilitinin açıq olduğunu, evə daxil olduqda isə, evinin pəncərəsinin də açıq olduğunu görmüşdür. Evə baxdıqdan sonra evinin mətbəxinin 200 manat dəyərində plastik qapısının, 200 manat dəyərində su qızdırıcısının və 80 manat dəyərində hamam əlüzyuyanının oğurlandığını bilmişdir. Oğurluq nəticəsində ona 480 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 tərəfindən 22 may 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış yazılı ərizədən görünür ki, məhkəmə baxışının iştirakı olmadan keçirilməsinə etiraz etmir. Hazırda Təqsirləndirilən şəxs hər-hansı bir tələbi yoxdur və iş üzrə hökm çıxarıldığı halda, ondan şikayət etməyəcəkdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 11 ünvanda yaşayır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində bağ evi vardır, həmin evə ara-sıra gəlib nəzarət edir. Axırıncı dəfə bağ evinə 20 iyun 2023-cü ildə gəlib baxmış, 27 iyun 2023-cü il tarixdə saat 16:30 radələrində bağ evinə baş çəkmək üçün gəldikdə bağ evinin dəmir darvazasının asma qıfılının sındırıldığını görmüş, evə daxil olub baxdıqda isə evdə olan bir ədəd 110 manat dəyərində tar, bir ədəd 80 manat dəyərində gitara, bir ədəd 90 manat dəyərində samovar və iki ədəd 100 manat dəyərində 0,75 qr «Smirnov» arağının oğurlandığını müəyyən edib DİN-nin 102 xidmətinə məlumat vermişdir. Evindən oğurluq 20 iyun 2023-cü il tarixdən 27 iyun 2023-cü il tarixədək olan müddətdə olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 380 manat maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs5 tərəfindən ünvanlanmış və 24 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramda, o Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Ziyanın ödənilməsini istəyir. Zərərçəkmiş şəxs5 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz fərdi yaşayış evində yaşayır və ustalıqla məşğul olur. 13 aprel 2023-cü il tarixdə, saat 20:50 radələrində usta kimi işləyib təmir işləri gördüyü evdə işlərini qurtarıb öz evinə getmiş, 14 may 2023-cü il tarixdə işinə qayıdan vaxt ev sahibinə deyil, özünə məxsus olan 200 manat dəyərində bir ədəd perforatorun və 300 manat dəyərində elektrik dəmirkəsənin (laqonda) oğurlandığı müəyyən etmiş və DİN-nin 102 xidmətinə məlumat vermişdir. Oğurluq nəticəsində ona 500 (beş yüz) manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 23 oktyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X18 tərəfindən HK1-1644 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (cild 1, iş.v. 1) X5 tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin rəisinə ünvanlanmış 23 sentyabr 2023cü il tarixli ərizədən görünür ki, Əmircan qəsəbəsi, Vaqif küçəsi, 75Q saylı ünvanda ona məxsus iki mərtəbədən və iki otaqdan ibarət yaşayış evi vardır. 23 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında evə baxış keçirmək üçün gəldikdə həyətə hasardan keçməklə daxil olan şəxs və ya şəxslər evin mətbəx otağının plastik pəncərəsinin şüşəsini sındırmaqla evə daxil olub oradan müxtəlif qab-qaşıq dəstlərini və 10 litr həcmli od samovarını oğurladıqlarını aşkar etmişdir. Bu barədə tədbir görülməsini xahiş etmişdir. (cild 1, iş.v. 3) 23 sentyabr 2023-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsi 75 Q saylı fərdi yaşayış evində aparılmışdır. Ev əsas yolun sağ hissəsində yerləşir. Ətrafda yaşayış evləri vardır. Evin giriş qapısı dəmirdəndir. Həyətə daxil olduqda ön tərəfdə iki mərtəbəli yaşayış evi vardır. Evin giriş qapısının sol hissəsində yerləşən plastik (qapının) pəncərənin bir hissəsinin sınıq olduğu aşkarlanmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (iş.v. cild 1, iş.v. 6-8) 23 oktyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” protokoldan görünür ki, X5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. cild 1, iş.v.13) 24 oktyabr 2023-cü il tarixli qərarla, Təqsirləndirilən şəxs müstəntiq tərəfindən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə, saat 15:00-da ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (iş.v. cild 1, iş.v. 24-25) 25 oktyabr 2023-cü il tarixli, “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi onun Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və sonuncu nömrə ilə ibtidai istintaq davam etdirilmişdir. (cild 1, iş.v. 41-42) ********* nömrəli cinayət işi 30 iyun 2023-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X18 tərəfindən HK1-1681 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (cild 1, iş.v. 45) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin rəisinə ünvanlanmış 27 iyun 2023-cü il tarixli 1681 saylı raportdan görünür ki, həmin tarixdə saat 17:02-də DİN-nin 102 zəng mərkəzinə ********* sayla daxil olmuş məlumatda göstərilmişdir ki, H/Y-ri ünvan 14 ünvanında vətəndaş Zərərçəkmiş şəxs1 (050)-399-13-11 nömrəsindən məlumat verib, özünə məxsus bağ evindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq olması barədə bildirmişdir. (cild 1, iş.v. 49) 27 iyun 2023-cü il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağlar yaşayış massivində vətəndaş Zərərçəkmiş şəxs1 bağ evi yerləşir. Ev 2 mərtəbədən, 5 otaqdan ibarətdir. Ev mişar daşı ilə tikilmiş, həyətə dəmir darvaza qoyulmuş, mənzilin qapısı dəmir seyf qapıdır. Ev 3 sot torpaq sahəsində tikilmiş həyətdə bir mərtəbəli 2 etaplı yardımçı saxlanc yeri tikilmişdir. Həyətdə meyvə ağacları var, ev mişar daşı ilə hasara alınmışdır. Ətrafda yaşayış evləri var. Hadisə yerinə baxış zamanı qonşu evlərində videoqurğusunun olması müəyyən edilmişdir. Protokol tərtib edilərkən heç bir irad və təklif daxil olmamışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (iş.v. cild 1, iş.v. 53-55) 29 iyun 2023-cü il tarixli, “baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 evindən oğurluq olması faktı ilə bağlı həmin oğurluq əməlini törətməkdə şübhəli olan şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı evin otaqlarından birində müxtəlif çeşidlərdə xeyli sayda məişət əşyaları, tikinti-təmir alət və vasitələri və sair səliqəsiz şəkildə səpələnmiş vəziyyətdə yığılıb saxlanıldığı aşkar edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin əşyalar bunlardan ibarətdir: bir ədəd tar, bir ədəd gitara, bir ədəd elektrik bucaq kəsən alət, bir ədəd sarı rəngli barabanı olan tikinti metrəsi, bir top bağlamada tikinti əlcəkləri, iki ədəd xrustal qab, bir ədəd «Sony» markalı televizor, beş ədəd üzərində «Dahua» yazısı olan ağ korpuslu müşahidə kameraları, iki ədəd «soundking» yazısı olan kalonka, bir ədəd «Markus» markalı su nasosu, iki ədəd elektrik dəmir kəsəni (laqonda), bir ədəd mantirovka, bir ədəd kəsər. Vətəndaş Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı həmin ünvanda aşkar edilmiş əşyaları Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, Dənizkənarı küçəsində yerləşən bağ evlərindən oğurlayaraq çox hissəsini satmış, sata bilmədiyi bir hissəsi isə evdə qalmış əşyalardır. Bir ədəd mantirovka və bir ədəd kəsən isə oğurluq əməllərini etdiyi zaman maneələri aradan qaldırmaq üçün istifadə etdiyi alətlərdir. (iş.v. cild 1, iş.v. 60-66) 30 iyun 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş.v.72) “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2023-cü il tarixdə saat 13:55-də şübhəli şəxs qismində tutulmuş, saat 13:30-dan hüquqları məhdudlaşdırılmış hesab edilmişdir. (cild 1, iş.v.95-96) 02 iyul 2023-cü il tarixli qərarla, Təqsirləndirilən şəxs müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə, saat 09:00-da ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 1, iş.v. 100-101) 02 iyul 2023-cü il tarixli, “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, oğurluq etdiyi evləri göstərib təqdim etsin. Bundan sonra, Təqsirləndirilən şəxs müşayiət altında Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə gələrək Hövsan-Türkan yolunun şimal tərəfində yerləşən Hövsan Bağ evləri yaşayış sahəsini göstərib bildirmişdir ki, oğurluq əməllərini həmin Bağ Evləri yaşayış sahəsindən törətmişdir. Bundan sonra, onun göstərdiyi istiqamətə hərəkət edilmişdir. Təqsirləndirilən şəxs Hövsan qəsəbəsi, Bağlar massivinə gəlib nömrəsiz evin qarşısında dayanaraq bildirmişdir ki, 22 iyun 2023-cü il tarixdə oğurluq etmək qərarına gəlib idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı avtomobili ilə Hövsan qəsəbəsi, Bağ evləri massivinə gəlmiş, oğurluq etmək üçün münasib ev axtarmağa başlayaraq saat 01-02 radələrində diqqətini bir ev çəkmişdir. Belə ki, həmin evdə işıqlar yanmadığına görə evdə heç kim olmadığını bilib həyət darvazasına asılmış qıfılın çoxdan asıldığını görüb ətrafa baxıb heç kimin olmadığına, onu heç kimin görmədiyinə tam əmin olandan sonra, həmin qıfılı özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb həyətə keçmiş, evin qapısının qıfılını sındıraraq açdığını, evə daxil olub otaqları axtarmağa başlayaraq həmin evdən bir ədəd tar, bir ədəd gitara, bir ədəd samovar iki ədəd 0,75 q «Smirnov» arağını oğurlayıb evdən çıxdığını, oğurladığı əşyaları idarə etdiyi avtomobilə yığaraq evinə apardığını bildirmişdir. İfadənin yerində yoxlanması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim edib göstərdiyi ev Zərərçəkmiş şəxs1 məxsus bağ evidir. (cild 1, iş.v. 109-112) 02 iyul 2023-cü il tarixli, “cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işi üzrə ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. (cild 1, iş.v. 113-114) ********* nömrəli cinayət işi 30 iyun 2023-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X18 tərəfindən HK1-1705 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (cild 1, iş.v. 116) Zərərçəkmiş şəxs2 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış 29 iyun 2023-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə, təxminən saat 14:00 radələrində ona məxsus Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən 19 nömrəli bağ evinin giriş qapısının sındırılması yolu ilə içəri daxil olaraq evin mətbəxində masanın üzərində olan dəyəri təxminən 500 AZN olmuş samovarın və qonaq otağında masanın üzərinə qoyulmuş dəyəri təxminən 150 AZN olan iki ədəd xrustal vazanın oğurlandığını aşkar etmişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. (cild 1, iş.v. 120) 29 iyun 2023-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi 19 nömrəli bağ evidir. Hadisə yeri təxminən 0.03 ha torpaq sahəsindən ibarət göy rəngli darvazası olan iki mərtəbəli fərdi yaşayış evidir. Hadisə yerinin yaxın ətrafında fərdi yaşayış evləri və iaşə obyekti vardır. Yaxın ətrafa baxış keçirilən zaman müşahidə kameralarına rast gəlinməmişdir. Hadisə yerindən EKQ əl-barmaq izləri götürülərək materiala əlavə olunmuşdur. Müvafiq fotolar çəkilərək protokola əlavə olunmuşdur. (cild 1, iş.v. 122-123) 30 iyun 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş.v.131) 02 iyul 2023-cü il tarixli qərarla, Təqsirləndirilən şəxs müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə, saat 11:30-da ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 1, iş.v. 142-143) 02 iyul 2023-cü il tarixli, “cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işi üzrə ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. (cild 1, iş.v. 151-152) ********* nömrəli cinayət işi 30 iyun 2023-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X18 tərəfindən HK-1-1477 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (cild 1, iş.v. 154) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış 07 iyun 2023-cü il tarixli 1477 saylı raportdan görünür ki, həmin tarixdə, saat 12:21-də DİN-in 102 xidmətindən ********* sayla daxil olmuş məlumatda göstərilmişdir ki, ünvan 17 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 məlumat vermişdir ki, evindən oğurluq olmuşdur. (cild 1, iş.v. 158) Zərərçəkmiş şəxs3 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış və 10 iyun 2023-cü il tarixdə idarəyə daxil olmuş ərizədən görünür ki, 07 iyun 2023-cü il tarixdə, saat 11:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar küçəsində yerləşən bağ evinə gəldikdə, dəmir barmaqlıqların naməlum şəxs tərəfindən sındırılmasını və içəridən kondisioner borusunun, xalçanın, laqondanın və s. alətlərin və əşyaların oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Oğurluq edən şəxsin tapılaraq məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. (cild 1, iş.v. 159) 07 iyun 2023-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, vət.Zərərçəkmiş şəxs3 məxsus bağ evinə baxış keçirilmişdir. Suraxanı rayonu, Bağlar massivində torpaq yolun sağ tərəfində yerləşən ev bir mərtəbədən ibarətdir. Ev daş konstruksiyadan tikilmişdir. Evin həyətinə daxil olan zaman sol tərəfdə evin pəncərəsinin dəmir barmaqlıqlarının sınması aşkar edilmişdir. Evin qonaq otağı dağıdılmış, mətbəxdə isə qab-qacaqlar yerə tökülmüşdür. Saxlanc yerinin isə kilidi sındırılmışdır. Baxış keçirilən ərazidə müşahidə kamerası və ya nəzarət cihazları aşkar edilməmişdir. (cild 1, iş.v. 161-165) 30 iyun 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş.v.175) 02 iyul 2023-cü il tarixli qərarla, Təqsirləndirilən şəxs müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə, saat 10:25-də ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 1, iş.v. 186-187) 02 iyul 2023-cü il tarixli, “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, oğurluq etdiyi evləri göstərib təqdim etsin. Bundan sonra, Təqsirləndirilən şəxs, göstərdiyi istiqamətdə müşayiət edilərək Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə gələrək Hövsan-Türkan yolunun şimal tərəfində yerləşən Hövsan Bağ evləri yaşayış sahəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evlərindən birini göstərib məlum oğurluq hadisəsini həmin ünvanda etməsini bildirmişdir. Müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evi iş üzrə Zərərçəkmiş şəxs3 məxsusdur. Təqsirləndirilən şəxs hadisə yerində ifadə verərək göstərmişdir ki, 04 iyun 2023-cü il tarixdə, oğurluq etmək məqsədi ilə idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz» markalı avtomobili ilə Hövsan qəsəbəsi, Bağ evləri massivinə gəlmiş, bir həyətə girib oğurluq etdikdən sonra, həmin evin həyətində nərdivan olduğunu görüb evin hasarına nərdivanı qoyaraq qonşu evin həyətinin hasarından aşıb həmin evin həyətinə keçib həyətdəki bir mərtəbəli evin ətrafına baxıb pəncərəyə vurulmuş dəmir barmaqlıqları özündə olan dəmir parçası ilə sındırıb pəncərdən evə daxil olmuş, evdən bir ədəd konsioner borusunu, bir ədəd laqonda aparatını, bir ədəd xalçanı, bir ədəd qazanı götürüb evdən çıxmışdır. Oğurladığı əşyaları idarə etdiyi avtomobilə yığıb yaşadığı ünvan 3 küçəsindəki kirayədə yaşadığı evə gətirib gizlətmişdir. (cild 1, iş.v. 195-198) 02 iyul 2023-cü il tarixli, “ictimai təhlükəli əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (cild 1, iş.v. 199-201) 02 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs müstəntiq tərəfindən ittihama əlavələr edilərək Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona saat 12:30-da həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (cild 1, iş.v. 203-204) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü müstəntiq tərəfindən verilmiş vəsatət 02 iyul 2023-cü il tarixdə Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən rədd edilmişdir. Müstəntiq tərəfindən həmin tarixdə, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. (cild 1, iş.v. 213-221; 224-229) 04 iyul 2023-cü il tarixli, “cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işi üzrə ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. (cild 1, iş.v. 230-233) ********* nömrəli cinayət işi 02 iyul 2023-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X18 tərəfindən HK1-1205 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (cild 1, iş.v. 235) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış 10 may 2023-cü il tarixli 1205 saylı raportdan görünür ki, həmin tarixdə, saat 21:55-də DİN-in 102 xidmətindən ********* sayla daxil olmuş məlumatda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanından vət.Zərərçəkmiş şəxs4 ***-***-**-** nömrəsindən məlumat verərək, özünə məxsus mənzildən, hər birinin dəyəri 400-500 manat olan 02 ədəd televizor və 01 ədəd musiqi mərkəzi oğurlanmışdır. (cild 1, iş.v. 238) Zərərçəkmiş şəxs4 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış və 11 iyun 2023-cü il tarixdə idarəyə daxil olmuş ərizədən görünür ki, ona məxsus Hövsan bağlarında yerləşən bağ evi vardır. Həmin evdə sonuncu dəfə, 19-22 mart 2023-cü il tarixlərdə olmuşdur. 10 may 2023-cü il tarixdə, evinə nəzarət edərkən, qonaq otağından 01 ədəd televizor və musiqi mərkəzi naməlum şəxs tərəfindən oğurlanaraq ona 1000 manat maddi ziyan dəymişdir. Həmin şəxsin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild 1, iş.v. 239) 10 may 2023-cü il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri ünvan 18 ünvanıdır. Hadisə yeri 3 mərtəbəli evdir. Hadisə yerinə baxdıqda evin giriş qapısının pəncərəsindən naməlum şəxsin keçərək qonaq otağından 1 ədəd “Shivaki» markalı televizor və bir ədəd «Panasonic» markalı musiqi mərkəzi oğurlanmışdır. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. (cild 1, iş.v. 241-243) 02 iyul 2023-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 2, iş.v.1) “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyul 2023-cü il tarixdə saat 19:25-də şübhəli şəxs qismində tutulmuş, hüquqları 19:00-dan məhdudlaşdırılmış hesab edilmişdir. (cild 2, iş.v.27-28) 04 iyul 2023-cü il tarixli qərarla, Təqsirləndirilən şəxs müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə, saat 13:30-da ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 2, iş.v. 31-32) 04 iyul 2023-cü il tarixli “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, oğurluq etdiyi evləri göstərib təqdim etsin. Bundan sonra, Təqsirləndirilən şəxs göstərdiyi istiqamətdə müşayiət edilərək Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə gələrək Hövsan-Türkan yolunun şimal tərəfində yerləşən Hövsan Bağ evləri yaşayış sahəsinə gərilmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evlərindən birini göstərib məlum oğurluq hadisəsini həmin yerdən etməsini bildirmişdir. Müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evi iş üzrə Zərərçəkmiş şəxs4 Teymur oğluna məxsusdur. Təqsirləndirilən şəxs hadisə yerində ifadə verərək göstərmişdir ki, 12 may 2023-cü il tarixdə oğurluq etmək məqsədi ilə idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz» markalı avtomobili ilə Hövsan qəsəbəsi, Bağ evləri massivinə gəlmişdir. Saat 01-02 radələri olardı ki, bir evin işıqlarının yanmadığını görmüş, avtomobilini həmin evin yaxınlığında saxlayıb düşmüşdür. Bilmişdir ki, evdə heç kim yoxdur. Ətrafa baxıb heç kimin olmadığına, onu heç kəsin görmədiyinə tam əmin olandan sonra, evin hasarının kənarı ilə çəkilmiş qaz turbasının üstünə çıxıb hasardan aşıb evin həyətinə düşmüşdür. Ev iki mərtəbəli idi. Özündə olan dəmir parçası ilə evin pəncərəsinin dəmir barmaqlıqlarını sındırıb pəncərədən evə daxil olmuş və evi axtarmağa başlamış, bir ədəd «Shivaki» markalı televizoru və bir ədəd «Panasonic» markalı musiqi mərkəzini götürüb evə daxil olduğu pəncərədən həyətə çıxıb oradan da hasardan aşıb küçəyə düşmüşdür. Küçədə heç kim yox idi və onu heç kim görməmişdi, oğurladığı əşyaları idarə etdiyi avtomobilə qoyub evinə gəlmişdir. (cild 2, iş.v. 40-42) 04 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs müstəntiq tərəfindən ittihama əlavələr edilərək Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona saat 16:00-da həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (cild 2, iş.v. 43-44) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü müstəntiq tərəfindən verilmiş vəsatət əsasında 04 iyul 2023-cü il tarixdə, Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən Suraxanı Rayon Məhkəməsinə təqdimatla müraciət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 4(010)-273/2023 saylı qərarı ilə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. (cild 2, iş.v. 53-62; 64-70) 13 iyul 2023-cü il tarixli, “cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işi üzrə ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. (cild 2, iş.v. 71-76) ********* nömrəli cinayət işi 07 iyul 2023-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X18 tərəfindən HK1-1474 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (cild 2, iş.v. 78) Zərərçəkmiş şəxs11 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış və 07 aprel 2023-cü il tarixdə idarəyə daxil olmuş ərizədən görünür ki, həmin tarixdə, usta kimi işlədiyi Hövsan qəsəbəsi, 59 saylı bağda saxladığı və iş üçün istifadə etdiyi böyük laqonda, balaca laqonda, direl, lazer aparatı, perforator, elektron kompressor, makina taxta kəsən və su nasosu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1730 manat maddi ziyan dəymişdir. Həmin şəxs və ya şəxslərin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild 2, iş.v. 81) 07 iyun 2023-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri vət.Zərərçəkmiş şəxs11 usta kimi işlədiyi Suraxanı rayonu, Bağlar massivi, torpaq yolun sağ tərəfində yerləşən evdir. Həmin ev 2 mərtəbədən ibarətdir. Evə daxil olan zaman sağ tərəfdə dəhliz, qapı ilə üzbəüz qonaq otağı yerləşir. Vətəndaşın deməsinə görə, əşyalar dəhlizdən götürülüb. Evin həyətində sol tərəfdə isə su nasosunun dəmir qırıqları aşkar edilmişdir. Evin başqa hər hansı yerində isə sındırılma və ya zədələnmə izi aşkar olunmamışdır. Baxış keçirilən ərazidə müşahidə kameraları və ya nəzarət cihazları aşkar olunmamış, sübut qismində hər hansı əşya götürülməmişdir. (cild 2, iş.v. 84-88) 07 iyul 2023-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs11 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 2, iş.v.96) “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuş, hüquqları 13:30-dan məhdudlaşdırılmış hesab edilmişdir. (cild 2, iş.v.121-122) 13 iyul 2023-cü il tarixli qərarla, Təqsirləndirilən şəxs müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə, saat 08:30-da ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 2, iş.v. 125-126) 13 iyul 2023-cü il tarixli “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, oğurluq etdiyi evləri göstərib təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətdə müşayiət edilərək Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə gələrək Hövsan-Türkan yolunun şimal tərəfində yerləşən Hövsan Bağ evləri yaşayış sahəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evlərindən birini göstərib məlum oğurluq hadisəsini həmin ünvanda etməsini bildirmişdir. Təqsirləndirilən şəxs hadisə yerində ifadə verərək göstərmişdir ki, 2023-cü ilin iyun ayının 7-nə keçən gecə oğurluq etmək qərarına gəlib idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz» markalı avtomobili ilə yenə də Hövsan qəsəbəsi, Bağ evləri massivinə gəlmiş, oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Saat 01-02 radələrində bir evin qarşısından keçəndə görmüşdür ki, həyət qapısı qıfılla bağlıdır. Evin işıqları yanmırdı, bilmişdir ki, evdə heç kim yoxdur. Ətrafa baxıb heç kimin olmadığına, onu heç kimin görmədiyinə tam əmin olandan sonra həyətin qapısına asılmış qıfılı özündə olan dəmir parçası ilə sındırıb tez həyətə girmişdir. Ev təzə tikilmiş iki mərtəbəli ev idi. Evə yaxınlaşmışdır ki, evin giriş qapısı da qıfılla bağlanmışdır. Zirzəminin qapısı isə açıq olmuşdur. Zirzəmiyə daxil olub oradan pilləkənlə evin birinci mərtəbəsinə qalxıb evi axtarmağa başlamışdır. Həmin evdən bir ədəd böyük laqondanı, bir ədəd kiçik laqondanı, bir ədəd direli, bir ədəd lazer aparatını, bir ədəd perforatoru, bir ədəd elektrokompressoru, bir ədəd bucaq kəsici aləti, bir ədəd taxta kəsən lobziki, bir taxta kəsən makinanı, bir ədəd lambir deşən aləti, bir qutu əlcəyi, bir ədəd metrəni və bir ədəd hidrofonla birlikdə su nasosunu götürüb evdən çıxmış və əşyaları avtomobilinə yığmışdır. (cild 2, 134-137) 13 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs müstəntiq tərəfindən ittihama əlavələr edilərək Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona saat 12:00-da həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (cild 2, iş.v. 138-140) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü müstəntiq tərəfindən verilmiş vəsatət 13 iyul 2023-cü il tarixdə Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən rədd edilmişdir. Müstəntiq tərəfindən həmin tarixdə, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. (cild 2, iş.v. 150-155; 157-172) 14 iyul 2023-cü il tarixli, “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işi üzrə ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. (cild 2, iş.v. 174-175) ********* nömrəli cinayət işi 07 iyul 2023-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X18 tərəfindən HK1-1236 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (cild 2, iş.v.178) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış 14 may 2023-cü il tarixli 1236 saylı raportdan görünür ki, həmin tarixdə, saat 09:05-də DİN-in 102 xidmətindən ********* sayla daxil olmuş məlumatda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, daş bazarının yaxınlığındakı ünvandan vət.Zərərçəkmiş şəxs5 usta kimi işlədiyi evdən 02 ədəd laqonda və 01 ədəd perforator oğurlandığını aşkar etmişdir. (cild 2, iş.v. 180) Zərərçəkmiş şəxs5 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış və 14 may 2023-cü il tarixdə idarəyə daxil olmuş ərizədən görünür ki, 13 may 2023-cü il tarixdən 14 may 2023-cü il tarixə keçən gün, naməlum şəxs, işlədiyi evdən 1 il bundan qabaq aldığı perforator və 01 ədəd laqondanı oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Naməlum şəxsin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild 2, iş.v. 181) 14 may 2023-cü il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 20 ünvanıdır. Hadisə yeri 1 mərtəbəli olmaqla, 40 sotdan ibarətdir, ətraf isə yaşayış evləridir. Hadisə yerinin ətrafı mişar daşı ilə tutulmuş həyətdir. Hadisə yerindən naməlum şəxs tərəfindən 01 ədəd laqonda və 01 ədəd perforator oğurlanmışdır. KTQ-yə göndərilməsi üçün hadisə yerindən əl-barmaq izi götürülmüşdür. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (cild 2, iş.v. 183-184) 10 iyul 2023-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 2, iş.v.192) 14 iyul 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, oğurluq etdiyi evləri göstərib təqdim etsin. Bundan sonra, Təqsirləndirilən şəxs göstərdiyi istiqamətdə müşayiət edilərək Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə gələrək Hövsan-Türkan yolunun şimal tərəfində yerləşən Hövsan Bağ evləri yaşayış sahəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evlərindən birini göstərib məlum oğurluq hadisəsini həmin ünvanda etməsini bildirmişdir. Müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evi iş üzrə Zərərçəkmiş şəxs5 əşyalarının oğurlandığı evdir, Təqsirləndirilən şəxs hadisə yerində ifadə verərək göstərmişdir ki, 14 aprel 2023-cü il tarixdə kirayədə qaldığı evdən çıxıb idarə etdiyi avtomobilinə əyləşib Hövsan qəsəbəsi, Bağlar massivinə gəlmişdir. Bilmişdir ki, Bağlar massivindəki evlərin sahiblərinin başqa yerlərdə də evləri var, onlar bağ evlərinə gündüzlər baş çəkmək üçün gəlirlər. Bağlar massivinə çatanda saat 01-02 radələri olardı. Evlərdən birinin işıqlarının yanmadığı görmüş və bilmişdir ki, evdə yaşayış yoxdur. Avtomobilini evin yaxınlığında saxlayıb düşmüş, hasardan aşıb həyətə enmişdir. Həyətdə bir mərtəbəli ev vardı və evdə təmir işləri aparılırdı. Evdə heç kim yox idi, evə daxil olub axtarmağa başlamış, evdən bir ədəd perforator və bir ədəd də dəmir kəsən laqondanı götürüb hasardan aşaraq küçəyə düşüb oğurladığı əşyaları idarə etdiyi avtomobilinə qoyub kirayədə qaldığı evə gətirib sonra satmaq üçün gizlətmişdir. (cild 2, iş.v. 202-204) 14 iyul 2023-cü il tarixli, cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi onun Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işi üzrə ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. (cild 2, iş.v. 205-206) ********* nömrəli cinayət işi 07 iyul 2023-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X18 tərəfindən HK1-1698 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (cild 2, iş.v.209) Zərərçəkmiş şəxs6 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış və 29 iyun 2023-cü il tarixdə idarəyə daxil olmuş ərizədən görünür ki, 28 iyun 2023-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən bağ evində olan zaman həyətdə olan qarajdan kəsici alətin və karton qutuda olan kamera sisteminin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2000 manat maddi ziyan dəymişdir. Oğurluq edən şəxslərin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild 2, iş.v. 213) 07 iyul 2023-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 2, iş.v.225) 14 iyul 2023-cü il tarixli “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, oğurluq etdiyi evi göstərib təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətdə müşayiət edilərək Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə gələrək Hövsan-Türkan yolunun şimal tərəfində yerləşən Hövsan Bağ evləri yaşayış sahəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evlərindən birini göstərib məlum oğurluq hadisəsini həmin ünvandan etməsini bildirmişdir. Müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evin iş üzrə Zərərçəkmiş şəxs6 məxsus evdir. Təqsirləndirilən şəxs hadisə yerində ifadə verərək göstərmişdir ki, 24 iyun 2023-cü il tarixdə kirayədə qaldığı evdən çıxıb idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz» markalı avtomobili ilə yenə də oğurluq eğmək üçün Hövsan qəsəbəsi, Bağ evləri massivinə gəlmişdir. Oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Saat 01-02 radələri olardı, bir evin işıqlarının yanmadığını görüb avtomobilini saxlayıb düşüb ətrafda heç kim olmadığına, onu heç kimin görmədiyinə tam əmin olandan sonra həyət qapısının kilidini özündə olan dəmir parçası ilə sındırıb həyətə daxil olmuşdur. Qapını içəri tərəfdən örtmüşdür. Həyətdə olan qaraja yaxınlaşaraq qarajın qapısını əlində olan dəmir parçası ilə sındırıb açmışdır. Qaraja daxil olub baxanda orada bir ədəd bucaqlı kəsici alətin, bir ədəd batareyalı böyük direlin, bir ədəd batareyalı kiçik direlin, bir ədəd beton deşən direlin, beş ədəd müşahidə kamerasını yaddaş qurğusu ilə birlikdə olduğunu görmüşdür. Həmin əşyaları götürüb qarajdan çıxmış, evə daxil olmamış, qarajdan oğurladığı əşyaları qapıdan çölə çıxarıb avtomobilinə yığmışdır. İçəri tərəfdən qapının arxasına taxta parçaları qoyub hasardan aşıb küçəyə çıxmış və oğurladığı əşyaları kirayədə qaldığı evə gətirmişdir. (cild 2, iş.v.235-236) 15 iyul 2023-cü il tarixli, cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi onun Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işi üzrə ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. (cild 2, iş.v. 238-239) ********* nömrəli cinayət işi 07 iyul 2023-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X18 tərəfindən HK1-1590 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (cild 2, iş.v.242) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış 18 iyun 2023-cü il tarixli 1590 saylı raportdan görünür ki, həmin tarixdə, saat 16:18-də DİN-in 102 xidmətindən ********* sayla daxil olmuş məlumatda göstərimişdir ki, ünvan 14 ünvanda yaşayan vətəndaş X20 ***-***-**-** nömrəsindən məlumat verib, bacısı Aygünə məxsus fərdi yaşayış evindən 04 ədəd təhlükəsizlik kamerasının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə bildirmişdir. (cild 2, iş.v. 243) X20 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış və 20 iyun 2023-cü il tarixdə idarəyə daxil olmuş ərizədən görünür ki, 18 iyun 2023-cü il tarixdə, saat 15:40 radələrində bacısına məxsus Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən bağ evinə gələn zaman evdən 05 ədəd kameranın və evin içərisindən kameraların yaddaş blokunun oğurlanmasını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində 3600 manat maddi ziyan dəymişdir. Oğurluq edən şəxslərin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild 2, iş.v. 244) 18 iyun 2023-cü il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, vət.X16 bacısına məxsus bağ evi Bakı şəhəri, Suraxanı rayonu, Bağlar massivində torpaq yolun sol tərəfində yerləşir. Birmərtəbəli yaşayış evidir. Daş konstruksiyadan tikilmişdir. Evin önündə, sol və sağ tərəfində quraşdırılmış kameralar sökülmüş, evin ön pəncərəsi açıq vəziyyətdə aşkar olunmuşdur. Evin mətbəx mebelinin üzərində quraşdırılmış kamera blok sistemi sökülərək götürülmüşdür. Baxış zamanı kameralar aşkar olunmamışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (cild 2, iş.v. 247-251) 13 iyul 2023-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 3, iş.v.2) 15 iyul 2023-cü il tarixli “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, oğurluq etdiyi evi göstərib təqdim etsin. Bundan sonra, Təqsirləndirilən şəxs göstərdiyi istiqamətdə müşayiət edilərək Suraxanı rayonu, Hovsan qəsəbəsi ərazisinə gələrək Hövsan-Türkan yolunun şimal tərəfində yerləşən Hövsan Bağ evləri yaşayış sahəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evlərindən birini göstərib məlum oğurluq hadisəsini həmin ünvandan etməsini bildirmişdir. Müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evi iş üzrə Zərərçəkmiş şəxs7 məxsus evdir. Təqsirləndirilən şəxs hadisə yerində ifadə verərək göstərmişdir ki, 18 iyun 2023-cü il tarixə keçən gecə oğurluq etmək qərarına gəlib ünvan 3 küçəsindəki kirayədə yaşadığı evdən çıxıb idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı avtomobili ilə yenə də Hövsan qəsəbəsi, Bağ evləri massivinə gəlmişdir. Oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. 01-02 radələrində bir evin qarşısından keçəndə evdə işıqların yanmadığını görüb bilmişdir ki, evdə heç kim yoxdur. Avtomobilini saxlayıb düşüb ətrafa baxıb onu heç kimin görmədiyinə tam əmin olandan sonra, hasardan aşıb evin həyətinə düşmüşdür. Evə daxil olub axtarmağa başlamışdır. Görmüşdür ki, evin divarında müşahidə kamerası quraşdırılmışdır. Müşahidə kamerasını yerindən söküb götürmüşdür. Sonra isə evi axtarmağa başlamışdır. Mətbəxdə müşahidə kamerasının yaddaş blokunu görüb onları da söküb evdən çıxmışdır. Yaşadığı evə gəlib oğurladığı müşahidə kamerasını və yaddaş blokunu gizlətmişdir ki, sonra aparıb satar. (cild 3, iş.v.12-14) 16 iyul 2023-cü il tarixli, cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi onun Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndiriləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işi üzrə ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. (cild 3, iş.v. 15-16) ********* nömrəli cinayət işi 07 iyul 2023-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X18 tərəfindən HK1-1666 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (cild 3, iş.v.19) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış 25 iyun 2023-cü il tarixli 1666 saylı raportdan görünür ki, həmin tarixdə, saat 18:01-də DİN-in 102 zəng mərkəzinə ********* sayla daxil olmuş məlumatda göstərilmişdir ki, ünvan 17 ünvanında yaşayan vətəndaş X6 məlumat vermişdir ki, evindən oğurluq olmuşdur. (cild 3, iş.v. 23) Zərərçəkmiş şəxs8 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış və 29 iyun 2023-cü il tarixdə idarəyə daxil olmuş ərizədən görünür ki, 25 iyun 2023-cü il tarixdə, saat 18 radələrində ona məxsus olan, yaşayış olmayan Hövsan-Türkan yolunun yaxınlığında yerləşən nömrəsiz evin həyətinə naməlum şəxs daxil olub dəmir barmaqlığı sındıraraq evin içərisindən 02 ədəd elektrik samovarı, 02 ədəd su motoru və cehizlik yorğanları oğurlayaraq ona 1300 manat maddi ziyan vurmuşdur. Evindən oğurluq edən şəxslərin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild 3, iş.v. 24) 25 iyun 2023-cü il tarixli, “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Türkan yolunun yaxınlığında yerləşən nömrəsiz ünvandır. Baxış zamanı müəyyən olunur ki, hadisə yerinin ətrafı mişar daşı ilə tikilmiş həyət evidir. Hadisə yeri 1 mərtəbəli olmaqla, 2 otaqdan ibarətdir. Baxış zamanı naməlum şəxs dəmir barmaqlığı sındıraraq evdən 02 ədəd elektrik samovarı, dəmir qapını sındıraraq 02 ədəd nasosu və digər otaqdan 01 ədəd cehizlik dəsti oğurlamışdır. (cild 3, iş.v. 27-30) 07 iyul 2023-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 3, iş.v.36) 15 iyul 2023-cü il tarixli “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, oğurluq etdiyi evi göstərib təqdim etsin, bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətdə müşayiət edilərək Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə gələrək Hövsan-Türkan yolunun şimal tərəfində yerləşən Hövsan Bağ evləri yaşayış sahəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evlərindən birini göstərib məlum oğurluq hadisəsini həmin ünvandan etməsini bildirmişdir. Müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evi iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs8 məxsus evdir. Təqsirləndirilən şəxs hadisə yerində ifadə verərək göstərmişdir ki, 2023-cü ilin iyun ayının axırlarında oğurluq etmək məqsədi ilə kirayədə qaldığı evdən idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz» markalı avtomobili ilə yenə də Hövsan qəsəbəsi Bağ evləri massivinə gəlmişdir. Oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Saat 01- 02 radələrində bir evin işıqlarının yanmadığını görəndə evdə heç kimin olmadığına tam əmin olmuş və avtomobilini evin yaxınlığında saxlamışdır. Ətrafa baxmışdır ki, heç kim yoxdur, onu heç kəs görmür. Küçə tərəfdə hasarın kənarı ilə çəkilmiş qaz turbasının üstünə çıxıb oradan da hasarın üstünə çıxaraq hasardan aşıb həyət düşmüşdür. Həyətdə birmərtəbəli ev olmuşdur. Evin həyətə baxan pəncərəsinin dəmir barmaqlıqlarını özündə olan dəmir parçası ilə sındırıb pəncərəni açmış və pəncərədən evə daxil olmuşdur. Evi axtarmağa başlamış, həmin evdən üç ədəd su nasosu, bir ədəd elektrik samovarı, üç ədəd balıncı və iki ədəd döşəyi götürüb evdən çıxmışdır. Oğurladığı əşyaları avtomobilinə qoyub kirayədə qaldığı evə gətirmişdir. (cild 3, iş.v.47-49) 16 iyul 2023-cü il tarixli, “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi onun Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndiriləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işi üzrə ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. (cild 3, iş.v. 50-51) ********* nömrəli cinayət işi 07 iyul 2023-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X18 tərəfindən HK1-1488 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (cild 3, iş.v.54) Zərərçəkmiş şəxs9 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış və 08 iyun 2023-cü il tarixdə idarəyə daxil olmuş ərizədən görünür ki, ona məxsus olan, Suraxanı rayonu, Hövsan Quşçuluq sovxozunda yarımtikili yaşayış olmayan evi vardır. 07 iyun 2023-cü il tarixdə, saat 08:30 radələrində evə nəzarət edərkən ona məlum olmuşdur ki, 01 ədəd plastik mətbəx qapısı, su qızdırıcısı və hamam əlüzyuyanı naməlum şəxs tərəfindən oğurlanaraq ona 300 manat maddi ziyan dəymişdir. Naməlum şəxsin və ya şəxslərin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild 3, iş.v. 56) 08 iyun 2023-cü il tarixli, “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış keçirilən yer Hövsan qəsəbəsi, Zeytun sovxozu, nömrəsiz ev ünvanıdır. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri mişar daşı ilə tikilmiş həyət evidir. Ev 2 otaqdan ibarətdir, ətrafı yaşayış evləridir. Hamam aksesuarları naməlum şəxs tərəfindən oğurlanmışdır. (cild 3, iş.v. 60-62) 09 iyul 2023-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 3, iş.v.72) 07 noyabr 2023-cü il tarixli, “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi onun Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndiriləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işi üzrə ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. (cild 3, iş.v. 85) ********* nömrəli cinayət işi 31 iyul 2023-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X18 tərəfindən HK1-1810 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (cild 3, iş.v.87) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış 09 iyul 2023-cü il tarixli 1810 saylı raportdan görünür ki, həmin tarixdə, saat 21:38-də DİN-in 102 zəng mərkəzinə ********* sayla daxil olmuş məlumatda göstərilmişdir ki, H/Y-ri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, vətəndaş Zərərçəkmiş şəxs10 ***-***-**-** nömrəsindən məlumat verib naməlum şəxs və ya şəxslərin evinə daxil olması, nəyin oğurlandığını bilməməsi, evdə narkotik maddə aludəçilərinin, meyit və s. olmasını güman etməsi barədə bildirmişdir. (cild 3, iş.v. 91) Zərərçəkmiş şəxs10 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış və 10 iyul 2023-cü il tarixdə idarəyə daxil olmuş ərizədən görünür ki, 09 iyul 2023-cü il tarixdə, saat 23:30 radələrində Hövsan qəsəbəsi, Bağlar massividə olan bağ evinə gələrkən plastik pəncərənin üzərinə qurulmuş dəmir barmaqlığın sındırılaraq içəri daxil olunub taxtın üstünə çıxıldığını və hamamın qapısının qırıldığını aşkar etmişdir. İlkin olaraq evə baxış zamanı 01 ədəd ağ rəngli televizorun və 01 ədəd odun samovarının oğurlandığını aşkar etmişdir. Ona 250 manat dəyərində maddi ziyan dəymişdir. Bu barədə tədbir görülməsini xahiş etmişdir. (cild 3, iş.v. 92) 09 iyul 2023-cü il tarixli, “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış keçirilən yer ünvan 22 ünvanıdır. Qeyd olunan ünvanın girişi yaşıl darvazadır. Evin həyətyanı sahəsinə daxil olduqda, sağ tərəfdə 2 otaqlı tikilinin olması, tikilinin qarşısında isə çöl mətbəxi və mətbəxin yanında hamamın olması müəyyən edilmişdir. Tikiliyə daxil olduqda, sağ tərəfdə qonaq otağı, sol tərəfdə isə yataq otağı vardır. Müəyyən edilmişdir ki, hamam otağının girişi və sağındakı pəncərənin (qonaq qotağının pəncərəsi) dəmir barmaqlıqları sındırılmış və pəncərə açıq vəziyyətdədir. Hadisə yerindən 01 ədəd “Sony” markalı televizor və 01 ədəd samovarın oğurlanması müəyyən edilmişdir. (cild 3, iş.v. 93-96) 01 avqust 2023-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 3, iş.v.100) Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin Suraxanı RPİ-yə ünvanlanmış 20 iyul 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli 3-13- 54/2-13972/2023 nömrəli məktub vasitəsi ilə, 09 iyul 2023-cü il tarixdə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yaşayan vətəndaş Zərərçəkmiş şəxs10 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 17 iyul 2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izlərinin fraqmentləri yaxım və qarışıq, qırıq-qırıq papilyar xətlər şəkilində əks olunduğundan, onların ümumi və xüsusi əlamətləri kifayət qədər əks olunmadığına görə müqayisəli tədqiqat aparılması üçün yararsızdırlar. İçərisində əl izləri olan möhürlənmiş 01 ədəd zərf həmin məktuba əlavə edilmişdir. (cild 3, iş.v.109) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 noyabr 2023-cü il tarixli, 9/8508 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Sony” markalı, KLV-20S400A model televizorun istifadədə olması nəzərə alınmaqla, 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən 150,00 manat müəyyən edilmişdir. Qeyd: ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. (cild 3, iş.v. 147-150) X7 əmtəəşünaslıq ekspertizasının 11 dekabr 2023-cü il tarixli, 150 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, zərərçəkmiş şəxslərə məxsus adları sadalanan əşyaların 2023-cü ilin aprel ayından noyabr ayına qədər olan müddət ərzində nəzəri hesablama yolu ilə ümumi orta bazar qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir. - Zərərçəkmiş şəxs1 evindən oğurlanmış bir ədəd tar, bir ədəd gitara, bir ədəd samovar, iki ədəd 0,75 q “Smirnov” arağın ümumi orta bazar qiyməti 380,00 manat məbləğində; - Zərərçəkmiş şəxs X21 evindən oğurlanmış bir ədəd 3x4 metr ölçüdə qədimi toxunma xalça, bir ədəd 60 kv.m-lik “Beko” markalı kondisionerin 3 metr uzunluğunda 12lik mis borusu, bir ədəd qədimi böyük alüminium qazan, bir ədəd işlək vəziyətdə olan elektrik dəmir kəsən alətin (laqonda) ümumi orta bazar qiyməti 760 manat məbləğində; - Zərərçəkmiş şəxs2 evindən oğurlanmış bir ədəd 5 litrlik qədimi bronz samovarın və iki ədəd çex istehsalı olan xrustal meyvə qablarının ümumi orta bazar qiyməti 590,00 manat məbləğində; - Zərərçəkmiş şəxs4 Teymur oğlunun evindən oğurlanmış bir ədəd 42 düym "SHİVAKİ” markalı televizor və bir ədəd “PANASONİK” markalı musiqi mərkəzinin ümumi orta bazar qiyməti 850,00 manat məbləğində; - Zərərçəkmiş şəxs11 məxsus bir ədəd böyük laqonda, bir ədəd kiçik laqonda, bir ədəd direl, bir ədəd lazer aparatı, bir ədəd perforator, bir ədəd elektrokompressor, bir ədəd bucaqlı kəsici alət, bir ədəd taxta kəsən (lobzik) aləti, bir ədəd taxta kəsən makina, bir ədəd lambir deşən alət, bir qutu istehsalat əlcəyi, bir ədəd istehsalat metrəsi, bir ədəd hidrofonla birlikdə su nasosunun ümumi orta bazar qiyməti 1170,00 manat məbləğində; - Zərərçəkmiş şəxs8 məxsus üç ədəd “Markus” markalı su nasosu, bir ədəd elektrik samovarı, qaz tükündən üç ədəd balınc və iki ədəd yun döşəyin ümumi orta bazar qiyməti 950,00 manat məbləğində; - Zərərçəkmiş şəxs7 məxsus “DAHUA” markalı beş ədəd müşahidə kamerasının yaddaş qurğusu ilə birlikdə ümumi orta bazar qiyməti 3500 manat məbləğində; - Zərərçəkmiş şəxs6 məxsus bir ədəd bucaqlı kəsici alət, bir ədəd “TOTAL” markalı batareyalı böyük direl, bir ədəd “TOTAL” markalı batareyalı kiçik direl və bir ədəd elektriklə işləyən beton deşən direl, beş ədəd müşahidə kamerası yaddaş qurğusu ilə birlikdə ümumi orta bazar qiyməti 1970,00 manat məbləğində; - Zərərçəkmiş şəxs5 məxsus bir ədəd perforatorun və elektrik dəmirkəsən alətin (laqonda) ümumi orta bazar qiyməti 350,00 manat məbləğində; - Zərərçəkmiş şəxs9 Əlşah qızına məxsus bir ədəd mətbəxin plastik qapısı, bir ədəd su qızdırıcısı və bir ədəd hamam əlüzyuyanın ümumi orta bazar qiyməti 480,00 manat məbləğində müəyyən edilir. Qeyd: Zərərçəkmiş şəxslərə məxsus əşyaların hər birinin ayrı-ayrılıqda qiymətləri rəyin tədqiqat hissəsində qeyd olunmuşdur. (cild 3, iş.v. 152-158) 27 yanvar 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, oğurluq etdiyi evi göstərib təqdim etsin, bundan sonra Təqsirləndirilən şəxs, göstərdiyi istiqamətdə müşayiət edilərək Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə gələrək Hövsan-Türkan yolunun şimal tərəfində yerləşən Hövsan Bağ evləri yaşayış sahəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evlərindən birini göstərib məlum oğurluq hadisəsini həmin yerdə etməsini bildirmişdir. Müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evi iş üzrə Zərərçəkmiş şəxs10 məxsus evdir. Təqsirləndirilən şəxs hadisə yerində ifadə verərək göstərmişdir ki, 2023-cü ilin iyul ayının əvvəllərində oğurluq etmək məqsədi ilə kirayədə qaldığı evdən çıxıb idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz» markalı avtomobili ilə yenə də oğurluq etmək üçün Hövsan qəsəbəsi, Bağ evləri massivinə gəlmişdir. Oğurluq etmək üçün münasib ev axtarmağa başlamış, saat təxminən 01-02 radələrində bir evdə işıq yanmadığını görəndə bilmişdir ki, evdə heç kim yoxdur. Ətrafa baxıb heç kimin olmadığına, onu heç kəsin görmədiyinə tam əmin olandan sonra, hasardan aşaraq evin həyətinə düşmüş, evin plastik pəncərəsinin qarşısına vurulmuş dəmir barmaqlıqları sındırıb evin mətbəxinə daxil olmuşdur. Sonra evi axtarmağa başlamışdır. Həmin evdən bir ədəd «Sony» markalı televizoru oğurlamış və idarə etdiyi avtomobilinə qoyub kirayədə qaldığı evə gətirmişdir. (cild 3, iş.v. 161-163) 27 yanvar 2024-cü il tarixli “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, oğurluq etdiyi evi göstərib təqdim etsin, bundan sonra Təqsirləndirilən şəxs, göstərdiyi istiqamətdə müşayiət edilərək Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə gələrək Hövsan-Türkan yolunun şimal tərəfində yerləşən Hövsan Bağ evləri yaşayış sahəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evlərindən birini göstərib məlum oğurluq hadisəsini həmin yerdə etməsini bildirmişdir. Müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evi iş üzrə Zərərçəkmiş şəxs9 məxsus evdir. Təqsirləndirilən şəxs hadisə yerində ifadə verərək göstərmişdir ki, 22 iyun 2023-cü il tarixdə oğurluq etmək qərarına gəlib idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz» markalı avtomobili ilə yenə də Hövsan Quşçuluq sovxozu ərazisinə gəlmiş, Zərərçəkmiş şəxs1 məxsus evdən bir ədəd tar, bir ədəd gitara, bir ədəd samovar, iki ədəd 0,75 q «Smirnov» arağını oğurlamış, həmin evin həyətindən çıxan kimi həmin həyətlə qonşu olan aralarında daş hasar olan Zərərçəkmiş şəxs9 məxsus evin həyətə girmişdir. Həyətdə bir mərtəbəli yaşayış evi vardır. Evin pəncərəsini sındırıb evə daxil olmuş və evi axtarmağa başlamışdır. Evə baxdıqdan sonra evin mətbəxinin plastik qapısını, bir ədəd su qızdırıcısını və hamam otağında olan əlüzyuyanı söküb oğurlamış, oğurladığı əşyaları gətirib avtomobilinə yığıb evinə gətirmişdir. (cild 3, iş.v. 164-166) Təqsirləndirilən şəxs tərəfindən Suraxanı RPİ-nin İŞ-nə ünvanlanmış ərizədən görünür ki, X3 məxsus ünvan 26 ünvanda yerləşən fərdi yaşayış evindən heç vaxt oğurluq etməmiş, ümumiyyətlə Əmircan qəsəbəsi ərazisindən heç bir oğurluq etməmişdir. Siyavuş Allahverdiyevin evindən oğurluq əməlini törətməsi barədə verdiyi ifadəsi həqiqəti əks etdirmir, həmin fakta görə ona elan olunmuş ittiham tam əsassızdır, buna görə də X2 evindən oğurluq edilməsi faktı ilə bağlı ona elan edilmiş ittiham üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. (cild 3, iş.v. 167) Suraxanı RPİ-nin İŞ-in əməliyyat tapşırığına cavab olaraq ünvanlanmış 10 fevral 2024-cü il tarixli, ********* saylı məktubdan görünür ki, X2 evindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin Təqsirləndirilən şəxs həmin cinayəti törətməsinə dair təqsirliliyini təsdiq edən əlavə məlumatlar əldə edilməsi mümkün olmamışdır. (cild 3, iş.v. 217) 01 fevral 2024-cü il tarixli, “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 təklif olunmuşdur ki, tanınma keçirilən xidməti otağa daxil olub tanıya bilib-bilməməsi üçün “Sony” markalı televizora baxış keçirsin. Zərərçəkmiş şəxs soldan sağa 2-ci sırada qoyulmuş “Sony” markalı televizoru göstərib oxşar əşyalar arasından fərdi əlamətlərinə görə seçib tanımış və özünə məxsus olmasını bildirmişdir. (cild 3, iş.v. 173) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs10, Suraxanı RPİnin İŞ-nin müstəntiqindən ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış 01 ədəd «Sony» markalı televizoru məhkəmədə maddi sübutların taleyinə aydınlıq gətirilənə qədər saxlanılmasından ötrü təhvil almışdır. (cild 3, iş.v. 174-175) 11 fevral 2024-cü il tarixli, “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs1, müxtəlif çeşidli maddi sübutların içərisindən 01 ədəd musiqi aləti tarı və 02 ədəd musiqi alətini tanıyaraq bildirmişdir ki, həmin 01 ədəd tar və 01 ədəd gitara ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış tar və gitaradır. (cild 3, iş.v. 177- 178) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1, Suraxanı RPİnin İŞ-nin müstəntiqindən ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış 01 ədəd musiqi aləti tarı və 01 ədəd musiqi aləti gitaranı məhkəmədə maddi sübutların taleyinə aydınlıq gətirilənə qədər saxlanılmasından ötrü təhvil almışdır. (cild 3, iş.v. 179) 12 fevral 2024-cü il tarixli, “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs2 müxtəlif çeşidli maddi sübutların içərisindən 02 ədəd çex istehsalı xrustal meyvə qabı tanıyaraq bildirmişdir ki, həmin 02 ədəd çex istehsalı xrustal meyvə qabı ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyalardır. (cild 3, iş.v. 181-182) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2, Suraxanı RPİnin İŞ-nin müstəntiqindən ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış 02 ədəd çex istehsalı xrustal meyvə qabını məhkəmədə maddi sübutların taleyinə aydınlıq gətirilənə qədər saxlanılmasından ötrü təhvil almışdır. (cild 3, iş.v. 183-184) 12 fevral 2024-cü il tarixli, “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs6 müxtəlif çeşidli maddi sübutların içərisindən 01 ədəd bucaqlı kəsici aləti, 01 ədəd «Total» markalı batareyalı böyük direli və 01 ədəd «Total» markalı batareyalı kiçik direlin qutusunu tanıyaraq bildirmişdir ki, həmin 01 ədəd bucaqlı kəsici aləti, 01 ədəd «Total» markalı batareyalı böyük direli və 01 ədəd «Total» markalı batareyalı kiçik direlin qutusu ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyalardır. Evindən oğurlanmış digər əşyaları isə maddi sübutların içərisindən aşkar etmədiyini bildirmişdir. (cild 3, iş.v. 186-187) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs6, Suraxanı RPİnin İŞ-nin müstəntiqindən ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış 01 ədəd bucaqlı kəsici aləti, 01 ədəd «Total» markalı batareyalı böyük direli və 01 ədəd «Total» markalı batareyalı kiçik direlin qutusunu məhkəmədə maddi sübutların taleyinə aydınlıq gətirilənə qədər saxlanılmasından ötrü təhvil almışdır. (cild 3, iş.v. 185-186) 16 fevral 2024-cü il tarixli, “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs8 müxtəlif çeşidli maddi sübutların içərisindən 01 ədəd «Markus» markalı su nasosunu tanıyaraq bildirmişdir ki, həmin 01 ədəd «Markus» markalı su nasosu ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyadır. Digər əşyaları isə maddi sübutların içərisindən aşkar etmədiyini bildirmişdir. (cild 3, iş.v. 191-192) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs8, Suraxanı RPİnin İŞ-nin müstəntiqindən ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış 01 ədəd «Markus» markalı su nasosunu məhkəmədə maddi sübutların taleyinə aydınlıq gətirilənə qədər saxlanılmasından ötrü təhvil almışdır. (cild 3, iş.v. 193) 17 fevral 2024-cü il tarixli, “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs11 müxtəlif çeşidli maddi sübutların içərisindən 01 ədəd tikintidə istifadə olunan metrəni və 01 bağlama tikintidə istifadə olunan əlcəyi tanıyaraq bildirmişdir ki, həmin 01 ədəd metrə və 01 bağlama tikintidə istifadə olunan əlcək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyadır. Oğurlanmış digər əşyaları isə maddi sübutların içərisindən aşkar etmədiyini bildirmişdir. (cild 3, iş.v. 195-196) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs11, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış 01 ədəd tikintidə istifadə olunan metrəni və 01 bağlama tikintidə istifadə olunan əlcəyi məhkəmədə maddi sübutların taleyinə aydınlıq gətirilənə qədər saxlanılmasından ötrü təhvil almışdır. (cild 3, iş.v. 197- 198) 20 fevral 2024-cü il tarixli, “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs3 müxtəlif çeşidli maddi sübutların içərisindən 01 ədəd dəmirkəsəni (laqonda) tanıyaraq bildirmişdir ki, həmin 01 ədəd dəmirkəsən (laqonda) ona məxsusdur və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyadır. (cild 3, iş.v. 200-201) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3, Suraxanı RPİnin İŞ-nin müstəntiqindən ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış 01 ədəd dəmirkəsəni (laqonda) məhkəmədə maddi sübutların taleyinə aydınlıq gətirilənə qədər saxlanılmasından ötrü təhvil almışdır. (cild 3, iş.v. 202) 20 fevral 2024-cü il tarixli, “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs4 Teymur oğlu müxtəlif çeşidli maddi sübutların içərisindən bir ədəd «Shivaki» markalı televizoru və 02 ədəd səsgücləndiricini (kalonka) tanıyaraq bildirmişdir ki, həmin «Shivaki» markalı televizor və 02 ədəd səsgücləndirici ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyadır. Evindən oğurlanmış 01 ədəd «Panasonic» markalı musiqi mərkəzini isə maddi sübutların içərəsindən aşkar etmədiyini bildirmişdir. (cild 3, iş.v. 204-205) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 Teymur oğlu, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqindən ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən 01 ədəd «Shivaki» markalı televizoru və 02 ədəd səsgücləndiricini (kalonka) məhkəmədə maddi sübutların taleyinə aydınlıq gətirilənə qədər saxlanılmasından ötrü təhvil almışdır. (cild 3, iş.v. 206- 207) 21 fevral 2024-cü il tarixli, “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs7 müxtəlif çeşidli maddi sübutların içərisindən 05 ədəd «DAHUA» markalı müşahidə kamerasını tanıyaraq bildirmişdir ki, həmin 05 ədəd «DAHUA» markalı müşahidə kamerası ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyalardır. (cild 3, iş.v. 209-210) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs7, Suraxanı RPİnin İŞ-nin müstəntiqdən ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən 05 ədəd «DAHUA» markalı müşahidə kamerasını məhkəmədə maddi sübutların taleyinə aydınlıq gətirilənə qədər saxlanılmasından ötrü təhvil almışdır. (cild 3, iş.v. 211-212) 22 fevral 2024-cü il tarixli, “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs5 müxtəlif çeşidli maddi sübutların içərisindən 01 ədəd dəmirkəsəni (laqonda) və 01 ədəd perforatoru tanıyaraq bildirdi ki, həmin 01 ədəd dəmirkəsən (laqonda) və 01 ədəd perforator ona məxsusdur və usta kimi işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyalardır. (cild 3, iş.v. 214-215) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs5, Suraxanı RPİnin İŞ-nin müstəntiqindən ona məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış 01 ədəd dəmirkəsəni (laqonda) və 01 ədəd perforatoru məhkəmədə maddi sübutların taleyinə aydınlıq gətirilənə qədər saxlanılmasından ötrü təhvil almışdır. (cild 3, iş.v. 216) Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin DİN BCAİyə ünvanlanmış 19 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Suraxanı RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-54/2-13386/23 nömrəli məktubu vasitəsilə xx.xx.2023-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar sahəsi ünvanında yerləşən vət.Zərərçəkmiş şəxs2 məxsus 19 saylı bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİnin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 05 ədədi (ADİS-in məlumat bankına İHOSMT və BƏSİİ-dən daxil olan) xx.xx.1980-ci ildə Saatlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin adsız (02 dəfə, plastik qab üzərindən götürülüb), çeçelə (01 dəfə, evin giriş qapısı üzərindən götürülüb) barmaqlarının əksləri və sağ əlinin ovuc (02 dəfə, qapı üzərindən götürülüb) əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. (cild 3, iş.v. 219) Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 05 mart 2024-cü il tarixli, 24/510 saylı daktiloskopik ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, xx.xx.2023-cü tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağlar sahəsi ünvanında vət.Zərərçəkmiş şəxs2 məxsus 19 saylı bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd kağız parçasının üzərinə yapışdırılmış 03 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 04 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyinləşdirilməsi üçün yararlı olmuşdur. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 05 ədəd əl izi xx.xx.1980-ci ildə Saatlı onunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc əksi, şəhadət, orta (02 dəfə) və çeçələ barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. (cild 3, iş.v. 221-226) 07 mart 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələrlə yenidən ittiham elan olunması və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 3 küçəsi, nömrəsiz evdən aşkar edilib götürülmüş iş üzrə Zərərçəkmiş şəxs1 məxsus olan 01 ədəd tar və 01 ədəd gitara, Zərərçəkmiş şəxs6 məxsus olan 01 ədəd bucaqlı kəsici aləti, 01 ədəd «Total» markalı batareyalı böyük direl və 01 ədəd «Total» markalı batareyalı kiçik direlin qutusu, Zərərçəkmiş şəxs7 məxsus olan 05 ədəd «DAHUA» markalı müşahidə kamerası, Zərərçəkmiş şəxs4 Teymur oğluna məxsus olan bir ədəd «Shivaki» markalı televizor və 02 ədəd səsgücləndirici (kalonka), Zərərçəkmiş şəxs2 məxsus olan 02 ədəd çex istehsalı xrustal meyvə qabları, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd dəmirkəsən (laqonda), zərərəkmiş şəxs Zərərçəkmiş şəxs11 məxsus 01 ədəd tikintidə istifadə olunan metrə və 01 bağlama tikintidə istifadə olunan əlcək, Zərərçəkmiş şəxs8 məxsus olan 01 ədəd «Markus» markalı su nasosu, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs10 məxsus 01 ədəd «Sony» markalı televizor, Zərərçəkmiş şəxs5 məxsus bir ədəd 01 ədəd dəmirkəsən (laqonda) və 01 ədəd perforator, həmçinin Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi bir ədəd mantirovka və bir ədəd kəsər iş üzrə maddi sübut kimi tanınmış, zərərçəkmiş şəxslərə məxsus əşyaların məhkəmədə maddi sübutların taleyinə aydınlıq gətirilənə kimi qəbzlə təhvil götürülməsi nəzərə alınmış, cinayətdə istifadə olunmuş bir ədəd mantirovka və 01 ədəd kəsər isə saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə ünvan 31 ünvanda yerləşən vət. Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri iş üzrə maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs X1 məxsus, yaşayış sahəsi hesab edilən, ünvan 32 ünvanda yerləşən 2 mərtəbəli evindən ümumi dəyəri 950 manat təşkil edən qab-qaşıq dəsti və 10 litr həcmli 01 ədəd samovarı gizli olaraq ələ keçirib oğurlaması faktı sübuta yetirilmədiyindən həmin fakta görə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilmişdir. X1 məxsus, yaşayış sahəsi hesab edilən ünvan 32 ünvanda yerləşən 2 mərtəbəli evindən ümumi dəyəri 950 manat təşkil edən qab-qaşıq dəsti və 10 litr həcmli 01 ədəd samovarın oğurlanması faktına görə cinayət işinin materiallarından ayrıca icraata material ayrılmışdır. (cild 3, iş.v. 236-253) 08 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə, saat 12:00-da ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (cild 4, iş.v. 2-5) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X31 tərəfindən göndərilmiş 11 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Saatlı rayonu, Potubəyli kənd sakini xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək Sabirabad Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində “dodaq və ağız boşluğunun açıq yarası, dilin distal ucunun kəsilməsi” diaqnozu ilə stasionar şəraitdə müalicə olunmuşdur. Müvafiq xəstəlik tarixi və müşahidə gündəliyi məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş, müalicə xərcləri icbari tibbi sığorta vasitəsilə ödənilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il və 02 sentyabr 2024-cü il tarixli, 1(010)-256/2024 saylı qərarları ilə məhkəmə iclaslarında iştirak etmədiyindən barəsində məcburi gətirilmə qərarı qəbul edilmiş, Suraxanı RPİ-nin 32-ci polis bölməsi tərəfindən qərarın icrası ilə əlaqədar göndərilmiş 02 sentyabr 2024-cü il tarixli cavab məktubundan müəyyən olunmuşdur ki, o, yaşadığı ünvandan Saatlı rayonuna çıxıb getmişdir. Həmçinin 32-ci polis bölməsi tərəfindən göndərilmiş 05 sentyabr 2024-cü il tarixli məktubdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Həmin dövr ərzində Sabirabad Rayon Məhkəməsinin də icraatında onun Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi olduğundan və məhkəmənin çağırışlarına gəlmədiyindən həmin məhkəmənin 26 sentyabr 2024-cü il tarixli, 1(056)-111/2024 saylı qərarı ilə axtarış elan edilməklə, barəsində həmin cinayət işi ilə əlaqədar seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Sabirabad RPŞ tərəfindən Sabirabad Rayon Məhkəməsinə ünvanlanmış 02 noyabr 2024-cü il tarixli məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbirləri nəticəsində 02 dekabr 2024-cü il tarixdə Bakı şəhəri ərazisində tutularaq Sabirabad RPŞ-yə gətirilmişdir. Sabirabad Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 1(056)-111/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə və əvvəli 02 dekabr 2024-cü il tarixdən hesablanmaqla, qəti olaraq 02 il 09 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 1(106)-256/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, onun Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 1(056)-111/2024 saylı hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Hazırda isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanası tərəfindən göndərilmiş 15 may 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2024-cü il tarixdə təcridxanaya daxil olmuşdur.Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən təqsirləndirilən şəxs keçirdiyi xəstəliklər barədə məlumatlarda 2010-cu ildə sağ tərəfli qasıq yırtığına görə cərrahi əməliyyat olunduğunu, 2024-cü ilin yanvar ayında dilinin 3-də bir hissəsini kəsdiyini bildirmişdir. Xəsarət almadığını bildirmiş, baxış zamanı yeni zədə və ya xəsarət izləri aşkar edilməmişdir. Təcridxanada olduğu müddətdə PX-nin Müalicə Müəsssisəsinə göndərilməmişdir. Məktuba müvafiq olaraq tibbi kitabça əlavə olunaraq məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X26 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X29 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü tam təqsirli bilsə də, məhkəmə iclasları zamanı özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü ittihamda qeyd olunan 11 oğurluq epizodunun yalnız 4-ündə təqsirli bilir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində olan həyət evlərinin bir çoxunda yaşayış olmadığını müşahidə etmiş və 2023-cü ilin may-iyun ayları ərzində maddi vəziyyətinin yaxşı olmaması səbəbi ilə həmin ünvanda yaşayış olmayan evlərdən oğurluq etmək qərarına gəlmişdir. Daha sonra bir neçə evə daxil olmuş, Zərərçəkmiş şəxs4 Teymur oğluna məxsus olan evdən 01 ədəd “Shivaki” markalı televizoru, 01 ədəd “Panasonic” markalı musiqi mərkəzini, Zərərçəkmiş şəxs5 məxsus evdən 01 ədəd perforatoru və 01 ədəd laqondanı oğurlamışdır. Daha sonra 2023-cü ilin iyun ayında yenidən eyni ərazidə yaşayış olmayan evdən oğurluq etmiş və Zərərçəkmiş şəxs1 məxsus evdən 01 ədəd tar, Zərərçəkmiş şəxs7 məxsus evdən 05 ədəd müşahidə kamerası və yaddaş qurğularını oğurlamışdır. 2023-cü ilin iyun ayının axırında yenidən oğurluq etmək qərarına gəlmiş və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivinə gəlmiş, lakin oğurluq əməli başa çatmamış polis əməkdaşları tərəfindən saxlanılmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 Teymur oğlunun, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 evindən edilmiş oğurluq faktı ilə əlaqədar təqsirləndirilən şəxs özünü tam təqsirli bilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsi ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin ümumilikdə 11 epizoddan 4-ü üzrə özünü təqsirli bilməsi, qalan epizodlar üzrə təqsirli bilməməsi ilə bağlı heç bir mötəbər sübut mövcud deyildir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 Teymur oğlunun, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 evindən edilmiş oğurluq faktı ilə əlaqədar tam təqsirli bilmişdir. Zərərçəkmiş şəxs9 evindən edilmiş oğurluq cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı məhkəmə qeyd edir ki, 27 yanvar 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, oğurluq etdiyi evi göstərib təqdim etsin. Bununla da, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 evini göstərərək həmin evdən oğurluq etməsini bildirmiş və oğurladığı əşyaların adlarını hadisə yerində ifadə verərək bildirmişdir. Bundan əlavə protokoldan görünür ki, həmin ev, həqiqətən də oğurluq etdiyi ilə bağlı özünü tam təqsirli bildiyi Zərərçəkmiş şəxs1 evinin həyətindən çıxan kimi həmin həyətlə qonşu olan aralarında daş hasar olan həyətdəki evdir. Zərərçəkmiş şəxs6 evindən edilmiş oğurluq cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı məhkəmə qeyd edir ki, 14 iyul 2023-cü il tarixli “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, oğurluq etdiyi evi göstərib təqdim etsin. O, Zərərçəkmiş şəxs6 evini göstərərək oğurluq əməlini necə törətməsini və hansı əşyaları oğurlamasını etiraf etmişdir. 12 fevral 2024-cü il tarixli, “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs6 müxtəlif çeşidli maddi sübutların içərisindən özünə məxsus olan 01 ədəd bucaqlı kəsici aləti, 01 ədəd «Total» markalı batareyalı böyük direli və 01 ədəd «Total» markalı batareyalı kiçik direlin qutusunu tanımış, bildirmişdir ki, həmin əşyalar ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyalardır. Zərərçəkmiş şəxs2 evindən edilmiş oğurluq cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı məhkəmə qeyd edir ki, 12 fevral 2024-cü il tarixli, “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs2 02 ədəd çex istehsalı xrustal meyvə qabını tanıyaraq bildirmişdir ki, həmin əşyalar ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyalardır. Bundan başqa, 29 iyun 2023-cü il tarixli, “baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, oğurluq əməlini törətməkdə şübhəli olan şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı evin otaqlarından birində müxtəlif çeşidlərdə xeyli sayda məişət əşyaları, tikinti-təmir alət və vasitələri və sair əşyaların səliqəsiz şəkildə səpələnmiş vəziyyətdə yığılıb saxlanıldığı aşkar edilmişdir. Həmin əşyaların içərisində iki ədəd xrustal qab da olmuşdur. Həmin əşyanın Təqsirləndirilən şəxs evindən aşkar edilməsi həmin oğurluğun məhz onun tərəfindən törədilməsinə dəlalət edir. Bundan başqa Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 05 mart 2024-cü il tarixli, 24/510 saylı ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, xx.xx.2023-cü tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar sahəsi ünvanında Zərərçəkmiş şəxs2 məxsus 19 saylı bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 05 ədəd əl izi xx.xx.1980-ci ildə Saatlı onunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc əksi, şəhadət, orta (02 dəfə) və çeçələ barmaqlarının əksləri ilə eynilik müəyyən etmişdir. Həmçinin həmin əl izləri 27 mart 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut qismində tanınmışdır. Zərərçəkmiş şəxs3 evindən edilmiş oğurluq cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı məhkəmə qeyd edir ki, 02 iyul 2023-cü il tarixli, “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, oğurluq etdiyi evləri göstərib təqdim etsin. O, Zərərçəkmiş şəxs3 evini göstərərək oğurluq əməlini necə törətməsini və hansı əşyaları oğurlamasını etiraf etmişdir. Bundan başqa, 20 fevral 2024-cü il tarixli, “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs3 müxtəlif çeşidli maddi sübutların içərisindən 01 ədəd dəmirkəsəni (laqonda) tanıyaraq bildirmişdir ki, həmin 01 ədəd dəmirkəsən (laqonda) ona məxsusdur. Həmçinin elektrik dəmir kəsən alət (laqonda) Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilən zaman onun evindən aşkar edilmiş əşyalar sırasında olmuşdur. Zərərçəkmiş şəxs11 əşyalarının evdən oğurlanması cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı məhkəmə qeyd edir ki, 13 iyul 2023-cü il tarixli “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, oğurluq etdiyi evləri göstərib təqdim etsin. O, Zərərçəkmiş şəxs11 əşyalarının olduğu evi göstərərək oğurluq əməlini necə törətməsini və hansı əşyaları oğurlamasını etiraf etmişdir. Bundan başqa, 17 fevral 2024-cü il tarixli, “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs11 müxtəlif çeşidli maddi sübutların içərisindən 01 ədəd tikintidə istifadə olunan metrəni və 01 bağlama tikintidə istifadə olunan əlcəyi tanıyaraq bildirmişdir ki, həmin əşyalar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyalardır. Həmçinin tikinti metrəsi, bir top bağlamada tikinti əlcəkləri Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilən zaman onun evindən aşkar edilmiş əşyalar sırasında olmuşdur. Zərərçəkmiş şəxs8 evindən edilmiş oğurluq cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı məhkəmə qeyd edir ki, 15 iyul 2023-cü il tarixli “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, oğurluq etdiyi evi göstərib təqdim etsin. O, Zərərçəkmiş şəxs8 evini göstərərək oğurluq əməlini necə törətməsini və hansı əşyaları oğurlamasını etiraf etmişdir. Bundan başqa, 16 fevral 2024-cü il tarixli, “əşyaya baxış keçirilməsi haqqında” protokoldan da görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs8 müxtəlif çeşidli maddi sübutların içərisindən 01 ədəd «Markus» markalı su nasosunu tanıyaraq bildirmişdir ki, həmin su nasosu ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyadır. Zərərçəkmiş şəxs8 məxsus 01 ədəd «Markus» markalı su nasosu da Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman onun evindən aşkar edilmiş əşyalar sırasında olmuşdur. Zərərçəkmiş şəxs10 evindən edilmiş oğurluq cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı məhkəmə qeyd edir ki, 27 yanvar 2024-cü il tarixli “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, oğurluq etdiyi evi göstərib təqdim etsin. O, Zərərçəkmiş şəxs10 evini göstərərək oğurluq əməlini necə törətməsini və hansı əşyaları oğurlamasını etiraf etmişdir. Bundan başqa, bir ədəd «Sony» markalı televizor Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman onun evindən aşkar edilmiş əşyalar sırasında olmuşdur. Həmçinin 01 fevral 2024-cü il tarixli, “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs “Sony” markalı televizoru göstərib oxşar əşyalar arasından fərdi əlamətlərinə görə seçib tanımış və özünə məxsus olmasını bildirmişdir. Odur ki, məhkəmə tərəfindən yuxarıda qeyd olunan xüsusatlarla ittihamda qeyd edilən bütün epizodlar üzrə həmin oğurluq əməllərinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, oğurluq əməllərinin hamısının Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivindəki yaşayış evlərində bir-birinə yaxın dövr ərzində ard-arda törədilməsi də təqsirləndirilən şəxsin özünü bəzi epizodlar üzrə təqsirli bilməməsinin özünümüdafiə xarakterli olmasını göstərir. Təqsirləndirilən şəxs barəsində əvvəllər də dəfələrlə Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə ittihamedici hökmlər çıxarılmış və prosessual hərəkətlərin hansı formada keçirilməsi, bunun nəticələri ilə bağlı kifayət qədər məlumatlı olmuşdur. Həmçinin özü də ifadəsində oğurluq əməli ilə ehtiyacı olduğu üçün mütəmadi məşğul olduğunu bildirmişdir. Həmçinin ona polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqin göstərilmədiyi halda, onun ibtidai istintaq dövründə özünü təqsirli bilməsi ilə bağlı etirafedici ifadələr verməsi heç cür məntiqəuyğun deyildir. Həmçinin qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs 18 yanvar 2024cü il tarixdə Sabirabad RPŞ-nin müvəqqəti saxlama yerində özünə qəsdən xəsarət yetirərək “dodaq və ağız boşluğunun açıq yarası, dilin distal ucunun kəsilməsi” diaqnozu qoyulmuşdur. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs həmin xəsarətləri hazırki iş üzrə deyil Sabirabad RPŞ-də istintaqı aparılmış və Sabirabad rayon Məhkəməsində baxılmış cinayət işinə etiraz olaraq törətmişdir. Həmin iş üzrə Sabirabad rayon Məhkəməsi tərəfindən 17 dekabr 2024-cü il tarixdə ittiham hökmü çıxarılmış və həmin hökmdən Təqsirləndirilən şəxs şikayət versə də Şirvan Apellyasiya Məhkəməsi tərəfindən şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Həmçinin Sabirabad rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs Saatlı rayon inzibati ərazi dairəsi üzrə mənfi xarakterizə olunmuşdur. Həmçinin təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və xəsarət almadığını bildirmiş, baxış zamanı yeni zədə və ya xəsarət izləri aşkar edilməmişdir. Təcridxanada olduğu müddətdə PX-nin Müalicə Müəsssisəsinə göndərilməmişdir. Odur ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəyini, sorğulara alınmış cavabları, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. X26 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair 25 yanvar 2021-ci il tarixli Plenum Qərarına əsasən Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-nin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. CM-nin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Maddənin mahiyyətindən göründüyü kimi, təkrar cinayətlər eyni və həmcins cinayətlərə bölünür. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən -Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur; -Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən beş yüz manatdan yuxarı məbləğ həmin Məcəllənin 177.1-ci maddəsinə, yüz manatdan yuxarı məbləğ isə 177.2-ci maddəsinə aid olmaqla cinayət tərkibinin konkretləşdirici əlaməti kimi çıxış edir; oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq etmə, yəni özgənin əmlakını gizli olaraq təkrar talama-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İş üzrə Zərərçəkmiş şəxs5 tərəfindən ünvanlanmış və 24 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramda, o Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Ziyanın ödənilməsini istəyir. Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə ünvanlanmış 26 fevral 2025-ci il tarixli yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir. Ona dəymiş ziyanın bir qismi qaytarılmışdır. Geridə qalan videoqeydiyyat, 02 ədəd direl, deşici perforator və s. isə qalmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İşi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməməsinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs11 tərəfindən 12 mart 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir. Ona dəymiş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs9 təqsirləndirilən şəxslə barışıb-barışmaması ilə bağlı mövqeyini bildirməmiş, iş materiallarında şikayəti olduğundan barışığın olmaması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, X14, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 təqsirləndirilən şəxsdən şikayətçidirlər. Lakin iş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış 08 iyul 2024-cü il tarixli yazılı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməsə də, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə ünvanlanmış 22 may 2024-cü il tarixli yazılı ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxs4 tərəfindən 12 mart 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış yazılı ərizədən görünür ki, ona dəymiş ziyan qismən ödənilmişdir. Hazırda şikayətçi deyildir. Əşyaların tam qaytarılmamasına baxmayaraq təqsirləndirilən şəxsə qarşı tələb və ya şikayəti yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən 22 may 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış yazılı ərizədən görünür ki, məhkəmə baxışının iştirakı olmadan keçirilməsinə etiraz etmir. Hazırda Təqsirləndirilən şəxs hər-hansı bir tələbi yoxdur və iş üzrə hökm çıxarıldığı halda, ondan şikayət etməyəcəkdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar, ekspertiza rəyi, verilmiş sorğulara cavablar, əl-barmaq izləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə məhkum edilmişdir. Sonuncu dəfə, Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli, 1(010)-42/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək əvvəli 24 iyul 2016-cı ildən hesablanmaqla, 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 07 may 2018-ci il tarixli, Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzası ilə 04 il 09 aya endirilmişdir. Həmin məhkəmənin 08 yanvar 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs, Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli hökmü ilə az ağır cinayət əməlinə görə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti azad edildiyi tarixdən 02 il müddət keçdikdən sonra, 2023-cü ilin may ayında yenidən cinayət törətmişdir. Buna görə də, o, məhkumluğu ödənilmiş və götürülmüş şəxs hesab olunur. Bundan əlavə, hazırki cinayət işi üzrə əməlləri törətdikdən sonra, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 1(056)-111/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə və əvvəli 02 dekabr 2024-cü il tarixdən hesablanmaqla, qəti olaraq 02 il 09 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 1(106)-256/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, onun Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 1(056)-111/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən bəziləri ilə barışması, onlara vurduğu ziyanı qismən ödəməsi və himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən məhkəmə tərəfindən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. X26 16-cı bəndinə əsasən birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli Qərarına əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. O da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Sabirabad Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 1(056)-111/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə ev dustaqlığında saxlanıldığı müddət və hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu müddətlərin cəmi Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 02 dekabr 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, iş üzrə maddi sübut qismində tanınmış və Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 3 küçəsi, nömrəsiz evdən aşkar edilib götürülmüş iş üzrə Zərərçəkmiş şəxs1 məxsus olan 01 ədəd tar və 01 ədəd gitaranın, Zərərçəkmiş şəxs6 məxsus olan 01 ədəd bucaqlı kəsici alətin, 01 ədəd «Total» markalı batareyalı böyük direl və 01 ədəd «Total» markalı batareyalı kiçik direlin qutusunun, Zərərçəkmiş şəxs7 məxsus olan 05 ədəd «DAHUA» markalı müşahidə kamerasının, Zərərçəkmiş şəxs4 Teymur oğluna məxsus olan bir ədəd «Shivaki» markalı televizor və 02 ədəd səsgücləndiricininin (kalonka), Zərərçəkmiş şəxs2 məxsus olan 02 ədəd çex istehsalı xrustal meyvə qablarının, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd dəmirkəsənin (laqonda), Zərərçəkmiş şəxs11 məxsus 01 ədəd tikintidə istifadə olunan metrə və 01 bağlama tikintidə istifadə olunan əlcəyin, Zərərçəkmiş şəxs8 məxsus olan 01 ədəd «Markus» markalı su nasosunun, zərərçəkmiş şəxs X10 məxsus 01 ədəd «Sony» markalı televizorun və Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd dəmirkəsən (laqonda) və 01 ədəd perforatorun ibtidai istintaq dövründə qəbzlə zərərçəkmiş şəxslərə (qanuni sahiblərinə) təhvil verilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut qismində tanınmış və 06 sentyabr 2023-cü il tarixdə ünvan 35 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əlbarmaq izlərinin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, zərərçəkmiş şəxslərə cinayət əməlləri nəticəsində onlara dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri həmçinin aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakın müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət törədərkən istifadə edilmiş iş üzrə maddi sübut qismində tanınmış bir ədəd mantirovka və bir ədəd kəsər xüsusi müsadirə olunmalı və xüsusi müsadirə olunmuş maddi sübut hökm qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə təqdim olunaraq məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat məbləğində əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 40 iş saatı üçün 440 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona 03 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sabirabad Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 1(056)-111/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan 03 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 04 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 24 yanvar 2024-cü il tarixdən 26 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 08 ay 02 gün müddət və hazırkı iş üzrə 30 iyun 2023-cü il tarixdən 02 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, 02 iyul 2023-cü il tarixdən 04 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və 11 iyul 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət cəmi 08 ay 08 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 il 05 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut qismində tanınmış və Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 3 küçəsi, nömrəsiz evdən aşkar edilib götürülmüş iş üzrə Zərərçəkmiş şəxs1 məxsus olan 01 ədəd tar və 01 ədəd gitaranın, Zərərçəkmiş şəxs6 məxsus olan 01 ədəd bucaqlı kəsici alətin, 01 ədəd «Total» markalı batareyalı böyük direl və 01 ədəd «Total» markalı batareyalı kiçik direlin qutusunun, Zərərçəkmiş şəxs7 məxsus olan 05 ədəd «DAHUA» markalı müşahidə kamerasının, Zərərçəkmiş şəxs4 Teymur oğluna məxsus olan bir ədəd «Shivaki» markalı televizor və 02 ədəd səsgücləndiricinin (kalonka), Zərərçəkmiş şəxs2 məxsus olan 02 ədəd çex istehsalı xrustal meyvə qablarının, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd dəmirkəsənin (laqonda), Zərərçəkmiş şəxs11 məxsus 01 ədəd tikintidə istifadə olunan metrə və 01 bağlama tikintidə istifadə olunan əlcəyin, Zərərçəkmiş şəxs8 məxsus olan 01 ədəd «Markus» markalı su nasosunun, zərərçəkmiş şəxs X10 məxsus 01 ədəd «Sony» markalı televizorun və Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd dəmirkəsənin (laqonda) və 01 ədəd perforatorun (dəlici çəkic) ibtidai istintaq dövründə qəbzlə zərərçəkmiş şəxslərə (qanuni sahiblərinə) təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs tərəfindən cinayət törədərkən istifadə edilmiş iş üzrə maddi sübut qismində tanınmış bir ədəd mantirovka və bir ədəd kəsər xüsusi müsadirə edilsin. Xüsusi müsadirə olunmuş maddi sübutlar hökm qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə təqdim olunaraq məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış və 06 sentyabr 2023-cü il tarixdə ünvan 35 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izlərinin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxslərə cinayət əməlləri nəticəsində onlara dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Dövlət hesabına təyin edilmiş Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 40 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 440 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar