Məhkəmə qərarları › İş №1(010)-323/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-323/2022

18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-323/2022 18.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1992-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində əvvəli xx.xx.2022ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,361 qram kustar usulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlayaraq daşımış və 17 fevral 2022-ci il tarixdə saat 13:15 dəqiqədə Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli qismində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Çaparidze küçəsində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,361 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,214 qram, 0,268 qram, 0,480 qram, ümumi təmiz çəkisi 0,962 qram, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində saxlayaraq daşımış və 13 aprel 2022-ci il tarixdə saat 14:05 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Çaparidze küçəsində saxlanılaraq, ünvan 4 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə gətirildikdən sonra orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,214 qram, 0,268 qram, 0,480 qram, ümumi təmiz çəkisi 0,962 qram, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İttiham aktına əsasən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunan ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 günə yaxındır ki, narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir. xx.xx.2022ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən öz istifadəsi üçün bir ədəd bükümdə narkotik vasitə olan heroini 20 manata alaraq istifadə etməsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Çaparidze küçəsində olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş, o, da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra polis əməkdaşları narkotik vasitə əldə edib saxlamaqa və daşımaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi üçün Bakı şəhəri Suraxanı RPİ-nə dəvət etmişlər. Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasında xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunduqdan sonra hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edilmişdir. Üzərində videoçəkiliş aparmaqla şəxsi axtarış həyata keçirilməmişdən əvvəl üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş, bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə Əmircan qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təqdim etdiyi 01 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış və zərf möhürlənmişdir. Üzərində axtarış davam etdirilmiş, amma təqdim etdiyi bir bükümdən başqa heç nə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı bir nəfərdən öz istifadəsi üçün bir bükümü 10 manata olmaqla 30 manata üç büküm psixotrop maddə metamfetamin alıb əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoyub saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 14:05 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsindəki «Əfsun» şadlıq sarayının yaxınlığında olduğu zaman mülki geyimdə olan iki nəfər ona yaxınlaşıb vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirdikdə o, da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları psixotrop maddələri əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli olduğunu ona görə də üzərində axtarış aparılmasının zəru olduğunu bildirərək onu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. 32-ci PBnə gəldikdən sonra PB-nin inzibati binasında xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edilmişdir. Videoçəkiliş aparmaqla şəxsi axtarış həyata keçirilməmişdən əvvəl üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd sellofan kəsiyinə bükülünü çıxarıb təqdim etmiş, üç ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetamin olduğunu, metamfetamini metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı bir nəfər şəxsdən öz istifadəsi üçün bir bükümü 10 manata olmaqla üç bükümünü 30 manata aldığını bildirmişdir. Təqdim etdiyi 03 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək bir ədəd zərfə qablaşdırılmış, zərf möhürlənmişdir. Axtarış davam etdirilsə də, təqdim etdiyi 03 bükümdə olan psixotrop maddə metamfetamindən başqa üzərindən heç nə aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olduqdan sonra möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında da eyni məzmunlu ifadə vermiş, törətdiyi əməldən peşman olduğunu bildirmiş və məhkəmədən ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə xx.xx.1992-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, dalan 2, ev 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlayıb daşıması barədə Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuş, dərhal bu barədə idarə rəisinə məruzə edib əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Polis idarəsinin rəisinin əmri ilə onun rəhbərliyi ilə, Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ibarət əmliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyt-axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2022-ci il tarixdə saat 13:15 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Çaparidze küçəsində olduğunu müəyyən edərək, ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğuna görə Bakı şəhəri Suraxanı RPİ-nə dəvət etmişlər. Polis idarəsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunaraq hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş büklünü çıxarıb təqdim etmiş, bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini Bakı şəhəri, Suraxanı rayonu, Əmirsan qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata aldığını və öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda bükümün arasında narkotik maddə olan heroinə oxşar kütlə olduğu müəyyən edilmiş və həmin kütlə bir ədəd zərfə qoyularaq zərf möhürlənmişdir. Şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündən əlavə heç nə aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. İttiham aktına əsasən ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan edilmiş, Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 eyni məzmunlu ifadə vermişdir. İttiham aktına əsasən ibtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan edilmiş, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə «Kamran» adlı şəxsitn narkotik vasitə əldə etməsi, saxlayıb daşıması və onun gündüz saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsindəki «Əfsun» şadlıq sarayının yaxınlığında olması barədə 32-ci PB-nə əməliyyat məlumatı daxil olmuş, dərhal bu barədə polis bölməsinin rəhbərliyinə məruzə edib əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Polis bölməsinin rəisinin əmri ilə onun rəhbərliyilə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ibarət əmliyyat qrupu yaradılmış, «Kamran»adlı şəxsin müəyyən edilib ifşa olunması üçün əməliyyt-axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2022-ci il tarixdə saat 14:05 radələrində məlumatda göstərilən «Kamran» adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsindəki «Əfsun» şalıq sarayının yaxınlığında olduğunu müəyyən edərək ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını və ona narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu bildirib Bakı şəhəri Suraxanı RPİ-nin 32- ci PB-nə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1992-ci il təvəllüdlü, Bakı şəhəri, Suraxanı rayonu. Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, dalan 2, ev 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Polis bölməsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunaraq hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş, axtarış aparılmasına başlamazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 03 (üç) ədəd sellofan kəsiyinə bükülmüş bükülüləri çıxarıb təqdim edərək bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu, təqdim etdiyi psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində, metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı bir nəfərdən bir bükümü 10 manata olmaqla 30 manata aldığını və öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açılaraq baxıldıqda bükülülərin arasında psixotrop maddə maddə olan metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmiş və şəxsi axtarış davam etdirilsə də üzərindən təqdim etdiyi 03 (üç) ədəd şəffaf sellofan kəsiyi bükümündən əlavə heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd bükümlər bir ədəd zərfə qablaşdırılaraq zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin kiçik əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə vermişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işinin 111-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 17 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdə, saat 13:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 154-155-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, X6 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nizami Məhərrəmovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 157-158-ci vərəqində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, X6 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 30-cu vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, X6 13 aprel 2022-ci il tarixdə, saat 14:05-də şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə materialların 74-77-ci vərəqində olan Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X3 haqqında 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə materialların 33-34-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Əli İsgəndərov tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 03 (üç) ədəd sellofan kəsiyinə bükülmüş psixotrop maddə olan metamfetaminə oxşar kütləni çıxararaq təqdim etmiş, təqdim olunan bükümün içərisindəki psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisindəki metronun «Əhmədli» stansiyasının yaxınlığında tanmadığı şəxsdən bir bükümünü 10 manata olmaqla üç bükümünü 30 manata alaraq öz istifadəsi üçün saxladığını bildirmişdir İş üzrə materialların 116-117-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Suad Həmzəyev tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxararaq təqdim etmiş, təqdim olunan bükümün içərisndə narkotik vasitə heroinə oxşar kütlə götürülərək bir ədəd zərfə qoyularaq zərf möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu, heroini Əmircan qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata alaraq özü istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. İş üzrə materialların 41-45-ci vərəqələrində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6/2100 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: «şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda çəkisi 0,214 qram, 0,268 qram 0, 480 qram, ümumi təmiz çəkisi 0,962 qram ağ rəngli kristallardan ibarət maddələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. Metamfetaminin ümumi təmiz çəkisi 0,962 qram, təhqiqata sərf edildi ümumi: 0,15 qram, qalıq 0,812 qram. İş üzrə materialların 123-128-ci vərəqələrində olan Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6/993 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,361 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 0,361 qram, təhqiqata sərf edildi -0,050 qram, qalıq 0,311 qram. İş üzrə materialların 137-ci vərəqəsində olan “Diskə baxış keçirilməsi haqqında” 18 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov, icraatında olan ********* №-li cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının CPM-nin 51, 85 və 236cı maddələrinin tələblərinə əsasən, Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq Şöbəsində xidməti otağında tərtib edib həmin protokolu iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və müdafiəçisi X7 iştirakları ilə ondan ötrü ki, cinayət işinə əlavə edilmiş 01 ədəd diskə köçürülmüş şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən videogörüntüyə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X7 iştirakı ilə baxış keçirdi. Diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «DVD» formatlıdır. Disk xidməti iş otağında olan kompyüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında “X5” proqramı vasitəsi ilə yazılmış MP4 formatında 01 ədəd fayl olması müşahidə olunur. Həmin videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərində şəxsi axtarış aparılan şəxs o özüdür. Baxış zamanı müəyyən olundu ki, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş narkotik vasitə heroin olduğunu bildirir və bundan sonra o, əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş büklünü çıxarıb təqdim edir və bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini Bakı şəhəri, Suraxanı rayonu, Əmirsan qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata aldığını, öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir, amma onun üzərindən özünün təqdim etdiyi 01 (bir) bükümdən başqa heç nə aşkar edilmir. İş üzrə materialların 53-cü vərəqəsində olan “Diskə baxış keçirilməsi haqqında” 14 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov, icraatında olan ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikasının CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə əsasən tərtib edirəm həmin prtokolu ondan ötrü ki, Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq Şöbəsində xidməti otağımda ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə cinayət işinə əlavə edilmiş 01 ədəd diskə köçürülmüş şəxsi axtarış və götürmə aparılmasına özünədə əks etdirən videogörüntüyə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə baxış keçirdi.Diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk DVD formatlıdır. Diskin üzərində yazılar yoxdur, ağ rənglidir. Disk xidməti iş otağında olan kompyüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında “X5” proqramı vasitəsi ilə yazılmış MP4 formatında 01 ədəd fayl olması müşahidə olunur. Həmin videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərində şəxsi axtarış aparılan şəxs o özüdür. Baxış zamanı müəyyən olundu ki, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş narkotik maddə metamfetamin olduğunu bildirir. Bundan sonra o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 03 (bir) ədəd sellofan parçasına büklünü çıxarıb təqdim edir və bükülülərin arasında olan metamfetamini tanımadığı şəxsdən 30 manata alaraq öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir, amma onun üzərindən özünün təqdim etdiyi üç bükümdən başqa heç nə aşkar edilmir. İş üzrə materialların 183-184-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X8-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2022-ci il tarixli 2750 nömrəli rəyində göstərilmişdir ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə materialların 169-170-ci olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 aprel 2022-ci il tarixli məlumatından və Füzuli Hərbi Məhkəməsinin 26 iyul 2011-ci il tarixli hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3 və 70-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İİ siyahısının 67-ci bəndinin tələbinə görə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakteri ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Cinayətin təkrar törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. İş üzrə cinayətin residivi qismində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, iş üzrə materialların 169-170-ci olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 aprel 2022-ci il tarixli məlumatından və Füzuli Hərbi Məhkəməsinin 26 iyul 2011-ci il tarixli hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3 və 70-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Bundan başqa,iş materiallarında olan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun 19 fevral 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görülür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, ********* nömrəli cinayət işi üzrə cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 13 aprel 2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 aprel 2022-ci il tarixli qərarından, habelə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 4(010)- 223/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Suraxanı Rayon Məhkəməinin 15 aprel 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində 03 ay həbs qətimkan tədbiri seçilmişdir. 20 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi onun Azərbaycan Republikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ********* nömrə altında istintaqı davam etdirilmişdir. Məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ayrı-ayrılıqda xalis çəkisi 0,311 qram olan narkotik vasitə - heroin və 0,812 qram olan metamfetamin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 309 (üç yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 fevral 2022-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 13 aprel 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci 309 (üç yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,311 qram olan narkotik vasitə - heroin və 0,812 qram olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar