Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-310/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbayjan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 38, mənzil 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yeni növ koronavirus infeksiyasmın (Covid-19 PCR) təyini üçün barəsində aparılmış laborator müayinənin nəticəsi pozitiv olmaqla, “Covid-19” virus infeksiyasma yoluxub hava-damcı yolu ilə keçən həmin mfeksiyanın daşıyıcısı olaraq, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il 06 noyabr tarixli 443 nömrəli Qərarı və Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydalarının 4.5.5-ci maddəsinin tələblərinə əsasən digər şəxsləri xəstəliyə yoluxdura biləcəyinə görə 14 gün müddətinə karantin qaydalarına uyğun müşahidəyə götürülərək, hüquq və vəzifələri, göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə ona məlumat verilməklə yaşadığı mənzili (evi) tərk etməməsi və bu tələblərin pozulmasına görə qanunda nəzərdə tututulmuş cinayət məsuliyyəti barədə xəbərdar olmasına baxmayaraq, 27 dekabr 2021-ci il tarixdə, günorta saatlarında yaşadığı ünvan 2 ünvanını tərk edərək, küçədə piyada hərəkət edib, xüsusi karantin rejimini pozaraq, yeni növ koronavirus (COVİD- 19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmış və 27 dekabr 2020-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb təlimatlandırılaraq, yaşadığı ünvana qaytarılmışdır. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2019-cu ilin iyul ayından 2021-ci ilin iyun aymadək Fövqəladə Hallar Nazirliyi DYMX Neftayırma müəssisələri üzrə X3 19 nömrəli X4 Yanğınsöndürmə növbəsinin sürücüsü vəzifəsində işləmişdir, daxili xidmət çavuşu rütbəsini daşımışdır. O, növbəli iş rejimi üzrə işləmiş, bir gün tam sutka işdə olmuş, növbəti iki gün isə istirahət günü olduğundan, həmin günlər işə çıxmamışdır. 2020ci ilin dekabr ayında onun işlədiyi X4 bir neçə əməkdaşı koronavirus infeksiyasma yoluxmuşlar. Bununla bağlı rəhbərliyin göstərişi ilə həmin əməkdaşlarla ünsiyyətdə olmuş əməkdaşlar, o cümlədən o, infeksiyaya yoluxub-yoluxmadığmı müəyyən etmək üçün analiz verməli olmuş, buna görə də Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən poliklinikaya müraciət etmişdir. Növbəti gün yaşadığı evə tibb bacısı gələrək, ondan analiz üçün yaxma götürmüşdür. Analiz verdiyi tarix dəqiq yadında olmasa da, xatırladığına görə təxminən 26 dekabr tarixi olmuşdur. O, analiz verdikdən sonra analizin nəticəsini gözləmiş, həmin müddət ərzində onda yüngülvari baş ağrısı, halsızlıq, iy və dad bilmə hissinin itməsi əlamətləri olsa da, o, koronavirus infeksiyasına yoluxduğunu düşünməmişdir. Həmin vaxt böyrəyi ilə bağlı ağrıları olduğu üçün 2020-ci ilin dekabr ayının 27-də günorta saatlarında, təxminən saat 13 radələrində ot çayı almaq üçün Suraxanı bazarı tərəfdə yerləşən aptekə getmək üçün evdən çıxmışdır. Həmin vaxt ölkə ərazisində karantin rejimi ilə əlaqədar evdən çıxmaq qadağası tətbiq edildiyindən, polis əməkdaşları ona yaxınlaşaraq, yaşayış yerini tərk etmək üçün icazə olub-olmamasını soruşmuş, o, isə polis əməkdaşlarına xidməti və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Onlar portalda baxıb onun koronavirus xəstəsi olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu video çəkilişlə qeydə alaraq, ondan koronavirus xəstəsi olduğu halda, niyə yaşayış yerini tərk etdiyini soruşmuş, o, isə polis əməkdaşına analizin nəticəsi barəsə sms və ya digər formada ona məlumatın verilmədiyini bildirmişdir. Bundan sonra o, yaşadığı evə qayıtmış, evə qayıtdıqdan sonra xatırladığına görə ya həmin gün axşam saatlarında, ya da növbəti gün səhər saatlarında ona koronavirus infeksiyasına yoluxması barədə mesaj gəlmiş, bundan sonra o, müəyyən edilmiş təcrid qaydalarına riayət edib tam sağaldıqdan sonra işə çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, 2013-ci il tarixdən DİO-da, 2018-ci ildən isə Suraxanı RPİ-nin 31-ci PB-də CAŞ üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 2020-ci ilin dekabr ayında həmin vaxt ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar yaşayış yerini müvafiq icazə olmadan tərk etməmə tələbinə riayət edilib-edilməməsini yoxlamaq vəzifəsi polis əməkdaşlarına həvalə edildiyindən, polis əməkdaşları tərəfindən polis bölməsinin xidməti ərazisində reydlər keçirilərək, şəxslərin müvafiq icazələrinin olub-olmaması yoxlanılmışdır. Həmin yoxlanışlar zamanı koronavirus infeksiyasına yoluxduğu halda yaşayış yerini tərk edən şəxslər müəyyən edildikdə, reyd keçirən post-patrul xidməti əməkdaşları tərəfindən xidməti ərazi üzrə polis bölməsinin əməliyyat qrupununun üzvlərinə məlumat verilmişdir. 2020-ci ilin dekabr ayının 27-də günorta saatlarında o, əməliyyat qrupunda olarkən, postpatrul xidməti əməkdaşlarının məlumatı əsasında Suraxanı rayonunun X.Ələkbərov küçəsinə getmişdir. Həmin vaxt post-patrul xidməti əməkdaşları ona təxminən 30 yaşında bir cavan oğlanı, yəni hazırki iş üzrə Təqsirləndirilən şəxs göstərərək, onun koranavirus xəstəliyinə yoluxduğu halda, yaşadığı ünvanı qanunsuz tərk etdiyini bildirmişlər. O, Təqsirləndirilən şəxs koronavirusa yoluxduğu halda nə üçün yaşadığı evi tərk etdiyini soruşmuş, sonuncu isə aptekə getmək üçün evdən çıxdığını, koronavirus infeksiyasma yoluxub-yoluxmaması barədə analiz verdiyini, lakin nəticəsi barədə SMS mesajın hələ ona göndərilmədiyini, infeksiyaya yoluxmasının polis əməkdaşları onu saxlayaraq portalda yoxlayarkən ona məlum olduğunu bildirmişdir. Bundan sonra o, hal şahidlərinin iştirakı ilə videoçəkiliş aparmışdır.. Videoçəkiliş zamanı da Təqsirləndirilən şəxs koronavirus inleksiyasma yoluxmasına dair analizin nəticəsinin polis əməkdaşları onu saxladıqda ona məlum olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə qayıtması və koronavirus infeksiyasından müalicə olunduğu müddətdə yaşayış yerini tərk etməməsi tapşırılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2010-cu ildən 13 saylı BŞX-do sahə terapevti vəzifəsində işləyir. Vəzifə lunskiyası ona təhkim edilmiş ərazi üzrə xəstəxanaya müraciət edən xəstələrin terapevtik müayinəsi və müalicəsidir. Bundan əlavə “COVİD-19” pandemiyası dövründə sahə həkimi kimi ona təhkim edilmiş ərazidə koronavirus infeksiyasma yoluxmuş xəstələrin müayinəsi və müalicəsi, həmçinin, onların lazimi dərmanlarla təminatı da onun vəzifə funksiyasıdır. Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yaşayan sakinlərin müayinə və müalicəsi ona həvalə edilmişdir. 2019-cu ilin dekabr ayının 24-də Təqsirləndirilən şəxs xəstəxanaya zəng etməklə, özündə halsızlıq, qoxu və dad hissəsinin və sair əlamətlərin olduğunu bildirmiş, bunun əsasında xəstəxananın “Covid-19” infeksiyasına yoluxmuş şəxslərdən analiz götürülməsi üçün ayrılmış əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş və orada ondan analiz götürmüşlər. Həmin analizin nəticəsi 25 dekabr 2021-ci il tarixdə çıxınış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs koronavirus infeksiyasına yoluxmuşdur. Bundan sonra o, sahə terapevti kimi mütəmadi olaraq xəstə ilə əlaqə saxlamış, bu barədə xəstəlik tarixçəsində müvafiq qeydlər aparmışdır. Xəstə ev şəraitində müalicə olunmuş, o xəstəyə müvafiq dərmanları təyin etmiş və həmin dərmanların xəstə tərəfindən qəbul edilib-edilməməsini mütəmadi zəng etməklə yoxlamışdır. Təqsirləndirilən şəxs analizinin nəticəsi müsbət olduğu müəyyən edildikdən sonra, o, özü Təqsirləndirilən şəxs zəng etməklə izah etmişdir ki, o, koronavirus xəstəsidir, buna görə də yaşadığı yerdə özünü təcrid etməli, evdən çıxmamaladır, əks halda müvafiq məsuliyyətə cəlb ediləcək. Bundan başqa, 24.12.2021-ci il tarixdən Təqsirləndirilən şəxs xəstəlik vərəqəsi açılmış və bunun əsasında onun işə çıxmamalı olduğu ona izah edilmişdir. Xəstəlik tarixçəsində edilən qeydə əsasən 06.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlanılmış və o, şikayəti olmadığını bildirmişdir. 07.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs karantin müddəti bitmişdir. İş materiallarından görünür ki, 15 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi “ Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik hüquqi şəxsindən daxil olmuş 23 avqust 2021-ci il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs onun koronavirus infeksiyasına yoluxmasına dair “Hörmətli Təqsirləndirilən şəxs, Sizin 25.12.2020-ci il tarixdə COVİD-19 ilə bağlı verdiyiniz testin neticesi POZİTİVDİR. Xahish olunur, siz ve aile uzvleriniz yashayish yerinizi terk etmeyesiniz. Karantin rejimini pozduğunuz teqdirde, Azerbaycan Respublikasının inzibati Xetalar ve Cinayet Mecellelerinde nezerde tutulmush qaydada mesuliyyete celb oluna bilersiniz. İD : **********” məzmunlu mesaj 2020-ci il 26 dekabr tarixində, saat 20:48-də hltp:/İTS.GOV.AZ ünvanından göndərilmişdir. İş materiallarında olan 13 saylı Birləşmiş Şəhər Xəstəxanasından rayon prokurorluğuna daxil olmuş 21 aprel 2021-ci il tarixli, 215 saylı məktuba əsasən Təqsirləndirilən şəxs 24.12.2020-ci il tarixdə xəstəxananın müvafiq ərazi üzrə sahə həkiminə COVİD-19 infeksiyasınm şübhəli simptomları barədə məlumat verərək müşahidədə olmuşdur. 26.12.2020-ci il tarixdə COVİD-19 infeksiya virusu labarator təsdiqlənmiş, evdə müalicə alaraq həmin tarixdən 06.01.2021-ci il tarixədək virus xəstəliyinə görə xəstəlik vərəqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş baxış keçirilməsi barədə 06 avqust 2021-ci il tarixli protokoldan görünür ki, 13 saylı BŞX-də Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş və tərəfimdən xəstəxanadan götürülmüş xəstəlik tarixçəsinə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, xəstəlik tarixçəsində Təqsirləndirilən şəxs halsızlıq, iy və qoxu hissinin itməsi və sair şikayətləri əsasında onun yaşadığı ünvana “COVİD-19” virusunun yoxlanılması ilə əlaqədar analiz götürülməsi üçün briqada göndərilməsinə dair 24.12.2020-ci il tarixli qeyd var. Həmin tarixdən 06.01.2021 -ci il tarixədək Təqsirləndirilən şəxsla mütəmadi əlaqə saxlanılması və onun vəziyyətinin yoxlanılmasına dair qeydlər var. Tarixçədə Təqsirləndirilən şəxs verdiyi analizin nəticəsinin müsbət çıxmasına dair 25.12.2020-ci il tarixli qeyd var. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 X6 955/KEŞ saylı 25.11.2021-ci il tarixli rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənəddə göstərilənə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlınmişdir: 25.12.2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasmın daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasmın inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədinə əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni epidemiya əleyhinə recimin, sanitariya-gigiyena və ya karantin rejimini pozub xəstəliyin yayılması üçün real təhlükə yaratması özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən, ittiham olunduğu cinayət əməlini etiraf etmədiyini, 2020-ci ilin dekabr ayının 27-də polis əməkdaşları tərəfindən saxlanılarkən, özünün “COVİD-19” virusunun yoluxmasına dair məlumatlı olmadığını göstərsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiəsi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, məhkəmə və ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri, Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi “ Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik hüquqi şəxsin arayışı, 13 saylı Birləşmiş Şəhər Xəstəxanasının arayışı, baxış keçirilməsi barədə 06 avqust 2021-ci il tarixli protokolu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının 27-də polis əməkdaşları tərəfindən saxlanılarkən, özünün “COVİD-19” virusunun yoluxmasına dair məlumatlı olmuş və həkim müayinəsi və müşahidəsi altında olmuşdur. Qeyd olunan sübutlar həqiqətə uyğun olduğundan, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər.Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və recimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları»na əsasən karantin nəzarəti yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsindən ibarətdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən karantin müəssisəsinə yerləşdirilən şəxs ÜST-nin tövsiyələri nəzərə alınmaqla və Azərbaycan Respublikasında qüvvədə olan sanitariya-gigiyena qaydalarına və normalarına uyğun olaraq laboratoriya müayinəsindən keçirilir. Laboratoriya müayinələrinin keçirilməsi zərurəti, onların sayı və keçirilməsi tezliyi yoluxucu xəstəliyin xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən yoluxucu xəstəliyə yoluxmuş şəxslə təmasda olan şəxslər son təmasdan sonra yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülürlər. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən bu Qaydaların 4.3-cü bəndində göstərilən şəxslər üzərində tibbi müşahidə ərazi ambulator-poliklinika müəssisəsi tərəfindən gündəlik olaraq telefon vasitəsilə həyata keçirilir. Həmiq Qaydaların 4.5-ci bəndinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, ilk dəfə olaraq jinayət əməli törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi əsas götürərək, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə recimin, sanitariya-gigiyena və ya karantin recimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda, təqsirləndirilən şəxs iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.2-ci maddəsinin tələblərinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə, təqsirləndirilən şəxsin əmlak vəziyyəti barəsində məlumatın olmamasını əsas götürərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə cəza növü olaraq cərimə cəzasının müəyyən edilməsi nəticə etibarı ilə sonuncunun vəziyyətinin tənasübsüz olaraq ağırlaşmasına səbəb olar. Məhkəmə onu da nəzərə alır ki, təyin olunacaq cəza real icra olunmalıdır, yəni cəzanın icrası konstitusion mahiyyət daşıyan və məhkəmə hakimiyyəti aktı olan ittiham hökmünün icrasını təmin etmək üçün nəzərdə tutulmuş tədbir vasitəsidir. Məhkəmə, həmçinin, bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah –tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimai-faydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə göstərilənləri nəzərə alaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyası daxilində aşağı həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dən növbəti gün saat 08.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-310/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-310/2021
16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver