Məhkəmə qərarları › İş №1(010)-320/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-320/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-320/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1962-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, 13 dekabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan dərman vasitələrinin alınması üçün ödənilmiş 2849,57 manat, Zərərçəkmiş şəxs müalicəsi üçün “X12” Klinikasına ödənilmiş 12979,00 manat, simfer orteri adlı tibbi əşyanın alınması üçün ödənilmiş 150,00 manat olmaqla, cəmi 15978,57 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Şuşa Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(077)- 14/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2022-ci il tarixədək zərərçəkmiş şəxsin xeyrinə 15978,57 manat məbləğində pul vəsaitini ödəməmiş, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ondan dərman vasitələrinin alınması üçün ödənilmiş 2849,57 manat, Zərərçəkmiş şəxs müalicəsi üçün “X12” Klinikasına ödənilmiş 12979,00 manat, simfer orteri adlı tibbi əşyanın alınması üçün ödənilmiş 150,00 manat olmaqla, cəmi 15978,57 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Şuşa Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(077)-14/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2022-ci il tarixədək zərərçəkmiş şəxsin xeyrinə 15978,57 manat məbləğində pul vəsaitini ödəmədiyinin səbəbini 250,00- 300,00 manat məbləğində aylıq qazancının öz dolanışığına çətinliklə çatması, maddi imkanının çətin olduğunu, yalnız pensiya ilə dolandığını, qəzadan sonra işləyə bilmədiyi üçün borcunu tam şəkildə ödəyə bilmədiyini bildirmişdir. Sonda “Vətən müharibəsinin” veteranı olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin 27 mart 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs, ondan, dərman vasitələrinin alınması üçün ödənilmiş 2849,57 manat, müalicəsi üçün “X12” Klinikasına ödənilmiş 12979,00 manat, simfer orteri adlı tibbi əşyanın alınması üçün ödənilmiş 150,00 manat olmaqla, cəmi 15978,57 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsinə dair Şuşa Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(077)-14/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2022-ci il tarixədək 15978,57 manat məbləğində pul vəsaitini, kifayət qədər qazanca malik olmasına baxmayaraq, qərəzli olaraq onun xeyrinə ödəməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X7 verdiyi ifadəsində bildirmişdir ki, təqsirləndirlən şəxsin borcunu ödəməsi təqdirində yüngül cəza verilməsini xahiş edəcəyini, lakin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs borcunu ödəməyərək maddi ziyanın aradan qalxamamasından onun barəsində həbs növündə cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş, Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 ifadəsində bildirmişdir ki, Şuşa Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(077)-14/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs ondan, dərman vasitələrinin alınması üçün ödənilmiş 2849,57 manat, Zərərçəkmiş şəxs müalicəsi üçün “X13” Klinikasına ödənilmiş 12979,00 manat, simfer orteri adlı tibbi əşyanın alınması üçün ödənilmiş 150,00 manat olmaqla, cəmi 15978,57 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Sözügedən qətnamə icra edilməsi üçün Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına baxmayaraq, borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi qərəzli olaraq təmin etməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş cinayət işi üzrə şahid qismində dindirilmiş Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 da şahid X2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o ünvan 3 ünvanında fəaliyyət göstərən “Fred Sport” idman zalında məşqçi işləyir. Təqsirləndirilən şəxs ilə uzun illərdir ki, tanışdır, yaxın münasibətləri vardır. Təqsirləndirilən şəxs, onun çalışdığı idman zalının yaxınlığında yerləşən velosiped təmiri məntəqəsində, həmçinin həmin ərazidə avtomobillərin parklanma yerində nəzarətçi kimi, eyni zamanda ərazidə ayıq sürücü kimi işlədiyini qeyd edərək, 2019-cu ildə Təqsirləndirilən şəxs avtomobil qəzasında Zərərçəkmiş şəxs adlı şəxsi idarə etdiyi avtomobillə vuraraq, ona xəsarət yetirdiyi barədə məlumatı olduğunu bildirmişdir. Həmçinin, 15978,57 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Şuşa Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(077)-14/2020 saylı qətnaməsi çıxarıldığından xəbəri olduğunu qeyd edərək, Təqsirləndirilən şəxs bir neçə yerdə işləməsinə baxmayaraq, qazancının öz dolanışığına çətinliklə çatdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 6 ilə yaxındır ki, tanıyır və onunla səmimi münasibətləri vardır. Təqsirləndirilən şəxs məşq etdiyi, ünvan 3 ünvanında fəaliyyət göstərən “Fred Sport” idman zalından tanıdığını qeyd edərək, onun həmin idman zalının yaxınlığında yerləşən velosiped təmiri məntəqəsində, həmçinin həmin ərazidə avtomobillərin parklanma yerində nəzarətçi kimi, eyni zamanda ərazidə ayıq sürücü kimi işlədiyini bildirmişdir. 2019-cu ildə Təqsirləndirilən şəxs avtomobil qəzasında Zərərçəkmiş şəxs adlı şəxsi idarə etdiyi avtomobillə vuraraq, ona xəsarət yetirdiyi barədə məlumatı olduğunu bildirmişdir. Həmçinin, 15978,57 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qızının xeyrinə ödənilməsinə dair Şuşa Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(077)-14/2020 saylı qətnaməsi çıxarıldığından xəbəri olduğunu qeyd edərək, Təqsirləndirilən şəxs bir neçə yerdə işləməsinə baxmayaraq, aylıq 250,00- 300,00 manat məbləğində qazancının öz dolanışığına çətinliklə çatdığını bildirmişdir. Cinayət işinin 8-13-cü vərəqlərində olan Şuşa rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(077)-14/2020 saylı qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs dərman vasitələrinin alınması üçün ödənilmiş 2849,57 (iki min səkkiz yüz qırx doqquz manat əlli yeddi qəpik) manat, Zərərçəkmiş şəxs müalicəsi üçün "X12” Klinikasına ödənilmiş (13729 -750= 12979) 12979 (on iki min doqquz yüz yetmiş doqquz manat, simfer orteri adlı tibbi əşyanın alınması üçün ödənilmiş 150 (yüz əlli) manat, cəmi 15 978,57 (on beş min doqquz yüz yetmiş səkkiz) manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Cinayət işinin 14-cü vərəqində olan Şuşa rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(077)-14/2020 saylı icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs dərman vasitələrinin alınması üçün ödənilmiş 2849,57 (iki min səkkiz yüz qırx doqquz manat əlli yeddi qəpik) manat, Zərərçəkmiş şəxs müalicəsi üçün "X12” Klinikasına ödənilmiş (13729 -750= 12979) 12979 (on iki min doqquz yüz yetmiş doqquz manat, simfer orteri adlı tibbi əşyanın alınması üçün ödənilmiş 150 (yüz əlli) manat, cəmi 15 978,57 (on beş min doqquz yüz yetmiş səkkiz) manat tutularaq X1 ödənilməsi qət edilmişdir. Cinayət işinin 15-ci vərəqində olan 02 iyul 2021-ci il tarixli qərara əsasən, Şuşa Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şuşa rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(077)-14/2020 saylı icra sənədi barədə icraata başlanılması qərara alınmışdır. Cinayət işinin 18-ci vərəqində olan icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi barədə 27 iyul 2021-ci il tarixli qərara əsasən, Şuşa rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(077)-14/2020 saylı icra tədbirlərinin davam etdirilməsi üçün Suraxanı rayon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. Cİnayət işinin 70-72-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardada əsasən, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Cinayət işinin 122-123-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1154/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Cinayət işinin 154-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiva İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 167-168-ci vərəqlərində olan 13 dekabr 2022-ci il tarixli “təqsirləndirlən şəxs qismində cəlb etmək haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin 178-179-cu vərəqlərində olan 13 dekabr 2022-ci tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, MV seriyalı, 00721 saylı vəsiqəyə əsasən, Təqsirləndirilən şəxs müddətsiz olaraq müharibə veteranı vəsiqəsi verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli Plenumunun Qərarına əsasən, CM-nin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünür qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur, məhkəmə aktlarını qərəzli icra etməmə, məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirirə Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar:məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir («İcra haqqında» Qanunun 82.3-cü maddəsi). Məhkəmə aktının qərəzli icrasına mane olmaq anlayışı altında isə şəxsin dövlət orqanı, yerli özünüidarəetmə orqanı, dövlət və bələdiyyə idarəsi, kommersiya və ya digər təşkilat tərəfindən məhkəmə aktının vaxtında icra edilməməsi üçün qəsdən maneə törədilməsi başa düşülməlidir. Belə maneə müxtəlif yollarla həyata keçirilə bilər: şəxs tərəfindən tabeçiliyində olan şəxslərə məhkəmə qərarını icra etmə-mək barədə göstəriş, sərəncam və əmrlər verilməsi; icra məmurunun və ya məhkəmə qərarını icra etmək səlahiyyəti olan şəxsin məhkəmə qərarını icra etməsinə maneələr yaradılması;məhkəmə qərarının icra edilməsi üçün zəruri olan sənədlərin təqdim edilməməsi; məhkəmə qərarını icra etməli olan şəxslərə məlumatların, o cümlədən təşkilat və bank hesablarının yerləşdiyi yer barədə məlumat verilməməsi, məhkəmə qərarının icra edilməsinin qarşısını alan və ya onun mümkünsüz edən tədbirlər görülməsi. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Şuşa rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(077)-14/2020 saylı qətnaməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1154/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına, habelə təkrar olaraq borcunu ödəmək üçün vaxt verilməsi, üzürlü səbəblər olmadan borcunu ödəmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin vasitəsilə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə iki dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq icra sənədini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və “Vətən müharibəsi” veteranı olmasını məhkəmə cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olub və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, əməlindən səmimi peşman olmasına və “Vətən müharibəsi” veteranı olmasına görə cəzanı yüngülləşdirən halın mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X8 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar