Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-311/2025 19.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, (FİN:xxxxxxx) subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 18 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 yanvar 2025ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,521 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və Daxili İşlər Nazirliyinin ƏÇPA-nın 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən 18 yanvar 2025-ci il tarixdə, saat 17:10-da psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi, S.Cəfərov küçəsi 4 saylı yaşayış binasının qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasına gətirilib orada videoçəkiliş aparılmaqla, saat 19:55-dən başlayaraq üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş xeyli miqdarda təmiz çəkisi 0,521 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, tutulmazdan əvvəl, təxminən 6 (altı) ay olmuşdur ki, psixotrop maddə-metamfetamini arabir olmaqla qəbul etmişdir. Psixotrop maddəni tanımadığı şəxslərdən almışdır. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi, Samir Cəfərov küçəsində yaşayan Şahid5 uşaqlıq vaxtlarından tanıyır və tanıdığı vaxtdan aralarında normal yoldaşlıq münasibətləri olmuşdur. Məhəmmədin psixotrop maddə-metamfetamin qəbul etdiyini bilirdi, çünki əvvəllər bir-iki dəfə birlikdə, metamfetamin qəbul etmişlər. 17 yanvar 2025-ci il tarixdə Məhəmməd ona təsadüfən sosial şəbəkədə bir nəfər özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən və adını bildirməyən şəxslə tanış olduğunu və həmin şəxsin psixotrop maddə-metamfetaminin satışı ilə məşğul olduğunu bildirmişdir. Daha sonra, Məhəmməd ona həmin şəxsdən metamfetamin almasını istədikdə ona bir bükümdə 01 qram metamfetamini 50 manata təklif etdiyini bildirmişdir. Bu vaxt onlar öz aralarında razılığa gəlmişlər ki, həmin şəxsə 50 manat verib ondan bir büküm metamfetamin alsınlar və yarı bölsünlər. Sonra, Məhəmməd həmin İran İslan Respublikasının vətəndaşı ilə danışmış və ondan bir büküm psixotrop maddə-metamfetamin istəmişdir. Həmin şəxs Məhəmmədə kart nömrəsi vermiş və həmin karta 50 manat pul göndərməsini istəmişdir ki, pulu göndərdikdən sonra psixotrop maddəni qoyduğu yerin ünvanını konum vasitəsilə Məhəmmədə atsın və onlar gedib həmin yerdən psixotrop maddəni götürsünlər. Bundan sonra o və Məhəmməd hərəsi, 25 manat qoyub, ümumilikdə 50 manat pulu İran İslam Respublikasının vətəndaşının kartına göndərmişlər. Bir qədər sonra, həmin şəxs Məhəmmədin mobil telefonuna konum atmış, həmin konumdan məlum olmuşdur ki, bir büküm psixotrop maddə olam metamfetamini Yasamal rayonunda yerləşən Narkoloji Dispanserin yanında ağacın dibinə atmışdır. Bundan sonra o, Məhəmmədlə birlikdə Yasamal rayonunda yerləşən Narkoloji Dispanserin yanına avtomobillə getmişlər və şəkili konumda göstərilən ağacın dibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülünü tapıb götürmüşlər. Həmin bükülünü açıb baxdıqda arasında psixotrop maddə olan metamfetamin olduğunu bilmişlər. Sonra, həmin bükümdə olan metamfetamini yarı bölmüşlər, bir hissəsini o, bir hissəsini isə Məhəmməd götürmüşdür. O, həmin bir bükümdə olan metamfetamini əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. 18 yanvar 2025-ci il tarixdə, təxminən saat 17:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində, V yaşayış sahəsində S.Cəfərov küçəsində, 4 saylı binanın qarşısında Məhəmmədin idarə etdiyi “Toyota Prius” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobildə Məhəmməd ilə birlikdə oturub söhbət edən zaman onlara Post Patrul avtomaşını ilə polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər, daha sonra şəxsiyyətlərini dəqiqləşdirmək üçün onlarla birlikdə, Suraxanı RPİ-nin 33-cü polis bölməsinə getmələrini təklif etmişlər. O, və Məhəmməd etiraz etmədən polis əməkdaşları ilə birgə polis bölməsinə getmişlər. Bölməyə getdikdən sonra, onu və Məhəmmədi xidməti otağa gətirmişlər. Xidməti otaqda olan və özünü Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin təhqiqatçısı kimi təqdim edən Zaur Şirinov ondan və Məhəmməddən üzərlərində narkotik vasitə və ya qanunla nəzərdə tutulmuş qaydada saxlanılması və gəzdirilməsi qadağan olunan əşya və ya predmet olub-olmamasını soruşmuşdur. O, həmin vaxt başa düşmüşdür ki, artıq cinayət əməli ifşa edilib və bundan sonra, özü səmimi etiraf edərək üstündə bir büküm psixotrop maddə metamfetamin olduğunu demişdir. Eləcə də, Məhəmməd üstündə psixotrop maddə olduğunu demişdir. Bundan sonra, təhqiqatçı ona və Məhəmmədə qanunsuz olaraq üzərlərində narkotik vasitə və psixotrop maddə saxlayıb daşımaqda şübhəli olduqlarını və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini, şübhəli şəxs qismində tutulduğunu deyərək ona şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə, dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərinə aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra, polis əməkdaşlarının, müdafiəçinin və Məhəmməd üçün dəvət olunmuş tərcüməçinin iştirakı ilə onun və Məhəmmədin üzərlərinə şəxsi axtarış aparılması barədə təhqiqatçı tərəfindən ona məlumat verilmişdir. Təhqiqatçı ilk olaraq Məhəmmədə üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olub-olmamasını yoxlamaq üçün üzərinə şəxsi axtarış keçirməyə başlayan zaman ona təklif etmişdir ki, üzərində qanunla nəzərdə tutulmuş qaydada saxlanılması və daşınması qadağan edilən hər hansı bir əşya varsa, könüllü surətdə təqdim etsin. Bundan sonra, Məhəmməd əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir büküm şəffaf sellofana bükülmüş halda olan psixotrop maddə-metamfetamini çıxarıb könüllü olaraq təqdim etmişdir. Sonra, həmin büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmişdir. Baxış keçirilən zaman həmin sellofan bükümün içərisində ağ rəngli, kristal formalı, iysiz psixotrop maddə olan metamfetamin olduğu məlum olmuşdur. Məhəmməd həmin bükümün içərisində olan kütlənin “patı” adlandırılan psixotrop maddə-metamfetamin olduğunu, tanımadığı İran İslam Respublikasının vətəndaşından öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Sonra, polis əməkdaşları tərəfindən Məhəmmədin üzərinə axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan digər hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Məhəmmədin üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq üzəri DİN-in ştamp əksi ilə möhürlənmiş, tərəflərindən üzərinə imzalar edilmişdir. Daha sonra, təhqiqatçı həmin xidməti otaqda onun üzərinə müdafiəçinin, polis əməkdaşlarının və tərcüməçinin iştirakı ilə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılıb arasına baxış keçirilən zaman həmin sellofan bükümün içərisində ağ rəngli, kristal formalı, iysiz psixotrop maddə-metamfetamin olduğu məlum olmuşdur. O, həmin bükümün içərisində olan kütlənin “patı” adlandırılan psixotrop maddə-metamfetamin olduğunu və tanımadıqları İran İslam Respublikasnin vətəndaşından öz istifadələri üçün aldıqlarını və üzərində gəzdirdiklərini bildirmişdir. Bundan sonra, üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, üzəri DİN-in ştamp əksi ilə möhürlənmiş və zərfin üzərinə imzalar edilmişdir. Sonra üzərlərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, ona və Məhəmmədə oxunduqdan sonra imzalarla həmin protokolu təsdiq etmişlər. Məhkəmə iclası zamanı isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 yanvar 2025ci il tarixdə, Məhəmməd ilə görüşmüşlər. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, S.Cəfərov küçəsində 4 saylı binanın qarşısında Məhəmmədin idarə etdiyi “Toyota Prius” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobildə Məhəmməd ilə birlikdə oturub söhbət edən zaman onlara Post Patrul avtomobili ilə polis əməkdaşları yaxınlaşmış, onlar ilk öncə qorxmuş, avtomobilin qapılarını bağlayıb ailə üzvlərinə zəng edərək məlumat vermişlər. Daha sonra, avtomobilin qapısını açmışlar. Polis əməkdaşları üzərlərinə və avtomobilə baxış keçirmişlər. Həmin vaxt üzərlərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polislər bildirmişlər ki, narkotik vasitə istifadə etmələrini görmüşlər, buna görə də, Suraxanı RPİ-nin 33-cü polis bölməsinə getməlidirlər. Bölmədə olduğu dövrdə ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq tətbiq olunmuş, döyülmüşdür. Suraxanı RPİ-nin MSY-də saxlanılan zaman güclü ağrıları olduğu üçün TTY çağırılmışdır. Tibbi yardım əməkdaşlarına da döyüldüyünü bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən fiziki zorakılıq tətbiq olunmuşdur. Ona dövlət hesabına müdafiəçi təyin olunmuş, şəxsi axtarış istintaq hərəkəti həyata keçirilən zaman videoçəkiliş aparılmışdır. Müdafiəçiyə döyüldüyünü bildirməmişdir. X4 azad edildikdən sonra, prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etməmiş, çünki yüngül xəsarətlər almışdır. Zorakılığı onu tutan polis əməkdaşları deyil, polis bölməsində olan zaman tətbiq etmişlər, həmin şəxslərin adlarını bilmir, lakin görsə tanıyar. Sonuncu dəfə psixotrop maddələrdən 21 aprel 2025-ci il tarixdə istifadə etmişdir. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə barəsində Sabunçu Rayon Məhkəməsinin icraatında 2024-cü ildə inzibati iş olmuşdur. Sonuncu məhkəmə iclası zamanı isə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu və narkomaniyadan müalicə almamasını qeyd edərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıq vaxtlarından tanıyır və tanıdığı vaxtdan aralarında normal yoldaşlıq münasibətləri olmuşdur. Hidayətin psixotrop maddə-metamfetamin qəbul etdiyini bilirdi, əvvəllər bir neçə dəfə birlikdə metamfetamin qəbul etmişlər. 18 yanvar 2025-ci il tarixdə, Hidayətlə görüşmüş, tanımadığı şəxsdən bir büküm psixotrop maddə olan metamfetamini 50 manata alaraq həmin bükümü götürmək üçün idarə etdiyi avtomobil ilə birlikdə Yasamal rayonuna getmiş və oradan götürmüşlər. Ödənişi “Milliön” aparatı vasitəsi ilə etmişlər. Sonra, həmin bükümdə olan metamfetamini yarı bölmüşlər, bir hissəsini o, bir hissəsini isə Hidayət götürmüşdür. Sonra, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, S.Cəfərov küçəsində 4 saylı binanın qarşısında idarə etdiyi “Toyota Prius” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobildə Hidayət ilə birlikdə oturub söhbət edən zaman post patrul avtomaşını ilə polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər, daha sonra şəxsiyyətlərini dəqiqləşdirmək üçün onlarla birlikdə, Suraxanı RPİ-nin 33-cü polis bölməsinə getməyi təklif etmişlər. O, və Hidayət etiraz etmədən polis əməkdaşları ilə birgə polis bölməsinə getmişlər. Bölməyə gəldikdən sonra, onu və Hidayəti xidməti otağa gətirmişlər. Xidməti otaqda olan və özünü Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısı kimi təqdim edən Zaur Şirinov ondan və Hidayətdən üzərlərində narkotik vasitə və ya qanunla nəzərdə tutulmuş qaydada saxlanılması və gəzdirilməsi qadağan olunan əşya və ya predmet olub-olmamasını soruşmuşdur. Üstündə bir büküm psixotrop maddə-metamfetamin olduğunu demişdir. Bundan sonra, təhqiqatçı ona və Hidayətə qanunsuz olaraq üzərlərində narkotik vasitə və psixotrop maddə saxlayıb daşımaqda şübhəli olduqlarını, bu səbəbdən saxlanılaraq polis bölməsinə gətirildiklərini və şübhəli şəxs qismində tutulduqlarını deyərək ona şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə yazılı bildiriş vermişlər. Təhqiqatçı onun üzərinə aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı ilk olaraq ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olub-olmasını yoxlamaq üçün üzərinə şəxsi axtarış keçirməyə başlayan zaman ona təklif etmişdir ki, üzərində qanunla nəzərdə tutulmuş qaydada saxlanılması və daşınması qadağan edilən hər hansı bir əşya varsa, könüllü surətdə təqdim etsin. Bundan sonra, bir büküm şəffaf sellofana bükülmüş halda olan psixotrop maddə-metamfetamini çıxarıb könüllü olaraq təqdim etmişdir. Sonra həmin büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş, baxış keçirilən zaman həmin sellofan bükümün içərisində ağ rəngli, kristal formalı, iysiz psixotrop maddə olan metamfetamin olduğu məlum olmuşdur. Həmin bükümün içərisində olan kütlənin patı adlandırılan psixotrop maddə metamfetamin olduğunu, tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Sonra, polis əməkdaşları tərəfindən onun üzərinə axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan digər hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq üzəri DİN-in ştamp əksi ilə möhürlənmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə əvvəllər birlikdə narkotik vasitə və ya psixotrop maddə istifadə etmişlər. Həmin maddələrdən təxminən bir ildir ki, istifadə edir. Psixotrop maddənin metamfetamin növündən istifadə etmişdir. 21 yanvar 2025-ci il tarixdə, “Sağlam Addımlar” Reabilitasiya Mərkəzində müalicə almışdır. Polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsin isə polis idarəsində olduğu dövrdə döyülməsinin şahidi olmamış, bu barədə məlumatı yoxdur. Polis əməkdaşları onları tutan zaman yox, polis bölməsinə getdikdən sonra üzərlərinə baxış keçirmişlər. Onlar Yasamal rayonuna birlikdə getmiş, orada özü gedib həmin bükümü götürüb avtomobilə qayıtmışdır. Daha sonra Hidayətlə Suraxanı rayonuna qayıtmış və psixotrop maddəni yarı-yarı bölmüşlər. Böldükdən sonra, polis əməkdaşları onlara yaxınlaşmışlar. Həmin vaxt avtomobilin qapıları bağlı olmuş, polislər qapını açmalarını onlara bildirmiş, onlar ilk olaraq qorxmuş, lakin sonra qapını açmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı rayon üzrə ƏÇPA-nın 7-ci Patrul Bölüyünün polis serjantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 18 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində iş yoldaşları Suraxanı RPİ-nin PPXB-nin ƏÇPA-nın 7-ci Patrul Bölüyünün polis serjantları Şahid4, Şahid2 və Şahid3 ilə birlikdə onlara təhkim olunmuş xidməti avtomobil ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi, S.Cəfərov küçəsi 4 saylı yaşayış binasının qarşısında olduqları zaman “Toyota Prius” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində iki nəfər şəxs özlərini şübhəli apardıqlarından və coşqun hərəkətlər etdiklərindən həmin şəxslərə qarşı onlarda şübhə yaranmışdır. Bundan sonra, onlar həmin şəxslərə yaxınlaşaraq, özlərini təqdim etmişlər və həmin şəxslərin birinin Şahid5, digərinin isə Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin şəxslərdən özlərini niyə həyəcanlı apardığını soruşduqda, Şahid5 və Təqsirləndirilən şəxs həyəcanlı olmalarını üzərlərində psixotrop maddə olması ilə izah etmişlər. Bundan sonra, onlar Şahid5 və Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 33-cü polis bölməsinə dəvət etmişlər. Şahid5 və Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-nin 33-cü polis bölməsinə gəlmişlər. Bundan sonra, onlar Suraxanı RPİ-nin 33-cü polis bölməsinin xidməti otaqlarının birində Şahid5 və Təqsirləndirilən şəxs videoçəkilişlə üzərlərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. İlkin olaraq axtarış keçirilməzdən əvvəl, təhqiqatçı tərəfindən Şahid5 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda, Şahid5 və Təqsirləndirilən şəxs üzərlərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa, könüllü təqdim etmələri təklif olunmuşdur. Şahid5 da üzərində özü istifadə etməsi üçün bir ədəd sellofana bükülmüş “patı” kimi tanıdığı psixotrop maddə olduğunu bildirmiş və əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin bükümü çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Şahid5 üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra, onlar Şahid5 təqdim etdiyi 01 ədəd sellofana bükülmüş bükümə baxış keçirmişlər. Baxış zamanı həmin 01 ədəd sellofana bükülmüş bükümdə ağ rəngli kristalşəkilli olan psixotrop maddə-metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Şahid5 təqdim etdiyi 01 ədəd bükümdəki kütlənin psixotrop maddə-metamfetamin olduğunu, həmin metamfetamini 17 yanvar 2025ci il tarixdə dostu Təqsirləndirilən şəxs ilə birlikdə tanımadığı İran İslam Respublikasının vətəndaşının bank kartına 50 manat pul göndərməklə, sonuncunun göndərdiyi yerləşmə nöqtəsindən, yəni Yasamal rayonunda yerləşən Narkoloji Dispanserin yanında ağacın dibindən götürüb saxladığını bildirmişdir. Bundan sonra, Şahid5 üstündən götürülmüş 01 ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmışdır. Bundan sonra axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda onlara üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etməsi üçün bir ədəd sellofana bükülmüş “patı” kimi tanıdığı psixotrop maddə olduğunu bildirmiş və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd həmin bükümü çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra, onlar Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofana bükülmüş bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə ağ rəngli kristalşəkilli olan psixotrop maddə-metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlənin psixotrop maddə-metamfetamin olduğunu, həmin maddəni 17 yanvar 2025-ci il tarixdə, dostu Şahid5 ilə birlikdə, tanımadığı İran İslam Respublikasının vətəndaşının bank kartına 50 manat pul göndərməklə, sonuncunun göndərdiyi yerləşmə nöqtəsindən, yəni Yasamal rayonunda yerləşən Narkoloji Dispanserin yanında ağacın dibindən götürüb saxladığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üstündən götürülmüş 01 ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər ərazi sakini kimi tanımışdır. Ona qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs də öz növbəsində onlara qarşı müqavimət göstərməmişdir. Tutulan şəxslərin hər ikisinin üzərindən psixotrop maddə aşkar edilmişdir. Həm avtomobilə, həm də şəxslərin üzərinə baxış polis bölməsində olan zaman keçirilmişdir. Təqsirləndirilən şəxsə yaxınlaşan zaman onlara tabe olmuşdur, lakin ilkin olaraq avtomobilin qapısını açmamışlar. Təqsirləndirilən şəxs onları tanıyırdı, qısa müddət sonra isə qapını açmışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid, ƏÇPA-nın 7-ci Patrul Bölüyünün polis serjantı Şahid2 məhkəmə iclasında iştirak etməmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadədə, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatlarla eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş ƏÇPA-nın 7-ci Patrul Bölüyünün polis serjantları Şahid3 və Şahid4 da ibtidai istintaqda verdiyi ifadələrini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Şahid3 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs də öz növbəsində onlara qarşı müqavimət göstərməmişdir. Tutulan şəxslərin hər ikisinin üzərindən psixotrop maddə aşkar edilmişdir. Həm avtomobilə, həm də şəxslərin üzərinə baxış polis bölməsində olan zaman keçirilmişdir. Təqsirləndirilən şəxsi tutan zaman onun əlində psixotrop maddəni görməmişdir. Şahid4 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə ilk olaraq özü və Şahid1 yaxınlaşmış, daha sonra kömək üçün Şahid2 və Şahid3 da gəlmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs də öz növbəsində onlara qarşı müqavimət göstərməmişdir. Tutulan şəxslərin hər ikisinin üzərindən psixotrop maddə aşkar edilmişdir. Şəxslərə yaxınlaşdıqları zaman narkotik vasitələrin təsiri altında olmamışlar, lakin çox həyəcanlı olmaqla, özlərini şübhəli aparmışlar. Təqsirləndirilən şəxsin polis bölməsinə gətirilənədək üzərində olan psixotrop maddəni atmaq imkanı nəzarətlərində olduğundan mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 19 yanvar 2025-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X8 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisinə ünvanlanmış 18 yanvar 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə, saat təxminən 17:10 radələrində Yeni Günəşli qəsəbəsində 2472 çağırışlı avtopatrulla inzibati ərazidə xidmət apararkən Yeni Günəşli qəsəbəsi, bina 4-ün qarşısından keçərkən dövlət qeydiyyat nişanı **-EP-*** olan “Toyota Prius” markalı avtomobilin yanından keçərkən iki nəfərin özlərini şübhəli aparmalarını görmüşlər. Dərhal həmin maşına yaxınlaşıb, maşında olan iki nəfəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinə gətirmişlər. Bölmədə məlum olmuşdur ki, həmin vətəndaşlar X5 və Təqsirləndirilən şəxsdur. (iş.v. 3) 18 yanvar 2025-ci il tarixli, şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə ağ rəngli, kristalşəkilli metamfetaminə oxşar psixotrop maddəni təqdim etmişdir. Bu psixotrop maddə-metamfetamini 17 yanvar 2025-ci il tarixdə, tanımadığı İran İslam Respublikasının vətəndaşından dostu Şahid5 ilə birlikdə, 50 (əlli) manata özünün istifadəsi məqsədi ilə alaraq üzərində saxladığını bildirmişdir. Aşkar olunan 01 (bir) ədəd sellofan bükümdə ağ rəngli, kristalşəkilli metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 171 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (iş,v. 24-26) 18 yanvar 2025-ci il tarixli, “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, qeyd olunan tarixdə, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin həyətində qırmızı rəngli “Toyota Prius” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə sürücü Şahid5 tərəfindən maşının qapıları açılaraq baxış keçirilmişdir. Avtomaşın salamat vəziyyətdə olmuşdur. Avtomaşının qabaq oturacaqları arasında olan saxlanc yerindən bir neçə cür formada mobil telefon enerji doldurmaq üçün nəzərdə tutulmuş adaptorlar olmuşdur. Digər saxlanc yerindən heç nə aşkar edilməmişdir. Avtomobilin baqaj yerində 01 ədəd qara rəngli dəri gödəkçə olmuş, həmin gödəkçənin cibindən heç nə aşkar edilməmişdir. Baqaj yerində avtomaşına aid müxtəlif əşyalar olmuşdur. Baxış zamanı avtomobildən iş üzrə əhəmiyyət kəsb edəcək heç nə aşkar olunmamışdır. (iş.v.28-29) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskə baxış keçirilərək tədqiq edilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları Suraxanı RPİ-nin 33-cü polis bölməsinin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bir bükümü çıxarıb təqdim edərək bildirir ki, təqdim etdiyi bükümün içərisindəki kütlə psixotrop maddə-metamfetamindir və metamfetamini 17 yanvar 2025-ci il tarixdə, dostu Şahid5 ilə birlikdə, tanımadığı İran İslam Respublikasının vətəndaşının bank kartına 50 manat pul göndərməklə, sonuncunun göndərdiyi yerləşmə nöqtəsindən, yəni Yasamal rayonunda yerləşən Narkoloji Dispanserin yanında ağacın dibindən götürüb saxladığını bildirir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilmir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 yanvar 2025-ci il tarixli, 6/257 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün №171" dairəvi möhür əksi, “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs“ yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,521 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 0,521 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,471 qram. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil etmişdir. (iş.v. 37-39) Məhkəmə ambulator narkoloji ekspertizasının 12 fevral 2025-ci il tarixli, 775 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatdadır. (iş.v. 96-97) Suraxanı RPİ-nin İŞ-nin əməliyyat tapşırığına Suraxanı RPİ-nin 33-cü polis bölməsi tərəfindən ünvanlanan 17 fevral 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddəni verən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. (iş.v. 75-76, 93) 28 fevral 2025-ci il tarixli, “əşyanın maddi sübut qismində tanınması və saxlanca verilməsi haqqında” qərardan görünür ki, 0,521 qram psixotrop maddə-metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra psixotrop maddə olan metamfetaminin qalıq qalmış - 0,471 qramı saxlanılması üçün Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlancına təhvil verilmişdir. (iş.v. 98-99) 04 mart 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 0,521 qram, tədqiqatdan sonra qalıq qalmış 0,471 qram olan psixotrop maddə-metamfetaminin cinayət işi üzrə maddi sübut kimi tanınması və Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddəmetamfetaminin mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən material ayrılmışdır. Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdə təmiz çəkisi 0, 521 qram olan psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndi tətbiq edilməsin. Şahid5 barəsində Suraxanı RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ibtidai istintaqının aparılması nəzərə alınmışdır. (iş.v. 105-113) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskin maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (iş.v. 105-113) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuş, saat 17:10-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 20 yanvar 2025-ci il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla, müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 20, 53-54, 67- 69) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X6 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X7 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs ilkin məhkəmə baxış iclası zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən üzərlərinə və avtomobilə baxış keçirilərkən bu vaxt üzərlərində və avtomobildə narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polislər bildirmişlər ki, narkotik vasitə istifadə etmələrini görmüşlər, buna görə də, Suraxanı RPİ-nin 33-cü polis bölməsinə getməlidirlər. Bölmədə olduğu dövrdə ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq tətbiq olunmuş, döyülmüşdür. Suraxanı RPİ-nin MSY-də saxlanılan zaman güclü ağrıları olduğu üçün TTY çağırılmışdır. Tibbi yardım əməkdaşlarına da döyüldüyünü bildirmişdir. Lakin müdafiəçisinə bildirməmişdir. Lakin sonuncu məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ittihamla ona elan olunmuş əməli həqiqətən də törətdiyini və bu əməlindən peşman olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğunu bildirmişdir. Bundan əlavə, onunla birlikdə tutulmuş dostu Şahid5 da məhkəmə iclasında şahid qismində dindirilərkən Yasamal rayonu ərazisində Narkoloji dispanserin yanındakı ağacın yanından psixotrop maddəni götürdüyünü, sonra Hidayətlə aralarında yarı böldüklərini, əvvəllər də psixotrop maddələrdən birlikdə istifadə etdiklərini, o cümlədən hadisənin ittiham aktında qeyd edilən şəkildə baş verdiyini ifadəsində göstərərək təsdiq etmişdir. Həmçinin ambulator narkoloji rəydən də görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs, 04 dekabr 2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatdadır. Bunlarla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli həqiqətən törətməsi, özünün də etirafedici ifadəsindən göründüyü kimi, tam şəkildə təsdiqini tapmışdır. Suraxanı rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli sorğusuna cavab olaraq Suraxanı RPİ tərəfindən göndərilmiş Aktdan görünür ki, Təqsirləndirilən şəxs, Suraxanı RPİ-nin MSY-nə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 18 yanvar 2025-ci il tarix, saat 22:00-da qəbul olunmuşdur. X3 qərarına əsasən 20 yanvar 2025-ci il tarixdə, saat 16:30-da MSY-dən azad olunmuşdur. Bu zaman şikayət və tələbi olmamışdır. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. İbtidai istintaq zamanı “Toyota Prius” markalı, **-EP-*** dövlət nömrə nişanlı avtomobilə keçirilən baxış zamanı qeyd alınmış videogörüntüləri əks etdirən 01 ədəd CD diskə məhkəmə iclası zamanı baxış keçirilmiş, lakin iş üçün sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumata rast gəlinmədiyindən məhkəmə tərəfindən maddi sübut qismində tanınmamış və iş materiallarına əlavə edilmişdir. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,521 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi, S.Cəfərov küçəsi 4 saylı yaşayış binasının qarşısıdır. Daha sonra şəxs 33-cü polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,521 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və Daxili İşlər Nazirliyinin ƏÇPA-nın 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən 18 yanvar 2025-ci il tarixdə, saat 17:10-da psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi, S.Cəfərov küçəsi 4 saylı yaşayış binasının qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasına gətirilib orada videoçəkiliş aparılmaqla, saat 19:55-dən başlayaraq üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş xeyli miqdarda təmiz çəkisi 0,521 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən və məhkəmədə tədqiq edilmiş digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 74) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamına əsasən ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna yekun hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin suiistifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və onun 04 dekabr 2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalı, iş üzrə maddi sübut qismində tanınmış və Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,471 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, ibtidai istintaq zamanı “Toyota Prius” markalı, **-EP-*** dövlət nömrə nişanlı avtomobilə keçirilən baxış zamanı qeyd alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 6 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 6 iş saatı üçün 66 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdən 20 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və onun 04 dekabr 2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış və Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,471 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İbtidai istintaq zamanı “Toyota Prius” markalı, **-EP-*** dövlət nömrə nişanlı avtomobilə keçirilən baxış zamanı qeyd alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 6 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 66 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-311/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-311/2025
19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver