Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-317/2024 16.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1983-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməməknövündə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “5 qardaş” adlı kafedə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla bir neçə dəfə qəsdən zərbə endirərək sonuncuya alt çənə nahiyəsinin qançırı, alt dodağın selikli qişasının qansızması, sağ qulaqönü nahiyənin şişkinliyi, ənsətəpə nahiyəsinin hematoması ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında yerləşən “5 qardaş” adlı kafedə tanımışdır. Zərərçəkmiş şəxs ofisiant kimi həmin kafedə fəaliyyət göstərirdi. Həmçinin Zərərçəkmiş şəxs onun qohumu olan Mahirlə də münasibəti vardır. Onlar mütəmadi olaraq bir-biri ilə mübahisə edərək barışırdılar, bu səbəbdən Zərərçəkmiş şəxs tez-tez ona Mahirdən şikayət etmişdir. 05 dekabr 2023-cü il tarixdə saat 22:00 radələrində əmisi oğlu Siruzla birlikdə çay içib, nərd oynamaq üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən həmin “5 qardaş” adlı kafeyə getmişlər. Kafeyə daxil olarkən Zərərçəkmiş şəxs kefsiz və əhval-ruhiyyəsiz olduğunu görmüşdür. Bu səbəbdən Zərərçəkmiş şəxs nə üçün kefsiz olduğunu soruşmuşdur. Bunun səbəbinin yenə də Mahirlə mübahisə etmələrinin olduğunu düşünmüş və Zərərçəkmiş şəxs bu mübahisələrə son vermələrini məsləhət görərək çay verməsini xahiş etmişdir. Bunun üzərindən bir az keçdikdən sonra o, Siruzla əyləşib nərd oynayarkən Zərərçəkmiş şəxs əlində çaydanla çay gətirmişdir. Lakin çaydanı stola bərk vurduğundan çay ətrafa və onların üstünə dağılmışdır. Bu zaman o, Zərərçəkmiş şəxs hərəkətindən əsəbiləşib bu davranışa son verməsini və şəxsi problemlərinin onlara aidiyyətinin olmadığını demişdir. Zərərçəkmiş şəxs isə onun bu sözündən daha da hiddətlənib əl-qol hərəkətləri ilə üstünə qışqırmışdır. O, əsəbiləşib ayağa qalxaraq kafedən uzaqlaşmaq istəmişdir. Lakin, bu zaman Zərərçəkmiş şəxs əli ilə onun gödəkçəsindən tutaraq geri çəkib, yenidən qışqıraraq qeyri-etik sözlər deməyə davam etmişdir. O, isə Zərərçəkmiş şəxs qadın olduğundan əsəblərinə hakim ola bilməmə ehtimalını nəzərə alıb, əli ilə Zərərçəkmiş şəxs itələyərək tez Siruzla kafedən çıxıb uzaqlaşmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Lakin məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı bildirmişdir ki, 2023-cü il sentyabr ayının sonlarından bəri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “5 qardaş” adlı kafedə nəzarətçi kimi fəaliyyət göstərmişdir. Həmin kafeni qızı Jalə kirayə götürərək işlədir. 05 dekabr 2023-cü il tarixdə o, həmin kafedə işləyərkən, bir az yorğun olduğundan oradakı masaların birində oturub başını masanın üzərinə qoymuşdur. Bu vaxt təxminən saat 22:30 radələri olduğundan o, və həmin kafedə aşpaz kimi fəaliyyət göstərən Aytən adlı qadın artıq kafeni bağlayaraq evə getməyə hazırlaşmışlar. Bu vaxt Nicat və adını bilmədiyi əmisi oğlu kafeyə gələrək oturmaq istəmişlər. Nicat onun başını masanın üzərinə qoyduğunu görüb, nə üçün onlar gələn kimi vecsiz yanaşdığını və onlara əhəmiyyət vermədiyini bəhanə gətirərək onunla mübahisə etməyə başlamışdır. Bu vaxt o, kefsiz olmağının onlarla bir əlaqəsi olmadığını və sadəcə yorğun olduğundan əhval- ruhiyyəsiz olduğunu demişdir. Nicat, isə təkidlə onun belə münasibət göstərməyinin onları bəyənmədiyindən irəli gəldiyini demişdir. Aralarındakı mübahisə getdikcə hiddətlənmişdir. Bir az keçdikdən sonra Nicat əsəblərinə tab gətirməyərək onun üzərinə hücum çəkmişdir. Nicat, ona yumruqla bir zərbə endirmiş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Bu zaman Nicat hərəkətlərinə son verməyərək yerdə də ona yumruq zərbələri endirməyə davam etmişdir. Nicatın yanında gələn adını bilmədiyi əmisinin oğlu Nicatı ondan ayırmağa cəhd etsə də əvvəlcə bunu bacarmamışdır. Lakin, bir az keçdikdən sonra Nicatı güclə ondan ayıraraq özü ilə kafedən uzaqlaşdırmışdır. O, yerdən qalxdıqdan dərhal sonra 102 xidməti mərkəzinə məlumat vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 06 dekabr 2023-cü il tarixli 1102 saylı rəyindən görünür ki, 1971-ci il təvəllüdlü vət.Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlir: vət.Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: alt çənə nahiyəsinin qançırı, alt dodağın selikli qişasının qansızması, sağ qulaqönü nahiyənin şişkinliyi, ənsə-təpə nahiyəsinin hematoması. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, şəxsin özünün göstərdiyi müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. İş materiallarında olan 07 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması” barədə 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Nəcəfov X4 rayonu, Yeni Günəşli qəsəbəsi, Günəşli yaylası, döngə 1-in qarşısında, saat 09:00 radələrində saxlanılaraq 33-cü polis bölməsinə gətirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi” haqqında 01 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 133-cü və 221-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş və qəbul edilmiş qərar toplanmış material ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2017-ci il təvəllüdlü X5, 02 yanvar 2018-ci il təvəllüdlü X6 və 31 avqust 2019-cu il təvəllüdlü X3 adlı uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf edərək əməlindən peşman olmasını, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurması cinayətini törətməsi ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi əmələ görə həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 17- 18 aprel 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalı və təyin edilmiş cəza yüngülləşdirilərək, ona qəti olaraq 1.000 (min) manat miqdarında cərimə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17- 18 aprel 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınsın və təyin edilmiş cəza yüngülləşdirilərək, ona qəti olaraq 1.000 (min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-317/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-317/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver