Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-317/2025 08.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X5 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X7 və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 03 avqust 1992-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, avtoyuma məntəqəsində yuyucu işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşamış, 11 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 fevral 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş X7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, X13, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,664 qram tərkibində psixotrop maddə metamfetamin və narkotik vasitə asetilə edilən tiryək olan kütləni əldə edib daşıyaraq üzərində saxlamış, 11 fevral 2025-ci il tarixdə, saat 13:45-də Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 44A saylı evin qarşısında keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq üzəri yoxlanılan zaman həmin kütlə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X13 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq və məhkəmənin ilkin iclasları zamanı təqsirləndirilən şəxs X13 özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Tutulmazdan əvvəl bir müddət idi ki, psixotrop maddələrdən istifadə etmişdir. Həmin maddələri tanımadığı ayrı-ayrı şəxslərdən almışdır. Tutulmazdan bir həftə əvvəl “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs ona ucuz qiymətə narkotik vasitə və psixotrop maddələr sata biləcəyini bildirmişdir. 11 fevral 2025-ci il tarixdə, həmin şəxsə yazıb psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs isə ona 10 manat müqabilində 01 ədəd bükümdə psixotrop maddə göndərə biləcəyini demişdir. Onunla razılaşmış və göndərmiş olduğu hesab nömrəsinə 10 manat pul yükləmişdir. Bundan sonra, İranlı şəxsə yazıb ödəniş etdiyini bildirib ondan psixotrop maddəni göndərməsini xahiş etmişdir. Həmin şəxs ondan harada yaşadığını soruşduqda yaşadığı ünvanı ona demişdir. Təxminən yarım saat sonra, şəxs ona bir daha yazaraq həmin ünvanda 01 ədəd bükümdə psixotrop maddə gizlətdiyini deyib gizlətdiyi yeri ona izah etmişdir. O, psixotrop maddəni olduğu yerdən həmin gün saat təxminən 13 radələrdən götürüb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin ərazidən uzaqlaşmaq istəyərkən bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşıb polis əməkdaşları olduğunu bildirərək ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu deyib ondan üzərində ola biləcək qanunla qadağan olunmuş əşya və predmetləri təqdim etməsini tələb etmişlər. Polis əməkdaşlarının tələbi ilə üzərində olan 01 ədəd bükümdə psixotrop maddəni polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bükümə polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra, onların tələbi ilə Suraxanı RPİ-nin 32-ci polis bölməsinə getmişdir. Orada hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarının müdafiəsi üçün növbədə olan vəkillərin siyahısı təqdim olunmuşdur. Siyahını nəzərdən keçirtdikdən sonra, hüquqlarının Bakı şəhər 9 Saylı Vəkil Bürosunun vəkili Nurəddin Məmmədov tərəfindən müdafiə olunmasını xahiş etmişdir. Eyni zamanda Gürcüstan Respublikası vətəndaşı olduğundan Camal Bədəlov adlı tərcüməçi ona təqdim olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, otuz ildən artıq müddətdir ki, Bakı şəhərində yaşayır, azərbaycan dilindən savayı hər hansı dildə oxuya və ya yaza bilmir. Polis bölməsində təqdim etdiyi bükümə təkrar baxış keçirilmişdir. Eyni zamanda üzərində olan 01 ədəd “Redmi” markalı mobil telefon aparatı da iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmənin ilkin iclasları zamanı verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Narkotik vasitələrdən əvvəllər bir neçə dəfə istifadə etmişdir. Ona 3 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Törətdiyi əməldən peşmandır. Şahid1 və Şahid3 onu tutanlar arasında olmuş, şahidlərin eləcə də Şahid2 dedikləri ilə razıdır. Məhkəmənin növbəti iclaslarında isə təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddə ona məxsus deyildi. X25 yaşadığı evin qarşısında olan zaman tutulmuş, əvvəllər narkotik vasitə və psixotrop maddə istifadə etmiş, lakin tutulan zaman üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə yox idi. X26 birlikdə tutulsa da, polis bölməsinə aparıldıqdan sonra barələrində ayrı-ayrılıqda sənədləşmə aparılmışdır. Tutulduqları yerin yaxınlığında kameralar mövcud olmuşdur. Polis şöbəsində olduğu dövrdə ona qarşı polis əməkdaşları tərəfindən psixi zorakılıq tətbiq olunmuşdur. O, da qorxduğu üçün cinayəti boynuna götürmüş və polis əməkdaşlarının dediklərini etmişdir. Daha sonra bu barədə müstəntiqə məlumat vermiş, o da əgər boynuna götürməzsə, daha sonra onun üçün problem olacağını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə ona qarşı fiziki və ya psixi təzyiq göstərilmişdir. Lakin bu barədə prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etməmişdir. Aqil Qasımovun barəsində də hazırda Suraxanı Rayon Məhkəməsinin icraatında cinayət işi vardır. Sonda isə əməlindən peşman olmasını, epilepsiya xəstəsi olmasını və himayəsində 1 azyaşlı uşağının olmasını bildirərək məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci polis bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, X12 əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 11 fevral 2025-ci il tarixdə Pünhan Mamedovun qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raportla müraciət edilərək Pünhan Mamedovu cinayət başında yaxalamaq üçün müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişlər. Raport əsasında əməliyyat qrupu yaradılmışdır. Pünhan Mamedov 11 fevral 2025-ci il tarixdə, saat 13:45-də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 44A saylı evin qarşısında saxlanılmışdır. X23 özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onun qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və istifadə etməsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra, X23 təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim etsin. Pünhan Mamedov əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd bükümü və 01 ədəd “Redmi” markalı mobil telefon aparatını təqdim etmişdir. Pünhan Mamedov, təqdim etdiyi bükümün içərisində psixotrop maddə-metamfetamin olduğunu bildirmişdir. Bundan sonra, onlar Pünhan Mamedovun üzərinə baxış keçirsələr də, üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Baxış keçirdikdən sonra, Pünhan Mamedovu onlarla birlikdə 32-ci polis bölməsinə dəvət etmişlər. Pünhan Mamedov etiraz etməyərək bölməyə gəlmişdir. X19 Bakı şəhər 9 Saylı Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim edilmişdir. Pünhan Mamedov siyahını nəzərdən keçirib hüquqlarının Nurəddin Məmmədov tərəfindən müdafiə olunmasını xahiş etmişdir. Müdafiəçi təqdim olunduqdan sonra, Pünhan Mamedova hüquq və vəzifələri izah edilmişdir. X16 Gürcüstan Respublikası vətəndaşı olduğundan təhqiqatçı tərəfindən tərcüməçi qismində Camal Bədəlov dəvət edilmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən Pünhan Mamedovun təqdim etdiyi psixotrop maddəyə bənzər kütləyə və “Redmi” markalı mobil telefona, həmçinin Pünhan Mamedovun polis əməkdaşları tərəfindən saxlanılmasının görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” diskə baxış keçirilmişdir. Pünhan Mamedovun təqdim etdiyi kütlə ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, təqsirləndirilən şəxs də öz növbəsində onlara qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni aldığı mənbə ilə bağlı tədbir görülmüş, lakin tanımadığı şəxsdən aldığını bildirdiyi üçün məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etmişlər, eyni məzmunlu ifadələr verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişlər. Şahid2 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə yaxınlaşan zaman tək idi. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, onu tutan zaman hansısa xəsarətləri yox idi. Şahid3 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, o da öz növbəsində heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə yaxınlaşan zaman o tək olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 12 fevral 2025-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru X18 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə X7 barəsində başlanmışdır. (iş.v. 1) 11 fevral 2025-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 4-5) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 5(010)-87 saylı qərarı ilə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli təxirəsalınmaz əməliyyat tədbirinin həyata keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. 11 fevral 2025-ci il tarixli, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan X13 (saxlanılan şəxs) 11 fevral 2025-ci il tarixdə, saat 13:45-də ünvan 3 ünvanda yaxalanmışdır. X1 yaxalanmasının səbəbləri barədə məlumat verilməklə, ona tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, müdafiəçisinin olmadığını, həmçinin müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini bildirmişdir. X2 hər hansı qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuş və Gürcüstan Respublikası vətəndaşı X13 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən qara sellofana bükülmüş bükümü təqdim edərək həmin kütlənin narkotik vasitə olan metamfetamin olduğunu və tanımadığı İran vətəndaşından 10 manata əldə etdiyini bildirmişdir. (iş,v. 9-10) “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 32-ci polis bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında X7 istifadə məqsədi ilə narkotik vasitə əldə edib Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində üzərində saxlaması barədə şübhəli bilindiyi üçün, 11 fevral 2025-ci il tarixdə, saat 13:45 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 44A ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 01 (bir) bükümdə narkotikə bənzər kütlə aşkar edilərək 01 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və həmin kütlənin Pünhan Mamedovdan götürülməsi raportda qeyd olunaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 (bir) ədəd ağ rəngli zərfə və 01 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. X3 üzərindən aşkar edilmiş sözləri olan yazılı zərfdən 01 (bir) ədəd bükümdə, ağ rəngli, spesifik iyə malik metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sonra, həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra, 01 (bir) ədəd DVD-yə kompüterdə baxış keçirilmişdir. DVDdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Pünhan Mamedovun ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi öz əksini tapmışdır. (iş.v. 38-39) Məhkəmə iclasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması, baxış keçirilməsi və əşyaların götürülməsi və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə barədə olan 02 ədəd diskə baxış keçirilərək tədqiq edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin videogörüntüsünü əks etdirən diskdən müəyyən olunur ki, polis əməkdaşları Pünhan Mamedova yaxınlaşaraq onu saxlayırlar. Bundan sonra polis əməkdaşları özlərini təqdim edir və saxladıqları şəxsdən özünü təqdim etməsini tələb edirlər. Saxlanılan şəxs X13 olduğunu deyir. Polis əməkdaşları saxlanma anını və saxlanma yerini qeyd etdiklərindən sonra saxlanılan şəxsə üzərində narkotik vasitə saxlaması barədə məlumatın daxil olduğunu bildirib təklif edirlər ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, həmçinin narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etsin. Pünhan Məmmədov əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxardaraq təqdim edir və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat pul müqabilində aldığını bildirir. Pünhan Mamedovun təqdim etdiyi büküm açılaraq içərisinə baxış keçirildikdən sonra polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılır. Bundan sonra, polis əməkdaşları tərəfindən Pünhan Mamedovun üzərinə baxış keçirilir və üzərindən aşkar olunmuş sonuncuya məxsus 01 ədəd “Redmi” markalı mobil telefon aparatı iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülür. Bundan başqa, Pünhan Mamedovun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Bundan sonra digər diskdə isə, təhqiqatçının otağında təqdim olunan 01 (bir) ədəd zərfə və 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Həmin diskdən görünür ki, əməliyyat müvəkilli özünü təqdim edərək Pünhan Mamedovu şübhəli şəxs qismində saxladıqlarını, sonuncunun saxlanması anının görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” diski, həmçinin sonuncunun üzərindən aşkar olunmuş qablaşdırılmış şəkildə olan 01 ədəd bükümü və 01 ədəd “Redmi” markalı mobil telefonu təhqiqatçıya təqdim edir. Təhqiqatçı tərəfindən təqdim edilmiş əşyalara Pünhan Mamedovun, tərcüməçinin iştirakı ilə təkrar baxış keçirildikdən sonra yenidən qablaşdırılır. Daha sonra təhqiqatçı tərəfindən Pünhan Mamedun saxlanılma anının görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” diskə baxış keçirilir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 fevral 2025-ci il tarixli, 6/633 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: üzərində “X21 (imza)...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,664 qram olan kütlənin tərkibində psixotrop maddə - metamfetamin və narkotik vasitə asetilə edilən tiryək müəyyən edilmişdir. Kütlənin tərkibindəki metamfetamin və asetilə edilmiş tiryəkin ayrılması mümkün olmadığından onların ayrı-ayrılıqda çəkilərini müəyyən etmək mümkün olmamışdır. Ekspertiza xərci 80 (səksən) manat təşkil etmişdir. Qeyd: 1) kütlənin ümumi təmiz çəkisi – 0,664 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,614 qram. (iş.v. 47-49) 29 fevral 2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə şəxsi axtarış zamanı X7 üzərindən aşkar olunmuş “Redmi” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (iş.v. 86) İş materiallarına əlavə edilmiş 29 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, şəxsi axtatış zamanı üzərindən aşkar olunmuş 01 ədəd “Redmi” markalı mobil telefon aparatını təhvil almışdır. (iş.v. 86) 01 mart 2025-ci il tarixli “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, X6 götürülmüş təmiz çəkisi 0,664 qram psixotrop maddə metamfetamin və narkotik vasitə asetilə edilən tiryəkdən ibarət kütlə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı təmiz qalıq çəkisi 0,614 qram kütlə saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. “Əməliyyat tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında və “təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə” haqqında 11 fevral 2025-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 02 ədəd “DVD” disk is üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (iş.v. 87-88) Məhkəmə ambulator narkoloji ekspertizasının 13 fevral 2025-ci il tarixli, 818 saylı rəyindən görünür ki, müayinə zamanı X8 psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi Narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (iş.v. 90-91) Suraxanı RPİ-nin İŞ-nin əməliyyat tapşırığına Suraxanı RPİ-nin 33-cü polis bölməsi tərəfindən ünvanlanan 03 mart 2025-ci il tarixli cavab məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X7 üzərindən aşkar edilmiş kütləni sonuncunun kimdən, nə vaxt və harada əldə etməsi, həmçinin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. (iş.v. 82, 93) 03 mart 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X7 üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,664 qram psixotrop maddə metamfetamin və narkotik vasitə asetilə edilən tiryəkdən ibarət kütlənin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla, müvafiq olaraq ümumi qalıq çəkisi 0,614 qram kütlə metamfetaminin saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs X11 13 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və barəsində eyni tarixli qərarla “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Əməliyyat tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında və “təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə” haqqında 11 fevral 2025-ci il tarixli istintaq hərəkətinin videogörüntüsü əks etdirilmiş 02 ədəd "DVD" formatlı diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (iş.v. 108-114) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X13 11 fevral 2025-ci il tarixdə, saat 15:35-də şübhəli şəxs qismində tutulmuş, saat 13:45-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 13 fevral 2025-ci il tarixdə, saat 09:10-da X13 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla, saat 13:00-da müstəntiq tərəfindən barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 20, 63-64, 77-78) İş materiallarına əlavə edilmiş əsas təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs X13, Bakı şəhəri M.Orucov adına 213 №-li orta məktəbdə oxumuş və təhsilini azərbaycan dilində almışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs X7 himayəsində xx.xx.2022-ci il təvəllüdlü Zərnişan Məmmədov olmaqla, 1 azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, X11 verilmiş icazə müddəti xx.xx.2026-cı il tarixədək etibarlıdır. İş materiallarına əlavə edilmiş tibbi elektroensefaloqrafik müayinə sənədindən görünür ki, X4 yarımkürə vurğusu ilə alın-ənsə-arxa gicgah nahiyələrdə epileptiform aktivlik qeydə alınmışdır. Epilepsiya xəstəliyindən əziyyət çəkir və bununla bağlı iş materialında olan reseptdən görünür ki, davamlı olaraq dərman preparatları qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X22 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X24 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs X13 ibtidai istintaq və məhkəmənin ilkin iclasları zamanı özünü tam təqsirli bilsə də, sonuncu məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddə ona məxsus deyildi. X25 yaşadığı evin qarşısında olan zaman tutulmuş, əvvəllər narkotik vasitə və psixotrop maddə istifadə etmiş, lakin tutulan zaman üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə yox idi. X26 birlikdə tutulsa da, polis bölməsinə aparıldıqdan sonra barələrində ayrı-ayrılıqda sənədləşmə aparılmışdır. Tutulduqları yerin yaxınlığında kameralar mövcud olmuşdur. Polis şöbəsində olduğu dövrdə ona qarşı polis əməkdaşları tərəfindən psixi zorakılıq tətbiq olunmuşdur. O, da qorxduğu üçün cinayəti boynuna götürmüş və polis əməkdaşlarının dediklərini etmişdir. Daha sonra bu barədə müstəntiqə məlumat vermiş, o da əgər boynuna götürməzsə, daha sonra onun üçün problem olacağını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və gətirdiyi digər dəlillərlə bağlı qeyd edir ki, X13 məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquqmühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Pünhan Mamedov müdafiəçisinin iştirakı ilə ilkin dindirmə zamanı prosessual hərəkətlərin aparılmasından narazı olması, üzərindən aşkar olunmuş maddənin ona məxsus olmamsı barədə müdafiəçisinə heç bir məlumat bildirməmişdir. Halbuki təqsirləndirilən şəxs iki gün şübhəli şəxs qismində saxlanılmış, sonradan barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, yəni azadlıqda olmaqla sərbəst hərəkət etmək, əgər ona qarşı hansısa zorakılıq, hədə-qorxu tətbiq edilmişdisə, vaxtında müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o, bu imkanlardan istifadə etməmişdir. Bundan başqa Pünhan Mamedov ibtidai istintaq və məhkəmənin ilkin iclasları zamanı verdiyi ifadələrində əməlini səmimi etiraf etmiş və polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilmədiyi bildirmişdir. Həmçinin şübhəli şəxs qismində tutulması müdafiəçisinin iştirakı ilə keçirilmişdir. Əgər hər hansı narazılığı olsaydı müdafiəçisinə bildirmək imkanı varıydı. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin heç bir dəlillə əsaslandırmadığı özünü təqsirli bilməməsi, tutulan zaman üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş maddənin olmaması xüsusatlarını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə, Təqsirləndirilən şəxs azərbaycan dilində təhsil alması, azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı halda, guya polis əməkdaşları tərəfindən məcbur edildiyindən psixotrop maddənin ona məxsus olması ilə bağlı etirafedici ifadələr verməsi, həmçinin metamfetaminin ona məxsus olmadığı halda üzərindən aşkar edilməsi ilə bağlı qeyd etdikləri heç cür məntiqəuyğun ifadələr deyildir. İş materiallarına əlavə edilmiş disklərə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən Təqsirləndirilən şəxs aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi, 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,664 qram tərkibində psixotrop maddə metamfetamin və narkotik vasitə asetilə edilən tiryək olan kütləni Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 44A saylı evin qarşısında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzəri yoxlanılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etməsi, ona hansısa xəsarət yetirilmədiyi və bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması da aşkar görünür. Həm videogörüntüdən, həm də məhkəmə iclaslarında özünün bildirdiyi kimi ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiq tətbiq edilməmişdir. Bundan əlavə, məhkəmə iclasları zamanı şahidlər dindirilərkən onların ifadələri arasında heç bir ziddiyyətli məqam müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, məhkəmə ambulator narkoloji ekspertizasının rəyindən də görünür ki, müayinə zamanı X8 psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Odur ki, məhkəmənin sonuncu iclaslarında dindirilən zaman ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi xüsusatlar tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin tutularkən üzərində psixotrop maddə olmaması və polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması barədə bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Pünhan Mamedovun ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü kimi qiymətləndirilir. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə təqsirləndirilən şəxs X7 üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,664 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar X7 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırki iş üzrə təqsirləndirilən şəxs X7 polis əməkdaşları tərəfindən saxlanıldığı və üzərinə baxış keçirildiyi yer ünvan 3 evin qarşısıdır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, X13, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,664 qram tərkibində psixotrop maddə metamfetamin və narkotik vasitə asetilə edilən tiryək olan kütləni əldə edib daşıyaraq üzərində saxlamış, 11 fevral 2025-ci il tarixdə, saat 13:45-də Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 44A saylı evin qarşısında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzəri yoxlanılan zaman həmin kütlə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X13 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən və məhkəmədə tədqiq edilmiş digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X13 əvvəllər məhkum olunmamış şəxsdir. (iş.v. 85) Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X7 CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində himayəsində bir azyaşlı (xx.xx.2022-ci il təvəüllüdlü X9) uşağının olması, epilepsiya xəstəliyindən əziyyət çəkməsi və könüllü olaraq narkomaniyadan müalicə almaq istəməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X10 CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 15-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X10 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə, səhhətinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə görə cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Şəxsin özü və ailə üzvləri hazırda işlədiyindən cərimə növündə cəzanın icra olunması məhkəmə tərəfindən mümkün hesab olunur. Belə ki, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Hazırki iş üzrə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs Gürcüstan Respublikası vətəndaşıdır və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə əsasən o, ünvan 5 ünvanında qeydiyyatdadır. Üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0, 664 qram tərkibində psixotrop maddə metamfetamin və narkotik vasitə asetilə edilən tiryək bir bükümün içərisində qarşıq vəziyyətdə olduğundan metamfetaminin miqdarı 0,15 qramdan yuxarı, narkotik vasitə asetilə edilən tiryəkin miqdarı isə 0,5 qramdan yuxarı olduqda şəxsi istehlak miqdarından artıq miqdar hesab olunduğundan onun üzərindən aşkar olunmuş bir bükümdə olan narkotik vasitə və psixotrop maddənin miqdarının çox olmaması nəzərə alınmalıdır. Belə ki, məhkəmə fizikikimyəvi ekspertizasının 12 fevral 2025-ci il tarixli rəyində kütlənin tərkibindəki metamfetamin və asetilə edilmiş tiryəkin ayrılması mümkün olmadığından onların ayrı-ayrılıqda çəkilərini müəyyən etmək mümkün olmamışdır kimi qeyd edilməsi nəzərə alınmalıdır. Buna görə də ona ilk dəfə cinayət əməli törətməsini, əcnəbi olmasını, üzərindən aşkar olunmuş maddənin miqdarının həddən artıq çox olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalətsiz hesab olunardı. Həmçinin qeyd olunmalıdır ki, CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-nin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Hazırki iş üzrə təqsirləndirilən şəxs X17 Respublikası vətəndaşı olduğundan, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmadığından ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuna əsasən mümkün deyildir. CM-nin 43.2-ci maddəsinə əsasən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. CM-nin 44-cü maddəsinə əsasən cərimə bu məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. CM-nin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. CM-nin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. Göründüyü kimi təqsirləndirilən şəxs X7 cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi anası Şahid4 və həyat yoldaşı Şahid6 Azərbaycan Respublikası vətəndaşıdır, həmçinin Azərbaycan Respublikası vətəndaşı Şahid6 ilə nikahdan 2022-ci il təvəllüdlü övladı X9 Azərbaycan Respublikasında doğulmuş, həmin azyaşlı təqsirləndirilən şəxsin himayəsindədir. Odur ki, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növünün tətbiq olunması qeyd olunanlara əsasən istisna olunur. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. X24 əsasən CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməyən şəxslər kateqoriyasına aid olması özüözlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Maddənin sanksiyasında azadlığın məhdudlaşdırılmasından daha yüngül cəza növü nəzərdə tutulmadıqda, müəyyən olunmuş hallar isə təqsirləndirilən şəxsə daha ağır növ cəzanın təyin edilməsinə əsas vermədikdə, həmin hallar cəzanın Cinayət Məcəlləsinin 62-ci maddəsinə müvafiq olaraq, yəni Cinayət Məcəlləsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsinə əsas verən müstəsna hallar kimi qiymətləndirilə bilər. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə, həbsdə saxlanılan şəxsə cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. X24 əsasən təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az və ya həmin maddədə müəyyən ediləndən daha yüngül növdə cəza təyin edilirsə və yaxud təyin edilməsi məcburi olan əlavə cəza təyin edilmirsə hökmün nəticəvi hissəsində bu cəzanın CM-in 62-ci maddəsi tətbiq olunmaqla CMin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təyin edildiyi göstərilir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X10 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə ona CM-in 62.1-ci maddəsi tətbiq edilməklə ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cərimə növündə cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-in 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin suiistifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, X13 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə, cərimə növündə cəza təyin edilməli, X7 şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli və ona qəti olaraq cərimə növündə cəza təyin edilməli, X13 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən X13 barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,614 qram təşkil edən, tərkibi psixotrop maddə-metamfetamin və narkotik vasitə asetilə edilən tiryəkdən ibarət olan kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat X6 tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X7 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən şəxs X7 hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Müdafiəçi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 34 saat vaxt sərf etmişdir. Lakin məhkəmə həmin arayışla bağlı qeyd etməyi zəruri hesab edir ki, arayış yalnız məhkəmə prosesləri dövrünü əhatə etmiş və məhkəmə tərəfindən 10 iclas keçirilmiş, hər bir iclasda işlə tanışlıq, hüquqi yardım göstərilən şəxslə görüş, məhkəmə iclaslarında iştirak üçün hər birinə ayrı-ayrılıqda bir-iki saat vaxtın sərf olunması göstərilmiş, eyni iclasda qeyd olunan hərəkətlər olunsa da müdafiəçi tərəfindən şişirdilmiş saatlar qeyd olunmuşdur. Lakin iş üzrə 10 məhkəmə iclası keçirilmiş, iclaslarda müdafiəçi iştirak etmiş və hər iclas üçün müdafiəçinin maksimum 2 saat vaxt sərf etməsini nəzərə alaraq onun bütün məhkəmə iclaslarına cəmi 20 saat sərf etməsini məhkəmə nəzərə alır. Ona görə də məhkəmə müdafiəçinin arayışda təqdim etdiyi saatları deyil, işin həqiqi hallarına uyğun gələn cəmi 20 saatı nəzərə alır. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X11, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 220 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X13 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə, 5000 manat məbləğində cərimə növündə cəza təyin edilsin. X7 11 fevral 2025-ci il tarixdən 13 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq ona təyin edilmiş 5000 (beş min) manat məbləğində cərimə cəzası yüngülləşdirilsin və ona qəti olaraq 4400 (dörd min dörd yüz) manat məbləğində cərimə növündə cəza təyin edilsin. X13 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm q anuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən X13 barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,614 qram təşkil edən, tərkibi psixotrop maddə-metamfetamin və narkotik vasitə asetilə edilən tiryəkdən ibarət olan kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat X6 tutularaq dövlət nəfinə keçirilsin. Müdafiəçi X7 hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 220 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-317/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-317/2025
08.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver