Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-322/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müqavilə üzrə müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 07 fevral 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə təhqir etmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, əvvəllər tanımadığı və aralarında mübahisəsi olmadığı Zərərçəkmiş şəxs3 02 avqust 2023-cü il tarixdən başlayaraq 22 avqust 2023-cü il tarixədək, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə 2024-cü ilin iyul ayından 2024-cü ilin sentyabr ayınadək qeydiyyatda olmaqla, yaşadığı ünvan 2 ünvanında yerləşən evindən faktiki istifadəsində olan cihazlar ilə özlərinin və qohumlarının şəxsi şəkillərini sosial şəbəkələrdə yaymaqla, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq məqsədi ilə onları nüfuzdan salan əxlaqsız məzmunlu sözlər yazaraq şəkillərlə birlikdə internet informasiya ehtiyatlarında olan “Facebook” sosial şəbəkəsində “Söz soxmaq üzrə mütəxəssis”, “Çekist Xanım”, “Azərbaycan Polisinin Qənimi” və “Tülkügöz” saxta istifadəçi adlar, profil və hesablarından kütləvi nümayiş etdirməklə onları əxlaqsız şəxslər kimi təqdim edib şərəf və ləyaqətlərini alçaltmaqla, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təhqir etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur: İbtidai istintaqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 148-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Azərbaycan dilində sərbəst danışa, yazıb-oxuya bilir, tərcüməçiyə ehtiyacı olmamışdır. Ali təhsilini “Bakı Slavyan Universiteti”-nin jurnalistika fakültəsi üzrə alaraq 2016-cı ildə məzun olmuşdur. “Facebook” sosial şəbəkəsinin istifadəçisi olmuş, 2 aydan bir öz şəxsi istifadəçi adını dəyişmiş, adını dəyişməsinə səbəb gizlənmək olmamış, əks halda, profilində şəxsi şəklini paylaşmaz idi. Adı çəkilən sosial platformada istifadəçi adını dəyişdirməsinə səbəb maraq və yeniliklər olmuşdur. “Facebook” sosial şəbəkəsini istifadəsinə səbəb və məqsəd dünyanın mərkəzinin hazırda sosial platformalarda olması və dünyada cərəyan edən məlumatları sosial platformadan rahatlıqla əldə etmək olmuşdur. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 şəxsən tanımamış, adı çəkilən şəxslərin müraciəti qərəzli olmuş, qərəzin səbəbi və əsası sonuncuların onu təhqir etmələri olmuşdur. Hazırda “Facebook” sosial şəbəkəsində ona məxsus istifadəsində olmuş iki profil “Bəlinay Xatun”, digəri isə “Buz cəhənnəm” adlı profillərdir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 şəxsi həyatda tanımamış, sonuncuları yalnız “Facebook” sosial şəbəkəsi üzərindən tanımışdır. 2024-cü ilin avqust ayında onu “Clear Newer” saxta profilindən təhqir etmişlər. Həmin profil ona əvvəllər dostluq atmış, daha sonra həmin profili izləməyə almış, profilin dostluq siyahısı açıq olmuş, siyahıya baxıb Rafiq adlı şəxsin həmin profil ilə qohumluq əlaqələrinin olub-olmamasını soruşmuş, “Clear Newer” profili aralarında olan yazışmada onu əxlaqsız sözlər ilə təhqir etmiş və o, həmin profili bloka atmışdır. Daha sonra, Zərərçəkmiş şəxs2 adlı profil dərhal ona şəxsi mesajlarda yazaraq onu təhqir etməyə başlamış və Rafiq adlı şəxsin adını çəkməməsini bildirmişdir. Rafiq adlı şəxsi tanımasına səbəb sonuncunun Daxili İşlər Nazirliyinin əməkdaşı olmasıdır. Belə ki, 17 may 2023-cü il tarixdə evindən bir qədər kənarda şəxsiyyətini sonradan bildiyi Elçin adlı əməkdaş tərəfindən oğurlanmış və Bakı şəhər Baş Polis İdarəsinə aparılmış, profilaktik söhbətdən sonra geri qaytarılmışdır. Rafiq adlı polisi profilaktik söhbəti zamanı tanımış, daha sonra hər hansı münasibəti olmamışdır. Məhz həmin səbəbdən “Clear Newer” profilindən Rafiq haqqında soruşmuşdur. Zərərçəkmiş şəxs2 adlı profil dərhal ona şəxsi mesajlarda yazaraq təhqir etmiş və postlarında Rafiqin adını hallandırmamağını tələb etmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs1 adlı profil ona yazaraq şəxsi mesajlarda onu təhqir etməyə başlamış, cavabını verdikdən sonra profili əngəlləmiş və digər profildən, yəni “Bəlinay Xatun” profilindən daxil olaraq Zərərçəkmiş şəxs1 və Şövqinin profilində qohumları ilə şəkillərini görmüşdür. O, da bu kimi qərara gəlmiş ki, adı çəkilən şəxslər onun şəxsi mesajda təhqir etmişsə, o da həmin şəxslərin yaxınlarını və özlərini “Facebook” sosial şəbəkəsi üzərindən açıq şəkildə təhqir edəcəkdir. Bundan sonra, 19 avqust 2024-cü il tarixdən təxminən 25 avqust 2024-cü il tarixədək platforma üzərindən davamlı olaraq qarşılıqlı təhqir etmə baş vermişdir. Həmin tarixdən Zərərçəkmiş şəxs2 onun nömrəsini deməsinə görə, Abşeron Rayon Polis idarəsindən qanunsuz əldə etmiş, “WhatsApp” sosial şəbəkəsi üzərindən ona yazmış, şəxsiyyətini və ailə üzvlərini təhqir etmişdir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Əkbər Məmmədov qohum olduğu səbəbindən nömrələrini aralarında paylaşıb onu təhqir etmişlər. Bundan sonra, nömrəsinə Əkbər Məmmədov adlı şəxs yazaraq Rafiqi tanımadığını və nəyə görə, Rafiqi soruşduğunu maraqlanmışlar. Daha sonra, davamlı təhqirlər daxil olmuş və 03 sentyabr 2024-cü il tarixdə aydınlaşdırma postu yazaraq səhvə yol verdiyini, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Əkbər Məmmədov haqqında post paylaşaraq üzr istəmiş, onların haqlarına girdiyini deyib səhvən Rafiq adlı polis əməkdaşının qohumu olduqlarını düşünmüşdür. Lakin buna baxmayaraq ona qarşı şəxsi hesablar tərəfindən olan təhqirlər davam etmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onu sosial şəbəkələrdə şəxsi mesajlar bölməsinə yazaraq təhqir etmələri haqqında 07 vərəq izahatına əlavə edərək araşdırmaya təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki, “Facebook” sosial şəbəkəsi platforması üzərində “Çekist xanım”, “Söz soxmaq üzrə mütəxəssis”, “Qoçuxanım”, “Azərbaycan polisinin qənimi” və ikinci ad kimi “Tülkügöz” adlı profillər onun istifadəsində olmuş, lakin təxminən 2 aydan bir adları dəymiş, yuxarıda qeyd etdiyi kimi profillərin adlarını dəyişməsinə səbəb həyatına yenilik gətirməsi olmuşdur. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə şəxsi tanışlığı olmamış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 “Facebook” üzərindən tanımış, Zərərçəkmiş şəxs3 isə ümumiyyətlə nə həyatda nə də ki, sosial şəbəkə üzərindən tanımamışdır. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaxınlarının şəkillərini paylaşmasına səbəb sonuncunların onu şəxsi yazışmada təhqir etməsi və o da cavab olaraq adı çəkilən şəxslərin qohumlarının şəkillərini paylaşaraq cavablarını verməsi olmuş, lakin həmin şəxslərin təhqir olunmasını düşünməmiş, ümumi postlar paylaşaraq qohumlarını göstərmişdir. Əvvəllər sosial şəbəkədə adı təxəllüslərdən ibarət olmuş, buna səbəb profilinin daha kreativ olmasıdır. Saxta profildən istifadə etməklə, postlar paylaşmaq hər hansı digər məqsəd daşımamışdır. Rafiq adlı şəxsin tam adı ona məlum olmamış, sadəcə bildirmiş ki, Bakı şəhər Baş Polis İdarəsində ona məlum olmayan vəzifədə işləyir. Rafiq haqqında yazdığı post onu qanunsuz idarəyə aparıb onunla profilaktik söhbət etməsi olmuşdur. Hazırda “Facebook” sosial şəbəkəsində iki profildən istifadə edir, profillər “Bəlinay Xatun” və “Buz Cəhənnəm” adlı profillər olmuşdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 profilinə daxil olaraq qohumları ilə şəkillərini paylaşmağına səbəb sonuncuların onu şəxsi hesabları vasitəsi ilə yazaraq təhqir etmələri olmuşdur. Qohumlarına aid yazdıqları postların təhqir olmasını düşünməmiş, sadəcə olaraq öz şəxsi fikirlərini bölüşmüşdür. Təqsirləndirilən şəxs qismində əlavə olaraq dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 barəsində paylaşımları qeydiyyatda olmaqla, yaşadığı evdə, yəni ünvan 3 ünvanında ona məxsus smartfon tipli telefondan istifadə edərək saxta profillərə daxil olaraq etmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 barəsində paylaşımları təxminən 18 aqust 2024-cü ilin tarixdən 03 sentyabr 2024-cü il tarixədək etmiş, Zərərçəkmiş şəxs3 barəsində isə 2023-cü ilin avqust ayı ərzində sosial şəbəkəsindəki şəklini götürüb üz hissəsini bağlayaraq paylaşımları etmiş, müxtəlif fikirlər bildirmişdir. Zərərçəkmiş şəxs3 şəkillərini paylaşıb üz hissəsini bağlamasına səbəb sonuncunun üzünün görünməməsi olmuşdur. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 barəsində paylaşımlar etmiş, lakin həmin paylaşımların təhqiredici olmasını düşünməmiş, sadəcə olaraq ona məxsus olan fikirləri paylaşaraq həmin şəxslərin cavablarını vermişdir. Zərərçəkmiş şəxs3 barəsində paylaşımlar etməsinə səbəb Elşad Hacıyevi tənqid etməsinə görə, Bakı şəhər Baş Polis İdarəsinə aparılması olmuşdur. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şəkillərini, onların yaxınlarının və ailə üzvlərinin şəkillərini “Facebook” sosial şəbəkəsi üzərindən həmin şəxslərin hesabında dostluq siyahısına baxaraq müəyyən etmiş və profil açıq olduqda, həmin profildən özünün, qohumları və ya ailə üzvləri ilə birlikdə paylaşılan şəkilləri üzə çıxardıb paylaşım üçün özünə götürmüş və istifadə etmişdir. Zərərçəkmiş şəxs3 isə özünə aid saxta hesab etdiyi şəkilləri istifadə edərək telefonunda üzünü bağlamış ki, sonuncunun şəxsiyyəti müəyyən edilməsin. Həmin işi görməkdən ötrü ona bir neçə saat vaxt lazım olmuşdur. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 148- 1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Rafiq Məmmədovun qohumu olduğunu düşündüyü üçün paylaşımlar etdiyini, daha sonra isə qohum olmadıqlarını öyrənib, bununla bağlı üzr postu paylaşdığını, lakin Zərərçəkmiş şəxs3 barəsində isə özünü təqsirli bilmədiyini bildirmişdir. İbtidai istintaqda verdiyi ifadəsinə əlavə olaraq bildirmişdir ki, Elşad Hacıyevi tənqid etməsinə görə Bakı şəhər Baş Polis İdarəsinə aparılmış, bundan sonra isə “Facebook” sosial şəbəkəsində “Xoşbəxt Qadınlar” adlı profildə “X29 288” adlı profili görmüş, Bakı şəhər Baş Polis İdarəsinə aparıldığı üçün də həmin profildəki şəkilləri paylaşmaq qərarına gəlmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, “Facebook” sosial şəbəkəsi platforması üzərində 4 profili var, lakin aktiv olaraq 1 profil istifadə etmişdir. Həmin profili “Çekist xanım”, “Söz soxmaq üzrə mütəxəssis” kim adlarla da istifadə etmiş, adlarını müəyyən aralıqlarla dəyişmişdir. Hazırda da zərərçəkmiş şəxslər barəsində paylaşımlara davam etmişdir. Lakin həmin paylaşımlarda zərərçəkmiş şəxsləri təhqir etdiyini hesab etmir. 10 fevral 2025-ci il tarixdə Suraxanı Rayon Prokurorluğuna təqdim edilmiş əlyazma ərizə özünə məxsusdur. Məhkəmə-linqivistik ekspertizasının rəyi ilə tanış olmuşdur. Sonda isə məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la bağlı paylaşımlar etmiş, lakin daha sonradan “Facebook” sosial şəbəkəsində onlardan üzr istəyib, bununla bağlı paylaşım etmişdir. Bildirmək istəyir ki, zərərçəkmiş şəxslərin ibtidai istintaq dövründə verdiyi ifadələrində də bir sıra yalanlar, ziddiyyətlər vardır. Zərərçəkmiş şəxs3 “X30” profilini 2023-cü ildə gördüyünü bildirmişdir, lakin həmin vaxt şikayət etməmiş, digər zərərçəkmiş şəxslərlə birlikdə şikayət vermişdir. Həmçinin, Raul və Zərərçəkmiş şəxs2 əmisi qızları Jalənin fotoşəkillərini paylaşdığını bildirsələr də, Jalənin fotoşəklini paylaşmamışdır. Zərərçəkmiş şəxslər Raul və Şövqi onun paylaşımlarının şərh hissəsində onu təhqir etmiş və söymüşlər. Buna görə də, onlarla bağlı paylaşım etmişdir. Həmçinin, dövlət orqanlarının əməkdaşları tərəfindən pozulmuş hüquqlarını müdafiə etmək məqsədi ilə bir sıra paylaşımlar etmişdir. Özünümüdafiə məqsədi ilə paylaşımlar etmişdir. Raul və Şövqi onun mobil telefonunu öyrəndikləri üçün onların hüquq mühafizə orqanlarında çalışdıqlarını düşünmüşdür. Zərərçəkmiş şəxslərlə hazırda barışmaq istəyir. Üzr istəməyə hazırdır. Məhkəmə iclasından əvvəl onlarla əlaqə saxlayıb, danışıb üzr istəməmiş, çünki münasibətlərin daha da pisləşə biləcəyini düşünmüşdür. Hesab edir ki, ictimai nüfuzu yoxdur, insanlara təsir edəcək gücdə deyil, onun azadlıqdan məhru edilməsi heç kəsin xeyrinə olmaz. Böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. Ali təhsilli olmağını, himayəsində xəstə və yaşlı valideynlərinin olmasını, daimi yaşayış yerinin olmasını, valideynləri ilə birgə yaşamasını və onlara kömək etməyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında evlənib ailə qurmuşdur. Toyunda bir neçə fotoşəkil çəkilmişdir. 18 avqust 2024cü il tarixdə, “Facebook” sosial şəbəkəsində “çekist xanım” adlı istifadəçi onun toyundan ailə üzvləri ilə birlikdə çəkilmiş fotoşəkli öz səhifəsində açıq şəkildə paylaşıb təhqir etmişdir. Daha sonra, paylaşımın rəylər bölməsində də onun və ailə üzvləri barəsində təhqiramiz sözlər istifadə etmişdir. Həmin paylaşımlarda onu Rafiq adlı tanımadığı şəxsin qohumu olduğuna görə, təhqirlər yazdığını göstərmişdir. Halbuki o, Rafiq adlı şəxsi tanımamış, sonuncu ilə heç bir əlaqəsi olmamışdır. Həmin şəxs sonradan istifadəçi adını “söz soxmaq üzrə mütəxəssis” kimi dəyişib qeyd etdiyi adla istifadə etmişdir. Bundan başqa həmin şəxs “Facebook” sosial şəbəkəsində onun üzv olduğu Şərəfə kəndinə aid qrupu şəklə etiketləmişdir ki, o, həmin paylaşımları görsün. Paylaşımı gördükdən sonra, həmin şəxsə Facebook sosial şəbəkəsində yazmış və hansı səbəbə belə bir paylaşım etməsini soruşmuşdur. Saxta profilin sahibi, Rafiq adlı şəxsin qohumu olduğu üçün belə bir paylaşım etdiyini demişdir. O, saxta profilin sahibinə Rafiq adlı şəxsi tanımadığını bildirmişdir. Saxta profilin sahibi inanmadığını, silməyəcəyini bildirmişdir. O, isə saxta profilin sahibinə hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. Təxmini bir neçə saat sonra profilin sahibi həmin şəkli silmiş, onun profilini də əngəlləmişdir. Saxta profilin sahibi paylaşımı bir neçə saata silsə də, doğulduğu kəndin sosial şəbəkədəki qrupunu etiketlədiyi üçün, kənd sakinləri, onu tanıyanlar həmin paylaşımı görmüş, ona zəng etmiş, nə məsələ olduğunu soruşmuşlar. Həmin şəxs onun nüfuzuna xələl gətirmiş, şərəf və ləyaqətini alçaltmışdır. Həmin şəxsi tanımamış, əvvəllər adını eşitməmiş, heç bir ədavət və ya ziddiyyəti olmamışdır. Təqsirləndirilən şəxs “Facebook” üzərində “Çekist xanım” profilində paylaşımlarında qohumları (əmisi qızları) Jalə Məmmədova və Lalə Məmmədova barəsində böhtan xarakterli paylaşımlar etdikdən sonra o, şəxsi mesaj bölməsinə yazmış, qeyri-adekvat reaksiya verdikdən sonra aralarında mübahisə baş vermiş, mübahisəni artıq şəxsi mesajlardan bayıra çıxardaraq Təqsirləndirilən şəxs onun vəfat etmiş qohumunun şəklini paylaşaraq həmin şəxsin qəbrini və onu təhqir etmiş, daha sonra isə onun toy, ailə və bacıları ilə şəklini paylaşıb təhqiramiz ifadələr yazmışdır. O, isə cavabını vermişdir. Əkbər Məmmədov onun qohumu hesab edilmiş, hazırda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər rütbəsində müddətli hərbi xidmət keçmişdir. Ə.Məmmədov bu məsələ ilə əlaqədar saxta profilin sahibinə yaranmış vəziyyəti öyrənmək üçün yazmış, aralarında hər hansı mübahisə olmamışdır. “Facebook” sosial şəbəkəsi üzərində “Çekist xanım”, “Söz soxmaq üzrə mütəxəssis” və sair saxta profillərin sahibi Təqsirləndirilən şəxs ilə konfliktin yaranma səbəbi 2024-cü ilin iyul ayında sonuncunun onun qohumu Jalə Məmmədova, daha sonra isə digər qohumu Lalə Məmmədovanın Təhsil Naziriliyindəki iş fəaliyyətinə görə paylaşdığı müxtəlif fikirlərdən başlamışdır. “Söz soxmaq üzrə mütəxəssis” adlı profil onun barəsində paylaşımları 2024-cü ilin iyul ayından 2024-cü ilin sentyabr ayına kimi etməyə davam etmişdir. Sosial şəbəkədəki profilin sahibini tapa bilmədiyi üçün birbaşa mesaj bölməsinə yazmış və bundan sonra, “Söz soxmaq üzrə mütəxəssis” səhifəsi onun və Zərərçəkmiş şəxs2 barəsində müxtəlif təhqiredici paylaşımlar yazmağa başlamışdır. “Söz soxmaq üzrə mütəxəssis” adlı profil onun barəsində paylaşımları 2024-cü ilin iyul ayından 2024-cü ilin sentyabr ayına kimi etməyə davam etmiş, hətta hazırda da paylaşımları davam edir. Rafiq Məmmədov adlı şəxsi tanımamış, hər hansı əlaqəsi olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin həmin profillərdə fotoşəkillərini paylaşıb-paylaşmamasını dəqiq xatırlamır. Onun barəsində olan şəkillər ilk olaraq “Çekist xanım” adlı profildən edilmiş, daha sonra isə profilin adını dəyişərək “Söz soxmaq üzrə mütəxəssis” etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Abşeron Rayon Polis İdarəsində olan tanışları vasitəsi ilə onun barəsində məlumatları öyrənmişdir. Lakin paylaşımlar edildikdən sonra əmisi qızı Jalədən həmin profilin sahibini tanıyıb-tanımadığını soruşmuş, Jalə tanımadığını bildirmişdir. Həmin profildən Təhsil Nazirliyi ilə bağlı da paylaşım edilmiş, əmisi qızı Jalənin iş yoldaşı Kamran adlı şəxs həmin profilin sahibini tanıdığını, əvvəllər onunla da belə bir mübahisə olduğunu bildirib, təqsirləndirilən şəxsin adını, əlaqə nömrəsini və Qəbələdə yaşadığını bildirmişdir. Kamran adlı şəxs həmin profilin təqsirləndirilən şəxsə aid olduğunu necə müəyyənləşdirib dəqiq bilmir, lakin deyəsən profil adına əsasən bilmişdir. Rafiq Məmmədovu tanımır. Təqsirləndirilən şəxsdən şikayətçidir, o, hazırda da paylaşımlarına davam edir. Hazırda paylaşım etdiyi profilin adı “Araşdırmaçı Jurnalist”-dir. İlk dəfə Sumqayıt şəhər Polis İdarəsinə şikayət edən zaman təqsirləndirilən şəxsin kim olmasını bilmirdi, 03 oktyabr 2024-cü il tarixdə isə artıq polis əməkdaşları vasitəsilə bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, “Facebook” sosial şəbəkəsində “çekist xanım” adlı istifadəçi onun toyundan ailə üzvləri ilə birlikdə çəkilmiş fotoşəkli, uşaqlarının, bacılarının, digər qohumlarının fotoşəkli və bir neçə fotoşəkilləri öz səhifəsində paylaşıb təhqir etmişdir. Saxta profil sahibi, onun və ailə üzvlərinin barəsində təhqiramiz sözlər istifadə etmiş və rüsvayedici məlumatlar yaymışdır. Həmin paylaşımlarda onu Rafiq adlı tanımadığı şəxsin qohumu olduğuna görə təhqirlər yazdığını göstərmişdir. Halbuki, o Rafiq adlı şəxsi tanımamış, sonuncu ilə heç bir əlaqəsi olmamışdır. Həmin şəxs sonradan istifadəçi adını “söz soxmaq üzrə mütəxəssis” kimi dəyişib qeyd etdiyi adla istifadə etmişdir. O, həmin səhifələrin istifadəçisinin Təqsirləndirilən şəxs olmasını müəyyən etmiş, sonuncunun istifadəsində olan telefon nömrəsini tapmış, hansı səbəbə, belə bir iş görməsini, hansı səbəbə ailə üzvlərini təhqir etməsini soruşmuşdur. Təqsirləndirilən şəxs təkrarən onun Rafiq adlı şəxsin qohumu olduğu üçün təhqirlər etdiyini bildirmişdir. O, həmin xanıma Rafiq adlı şəxsi tanımadığını, etdiyi paylaşımları silməsini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs danışığı sonlandırıb yenidən paylaşımlar etməyə davam etmişdir. Telefon danışığı zamanı, Təqsirləndirilən şəxs təhqir etməmiş, hədələməmiş, şəkilləri silməyini, ondan və ailə üzvlərindən uzaq durmasını xahiş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs onun arvadına məxsus telefon nömrəsinin son rəqəmini gizlətmiş, təhqiramiz söz yazaraq öz səhifəsində paylaşmışdır. Təqsirləndirilən şəxs bu paylaşımları qohumları, həmkəndliləri və digər yaxınları arasında onu rüsvay etmişdir. Paylaşımlarında ailə üzvlərinin və yaxın qohumlarının da barəsində rüsvayedici məlumatlar öz əksini tapmışdır. Təqsirləndirilən şəxs sonra onun əmisi oğlu Raulun da ailə üzvlərini, toy şəkillərini paylaşıb eyni səbəbdən təhqir etmiş, həmin paylaşımların altında rüsvayedici məlumatları əks etdirən sözlər yazmışdır. Həmin şəxs “Facebook” sosial şəbəkəsində onun olduğu Şərəfə kəndinə aid qrupu və həmin qrupun üzvlərini şəklə etiketləmiş, bununla da, həmin paylaşımları görmüşdür. Həmin paylaşımı gördükdən sonra, həmin şəxsə facebook sosial şəbəkəsində yazmış və hansı səbəbə belə bir paylaşım etməsini soruşmuşdur. O, yenidən Rafiq adlı şəxsin qohumu olduğu üçün belə bir paylaşım etdiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs mobil telefon nömrəsini əldə etmiş, zəng etmiş Rafiq adlı şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs, inanmamış, silməyəcəyini bildirmiş və rüsvayedici məlumatlar paylaşmağa davam etmişdir. O, artıq həmin zaman hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirmiş, təxminən bir neçə saat sonra Təqsirləndirilən şəxs, həmin şəkli silmiş, onun profilini də əngəlləmişdir. Təqsirləndirilən şəxs, paylaşımı bir neçə saata silmiş olsa da, doğulduğu kəndin sosial şəbəkədəki qrupunu etiketlədiyi üçün, kənd sakinləri, onu tanıyanlar həmin paylaşımı görmüş, ona zəng etmiş, nə məsələ olduğunu soruşmuşlar. Həmin şəxs onun nüfuzuna xələl gətirmiş, şərəf və ləyaqətini alçaltmış, onun, ailə üzvləri və yaxın qohumları barəsində rüsvayedici məlumatlar yaymışdır. “Çekist xanım” və “söz soxmaq üzrə mütəxəssis” profilini istifadə edən şəxsi əvvəllər tanımamış, heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Sonradan müraciəti əsasında həmin şəxsin kim olması barədə maraqlanmış, Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. O, qeyd olunan “Rafiq” adlı şəxsi tanımamış, sonuncu ilə nə qohumluq, nə də hər hansı başqa münasibəti olmamışdır. Həmin şəxsin adını yalnız özü və yaxın qohumları barəsində rüsvayedici məlumatlar yazan şəxsdən eşitmişdir. Təqsirləndirilən şəxs barəsində təhqir və böhtan xarakterli paylaşımlar etdikdən sonra o düşünmüşdür ki, pul almaqdan ötrü bu xarakterli paylaşımlar edilmişdir. Təqsirləndirilən şəxs ilə danışan zaman paylaşımları dayandırmasından ötrü 800 manat civarında pul vermək fikrinə düşmüşdür. Lakin sonradan pul təklif etmək fikrindən daşınmışdır. Düşünmüşdür ki, bunu etsə qanunsuz olar və hüquqmühafizə orqanlarına müraciət etsə, daha yaxşı olar. Təqsirləndirilən şəxs ondan paylaşımları dayandırması müqabilində hər hansı pul vəsaiti istəməmiş, o da hər hansı pul vəsaiti verməmişdir. İlkin izahatında da bu formada qeyd etmək istəsə də, fikrini düzgün çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs “Facebook” üzərindən “Çekist xanım” paylaşımlarında qohumları barəsində paylaşımlar etdikdən sonra o sonuncuya mesaj bölməsinə yazmış qeyriadekvat reaksiya verdikdən sonra, aralarında mübahisə baş vermiş, mübahisəni artıq şəxsi mesajlardan bayıra çıxardaraq Təqsirləndirilən şəxs onu təhqir etmiş, daha sonra isə onun toy, ailə və bacıları ilə şəklini paylaşaraq təhqiramiz ifadələr yazmışdır. O, isə etdiyi hərəkətlərə cavabını vermişdir. Əkbər Məmmədov onun qohumu hesab edilmiş, hazırda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər rütbəsində müddətli hərbi xidmət keçmişdir. Ə.Məmmədov bu məsələ ilə əlaqədar saxta profilin sahibinə yaranmış vəziyyəti öyrənmək üçün yazmış, aralarında hər hansı mübahisə olmamışdır. “Facebook” sosial şəbəkəsi üzərində “Çekist xanım”, “Söz soxmaq üzrə mütəxəssis” və sair saxta profillərin sahibi Təqsirləndirilən şəxs ilə konfliktin yaranma səbəbi 2024-cü ilin iyul ayında sonuncunun onun qohumu Jalə Məmmədova, daha sonra isə digər qohumu Lalə Məmmədovanın Təhsil Nazirliyindəki iş fəaliyyətinə görə paylaşdığı müxtəlif fikirlərdən başlamışdır. “Söz soxmaq üzrə mütəxəssis” adlı profil onun barəsində paylaşımları 2024-cü ilin iyul ayından 2024-cü ilin sentyabr ayına kimi etməyə davam etmişdir. Sosial şəbəkədəki profilin sahibini tapa bilmədiyi üçün birbaşa mesaj bölməsinə yazmış və bundan sonra “Söz soxmaq üzrə mütəxəssis” səhifəsi onun və Zərərçəkmiş şəxs1 barəsində müxtəlif təhqiredici paylaşımlar yazmağa başlamışdır. “Söz soxmaq üzrə mütəxəssis” adlı profil onun barəsində paylaşımları 2024-cü ilin iyul ayından 2024-cü ilin sentyabr ayına kimi etməyə davam etmiş, hazırda da paylaşımlara davam edir. Rafiq Məmmədov adlı şəxsi tanımamış, hər hansı əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs rayon prokurorluğuna verdiyi ifadəsində və ifadəsinə əlavə etdiyi şəkillərdə olan “Şövqi” adlı Facebook profili ona məxsus deyil və yazılarda əks olunan məzmunu o yazmamışdır. Lakin həmin profilin şəklində əks edilmiş maşın onundur. Həmin profilin kimə məxsus olması barədə hər hansı məlumatı yoxdur və maşınının şəklinin necə eldə edilməsindən məlumatsızdır. Təqsirləndirilən şəxs yalnız “WhatsApp” şəbəkəsi üzərindən +**********33 mobil nömrəsi ilə birbaşa yazaraq cavabını vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzr postu paylaşması ilə bağlı məlumatı yoxdur, görməmişdir. Təqsirləndirilən şəxsə yazdıqdan sonra Təqsirləndirilən şəxs onun profilini bloka atmışdır. Barəsində olan şəkillər ilk olaraq “Çekist xanım” adlı profildən edilmiş, daha sonra profilin adını dəyişərək “Söz soxmaq üzrə mütəxəssis” etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. İmamət həyat yoldaşının mobil telefon nömrəsini öyrənmiş, onun istifadəsində olan mobil telefon nömrəsinə “Whatsapp” sosial şəbəkəsinə söyüş və təhqirlər yazmışdır. Şikayət edən zaman həmin paylaşımların kim tərəfindən edildiyini bilirdi, lakin həmin şəxsin şəxsiyyəti ona dəqiq bəlli deyildi. Anlayışı olmadığı üçün xüsusi ittiham qaydasında məhkəməyə deyil, polisə müraciət etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral, mart aylarında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elşad Hacıyevin fanat səhifəsini “instagram” sosial şəbəkəsində açmışdır. Həmin sosial şəbəkədə Elşad Hacıyevə məxsus özünün rəsmi paylaşımlarını etmişdir. Həmin profildə Elşad müəllimin işlə bağlı ictimaiyyətə etdiyi çıxışlarını paylaşmış, orada şəxsi məlumatları əks etdirən heç bir paylaşım olmamışdır. Profilin məlumat hissəsində Elşad Hacıyevin fanat səhifəsinin olmasına dair məlumatlar öz əksini tapmışdır. Həmin profildən ancaq özünə məxsus adı, yəni Türkan Rzayeva ad soyadı qeyd edilmiş səhifəni izləmişdir. Fanat səhifəsini təxmini 5 gün istifadə edəndən sonra, Elşad Hacıyev öz instagram profili ilə onun açdığı fanat səhifəsinə yazaraq fanat səhifəsinin istifadə edilməsinə icazə olmadığını bildirmiş, həmin səhifədə sonuncuya aid məlumatları silməyi tapşırmışdır. Bundan sonra o, həmin səhifədə Elşad Hacıyevə məxsus bütün paylaşımları silmişdir. Paylaşımlar silindikdən sonra, səhifəni gizli rejimə çevirmiş, özünə məxsus profil kimi istifadə etməyə davam etmişdir. Həmin profildə özünə aid şəkillər paylaşmağa başlamışdır. Bir müddət keçdikdən sonra ona instagram profilindən “X29 288” profil adı ilə ona dostluq gəlmişdir. Profilin məlumat hissəsində Uğurun Türkan və Elşadın sevgisinin bəhrəsi olması qeyd edilmişdir. Bundan sonra o, həmin adları “Facebook” sosial şəbəkəsində də yoxlamış və orada “söz soxmaq üzrə mütəxəssis” profili ilə çoxsaylı şərböhtan xarakterli paylaşımlar edilmişdir. Həmin paylaşımlarda ona məxsus şəkillərin yarısı gizlədilərək təhqiramiz sözlər yazılıb paylaşımlar edilmişdir. Bundan başqa, həmin səhifədə şəhid olmuş 3 polis əməkdaşının da şəkilləri paylaşılaraq altında təhqiramiz sözlər yazılmışdır. Həmin paylaşımların edilməsinə dair ekran şəkillərini çəkib müraciətinə əlavə etmişdir. Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o, həmin şəxsi tanımamış, heç bir ədavəti və ya ziddiyyəti olmamış, əvvəllər də adını eşitməmiş, Elşad Hacıyev ilə şəxsi tanışlığı və ya hər hansı bir münasibəti də olmamışdır. “Facebook” sosial şəbəkəsi platforması üzərində “Söz soxmaq üzrə mütəxəssis” istifadəçi adı altında olan profil 02 avqust 2023-cü il tarixdən 22 avqust 2023-cü il tarixədək davamlı olaraq barəsində paylaşımlar edərək onu açıq surətdə təhqir etmişdir. “Facebook” sosial şəbəkəsi platforması üzərində “Söz soxmaq üzrə mütəxəssis” istifadəçi adı altında olan profilin həmin tarixlərdə paylaşdığı şəkillər ona məxsus olmuş, saxta profilin sahibi onun şəxsi profilindən şəklini götürərək üzünü bağlamış və paylaşmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, digər zərərçəkmiş şəxsləri əvvəllər tanımamışdır. 2023-cü ildə profili tapa bilməmiş, silinmişdir. Daha sonra 2024-cü il tarixdə görəndən sonra şikayət etmişdir. Şikayət edən zaman həmin paylaşımların kim tərəfindən edildiyini bilməmişdir. Paylaşımları gördükdən sonra, Daxili İşlər Nazirliyinə gedərək, Elşad müəllimlə görüşməli olduğunu bildirmiş və paylaşımlar barədə məlumat vermiş, həmçinin əlaqə nömrəsini bildirmişdir. Daha sonra Bakı Baş Polis İdarəsinə çağırılmış, oraya gedib məlumat vermiş, ondan sonra təqsirləndirilən şəxsin adını öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 250106005 nömrəli cinayət işi 21 yanvar 2025-ci il tarixdə Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 “Facebook” sosial platformalarında saxta istifadəçi hesablardan təhqir olunmaları faktı əsasında başlanmışdır. (cild 1, iş.v. 1) Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin 25 sentyabr 2024-cü il tarixli Suraxanı rayon prokuroruna ünvanlanmış məktubundan görünür ki, vət.Zərərçəkmiş şəxs3 “Facebook” sosial şəbəkəsinə aid “Qoçuxanım", “Azərbaycan polisinin qənimi”, “Çekist”, “Tülkügöz”, “Tamir bir psikopat”, “Zülfiqarın qılıncı”, “Söz Soxmaq üzrə Mütəxəssis” adlı hesabların istifadəçisi tərəfindən təhqir olunması barədə Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. İlkin araşdırma zamanı 19 sentyabr 2024-cü il tarixdə, vətəndaş X8 analoji məzmunda Binəqədi RPİ-nin 5-ci polis bölməsinə müraciət etməsi, həmçinin müvafiq sorğu əsasında həmin hesabların idarəçisinin xx xxxxxxxx 1994-cü il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. (cild 1, iş.v. 7) Zərərçəkmiş şəxs3 tərəfindən 23 sentyabr 2025-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin rəisinə ünvanlanmış ərizədən görünür ki, 2023-cü ilin təxminən aprel ayından başlayaraq “Facebook” sosial platformasında “Qoçuxanım”, “Gözləri gülən qız”, “Azərbaycan polisinin qənimi”, “Çekist”, “Tülkügöz”, “Qoçaq qız”, “Tambir piskopat”, “Erkək Fatma”, “Zülfiqarın qılıncı”, “Söz Soxmaq üzrə Mütəxəssis” adlı səhifələr işlədən Təqsirləndirilən şəxs onun adından “İnstaqram” və “Facebook”da fake səhifələr yaradıb şəkillərini paylaşmaqla böhtan xarakterli yazılar yazmış, sosial şəbəkədə şərəf və ləyaqətini təhqir edərək paylaşımlar etmişdir. Həmin vaxtdan bu günə qədər psixoloji sarsıntılar keçirmiş, hazırda isə ruhi vəziyyətində narahatçılıqlar vardır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild 1, iş.v. 12) 19 avqust 2024-cü il tarixdə vət.X14 tərəfindən Binəqədi RPİ-nin 5-ci polis bölməsinə ünvanlanmış ərizədən görünür ki, 16 avqust 2024-cü il tarixdə, tanımadığı şəxs onun və ailə üzvlərinin şəklini paylaşaraq altında təhqiramiz ifadələr yazmışdır. Həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild 1, iş.v. 31) İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, “söz soxmaq üzrə mütəxəssis” adlı profildən “facebook” sosial platformasında Zərərçəkmiş şəxs3 üzü yarı örtülmüş vəziyyətdə şəkilləri paylaşılmış, həmçinin onun Elşad adlı şəxslə münasibəti olması haqqında və bununla bağlı barəsində təhqiredici cümlələr yazılıb paylaşılmışdır. Bundan əlavə, “söz soxmaq üzrə mütəxəssis” və “çekist xanım” adlı profillərlə yazılarında Zərərçəkmiş şəxs1 Rafiq adlı şəxsin qohumu olduğunu, onun toy və ailə üzlərinin digər şəkillərini paylaşaraq təhqir etmişdir. Həmin paylaşımlardan çıxarışdan məlum olur ki, ictimaiyyətə açıq şəkildə paylaşılmış, müxtəlif şəxslər tərəfindən görülmüşdür. İş materiallarına həmçinin eyni profildə şəhid olmuş 3 nəfər polis əməkdaşının şəkilləri paylaşılaraq təhqir edilmişdir. (cild 1, iş.v. 14- 29, 32-42) Zərərçəkmiş şəxs1 tərəfindən 02 oktyabr 2024-cü il tarixdə Suraxanı rayon prokuroruna ünvanlanmış ərizədən görünür ki, 2021-ci ilin noyabr ayında evlənib ailə qurmuşdur. Toyunda bir neçə fotoşəkil çəkilmişdir. 18 avqust 2024-cü il tarixdə “facebook” sosial şəbəkəsində “çekist xanım” adlı istifadəçi onun toyundan ailə üzvləri ilə birlikdə çəkilmiş fotoşəkili öz səhifəsində paylaşıb təhqir etmişdir. Daha sonra paylaşımın rəylər bölməsində də onun və ailə üzvlərinin barəsində təhqiramiz sözlər istifadə etmişdir. Həmin şəxs sonradan istifadəçi adını “söz soxmaq üzrə mütəxəssis” kimi dəyişib qeyd etdiyi adla istifadə etmişdir. Barəsində edilmiş təhqirlərin ekran şəkillərini çəkib müraciətinə əlavə etmişdir. Ona qarşı qanunsuz hərəkətlər edən, saxta profildən sosial şəbəkədə onu təhqir edən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild 1, iş.v. 50) İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, “çekist xanım” adlı profildən “facebook” sosial platformasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ailə üzvlərinin şəkillərini paylaşmış, barələrində təhqiredici cümlələr yazmış, Zərərçəkmiş şəxs1 isə şəxsi yazışma bölməsinə ona bu əməlini dayandırmasını, onun kim olmasını tapacağını və barəsində şikayət edəcəyini bildirmişdir. Həmin paylaşımlardan çıxarışdan məlum olur ki, ictimaiyyətə açıq şəkildə paylaşılmış, müxtəlif şəxslər tərəfindən görülmüş və rəylər yazılmışdır. (cild 1, iş.v. 51-56) Zərərçəkmiş şəxs2 tərəfindən 03 oktyabr 2024-cü il tarixdə Suraxanı rayon prokuroruna ünvanlanmış ərizədən görünür ki, 2024-cü ilin iyun ayından etibarən “Facebook” sosial şəbəkəsində “çekist xanım” adlı istifadəçi onun toyundan ailə üzvləri ilə birlikdə çəkilmiş fotoşəkli, uşaqlarının, bacılarının, digər qohumlarının fotoşəkli və başqa bir neçə fotoşəkli öz səhifəsində paylaşıb təhqir etmişdir. Onun və ailə üzvlərinin barəsində təhqiramiz sözlər istifadə etmişdir. Həmin paylaşımlarda ona Rafiq adlı tanımadığı şəxsin qohumu olduğuna görə təhqirlər yazdığını göstərmişdir. Halbuki, Rafiq adlı şəxsi tanımır, onunla heç bir əlaqəsi olmamışdır. Həmin şəxs sonradan istifadəçi adını “söz soxmaq üzrə mütəxəssis” kimi dəyişib qeyd etdiyi adla istifadə etmişdir. Bununla bağlı, həmin səhifələrin istifadəçisi olan Təqsirləndirilən şəxs olmasını müəyyən edib onun istifadəsində olan telefon nömrəsini tapıb, hansı səbəbə, belə bir iş tutmasını, hansı səbəbə ailə üzvlərini təhqir etməsini soruşmuşdur. O, təkrarən Rafiq adı şəxsin qohumu olduğu üçün təhqirlər etdiyini bildirmişdir. Həmin xanıma Rafiq adlı şəxsi tanımadığını, etdiyi paylaşımları silməsini xahiş etdikdə, Təqsirləndirilən şəxs danışığı sonlandırıb yenidən paylaşımlar etməyə davam etmişdir. Barəsində edilmiş təhqirlərin ekran şəkillərini çəkib müraciətinə əlavə etmişdir. Ona qarşı qanunsuz hərəkətlər edən, saxta profildən sosial şəbəkədə onu təhqir edən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild 1, iş.v. 58) İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, “çekist xanım” və “söz soxmaq üzrə mütəxəssis” adlı profillərdən “facebook” sosial platformasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ailə üzvlərinin şəkillərini paylaşmış, barələrində təhqiredici cümlələr yazmış, həmçinin yazılarında Zərərçəkmiş şəxs2 Rafiq adlı şəxsin qohumu olmasını bildirmiş, Şövqinin həyat yoldaşının “whatsapp” nömrəsinə yazmış, onun nömrəsinin son hərfini gizlədərək paylaşmış, bundan əlavə, övladlarının da şəkillərini platformada paylaşmışdır. Həmin paylaşımların çıxarışından məlum olur ki, ictimaiyyətə açıq şəkildə paylaşılmış, müxtəlif şəxslər tərəfindən görülmüşdür. (cild 1, iş.v. 59-66) Məhkəmə linqvistik ekspertizasının 05 dekabr 2024-cü il tarixli, 4/1702 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş “çekist xanım” və “söz soxmaq üzrə mütəxəssis” adlı Facebook sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılmış və rəyin tədqiqi hissəsində göstərilən məlumatlarda işlədilən söz, söz birləşməsi və ifadələr Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şərəf və ləyaqətini alçaldan, işgüzar nufuzuna xələl gətirən məlumatlar hesab edilmişdir. Həmin rəyin təsviri hissəsindən görünür ki, aşağıdakı paylaşımlar təhqir hesab edilmişdir: Zərərçəkmiş şəxs3 barəsində -“Canim benim turkosum Novbeti ifşa dalqası gelir, ne hogga veriyorsun bu kaftarla. Bu polis qayır.... qadın qalmadı, Bu ecemi ne kədər fınish görüb az az az :D. Bi de resmini çox beyenireme canım benim. Effekt az zırrasan lap iyi olur.” Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində-“Deməli Rafiqin qohumu Zərərçəkmiş şəxs1 mənim profil adıma uyğun öz nəslinin arvadlarının vaxtilə istifadə etdikləri, edilən adlarıyla saxta profil açıb, məni izləməyə aldı, bloka atdım. İndi yenisini açıb izləyir. Eybi yox özünü subay göstərirsən, sənin arvadın Ləmanın toy şəklini yayım. Sual verə bilərsən ki, nədən bildim sənsən. Deyirəm də, pulunuz var, ağıl yox. Bari özünü izləməyəydin. İz buraxdı. Yadında qalsın mən sənin arvadın, nəsilinin digər nümayəndələrinnən olan qadınlardan deyiləm ki, -keçmişdə yob....m olsun, zatən subay qızlarınızın bir neçə sevgilisi olub, qızdır deyə, demirdim, ona görə özümü üstün hesab edirəm. Mən sənin nəslin barədə sənin bilmədiklərini də bilirəm, bax, həm də buna görə üstünəm. Görürəm sənə təşəkkür dəmək də yaramır. Mübarizə aparırsan kişi kimi mübarizə apar, əski parçası olma. Daha doğrusu əski parçalığını bildirmə. Booy hannı bir arada. Arvadları bunlara gələnə qədər min hoqqadan çıxanları kiminsə yob... olur, sən kiminsə yob... olmaqdansa, keçmişə nəzər sal, sən kiminsə yob..... belə ola bilməzsən. Sən heç üzü göstəriləcək biri deyilsən axı. O biri it oğrusuna oxşayırdırsa, sən də eşşək mən onun arvadını bacısını nə bilim, əmisi qızlarınının adlarına profil açıb “Jalənin yoburu”, “Laləzarın yoburu”, “Lalənin yoburu” yaza bilərdim, amma etmədim, zatən dünən cavab qaytardığım söyüşləri də özümə yaraşdırmadım, amma bax belə köpəklər olanda yaşatdıqlarını yaşatmaq lazımdır”, “məsələ burasındadır ki, arvadı subay əmisi qızları min hoqqadan çıxır, bir neçəsini bilirəm, bir sevgili tutmur, ikincisi, olmur, üçüncüsü olmur, dördüncüsü, sıralaya-sıralaya gedirlər, arvadları da bunlara nə qədər “n” qədər sevgili sayıb bu mürtədlər bunların hesabatını çəkməkdənsə, nəslində qeyrətdən, namusdan hamıdan üstün olan qıza dil uzadır”. “Şövqicik bax sənin nəslin bu şəkildə olan Lalədir, sənin nəslin, bacısı Jalədir, sənin nəslin Laləzardır, sənin nəslin DİLRUBƏ. və ad yazmadığım başqalarıdırlar. İndi bunlara kimsə mənim bir qohumum haqsızlığa uğratsa da, o da paylaşsa da, mən də cinsi kişi olsam, (cinsiniz kişidir, xarakteriniz deyil) bunların mesaj qutularına nəsil söhbəti eləsəm və başqa söyüş söysəm, xoşuna gələr!? Özünüzü başqalarının yerinə qoymağı bacarırsınız? İndi elə bil o nəslin söhbəti də daxil söydüyünüz söyüşləri öz nəslinə söymüsən, öz nəslinə, nəslinin nümayəndələrinə getsin, bildin? Okey? Həzm elədin? Qoymuşam e, üstünə. Yazıq peşman oldu söyməyinə. Andırını çıxartdım” oğrusuna oxşayırsan.” “Bu sövquş bir-iki dəfə polislərin tualetdən çıxmaqlarını gözləyib ruşka təqdim etdiyi, aftafanın qulpundan tutduğu, təmizlik üçün salfetka verdiyinə görə güvənib milləti təhqir edir. Öf, ay şövquş bir-iki dəfə polislərin tualetdən çıxmaqlarını gözləyib qruşka təqdim etdiyi, aftafanın qulpundan tutduğu, təmizlik üçün salfetka verdiyinə görə güvənib milləti təhqir edir. Öf, ay sövquş barı, o polisə de, atanın qıcınan brosleti çıxartsın, gücü çatmır? Qohumların müxalifətçidir, polis rejimi əleyhinə çıxarlar, nətəhir olur, ay onun-bunun dalına dimdiyini soxub gizlənən” “Bu söyən, təhqir edən, söydüyü söyüşləri bütün nəslinə qaytarmadığım, söydüyü söyüşlərdən anasından bacısından, qızından, arvadından xəbərsiz olduğu bilinən şövqicik budur, bu şövqiciyin arxasında hansi polis durur? Hansı polisin iki yarımkürəsində sabunsuz girib söyür? Yeri gəlmişkən sevinc hardadır burada? Lılıx Musadır ki, durub e, bu da nəyə güvənib söyür bax o maraqlıdır” və başqa bir sıra paylaşımlar. Həmin paylaşımların altında zərərçəkmişlərin ailə üzvləri ilə olan şəkilləri kütləvi nümayiş etdirməklə facebook sosial platformasında paylaşılmışdır. Rəyin təsviri hissəsində qeyd olunur ki, tədqiq olunan materiallarda nalayiq, təhqiramiz xarakterli söz, söz birləşmələrinin və ifadələrin işlənməsinə tez-tez rast gəlinir. Ümumilikdə, mətnlərdə işlədilən söz və ifadələrin əsasən invektiv leksikaya aid olması görülür. İnvektik latın dilindən olan invectio (üstünə getmək, söyüş və s.) sözündəndir. İnvektik leksikaya aid olan ifadələr başqa bir şəxsin qəsdən, yaxud ehtiyatsızlıqdan şərəf və ləyaqətini alçaldan, etik normalardan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirən nitq vahidləridir. (cild 1, iş.v. 77-82) Məmmədov X17 rayon prokuroruna ünvanladığı 22 yanvar 2025-ci il tarixli ərizə ilə, ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (cild 1, iş.v. 125) 22 yanvar 2025-ci il tarixli, “zərərçəkmiş şəxs kimi qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş.v. 126) Rzalı X16 rayon prokuroruna ünvanladığı 22 yanvar 2025-ci il tarixli ərizə ilə, ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (cild 1, iş.v. 134) 22 yanvar 2025-ci il tarixli, “zərərçəkmiş şəxs kimi qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş.v. 135) Məmmədov X21 rayon prokuroruna ünvanladığı 23 yanvar 2025-ci il tarixli ərizə ilə, ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (cild 1, iş.v. 146) 22 yanvar 2025-ci il tarixli, “zərərçəkmiş şəxs kimi qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş.v. 147) Suraxanı rayon prokurorunun 22 yanvar 2025-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq Suraxanı RPİ tərəfindən ünvanlanmış 23 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, “Facebook” sosial şəbəkəsində qeyd edilən profillərdən istifadə edən şəxs xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, ev 3, mənzil 1A-da yaşayan, əvvəllər məhkum olunmamış, subay, işləməyən, ali təhsilli (2016-cı ildə Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsi məzunu) Təqsirləndirilən şəxsdır. Təqsirləndirilən şəxs atası-xx.xx.1953-cü ildə Qəbələ rayonunda anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi ev 3, mənzil 1A-da yaşayan, “Neft Daşları” TSH-da feldşer vəzifəsində işləyən X7r. (***-***-**-**). Təqsirləndirilən şəxs anası-xx.xx.1955-ci ildə Qəbələ rayonunda anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, ev 3, mənzil 1A-da yaşayan evdar qadın X1r. (cild 1, iş.v. 144; 155) Suraxanı Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 5(010)-49/2025 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs qeydiyyatda olmaqla yaşadığı evin daxilində, həmçinin həmin evin həyətyanı sahəsində və həyətyanı sahəsindəki yardımçı tikililərdə axtarış və götürmə istintaq hərəkətləri aparılmasına icazə verilmişdir. (cild 1, iş.v. 161-162) 05 fevral 2025-ci il tarixli “fotoşəkillərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 araşdırmaya təqdim etdikləri şəkillərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqdim olunan fotokoşəkillərdə, Facebook sosial şəbəkəsi üzərində “çekist xanım” və “söz soxmaq üzrə mütəxəssis” saxta profil adları altında qeyd edilən yazıları adı çəkilən səhifədə açıq şəkildə paylaşmışdır: “Canim benim turkosum Novbeti ifşa dalqası gelir, ne hogga veriyorsun bu kaftarla. Bu polis qayır.... qadın qalmadı, Bu ecemi ne kədər fınish görüb az az az”, “Yadında qalsın mən sənin arvadın, nəsilinin digər nümayəndələrinnən olan qadınlardan deyiləm ki, -keçmişdə yob....m olsun, zatən subay qızlarınızın bir neçə sevgilisi olub, qızdır deyə, demirdim, ona görə özümü üstün hesab edirəm. Mən sənin nəslin barədə sənin bilmədiklərini də bilirəm, bax, həm də buna görə üstünəm. Görürəm sənə təşəkkür dəmək də yaramır. Mübarizə aparırsan kişi kimi mübarizə apar, əski parçası olma. Daha doğrusu əski parçalığını bildirmə. Booy hannı bir arada. Arvadları bunlara gələnə qədər min hoqqadan çıxanları kiminsə yob... olur, sən kiminsə yob... olmaqdansa, keçmişə nəzər sal, sən kiminsə yob..... belə ola bilməzsən. Sən heç üzü göstəriləcək biri deyilsən axı. O biri it oğrusuna oxşayırdırsa, sən də eşşək oğrusuna oxşayırsan”, “bu Zərərçəkmiş şəxs1 dünənnən rəy yazır, cavab verirəm, beş saatdan sonra cavab verir, elə bil, gedir, fikirləşir, gəlir, gedir, tualetdə oturub fikirləşir ki, nə etsin, necə etsin, cavab verəmmir. İndi oturub hansısa dölbeyinlərlə düşünüb belə qərara gəlib ki, bu cür mübarizə aparsın, ə kişisən ə, ə kişisən əə”, “Ləman bu eşşək oğrusuna oxşayana gedib nə deyib, ərə gedib?))”,” Zərərçəkmiş şəxs1 by şovqizik gəlmədi!? Belə mübarizə üsulu seçdiniz? Vallah Rafiq sizdən qeyrətlidir”, “mən onun arvadını bacısını nə bilim, əmisi qızlarınının adlarına profil açıb “Jalənin yoburu”, “Laləzarın yoburu”, “Lalənin yoburu” yaza bilərdim, amma etmədim, zatən dünən cavab qaytardığım söyüşləri də özümə yaraşdırmadım, amma bax belə köpəklər olanda yaşatdıqlarını yaşatmaq lazımdır”, “məsələ burasındadır ki, arvadı subay əmisi qızları min hoqqadan çıxır, bir neçəsini bilirəm, bir sevgili tutmur, ikincisi, olmur, üçüncüsü olmur, dördüncüsü, sıralaya-sıralaya gedirlər, arvadları da bunlara nə qədər “n” qədər sevgili sayıb bu mürtədlər bunların hesabatını çəkməkdənsə, nəslində qeyrətdən, namusdan hamıdan üstün olan qıza dil uzadır”. “Şövqicik bax sənin nəslin bu şəkildə olan Lalədir, sənin nəslin, bacısı Jalədir, sənin nəslin Laləzardır, sənin nəslin DİLRUBƏ. və ad yazmadığım başqalarıdırlar. İndi bunlara kimsə mənim bir qohumum haqsızlığa uğratsa da, o da paylaşsa da, mən də cinsi kişi olsam, (cinsiniz kişidir, xarakteriniz deyil) bunların mesaj qutularına nəsil söhbəti eləsəm və başqa söyüş söysəm, xoşuna gələr!? Özünüzü başqalarının yerinə qoymağı bacarırsınız? İndi elə bil o nəslin söhbəti də daxil söydüyünüz söyüşləri öz nəslinə söymüsən, öz nəslinə, nəslinin nümayəndələrinə getsin, bildin? Okey? Həzm elədin? Qoymuşam e, üstünə. Yazıq peşman oldu söyməyinə. Andırını çıxartdım” “Bu sövquş bir-iki dəfə polislərin tualetdən çıxmaqlarını gözləyib ruşka təqdim etdiyi, aftafanın qulpundan tutduğu, təmizlik üçün salfetka verdiyinə görə güvənib milləti təhqir edir. Öf, ay şövquş bir-iki dəfə polislərin tualetdən çıxmaqlarını gözləyib qruşka təqdim etdiyi, aftafanın qulpundan tutduğu, təmizlik üçün salfetka verdiyinə görə güvənib milləti təhqir edir. Öf, ay sövquş barı, o polisə de, atanın qıcınan brosleti çıxartsın, gücü çatmır? Qohumların müxalifətçidir, polis rejimi əleyhinə çıxarlar, nətəhir olur, ay onun-bunun dalına dimdiyini soxub gizlənən”, “Bu söyən, təhqir edən, söydüyü söyüşləri bütün nəslinə qaytarmadığım, söydüyü söyüşlərdən anasından bacısından, qızından, arvadından xəbərsiz olduğu bilinən şövqicik budur, bu şövqiciyin arxasında hansi polis durur? Hansı polisin iki yarımkürəsində sabunsuz girib söyür? Yeri gəlmişkən sevinc hardadır burada? Lılıx Musadır ki, durub e, bu da nəyə güvənib söyür bax o maraqlıdır”, “Deməli, bu univirsitet bitirən kimi, dədəsinin şotuna pul basıb paqon taxıb özünü Allah hesab edən, buna təhqir etmədiyim halda ortalığa yuyulmamış çömçə kimi düşən, qanunları tapdalayaraq hədəqorxu gələn, təhdid edən bu personaj, elədiyin təhqirlər anava, bacıva, öz nəslinə aiddir. Öz nəslinə aid olan şeyləri mənə demə, öz anava layiq bildiyin şeyləri mənə demə, ey yuyulmamış çömçə kimi özüvü ortalığa cürtən, ad, soyadımı bildin, lap yaxşı, atamın adını düz yaz da. Nə qədər savadsızsanmış, necə danışırsan elə də yazırsan. Bax, biz ac qalmaq nədir, bilirik, biz sıxıntı nədir bilirik, biz sənin kimi onun-bunun şotuna adına olub əllər cibdə “102” qeydiyyat nişanı ilə ortalıqda gəzmirik, ay Səbail rayon sakini, Zərərçəkmiş şəxs2 budur. Gör nə qədər savadsızsan ki, bilmirsən ki, birinci təhqir etdiyin üçün səndən şikayət edib iş qaldıracam. Həə, dalını çox şişirdiblər ona-buna hədə gəlirsən, “oldu sen” sen demə, “öldün sən” deyirmiş”, “Bax bu onun-bunun dalına girib söyən var ha, bilmirəm, nəyə güvənir, onun arvadının profili budur, plüş oğlu, qızı da budur” və sözlər təqdim edilən şəkillərdə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 haqqında yazılmışdır. Baxış zamanı daha sonra müəyyən edilmişdir ki, paylaşımlarda Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təhqir edilməsi təxminən 2024-cü ilin iyul ayından 2024-cü ilin sentyabr ayları ərzindəki tarixləri əhatə etmişdir. Zərərçəkmiş şəxs3 barəsində təhqiredici paylaşımların isə 02 avqust 2023-cü il tarixdən 22 avqust 2023-cü il tarixə qədər olması müəyyən edilmişdir. (cild 1, iş.v. 163-164) 07 fevral 2025-ci il tarixli “axtarış keçirilməsi barədə” protokoldan görünür ki, vət.Təqsirləndirilən şəxs axtarış aparılan ünvanda telefon, smartfon tipli elektron mobil telefon, yaddaş kartı, kompüter, elektron cihazlar haqqında suallar verildikdən sonra, qeyd edilən cihazların evdə olub-olmaması soruşulmaqla, müsbət halda həmin əşyaları könüllü surətdə təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs bildirdi ki, həmin əşyalar evin qonaq otağında masanın üzərindədir. “Notebook” tipli kompüter, “Oddo” markalı, “Samsung” markalı, “Redmi” markalı smartfon tipli mobil telefon və “Hoffman” markalı düyməli telefon təqdim edilmişdir. Bundan əlavə, “Wifi” routeri götürülmüş, router “Nokia” markalı olmuşdur. Axtarış aparıldığı ünvan ünvan 8n 1 mərtəbəli yaşayış sahəsidir. Evə daxil olduqdan sonra, Təqsirləndirilən şəxs elektron cihazları, mobil telefonları və evdə olan kompüteri təqdim etməsi təklifinə müsbət cavab verərək 01 ədəd “Oddo” markalı smartfon tipli telefonu, 01 ədəd açıq göy rəngli üzərində plastik qoruyucu olan “Samsung” markalı smartfon tipli telefon, 01 ədəd açıq göy rəngdə Təqsirləndirilən şəxs deməsinə görə, ona məxsus olan “Xiaomi Redmi” markalı smartfon tipli telefon, 01 ədəd “Hoffman” markalı telefon, 01 ədəd noteook tipli kompüter və ona məxsus şarj naqili və evdə quraşdırılmış üzərində “Nokia” markasının yazısı əks edilmiş “Wifi” tipli internetin evə paylaşdırılması üçün nəzərdə tutulmuş modem baxış iştirakçılarına təqdim edilib müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı iştirakçılar tərəfindən hər hansı etiraz daxil olmamışdır. (cild 1, iş.v. 173-179) 07 fevral 2025-ci il tarixli, “vəsatətin təmin edilməsinin rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndiriən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 148-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyi qeyd etmişdir. Həmin vəsatət əsassız olduğundan rədd edilmişdir. (cild 1, iş.v. 217) Suraxanı rayin prokuroru tərəfindən Suraxanı RPİ-nin rəisinə ünvanlanmış 07 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda Suraxanı Rayon Məhkəməsinin həmin tarixli qərarı əsasında axtarış aparılmışdır. Axtarış nəticəsində iş üzrə əhəmiyyət kəsb edən bir sıra mobil telefonlar, “notebook” tipli kompyuter və digər elektroin cihazlar götürülmüşdür. Təqsirləndirilən şəxs istifadəsində olmuş telefonlar və elektron daşıyıcılar əməliyyat yolu ilə məktubda qeyd edilən suallar üzrə xüsusi texniki vasitələrlə yoxlanılaraq cavab verilməsi üçün Suraxanı RPİ-yə göndərilmişdir. 10 fevral 2025-ci il tarixli “şəxsiyyət vəsiqəsinin verilməsi haqqında” qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus AA******* nömrəli (FİN:xxxxxxx) şəxsiyyət vəsiqəsini Suraxanı rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Xəlil Seyidovdan təhvil almışdır. (cild 1, iş.v. 222) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X26 10 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş.v. 223) Təqsirləndirilən şəxs Suraxanı rayon prokuroruna ünvanladığı 10 fevral 2025-ci il tarixli ərizədə göstərmişdir ki, barəsində Suraxanı Rayon Prokurorluğunda cinayət işinin istintaqı aparılır. İstintaqın aparılmasına səbəb və əsas “facebook” sosial şəbəkəsində müxtəlif şəxsləri saxta profildən istifadə etməklə, təhqir etməsi olmuşdur. Yenidən və ya təkrarən saxta profil və ya öz adını əks etdirən profildən istifadə edərək hər hansı şəxsi təhqir etməyəcəyinə və ya böhtan atmayacağına, sosial şəbəkələrdən yuxarıda qeyd etdiyi əsaslarla işlətməyəcəyinə yazaraq söz vermişdir. Əks halda, təqsirləndirilən şəxs qismində cəlb edildiyi maddənin ağırlaşdırıcı məsuliyyətindən xəbərdar olacağını bildirmişdir. (cild 1, iş.v. 227) 17 fevral 2025-ci il tarixli, “vəsatətin təmin edilməsinin rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə 17 fevral 2025-ci il tarixli "Kompleks komisyon ambulator məhkəmə-psixiatriya və məhkəmə psixoloji” ekspertiza təyin edilməsi ilə əlaqədar olaraq “təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında” protokolda ekspertiza keçməyə etiraz etdiyini və özünü sağlam hesab etdiyini protokola qeyd etmişdir. Həmin vəsatət əsassız olduğundan rədd edilmişdir. (cild 1, iş.v. 229) 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 11 senyabr 1994cü il təvəllüdlü Təqsirləndirilən şəxs, həqiqətən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, ev 3, mənzil 1a ünvanında qeydiyyatdadır və yaşayır. Yaşadığı müddətdə 137 saylı MKİS-nə heç bir narazılıq və şikayət ərizəsi daxil olmamışdır. (cild 1, iş.v. 236) 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs, həqiqətən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, 3 saylı evin 1a nömrəli mənzilində qeydiyyatdadır. Aşağıdakı ailə tərkibi ilə birlikdə yaşayır. X3 xx.xx.1953cü il; anası - X2 xx.xx.1955-ci il təvəllüdlü. (cild 1, iş.v. 237) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 18 fevral 2025-ci il tarixli kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə pxisoloji eksepertizasının 531 saylı rəyinin yekun hissəsindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırmışdır: Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin isterik tipli cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə suallara cavab-Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (diqqət, yaddaş, qavrama, təfəkkür, dərketmə və s.) normaya uyğundur. Emosionaliradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri sabitlik; xarakterik xüsusiyyətİərində inadkarlıq, nümayişkaranəlik, ətrafdakıların diqqətini öz üzərinə çəkməyə meyillilik, diqqət mərkəzində olmağa can atmaq və s. aşkar olunmaqla xasiyyətin isterik tipli cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilmiş əməlini törədən zaman hansı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında, qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində olmamışdır. (cild 2, iş.v. 2-5) Masallı RİHB-in Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Masallı rayon Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə Zərərçəkmiş şəxs2 barəsində heç bir şikayət və ərizə daxil olmayıb. (cild 2, iş.v. 9) Masallı RİHB-in Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Masallı rayon Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə Zərərçəkmiş şəxs1 barəsində heç bir şikayət və ərizə daxil olmayıb. (cild 2, iş.v. 10) Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Rzalı X12 şəhəri, Vaqif küçəsi ev 11 A-da qeydiyyatdadır. Subaydır. Hal-hazırda Bakı şəhərində yaşayır, şəhər ərazisində yaşadığı müddətdə ərazidə qonşuları ilə yaxşı münasibətdə olmuş, özündən böyüklərə hörmətlə yanaşmış, hüquq orqanlarından onunla bağlı heç bir təqsirləndirici material nümayəndəliyə daxil olmamışdır. (cild 2, iş.v. 11) Bakı şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasovun 14 mart 2025-ci il tarixli, “cinayət işi üzrə ibtidai istintaqın uzadılması haqqında” qərarından görünür ki, Bakı şəhəri Suraxanı rayon prokurorluğunda Azərbaycan Respublikası CM-in 148-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 01 ay, yəni 21 mart 2025-ci il tarixdən 21 aprel 2025-ci il tarixə kimi uzadılmışdır. (cild 2, iş.v. 18-19) 24 mart 2025-ci il tarixli, “vəsatətin təmin edilməsinin rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə 24 mart 2025-ci il tarixli təqsirləndirilən şəxsin əlavə dindirmə protokolunda zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qohumları Lalə Məmmədova və Jalə Məmmədova haqqında böhtan xarakterli məlumatlar yaydığını və sonuncuların şahid qismində dindirilməsini xahiş etmişdir. Həmin vəsatət əsassız olduğundan rədd edilmişdir. (cild 2, iş.v. 31) Azərbaycan Respublikası DİN-nin Suraxanı RPİ tərəfindən Suraxanı rayon prokuroruna ünvanlanmış 07 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Suraxanı Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə istintaqı aparılan iş üzrə təqdim olunmuş elektron cihazlar ətrafında qoyulmuş suallara cavab verilməsi üçün müvafiq idarəyə göndərilmiş, lakin cihazlardan iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat əldə etmək mümkün olmamışdır. (cild 2, iş.v. 79) Azərbaycan Respublikası DİN-nin Suraxanı RPİ tərəfindən Suraxanı rayon prokuroruna ünvanlanmış 02 aprel 2025-ci il tarixli məktubla ********* saylı cinayət işi üzrə təqdim olunmuş avadanlıqlar (03 ədəd smartfon tipli mobil cihaz, 01 ədəd mobil cihaz, 01 ədəd notebook və 1 ədəd “Wifi” tipli internet paylayıcı) məktuba qoşma edilərək prokurorluğa qaytarılmışdır. (cild 2, iş.v. 44) Suraxanı Rayon Prokurorluğunun 04 aprel 2025-ci il tarixli sorğusuna cavab olaraq Suraxanı RPİ tərəfindən ünvanlanmış 08 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Suraxanı rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında Bakı Şəhər Baş Polis İdarəsinə gətirilməmişdir. (cild 2, iş.v. 81) 08 aprel 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinin tərkib əlamətləri olduğundan ona 07 fevral 2025-ci il tarixdə elan edilmiş ittiham əsaslı hesab edilməklə qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 barəsində informasiya ehtiyatlarında olan “Facebook” sosial şəbəkəsində “Söz soxmaq üzrə mütəxəssis”, “Çekist Xanım”, “Azərbaycan Polisinin Qənimi” və “Tülkügöz” saxta istifadəçi adlardan paylaşdığı şərəf və ləyaqətini alçadan, işgüzar nüfuzuna xələl gətirən məlumatların təhqir hesab edilmədiyini düşünməsinə dair göstərdikləri zərərçəkmiş şəxsin ifadələri, «şəkillərə baxış keçirilməsi» haqqında protokol, təyin edilmiş məhkəmə-linqvistik ekspertizasının rəyi və digər istintaq hərəkətləri və digər sübutlarla tam təkzib olunduğundan həmin dəlillər təqsirləndirilən şəxsin cinayət məsuliyyətini yüngülləşdirmək məqsədilə özünü müdafiə xarakterli ifadələri kimi qiymətləndirilərək rədd edilmişdir. İş üzrə “OPPO” və “REDMİ” markalı mobil telefonundan əldə edilmiş məlumatlar və “NOKİA” markalı internet ruterdən əldə edilmiş məlumatlar öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərini saxladığına görə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır. İş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs qismində verdiyi etiraf ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, «şəkillərə baxış keçirilməsi» haqqında protokol, təyin edilmiş məhkəmə-linqvistik ekspertizasının rəyi və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. Cinayətin törədildiyi yerin Təqsirləndirilən şəxs yaşadığı ünvan 14 ünvanı olması nəzərə alınmışdır. (cild 2, iş.v. 82-95) 11 aprel 2025-ci il tarixli, “vəsatətin təmin edilməsinin rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə 11 aprel 2025-ci il tarixdə Suraxanı Rayon Prokurorluğunda cinayət işinin materialları ilə tanış olduqdan sonra, həmin tarixli protokolun qeyd hissəsində vəsatətinin olduğunu yazaraq şifahi şəkildə özünü ittiham edildiyi cinayət əməli üzrə təqsirli bilmədiyini bildirmişdir. Həmin vəsatət əsassız olduğundan rədd edilmişdir. (cild 2, iş.v. 98) Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsi tərəfindən Suraxanı Rayon Məhkəməsinə 19 may 2025-ci il tarixdə məktub ünvanlanaraq X10 həmin polis şöbəsinə Təqsirləndirilən şəxs barəsində ünvanladığı şikayəti ərizəsi cinayət işinə əlavə edilməsi üçün qoşma edilərək göndərilmişdir. 16 may 2025-ci il tarixli X15 tərəfindən Yasamal RPİ-nin 27-ci polis şöbəsinə ünvanlanmış həmin ərizədən görünür ki, 15 may 2025-ci il tarixdə, saat 15:20 radələrində iş yerində, yəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondu X26 yerləşdiyi - Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 49 C ünvanında yerləşən Çıraq Plazanın 14-cü mərtəbəsində olan zaman, əyani şəkildə tanımadığı Təqsirləndirilən şəxs resepsionda yalnış məlumat verməklə (guya ki, ona görüş təyin olunub) fondun inzibati ərazisinə daxil olmuş və Suraxanı Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə barəsində açılmış cinayət işinə etiraz əlaməti olaraq, eyni zamanda əmisi oğlanları Şövqi və Zərərçəkmiş şəxs1ların verdikləri şikayətləri geri çəkmələri üçün ona təsir və təzyiq göstərmək məqsədi ilə ünvanına, o cümlədən nəslinin ünvanına təhqiredici və nəlayiq ifadələr işlətmiş, iş nüfuzuna təsir göstərən xoşagəlməz davranış və hərəkətlərə yol vermişdir. Bütün bunlar iş yoldaşlarının gözü qarşısında baş vermişdir. Təkrar olaraq bildirir ki, Təqsirləndirilən şəxs bu cür xoşagəlməz və qeyri-adekat davranış və hərəkətləri ona təsir və təzyiq etmək məqsədi daşıyıb ki, o, əmisi oğlanları Şövqi və Zərərçəkmiş şəxs1lardan xahiş etsin ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinə etdikləri şikayətləri geri çəksinlər. Bütün baş verənlər fondun daxilində quraşdırılmış videomüşahidə kameraları ilə qeydə alınmış videogörüntülərlə sübut olunur. İş materiallarına əlavə edilmiş 24 mart 2025-ci il tarixli, şahidi dindirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin idarə rəisinin müavini, polis polkovnik-leytenantı X19 bildirmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tanımır, onlarla hər hansı bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs barəsində də hər hansı bir məlumatı yoxdur, barəsində söylənilən fikirlər böhtan, qərəzli və özünümüdafiə xarakterli olmuş, həmin şəxsi şəxsən və ya peşə fəaliyyəti ilə əlaqədar olaraq da tanımamış və ya rastlaşmamışdır. Bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Verilmiş suala cavab olaraq bildirmişdir ki, “facebook” sosial şəbəkəsi platforması üzərində “Çekist xanım”, “Söz soxmaq üzrə mütəxəssis”, “Qoçuxanım”, “Azərbaycan polisinin qənimi”, “Tülkügöz” profilləri barəsində heç bir məlumatı yoxdur və həmin profillərin sahibini tanımır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 1(010)-322/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs X15 və Kamran adlı kimliyi məlum olmayan şəxslərin məhkəmə iclasına gətirilərək dindirilmələri barədə verdiyi yazılı vəsatəti rədd edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs tərəfindən verilmiş və iş materialına əlavə edilmiş fləşkarta baxış keçirilmişdir. Fləşkarta baxış keçirilən zaman “X28” adlı profildən edilmiş paylaşımlar, “Buz Cəhənnəm” profilində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində olan paylaşımlar, təqsirləndirilən şəxslə Jalə adlı şəxsə aid şəxsi mesaj mətnləri, həmçinin Khayala İbrahimova adlı şəxslə mesaj mətnləri olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Khayala İbrahimovanın rəfiqəsi olduğunu, Jalə adlı şəxsin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2nın əmisi qızı olduğunu, bu yazışmaların şəxsi mesajlar bölməsində aparıldığını, “X28” adlı profilin Zərərçəkmiş şəxs3 məxsus olduğunu və paylaşımları onun etdiyini bildirmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin onların adlarından istifadə edərək saxta profillər açdığını, “Jalə” adlı profilin əmisi qızları Jalə Məmmədovaya aid olmadığını və bu mesajların təqsirləndirilən şəxsin özü tərəfindən yazıldığını bildirmişlər. Zərərçəkmiş şəxs3 “X28” adlı profilin ona məxsus olmadığını, təqsirləndirilən şəxs tərəfindən həmin profil hesabının açıldığını bildirmişdir. Məhkəmə istintaqı gedişində zərərçəkmiş şəxslər tərəfindən təqsirləndirilən şəxsin barəsində sonuncunun ittiham elan edildiyi cinayət əməllərini yenə də davam etdirdiyinə görə, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatətlər ünvanlanmışdır. 07 fevral 2025-ci il tarixdə, saat 11:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (cild 1, iş.v. 180-183) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Rafiq Məmmədovun qohumu olduğunu düşündüyü üçün paylaşımlar etmiş, daha sonra isə qohum olmadıqlarını öyrənib, bununla bağlı üzr postu paylaşmış, lakin Zərərçəkmiş şəxs3 barəsində isə özünü təqsirli bilməmişdir. Elşad Hacıyevi tənqid etməsinə görə Bakı şəhər Baş Polis İdarəsinə aparılmış, bundan sonra isə “Facebook” sosial şəbəkəsində “Xoşbəxt Qadınlar” adlı profildə “X29 288” adlı profili görmüş, Bakı şəhər Baş Polis İdarəsinə aparıldığı üçün də həmin profildəki şəkilləri paylaşmaq qərarına gəlmişdir. “Facebook” sosial şəbəkəsi platforması üzərində 4 profili var, lakin aktiv olaraq 1 profil istifadə etmişdir. Həmin profili “Çekist xanım”, “Söz soxmaq üzrə mütəxəssis” kim adlarla da istifadə etmiş, adlarını müəyyən aralıqlarla dəyişmişdir. Hazırda da zərərçəkmiş şəxslər barəsində paylaşımlara davam etmişdir. Lakin həmin paylaşımlarda zərərçəkmiş şəxsləri təhqir etdiyini hesab etmir. Bildirmək istəyir ki, zərərçəkmiş şəxslərin ibtidai istintaq dövründə verdiyi ifadələrində də bir sıra yalanlar, ziddiyyətlər vardır. Zərərçəkmiş şəxs3 “X30” profilini 2023-cü ildə gördüyünü bildirmişdir, lakin həmin vaxt şikayət etməmiş, digər zərərçəkmiş şəxslərlə birlikdə şikayət vermişdir. Həmçinin, Raul və Zərərçəkmiş şəxs2 əmisi qızları Jalənin fotoşəkillərini paylaşdığını bildirsələr də, Jalənin fotoşəkilini paylaşmamışdır. Zərərçəkmiş şəxslər Raul və Şövqi onun paylaşımlarının şərh hissəsində onu təhqir etmiş, söymüşlər. Buna görə də, onlarla bağlı paylaşım etmişdir. Həmçinin, dövlət orqanlarının əməkdaşları tərəfindən pozulmuş hüquqlarını müdafiə etmək məqsədi ilə bir sıra paylaşımlar etmişdir. Paylaşımları özünümüdafiə məqsədi daşımışdır. Raul və Şövqi onun mobil telefonunu öyrəndikləri üçün onların hüquq mühafizə orqanlarında çalışdıqlarını düşünmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və gətirdiyi digər dəlillərlə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş çıxarışlardan aşkar şəkildə görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “çekist xanım” və “söz soxmaq üzrə mütəxəssis” adlı Facebook sosial şəbəkəsində açılmış profillərlə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində, həmçinin sonuncuların ailə üzvləri barəsində açıq şəkildə şəkillər paylaşılmış, həmin şəkillərin şərh hissəsində onları təhqir etmiş, həmin paylaşımlar müxtəlif şəxslər tərəfindən görülmüş və rəylər yazılmışdır. Məhkəmə linqvistik ekspertizasının 05 dekabr 2024-cü il tarixli, 4/1702 saylı rəyinin nəticəvi hissəsindən də görünür ki, ekspertizaya təqdim edilmiş “çekist xanım” və “söz soxmaq üzrə mütəxəssis” adlı Facebook sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılmış və rəyin tədqiqi hissəsində göstərilən məlumatlarda işlədilən söz, söz birləşməsi və ifadələr Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şərəf və ləyaqətini alçaldan, işgüzar nufuzuna xələl gətirən məlumatlar hesab edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 barəsində informasiya ehtiyatlarında olan “Facebook” sosial şəbəkəsində “Söz soxmaq üzrə mütəxəssis”, “Çekist Xanım”, “Azərbaycan Polisinin Qənimi” və “Tülkügöz” saxta istifadəçi adlardan paylaşdığı şərəf və ləyaqətini alçadan, işgüzar nüfuzuna xələl gətirən məlumatların təhqir hesab edilmədiyini düşünməsinə dair göstərdikləri zərərçəkmiş şəxslərin ifadələri, «şəkillərə baxış keçirilməsi» haqqında protokol, təyin edilmiş məhkəmə-linqvistik ekspertizasının rəyi və digər istintaq və məhkəmə hərəkətləri protokolları və digər sübutlarla tam təkzib olunmuşdur. Təqsirləndirilən şəxs Suraxanı rayon prokuroruna ünvanladığı 10 fevral 2025-ci il tarixli ərizədə də, yenidən və ya təkrarən saxta profil və ya öz adını əks etdirən profildən istifadə edərək hər hansı şəxsi təhqir etməyəcəyinə və ya böhtan atmayacağına, sosial şəbəkələrdən yuxarıda qeyd etdiyi əsaslarla işlətməyəcəyinə əlyazma üsulla yazaraq söz vermişdir. Əks halda, təqsirləndirilən şəxs qismində cəlb edildiyi maddənin ağırlaşdırıcı məsuliyyətindən xəbərdar olmasını bildirmişdir. Həmin ərizədə də təqsirləndirilən şəxsin barəsində ittiham elan edildiyi əməli törətməsini etiraf etməsi bir daha təsdiqini tapmışdır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs islah olmaq əvəzinə, məhkəmə istintaqı dövründə də, öz cinayətkar əməlini davam etdirmiş, “araşdırmaçı jurnalist” istifadəçi adı ilə facebook sosial şəbəkəsində dünyaya açıq şəkildə zərərçəkmiş şəxsləri yenidən təhqir etməyə davam etmiş, bundan başqa, barəsində cinayət işinin istintaqını aparmış müstəntiqi də təhqir etmişdir. Odur ki, Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi xüsusatlar toplanmış sübutların məcmusu ilə tam təkzib edilmiş və bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. Ona görə də təqsirləndirilən şəxsin ifadələri məhkəmə tərəfindən sübut növü qismində qiymətləndirilmir. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. 08 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla iş üzrə “OPPO” və “REDMİ” markalı mobil telefonundan əldə edilmiş məlumatlar və “NOKİA” markalı internet ruterdən əldə edilmiş məlumatlar öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərini saxladığına görə sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin Suraxanı RPİ tərəfindən Suraxanı rayon prokuroruna ünvanlanmış 02 aprel 2025-ci il tarixli məktubla ********* saylı cinayət işi üzrə təqdim olunmuş avadanlıqlar (03 ədəd smartfon tipli mobil cihaz, 01 ədəd mobil cihaz, 01 ədəd notebook və 01 ədəd “Wifi” tipli internet paylayıcı) məktuba qoşma edilərək prokurorluğa təqdim edilmişdir. CPM-nin 131.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan aşağıdakı maddi sübutları mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır: 131.1.1. tez xarab olan əşyaları; 131.1.2. məişətdə gündəlik tələbat əşyalarını; 131.1.3. gündəlik qulluğa ehtiyacı olan ev heyvanlarını, quşları və digər heyvanları; 131.1.4. verilmiş mülki iddianın və ya əmlak tələbinin təmin edilməsi üçün üzərinə həbs qoyulmamış avtomobil və digər nəqliyyat vasitələrini. CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən həmçinin aşağıdakı qaydaya riayət etməlidir: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə təqsirləndirilən şəxsin evinə axtarış zamanı götürülmüş 03 ədəd smartfon tipli mobil cihaz, 01 ədəd mobil cihaz, 01 ədəd notebook və 01 ədəd “Wifi” tipli internet paylayıcının xüsusi müsadirə olunmasına zərurət olmadığından və mülkiyyətçisi Təqsirləndirilən şəxs olduğundan həmin əşyalar maddi sübut kimi qiymətləndirilməli, hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası rəyini, sorğulara alınmış cavabları, arayışları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan təhqir cinayəti obyektiv cəhətdən “kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma”da ifadə olunur. Məhkəmə qeyd edir ki, söz azadlığı və ya ifadə azadlığı dedikdə bir düşüncənin, inancın, qənaətin, davranışın və ya duyğunun bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir. Bu bəyan etmə sözlər vasitəsilə də həyata keçirilə bilir. Sözlərdə, ifadələrdə müəyyən məlumatlar bəyan edilir, fikirlər söz və ya ifadələrlə səsləndirilir, açıqlanır. "İnsan Hüquqlarının və X13 Haqqında" Konvensiyanın “Fikri ifadə etmək azadlığı” ilə bağlı 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir. Avropa İttifaqının əsas insan hüquqları haqqında Xartiyasının 1-ci maddəsinə əsasən insan ləyaqəti toxunulmazdır, ona hörmət olunmalı və qorunmalıdır. BMT Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul edilmiş Ümumdünya insan hüquqları Bəyannaməsinin 12-ci maddəsində də heç kimin şəxsi və ailə həyatına müdaxiləyə, evinin toxunulmazlığına, məktublaşmasının gizliliyinə, şərəf və nüfuzuna özbaşına qəsdə məruz qalmasının yolverilməzliyi bəyan olunur. Bütün yuxarıda göstərilən müddəalar vətəndaşın şərəf, ləyaqət və nüfuzuna qeyriqanuni qəsddən müdafiə hüququna zəmanət verən “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın” 17-ci maddəsində və “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının” 10-cu maddəsində də öz əksini tapmışlar. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı Qərarına əsasən CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Odur ki, 08 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda cinayətin törədildiyi yerin Təqsirləndirilən şəxs yaşadığı ünvan 14 ünvanı olması nəzərə alınmışdır. Buna görə də, cinayət işinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən baxılmışdır. Təһqiredici һərəkətlərin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məһkəmə, һabelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olmaqla, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edir, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti, etibarı başa düşülür. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Yuxarıda qeyd olunanlar əsasında belə nəticəyə gəlmək olar ki, şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPMin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, əvvəllər tanımadığı və aralarında mübahisəsi olmadığı Zərərçəkmiş şəxs3 02 avqust 2023-cü il tarixdən başlayaraq 22 avqust 2023-cü il tarixədək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə 2024-cü ilin iyul ayından 2024-cü ilin sentyabr ayınadək qeydiyyatda olmaqla, yaşadığı ünvan 2 ünvanında yerləşən evindən faktiki istifadəsində olan cihazlar ilə özlərinin və qohumlarının şəxsi şəkillərini sosial şəbəkələrdə yaymaqla, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq məqsədi ilə onları nüfuzdan salan əxlaqsız məzmunlu sözlər yazaraq şəkillərlə birlikdə internet informasiya ehtiyatlarında olan “Facebook” sosial şəbəkəsində “Söz soxmaq üzrə mütəxəssis”, “Çekist Xanım”, “Azərbaycan Polisinin Qənimi” və “Tülkügöz” saxta istifadəçi adlar, profil və hesablarından kütləvi nümayiş etdirməklə onları əxlaqsız şəxslər kimi təqdim edib şərəf və ləyaqətlərini alçaltmaqla Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təhqir etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza rəyləri, sorğular və onlara alınmış cavablar, arayışlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15-ci maddəsinə əsasən CM-nin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. X6 Sistemi tərəfindən verilmiş məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş.v. 170) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallar kimi məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə özünü qismən təqsirli bilməsi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsi, buna cəhd belə etməməsi, islah olmaq əvəzinə, məhkəmə istintaqı dövründə də, öz cinayətkar əməllərini davam etdirməsi, “araşdırmaçı jurnalist” istifadəçi adı ilə facebook sosial şəbəkəsində kütləvi nümayiş etdirməklə açıq şəkildə zərərçəkmiş şəxsləri yenidən təhqir etməyə davam etməsi, bundan başqa, barəsində cinayət işinin istintaqını aparmış müstəntiqi də təhqir etməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hallar hesab olunur. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi-onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını, ağırlaşdıran halın olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 148-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxsə CM-nin 148-1-ci maddəsində nəzərdə tutulmuş başqa daha yüngül cəza növünün təyin edilməsini məhkəmə məqsədəmüvafiq hesab etmir. Çünki təqsirləndirilən şəxsin barəsində ibtidai istintaqda polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsə də, həmin qətimkan tədbiri məhkəmənin hazırlıq iclasının qərarı ilə dəyişdirilmədən saxlanılsa da təqsirləndirilən şəxs cinayət əməllərini davam etdirmiş, barışığa cəhd etmək əvəzinə zərərçəkmiş şəxslər barədə təhqiredici məlumatları davamlı olaraq yaymışdır. Qeyd olunanlar isə onun islah olunmaq əvəzinə daha da aqressiv olmasını, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasının göstəricisidir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 14 iyul 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilməli, iş üzrə təqsirləndirilən şəxsin evinə axtarış zamanı götürülmüş 03 ədəd smartfon tipli mobil cihaz, 01 ədəd mobil cihaz, 01 ədəd notebook və 01 ədəd “Wifi” tipli internet paylayıcının xüsusi müsadirə olunmasına zərurət olmadığından və mülkiyyətçisi Təqsirləndirilən şəxs olduğundan həmin əşyalar maddi sübut kimi qiymətləndirilməli, hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 148-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi1 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 2 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 2 iş saatı üçün 22 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə təqsirli bilinərək ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan olunduğu 14 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə təqsirləndirilən şəxsin evinə axtarış zamanı götürülmüş 03 ədəd smartfon tipli mobil cihaz, 01 ədəd mobil cihaz, 01 ədəd notebook və 01 ədəd “Wifi” tipli internet paylayıcının xüsusi müsadirə olunmasına zərurət olmadığından və mülkiyyətçisi Təqsirləndirilən şəxs olduğundan həmin əşyalar maddi sübut kimi qiymətləndirilsin və hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Müdafiəçi1 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 2 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 22 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-322/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-322/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver