Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-316/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 18 – 20 oktyabr 2022-ci il, 28 – 30 oktyabr 2022-ci il və 11 – 13 avqust 2022-ci il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edərək, daşımaqla üzərində saxlamış və Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 avqust 2022-ci il tarixdə saat 16:30-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Çaparidze küçəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Suraxanı RPİ-nin 31-ci polis bölməsinin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,601 qram, 0,468 qram 0,408 qram, ümumi təmiz çəkisi 1,477 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edərək, daşımaqla üzərində saxlamış və Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 oktyabr 2022-ci il tarixdə saat 14:10-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Çaparidze küçəsində yaşadığı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,203 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edərək, daşımaqla üzərində saxlamış və Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 oktyabr 2022-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nərimanov küçəsində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış zamanı əynindəki göy rəngli idman şalvarın qabaq sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,721 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 11 avqust 2022-ci il tarixdə səhər saatlarında Bülbülə qəsəbəsində adını və ünvanını bilmədiyi şəxsdən 30 manata 3 büküm narkotik vasitə almışdır. Öz istifadəsi üçün üzərində saxlamış və həmin gün saat 16:30 radələrində Bülbülə qəsəbəsi, Nizami küçəsində piyada gəzən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onu şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməyi bildirilmişdir. O, əynindəki göy rəngli idman şalvarın sağ yan cibindən 03 ədəd bükümü çıxararaq təqdim etmiş və həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan 3 ədəd büküm onun iştirakı ilə 1 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Bundan sonra o, 18 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Əmircan qəsəbəsində adını bilmədiyi şəxsdən 15 manata 1 büküm heroin almış və sonradan istifadə etmək üçün üzərində saxlamışdır. 18 oktyabr 2022-ci ildə saat 14:10 radələrində Əmircan qəsəbəsi, Caparidze küçəsi 14 ünvanın yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onu şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməyi bildirilmişdir. O, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxararaq təqdim etmiş və həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni həmin tarixdə Əmircan qəsəbəsində “Ceyhunbala” adlı şəxsdən 15 manata aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan 1 ədəd büküm onun iştirakı ilə 1 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Bundan sonra o, 28 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Əmircan qəsəbəsində adını “Ceyhunbala” olduğunu bildiyi, digər məlumatlarını bilmədiyi şəxsdən 10 manata 1 büküm heroin almış, sonradan istifadə etmək üçün üzərində saxlamışdır. 28 oktyabr 2022-ci ildə saat 17:00 radələrində Əmircan qəsəbəsi, Nərimanov küçəsində olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onu şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməyi bildirilmiş, o, əynindəki göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxararaq təqdim etmiş və həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni həmin tarixdə Əmircan qəsəbəsində “Ceyhunbala” adlı şəxsdən 10 manata aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan 1 ədəd büküm onun iştirakı ilə 1 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 oktyabr 2022-ci ildə Orxan adlı şəxsin Suraxanı rayonu, Əmircan qəsəbəsi, Caparidze küçəsində üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin şəxsi müəyyən olunması və onun bölməyə gətirilməsi zərurəti yarandığından, polis bölməsinin rəisinə raportla müraciət edilmişdir. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edərək Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin rəisi tərəfindən təsdiq edildikdən sonra 28 oktyabr 2022-ci il tarixdə saat 14:00 radələrində o, Suraxanı RPİ-nin 31-ci polis bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Əmircan qəsəbəsi, Caparidze küçəsinə getmişlər. Həmin küçədə məlumatda bildirilən əlamətlərə görə Orxan adlı şəxslə rastlaşaraq onu Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zərurəti yarandığından, bu barədə dərhal raport yazıb bölmə rəisinə məruzə edilmiş, polis bölməsinin rəhbərliyi tərəfindən prosessual hərəkətlərin keçirilməsi təhqiqatçı Aqşin Vəliyevə həvalə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmiş, bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, video çəkilişlə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək, bükümün içərisində narkotik maddə heroin olduğunu, həmin maddəni Əmircan qəsəbəsində “Ceyhunbala” kimi tanıdığı şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı, başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 bükümdə olan həmin maddə kağız zərfə qablaşdırılıb Suraxanı Rayon Polis İdarəsinin 31ci polis bölməsinin 195 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və aşkar olunmuş narkotik vasitəni haradan, kimdən əldə etməsi barədə hər hansı məlumatı yoxdur. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin sahə inspektoru vəzifəsində işləyir. 11 avqust 2022-ci ildə Orxan adlı şəxsin Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 11 avqust 2022-ci il tarixdə saat 16:30 radələrində onlar Bülbülə qəsəbəsi, Nizami küçəsinə getmişlər. Həmin küçədə məlumatda bildirilən əlamətlərə görə Orxan adlı şəxslə rastlaşaraq onu Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zərurəti yarandığından, bu barədə dərhal raport yazıb bölmə rəisinə məruzə edilmişdir. Bölmə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin keçirilməsi təhqiqatçı Namiq Məmmədova həvalə edilmişdirdi. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildi, videoçəkilişlə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olubolmaması barədə sual verildi və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olundu. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 3 ədəd şəffaf bükümü çıxarıb təqdim edib içərisində heroin olduğunu və həmin gün Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 30 manata aldığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı, lakin başqa heç nə aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 bükümdə olan həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılıb Suraxanı RPİ-nin 31-ci polis bölməsinin 195 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 220100960 nömrəli cinayət işi üzrə: 28 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin təhqiqatçısı X2 tərəfindən həmin protokol ona görə tərtib olunmuşdur ki, Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247-ci maddələrinin tələblərini rəhbər tutaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nərimanov küçəsində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 oktyabr 2022-ci il tarixli qərara əsasən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü və şalvarının qabaq sol yan cibindən üzərində “Kale” yazılan bir ədəd yaşadığı evin açarını çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının qabaq sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə kakos olduğunu və həmin narkotik vasitəni Əmircan qəsəbəsi ərazisində şəxsən tanımadığı, lakin adını Ceyhunbala kimi bildiyi şəxsdən 10 manata alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürüldü. Davam edən şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşad Mahmudovun 30 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elmir Ələsgərovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 30 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmişdir. 29 oktyabr 2022-cı il tarixli 6/6283 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Arayışlar üçün №195” dairəvi möhür əksi, “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,721 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir». 220100643 nömrəli cinayət işi üzrə: 11 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin təhqiqatçısı X1 tərəfindən həmin protokol ona görə tərtib olunmuşdur ki, Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247-ci maddələrinin tələblərini rəhbər tutaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin sahə inspektoru Elton Salmanovun iştirakları ilə Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə saat 16:30-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 avqust 2022-ci il tarixli qərara əsasən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli yumşaq şəkilli, spesifik iyə malik olan maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynindəki göy rəngli şalvarın sağ yan cibindən 03 ədəd şəffaf sellofana bükülmüş bükümün narkotik maddə sayılan heroin olduğunu, bu gün Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 30 manata alıb, istifadə etmək üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş içərisində 03 ədəd şəffaf sellofana bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşad Mahmudovun 13 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Rüstəm Şıxəliyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 13 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 12 avqust 2022-cı il tarixli 6/4299 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN arayışlar üçün №195” dairəvi möhür əksləri olan, “Saxlanılan şəxs... Təqsirləndirilən şəxs..” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,601 qram, 0,468 qram, 0,408 qram, ümumi təmiz çəkisi 1,477 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir». 220100925 nömrəli cinayət işi üzrə: 18 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin təhqiqatçısı X2 tərəfindən həmin protokol ona görə tərtib olunmuşdur ki, Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247-ci maddələrinin tələblərini rəhbər tutaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid5, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid6 iştirakları ilə Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə saat 14:10-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Çaparidze küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 oktyabr 2022-ci il tarixli qərara əsasən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq göy rəngli cins şalvarının qabaq sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü və əynindəki qara gödəkcənin sol yan cibindən üzərində nömrə və batareyası olmayan “Nokia” 6300 markalı mobil telefonu və üzərində “Kale” yazılan bir ədəd yaşadığı evin açarını çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının qabaq sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə kakos olduğunu və həmin narkotik vasitəni Bülbülə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini həmçinin satışı ilə məşğul olmadığını bildirdi. Daha sonra üzərində aşkar olunaraq götürülmüş “Nokia” markalı mobil telefonun işləmədiyini, üzərində nömrə və batareyasının olmadığını bildirərək həmin telefonu təmir etdirmək məqsədilə ustaya aparacağını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürüldü. Davam edən şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə saat 15:40-da şübhəli şəxs qismində tutulmuşdur. “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşad Mahmudovun 20 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Aqil Qasımovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 19 oktyabr 2022-cı il tarixli 6/6047 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №195” möhür əksi, “Şübhəli şəxs...Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,203 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir». Cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi” haqqında 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək, icraatında olan ********* nömrəli cinayət işi ilə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaq davam etdirilmişdir. Cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi” haqqında 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək, icraatında olan ********* nömrəli cinayət işi ilə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaq davam etdirilmişdir. 10 fevral 2023-cü il tarixli 738 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3 məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust, 20 oktyabr və 30 oktyabr 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamlar birləşdirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yeni ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs “World Kubd” Federation tərəfindən diplomla, 05 fevral 2016-cı ildə Xocalı faciəsinin XXVİ ildönümünə həsr olunmuş “Döyüş növləri” üzrə turnirdə 75 kg.çəki dərəcəsində 18+ yaş qrupunda, İ yerə layiq görüldüyü üçün diplomla, 11 mart 2007-ci ildə Yunan-Roma güləş idman növü üzrə Kentavr idman klubunun açıq birinciliyi tərəfindən yarışda 50 kg.çəki dərəcəsində tutduğu yerə görə diplomla 14-15 yanvar 2017ci ildə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş Döyüş növləri üzrə festivalda 67 kg. çəki dərəcəsində 18+ yaş qrupunda, İ dərəcəli diplomla, 30 iyul 2017-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şəhid olmuş həmvətənlərimizin xatirəsinə həsr olunmuş Tay Boks üzrə açıq turnirdə 65 kg. çəki dərəcəsində 18+ yaş qrupunda İ yeri tutduğuna görə diplomla, 14-15 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şəhid olmuş Fərid Əhmədovun xatirəsinə həsr olunmuş “Thaiboxing” üzrə açıq turnirdə 65 kg. çəki dərəcəsində 18+ yaş qrupunda İİ yer tutduğuna görə diplomla təltif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, döyüş növləri üzrə müxtəlif tədbirlərdə medal və diplomlarla təltif olunmasını (sübut kimi 01 ədəd kompakt disk təqsirləndirilən şəxs tərəfindən təqdim edilmişdir) iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini üç dəfə, yəni 11 avqust, 2022-ci il, 18 oktyabr 2022-ci il və 28 oktyabr 2022-ci il tarixlərində törədib. Bu Azərbaycan Respublikası CM-nin 16-cı maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. İş üzrə cəzanı ağırlaşdıra biləcək başqa hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 1,671, 1,327 və 1,103 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 230 (iki yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçiriləmlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 – 20 oktyabr 2022-ci il, 28 – 30 oktyabr 2022-ci il və 11 – 13 avqust 2022-ci il tarixləri üzrə tutulduğu 06 (altı) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 may 2023-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 1,671, 1,327 və 1,103 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 230 (iki yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi manat Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-316/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-316/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver