Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-311/2021 28.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-jı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Kaçalov küçəsində nömrəsiz ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,091 qram və 0,093 qram, təmiz çəkisi 0,184 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış və 28 iyun 2021-ci il tarixdə, saat 21:00-da Bakı şəhəri, Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması və üzərində narkotik vasitə saxlamasını etiraf etməsi səbəbindən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, G.Əhlimanov küçəsində, “Samsung” marazasının yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilmiş və üzərinə videoçəkilişlə baxış zamanı əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf polietilenin içərisində 2 ədəd siqaretin qızılı rəngli kağızından olan bükümdə ayrıayrılıqda çəkiləri 0,091 qram və 0,093 qram, təmiz çəkisi 0,184 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə etmişdir. Həmin narkotik vasitəni isə Bakı şəhərində müxtəlif ərazilərdən, tanımadırı şəxslərdən almışdır. Sonuncu dəfə o, 28 iyun 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonunun Şamaxinka deyilən yerdə olarkən, yolun kənarı ilə gəzən zaman yerdə olan bir ədəd şəffaf sellofan diqqətini cəlb etmiş və o, əyilib həmin bükümü götürmüşdür. İçərisində 2 ədəd siqaretin qızılı rəngli kağızından olan bükümlər olmuşdur. O, həmin bükümlərin içərisinə baxmış və içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Bundan sonra o, həmin narkotik vasitədən bir qismini istifadə etmiş və qalanını isə üzərində saxlamışdır. Həmin gün saat 21 radələrində, o, Suraxanı rayonunun ərazisində dayanajağın yanında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim etmədən və heç bir sorğu-sual etmədən onu polis şöbəsinə dəvət etmişlər və o, da buna etiraz etməmişdir. Bu zaman o, heç bir həyajan keçirməmişdir. Polis şöbəsində ilk olaraq onun şəxsiyyəti müəyyən edildikdən sonra onun üzərindən həqiqətən də üstündə saxladığı narkotik vasitə olan heroin aşkar edilmiş, daha sonra isə videoçəkiliş aparılmışdır. Videoçəkiliş zamanı xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, da yenidən əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən şəffaf polietilenin içərisində olan 2 ədəd siqaretin qızılı rəngli kağızından olan bükümləri təqdim etmiş və həmin bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu, onu Nəsimi rayonunun Şamaxinka deyilən ərazidə tapdığını bildirmişdir. Bundan sonra həmin bükümlər qablaşdırılmış, o, və iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2010-ci ildən DİO-da, 2017-ci ildən isə Suraxanı RPİ-nin 30-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsi daşıyır. Mahiyyəti üzrə bildirmişdir ki, o, 28 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-də xidmətdə olduğu zaman Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları polis şöbəsinə bir nəfər şəxs gətirib bildirmişlər ki, həmin şəxs inzibati ərazidə xidmətdə olduqları zaman özünü şübhəli aparmış, buna görə də ona yaxınlaşıb sorğu-sual etdikdə, həmin şəxs üzərində narkotik vasitə olduğunu səmimi etiraf etmişdir. Bundan sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra xidməti otaqların birində sonunjunun üzərinə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmadığı soruşulmuşdur. Sonunju isə əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf polietilenin içərisindəki 2 ədəd siqaretin qızılı rəngli kağızından olan bükümləri təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotiki Nəsimi rayonunun Şamaxinka deyilən yerdən tapdığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş, sonda Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar doğrulurunu imza ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir psixi və ya fiziki təsirə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən DİO-da tutduğu vəzifədə işləyir, polis baş serjantı xüsusi rütbəsi daşıyır. Mahiyyəti üzrə bildirmişdir ki, o, 28 iyun 2021-ci il tarixdə, saat 21 radələrində Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati ərazisində xidmətdə olan zaman, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Samsung” mağazasının yaxınlığında olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını və onları görən kimi gizlənməyə çalışdığını görmüşlər. Buna görə də həmin şəxsə yaxınlaşıb, xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib onunla sorğu-sual etmişlər. Bu zaman həmin şəxs üzərində narkotik vasitə olduğu üçün həyəcanlandığını və buna görə özünü şübhəli apardığını bildirmişdir. Bundan sonra onlar həmin şəxsi Suraxanı RPİ-nin 30-cu PŞ-yə gətirib həmin şöbəyə təhvil vermişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə ijlasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 28 iyun 2021-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. 30 iyun 2021-ci il tarixdə Suraxanı rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri X6 tərəfindən təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilmişdir. 30 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs barəsində hazırda Suraxanı rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 221.2.1 və 221.3-cü maddələri ilə məhkəmə araşdırması aparılır. İş materiallarında olan Suraxanı rayon məhkəməsinin 12.07.2021-ji il tarixli 1(010)- 151/2021 saylı qərarından görünür ki, AR CM-nin 177.2.1, 177.2.3, 221.2.1 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Suraxanı rayon Pİ-nin 30-ju polis şöbəsinin məktubundan görününr ki, AR JM-nin 177.2.1, 177.2.3, 221.2.1 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixdə saxlanılaraq, Nizami RPİ-nin MSY-nə təhvil verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 6/2619 nömrəli 29 iyun 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” yazısı olan zərfdəki 02 ədəd bükümdə, çəkiləri 0,091 qram və 0,093 qram, təmiz çəkisi 0,184 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi X8 Ambulator Məcburi- X4 3255 nömrəli 04.09.2021ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ümumilikdə 0,184 qram, məhkəmə ekspertizasına 0,05 qram, sərf edildikdən sonra qalıq 0,134 qram narkotik vasitə heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.06.2021-ci il tarixdən 30.06.2021-ci il tarixədək tutulduğu 02 gün müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və barəsində başqa iş üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,134 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-311/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-311/2021
28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver