Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-319/2021 19.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki javabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, döngə 6, ev 8-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»mn 2-ci bəndinin 2.5.1,2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 21 iyul 2021-ci il tarixdə, saat 19:00-da Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və 1 ədəd rezin kombinezondan istifadə edərək Xəzər dənizinə girib hər birini uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suda qurmuş və 22 iyul 2021-ci il saat 13:10-dək hər biri 11 manat olmaqla 95 ədəd külmə balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1045 manat məbləğində ziyan vurmuş, həmin tarixdə saat 13:10-da sahilə çıxarkən X5 İdarəsinin Abşeron xətt polis məntəqəsinin və Brakonyerliyə qarşı mübarizə və Balıq ehtiyatlarının mühafizəsi bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı ondan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlar və 95 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki javabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 256.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, 21 iyul 2021-ci il tarixdə saat 19:00-da balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinə gəlmiş və özünə məxsus 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və 1 ədəd rezin kombinezondan istifadə edərək Xəzər dənizinə girib hər birinin uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları dənizdə qurub evinə qayıtmışdır. Növbəti gün, yəni 22 iyul 2021-ci il tarixdə, saat 11:00-da yenidən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinə gəlib, 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və 1 ədəd rezin kombinezondan istifadə edərək dənizə girmiş və qurduğu torları yığarkən görmüş ki, çoxlu külmə balıqları tutmuşdur. Torları saat 13:10-dək tutduğu balıqlarla birlikdə yığıb sahil istiqamətində hərəkət etməyə başlamış. Saat 13:10-da sahilə çıxarkən X5 idarəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizində torla balıq tutmaq üçün balıqovlama bileti yoxdur. Polis əməkdaşları dənizə çıxmaq üçün istifadə etdiyi 1 ədəd taxta qayığa dəvət edilmiş iki hal şahidinin iştirakı ilə baxış keçirərkən qayığın içərisində olan 2 ədəd taxta avarı, 1 ədəd rezin kombinezonu, hər birinin uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları və həmin balıqovlama vasitələri ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutduğu 95 ədəd külmə balıqlarını aşkar edib götürmüşlər və keçirilmiş baxışın nəticəsi olaraq protokol tərtib etmişlər. Həmin protokol baxış iştirakçıları və onun tərəfindən imzalanmışdır. Rəsmi icazə, yəni balıqovlama bileti olmadan Xəzər dənizində torla balıq tutmanın qadağan edildiyini, yəni bunun cinayət olduğunu bilirmiş, lakin başqa çıxış yolu olmadığından ailəsinə qida əldə etməkdən ötrü həmin cinayəti törətməyə məcbur olmuşdur. Jinayət əməli nətijəsində vurduğu ziyanı ödəmək niyyətindədir, jinayət işi üzrə verilmiş mülki iddianı qəbul edir. Törətdiyi əməldən peşmandır. Barəsində Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi amnistiya haqqında qərarın tətbiq edilərək cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında izahat vermiş iş üzrə mülki iddiaçı - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə1 mülki iddianı müdafiə edərək göstərmişdir ki, 22.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Suraxanı rayonunun Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizində qanunsuz balıq tutmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydalan”nın 2-ci bəndinin 2.5.1- ci hissəsinin tələblərini pozmuşdur. Yoxlama zamanı Təqsirləndirilən şəxs 95 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları’nın 2-ji bəndinin 2.5.1-ci hissəsinə əsasən balıqovlama biletləri olmadan sənaye məqsədləri tə balıqların ovlanması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.09.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr”in 10-cu bəndinə əsasən hesablanır. Təqsirləndirilən şəxs 95 ədəd külmə balığının qanunsuz tutulması ilə vurulan ziyan- 11 manat x 95 ədəd = 1045 manat təşkil edir. Beləliklə, balıq ehtiyatlarına vurulan ziyan 1045 manat təşkil edir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydalan”nın 1-ci bəndinin 1.9.6-cı hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 23.06.2016-cı il tarixli 962 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə’yə əsasən Təqsirləndirilən şəxs barəsində 1045 manat məbləğində iddia qaldırılmışdır. Məhkəmədən təqsirləndirilən şəxs və mülki cavabdehdən həmin məbləği yuxarıda qeyd olunan hesablaşma hesabına köçürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, 24.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarından müəyyən olunur ki, 24.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, cinayət işi üzrə 13.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Nümayəndə1 mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 23 iyul 2021-ci il tarixli, 21/419 nömrəli məktubundan məlum olur ki, 23.07.2021-ci il tarixə kimi Təqsirləndirilən şəxs Xəzər dənizində balıq və digər su bioresurslarmm sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 iyul 2021-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından müəyyən olunur ki, 22 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 95 ədədi hər biri 11 manat olmaqla 1045 manat dəyərində külmə balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyyatlarına 1045 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 15 avqust 2016-cı il tarixli Suraxanı rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs AR CM-nin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı tamamilə sübuta yetir. Təqsirləndirilən şəxs məhkəməyə mürajiət edərək, barəsində Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi amnistiya haqqında qərarın tətbiq edilərək cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəyində qeyd olunur ki, “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı (bundan sonra – Qərar) qəbul edilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətlərin təsnifatı JM-nin 256.1-ci maddəsidir, böyük ictimai təhlükə törətməyən jinayət əməlidir. Təqsirləndirilən şəxs Qərarın 10-11-ci hissələrində nəzərdə tutulmuş şəxslərin dairəsinə daxil deyil. “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin təsiri altına düşür. Təqsirləndirilən şəxs barəsində anlaqlılığı istisna etməyən psixi pozuntuya görə Azərbaycan Respublikası CM-nin 95.0.2 – 95.0.4-cü maddələrində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin, alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicənin təyin olunması, vərəm xəstəliyinə tutulması, müsbət halda həmin müalicənin başa çatması (zöhrəvi xəstəliklərdən, vərəmdən müalicənin qurtarmasını təsdiq edən tibbi rəy və ya anlaqlılığı istisna etməyən psixi pozuntuya görə, alkoqolizmdən, narkomaniyadan məcburi müalicənin ləğv edilməsi barədə məhkəmə qərarı haqqında məlumat) yoxdur. Göstərilənlərə əsasən, “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının müvafiq bəndlərinin, Baş Prokurorluq üzrə 5 noyabr 2021-ci il tarixli 09/20 nömrəli əmrin tələblərinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə (bəndlərinə) əsasən amnistiyanın tətbiq edilməsi mümkün hesab edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının təsiri altına düşdüyündən, o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1. 1 —1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsi ilə iş üzrə icraata xitam verilməsinə dair xahişini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-nin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-nin 43-cü maddəsinə əsasən xitam verilməli və hazırki cinayət işi üzrə onun barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, həmçinin, hesab edir ki, jinayət işi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki iddiası təmin edilməli, balıq ehtiyatlarıa vurulmuş 1045 manat məbləğində ziyan Təqsirləndirilən şəxs tutularaq, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 186, 321, 344347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021 -ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar, jinayətin alət və vasitələri olan, Su NPİ-nin Abşeron XPMnin rəisi, polis mayoru Şahid1 təhvil verilmiş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, hər birini uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlar qərar qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə olunsun. 22 iyun 2021-ji il tarixli qəbul aktına əsasən fiziki şəxs X3 təhvil verilmiş 95 ədəd külmə balıqlarının satışından əldə edilən pul vəsaiti dövlət büdjəsinə keçirilsin. Jinayət işi üzrə Azərbayjan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki iddiası təmin edilsin, balıq ehtiyatlarıa vurulmuş 1045 manat məbləğində ziyan Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin AZ67CTRE******************** Vöen:********** saylı hesabına köçürülsün. İş üzrə məhkəmə xərcləri yoxdur. Qərardan elan edildiyi andan 20 gün müddətinə Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-319/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-319/2021
19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver