Məhkəmə qərarları › İş №1(010)-324/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-324/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-324/2022 18.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məsləhətçi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 24 aprel 1995-ci il təvəllüdlü X6 və 14 oktyabr 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 11 dekabr 2012-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 yanvar 2013-cü il tarixli, 2(011)-383/2013 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin, habelə həmin qətnamə ilə tutulması qət edilmiş alimentin məbləğinin dəyişdirilərək, Təqsirləndirilən şəxs 14 oktyabr 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(010)-403/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 3(010)-250/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib barəsində 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 3(010)-1661/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1.000 manat məbləğində cərimə növündə inzibati tənbeh edilməsinə və icra sənədlərindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla, rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, hərəkətlərindən heç bir nəticə çıxartmamış, cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 27 aprel 2022-ci il tarixədək şəxsi maraqları naminə, cəmi 12.000 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməməklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, X4 ilə 1995-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 24 aprel 1995-cı il təvəllüdlü X13 və 14 oktyabr 2007-cı il təvəllüdlü X14 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar mehriban yaşasalar da sonradan münasibətləri pozulmuş və 2011-ci ilin may ayında o, evdən çıxıb getmişdir. Həmin vaxtdan ayrı yaşamışlar, uşaqlar isə Mehdiyeva Rüfanənin himayəsində qalmışdır. Həmin zamanlar o, fərdi əməklə məşğul olmuş, bir valideyin kimi uşaqların saxlanması üçün hər cür maddi yardım göstərmişdir. 2013-cü ildə X4 ilə nikahı pozulmuş, məhkəmənin qətnaməsi ilə övladları X2 himayəsinə verilmişdir. Bundan sonra keçmiş həyat yoldaşı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2013-cü il tarixli, 2(011)-383/2013 saylı qətnaməsinə əsasən ondan 24 aprel 1995-ci il təvəllüdlü X6 və 14 oktyabr 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 11 dekabr 2012-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Sonradan Zərərçəkmiş şəxs alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 24 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2013-cü il tarixli, 2(011)-383/2013 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək və 24 aprel 1995-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatması nəzərə alınaraq, ondan 14 oktyabr 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədləri üzrə müəyyən ödənişlər etsə də, maddi vəziyyəti ilə əlaqədar olaraq lazımi qaydada ödəniş edə bilməmiş və bu səbəbdən də aliment borcu yaranmışdır. Buna görə də, o, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 3(010)-250/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib barəsində 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 3(010)-1661/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1.000 manat məbləğində cərimə növündə inzibati tənbeh edilmişdir. Ona məlumdur ki, ödənilməmiş alimentin miqdarı cəmi 12.000 manat təşkil etmişdir. Belə ki, onun aliment borcu barədə ilk dəfə 2019-cu ildə məlumatı olmuşdur. O, aliment borcundan ümumilikdə 1.780 manat məbləğində ödəniş etmişdir. O, fərdi əməklə məşğul olmaqla aylıq qazancı təxminən 350-450 manat civarında təşkil edir. Əgər məhkəmə tərəfindən tutulmasa aliment borcunu ödəyəcəyinə dair öhdəlik götürür. Bu səbəbdən də aliment bocunu tam ödəyə bilmir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 05 yanvar 1995-ci il il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi daxil olmaqla ailə qurmuş, birgə nikahdan 24 aprel 1995-ci il tarixdə X11 və 14 oktyabr 2007-cü il tarixdə X14 adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduğu ilk vaxtlar Təqsirləndirilən şəxs ilə mehriban yaşasalar da daha sonra münasibətləri pozulmuşdur. Onunla Təqsirləndirilən şəxs ata evində birlikdə yaşayıblar, Mehdi müxtəlif fərdi əmək fəaliyyəti ilə, əsasən ev təmiri və taksi fəaliyyəti ilə məşğul olmuş, lakin qazandığını heç vaxt evə gətirməmiş, qazandığını ancaq öz şəxsi ehtiyaclarına və başqa qadınlara xərcləmişdir. Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmamış və uşaqların böyüdülməsi üçün maddi-mənəvi yardım göstərməmişdir. O, uşaqlara yardım göstərilməsi üçün dəfələrlə Mehdiyə müraciət etsə də, heç bir nəticə olmamış, bu səbəbdən uşaqların saxlanılması üçün aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2013-cü il tarixli, 2(011)-383/2013 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 24 aprel 1995-ci il təvəllüdlü X6 və 14 oktyabr 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 11 dekabr 2012-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, Təqsirləndirilən şəxs maddi imkanı olduğu halda, uşaqlarına lazımi maddi köməklik etməmişdir. Maddi vəziyyəti ağırlaşdığından və uşaqların saxlanılması üçün çətinlik çəkdiyindən aliment miqdarının artırılması üçün yenə də məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhər Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 24 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2013-cü il tarixli, 2(011)-383/2013 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək və 24 aprel 1995-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatması nəzərə alınaraq, Təqsirləndirilən şəxs 14 oktyabr 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, Təqsirləndirilən şəxs aliment borcundan cüzi ödənişlər etmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 3(010)-250/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib barəsində 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 3(010)-1661/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1.000 manat məbləğində cərimə növündə inzibati tənbeh edilmişdir. Bildiyinə görə Təqsirləndirilən şəxs atası öz evini satmış və Təqsirləndirilən şəxs payına 24000 manat düşmüş, bundan əlavə atası başqa adamın adına 8000 manat dəyərində «Opel» markalı minik avtomobilini Mehdiyə taksi fəaliyyəti ilə məşğul olması üçün almışdır. Ona məlumdur ki, Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün icra məmuru tərəfindən təqdimat verilən günə, yəni 22 fevral 2022-ci il tarixə kimi ödənilməmiş alimentin miqdarı cəmi 12.000 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs bugünə qədər aliment borcundan cəmi 1.780 manat ödəniş etmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin tutulmasını istəmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid1 göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 11 yanvar 2013-cü il tarixli, 2(011)-383/2013 saylı icra vərəqəsinə əsasən borclu 24 aprel 1995-ci il təvəllüdlü X6 və 14 oktyabr 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanlmaları üçün Təqsirləndirilən şəxs 11 dekabr 2012-ci il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Borclu Təqsirləndirilən şəxs 30 (otuz) manat dövlət rüsmu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 11 yanvar 2013-cü il tarixli icra sənədi icra olunması üçün Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmiş, icra sənədi müvafiq olaraq 22 may 2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildirişin surətləri borclunun ünvanına göndərilmişdir. Borcluya icra sənədlərində nəzərdə tutulmuş tələbin könüllü olaraq təmin edilməsi üçün 10 gün müddətinə vaxt verilsə də, borclu bu müddət ərzində tələbi təmin etməkdən və şöbəyə gəlməkdən yayınmışdır. Bundan başqa, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 yanvar 2019cu il tarixli 2(010)-403/2019 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs 14 oktyabr 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xeyrinə ödənilməli olan 100 manat aliment pulu artırılaraq 160 manat müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli icra sənədi 07 iyun 2019-cu il tarixdə şöbənin icratına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası barədə qərar və bildirişin surətləri tərəflərə göndərilsə də, borclu tərəfindən icra sənədlərinin icrası qərəzli olaraq icra edilməmişdir. İcra sənədləri 07 iyun 2019-cu il tarixli qərar ilə ümumi icraatda birləşdirilmişdir. İcra məmurunun qanuni tələblərini və məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrasından yayındığından borclu Təqsirləndirilən şəxs barəsində növbəti dəfə 15 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə verilmiş və məhkəmənin 15 fevral 2019-cu il tarixli qərarı ilə borclu barəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs tətbiq olunmuşdur. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayındığından barəsində yenidən 03 dekabr 2021-ci tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə verilmiş və məhkəmənin 03 dekabr 2021-ci il tarixli qərarı ilə borclu inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. İnzibati məsuliyyətə cəlb olunduqdan sonra borclu yenidən şöbəyə dəvət olunmuş və ona icra sənədlərinin icrasını təmin etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb olunacağ barədə yazılı xəbərdarlıq edilmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs işsiz kimi qeydiyyatda olub-olmaması və iş təklif edilib-edilməməsini müəyyən etmək məqsədi ilə 22 iyun 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və X10 3 saylı Bakı Dost Mərkəzinə müraciət olunmuşdur. Mərkəz tərəfindən şöbəyə ünvanlanmış 03 iyul 2020-ci il tarixli məktubda borclunun 26 aprel 2020ci il tarixdən işsiz kimi qeydiyyatda olduğu bildirilmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə ödənilməmiş aliment borcu 12.000 (on iki min) manat təşkil edir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün onun barəsində müvafiq təqdimat verilmişdir. Şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid2 Əlizaman oğlu məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 11 yanvar 2013-cü il tarixli, 2(011)-383/2013 saylı icra vərəqəsinə əsasən borclu 24 aprel 1995-ci il təvəllüdlü X6 və 14 oktyabr 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanlmaları üçün Təqsirləndirilən şəxs 11 dekabr 2012-ci il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 22 may 2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 11 yanvar 2013-cü il tarixli, 2(011)-383/2013 saylı icra vərəqəsi müvafiq olaraq icraata götürülərək icraata başlanılmış borclu Təqsirləndirilən şəxs icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2018ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 02 oktyabr 2018-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanmış icraata xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 yanvar 2019cu il tarixli 2(010)-403/2019 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xeyrinə ödənilməli olan 100 manat aliment pulu artırılaraq 160 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2(011)-3669/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı cavabdehlə birgə nikah dövründə əldə etdiyi Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 23 saylı evin 57 saylı mənzilini birgə nikah dövründə əldə edilmiş əmlak kimi tanıyaraq, iddiaçı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında bərabər paylara bölünməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan 10 may 2019-cu il tarixli qərardan görünür ki, xx xxxxxx 1972ci ildə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 07 iyun 2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2(010)-403/2019 saylı icra vərəqəsi müvafiq olaraq icraata götürülərək icraata başlanılmış borclu Təqsirləndirilən şəxs icranı dərhal könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan bir neçə icra sənədlərinin ümumi icraata birləşdirilməsi barədə 07 iyun 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 11 yanvar 2013-cü il tarixli, 2(011)-383/2013 saylı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2(010)-403/2019 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 avqust 2019cu il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin 14 yanvar 2020-ci il tarixli, 05 fevral 2020-ci il tarixli və 12 may 2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 11 yanvar 2013-cü il tarixli, 2(011)-383/2013 saylı icra sənədi üzrə aliment borcunu ödəmək üçün 10 gün vaxt verilmiş, icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 16 mart 2020-ci il tarixli Aktdan görünür ki, icra məmurları Şahid1 və Teymur Bayramov tərəfindən Təqsirləndirilən şəxs məxsus ünvan 3 ünvanında borcun yönələ biləcəyi heç bir qiymətli əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 3 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri Rövşən Məmmədovun 21 sentyabr 2020-ci il tarixli məktubundn görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 “Məşğulluq” altsistemində 20 aprel 2020-ci il tarixindən işaxtaran kimi qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1.000 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin 07 dekabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 11 yanvar 2013-cü il tarixli, 2(011)-383/2013 saylı icra sənədi üzrə aliment borcunu ödəmək üçün yenidən 10 gün vaxt verilmiş, icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barəsində tərtib etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır. Yaşadığı dövrdə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 yanvar 2013-cü il tarixli, 2(011)-383/2013 nömrəli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(010)-403/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrini, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 3(010)-250/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib barəsində 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 3(010)-1661/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh edilməsinə, habelə borcunu ödəmək üçün təkrar olaraq ona 10 gün vaxt verilməsinə, həmin müddət ərzində icra sənədləri üzrə borcunu ödəməkdən boyun qaçıracağı halda Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq icra sənədlərini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həmin şöbənin rəhbərliyi vasitəsilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hall hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşını, o cümlədən onun cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.3 və 52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün onun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkdiyi müddəti ərzində Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 yanvar 2013-cü il tarixli, 2(011)- 383/2013 nömrəli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(010)-403/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnamələri üzrə borcunu tam ödəmək əlavə vəzifəsi qoyulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkdiyi müddəti ərzində Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 yanvar 2013-cü il tarixli, 2(011)-383/2013 nömrəli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(010)-403/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnamələri üzrə borcunu tam ödəmək əlavə vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar