Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-318/2021 18.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Ermənistan Respublikasının Qafan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, “V” massivi, ev 24, mənzil 44-də qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olara talama məqsədilə 04.06.2021-ci il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının damına quraşdırılmış, Zərərçəkmiş şəxs məxsus olan 600,00 manat dəyərində “General” markalı split kondisionerin çolə quraşdırılmış kompressormühərrikini gövdəsi ilə birlikdə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 600,00 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 09 iyun 2021-ci il tarixdə, saat 10 radələrində Sumqayıt şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,648 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manata əldə edib üzərində saxlamaqla daşımış, 09 iyun 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış massivi 25 ünvanda yerləşən 33-cü PB-nin inzibati binasında saat 22:15-22:45 müddətində onun üzərinə şəxsi axtarış aparılan zaman, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,648 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 04 iyun 2021ci il tarixdə, gecə saat 02 radələrində yaşadığı evin yaxınlığında yerləşən, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 22 saylı binanın qarşısından piyada keçən zaman həmin binanın bloklarından birinə daxil olub, liftlə 9-cu mərtəbəyə, oradan isə binanın damına qalxmış və orada olan zaman kondisionerin mühərrik hissəsini görüb, həmin mühərriki oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə də, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra üzərində olan dəmir parçası ilə ehtiyyatla həmin komdisionerin çöl tərəfdə olan mühərrikini söküb yerindən çıxartmışdır. Bundan sonra həmin mühərriyi ehtiyyatla yerə qoymuş və ətrafına baxıb heç kimin fikir vermədiyini gördükdən sonra oğurladığı mühərriki əlinə götürüb 9-cu mərtəbəyə, liftlə isə birinci mərtəbəyə düşmüş və gizli yollarla yaşadığı məhəlləyə aparmışdır. 05 iyun 2021-ci ildə isə bazar günü olduğundan həmin kondisionerin müəhərrikini Sabunçu qəsəbəsində yerləşən bazarda tanımadığı cavan oğlana 35 manata satmış və həmin şəxsə satdığı mühərrikin özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxs mühərriki ondan almışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Mühərrikin bəzi hissələrini isə polislər oğurluq etdiyi binanın damında gizlətdiyi yerdən götürmüşlər. Bundan başqa göstərmişdir ki, o, uzun müdətdir ki, narkotik maddələrdən istifadə etmişdir. Narkotik maddələri Bakı və Sumqayıt şəhərlərində müxtəlif yerlərdə ayrı-ayrı tanımadığı şəxslərdən alıb əldə etmişdir. 09 iyun 2021-ci il tarixdə, səhər saat 10 radələrində Sumqayıt şəhərinə getmiş və orada üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata bir büküm narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitəni sonra istifadə etməsi üçün üzərində saxlamış və şəxsi işləri ilə məşğul olduqdan sonra Bakı şəhərinə qayıtmışdır. 09 iyun 2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və polis əməkdaşı olduqlarını bildirərək, xidməti vəsiqələrini təqdim etdikdən sonra onun kim olduğunu soruşduqda, o, da özünü təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək, onu Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etdikdə, o, razılaşıb, sonuncularla birlikdə 33-cü PB-nə gəlmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına vəkil təyin edilmiş, dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi ona təklif olunmuş, o, buna etiraz etməyərək, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması və nə vaxt kimdən əldə etməyi barədə soruşulduqda, o, həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, heroini 09 iyun 2021-ci il tarixdə, səhər saat 10 radələrində Sumqayıt şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün alıb əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin bir ədəd büküm zərfə qoyulub qablaşdırılmış və üzəri onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. Sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, heç kim tərəfindən əlavə və ya qeyd daxil olmadığna görə protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni yalnız özü istifadə etmək üçün əldə etmiş,narkotik vasitəni heç kimə satmaq və ya vermək niyyəti ilə əldə etməmişdir. Törətdiyi əməllərdən peşmandır. Məhkəmənin əvvəlki iclasında Zərərçəkmiş şəxs ərizə məhkəməyə müraciət edərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayətinin və tələbinin olmadığını qeyd edərək, Şuşa şəhərinə ezam olunduğu səbəbindən, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən etibarən ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. Həmin ünvan binanın 9-cu mərtəbəsində yerləşir. Bu səbəbdən evin kondisionerinin mühərrikini, yəni aqreqat hissəsini binanın damma yerləşdirmişdir. 10 iyun 2021-ci il tarixdə, saat təqribən 13 radələrində evində olan zaman kondisioneri yandırdıqda, “General” markalı kondisionerin işləmədiyini görmüşdür.Təxminən 10-15 gün onlar mənzildə kondisonerdən istifadə etməmişlər. Bundan sonra dərhal dama çıxaraq mühərrikdə hər hansı bir problemin olub-olmadığına baxdıqda çöl tərəfdə quraşdırılmış mühərrikinin (aqreqatın), yəni blokunun oğurlandığını aşkar etmişdir. Kondisionerə aid mühərrikin oğurlandığını aşkar etdikdən sonra bu barədə 33-cü PB-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 600 manat dəyərində maddi ziyan dəymişdir. 33-cü PB-də izahat verən zaman əsəbi olduğundan kondisionerin qiymətini 2010-cu ildə aldığı zaman ümumi aldığı qiymətini, yəni 2000 manat olduğunu bildirmişdir. Hal hazırda bildirir ki, kondisionerin ancaq arxa aqreqat hissəsi oğurlanmışdır. Buna görə də ona 600 manat maddi ziyan vurulduğunun nəzərə alınmasını xahiş etmişdir. Hadisə nəticəsində kondisioneriniz olduğu yer binanın damı olduğundan ora giriş-çıxış sərbəst şəkildə həyata keçirilir və heç kimə məhdudiyyət yoxdur. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 33-cü PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli ərazisində “Elçin” adlı şəxsin narkotik vasitələri və psixotrop maddələri əldə etməklə qanunsuz olaraq saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat marağı kəsb etdiyindən məlumatın yoxlanılması və həmçinin “Elçin” adlı şəxsin cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə də onun tərəfindən raportla Suraxanı RPİ-nin 33-cü PB-nin rəisi Samir Quliyevə məruzə edilmiş və 33-cü PB-nin rəisi tərəfindən 09 iyun 2021-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar təsdiq edilmişdir. Həmin qərara əsasən “Elçin” adlı şəxsin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna onun özü, həmçinin Suraxanı RPİ-nin 33-cü PB-nin YYÇİ üzrə inspektoru, polis baş leytenantı Şahid2 daxil edilmişdir. Bölmə rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və “Elçin” adlı şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan onun şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 09 iyun 2021 -ci il tarixdə, saat 21 radələrində qrup üzvü Şahid2 ilə ünvan 6 ünvanın qarşısında olan zaman, bir nəfər şəxsin əlamətlərinin “Elçin” adlı şəxsin əlaməltəri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və saxlanılan şəxsə onlar Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxalanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və daşınmasında şübhəli olduğu diqqətinə çatdırıldıqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində narkotik də var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə 33-cü Polis Bölməsinə getməli olduğunu bildirib Təqsirləndirilən şəxs avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Q yaşayış massivi 25 ünvanda yerləşən 33-cü PB-nin inzibati binasına gətirmişlər və bu barədə raportla 33-cü PB-nin rəisinə məruzə edildikdən sonra müvafiq araşdırmanın aparılması 33-cü PB-nin təhqiqatçısı Elməddin Əhmədova həvalə edilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilıməsi məqsədi ilə PB-nə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs onun üzərinə şəxsi axtarış aparılacağı izah edikdikdən sonra şəxsi axtarış iştirakçılarına, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmiş və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı iştirakçıların, o cümlədən Təqsirləndirilən şəxs diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə və əşyaların olub olmadığı, olduğu halda isə onları təqdim etməsi deyilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və bükümdəkinin heroin olduğunu və heroini 09 iyun 2021-ci il tarixdə səhər saat 10 radələrində üzdən tanıdğı şəxsdən 20 manata özünün istifadə etməsi üçün aldığını demişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngdən ibarət maddənin olduğu müəyyən olunmuşdur.Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroinin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmayıb və onun barəsində ancaq qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. İbtidai istintaq zamnı şahid qismində dindirilmiş İsmayıllı X2 Ruslan Burzu oğlu ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan qərardan müəyyən olunur ki, 9 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qərardan müəyyən olunur ki, 10 iyun 2020-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan olunmuşdur. İş materiallarından müəyyən olunur ki, 11 iyun 2021-ci il tarixdə cinayət işi üzrə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudova vəsatət təqdim edilmiş və Bakı şəhəri Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən 11.06.2021-ci il tarixli qərarı ilə imitna edilmişdir. İş materiallarında olan qərardan müəyyən olunur ki, 11 iyun 2021-ci il tarixdə cinayət işi üzrə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimklan tədbiri seçilmiş və o, Bakı şəhəri Suraxan RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından müəyyən olunur ki, 24 sentyabr 2021-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs yeni məzmunda Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən ittiham elan olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloci X6 Şəxsin verdiyi məhkəmə-narkoloci ekspertizası üzrə 09 iyul 2021-ci il tarixli 2228 №-li rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə kimyəvi ekspertizası üzrə 10 iyun 2021-ci il tarixli 6/2351 nömrəli rəydən göründüyü kimi Təqsirləndirilən şəxs götürülmüş tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №171” möhür əksi, “’’Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,648 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə 22 sentyabr 2021-ci il tarixli 9/6732 nömrəli rəydən göründüyü kimi aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda, eləcədə köhnə işlənmiş və təzə vəziyyətdə split kondisionerlərin satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən “General” markalı split kondisionerin çolə quraşdırılmış kompressor-mühərrikinin gövdəsi ilə birlikdə hazırki işlənmiş vəziyyətdə, 04 iyun-10 iyul 2021-ci il tarixlərə, istismarda olmasını və mənəvi fiziki köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməyi təxminən 600,00 manat müəyyən edilir. Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 20.07.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 01 il islah işləri və 01 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası MM-nin 07.05.2013-cü il tarixli amnistiya qərarına əsasən təyin edilmiş cəzadan azad edilmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ondan heç bir tələbinin və şikayətinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Quliyev X4 cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah–tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməli və ərazi narkoloci dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş bir ədəd bükümdə, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,598 qram çəkidə heroin məhv edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus “General” markalı split kondisionerin çölə quraşdırılmış kompressor-mühərrikinin gövdəsinin sökülmüş vəziyyətdə qabaq üzlüyü, üst və aşağı panel hissələri iş üzrə maddi sübut kimi tanınmış və kondisionerin çölə quraşdırılmış kompressor-mühərrikinin gövdəsinin sökülmüş vəziyyətdə qabaq üzlüyü, üst və aşağı panel hissələri istintaq hərəkətləri yekunlaşdıqdan sonra saxlanması üçün Zərərçəkmiş şəxs verilmiş hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzaları qismən birləşdirilərək Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 03 (üç) ay müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 09.06.2021-ci il tarixdən 11.06.2021-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və ərazi narkoloci dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,598 qram çəkidə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə Zərərçəkmiş şəxs məxsus “General” markalı split kondisionerin çölə quraşdırılmış kompressor-mühərrikinin gövdəsinin sökülmüş vəziyyətdə qabaq üzlüyü, üst və aşağı panel hissələri iş üzrə maddi sübut kimi tanınmış və kondisionerin çölə quraşdırılmış kompressor-mühərrikinin gövdəsinin sökülmüş vəziyyətdə qabaq üzlüyü, üst və aşağı panel hissələri istintaq hərəkətləri yekunlaşdıqdan sonra saxlanması üçün Zərərçəkmiş şəxs verilmiş hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 159 (yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-318/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-318/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver