Məhkəmə qərarları › İş №1(010)-310/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-310/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-310/2022 06.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Təqsirləndirilən şəxs, 18 iyun 2005-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, Yevlax rayonu, Yevlax şəhəri, M.Hadi küçəsi, mənzil 8-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsi, nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Şahid4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 dekabr 2021cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs iştətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində olan 24 saylı poliklinika ilə üzbəüz olan 24 saat şərab evi mağazasının plastik qapısını özləri ilə gətirdikləri vintaçan ilə açaraq qanunsuz daxil olaraq mağazadan götürmüş oluqları 1 ədədinin dəyəri 30 qəpik olan 3 ədəd cəmi 90 qəpik dəyərində sellofan torbalara 1 ədədi 3 manat 90 qəpik olan 1 blok cəmi 39 manat dəyərində olan 13 blok cəmi 507 manat dəyərində “Sobrania” siqaretini, 1 blok cəmi 26 manat dəyərində olan “Rothmans” siqaretini, 1 blok cəmi 26 manat dəyərində olan “X28 Sunset” siqaretini, 1 ədədi 3 manat 60 qəpik olan 1 blok cəmi 36 manat, 13 blok cəmi 468 manata “Kent 4” siqraetini, 1 ədədi 2 manat olan 1 blok cəmi 20 manat dəyərində olan 12 blok cəmi 240 manat dəyərində “Mağna” siqraetini, 1 ədədi 2 manat olan 1 blok cəmi 20 manat dəyərində olan 3 blok cəmi 60 manat dəyərində “Keno” siqaretini, 1 ədədi 3 manat 40 qəpik olan 1 blok cəmi 34 manat dəyərində olan 9 blok cəmi 306 manat dəyərində “Winston” siqaretini, 1 ədədi 2 manat 50 qəpik olan 1 blok cəmi 25 manat dəyərində olan 10 blok cəmi 250 manat dəyərində “Wincester” siqaretini, 1 ədədi 2 manat olan 1 blok cəmi 20 manat dəyərində olan “Prima” siqareti olmaqla cəmi 1903 manat dəyərində siqaretləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1903.90 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, ailələri 4 nəfərdən ibarətdir. X3 ilə anası X4 nigahından 2003-cı il tarixdə qardaşı X9 və 2005-ci il tarixdə isə o doğulmuşdur. Latın qrafikasında sərbəst yazıb oxumağı bacarır, Sabunçu rayonu Bilgə qəsəbəsində 11 №-li inteqrasiya orta məktəbdə latın qrafikasında təhsil almışdır. Hər hansı ruhib əsəb xəstəxanasında onun qeydiyyatı yoxdur. Təxminən 6-7 il müddət olar ki, atası öz əcəli ilə uzun sürən xəstəlikdən sonra ölmüşdür. Anası isə təxminən 2-3 ay müddət olar ki, evlərinə gəlməmiş, o küçə həyatı keçirmiş və təxminən 14 gün bundan əvvəl o anasını görmüşdür. Qardaşı 6 ay müddət olar ki, hərbi xidmətə getmiş və Naxçıvan MR № saylı hərbi hissədə xidmət edir. Əvvəl hər hansı məhkumluğu və başqa cinayəti olmamışdır. Əvvəllər 28 mayda tütək çalırdı və ona bu yolla çörək pulu qazanmışdır. X6 məhəllə uşağı olaraq tanımış və o anası bəzi hallarda nənəsi ilə ayrı-ayrı ünvanda yaşamışdır. 11 dekabr 2021ci il tarixdə Şahid4 ilə birlikdə olmuş və həmin vaxtı məzuniyyətə gəlmiş qardaşıda onlarla birlikdə olmuşdur. Gülağa İsmayılov keçidin yanında ona bildirmişdir ki, bəs hərbi xidmətdə gəlmişdir işləri vardır və həmçinin kirayə yaşadığı evə onu buraxmadıqlarına görə onun bir neçə gün Şahid4la onların kirayə yaşadıqları evdə qalmasını bildirmişdir və Şahid4 etiraz etməmişdir. Belə ki, Gülağa məzuniyyətə gəlməsinə görə birlikdə görüşüb çörək yemək qərarına gəlmişlər və axşam onun qardaşının iştirakı ilə Şahid4 və onun əmisi Fuadla keçidin yaxınlığında olan Suraxanı bələdiyyəsinin yanında olan kafedə görüşüb çay içmişlər. Sonra Gülağa evlərinə getmişdir. Şahid4 oğlu həmin ərəfədə anası ilə deyil nənəsi evində qalmışdır. O, 2 gün Şahid4la həmin ünvanda qalmışdır. Həmin haldan onun ailə üzvülərinin xəbəri olmuş və həmin evdə Şahid4 nənəsi, Fuad ailəsi ilə birlikdə qalmışdır. Onlar onun onların evində qalmasına etiraz etməmişdir. Həmin evdə onlar Şahid4 əmisinin otağında qalış, onun ailə üzvləri isə digər otaqlarda qalmışdır. Onlar evdə olan zaman bildirmişdir ki, bəs maddi vəziyyət yaxşı olmamışdır və həmçinin özünə moped almaq istəyir. Onun üçün təklif etmişdir ki, bəs Günəşlidə AB yaşayış sahəsində qırmızı rəngli şərab evi vardır ora gedib oğurluq etsinlər və ordan pul olsa pul, olmasa siqaret götürüb aparıb Bakıxanov qəsəbəsində bildiyi mağazaya var aparıb ora satsınlar. Şahid4 razılıq vermiş və bundan başqa evdə bildirmişdir ki, bəs mağazanın plastik qapısını açmaq üçün otfıyorka almış və üzərində görütmüş və onunla mağazanın qapısın açar. Bundan sonra onlar evdən çıxmış və Şahid4 öz istifadəsində olan 070 *** ** ** nömrə ilə *2111 nömrəsinə onun tapşırığı ilə taksi sifariş etmiş və taksi onları həmin ünvana aparmış və onlar «Günəşli» qəsəbəsində olan «AB» Y/S-nə gəlib qartalın yanında taksidən düşmüş və yol pulunu 1,70 manat Şahid4 ödədi. Qartalın yanından piyada həmin şərab evinin yanına qalxmışlar və onlar ətrafı müşahidə etmiş və hər hansı şəxs olmamış və mağaza olmuşdur. O üzərində olan vintaçan ilə şərab evinin qapısını qanırma yolu ilə açmış və onlar şərab evinə keçmişlər. O dərhal Şahid4la birlikdə piştaxtada olan müxtəlif növ siqaret çeşidlərini mağazadan götürdükləri 3 ədəd sellofan torbalara yığmışlar. Hadisə 13 dekabr 2021-ci il tarixdə saat 03 radələrində mağazaya daxil olmuş və təxminən 5 dəqiqə müddətində şərab evində olmuşlar. Əlində olan torbalarla piayada şir heykəlinin yanında görüşmüş və sonra ordan Şahid4la Qaraçuxurda olan evə getmək üçün taksi sifariş etmişdir. Şahid4 yenə taksi sifariş etmiş və taksi bizi 1.80 manata yenə evə gətirmiş və evin yaxdığında taksidən düşən zaman onlara polis avtomobili yaxınlaşmış və o əlində torbaların birini götürüb evə keçmək istəyən zaman polislər şübhələnmiş və o qaçıb evə girmişdiri. Şahid4 polislər gəlib avtomobilə mindirmişdir. Şahid4 2 torba qalmışdır. Sonra polislər Nurlanın arxasınca ev keçmişlər və qapıya Fuad çölə çıxmış və o bir torba siqareti artıq evdə qoymuşdur. Fuada bildirmişlər ki, Şahid4da tutmuşlar. Polislərdə onun Hacıbalanın olduğu polis avtomobilinə mindirmiş, 33-cü polis bölməsinə gətirmişlər. Onlar baş vermiş hadisəni etiraf etmiş və sonra bilmişdir ki, Hacıbalanın əmisi digər siqaretlər olan torbanı yandırmışdır. Zərərçəkmiş şəxsin ifadəsində göstərmiş olduğu hallar ilə razılaşır. Sonda Təqsirləndirilən şəxs səmimi peşmançılıq hissi keçirməsini bildirərək, həm ilk dəfə cinayət törətməsinin, həm də yetkinlik yaşına çatmayan şəxs olduğunu nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, təxminən 6 ay müddət olar ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində olan 24 saylı poliklinika ilə üzbəüz yerləşən 24 saat şərab evini icarə yolu ilə işlədir və onun həmin mağazanı icarə işlətməsi ilə bağlı hər hansı müqaviləsi yoxdur və həmin şərab evi 10X6 metr olmaqla 60 kv metr olmuşdur və mağazanın 3 tərəfi mişar daşları ilə girişi isə tam olaraq plastik pəncərələr ilə bağlanmışdır. Plastik pəncələrin ortasında isə plastik qapı olmuş və həmin qapı üzərində vaz tipli açar olmuş və mağaza demək olar ki, günün bütün vaxtı açıq olmuşdur. Bundan başqa mağazanın çölündə sağ və sol divar üzərində müşahidə kamerası olmuşdur. Mağazaya daxil olan kimi sağ və solda piştaxtlar olmuş və girişdən sol tərəfdə kassa olmuş və onun arxasında olan yerdə özü əyləşmiş və mağaza 24 saat olaraq fəaliyyət göstərmiş və onun içərisində olan enerji, spirtli içkilər və tütün məmulatlarını tam olaraq ona aid olmuş və həmin mallar onun tərəfindən alınmaqla piştaxtaya vurulmuş və bundan başqa mağazada səhər növbəsi olaraq onun tanışı olan Sahil adlı şəxs işləmiş və o səhər saat 09 radələrindən 21 radələrinə kimi olan müddət ərzində işdə olur. O isə axşam saat 21 radələrindən səhər saat 09 radələrinə kimi işdə olmuşdur. O, 12 dekabr 2021-ci il tarixdə axşam saat 21 radələrində həmişə olduğu kimi işə gəlmiş və 13 dekabr 2021-ci il tarixdə saat 02 radələrində özünü yaxşı hiss etmədiyinə görə mağazanın bağlayıb yaxınlıqda olan evinə getmiş və mağazanın tərk edən zaman üzərində olan qapının açarı ilə mağazanın qapısını bağlamış və həmin vaxtı hər hansı bir şübhəli şəxs onun diqqətini cəlb etməmişdir. Təxminən 03 radələrində onun növbə yoldaşı olan Sahil ona zəng edərək mağazaya oğru girməsini və ona mağazaya gəlməsini bildirmişdir. O, həmin mağazaya gəlmiş və ora ərazi polis bölməsinin əməkdaşlarının gəlməsini görmüşdür. O, mağazaya gəlmiş və orda gələn zaman polislərin hadisə yerində olmasını və mağazanın qapılarının açıq olmasını görmüş və dərhal mağazada olan müşahidə kamerasına baxan zaman həmin gecə saat 03 radələrində tanımadığ bir nəfər arıq bədən quruluşlu, sarışın uzun gödəkçə geymiş oğlanın və bir nəfər alçaq boylu arıq bədən quruluşlu qarabəniz oğlanın saat 03 radələrində mağazaya yaxınlaşması və onlardan qarabəniz alçaq boylu oğlan tərəfin əlində olan əşya ilə mağazanın giriş qapısını açıb hər ikisinin mağazaya daxil olmasını və daha sonra mağazada olan kasa aparatını yaxınlaşmaqla mağazadan götürmüş olduqları 3 ədəd qara rəngli torbanın içərisinə siqaretlər yığmasını görmüşdür. Həmin CD diski ifadəmə əlavə etmiş və o mağazaya diqqət edən zaman orda 1 ədədinin dəyəri 30 qəpik olan 3 ədəd cəmi 90 qəpik dəyərində sellofan torbalara 1 ədədi 3 manat 90 qəpik olan 1 blok cəmi 39 manat dəyərində olan 13 blok cəmi 507 manat dəyərində “Sobrania” siqaretini, 1 blok cəmi 26 manat dəyərində olan elə bir “Rothmans” siqaretini, 1 blok cəmi 26 manat dəyərində olan “X29 Sunset” siqaretini, 1 ədədi 3 manat 60 qəpik olan 1 blok cəmi 36 manat, 13 blok cəmi 468 manata “Kent 4” siqaretini, 1 ədədi 2 manat olan 1 blok cəmi 20 manat dəyərində olan 12 blok cəmi 240 manat dəyərində “Mağna” siqaretini, 1 ədədi 2 manat olan 1 blok cəmi 20 manat dəyərində olan 3 blok cəmi 60 manat dəyərində “Keno” siqaretini, 1 ədədi 3 manat 40 qəpik olan 1 blok cəmi 34 manat dəyərində olan 9 blok cəmi 306 manat dəyərində “Winston” siqaretini, 1 ədədi 2 manat 50 qəpik olan 1 blok cəmi 25 manat dəyərində olan 10 blok cəmi 250 manat dəyərində “Wincester” siqaretini, 1 ədədi 2 manat olan 1 blok cəmi 20 manat dəyərində olan “Prima” siqareti olmaqla cəmi 1903 manat dəyərində siqaretləri gizli yolla talayaraq ümumilikdə 1903.60 manat məbləğində əşyanı oğurlamışlar. Həmin qeyd edilən əşyalardan başqa hər hansı əşya oğurlanmamışdır. Bundan sonra hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən köşkə baxış keçirilmiş və ərizə ilə Xətai RPİ-in 33-cü Polis Bölməsinə müraciət etmişdir. Hadisə nəticəsində ona cəmi 1903.60 manat maddi ziyan dəymişdir və həmin pul ona məxsus olmuşdur. Plastik pəncərə isə sındırılmamış və hər hansı əmlakı qəsdən məhv edilməmişdir. Sonradan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs və Şahid4 olmasını bilmişdir. Sonda Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığını nəzərə alaraq, ona qarşı heç bir şikayətin və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş X24 Alayı 7-ci Patrul Bölüyünün polis serjantı Şahid2 ifadə verərək göstərmişdir ki, X24 Alayının Patrul bölüyünün polis nəfəri işləyir. Faktiki olaraq X24 Alayının Patrul bölüyünün 7-ci patrul bölüyündə polis serjantı olaraq işləyir. 7-ci patrul bölüyü inzibati ərazi olaraq Suraxanı Rayonu Polis İdarəsinin inzibati ərazisində xidmət aparır və daha dəqiq 7-ci patrul bölüyü Suraxanı rayonu 32 və 33-cü polis bölmələrinin inzibati əraziləri olan Yeni Günəşli və Qaraçuxur qəsəbələrində xidmət aparır. O 2479 nömrəli avtopatrul avtomobilində gecə növbəsi olaraq marşrutlu xidmət aparır, onun xidməti ərazisi son zamanlar əksərən Qaraçuxur qəsəbəsi olmuş və onunla birlikdə həmin ərazidə X24 Alayının Patrul bölüyünün 7-ci patrul bölüyündə polis serjantı olan Şahid1 və X14 ilə birlikdə xidmət aparır. 13 dekabr 2021-ci ildə saat 03 radələrində Qaraçuxur qəsəbəsində Şahid1 və Raqif Məmmədov ilə xidmət aparan zaman Şərq yaşayış sahəsində patrul avtomobili ilə xidmətdə olan zaman 2 nəfər əvvəllər tanımadığı şəxsin bir nəfərində əlində qara sellefoan torba görüb arxadan həmin şəxslərə yaxınlaşan zaman ondardan biri alçaq boylu qaraçı tipində olan şəxsin orda olan həyət evinə daxil olmasını görüb onlara yaxılaşan zaman özlərini şübhəli aparmalarını və birinin dərhal evə keçməsi onlarda şübhə yaratmışdır. Onlar dərhal digər bir şəxsə yəni əynində uzun gödəkcə olan sonradan onlara 33-cü polis bölməsində şəxsiyyətini tam olaraq bilmiş olduğu xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhərində doğulmuş subay orta təhsilli, Yardımlı rayonu Osankəran kəndində qeydiyyatda olmaqla Bakı şhərəi Suraxanı rayonu Qaraçuxur qəsəbəsində nömrəsz evdə yaşayan Şahid4l Elşən oğluna yaxınlaşıb polis vəsiqələrimizi göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini və əlində olan qara torbadakı əşyaların nə əşyası olmasım xəbər almış və həmin şəxs özünü şübhəli aparmış və onlar onu dərhal avtomobilə mindirmiş və ondan digər şəxsin kimi olmasını xəbər almışlar. Şahid4 həmin şəxsin dostu Təqsirləndirilən şəxs olmasını, əlində olan torbadakı siqaretlərin oğurluq siqaretlər olmasını və bir neçə dəqiqə bundan öncə həmin siqaretləri Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsində olan şərab evində oğurlamalarını bildirmiş və onlar həmçinin həmin torbalarıda götürüb avtomobilə qoymuş və həmçin digər şəxsində həmçinin oğurluq cinayətində iştirakçısı olmasın görə onunda dərhal saxlanması üçün qeyd edilən evin qapısını döyüb ev sahibini dəvət etmiş və evin sahibi sonradan onlara Fuad kimi məlum olan sonradan Suraxanı rayonu İH-süpürgəçi olaraq işləməsini bildiyi şəxs çıxmış və bildirmişdir ki, bir ana öncə ev keçən şəxs onların hazırda tutmuş olduğumuz qardaşı oğlu olan Hacıbalanın dostu Nurlandır və özündə Hacıbalanı əmisi olaraq təqdim etmiş və Nurlanı qapıya çağırmış və Fuad adlı şəxs həmin şəxslərin əməlindən xəbəri olmadığını və onlar qapını döyən kimi Nurlanı artıq həmin siqaretləri yandırmasını bildirmiş və Nurlanda qapıya çıxmışdır ki, onlar onuda patrul avtomobilin mindirməklə Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gətirmişlər və orda Nurlanın şəxsiyyəti müəyyən olunan zaman onun qaraçı kökənli olmaqla xx xxxx 2005-ci il tarixdə Bakı şəhərində doğulması, Yevlax rayonu Yevlax şəhəri, M.Hadi küçəsi ev 8-də qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Mədən küçəsində olan nömrəsiz evdə yaşaması müəyyən olunmuşdur. Fuad adlı şəxsin hərəkətlərində hər hansı şübhə doğuran əlamətlər olmadığından o tərəflərindən polisə aparılmamışdır ki, onsuzda həmin şəxsin yaşadığı yerə məlum olduğundan gələkcədə polis onu özü izahat alınması üçün dəvət edəcəklər. Polis bölməsində qeyd edilən şəxslərin gətirilməsi ilə bağlı olaraq 33-cü Polis bölməsinin rəisi Samir Quliyevin adınan həmin şəxslərin gətirilməsi və barələrində qanuni tədbir görülməsi üçün raport yazmış və həmin şəxslər əllərində olan torbaları təhqiqtçıya təqdim etdimişlər və bu barədə protokol tərtib olunmuşdur. Həmin şəxslər etmiş oluqları əməli etiraf edərək 13 dekabr 2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində olan 24 saylı poliklinika ilə üzbəüz olan 24 saat şərab evi mağazasının plastik qapısını özləri ilə gətirdikləri vintaçan ilə açaraq qanunsuz daxil olaraq mağazaya daxil olub piştaxtalarda olan müxtəfli markalı siqaretləri və kasadan səhf etmirəmsə qəpik və pul oğurlamaların etiraf etmişlər və əllərində olan tobakdakı siqretlərində həmin oğurluq siqaretləri olmasını bildirmişlər. Bundan sonra onlar ərazidə xidmətlərinə davam etmişlər və tərəflərindən həmin şəxslərə qarşı hər hansı təziq və təsir olmamışdır. Məhkəmə iclasında ifadələri elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş X24 Alayı 7-ci Patrul Bölüyünün polis serjantları Şahid1 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki, hər hansı ruhib əsəb xəstəxanasında qeydiyyatı yoxdur. Təxminən 2018-ci il tarixdə Suraxanı Rayon İcra hakimiyyəti X20 birliyi süpürgəçi olaraq işləyir. X1 ilə X13 rəsmi nigahından Şahid4 və bacısı 2005-ci il tarixdə Qəmər Məmmədova anadan olumuşdur. Belə ki, 2018-ci il tarixdə qardaşı öz əcəli ilə uzun sürən xəstəlikdən sonra ölmüşdür. Şəlalə Məmmədova isə 20 yanvarda olan təndir mağazasında çörək üçün xamır etmişdir. Qəmər Məmmədova epilepsiya xəstəsidir. Əvvəl hər hansı məhkumluğu olmamış və başqa cinayət törətməmişdir. Təqsirləndirilən şəxs Şahid4 vasitəsi ilə tanımış və onlar arasında səmimi dostluq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tütək çalmış, atası üzün müddət olar ki, ölmüş, anaları Gülpəri İsmayılova isə küçə həyatı keçirməklə küçələrdə qalmışdır. Evlərinə demək olar ki, xeyli müddət olar ki, getməmişdir. Həmin ərəfədə Nurlanın qardaşı Gülağa məzuniyyətə gəlməsinə görə onunla keçidin yaxınlığında olan Suraxanı bələdiyyəsinin yanında olan kafedə görüşüb çay içmişlər. Hacıağa həmin ərəfədə anası ilə deyil və onlarla anam evində qalmışdır. Nurlan 2 gün onunla həmin ünvada qalmışdır. Həmin evdə onun ailəsi qalmışdır. Nurlanın qardaşı gəlməsinə görə onların qalmağa yeri olmamış və ona görə həmin ərəfədə Qaraçuxur qəsəbəəsində kirayə yaşadıqları evdə qalmasına etiraz etməmişdir. Həmin evdə onun otağında Nurlan və Hacağa, o isə arvadı ilə birlikdə anasının otağında qalmışdır. 13 dekabr 2021-ci il tarixdə saat 03 radələrində evdə olan zaman həyətin qapısı açıq olmuşdur və Nurlan evə gəlmiş və həmin vaxtı onun əlində torbada siqaretlər olmuşdur. O Nurlandan siqaretləri nə siqaretlər olmasını xəbər almış və o həmin siqaretlərin oğurluq olmasını və Hacabala ilə birlikdə Yeni Günəşli qəsəbəsində olan şərab evindən oğurlamasını bildirmiş, o onunla qapıya çıxmış və həmin müddət ərzində Nurlan siqaretləri məhv etmişdir. Bundan sonra Nurlanında onun və polislərlə dayanmış olduğu qapının yanma gəlmişdir. Oda Hacıbala ilə oğurluq etdiyini bildirmiş və onuda polislər patrul avtomobilinə əyləşdirmişlər və onlar hər ikisi etmiş olduqları əməli etiraf etmişlər. Hər ikisi Yeni Günəşli qəsbəsində olan şərab evindən oğurluq etmələrini təsdiq etmişlər. Bundan sonra polislər onları patrul avtomobili ilə həmin ünvandan aparmışdır. Onun Nurlan və Hacıbalanın əməlindən, onların oğurluq niyyətindən xəbəri olmamışdır və onlar həmin gecə gözlənilmədən onun evinə gəlmiş və o onlarla hər hansı bir əşyam oğurlamamış və sonradan evində həmin əşyaları gizlədəcəyi ilə bağlı hər hansı söz verməmişdir. Həmin siqaretləri Nurlan özü məhv etmişdir və onların əməlindən xəbəri olmamış, onlarla birlikdə hər hansı oğurluqda iştirak etməmiş və onlarla belə bir sövdələşməsi olmamışdır. Cİnayət işinin 9-10-cu vərəqələrində olan baxış keçirilmə və götürmə haqqında 13 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində olan 24 saylı poliklinika ilə üzbəüz olan 24 saat şərab evi mağazasından oğurluq etmiş Şahid4 və Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdə saat 03 radələrində 7-ci X24 bölüyü əməkdaşları tərəfindən saxlanan zaman qeyd edilən oğurluq əməlini etiraf etməklə 1 blok içərisində 10 qutu olan “Mağna” siqareti, 2 blok hər blokda içərisində 10 qutu olan “Winston XStyle” siqareti, 1 blok içərisində 10 qutu olan “Winston Caster” siqareti, 1 blok içərisində 10 qutu olan “Winston Silver” siqareti, 1 blok içərisində 10 qutu olan “Wincester” siqareti, 1 blok içərisində 10 qutu olan “Prima” siqareti, 1 blok içərisində 10 qutu olan “Pallmall” siqareti, 1 blok içərisində 10 qutu olan qara “Rothmans” siqareti, 1 blok içərisində 10 qutu olan boz “Rothmans” siqaretinin təqdim etmişdir. Cinayət işinin 61-62-ci vərəqələrində olan ifadənin yerində yoxlanılması haqqında 16 dekabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini əyani şəkildə təsdiq etmişdir. Cinayət işinin 99-103-cü vərəqələrində olan məhkəmə əmtəəşünashq ekspertizası 23 fevral 2022-ci il tarixli 9/497 nömrəli rəyindən müəyyən olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 277,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılqda adları və qiymətləri rəyin tədqiq hissəsində göstərilmişdir. Bir bloku 21 manat cəmi 21 manat dəyərində “Magna Silver” markalı siqaret, bir bloku 35 manat olan 2 blok cəmi cəmi 70 manat dəyərində cəmi 70 manat dəyərində “X23” markalı siqaret, bir bloku 35 manat olan cəmi 35 manat dəyərində “Winston Caster” markalı siqaret, bir bloku 36 manat olan cəmi 36 manat dəyərində “Winston Silver” (qalın) markalı siqaret, bir bloku 36 manat olan cəmi 36 manat dəyərində “Winston Silver” (nazik) markalı siqaret, bir bloku 21 manat olan cəmi 21 manat dəyərində “Prima Deluxe” markalı siqaret, bir bloku 26 manat olan cəmi 26 manat dəyərində “X28 Sunset” markalı siqaret, bir bloku 26 manat olan cəmi 26 manat dəyərində “X26” markalı siqaret, bir bloku 26 manat olan cəmi 26 manat dəyərində “X27” markalı siqareti cəmi 277 manat. Beləliklə ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 277,00 manat müəyyən edilir. Cinayət işinin 104-110-cu vərəqlərində olan kompleks ambulator psixiatrik məhkəmə psixoloji ekspertizanın 10 mart 2022-ci il tarixli 620 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs oğlunda ittiham olunan dövr ərzində, cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl hər hansı bir psixi xəstəliyin əlaməti müəyyən edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs oğlu barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxanılan şəxs Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs oğlu iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçübiçməklə ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilməsi mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 213-cü maddəsinin təsiri altına düşmür. Məhkəmə psixoloji ekspertizası üzrə cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır. Belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından aslı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin 121-122-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli qanuni nümayəndə qismində təyin etmə haqqında qərara əsasən, Suraxanı Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi böyük məsləhətçi Qanuni nümayəndə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, yetkinlik yaşına çatmayan həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs Bakı istintaq təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, bu müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Saxlandığı müddət ərzində nümunəvi davranışına görə rəhbərlik tərəfindən həvəsləndirilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, yetkinlik yaşına çatmayan şəxs olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, məhkəmə istintaq zamanı tutma altında saxlanıldığı (25 avqust-06 dekabr 2022-ci il) 03 ay 11 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad olunmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış istintaq zamanı 1 (bir) blok “Magna Silver” markalı siqaret, 2 (iki) blok “X23” markalı siqaret, 1 (bir) blok “Winston Caster” markalı siqaret, 1 (bir) blok “Winston Silver” (qalın) markalı siqaret, 1 (bir) blok “Winston Silver” (nazik) markalı siqaret, 1 (bir) blok “Prima Deluxe” markalı siqaret, 1 (bir) blok “X28 Sunset” markalı siqaret, 1 (bir) blok “X26” markalı siqaret və 1 (bir) blok “X27” markalı siqaret ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 il (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək tutulduğu 03 (üç) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay 22 (iyirmi iki) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış istintaq zamanı 1 (bir) blok “Magna Silver” markalı siqaret, 2 (iki) blok “X23” markalı siqaret, 1 (bir) blok “Winston Caster” markalı siqaret, 1 (bir) blok “Winston Silver” (qalın) markalı siqaret, 1 (bir) blok “Winston Silver” (nazik) markalı siqaret, 1 (bir) blok “Prima Deluxe” markalı siqaret, 1 (bir) blok “X28 Sunset” markalı siqaret, 1 (bir) blok “X26” markalı siqaret və 1 (bir) blok “X27” markalı siqaret ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar