Məhkəmə qərarları › İş №1(010)-314/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-314/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-314/2021 01.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli qərarı ilə barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Qanunu tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi yuxarıda göstərilən hökmdən xaric edilmiş və azadlıqdan məhrum etmə cəzası 04 ilə endirilmiş, Xətai Rayon Məhkəməsinin 24 mart 2020-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 06 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti bitdiyinə görə 30 iyul 2020-ci ildə qeydiyyatdan çıxarılmış, barəsində Suraxanı Rayon Məhkəməsinin 24 iyul 2021-ci il tarixli qərarı ilə əvvəli 22 iyul 2021-ci ildən hesablanmaqla 03 ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş və 22 iyul 2021-ci ildən etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış bir ədəd bükümdə narkotik vasitə olan 2,023 qram çəkidə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 22 iyul 2021-ci il tarixdə saat 14:30-da Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 8 ünvanının qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,023 qram təşkil edən qəhvəyi rəngli maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ağrıları olduğuna narkotik vasitə heroindən istifadə edir. 22 iyul 2021-ci ildə saat 14:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 8 ünvanın qarşısında olduğu vaxt ona 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu 33-cü polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. 33-cü polis bölməsinin inzibati binasında xidməti otaqların birində hüquqları və vəzifələri izah edildikdən sonra üzərində qanunsuz əşya varsa, təqdim etməsi təklif olundu. Bununla əlaqədar əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofanın içərisində toz şəkilli narkotik maddə heroini çıxararaq təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitəni “Kubinka” adlnanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alıb. Aşkar olunan bükümdəki heroin onun iştirakı ilə kağız zərfdə qablaşdırılmış, möhürlənərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, tərtib edilən protokol və qablaşdırılmış zərf özü və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 iyul 2021-ci il tarixdə Bakı şəhər sakini “Nadir” adlı şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında raportla 33-cü polis bölməsinin rəhbərliyinə məruzə edildikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmış, bölmə əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx xxxxxxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 22 iyul 2021-ci ildə saat 14:30da polis əməkdaşı Şahid2la birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 8 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılmışdır. Xidməti vəsiqəsini və özünü Təqsirləndirilən şəxs təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və narkotik vasitəni üzərində saxlamaqda şübhəli olduğunu bildirərək, birlikdə 33-cü polis bölməsinə getməsini təklif etmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə 33cü polis bölməsinə gəlmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah olunmuş və videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı bir bükümdə olan heroini təqdim etmiş, həmin vasitəni adını və soyadını bilmədiyi şəxsdən 20 manat pula “Kubinka” adlanan ərazidən aldığını bildirmişdir. Sonra baxışda iştirak edən digər şəxslərlə birlikdə bu haqda təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan iştirakçılara oxunmuş, heç bir şikayət, təklif və əlavələr daxil olmamış və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmçinin ekspertiza təyin edilməsi məqsədilə Təqsirləndirilən şəxs götürülmüş heroin qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 23 iyul 2021-ci il tarixli 6/3040 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd edilir ki, «tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №171» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş» sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,023 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir». 16 sentyabr 2021-ci il tarixli 3473 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vadır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etdiyini və peşman olduğunu, himayəsində 1 nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Zavvar X1 Rayon Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli qərarı ilə barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Qanunu tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi yuxarıda göstərilən hökmdən xaric edilmiş və azadlıqdan məhrum etmə cəzası 04 ilə endirilmiş, Xətai Rayon Məhkəməsinin 24 mart 2020-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 06 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti bitdiyinə görə 30 iyul 2020-ci ildə qeydiyyatdan çıxarılmışdır. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,973 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 22 iyul 2021-ci il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,973 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar