Məhkəmə qərarları › İş №1(010)-317/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-317/2023

18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-317/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə 13 iyul 2002-ci ildə Masallı rayonu, Hişkədərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Hişkədərə kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən şəhərin Heydər Əliyev prospekti ilə Hava Limanı istiqamətində gedən avtomobil yolunun «Baku Ekspo» mərkəzinin qarşısından keçən hissəsində idarə etdiyi özünə məxsus «VAZ-21144» minik markalı **- SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hava Limanı istiqamətində hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36 maddəsinin 1-ci hissəsinin 3-cü bəndi və 64-cü maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş yol hərəkəti qaydalarını pozaraq, avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 110 km/saata qədər məhdudlaşdırılmış yolun hərəkət zolağında icazə veriləndən artıq, yəni 120 km/saat sürətlə idarə edərək qarşıda avtomobillərin sıxlığını görərək, avtomobilin sürücüsü kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, lazımi əməliyyatları vaxtında və düzgün aparmamaqla təhlükəsizliyi təmin etməyərək, avtomobilin sürətini azaltmadan hərəkətini davam etdirib sıxlığa yaxınlaşandan sonra qarşısındakı avtomobillərin dayanmasını görüb sağa istiqamətlənməklə manevr edərkən 2-ci zolaqda nasazlıqla əlaqədar dayanmış «Chevrolet Cruze» minik markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında dayanmış «Volkswagen Amarok» minik markalı 99-GK- 032 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, daha sonra toqquşmanın təsirindən «VAZ-21144» minik markalı avtomobil fırlanaraq yolun hərəkət hissəsində piyada dayanmış «Chevrolet Cruze» minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs vurmuş və həmin avtomobilin arxa hissəsi ilə toqquşmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs kəllə və üz sümüklərinin çoxsaylı sınıqları, baş beyin əzilməsi, sol qamış və incik sümüyünün yerdəyişmiş qəlpəli açıq sınığı, sağ qasıq sümüyünün yerdəyişməmiş sınığı, sağ baldırın əzilmiş-cırılmış yarası, sifətin və sol alın gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ qaş nahiyəsinin əzilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan xəsarətlər alaraq sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü məhkəmənin əvvəlki iclasında təqsirli bilməsə də, sonradan özünü təqsirli bilərək göstərdi ki, «VAZ-21014» minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 03 oktyabr 2022-ci il tarixdə idarə etdiyi «VAZ-21014» minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinə gəlmişdir. Həmin gün saat 15:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, H.Əliyev prospekti ilə Hava Limanı istiqamətində yolun birinci hərəkət zolağı ilə 120 km/saat sürətlə hərəkət etmiş, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə heç bir nasazlıq olmamış, özü spirtli içki qəbul etməmiş, ayıq vəziyyətdə olmuşdur. Avtomobilində sərnişin və ya yük olmamışdır. Gündüz vaxtı olduğundan yolun hərəkət hissəsi və ətraf aydın görünmüşdür. Ondan qabaqda «Amarok Pikap» markalı avtomobil hərəkət etmişdir. «Bakı Ekspo» mərkəzinin qarşısına çatmağa bir qədər qalmış qarşıda hərəkət sıxlığının olduğunu görmüş və avtomobilinin uzaq vuran işıqlarını yandırıb-söndürməklə yol istəmiş, fikirləşmişdir ki, qarşıda olan avtomobillər ona yol verərlər və o, ötüb keçər. Buna görə də sürəti azaltmağa ehtiyac görməmişdir. Avtomobillərin sıxlaşdığı yerə çatanda ani olaraq qarşısında hərəkətin demək olar ki, dayandığını görmüş və sağa manevr etmək istəyərkən avtomobilinin qabaq tərəfi ağ rəngli «Pikap» markalı avtomobilin arxa tərəfi ilə toqquşmuşdur. Hadisədən sonra aldığı zərbələrdən huşunu itirmiş, ayılanda artıq 3 saylı Şəhər Klinik Xəstəxanasında olmuşdur. Təxminən bir həftə həmin xəstəxanada müalicə olunduqdan sonra müalicəsini 1 saylı Şəhər Klinik Xəstəxanasında davam etdirmişdir. Zərərçəkmiş şəxs 3500 manat pul verdiyini bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, idarə etdiyi «Chevrolet Cruze» minik markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Şahid4 adına qeydiyyatdadır, qardaşının notarial etibarnaməsi ilə avtomobili idarə edir. 03 oktyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində Heydər Əliyev prospektində aeroport yolunda idarə etdiyi «Chevrolet Cruze» minik markalı 90-KY- 933 dövlət qeydiyyat nişanh avtomobil ilə aeroport istiqamətində “Azpetrol” yanacaq məntəqəsinə tərəf hərəkətdə olduğu zaman gözlənilmədən avtomobilinin qabaq sağ təkəri yerindən çıxaraq ayrılmış və avtomobilin qabaq sağ tərəfi asfalta sürtünməyə başlamışdır. Həmin vaxt qardaşı Samirin arvadı Şahid1 avtomobildə arxa oturacaqda oturmuş, ondan başqa hadisədən bir az əvvəl Qobu qəsəbəsində yolda götürdüyü üzdən tanıdığı bir oğlan qabaq sağ oturacaqda oturmuşdur. Hadisə “Ekspo Mərkəz”in bərabərində baş vermiş, hadisə zamanı avtomobili aeroport istiqamətində soldan ikinci hərəkət zolağında olmuş, təkər ayrılandan sonra ancaq avtomobili hərəkət zolağında saxlamağa və dayandırmağa çalışmış, avtomobilin hərəkət zolağından çıxmasına imkan verməmişdir ki, başqa avtomobillərin yoluna çıxması ilə təhlükə yaranmasın. Avtomobili dayanandan sonra özü və sərnişin oğlan maşından düşmüş, ətrafa baxanda görmüşdür ki, avtomobilinin təkəri sağ tərəfdəki hərəkət zolağında asfaltın üstünə düşmüşdür. O, təkəri götürüb avtomobilin yanına gətirmiş, təxminən 10-12 metr arxada qoymuşdur ki, gələn avtomobillər təkəri görüb yan keçsinlər. Eyni zamanda diqqəti cəlb etmək üçün baqajın qapısını da açıb qaldırmşdır. Avtomobilində yaranmış nasazlığı yerində aradan qaldırmaq və avtomobili sürüb yoldan çıxarmaq mümkün olmadığına görə evakuator xidmətinə zəng vurmalı olmuş, avtomobilin arxasında dayanıb telefonla əlləşdiyi zaman gözlənilmədən arxa tərəfdən gələn avtomaşınla vurulmuş və maşınına çırpılıb yerə yıxılmışdır. Zərbənin və aldığı xəsarətlərin təsirindən özünü itirmiş, huşsuz vəziyyətə düşmüş, onu vuran avtomobilin necə yaxınlaşdığını görməmiş, ona görə bu avtomobilin hansı sürətlə, yolun hansı hissəsi ilə gəldiyini deyə bilmir. Oradan tanımadığı şəxslər onu X2 gətirmişlər, özünə gələndə artıq xəstəxanada olmuşdur. Həmin xəstəxanada əməliyyat olunub 10 oktyabr 2022-ci il tarixədək müalicədə olandan sonra DTX-nın hərbi hospitalına müraciət etmiş və orada müalicə almışdır. Müayinə və müalicə zamanı məlum olmuşdur ki, kəllə və üz sümükləri bir çox yerdən sınmış, çanaq və ayaq sümüklərində sınıqlar, bədəninin çoxlu əzilmələri aşkar olunmuşdur. Xəstəxanadan öz xahişi ilə evə buraxılmış, ambulator müalicəsi davam edir, həkim nəzarətindədir. Özü xəsarət almaqla yanaşı avtomobili də toqquşmadan ciddi zədələr almış və bərpasına tələb olunan xərclər mühüm ziyandır. Onu da bildirir ki, hadisəyə qədər sağlam, ayıq olmuşdur. Hadisədən sonra huşsuz və halsız vəziyyətdə xəstəxanaya aparılmış, orada onu tibbi müayinələrdən keçirmişlər, spirtli içki ilə bağlı yoxlanılmasını deyə bilmir, çünki həmin vaxt ağrılı vəziyyətdə olduğundan hansı müayinələr aparıldığını dəqiq xatırlamır. Hadisədən sonra xəstəxanada olanda yanına gələnlərin danışıqlarından məlum olmuşdur ki, hadisə yerində “VAZ 21144” minik markalı avtomobilin sürücüsü çox böyük sürətlə onların dayandıqları yerə yaxınlaşandan sonra təhlükəli manevr edərək toqquşmaya səbəb olub, əvvəl bir “Pikap” minik markalı avtomobili vurmuş, sonra onun avtomobilini və özünü vurmuşdur. “VAZ 21144” minik markalı avtomobilin Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən idarə olunduğunu da sonradan eşitmişdir. Bundan başqa Zərərçəkmiş şəxs çıxış mərhələsində əlavə olaraq qeyd etmişdir ki, sığorta tərəfindən ona 1500 manat məbləğində pul ödənilmişdir, eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən ona 3500 manat ödənilsə də, sağlamlığına 26000 manat, avtomobilə isə 2000 manat olmaqla, ona ümumi 28000 manat ziyan dəymişdir. Şikayətçidir, mülki iddiası var, onun təmin olunmasını, təqsirləndirilən şəxs barəsində isə qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə mülki iddiaçı qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 03 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində Heydər Əliyev prospektində aeroport yolunda «Chevrolet Cruze» minik markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qəzaya düşmüş Zərərçəkmiş şəxs qardaşıdır. Bəxtiyarın idarə etdiyi «Chevrolet Cruze» minik markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir, avtomobili qardaşına notarial etibarnamə ilə idarə etmək üçün vermişdir. Bəxtiyar “BC” dərəcəli sürücü kimi avtomobili idarə etmək hüququna malikdir. Baş vermiş qəza zamanı avtomobildə olmamışdır. Hadisə barədə sonradan eşitmiş, məlum olmuşdur ki, qardaşı Samirin arvadı Rəşidə də qəza zamanı avtomobildə olmuşdur. Onların sözlərindən bilir ki, həmin gün saat 15.30 radələrində Bəxtiyar hadisənin baş verdiyi ərazinin keçəndə əvvəl idarə etdiyi avtomobilin qabaq sağ təkəri yerindən çıxmış, hərəkəti davam etdirmək mümkün olmadığından yolun hərəkət hissəsində dayanmışdır. Bu vəziyyətdə Bəxtiyar avtomobildən düşüb təkəri götürmüş və avtomobilin yanına qayıdandan 5-6 dəqiqə sonra, yerdə dayanıb evakuator telefonla çağırdığı zaman arxadan gələn, sonradan məlum olduğu kimi, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21144” markalı avtomobili yüksək sürət səbəbindən saxlaya bilməyib bir “Pikap” minik markalı avtomaşınla, onun avtomaşını ilə toqquşmuş, qardaşı Bəxtiyarı da piyada yerdə dayandığı vəziyətdə vurmuşdur. Bəxtiyar hadisə yerindən xəstəxanaya aparılmış, özünün deməsinə görə qəza zamanı telefonla danışdığı vəziyyətdə diqqəti ətrafda olmamış və “VAZ 21144” minik markalı maşının onu necə vurduğunu görməmişdir. Bəxtiyar çoxsaylı ağır xəsarətlər almış, xəstəxanada əməliyyat olunmuşdur. Qəzanı törətmiş “VAZ 21144” minik markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Hadisə nəticəsində avtomobilinə dəymiş ziyan hesablatdırılmış, 2000 manat təşkil etmişdir. Tələb edir ki, maşınına vurulmuş ziyan təqsirli şəxs tərəfindən ödənilsin. Qeyd edir ki, sığorta tərəfindən onun avtomobilinə 600 manat məbləğində pul ödənilmişdir. Məhkəmədə ifadəsi elan edilmiş mülki iddiaçı Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 03 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində, aeroport yolunda “Ekspo Mərkəz”in yaxınlığında «Volkswagen Amarok» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qəzaya düşmüş Şahid2 atasıdır. Vüqarın idarə etdiyi «Volkswagen Amarok» markalı avtomobilin mülkiyyətçisi özüdür. Oğlu Vüqara avtomobili idarə etməyə notarial etibarnamə vermişdir. Həmin gün qəza barəsində saat 15:30-16 radələrində məlumat almış, özü hadisənin iştirakçısı və şahidi olmamışdır. Hadisə zamanı Vüqar avtomobildə tək olmuş. Oğlunun deməsinə görə hadisə yerində Hava Limanı istiqamətində hərəkətdə olduğu zaman yolun hərəkət hissəsində soldan ikinci zolaqda dayanmış Şevrolet markalı avtomobili görmüş, yolunda olan avtomobilə çatanda sürəti azaldıb dayanmış və yandakı hərəkət zolağının boşalmasını gözləmişdir ki, yoluna davat etsin, bu zaman gözlənilmədən arxadan yüksək sürətlə gələn “VAZ 21144” markalı avtomobil onların avtomobilinin arxa tərəfi ilə toqquşmuş, zərbədən avtomobili aşıb sonra yenə təkərlər üstünə qalxmış, “VAZ 21144” markalı avtomobil isə yolda dayanmış avtomobilə də dəyib yolda kimisə vurmuşdur. Qəza nəticəsində oğlu Şahid2 müxtəlif xəsarətlər almış, avtomobilinə ziyan vurulmuşdur. Hadisədən sonra istintaq orqanının icazəsi ilə zədəli «Volkswagen Amarok» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərində fəaliyyət göstərən “Great Motors” şirkətində texniki müayinədən keçirilmiş, hesablamalarla təsdiq olunmuşdur ki, hissələrin dəyəri və təmir-bərpa xərcləri nəzərə alınmaqla vurulmuş ziyan 15.630 manat təşkil edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Cəfərxanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs qaynıdır. 03 oktyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində aeroport yolunda qaynı Zərərçəkmiş şəxs idarə etdiyi «Chevrolet Cruze» markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzaya düşməsi zamanı avtomobildə sərnişin qismində olmuşdur. Hadisənin halları ilə bağlı deyə bilər ki, qəza zamanı avtomobilin arxa oturacağında sağ tərəfdən oturmuşdur. Hadisə baş verənədək yolda Qobu qəsəbəsində Bəxtiyar yolun kənarında dayanmış tanımadığı bir kişini də avtomobilə götürmüş, həmin adam qabaq sağ oturacağa oturmuşdur. X3 prospekti ilə aeroport istiqamətində hərəkətdə olanda Bəxtiyar avtomobili sol tərəfdən ikinci zolaqla sürmüşdür. O, arxa oturacaqda oturduğu yerdən avtomobilin cihazlarına baxmamış, yola da xüsusi diqqət yetirməmişdir. Düz yolda normal və rahat hərəkət etdikləri zaman birdən nəsə baş vermiş və avtomobilinin qabağının sağ tərəfi asfalta çökmüş, asfalta dəyməsindən kəskin sürtünmə səsi gəlmiş, bu vəziyyətdə avtomobilin hərəkəti bir xeyli davam etmiş, sonra dayanmışdır. Özü nə baş verdiyini bilməmiş, avtomobil dayananda Bəxtiyarın və tanımadığı sərnişinin danışıqlarından başa düşmüşdür ki, avtomobilin təkəri yerindən çıxmış, amma səbəbini bilmir. Bəxtiyar və sərnişin avtomobildən düşəndən sonra yolun sağ tərəfmə düşmüş təkəri götürüb avtomobilin yanına gətirmişlər, həmin təkəri avtomobildən arxada asfalta qoymuşlar ki, gələn avtomobillər onların avtomobilinin üstünə çıxmasınlar, təkəri qoymaqdan əlavə baqajın qapağını da açmışlar. Təkəri gətirib qoyandan sonra Bəxtiyar avtomobilin arxa tərəfində dayanıb telefonla evakuator çağırmaşa başlamış, bu zaman arxada avtomobil zərbə səsini eşitmiş, onların avtomobili zərbənin təsirindən yerindən tərpənib bir az da qabağa getmiş, elə həmin vaxt toqquşan ağ rəngli minik avtomobili yerdə olan Bəxtiyarı da vurub asfaltın üstünə yıxmış, Bəxtiyar zərbədən öz avtomobilinin üstünə, oradan isə avtomobildən sağa asfalta düşərək bərk əzilib xəsarət almışdır. Onların avtomobili ilə toqquşan avtomobil isə yolun sağ kənarınadək sürüşüb orada dayanmışdır. Onlardan arxada da bir avtomobil zədələnmişdir. O, həyəcandan özünü itirmiş, nə edəcəyini bilməmiş, tez bir zamanda ətrafdan hadisəni görüb toplaşanlar çoxalmış, avtomobillərin tıxacı yaranmışdır. Hadisə yerindən tanımadığın şəxslərin köməyi ilə Bəxtiyar xəstəxanaya aparılmış, amma özü bunu görə bilməmişdir. Bir müddət sonra hadisə yerinə gəlmiş qohumları ilə oradan getmişdir. Toqquşma baş verəndən artıq 3-4 dəqiqə əvvəl onların avtomobili dayanmış, sadəcə təkər çıxdığına görə hərəkət edə bilməmişlər, Bəxtiyar çalışmışdır ki, tez evakuator çağırıb avtomobilini orada çəksin. Toqquşma vaxtı onların avtomobili hərəkətdə olmamışdır. Qəza nəticəsində özü və Bəxtiyarın yolda götürdüyü tanımadığı sərnişin xəsarət almamışlar, amma Bəxtiyar xəsarət almışdır. Xəsarəti olmadığına görə tibbi ekspertizadan keçmək istəməmişdir. Hadisə zamanı qaynı Bəxtiyar sağlam və ayıq vəziyyətdə olmuş, idarə etdiyi avtomobil qardaşı Şahid4 adına qeydiyyatdadır, amma Bəxtiyarın avtomobili idarə etməyə etibarnaməsi vardır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, «Volkswagen Amarok» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil atası Şahid3 adınadar, avtomobil baş etibarnamə ilə ona məxsusdur və həmin avtomobili idarə edir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində idarə etdiyi «Volkswagen Amarok» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, H.Əliyev prospekti ilə Hava Limanı istiqamətində yolun ikinci hərəkət zolağı ilə hərəkətdə olmuşdur. «Baku Ekspo» mərkəzinin yaxınlığında «Chevrolet Cruze» markalı avtomobilin ikinci hərəkət zolağında hərəkətsiz vəziyyətdə dayandığını, buna görə də hərəkət hissəsində sıxlığın yarandığını görmüş və sürət hədini tam tormozlanma həddinə qədər çatdırıb hər hansı bir hadisənin baş verməməsi üçün texniki imkanlardan istifadə edərək hərəkətsiz dayanmış «Chevrolet Cruze» markalı avtomobilin arxasında sürətini tam dayanma həddinə saldırmışdır. Həmin vaxtı arxadan dəyən zərbənin nəticəsində avtomobilin yolun hərəkət hissəsindən çıxaraq yolun kənarına aşmışdır. Hadisə yerində olan tanımadığı şəxslərin köməkliyi ilə avtomobilindən çıxmış, hadisə zamanı avtomobilinin salonunun bərk hissələrinə dəydiyi üçün burnu və sol qolu sınmışdır. Hadisənin arxadan hərəkətdə olan «VAZ-21144» markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobiln onun avtomobilinin arxa tərəfinə toqquşduğuna görə baş verdiyinini sonradan öyrənib bilmişdir. Hadisə vaxtı idarə etdiyi avtomobildə tək olmuş, avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisənin qarşısını almaq üçün hər-hansı bir texniki imkanı olmamışdır. Avtomobilimin əzilməsi nəticəsində ona təxminən 10.000 manat ziyan dəymişdir. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs, xx.xx.2031-ci il tarixədək etibarlı olan “B1, B, C1, C” kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 05 dekabr 2022-il tarixli 1383 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində əzilmiş-cırılmış yara ilə müşayiət olunan sol bud sümüyünün aşağı 1/3-nin açıq yerdəyişən sınığı, sağ mil sümüyünün yerdəyişən sınığı, sağ baldırın əzilmiş-cırılmış yarası kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 03 oktyabr 2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Tibbi sənəddə “Sol bud sümüyünün qapalı sınığı” diaqnozu qoyulmuşdur. Şəxsin obyektiv müayinəsini və tibbi sənəddə qeyd edilənləri nəzərə alsaq həmin sınığın açıq xarakterli olması müəyyən edildi. Belə ki, sınığın proyeksiyasında deşilmiş-kəsilmiş yara deyil, əzilmiş-cırılmış yara aşkar edilmişdir, hansı ki, bud sümüyünün sərbəst sınıq fraqmentinin yumşaq toxumanı zədələyərək bayıra çıxması nəticəsində alına bilərdi. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 16 dekabr 2022-il tarixli 1414 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində kəllə və üz sümüklərinin çoxsaylı sınıqları, baş beyin əzilməsi, sol qamış və incik sümüyünün yerdəyişmiş qəlpəli açıq sınığı, sağ qasıq sümüyünün yerdəyişməmiş sınığı, sağ baldırın əzilmiş-cırılmış yarası, sifətin və sol alın-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ qaş nahiyəsinin əzilmiş yarası kimi xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 03 oktyabr 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 13 fevral 2023-cü tarixli 01/1437 saylı rəyindən görünür ki, Şahid2 bədən səthində sol bazu oynağının başının natamam çıxığı kimi xəsarət aşkar edilmişdir. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 03 oktyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 fevral 2023-cü il tarixli, 8/151 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən, «Vaz-21114» markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksipmum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 110 km/saata qədər məhdudlaşdırılmış yol hərəkəti zolağında icazə veriləndən artıq, yəni 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürət məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarından görünür ki, 14 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddələsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün səmimi etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərcəkmiş şəxsin, mülki iddiaçının ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmcinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ücün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyandan qismən, yəni 3500 manatın ödəməsini, əməlini səmimi etiraf edərək peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək Təqsirləndirilən şəxs cinayətinin törədilməsi nəticəsində avtomobilinə 2000 manat və onun səhəttinə vurduğu zərərə görə 26000 manat, cəmi dəymiş 28000 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə bu nəticəyə gələrkən, ilk növbədə, cinayət mühakimə icraatı zamanı verilən mülki iddianın ümumi şərtlərini və prinsiplərini təhlil etmişdir. Ədalət mühakiməsinin effektivliyi cinayət əməli ilə zərər vurulmuş şəxsin cinayət məhkəmə icraatında cinayət işlərinin araşdırılması zamanı ona vurulan zərərin ödənilməsi hüququnun prosessual mexanizminin effektivliyi ilə müəyyən olunur. Mülki iddianın və cinayət işinin birgə araşdırılması imkanı cinayət-prosessual qanunu ilə müəyyən olunub, həmçinin cinayətlə maddi və mənəvi zərər vurulduğu halda, şəxsin həm cinayət, həm də mülki-hüquqi məsuliyyətə cəlb olunmasının əsasını təşkil edən vahid hüquqi faktın mövcudluğu ilə əlaqədardır. Bir tərəfdən, cinayət prosesində mülki iddia – cinayət məhkəmə icraatı sahəsində cinayətin əmlak nəticələri ilə əlaqədar ictimai münasibətləri tənzimləyən normalar məcmusundan və cinayət və mülki proseslərdə maddi mülki-hüquqi münasibətlərin birliyi səbəbindən mülki-prosessual tənzimləmə metodlarının elementlərindən ibarət kompleks cinayət-prosessual hüquqi institutdur. Digər tərəfdən – bu cinayət işi üzrə icraat zamanı vətəndaşın və ya hüquqi şəxsin təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşıyan şəxslərə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair bəyan etdiyi tələbdir. Mülki iddia vətəndaşların subyektiv hüquqlarının müdafiəsinin ən mühüm üsullarından biri kimi, mülki və cinayət prosesləri üçün vahid hüquqi anlayışdır. Bu nəticə cinayət işində mülki iddiaya baxılmasının cinayət məhkəmə icraatının spesifikasından irəli gələn mövcud xüsusiyyətlərini sarsıtmır. Eyni zamanda, həm mülki, həm də cinayət mühakimə icraatında mülki iddia tərəflərin prosessual təminatlarının təmin olunması və mülki hüquqla bağlı mübahisənin baxılmasının xüsusi prosessual forması ilə xarakterizə olunur. Mülki prosesdə iddianın verilməsi hüququnun həyata keçirilməsini mümkün edən əsas şərtlər aşağıdakılar: işin məhkəməyə aidiyyəti; iddiaçın fəaliyyət qabiliyyətli olması; işin aparılması üçün nümayəndənin lazımi qaydada rəsmiləşdirilmiş səlahiyyətləri; ərizənin forma və məzmununun qanunu tələblərinə uyğun olması; ərizənin dövlət rüsumu ilə ödənilməsi. Cinayət prosesində mülki iddianın verilməsinin əsasları isə aşağıdakılardır: cinayətin törədilməsi; iddiaçının maddi və mənəvi zərərə məruz qalması; cinayət əməli ilə zərər arasında səbəb əlaqənin olması. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özünün sübuta yetirməli və məhkəməyə müvafiq sübutları təqdim etməli olduğu mülki prosesdən fərqli olaraq (AR MPM-in 77-ci maddəsi), cinayət prosesində mülki iddianın sübuta yetirilməsi cinayət prosesini həyata keçirən dövlət orqanlarının və vəzifəli şəxslərin vəzifəsidir. Mülki prosesdə iddiaçının iddiadan imtina etməsi və ya tərəflər arasında barışıq sazişinin bağlanması iş üzrə icraata xitam verilməsinə gətirib çıxarır. Cinayət prosesində iddiaçının iddiadan imtina etməsi və onun cavabdehlə barışıq sazişi bağlaması, bir qayda olaraq vəzifəli şəxsləri ödənilməli olan zərərin əsaslarını, xarakterini və məbləğini sübuta yetirməkdən azad etmir. Mülki iddianın mahiyyəti üzrə həll olunması və bu mənada qəti qərarın qəbul edilməsi hökmdə öz əksini tapmalıdır. Məhkəmə yalnız hökmdə iş üzrə verilmiş mülki iddianı tam və ya qismən təmin edə bilər, onu rədd edə bilər, yaxud da baxılmamış saxlaya bilər. İddia üzrə qərar hökmə üzvi surətdə daxil olur və hökmün müttəhimin təqsirliliyi məsələsi üzrə məhkəmənin qərarı ilə ayrılmaz surətdə bağlı zəruri elementinə çevrilir. İddianı, bəzən təcrübədə edildiyi kimi, məhkəmənin əlavə qərardadı ilə həll etmək yolverilməzdir. Məhkəmə iddianın əsasının olub-olmamasına dair müəyyən nəticə çıxarmalıdır. Bu, cinayət ittihamı üçün əsas olan hüquqi faktların köməyi ilə müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən əməlin həqiqətən törədildiyi və cinayət tərkibli olduğu, sonuncunun isə təqsirli olduğu qənaətinə gəldikdə o, iddianın əsasına və məbləğinə aid aşağıdakı məsələlərin həllinə keçə bilər:

1. zərərçəkmişə zərər vurulmuşdurmu və bu zərər cinayət işi üzrə araşdırmanın predmetini təşkil edirmi;

2. bu zərər nəticə etibarilə ödəniləndirmi;

3. vurulmuş zərərin məbləği nə qədərdir, hansı hədlərdə və hansı üsulla ödənilməlidir;

4. zərərin ödənilməsinə görə kim məsuliyyət daşımalıdır və hansı qaydada. Sadalanan sualları müzakirə etdikdən sonra məhkəmə aşağıdakı qərarlardan birini qəbul edir: a) mülki iddianı tam və ya qismən təmin edir; b) onu rədd edir; c) mülki iddiaçının iddianın təmin edilməsi hüququnu tanıyır və onun məbləğləri məsələsini mülki məhkəmə icraatı qaydasında baxılmağa verir; d) mülki iddianı baxılmadan saxlayır. İddianın təmin edilməsi haqqında qərar yalnız təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirli bilindikdə, yəni ittiham hökmü çıxarıldıqda qəbul edilə bilər. Bu zaman, hansı ittiham hökmünün çıxarılması mühüm deyil – cəza təyin edilməklə, cəza təyin edilməməklə və ya müttəhimi ona verilmiş cəzadan azad etməklə. Həmçinin, zərərçəkmişə (mülki iddiaçıya) zərərin vurulub-vurulmaması, zərərin maddi zərər olubolmaması və müttəhimin təqsirli bilindiyi cinayətlə səbəb əlaqəsində olub-olmadığı suallarına müsbət cavab verilməlidir. Zərər mövcuddursa və maddi zərərdirsə və müttəhimin hərəkətləri nəticəsində vurulubsa, lakin bu hərəkətlər qeyri-cinayət hərəkəti sayılırsa, iddianın təmin edilməsi üçün şərtlərdən biri mövcud olmur. Zərər mövcuddursa və maddi zərərdirsə, lakin müttəhimin törədilməsində təqsirli bilindiyi cinayətlə deyil, başqa cinayətlə vurulan zərərdirsə, yenə də cinayət prosesində iddianın təmini üçün əsas yoxdur, belə ki, zərərlə cinayət arasında qanun tələb etdiyi səbəbli əlaqə yoxdur. Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın əsaslarının sübuta yetirilməsindən asılı olaraq, ittiham hökmü çıxarılarkən həm iddianın təmin edilməsi, həm də rədd edilməsi mümkündür. İddianın əsasını qeyd etməklə yanaşı prosessual qanunvericilik, həmçinin iddianın məbləğinin iddianın təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmə qərarına təsir edə biləcəyini xatırladır. İddianın əsası sübuta yetirilmədikdə, onun qismən də olsa təmin edilməsi mümkün deyil. Bu halda iddia tamamilə rədd edilməlidir. Lakin iddianın əsasını təşkil edən faktlar müəyyən edilərsə, iddianın məbləği artırılmış olduğu mülahizəsi ilə onu rədd etmək olmaz. Belə olan halda iddia ən azı qismən təmin edilməlidir. Bu halda iddianın tam təmin edilməsi üçün əsasın olmadığına görə deyil, onun məbləği təsdiq olunmadığına görə qismən təmin edilməlidir. Bəraət hökmü çıxararkən, məhkəmə: a) cinayət hadisəsi müəyyən edilmədikdə və ya müttəhimin cinayətin törədilməsində iştirakı sübuta yetirilmədikdə, mülki iddianı rədd edir; b) cinayət tərkibinin olmadığına görə müttəhimə bəraət verildikdə, iddianı baxılmadan saxlayır. Cinayət hadisəsinin müəyyən edilməməsi zərər vurmuş hərəkətlərin törədilməsi faktının təsdiq edilmədiyini göstərir. Təqsirləndirilən şəxsin cinayətin törədilməsində iştirakının sübuta yetirilməməsi iddia üçün əsasın olmadığını təsdiq etmir, yalnız həmin təqsirləndirilən şəxsin cinayət əməlinə aidiyyəti olmadığını müəyyən edir və iddianın lazımi cavabdehə qarşı irəli sürülmədiyini göstərir. Cinayət tərkibinin olmadığına görə bəraət o deməkdir ki, iddiaçının ona vurulmuş ziyanla əlaqələndirdiyi hərəkətlər həqiqətən törədilib və onun tərəfindən ya bilmədən, ya da əməlin ictimai təhlükəliliyini istisna edən hallarda törədilib. Qeyd edilən əsasla bəraət prinsip etibarilə bəraət verilən şəxsin zərərə görə mülki məhkəmə icraatı qaydasında məsuliyyətini istisna etmir, lakin iddianın cinayət prosesində təmin olunması ehtimalını istisna edir, belə ki, cinayət prosesində belə təmin etmənin vacib şərti zərərin cinayətlə vurulmasıdır. Belə hallarda iddia baxılmadan saxlanılır. İddianın baxılmadan saxlanılması iddiaçıya bəraət verilən şəxsə qarşı iddia verməyə (mülki məhkəmə icraatı qaydasında) və bu zaman ittihamın məzmununu təşkil edən faktlara istinad etməyə mane olmur. Cinayət prosesində mülki iddianın predmeti maddi, yəni pulla ifadə oluna bilən ziyanın ödənilməsi haqqında tələbdir. Cinayət nəticəsində vurulan maddi ziyanın ödənilməsi haqqında tələb iş üzrə icraat prosesində təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin və ya anlaqsız şəxsin hərəkətlərinə görə qanunla maddi məsuliyyət daşıyan digər şəxsə (fiziki, hüquqi) qarşı irəli sürülə bilər. Lakin cinayət işində mülki iddianın qaldırılması imkanı sonsuz deyil. Belə iddia təkcə bir şəxsin başqa şəxsə ziyan vurduğuna görə deyil, həm də bu şəxs tərəfindən (ziyan vuranın) bilavasitə ziyanın vurulmasına səbəb olan və istintaqın və (və ya) məhkəmə baxışının predmeti olan cinayətin törədilməsində təqsirləndirildiyinə görə irəli sürülə bilər. Əgər cinayətin törədilməsində təqsirləndirilən şəxs həqiqətən ziyan vurubsa, lakin həmin ziyan araşdırılan və məhkəmə tərəfindən baxılan cinayət işinin predmeti olan cinayətlə vurulmayıbsa, o zaman bu cinayət işi çərçivəsində ona qarşı iddia irəli sürülə bilməz. Cinayət-prosessual qanunu cinayət prosesində mülki iddianın qaldırılmasının mümkünlüyünü qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməsindən asılı olmayaraq, cinayətlə əlaqələndirir. Cinayət Məcəlləsi ilə qadağan olunmuş əməlin lazımi müdafiə və ya son zərurət vəziyyətində törədilməsi zamanı şəxs cinayət məsuliyyəti daşımır, belə ki, bu cür əməllər cinayət sayılmır. Lakin bu hallarda mülki-hüquqi məsuliyyət müxtəlif cür həll olunur. Zəruri müdafiə hədləri aşılmadığı hallarda vurulmuş ziyan ödənilmir. Bu, o deməkdir ki, zəruri müdafiə vəziyyətində hərəkət edən şəxs barəsində bəraət hökmü çıxarıldıqda, məhkəmə mülki iddianı təmin etməməlidir. Əgər ziyan son zərurət vəziyyətində vurulubsa, o zaman onu vuran şəxs tərəfindən vurulmuş ziyan ümumi qaydaya əsasən ödənilməlidir. Məhkəmə belə ziyanın vurulduğu halları nəzərə almaqla, onu ödənilməsi üzrə məsuliyyəti üçüncü şəxsin (ziyan vuran onun maraqları naminə hərəkət etdikdə) üzərinə qoya, yaxud həm bu üçüncü şəxsi, həm də ziyan vuranı bu ziyanın ödənilməsindən tam və ya qismən azad edə bilər. Deməli, Cinayət Məcəlləsi ilə qadağan edilən əməli son zərurət vəziyyətində törətmiş şəxs barəsində bəraət hökmü çıxararkən, mülki iddia baxılmadan saxlanılmalıdır. Məhkəmə iclasında cinayət işinə xitam verilməsi zamanı, məhkəmə iddianı baxılmadan saxlamalıdır, belə ki, o, yalnız hökmdə həll oluna bilər. Cinayət Məcəlləsinin qadağan etdiyi əməlin anlaqsız şəxs tərəfindən törədilməsi nəticəsində ziyan vurulduğu halda, iddia baxılmadan saxlanılmalıdır. Belə ki, qanun öz hərəkətlərinə görə cavab verə bilməyən və ya hərəkətlərini idarə edə bilməyən şəxsin üzərinə hüquqi məsuliyyətin qoyulmasına yol vermir. Lakin qanun bu ümumi qaydadan bəzi istisnalar da edir: 1) əgər ziyan vuran spirtli içkilər, narkotik vasitələr qəbul etməklə və ya digər üsulla özü-özünü hərəkətlərini dərk etməyəcək və ya onları idarə edə bilməyəcək hala gətirdiyi hallarda, o, məsuliyyətdən azad edilmir. Bu halda ziyan vuranın məsuliyyətindən danışmaq olar, belə ki, onun təqsiri özünü anlaqsız vəziyyətə gətirməsində görülür; 2) zərərçəkmişin həyat və sağlamlığına vurulmuş ziyanın ödənilməsi öhdəliyinin məhkəmə tərəfindən, zərərçəkmişin və ziyan vuranın maddi vəziyyəti, həmçinin digər hallar nəzərə alınmaqla, ziyan vuranın üzərinə qoyulması. Zərərçəkmişin bu sosial müdafiə tədbiri mahiyyətinə görə, azyaşlı və fəaliyyət qabiliyyəti olmayan şəxslər tərəfindən vurulduğu zaman ziyanın bilavasitə ziyan vuranların üzərinə qoyulmasının mümkünlüyü ilə eynidir; 3) ziyanın vurulması üzrə öhdəlik ziyan vuranın üzərinə deyil, onun həyat yoldaşının və yaxın qohumlarının – valideynlərinin və ya yetkinlik yaşına çatmış övladlarının üzərinə qoyula bilər. Bu, ziyan vuranın psixi pozğunluğu barədə əvvəlcədən məlum olduğu, lakin onun fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınması məsələsi vaxtında qaldırılmadığı hallarda mümkündür. Bu halın baş verməsi üçün yuxarıda qeyd edilən şəxslərin təqsirinin müəyyən edilməsi tələb olunan məsuliyyət kimi tövsif etmək olar. Bu zaman onlar yalnız fəaliyyət qabiliyyətli olmaları və ruhi xəstə ilə birlikdə yaşamaları şərtilə məsuliyyətə cəlb oluna bilərlər. Cinayət əməli törədildiyi anda, qanuna görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmamış şəxs tərəfindən törədildikdə, ziyanın ödənilməsi öhdəliyi valideynlərin, qəyyumların və himayəçilərin öz üzərinə qoyulur. Cinayət işində mülki iddianın irəli sürülməsi üçün ikinci əsas cinayət əməli nəticəsində ziyanın mövcud olmasıdır. Ziyan həm zərərçəkmişin əmlakına (məhvetmə, zədələmə, oğurlama və s.), həm də onun qeyri-maddi nemətlərinə (həyat, sağlamlıq, azadlıq və s.) təsirin nəticəsi ola bilər. Sonuncular həmişə pulla ifadə olunmur. Cinayətin nəticələrini ölçmək, müəyyən vahidlə qiymətləndirmək mümkün olduqda, onlar maddi ziyanı təşkil edir. Cinayətin nəticələrinin iqtisadi mahiyyəti və dəyər forması olmadıqda, onlar qeyri-maddi ziyan hesab olunur, bunlara mənəvi ziyan aiddir. Cinayət prosesində mülki iddiaya baxıldığı zaman vurulmuş ziyanın məbləği də əhəmiyyət kəsb edir. O, həm də törədilən əməlin ictimai təhlükəlilik dərəcəsinin qiymətləndirilməsinə təsir edir, bir sıra hallarda isə cinayətin tövsifini də müəyyən edir. Ziyanın məbləği nəzərə alınmaqla, iddiaçı iddianın qiymətini göstərir, məhkəmə isə ödənişin məbləğini müəyyən edir. Vətəndaşların və ya təşkilatların əmlakına cinayət əməli nəticəsində ziyan vurulduğu halda, bütün hallarda ziyanın məbləği məhkəmə qərarı çıxarıldığı an həmin ərazidə qüvvədə olan qiymətlərlə hesablanır. Cinayət prosesində mülki iddiaya baxılmasının zəruri əsaslarından biri cinayətlə vurulmuş ziyan arasında səbəbli əlaqənin olmasıdır. Ziyan vuranın davranışı ziyanlı nəticənin baş verməsi ehtimalını həqiqətə çevirdiyi, yaxud istənilən halda onun baş verməsinin konkret ehtimalını şərtləndirdiyi hallarda səbəb əlaqəsi hüquqi əhəmiyyətli hesab oluna bilər. Ziyan vuranın davranışı ziyanın vurulmasının yalnız mücərrəd ehtimalını şərtləndirdiyi hallarda, ziyan vuranın davranışı ilə ziyan arasında hüquqi əhəmiyyətli səbəb əlaqəsi olmur. Hüquqi əhəmiyyətli səbəb əlaqəsi adətən zəruri, hüquqi baxımdan isə təsadüfi adlanır. Cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən birinin hərəkəti (hərəkətsizliyi) digər şəxs tərəfindən cinayətin törədilməsini yüngülləşdirirsə (şərtləndirirsə), lakin bu cinayətin səbəbi deyil, onun törədilməsinə səbəb olan haldırsa, o zaman ziyanın birgə vurulması əlamətləri olmur. Belə hallarda ziyanın vurulmasına görə məsuliyyəti onu bilavasitə vuran şəxs daşıyır. Yetkinlik yaşına çatmayanların iddialarını məhkəmədə onların qanuni nümayəndələri irəli sürməli və dəstəkləməlidir. İddiaçı hüquqi şəxs olduqda, iddianın cinayət prosesində baxılması mülki cavabdehin kim olmasından asılıdır. Cavabdeh də hüquqi şəxs olduqda, o zaman cinayət prosesində iddiaya baxılmır. Ona inzibati-iqtisad məhkəməsində baxılmalıdır. Cinayət prosesində mülki iddia üzrə icraat prosessual fəaliyyətin bir-birinə qarşı duran subyektlərinin – iddiaçı və cavabdehin olmasını nəzərdə tutur. Onlardan birincisi mülki iddianın dəstəklənməsi funksiyasını, ikincisi isə əks funksiyanı həyata keçirir, onu mübahisələndirir, onun təmin olunmasına etiraz edir. Bu şəxslər mülki iddia üzrə icraat çərçivəsində mərkəzi yer tutur. Onların bu işdə bilavasitə iştirakı mülki iddiaya aid halların tam, obyektiv və hərtərəfli baxılmasının, onun mahiyyəti üzrə düzgün baxılmasının təminatıdır. Cinayət-prosessual qanunvericiliyinə əsasən cinayət prosesində mülki iddiaçı cinayət əməli nəticəsində maddi zərər çəkmiş fiziki və ya hüquqi şəxs ola bilər. “Mülki iddiaçı” və “zərərçəkmiş” anlayışları eyni mənalı anlayışlar deyildirlər. Cinayət-Prosessual Məcəlləsində Cinayət Məcəlləsindən fərqli olaraq, zərərçəkmiş anlayışı dar mənada istifadə olunur. Cinayət hüququnda cinayətlə bu və ya digər ziyan vurulmuş hər hansı şəxs (o cümlədən də hüquqi şəxs) zərərçəkmiş hesab olunur. Bu mənada mülki iddiaçı hər zaman cinayət əməli nəticəsində zərərçəkmişdir. Cinayət prosesində zərərçəkmiş anlayışı prosesin iştirakçısı mənasında istifadə olunur. Burada zərərçəkmiş – cinayətlə mənəvi, fiziki və ya əmlak ziyanı vurulmuş vətəndaşdır. Ümumi qaydaya görə, vətəndaşın şəxsiyyətinə və ya əmlakına vurulmuş ziyan, həmçinin hüquqi şəxsə vurulmuş ziyan həmin ziyanı vurmuş şəxs tərəfindən ödənilməlidir. Şəxs tərəfindən cinayətin törədilməsi faktı bu şəxsin cinayət məsuliyyəti üçün, cinayətlə maddi ziyanın vurulması faktı isə – onun mülki məsuliyyəti üçün əsasdır. Beləliklə, bir şəxsdə həm iş üzrə təqsirləndirilən şəxs, həm də mülki iddia üzrə cavabdeh birləşir (təqsirləndirilən şəxs – cavabdeh). Lakin bir sıra hallarda qanun maddi məsuliyyəti təqsirləndirilən şəxsin üzərinə deyil, cinayət prosesində mülki cavabdeh mövqeyində olan üçüncü şəxslərin üzərinə qoyur. Təqsirləndirilən şəxs mülki fəaliyyət qabiliyyətinə malik olmadıqda, mülki cavabdeh qismində valideynlər, qəyyumlar, himayəçilər və digər şəxslər, həmçinin təqsirləndirilən şəxsin cinayətkar əməlləri ilə vurulmuş ziyana görə qanunla maddi məsuliyyət daşıyan idarə, müəssisə və təşkilatlar cəlb oluna bilər. Cinayət işində iddia üzrə mülki cavabdeh, həmçinin aşağıdakı üçüncü şəxslər ola bilərlər 1) təşkilatlar – əmək (xidməti) vəzifələrinin icrası zamanı işçilərin təqsiri üzündən ziyan vurulduğu halda; 2) müvafiq dövlət orqanları təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin yanlış xidməti hərəkətləri nəticəsində ziyan vurulduğu halda; 3) dövlət idarələri – onların vəzifəli şəxslərinin inzibati idarəetmə sahəsində yanlış xidməti hərəkətləri ilə ziyan vurulduğu halda. Təşkilatın məsuliyyəti qanunla nəzərdə tutulan hər iki hal mövcud olduqda yaranır: ziyan təşkilatın işçisinin üzündən və onun tərəfindən xidmət vəzifələrin icrası zamanı vurulduqda. Bu zaman işçinin təqsiri həm qəsdən, həm də ehtiyatsızlıq üzündən ola bilər və ona həm vəzifə cinayəti, həm də vəzifə cinayətinə aid olmayan, lakin həmin şəxsin xidməti (əmək) sahəsində törədilən cinayət hesab oluna bilər. Beləliklə, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə zərər vurulduqda, təqsirləndirilən şəxs və cinayət prosesində mülki cavabdeh mövqeyində olan yuxarıda qeyd edilən üçüncü şəxslər də mülki-hüquqi məsuliyyət daşıyırlar. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sübut kimi qəbul edilə bilərlər. Bu kriteriyalara cavab verməyən hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. İttiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bundan başqa, məhkəmə nəzərə alır ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda, mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir (CPM-in 179-cu maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməsi hüquqi normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunur. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmanı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışı zamanı sənədlərin tədqiqindən aydın olur ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində səhhəti ilə bağlı vurduğu ziyana görə 17.456 manat məbləğində xərc çəkmişdir (çıxarışlar və qəbzlər zərərçəkmiş şəxs tərəfindən təqdim olunaraq iş materiallarına əlavə edilmişdir). Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək qeyd etmişdir ki, sığorta tərəfindən ona 1500 manat, təqsirləndirilən şəxs tərəfindən isə 3500 manat məbləğində səhhəti ilə bağlı vurulmuş ziyana görə ödəniş edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin olunmalı, Təqsirləndirilən şəxs cinayət nəticəsində səhhəti ilə bağlı vurduğu zərərin əvəzi kimi 12.456 (on iki min dörd yüz əlli altı) manat tutularaq Zərərçəkmiş şəxs ödənilməli, mülki iddianın qalan hissəsi sübuta yetirilmədiyindən rədd edilməlidir. Mülki iddiaçılar Şahid3 və Şahid4 cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində səhhəti ilə bağlı vurduğu zərərin əvəzi kimi 12.456 (on iki min dörd yüz əlli altı) manat tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Zərərçəkmiş şəxs mülki iddiası qalan hissədə təmin edilməsin. Mülki iddiaçılar Şahid3 və Şahid4 cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar