Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-322/2021 04.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, 22 sentyabr 2021-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 06.07.2021-ci il tarixdə, saat təxminən 22 radələrində yaşadığı ünvan 2 ünvanda həyat yoldaşı Zərərçəkmiş şəxs ilə sonuncunun ona işləmədiyini irad tutması səbəbindən mübahisə edərək dalaşmış və həmin vaxt əlində olan su bankası ilə Şəlala Əliyevanın sağ üz nahiyəsindən qəsdən bir zərbə vuraraq, ona sağ üz nahiyəsinin qançırı, üst dodağının sağ yarısının şişkinli qançırı və selikli qişasının əzilmiş yarası ilə müşaiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq, məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. O Şəlalə ilə 2004-ci il ildə ailə həyatı qurmuş və birgə nigahdan 2 övladları dünyaya gəlmişdir. 06.07.2021-ci il tarixdə, saat təxminən 22 radələrində yaşadıqları evdə olan zaman aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Şəlalə ona heç bir yerdə işləmədiyini, ondan pul istədiyini bildirməsi və bu səbəbdən aralarında yaranmış ailə-məişət münaqişəsi zamanı evdə olan su bankası yerə düşərək qırılmış, o, əyilərək, su bankasının qırıqlarını yerdən götürmüş və əlinin içində saxlamış, bu zaman Şəlalə ona yaxınlaşdıqda, əli ilə həyat yoldaşı Şəlalənin sağ üz nahiyəsinə bir dəfə zərbə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt yaşadıqları ünvanda ikisi olmuşlar, yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs X6 zərərçəkmiş şəxslə barışdığını və onun barəsində olan cinayət işinə xitam verilməsinə etiraz etməməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, həyat yoldaşı Təqsirləndirilən şəxs və azyaşlı övladları ilə birlikdə yaşayır. O, Ariflə 2004-ci ildə ailə həyatı qurmuş və və bu evlilikdən onların 2 övladları dünyaya gəlmişdir. 06.07.2021-ci il tarixdə, saat təxminən 22 radələrində yaşadıqları Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10A, mənzil 72 ünvanında həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında yaranmış ailə-məişət mübahisəsi zamanı Təqsirləndirilən şəxs onun sağ üz nahiyəsindən su bankası ilə bir zərbə vuraraq, ona xəsarət yetirmişdir. Aralarında baş vermiş mübahisəyə həyat yoldaşı Təqsirləndirilən şəxs heç bir əmək fəaliyyəti ilə məşğul olmaması və mütəmadi olaraq ondan pul tələb etməsi, və bu səbəbdəndə aralarında yaranmış mübahisə zamanı Arifin onun sağ üz nahiyyəsindən əlində olan su bankası ilə vuraraq xəsarət yetirməsi olmuşdur. Həmin vaxt evdə həyat yoldaşı ilə olmuşlar başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsin ona vurduğu zərəri ödəməsini, sonunju ilə barışmasını, ona qarşı heç bir tələb və şikayətinin olmamasını, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi və istintaq protokolları və cinayət işinin materiallarında olan digər sübutlarla da təsdiq edilir. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının vermiş olduğu 08.07.2021-ci il tarixli 709 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ üz nahiyəsinin qançırı, üst dodağının sağ yarısının şişkinli qançırı və selikli qişasının əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 06.07.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına görə özü özünə yetirlməsi inandırıcı deyildir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəyən ziyanı ödəməsini nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəyən ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən “məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində (40.2.2. zərər çəkmiş şəxslə barışdıqda) nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Odur ki, X3 Azərbaycan Respublkası CM-nın 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, X5 cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini və Azərbaycan Respublikası CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-322/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-322/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver